Bəyannamə tərtibatı programı
Tarix: 23-24 dekabr 2020Vaxt: 09:00–13:00 (qeydiyyat 08:30-da başlayır)
Vergi bəyannamələrinin doldurulma qaydaları
Bu təlimdə Deloitte Vergi və Hüquq Departamentinin əməkdaşları müxtəlif vergi bəyannəmələrinin doldurulmasını təlim iştirakçılarına izah edəcək və praktiki çalışmalar yerinə yetirəcəklər.
- Bəyannamə tərtibatı proqramı (BTP) haqqında ümumi məlumat (BTP proqramına giriş, proqramın yüklənməsi və yenilənməsi qaydaları);
- Əlavə dəyər vergisi (ƏDV) bəyannaməsinin doldurulması qaydaları;
- ƏDV məbləği əvəzləşdirilən e-qaimə fakturaların sistemdə yığılması;
- Mənfəət vergisi bəyannaməsinin doldurulması qaydaları;
- Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin doldurulması qaydaları;
- Əmlak vergisi bəyannaməsinin doldurulması qaydaları;
- Torpaq vergisi bəyannaməsinin doldurulması qaydaları;
- Oflayn rejimdə hazırlanmış bəyannamələrin göndərilməsi qaydaları;
- Sadələşdirilmiş vergi bəyannaməsinin onlayn qaydada doldurulması qaydaları;
- Muzdlu işlə əlaqədar vahid bəyannamənin doldurulması və təqdim edilməsi qaydaları.
Təlimin dili: Azərbaycan dili
Təlimin qiyməti: 500 AZN (ƏDV xaric).
Tarix: 23-24 dekabr 2020Vaxt: 09:00–13:00 (qeydiyyat 08:30-da başlayır)
Ünvan: Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər ofisi
Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına Nərgiz İbrahimovaya göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167
Bəyannamə tərtibatı programı
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir.
“İki sahil” Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, tədbirlər çərçivəsində vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib.
Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilib. Zərər çəkmiş sahələrdə çalışan vergiödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergilərin ödəmə müddətləri 2020-ci il sentyabrın 1-dək uzadılıb. Eyni zamanda, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti 2020-ci il sentyabrın 1-nə kimi uzadılıb və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq sentyabrın 1-i müəyyən edilib.
Bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib.
Avqustun 19-dan “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergiödəyiciləri tərəfindən müvafiq güzəşt və azadolmaları özündə ehtiva edən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda həmin bəyannamələrin də elektron forması vergiödəyicilərinin istifadəsinə veriləcək.
Praktiki “Bəyannamə və hesabatların hazırlanması” kursu
Bu sıralamalar sizə çox gəlsə də, əslində bu hesabat və bəyannamələrin hazırlanması çox da çətin deyil. Siz, bizim təşkil etdiyimiz Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” kursunda iştirak edərək çox qısa zamanda bu hesabatların hazırlanması biliklərinə yiyələnə bilərsiniz.
Müddət: 20 saat
Bir çox köməkçi fayl və cədvəllər iştirakçılara təqdim ediləcək. Kursu bitirdikdən sonra çalışan şəxslər iş zamanı yaranmış problemlərlə bağlı 3 ay ərzində müəllimdən konsultasiya ala biləcəklər.
Əlavə suallarınıza cavabı linkdən qeydiyyatdan keçdikdən sonra sizinlə əlaqə saxlayan şəxsdən tam öyrənə bilərsiniz. Uğurlar!
Salman Əbdülrzazadə
İqtisad Universitetində “Biznesin idarə edilməsi və təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.
2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməkdədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.
Kursun proqramı aşağıdakı kimidir:
1. BTP proqramı və vergi bəyannamələrinin tərtib edilməsi
- BTP proqramı haqqında məlumat və yüklənməsi qaydası;
- Vergi bəyannamələri barədə anlayışlar.
2. Sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı
- Sadələşdirilmiş vergi ödəyiciləri və bəyannamə vermək mükəlləfiyyəti olan şəxslər barədə məlumat;
- Azərbaycan Respublikası Qanuvericiliyinə əsasən sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
- Onlayn qaydada sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması;
- Sadələşdirilmiş vergi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
- Sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmə müddəti;
- Təqdim edilən sadələşdirilmiş vergi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
- Faktiki sənədlərə əsasən bir neçə ədəd sadələşdirilmiş vergi bəyannaməsinin hazırlanması.
3. Ödəmə mənbəyindən vergi bəyannaməsinin tərtibatı
- Ödəmə mənbəyindən vergi (ÖMV) haqqında ilkin anlayışlar:
– İcarə öhdəliklərinə görə ÖMV hazırlanması;
– Daşınma əməliyyatlarına görə ÖMV hazırlanması;
- ÖMV bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
- ÖMV bəyannaməsinin təqdim edilmə müddəti;
- Təqdim edilən ÖMV bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
- Faktiki sənədlərə əsasən bir neçə ədəd ÖMV bəyannaməsinin hazırlanması.
4. Mənfəət və gəlir vergisi bəyannaməsinin tərtib edilməsi
- Mənfəət və gəlir vergisi haqqında ilkin anlayışlar;
- Sahibkarlıq subyektinin meyarlarının təyin edilməsi;
- Gəlir və xərclərin uçotu metodunun müəyyən edilməsi;
- Mənfəət və gəlir vergisi bəyannaməsinin hazırlanması;
- Mənfəət və gəlir vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
- Mənfəət və gəlir vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
- Təqdim edilən mənfəət və ya gəlir vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı Vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
- Faktiki sənədlərə əsasən bir neçə ədəd mənfəət və ya gəlir vergi bəyannaməsinin hazırlanması.
5. Əmlak vergi bəyannaməsinin tərtib edilməsi
- Əmlak vergisi haqqında ilkin anlayışlar;
- Əmlak vergisi bəyannaməsinin hazırlanması;
- Əmlak vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
- Əmlak vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
- Təqdim edilən əmlak vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
- Faktiki sənədlərə əsasən bir neçə ədəd əmlak vergi bəyannaməsinin hazırlanması.
6. Torpaq vergi bəyannaməsinin tərtib edilməsi
- Torpaq vergisi haqqında ilkin anlayışlar;
- Torpaq vergisi bəyannaməsinin hazırlanması;
- Torpaq vergisi bəyannaməsinin əlavələrinin hazırlanma qaydası;
- Torpaq vergisi bəyannaməsinin təqdim edilmə müddəti;
- Təqdim edilən torpaq vergisi bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
- Faktiki sənədlərə əsasən bir neçə ədəd torpaq vergi bəyannaməsinin hazırlanması.
7. ƏDV (Əlavə Dəyər Vergisi)
- ƏDV nədir?
- ƏDV qeydiyyatına dair ərizənin tələb edilməsi;
- ƏDV bəyannaməsinin tərtib edilməsi:
– 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar;
– 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar;
– 0 faiz dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə tələb edilən sertifikatlar;
– ƏDV-dən azad əməliyyatlar;
– Debitor borclar barədə məlumat;
– E-qaimələr üzrə əvəzləşmə;
- ƏDV Depozit / İstifadə qaydası / Köçürmələr;
- Qeyri-rezidentə ödənən məbləğə görə ƏDV bəyannaməsinin hazırlanması və təqdim edilməsi;
- Təqdim edilən ƏDV bəyannaməsi ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı;
- Faktiki sənədlərə əsasən bir neçə ədəd ƏDV bəyannaməsinin hazırlanması.
8. Muzdlu və qeyri-muzdlu iş ilə əlaqədar vahid bəyannamənin hazırlanması
- MDSS haqqında ilkin anlayışlar;
- İşsizlikdən sığorta haqqında məlumat;
- İcbari tibbi sığorta haqqında məlumat;
- Vahid bəyannamənin tərtib olunması qaydasının izahı;
- MDSS haqqına cəlb edilən gəlirlər;
- MDSS haqqına cəlb edilməyən gəlirlər;
- İşsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər;
- İcbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər;
- Xarici vətəndaşlar barədə məlumat hissəsinin doldurulması qaydası;
- Təqdim edilən Vahid bəyannamə ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı.
9. Statistika Hesabatı
- Statistika hesabatlarının təqdim edilməsi;
- 4 əmək aylıq əmək statistika hesabatının tərtib edilməsi;
- 12 xidmət (ticarət, tikinti, istehsal, sənaye) aylıq dövriyyə statistika hesabatının tərtib edilməsi qaydası;
- 1 əmək illik əmək statistika hesabatının tərtib edilməsi;
- 1 müəssisə illik statistika hesabatının tərtib edilməsi.
Comments are closed, but trackbacks and pingbacks are open.