Press "Enter" to skip to content

Bəxtiyar Vahabzadə-Şerləri

Bir salama dəymədi….

Bextiyar Vahabzade

www.big.az – Bextiyar Vahabzade – Dunyanin

www.Tindo.biz – Azerbaycan Turkiye eiri – Bextiyar Vahabzade – Seslendirdi SA www.Tindo.biz

www.big.az – Bextiyar Vahabzade – Menden xebersiz

Bextiyar Vahabzade – Ana (3w.favorit.az)

Bextiyar Vahabzade – Bir salama deymeyen esqe l m yarasir

B xtiyar Vahabzad – Allah

B xtiyar Vahabzad – Oxuma B lB l

B xtiyar Vahabzad – Yaman Dar xm am

www.ya-ali.ws – Bextiyar Vahabzade – Axi dunya firlanir

MASKmedia – MASK – Gec l r ( eir – B xtiyar Vahabzad )

abdul y zba – B xtiyar Vahabzad eir T klik

Elvin Nasir ( eir B xtiyar Vahabzad ) – Az rbaycan ( https //vk.com/azeri rep )

Bextiyar Vahabzade – Allah

Bextiyar Vahabzade – ALLAH (aze)

Неизвестен – Elvin Nasir – Az rbaycan ( eir B xtiyar Vahabzad )

Bextiyar Vahabzade – Dunyanin

Bextiyar Vahabzade – Yeni.az – Allah – Yeni.az

Asena – M n T rk m (s z. B xtiyar Vahabzad )

B xtiyar Vahabzad – V t n var

B xtiyar Vahabzad – Q m adl q

B xtiyar Vahabzad – Ana dilim

www.big.az – Bextiyar Vahabzade – Axi dunya firlanir

www.eylence.az – Bextiyar Vahabzade – Allah

www.ya-ali.ws – Bextiyar Vahabzade – Nagil heyat

www.ya-ali.ws – Bextiyar Vahabzade – Dunyanin

B xtiyar Vahabzad – G l stan poemasi

B xtiyar Vahabzad – Ax d nya firlan r( z s si il )

B xtiyar Vahabzad – V t n mar

www.eylence.az – Bextiyar Vahabzade – Axi Dunya Firlanir

vk.com/mehelle – Bextiyar Vahabzade – Veten var

B xtiyar Vahabzad – Nagil heyat

Unknown artist – B xtiyar Vahabzad – Allah

www.cin.az – Bextiyar Vahabzade – Axi dunya firlanir www.cin.az

B xtiyar Vahabzad – Axi dunya firlanir

www.BiG.az – Bextiyar Vahabzade – Hara gedir sabahimiz

Bextiyar Vahabzade – Menden xebersiz

www.big.az – Bextiyar Vahabzade – Veten var

B xtiyar Vahabzad – V t n Mar

Unknown – B xtiyar Vahabzad Ana dili

Bextiyar Vahabzade – Ana (3w.favorit.az)

B xtiyar Vahabzad – Ax , D nya f rlan r.

Bextiyar Vahabzade – Vеtеn Var

B xtiyar Vahabzad – M nim f rqim varm he

www.ya-ali.ws – Bextiyar Vahabzade – Allah

Bextiyar Vahabzade – Ana (3w.favorit.az)

B xtiyar Vahabzad – M n T rk m

Bextiyar Vahabzade – Ana dili

B xtiyar Vahabzad – H sr t

www.big.az – Bextiyar Vahabzade – Nagil heyat

www.cin.az – Bextiyar Vahabzade – Veten var www.cin.az

Bextiyar Vahabzade слушать музыку онлайн или скачать все песни на телефон, компьютер Вы можете на сайте AudioHunter.ru

Bəxtiyar Vahabzadə-Şerləri

1 Bəxtiyar Vahabzadə-Şerləri Çər. Okt. 29, 2008 11:54 pm

Atilla

İsmarıc sayı : 28
Doğum gününüz : 14/08/80
Yaş : 42
Şəhər və ölkə : Bakı, Azərbaycan
Ad və soyad : Rahib Musayev
Qiymətləndirmə : 53241
Qeydiyyat tarixi : 14/08/08

Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa, bu məbəddə biz,
Şükür namazını qıbləsiz qıldıq.

İndi biz azadıq, bizi bir zaman,
Şeytandan qoruyan abır-həyadan.
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə.

Azadlıq rəhmdən, insafdan da biz,
Millətin haqqıya üzbəüz olduq.
Ana yurdumuzun qansız, rəhmsiz,
Qəddar talançısı özümüz olduq.

Yoxdur əvəzimiz yalançılıqda,
Bu ona şər atır, o, buna böhtan.
Yurdu dağıtmaqda, talançılıqda,
Azadlıq qorxudan, Allah xofundan.

İndi azadlığım mənə qənimdir,
Bu gizli oyundan baş açmır fələk.
Məni kor quyudan çıxaran kəndir,
İndi boğazıma keçib halqa tək.

Bəxtiyar Vəhabzadə – 1996.

Bir salama dəymədi….

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı dəyişdin?
Yoxsa sən öz əhdinə, ilqarəna ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğili anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün.

Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən.
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kəsmədi.
Qazancıməz də, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Bəxtiyar Vahabzadə

Vahabzadə Bəxtiyar Mahmud oğlu (16 avqust, 1925 – 13 fevral, 2009) — Azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas.

B [ redaktə ]

  • Babək söy köküylə bizdən deyilmiş,
    Xətai islamı ikiyə bölmüş,
    Fətəli Allahsız, Vaqif baz idi,
    Filankəs azacıq qumarbaz idi,
    Gecəli gündüzlü Hadi dəm idi,
    O əyyaş, bu fərsiz, o bigam idi,
    Biri qərəzkardır, biri xəsisdir,
    Bu ondan yaxşıdır, o bundan pisdir,
    Natəvan beləydi, Həcər eləydi,
    Böyüklər önündə o bir köləydi,
    Rəhmət demirik amma bir kərə,
    Milləti ucaldan rəhmətlilərə
    Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
    Danış, bu Millətə nə gətirmisən?!
    Sən böhtan atdığın bu böyüklərin,
    Yüzdə biri qədər nə iş görmüsən?!
  • Baxışdan söz götür, söz anla sözdən.
  • Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır. [1]
  • Bir zaman rusca idi bütün reklamlar,
    İndi ingiliscə dürtülür gözə.
    İtin də dilinə hörmətimiz var,
    Təkcə öz dilimiz yaramır bizə.

C [ redaktə ]

  • Cavanın sərvəti – hələ öndədir,
    Qocanın nəyi var – keçmişindədir.

Ə [ redaktə ]

  • Əslimi, nəslimi tanıyıram mən,
    Qarışıq deyiləm, özümdən hürkəm.
    Sən kimsən, sən nəsən, özün bilərsən,
    Mən ilk qaynağımdan türk oğlu türkəm.

G [ redaktə ]

  • Göydə buludlar da qoşalaşmasa,
    Nə ildırım çaxar, nə yağış yağar. [1]

H [ redaktə ]

  • Həmişə öyrədib, öyrədir zaman,
    Kökdən gəlməyəni yox etmək asan!
  • Həyat səni güldürəndə gülmüsən, hünərin var, ağladanda gül görüm.

K [ redaktə ]

  • Keçmişinə daş atanın gələcəyinə güllə atarlar.
  • Kim ki, zəhmətinə “həyatım” dedi,
    Bu gecə fərəhdən aşıb-daşdı, o.
    Yaşının üstünə bir yaş gəlmədi,
    Deyərdim bir yaş da cavanlaşdı o.
  • Kolların dibində tək bitdiyindən,
    Boynu bükük olur bənövşənin də.

Q [ redaktə ]

  • . Qatil gülləsinə qurban gedirkən,
    Gözünü sabaha dikdi şəhidlər!
    Üçrəngli bayrağı öz qanlarıyla,
    Vətən göylərinə çəkdi şəhidlər.
  • Qorxuram dünyada bir zaman gələ,
    İnsanlar yaşaya, insanlıq ölə

O [ redaktə ]

  • O qədər saldı məni həsrət amandan – amana,
    Könlüm axırda mənim düşdü gümandan – gümana. [2]
  • Od vurmasa qabda su daşa bilməz,
    Quş da tək qanadla dağ aşa bilməz.
    Kösöyün ikisi çöldə də yanar,
    Biri ocaqda da alışa bilməz.

Ş [ redaktə ]

  • Şairin sözü insan qüvvəsinin sərkərdəsidir. [1]

Ü [ redaktə ]

  • Üstünün qaşıyla tanınar üzük.

V [ redaktə ]

  • Vətən borclu deyil, biz borcluyuq vətənə. [3]

Y [ redaktə ]

  • Yaşamaq yanmaqdır yanasan gərək,

Şam əgər yanmırsa, yaşamır demək

İstinadlar [ redaktə ]

  1. ↑ 1,01,11,2Bəxtiyar Vahabzadə yaradıcılığında hikmətli kəlamlar və aforizmlər
  2. ↑ Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
  3. ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 495.

Comments are closed, but trackbacks and pingbacks are open.