Press "Enter" to skip to content

Azərbaycanda brend yaratmaq istəyənlər hansı məqamlara diqqət yetirməlidirlər

Məşhur Balaxanı zibilliyinin yaratdığı “mənzərə” yəqin paytaxt sakinlərinin yadından çıxmayıb. Hələ uzaq məsafədən görünən tullantı təpələri, rəngbərəng sellofan torba yığınları, yandırılan zibil qalaqlarından göyə ucalan tüstü, iy və s. İndi isə həmin tullantılardan əsər-əlamət belə qalmayıb. Çünki bu gün zibil yığınlarının yerində müasir standartlara cavab verən zavod fəaliyyət göstərir. “Report”un əməkdaşları Suraxanı rayonunun Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətininin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş prosesi ilə yaxından tanış olub.

Azərbaycan brend məhsullar istehsal etməlidir

Azərbaycanda elmə əsaslanan iqtisadiyyat qurmaq lazımdır.

Bu barədə Milli.Az-a açıqlamasında iqtisadçı, ekspert Oqtay Haqverdiyev prezident İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin müşavirəsində iqtisadi islahatlarla bağlı bəzi fikirlərini şərh edərkən deyib.

İqtisadçının fikrincə, ölkədə iqtisadi islahatlar çevik şəkildə və düzgün istiqamətdə aparılmalıdır: “İndiyə qədər çoxlu islahatlar aparılıb. Onlardan bəziləri pərakəndə olub. Amma indi bütün islahatlar sisteminin koordinasiyasına ehtiyac yaranıb və elə bu məqsədlə də yeni dövlət qurumu yaradılıb. Əsas məqsəd birdir – neftə, qaza alternativ sahələr yaratmaq.

Prezident düz deyirdi. İslahatların aparılmasında operativlik çox geri qalır. Qərarlar əlaqələndirilmiş şəkildə, tez və düzgün verilməlidir. Qeyri-neft sektorunun inkişafı dedikdə, hansı istehsal sahələrinin açılmasına diqqət yetirmək lazımdır. Bəzən hansısa texnoparklar yaradılır, amma orada istehsal olunan məhsulun bütün komponentləri xaricdən gətirilir, idxal olunur. Lakin bir müddət sonra həmin müəssisələrdə istehsal dayanır. Ona görə də ilk növbədə həmin komponentlərin çoxunun istehsalı məhz ölkə daxilində təşkil edilməlidir. İdxal minimuma endirilməlidir ki, ölkədən valyuta axınının qarşısı alınsın. Bunu təmin etməliyik”.

Ekspert qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı söhbətlər çoxdan gedir. Amma burada hansı istiqamətlərin əsas götürülməsi, məhz hansı məhsulların istehsalı, rəqabət qabiliyyətli və elm tutumlu olması, həmçinin onların dünya bazarına çıxarılmasına diqqət yetirilməsi məsələsi həmişə müzakirə obyekti olub: “Əgər istehsal sahələri perspektivlidirsə, bu, inkişafa gətirib çıxara bilər. Təbii ki, yalnız pomidor istehsalı ilə inkişaf olmaz. Azərbaycanın brendinə çevrilə bilən məhsulların istehsalına üstünlük verilməlidir. Məsələn, Azərbaycanın bütün dünyada ən yüksək səviyyədə brendi kimi qəbul edilən məhsullarından biri nardır. Çünki o, tərkibinə, dadına, görünüşünə və digər komponentlərinə görə digər ölkələrdə çıxan narların hamısından yaxşıdır. Xaricdə də hamı ən yaxşı nar deyəndə göz önünə Azərbaycan narını gətirir və onu alır. Biz bu cür məhsullar istehsal etməliyik”.

İlkin İzzət

Milli.Az

Azərbaycanda brend yaratmaq istəyənlər hansı məqamlara diqqət yetirməlidirlər?

Azərbaycanda brend yaratmaq istəyənlər hansı məqamlara diqqət yetirməlidirlər? Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər arasında öz brendini yaratmağa iddialı şəxslər az deyil. Amma bu proses çoxları üçün elə də asan görünmür. Bir brend necə yaradılır? Brend yaradarkən əsas hansı amillərə nəzər salmaq lazımdır

5 May , 2022 15:31
https://static.report.az/photo/33b9ff0f-5134-3aa2-8784-01c388d827d3.jpg

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər arasında öz brendini yaratmağa iddialı şəxslər az deyil. Amma bu proses çoxları üçün elə də asan görünmür. Bir brend necə yaradılır? Brend yaradarkən əsas hansı amillərə nəzər salmaq lazımdır? Dövlət bu istiqamətdə hansı dəstək mexanizmləri təklif edir? “Report”un mövzu ilə bağlı suallarını peşəkarlar cavablandırıb. Sahibkar Afət Əhmədova deyir ki, brendi qurmamışdan əvvəl onun proyektini hazırlamaq lazımdır: “Bu proyektdə bazara nə təklif etmək istədiyi, onun öhdəlikləri göstərilməlidir. Həmçinin bazar araşdırılmalı, bazara təklif olunacaq məhsulun orada olub-olmadığı öyrənilməlidir. Nəticə müsbət olarsa, həmin məhsulun digər məhsullardan üstün tərəfi müəyyənləşdirilməlidir. Əgər belə bir tərəf yoxdursa, bazarda mövcud məhsullardan seçilmirsə, o zaman bazara girmək bir az mənasız sayılır. Sahibkar brend qurub bazara çıxarırsa, onun 5 illik planı olmalıdır. Orada birinci il hansı fəaliyyət ilə məşğul olacağı, ilk 3 ilində hansı işlər görüləcəyi, daha sonra birinci 5 ilin sonunda oturuşmuş brend olacağı göstərilməlidir. Tam oturuşmuş olmasa da, hər halda müəyyən qədər formalaşmalıdır. Burada söhbət yerli bazardan gedir. Əgər ixrac da düşünülürsə, görüləcək iş daha çoxdur. Çünki Azərbaycan bazarı bir az kasad bazardır. Burada yerli istehsalçılar çox da böyük çeşiddə məhsullar təklif eləmir. Söhbət qeyri-neft sahəsindən gedir. Amma dünya bazarında müxtəlif məhsullar təklif olunur. Brend mallarını dünya bazarına da çıxartmaq lazımdır”.

A.Əhmədova brend quran şəxsin komandası haqqında məsələlərə də toxunub: “Brendi quran sahibkar öz komandasından təklif gözləməli deyil. Sahibkar öz komandasını öyrətməli, təlim, göstəriş verməlidir. Komanda sadiq olmalıdır. İnsani keyfiyyətlərə önəm verilməlidir. Belə ki, siz doğru, düzgün, peşəkar mütəxəssis cəlb edə bilərsiniz. Amma bu adam sabah sizi yarı yolda qoya, şirkətin istehsal və kommersiya sirlərini ötürə bilər. Amma o qədər də təcrübəli olmayan bir adamı işə götürüb ona təlim, bilik verib, güvənməklə sadiq bir əməkdaşa malik ola bilərsiniz. Mən düşünürəm ki, insani keyfiyyət peşəkarlıqdan öndə gəlir. Çünki məşğul olduqdan sonra peşakarlaşa bilərsən, amma insani keyfiyyətləri sonradan əldə etmək olmur”. Sahibkar öz şirkət təcrübəsini də bölüşüb: “Brendi əlimizdə olan maya ilə, ailəmizin maliyyə resursları ilə qurmuşuq. Ona görə də bu ikiqat məsuliyyət idi. İstehsal olunan məhsulların hamısı bir-bir hesablanır. Nə qədər xammal istifadə olunursa, qramına kimi onun fərqindəyik”. Öz brendini yaratmış sahibkar Nahid Cabbarov hesab edir ki, brend qurmaq ayrıca bir elmdir, peşədir:

“Bu tək bir şəxsin və ya bir komandanın ümumi ortaq işlərinin nəticəsi olmalıdır. Ən önəmlisi, markanın, brendin öz dəyəridir. Bu brendin patentləşdirilməsindən bazarda müştəri qazanmasına qədər və nəinki ölkə daxilində, eyni zamanda ölkə xaricində fəaliyyətini əhatə edir. Ən önəmlisi, brend formalaşırsa, istehsal keyfiyyəti çox yüksək səviyyədə olmalıdır. Eyni zamanda, düşünürəm ki, burada vacib məsələ marketinqin üzərinə düşür. Marketinq məhsulun marka dəyərini yaxşı şəkildə yarada bilirsə, bu, ayrıca bir uğurdur. Mənə görə satış məhsulun özünü satırsa, marketinq məhsulun qiymətini satır. Bu qiymət də eyni zamanda marka dəyərindən formalaşır. Artıq marka dəyərini formalaşdıqdan sonra insanlar onun maya dəyərindən çox marka dəyərinə önəm verirlər. Bu çox önəmli bir məsələdir. Azərbaycanda marka, yerli brend anlayışı hələ formalaşmayıb. İnsanlarımızın şüuraltında yerli brendlərin keyfiyyətinə inam yoxdur. Yəni yerli markala çox da güvən yoxdur”. N.Cabbarov deyir ki, komandasını ədalətli sistem şəklində formalaşdırıb: “Komandamız sırf ənənəvi şəkildə yox, işinin mütəxəssisi olan normal şərtlərlə qəbul etdiyimiz insanlardan ibarətdir. Onlar CV və elanlar əsasında müraciət edirlər. Bu şəkildə də komandamız formalaşıb. Vaxt keçdikcə ələnmələr olur və komandanın son işlək vəziyyəti yaranır”.

İqtisadçı ekspert Eldəniz Əmirov brendin yaradılması üçün iki əsas faktor olduğunu deyir: “Bunlardan birincisi, keyfiyyətli fəaliyyətdir. Bu həm xidmət, həm də istehsal ola bilər. Bütün hallarda keyfiyyət önəmlidir. Digər tərəfdən, rəsmi qeydiyyata alınmalıdır. Müəllif hüquqları rəsmi olaraq qeydiyyatdan keçirilməlidir”. Azərbaycan reallığında daha az vəsaitlə bir brendi yaratmaq, E.Əmirovun fikrincə dövlətin dəstək mexanizmlərindən istifadə edərək həm nəzəri, həm də praktiki olaraq mümkündür: “Məsələn, bir işsiz şəxs işsiz statusu aldıqdan, rəsmi qeydiyyata düşəndən sonra Dövlət Məşğulluq Agentliyinə müraciət edərək özünuməşğulluq proqramı çərçivəsində müəyyən avadanlıqlar (dərzi, kulinariya və digər) əldə edə bilir. Bundan sonra həmin şəxs Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edərək, öz biznesinin qurulması üçün biznes-plan yazdıra, bazar araşdırmalarını öyrənə, yerli icra hakimiyyəti orqanları və digər orqanlarla olan hər hansı bir mövcud problemlərin həlli istiqamətdə KOBİA-dan dəstək ala bilir. Peşəkarlığını artırmaq üçün KOBİA-da mövcud olan təlimlərdən yararlanmaq da mümkündür. VÖEN-in açılması, biznes-planın yazılması üçün təlimdən yararlana bilər”.

Brend məhsullar

Məşhur Balaxanı zibilliyinin yaratdığı “mənzərə” yəqin paytaxt sakinlərinin yadından çıxmayıb. Hələ uzaq məsafədən görünən tullantı təpələri, rəngbərəng sellofan torba yığınları, yandırılan zibil qalaqlarından göyə ucalan tüstü, iy və s. İndi isə həmin tullantılardan əsər-əlamət belə qalmayıb. Çünki bu gün zibil yığınlarının yerində müasir standartlara cavab verən zavod fəaliyyət göstərir. “Report”un əməkdaşları Suraxanı rayonunun Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətininin Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş prosesi ilə yaxından tanış olub.

Çeşidləmə zavodunda 150 işçi çalışır

Zavodun yerləşdiyi əraziyə az qalır, amma burada tullantının çeşidləndiyini xatırladacaq heç bir şey gözümüzə dəymir. Doğrudan da təmizlik gözəldir. Darvazalara çatanadək zavodun yaranma tarixini xatırlayırıq. “Təmiz Şəhər” ASC 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həm paytaxtın gündən-günə artan tullantı problemini həll etmək, həm də zibil sayıb atdıqlarımızı təkrar emala qazandırmaq üçün yaradılıb. ASC rəsmən 2009-cu ildə fəaliyyətə başlayıb və bundan sonra məişət tullantılarını çeşidləmək və yandırmaq üçün iki zavod tikilib. 2012-ci ildə zavodun açılışı olub. Çeşidləmə zavodundan fərqli olaraq, Yandırma zavodunda iş prosesinə onu tikən Fransanın CNİM şirkətinin əməkdaşları nəzarət edirlər. Bu səbəbdən həmin zavodun işçilərinin 20-30 faizi əcnəbilərdir. Ümumilikdə, Çeşidləmə zavodunda 150, digər zavodda isə 100-ə yaxın işçi çalışır.

Qızıl əşyalarını “atan”lar da var.

Çeşidləmə zavodunun işi ilə yaxından tanış olmaq üçün əraziyə daxil oluruq. Bütün işlər sistem üzrə öz axarında gedir. Tullantı gəlir, elə maşındaca çəkisi ölçülür və s. Əslində, tullantının çeşidlənməsi asan iş deyil. İşçilərin əksəriyyəti fikirlərini işdən yayındırmaq istəməsə də, danışmaq üçün həvəs göstərənlər də var. Burada iş asan deyil, amma onlar halal çörək qazanırlar.

Sən demə, tullantıların çeşidlənməsi zamanı çoxlu qeyri-tullantı dediyimiz maraqlı əşyalar da tapılır. Tapılan əşyalar arasında vacib sənədlər – şəxsiyyət vəsiqələri, xarici pasport, evlərə aid çıxarışlar, avtomobil sənədləri, diplomlar, bank və maaş, ən çox da kredit kartları olur. Zavod əməkdaşlarının tapılan əşyaları geri qaytarmaq kimi vəzifəsi olmasa da, onlar vacib sənədləri yandırmır, polisə təhvil verirlər.

İşçilərdən biri indiyə kimi nə qədər çox şəxsiyyət vəsiqəsi tapdığını, onları hər tapanda öz əşyasını tapmış kimi sevindiyini deyir.

Tullantıların içindən tez-tez güllə, avtomat, tapança, qumbara, mina da tapılır. Hətta tapılan tank əleyhinə mina partlayış təhlükəsi yaratdığından işin dayanmasına səbəb olub. Nəticədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mütəxəssisləri dəvət olunub, mina zərərsizləşdirilib. Maraqlıdır ki, çeşidlənən tullantının içindən hər ay silah aşkarlanır.

Hətta qızıl əşyalarını da “atan”lar tapılıb. Mis qablar, alüminumdan hazırlanmış suvenirlər və buna bənzər o qədər çox əşya tapılıb ki. Nəticədə tapılan əşyaların zavodun nəzdində yaradılan mini muzeydə sərgilənməsinə qərar verilib. Qala qəsəbəsində isə tullantılardan hazırlanmış sənət muzeyi də var. Həmin muzeydə sərgilənən bütün əsərlər tullantıdan hazırlanıb. Hətta dahi bəstəkar Qara Qarayevin həmin vasitələrdən hazırlanmış portreti də var.

Fəhlə: “Bir dəfə bir ailənin bütün sənədlərini tapıb təhvil vermişəm”

Tullantıların çeşidlənməsi ilə məşğul olan fəhlə Zəminə Həsənova hər işçinin çeşidlədiyi tullantıların fərqli olduğunu vurğulayıb: “Mən tullantının içindən metal çeşidləyirəm. Yanımdakı kağız, bir başqası isə politelin və s. Dəfələrlə tullantının içindən sənədlər qarşıma çıxıb. Bir dəfə bir ailənin bütün sənədlərini – pasportlarını, torpaq sənədlərini tapıb təhvil vermişəm”.

3-5 qəpiklikləri tullantı hesab edənlər də çoxdur. Zavodun işçiləri də onu metal kimi təhvil verməyi yox, ölkə vətəndaşlarının alqı-satqı prosesində istifadəsinə qazandırmağı seçirlər. Zavodda 8-10 ay ərzində 100 kq-a qədər dəmir pul yığılır və bu da 400-500 manat deməkdir. Həmin dəmir pullar daha sonra Mərkəzi Banka təhvil verilir. “Təmiz Şəhər”in əməkdaşları da Mərkəzi Bankın ödədiyi məbləğə hədiyyələr alır və uşaqlar evlərinə baş çəkir.

Heyvan cəmdəkləri, baş və ayaqlar.

Qızğın işindən başını ayırmayan əməkdaşlara baxanda tullantıları qarışıq yığmaqla onların işini necə çətinləşdirdiyimizi, amma hələlik tullantıları ayrı-ayrı yığmaq üçün şərait yaradılmadığı üçün bunun günahının tam bizdə olmadığını da düşünürəm. Zavoda tullantı gələndə, xüsusilə də yay aylarında içərisində heyvan cəmdəkləri, baş və ayaqlar da çox olur. Bu da zavodun işinə ən böyük ziyan vuran amillərdəndir. Həmin tullantılar basdırılaraq zərərsizləşdirilir.

HAŞİYƏ. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakının Qala kəndində “Təmiz Qala” adlı pilot lahiyə həyata keçirilir. Orada yaşıl və göy rəngdə olmaqla iki cür zibil qutuları qoyulub. Əhalidən də xahiş olunub ki, qida və qeyri-qida tullantılarını ayrı-ayrı atsınlar. Bu proses zavodun işini asanlaşdırır. Məsələn, qarpız suyu dəyən kağızı təkrar istifadə etmək olmur. Qala kəndində aparılan maarifləndirmə işi əhaliyə təsirini göstərib və onlar tullantıların çeşidlənməsi işində “Təmiz Şəhər”ə yardımçı olurlar.

Beynəlxalq aləmdə tullantının birdən artıq dəyəri var imiş.

Dünyada tullantının iki – xammal və enerji dəyəri var. Belə ki, xammala çevrilməyən tullantıdan elektrik enerjisi istehsal edilir. “Təmiz Şəhər”in Yandırma zavodunda tullantı yandırılır və onun həcmi 10 dəfə azalır. Qalıq isə zavodun yaxınlığındakı sanitar tullanti poliqonunda hücrədə basdırılır. Yandırılmadan alınan istilk enerjisini isə elektirik enerjisinə çevirirlər.

Məsələn, ötən il zavodda yandırılan tullantılardan 182 milyon kilovaatsaat enerji alınıb. Bunun 15 faizini zavod öz ehtiyaclarına sərf edib. Qalan 85 faizini isə “Azərişıq” ASC-yə təhvil verib. Bu, Gəncə şəhər əhalisinin bir il ərzində istifadə etdiyi elektrik enerjisinə bərabərdir.

ASC dövlət qurumu olsa da, gələcəkdə büdcədən maliyyələşmədən özünü təmin etməyi planlaşdırır.
Yandırılma prosesi ətraf aləmə zərər vururmu?

Yandırılma prosesi zamanı tüstü ən son standartlara uyğun şəkildə tutulur. Yanmış kütlədən yalnız su buxarına bənzər buxar çıxır. Zərərli tullantı qalıqları tutulur. Yerdə qalan kül formasındakı ağ rəngli qalıq isə Sumqayıtda tullantıların zərərsizləşdirilməsi poliqonunda basdırılır. Daşlaşmış formada olan yanmayan qalıqdan isə yol çəklişində istifadə olunur. Daha doğrusu, hələlik zavodun ətrafında yerləşən daxili yolların çəkilişinə sərf edilir. Amma Azərbaycanda yol çəkilişi ilə məşğul olan şirkətlər “Təmiz Şəhər”ə müraciət edərək sınaq üçün həmin tullantıdan götürüblər. Yəqin gələcəkdə paytaxt yollarının çəkilişində tullantının da payı olacaq.

Yandırılmadan sonra ortaya çıxan daha da lazımsız qalıqlar isə Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna aparılır. Yer qazılır, torpaqla təmasda olmaması üçün izolyasiya olunur və üzəri örtülür. Zaman keçdikcə tullantının çürüməsindən əmələ gələn qazlar isə həm zərərlidir, həm də düzgün nəzarət olunmadıqda partlayışa səbəb ola bilər. “Təmiz Şəhər” bu qazı da elektrik enerjisinə çevirməyi planlaşdırır.

Bəs elektron tullantıların aqibəti necə olur?

Ömrünü başa vurmuş, xarab olmuş, sınmış, dəbdən düşmüş elektrik əşyalarını, soyuducusunu, televizorunu atanlar da az deyil. Amma bu zavodda, ümumiyyətlə, Azərbaycanda hələlik elektron tullantıları yenidən emal edən müəssisə yoxdur. Ona görə də batareya və digər elektron hissələr zavodun anbarında yığılır. Zavodun yanında dövlət tərəfindən 7 hektar ərazi ayrılıb. Balaxanı Sənaye Parkı (BSP) adı verilən bu məkanda zavod və ya sex açmaq arzusunda olan iş adamları üçün bütün infrastruktur qurulub. Burada zavod açacaq insanın qarşısında qoyulan tək şərt isə təkrar emalla məşğul olmasıdır. Bunun müqabilində dövlət həmin müəssisədən 7 il müddətinə vergi də almayacaq. Artıq 4 rezident var: biri avtomobil təkərlərinin təkrar emalı ilə məşğul olacaq, digəri pet butulkaların, başqa biri avtomobilin motor yağlarını emal edərək texniki boyalar hazırlayacaq və s.

İsveç Norveçdən həm tullantı, həm də onun zərərsizləşdirilməsi üçün pul alır

ASC-nin mətbuat katibi Vüqar Baba “Report”a bildirib ki, “Təmiz Şəhər”in fəaliyyəti hələlik Bakı şəhəri ilə məhdudlaşır: “Paytaxtdan kənara çıxmağa səlahiyyətimiz yoxdur. Xəzər və Qaradağ rayonlarından başqa, Bakının bütün rayonlarının tullantıları burada çeşidlənir. Həmin rayonlardan tullantıların daşınma xərci verə biləcəyi gəlirdən çox olduğu üçün onlar kənarda qalıblar. Xəzər və Qaradağ rayonlarında alternativ kiçiktutumlu çeşidləmə müəssiəsinin qurulması planlaşdırılır”.

İşinin vurğunu olduğunu deyən Vüqar Baba inkişaf etmiş ölkələrdən misallar çəkir: “İsveçin əsas enerji mənbəyi tullantılardır. Hazırda isə bu ölkədə tullantı bitib və böhran yaranıb. Onlar da çıxış yolu kimi Norveçdən zibil alırlar. Norveç həm tullantısını, həm də tullantını zərərsizləşdirmək üçün pul verir. Belə ki, tullantını quruma verən idarə onun zərərsizləşdirilməsi üçün haqq ödəməlidir. Yəni istehsalla məşğul olan müəssisə öz tullantısına görə də məsuliyyət daşımalıdır. Onlar ya tullantılarını özləri təmizləməli, ya da bunun ödənişini edib toplatdırmalıdırlar. Amma hazırda Azərbaycanda olan xarici şirkətlər tullantı istehsal etməklə məşğul olur və cavabdehlik daşımırlar”.

Yandırılan 5-10 min manatlıq paltolar

Hər il Yandırma zavodunda çoxlu qiymətli brend məhsullar da yandırılır. Belə ki, “Versace”, “Loui vuitton” və s. firmalar gələn ilə qalan məhsullarına endirim etməkdənsə, onu təzə də olsa zərərsizləşdirməyə üstünlük verirlər. Nəticədə onlar 5-10 min manatlıq paltoları, ayaqqabıları zavodda yandırırlar. Əslində giya bu, onların müştərisinə qoyduğu hörmətin göstəricisi hesab olunur-¦

Zavodda il ərzində nə qədər tullantı çeşidlənir?

Zavodun direktoru Eldar Hüseynov “Report”a bildirib ki, Çeşidləmə zavodunun illik gücü 200 min, Yandırma zavodunun illik gücü isə 500 min tondur: “Çeşidləmə zavodu gündəlik 300-350 ton tullantı qəbul edir və çeşidləyir. Bu, ay ərzində 7-7,5 tona yaxındır. Bu miqdardan 600-700 ton xammal əldə edilir və istifadə olunur. Xammal kimi ən çox yığılan isə kağızdır. Daha sonra pet butulkalar, plasmas, politelin və s.”

P.S.Zavodla tanışlıqdan sonra ayrılanda orada çalışanların – paytaxtımızın təmizliyi üçün əmək sərf edənlərin sağlamlıqlarının qeydinə daha çox qalmalı olduqlarını düşünürəm. Müxtəlif xəstəliklərə yoluxmamaları üçün işçilər lazımi qoruyucu vasitələrlə təmin olunurlar. Dezinfeksiya işləri də həmişə aparılır, həmçinin, əməkdaşlar daim həkim müayinəsindən keçirlər.

Düşündüyümüz başqa bir məqam da var. Ümüd edirik ki, Azərbaycanın bütün iri şəhərlərində, rayonlarında bu çür çeşidləmə zavodları açılar. Çünki buna ehtiyac var.

Comments are closed, but trackbacks and pingbacks are open.