Bəxtiyar Vahabzadə Seçilmiş əsərləri cild 1 PDF
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi
Dil həmişə milli özünü dərk etmə baxımından xalqın tarixində aparıcı mövqe tutmuşdur. Azərbaycan ədəbi dil tarixinə qiyabi səyahət etsək,o dövrün Azərbaycan dili ilə, müasir Azərbaycan dili arasında əsaslı fərqləri müşahidə edə bilərik. Hələ uzaq keçmişdən bu günə dil mücahidlərinin məqsədyönlü əməyi sayəsində müasir Azərbaycan dili mükəmməl səviyyəyə çatmışdır. Dil həm də məxsus olduğu xalqın intellektual səviyyəsinin bilavasitə göstəricisidir.Azərbaycan xalqı da dünyanın ən qədim xalqlarından biri olduğu üçün, özü qədər qədim olan dil tendensiyasına malikdir. Bütün dillər kimi Azərbaycan dili də iki istiqamətdə yaranıb inkişaf etdiyi üçün, bu dilin tarixini iki növə ayırmaq lazımdır.
1. Azərbaycan şifahi ədəbi dil tarixi.
2. Azərbaycan yazılı ədəbi dil tarixi.
Dil şifahiyə nisbətən yazılı formada daha tez inkişaf edir. Bunun səbəbi isə dildən-dilə keçən sözün daha tez-tez dəyişiklikliyə məruz qaldığı halda, yazılı dilin yaşadığı dövrün üslub xüsusiyyətlərini özündə daha möhkəm saxlamasıdır. Dünyanın heç bir dili tamamilə öz sözlərindən ibarət deyildir. Bu xarakterizə Azərbaycan dilinə də məxsusdur. Zaman-zaman müxtəlif tarixi-siyasi səbəblər, elm və texnikanın inkişafı,iqtisadi-ticarət əlaqələrinin mövcudluğu dilə yeni-yeni sözlərin gəlməsini qaçılmaz edir. Bu alınmalar bir çox hallarda dilin milli orijinallığını korlayır, onu öz kökündən uzaqlaşdırır. Məhz bu səbəbdən ana dilinin saflığının qorunması problemi C.Məmmədquluzadə, Qasım bəy Zakir və s. kimi yazıçı və şairlərin əsərlərinin əsas mövzusuna çevrilmişdir. Onlar öz əsərlərində bu problemi əsərlərinin leytmotivinə çevirmiş və bu problemin qarşısını almaq yollarını göstərmişdir. Bu ədiblərimizdən biri də xalq şairi Bəxtiyar Vahabzadədir. Müasir dövrdə belə sənətkarlar çox olmasa da, B.Vahabzadənin bu sahədəki əməyi danılmazdır. Şairin bu qəbildən olan şeirlərində ana dilinin saflığının qorunması kimi məsələlər təbliğ edilir. Elə bu cür şeirlərinə görə şairi “dil müca-hidi”,”ədəbiyyatımızın ana dili şairi” adlandırmaq olar.
Müasir Azərbaycan ədəbiyyatında B.Vahabzadənin dilə, dil tarixinə, onun saflığına, qorunmasına həsr etdiyi şeirlər nəinki uşaqlar, hətta böyüklər tərəfindən sevilməkdədir. Bunun səbəbi isə şairin dil haqqında bu təəssübkeşliyinin dil daşıyı-cıları olan Azərbaycan xalqının mənafeləri ilə üst-üstə düşməsidir. Şair dilin təmiz-liyinin qorunmasının təkcə yazışı, şair və alimlərin deyil,ədəbiyyatşünasların və xalqımızın mənəvi yükünə çevirmişdir.O, öz əsərlərində dilin xalq üçün necə də-yərli mənəvi sərvət olması fikrini aşılamaq istəmiş və dilimizin əhatə dairəsini ge- nişləndirmişdir. Şair dilin insanlar arasında təkcə ünsiyyət vasitəsi kimi yox, məxsus olduğu xalqın tarixini özündə ehtiva edən bir vasitə kimi qiymətləndirmişdir. Dil tarixinin müxtəlif mərhələləri məhz həmin dövrdə yaşayıb-yaratmış sənətkarlarla bağlıdır. Çünki həmin sənətkarlar həmin dövrdə mövcud olan dilə daha tez müdaxilə edə bilirlər. Onlar öz əsərləi ilə dilə yeni-yeni sözlər gətirə və sözü zaman-zaman dildən uzaqlaşdıra da biliblər.Orta dövrdə-Nəsimi, Füzuli, Xətayi kimi sənətkarlar, yeni dövrdə – M.F.Axundzadə, M.Cəlil, S.Vurğun ,müasir dövrdə isə – Bəxtiyar Vahabzadə bu ənənənin görkəmli nüma- yəndələrindəndir. Şair ara-sıra qəzet və jurnallarda “Ana dilim-ana köküm !”, ” Ta- rix, dil, ənənə”, ”Ana dili”, ”Dil haqqında sorğu”, ”Bir daha ana dili haqqında”, ”Dil və əlifba”, ”Dilimiz-ədəbiyyatımız”, ”Dildə təbiilik və gözəllik”, ”Ana dili dövlət dili” kimi məqalələrlə çıxış etmişdir.O, bu cür məqalələri ilə Azərbaycan dilinin yüksək qiymətləndirmiş, bir şair kimi ədəbiyyat dilimizi bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirmişdir. O, bir sənətkar kimi dil və şeir arasında olan bağları aşkarlamağa çalışmışdır. Şair bir çox mövzularda – fəlsəfi, sevgi-məhəbbət, təbiət haqqında yazsa da, dil haqqında yazdığı şeirlər nisbətəndaha sosial səciyyə daşıyır və oxucunun dil haqqında düşündükləri ilə eyniyyət təşkil edir,oxucunu bu milli problem haqqında düşünməyə sövq edir. Onu məhəbbət,vətən şairi kimi tanısaq da,şairin dil haqqındakı şeirləri xüsusi diqqətəlayiqdir. Bu cür şeirləri türkçülüyü qabardır, dil haqqında oxucuda öyrədici və yol göstərici funksiya daşıyır.Şair məqalə və şeirlərində öz qəlbində olan və dil üçün yararlı olan ən mütərəqqi fikirləri oxucuya aşılayır. O, milli şüuru dildə görür və ona görə də “ana dili”nə “ana köküm” deyir. O bu yolda öz sələflərinin işini davam etdirərək,zaman keçdikcə inkişaf nəticəsində dəyişilən dilimizi qorumağa çalışmışdır.
Bəxtiyar Vahabzadəni sosial təbəqədə məşhurlaşdıran əsərləri də məhz dil haqqın-dadır. Prof.Buludxan Xəlilov B.Vahabzadənin yaradıcılığını dörd mərhələyə bölür. (1) Şairin dil haqqında mübarizəyə başladığı illər, yəni, 50-ci illər şairin dilçilik görüş-lərinin birinci mərhələsini, 60-cı illər ikinci mərhələsini, 70-ci illər üçüncü, 80-ci illər isə dördüncü mərhələsini təşkil edir. Şairin dilçilik görüşlərinin birinci mərhə-ləsinin başlanğıcında şair dil mücahidi kimi ana dilimizin saflığı yolunda bütün dilçiləri, ədəbiyyatşünasları və xalqımızı dilin təmizliyi uğrunda səfərbərliyə çağırmışdır. Həmin dövrdə çıxış etdiyi məqalələrlə dilin lazımınca qiymətləndirilmədiyini deyərək, dilin texniki imkanlarından,sənətkarlıq xüsusiyyətlərindən çox az yazıldığını, bu haqda tənqidi məqalələrin az olduğudu göz önünə gətirərək daxili təəssübkeşliyini belə qələmə alır: “Ümumiyyətlə, şeir haqqında yazılan tənqidlər, əsasən, məzmunun ya da ideyanın nə dərəcədə aktual olmasının şərhindən ibarət olur. Şairlərimizin sənətkarlıq xüsusiyyətlərindən, dilinin, ifadəliliyinin gözəlliyindən, təşbehlərdən,istiarələrdən və sairdən bəhs edən məqalələr az yazılır.(2.124 )
B.Vahabzadənin dilçilik görüşlərinin birinci mərhələsində yazılan, özünə qədərki və özündən sonrakı ədəbiyyat üçün örnək bir əsər olan “Ana dili”şeiri onun yaradıcılığının ən monumental, şah əsərlərindən biridir. Bu şeirdə şair dil üçün deyiləcək ən mütərəqqi fikir və ideyalarını əks etdirmişdir. Dilin xalqın həyatında nə qədər vacib bir vasitə olması fikri ilə şeirdə dilimizin həm qrammatik, həm də poetik imkanlarlının genişliyindən söhbət açılmışdır. Bundan başqa şeirdə ana-vətən vəhdəti hiss olunur. Şeirin birinci misralarında bunun şahidi ola bilərik.
Dil açanda ilk dəfə,ana söyləyirik biz,
Ana dili adlanır bizim ilk dərsliyimiz.(3.8)
Semantikanın bu cür obrazlılıqla oxucuya çatdırmaq qabiliyyəti ona çox güman ki, öz sələfi Səməd Vurğundan gəlir. Bu cəhət müəllifdən estetik zövq vermə qabiliyyətindən başqa emosiya da istəyir. Bu xüsusiyyətləri nəzərə almaqla şairin bu cür əsərlərini sanballı adlandırmaq olar. Şair “Ana dili” şeirinin sonrakı bəndlərində dili çoxcəhətli ibarələrlə tərif etmiş onu xalq üçün ən qiymətli miras görmüş və hal-hazırkı dövrün üzərinə bu mənəvi mirası gələcəyə olduğu kimi dürüst çatdırmaq kimi mənəvi yük qoymuşdur. Şeirdə dün-ya dil mədəniyyəti irsinin Homerdən Puşkinədək, Şərqdə isə Füzulidən S.Vurğuna-dək olan dil ənənsinin B.Vahabzadədə ən yüksək məqama çatması hiss olunur.
Bu dil – bizim ruhumuz, eşqimiz. canımızdır,
Bu dil – bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil-tanıtmış bizə bu dünyada hər şeyi.
Bu dil -əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoryub nəsillərə biz də hədiyyə verək.(3.8)
Şeirin axırıncı bəndində şair dilin xalqımıza bəxş etdiyi əvəzsiz nemətləri tanımayan özünün də dediyi kimi “ana dilində danışmağı ar bilən,modalı ədəbazlar”a qarşı tənqidi mövqe tutmuş, əvvəldən didaktika yolunu tutan şair axırıncı bənddə öz təlatümlərini və dil haqqında qayğılarından belə bəhs etmişdir.
Ey öz doğma dilində danışmağı ar bilən,
Bunu iftixar bilən , modalı ədəbazlar
Qəlbinizi oxşamır qoşmalar telli sazlar.
Qoy bunlar mənim olsun.
Ancaq vətən çörəyi, bir də ana ürəyi
Sizlərə qənim olsun.(2.9)
Şairin 1967-ci ildə Kasablankada səyahətdə olarkən yazdığı “Latın dili” şeiri onun dilçilik görüşlərinin ikinci mərhələsinin zirvəsini təşkil edir.
Bu şeir yazıldığı dövrün B.Vahabzadənin dil barədə düşündüklərini göstərir. Şeirdə şairin məqsədi latın dilinin mükəmməlliyini göstərmək deyil, bu dili Azərbaycan dili üçün misal gətirməkdir. Qədim Roma imperiyasının dili olan, xalqı mövcud olmayan bu dilin yenə də öz mükəmməlliyini saxlaması, dil kimi ölüb getdikdən sonra belə müasir dünya dillərində izinin, təsirinin hələ saxlamasını bir daha xatırlatmaqdır. Aşa-ğıdakı misralarla şair xalqı mövcud ola-ola dilimizin ölməzliyini və təmizliyini tə-min etməyə çalışmışdır. Latın dilindən örnək gətirmişdir.
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili!-Millət ölüb,dil yaşıyır.
“Ana”deyən,”torpaq”deyən,”Vətən”deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.(3.303)
Şair sonrakı misralarda latın dilinin bu xüsusiyyətini Azərbaycan dilində görə bilmədiyi üçün təəssüflənmişdir. Fikirləri ilə latın dilini Azərbaycan dili ilə müqayisə edərək,vətən ola-ola korlanan dilimizi, ”kiçik,yoxsul komalarda dustaq olan bir dil”ə bənzətmişdir. Bundan başqa sonda bədii sualdan istifadə edilmişdir.
İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi?
Yoxsa,uzun əsrlərdən,keçib gələn,
Xalqı ölən ,
Özü qalan bir diləmi?(3.305)
Şairin yaradıcılığının dilçiliklə bağlı görüşlərinin üçüncü və dördüncü mərhələsi öz-özlüyündə rəngarəngdir. Bu dövrlərdə onun görüşləri daha yüksək səviyyədə təzahür edir. Onun dillə bağlı yazdığı ayrı-ayrı məqalələrdəki fikirləri bizi bunu deməyə imkan verir ki, bu dövrlər şairin dilçilik görüşlərinin xüsusi mərhələsidir. Şair bir məqamı diqqətə çatdıraraq dilimizin möhtəşəm ifadəliliyindən danışaraq bu gözəlliyin erməniləri belə valeh etdiyini deyir. O, məqaləsində yazır: “Bir neçə il əvvəl Yerəvanda keçirilən Zaqafqaziya xalqlarının poeziya günlə-rində mən də iştirak edirdim. Biz burada şeirlərimizi azərbaycanca oxuyurduq. Erməni xalqının,demək olar ki,böyük bir qismi bizim dilimizi bilir. Buna görə də oxuduğumuz şeirlər gurultulu alqışlarla qarşılandı.”(4.289) B.Xəlilov B.Vahabzadənin dilə münasibəti barədə yazarkən onun məqalələrini xüsusi dəyərə malikliyini bildirmişdir. Müəllif şairin bir neçə məqaləsini misal gətirərək, şairin xalq folklorundan da yararlandığını, ona necə dəyər verdiyini söyləmişdir. Bayatıları təhlil etməkdə xalqın dilinin dürüstlüyünü bilməyin mümkünlüyünü sübut etmişdir. “Bəxtiyar Vahabzadə 1973-cü ildə ”Bayatılar”, ”Ana laylası,uşaq dünyası” məqalələrini yazır. Bu məqalələrdə o, xalq yaradıcılığından – bayatılardan, laylalardan,yəni xalqın ruhundan süzülüb gələnləri yaşatmağımızı vacib sayır. Bununla belə,məqalələrdə qeyd edilir ki, doğma dilimizin, doğma dilimizim sözlərimizin sehrində xalqın düşüncəsini,mənəviyyatını əxz edə bilirik. Deməli,yenə də dil aparıcı mövqedə olur.”(1.64)
B.Vahabzadə dilimizin qramatikası barədədə öz məqalələrində də müfəssəl məlumat vermişdir. Məsələn, “Dildə təbiilik və gözəllik” adlı əsərində bu cür yazır:-“Sözləri və onun toplusu olan cümlələri-bir ağıldan o biri ağıla, bir ürəkdən o biri ürəyə fikir yükü daşıyan nəqliyyat vasitəsinə bənzətmişdir. Nəqliyyat yükə xidmət etdiyi kimi, sözlər də fikrə xidmət edir.Fikrə görə söz tapı- lır,sözə görə fikir yox! Ancaq fikir yükünün mənzilə tez, kəsə yolla çatdırılması üçün münasib nəqliyyat vasitəsi ən dəqiq sözlər, ibarələr,ifadələr tapılmalıdır. ” (5.176). Şair dilin təkcə mənəvi tərəflərini deyil, həm də maddi tərəflərini təbliğ edir. Şair dilimizin qrammatik quruluşunu, ifadəlilik xüsusiyyətlərini, sözəmələgətirmə keyfiyyətlərini də qiymətləndirmişdir.
Görkəmli ədiblərimizdən biri olan C.Məmmədquluzadə yaşadığı dövrdə də dilimizin saflığı problemi aktual idi. Bir yazıçı kimi o da bu problemə biganə qala bilmədi. C.Məmmədquluzadə bu aktual problemi “Anamın kitabı”dramında bədii lövhələrdə əks etdirmişdir. 1919-1920-ci illərdə yazılan əsər ana dili mövzusuna həsr edilmiş orijinal və monumental əsərdir. Əsərin məzmununa fikir versək, yazıçının dil barədə narahatlıqları B.Vahabzadənin şeirlərinin məzmunu ilə üst-üstə düşür. Yazıçı “Anamın kitabı”əsərindəki surətləri də ümumiləşdirmişdir. Əsərdəki Zəhrabəyim-ana obrazı ana dilimizin, Səməd Vahid-türkcədən alınmalar Rüstəm bəy – ruscadan alımalar, Mirzə Məhəmmədəli obrazı isə ərəb və fars dilindən alınmalar kimi mənalandırılmışdır. Övladlarının hamısının ali savadlı olmasına baxmayaraq, mənsub olduğu dili unutmaları Azərbaycan dilinin əsərdəki proobrazı olan Zəhrabəyim ananın ürək sıxıntılarıdır. Əsərdəki Gülbahar obrazı da Zəhrabəyim obrazı kimi dil barədə mütərəqqi fikirlərlə yaşayan obraz olmuşdur ki, o da bu mövzuda qardaşlarına qarşı əks qütbdə durmuşdur. Bu əsər bir daha Bəxtiyar Vahabzadənin fikirlərini sübut edir ki, dil təkcə danışıq vasitəsi deyil, məxsus olduğu xalqın mənəvi sərvətidir. ”Anamın kitabı” əsərinin dil haqqında polemikası Zəhrabəyimin övladlarının təkcə dillərinin dəyişməkləri yox bununla bərabər dil mədəniyyətini və mənəviyyatlarını itirməsidir. B.Vahabzadə də C.Məmmədquluzadənin”Anamın kitabı” əsərini yüksək qiymətləndirərək, hətta əsərin və müəllifin ədəbiyyata, dilə verdiyi töhfəsini göz önünə gətirmişdir. Şair yazıçının əsərlərini “çalınan sarı simə” bənzətmişdir.
“Anamın kitabı!”-oxudum bir də,
Bu günüm dünənlə gəldi,görüşdü.
Cəlilin çaldığı sarı simlərdə
Qədim bir təmsil də yadıma düşdü.(3.47)
B.Vahabzadə və C. Məmmədquluzadə yaradıcılığının əsasını təşkil edən dil məsələləri ortaq cəhət kimi götürülə bilər. Belə ki, “Anamın kitabı” əsərində ortaya qoyulmuş problem o cəmiyyətin ana dilinə olan münasibətini gözəl şəkildə təsvir edirsə, B.Vahabzadənin bu gün çox məşhur olan aşağıdakı misraları da bu günün dil mənzərəsini, insanlarımızın doğma dilə münasibətini açıq aydın ortaya qoyur.
Bir vaxt rusca idi, bütün reklamlar,
Indi ingiliscə dürtülür gözə.
Itin də dilinə hörmətimiz var
Bircə öz dilimiz yaramır bizə!
Sənətkarlarımızn yazıb yaratdığı bu incilər nə qədər qiymətlidir. Bu incilər içərisində poeziya ilə bərabər tarix də yaşayır. Belə ki, bu əsərlərlə tanış olarkən müxtəlif dövrlərdə dilimizin ərəb – fars, rus, son dövrlərdə isə Avropa dillərinin təsirinə məruz qaldığı haqqında məlumatlar alırıq. Və əgər tarix bunu bizə mənbə kimi verirsə, bu misralarda şairin, ədibin daxili səsini, urək yanğısını da hiss edə bilirik. Təhlillərdən də göründüyü kimi, şair B. Vahabzadənin dilin saflığının qorunması, onun daxili imkanlarının üzə çıxarılması istiqamətində müstəsna xidmətləri olmuşdur.Bu keyfiyyətləri nəzərə alaraq onu Azərbaycan ədəbiyyatı tarixinin “ana dili şairi” adlandırsaq yanılmarıq. Onun bu istiqamətdə yazdığı əsərlərini özündən əvvəl və özündən sonrakı dil tendensiyasının ən bariz nümunələri hesab etmək olar.
İstifadə edilmiş ədəbiyyat:
1. Xəlilov B.Bəxtiyar Vahabzadənin dilçilik görüşləri. ”Bakı çap evi”nəşriyyatı. Bakı-2014
2. Poeziyamızda sənətkarlıq məsələsi.-Bəxtiyar Vahabzadə.Sənətkar və zaman Gənclik,Bakı-1976
3. B.Vahabzadə Seçilmiş əsərləri. Öndər nəşriyyat.İki cilddə.Birinci cild.Bakı-2004
4. Tarixi dostluq,mənəvi yaxınlıq – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Gənclik. Bakı-1976
5. Dildə təbiilik və gözəllik.-Bəxtiyar Vahabzadə. Sənətkar və zaman.Gənclik. Bakı-1976
Bəxtiyar Vahabzadə “Seçilmiş əsərləri cild 1” PDF
Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlılıq, təkrarsız, fərdi, milli çalar Bəxtiyar şerini artıq müasir poeziyamızın tarixi-bədii faktına və hadisəsinə çevrilibdir. O, poeziyamızı dövrün ağır sınaqlarında qoruyub saxlamağı bacaran, “öz sinəsində hər zərbəyə açıq, dərisi soyulmuş ürək gəzdirən” həqiqi milli şairdir. Əsrin şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir. Oxuculara dəyərli hədiyyə olan bu kitabda xalq şairinin seçilmiş şeirləri toplanmışdır.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Bəxtiyar Vahabzadə “Seçilmiş əsərləri cild 1” PDF
Bəxtiyar Vahabzadə
Bakhtiyar Vahabzadeh (Azerbaijani: Bəxtiyar Vahabzadə; August 16, 1925 – February 13, 2009) was an Azerbaijani poet. Born in Nukha, he moved to Baku in 1934 and studied philology at Azerbaijan State University (1947). He became an assistant at the same department and completed his doctorate with his thesis on the famous Azerbaijani poet Samed Vurgun. Until his death, he worked at the same university as a professor of “Contemporary Azerbaijani Literature” and as a deputy at the parliament of Azerbaijan.
He was recognized in Turkey with his article titled Yel Kaya’dan Ne Aparır? (What Does the Wind Steal from the Stone?), which was published in Varlık and which was an answer to the critics of the poet Fuzûlî. His articles and poems also appear Bakhtiyar Vahabzadeh (Azerbaijani: Bəxtiyar Vahabzadə; August 16, 1925 – February 13, 2009) was an Azerbaijani poet. Born in Nukha, he moved to Baku in 1934 and studied philology at Azerbaijan State University (1947). He became an assistant at the same department and completed his doctorate with his thesis on the famous Azerbaijani poet Samed Vurgun. Until his death, he worked at the same university as a professor of “Contemporary Azerbaijani Literature” and as a deputy at the parliament of Azerbaijan.
He was recognized in Turkey with his article titled Yel Kaya’dan Ne Aparır? (What Does the Wind Steal from the Stone?), which was published in Varlık and which was an answer to the critics of the poet Fuzûlî. His articles and poems also appeared in the review Türk Edebiyatı for years. Besides poetry, Vahabzade also wrote long verses or stories in verse (poems), plays and made translations. Among his long verses, there is the Yollar-Oğullar (Roads-Sons) which was dedicated to the Algerian Independence Movement, and the Mugam, which was dedicated to the composer Üzeyir Hacıbeyli. He wrote numerous lyrics, most of which were set to music and wrote plays such as İkinci Ses (The Second Sound), Yağışdan Sonra (After the Rain), Artığ Adam (Waste Man) and Vicdan (Conscience). He translated the work titled Abidon Felini by Lord Byron into Azerbaijani. His poems have been translated into many languages in the Soviet Union as well as into many Turkic languages and into German, French and Persian. He received the Commodore Medal of the Romania Ministry of Culture in 2002 with his poetry book titled Benim Garibim (My Poor). He has been regarded as the second greatest contemporary poet of Azerbaijan, after Samed Vurgun. He was awarded with Istiglal Order for his contributions to national independence movement of Azerbaijan by President of Azerbaijan Heydar Aliyev on April 15, 1995. Vahabzadeh died aged 83 on February 13, 2009 in Baku. . more
Bəxtiyar Vahabzadə Average rating: 4.38
· 29 ratings · 2 reviews · 11 distinct works
Comments are closed, but trackbacks and pingbacks are open.