Press "Enter" to skip to content

Текст книги Seçilmiş əsərləri

1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

Əsərləri (3 cild). Cəlil Məmmədquluzadə (PDF yüklə)

Cəlil Məmmədquluzadənin “Əsərləri (3 cild)” kitabını yüklə.

Qeyd: Əslində kitab 4 cilddir, lakin elektron variantda sadəcə, 3 cildini aşkarladıq. Kitabların 3-ü də bir yerdə .rar faylı şəklindədi.

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və idea rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir.

Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında “Şərqi-Rus” qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. “Poçt qutusu” adlı ilk mətbu əsəri, “Kişmiş oyunu”, Lev Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

İlk nömrəsi 1906-cı il aprelin 7-də (köhnə stil ilə 20 aprel) çıxan “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.”Molla Nəsrəddin” jurnalı yazıçının M.Ə.Sabirlə ayrılmaz dost olmasında da böyük rol oynamışdır.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada “Molla Nəsrəddin”in 8 nömrəsini çap etmişdır.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

Son illərdə akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri ilə əlaqə yaratmışdır.

Текст книги “Seçilmiş əsərləri”

Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman o səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl eləsə, çox sirlərdən agah olub, çox şeylər bilər.

Sokrat

BİR YÜNGÜLVARİ MÜQƏDDİMƏ

Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq. Mən özüm anadan olmuşam düz otuz il bundan irəli; yəni mənim otuz yaşım var. Yoldaşım Sadıq da, mən deyirəm, ancaq mən sində olar. Amma mən ondan bir az cavan görükürəm. Onun boyu ucadı, mənim boyum alçaqdı; amma mən ondan doluyam. O, çox qaradı və kosadı, amma mən ağımtıl və top saqqalam. Bir təfavütümüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi; amma yoldaşımın gözləri çox salamatdı. Bunun da səbəbi odur ki, mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi.

Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. Mənim sənətim qoltuqçuluqdu, yəni dörd-beş top çit qoltuğuma vurub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb, bir tövr güzəranımı keçirirəm. Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd put duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür rüzgarını keçirir.

Vəssəlam, hər ikimiz Allah-taalanın kasıb bəndələrindənik.

Qərəz, baş ağrısı da olur, amma genə gərək deyim; çünki mən bilirəm ki, bu əhvalatı oxuyan rəfiqlərim artıq təəccüb edəcəklər, necə yəni qəzetçi Xəlil və lağlağı Sadıq? Pəs rəfiqlərimi intizarçılıqdan çıxarmaqdan ötrü genə gərək bir neçə söz ərz edəm; hərçənd baş ağrısı olur.

Mən deyirəm bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdu. Demirəm ki, pisdi, Allah eləməsin. Mən heç vaxt haqqı itirmərəm. Doğrudur, mən bir az incimişəm kəndimizdən; amma bu, kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə genə pis demək haqdan kənar olar.

Yox, vallahi, billahi, bizim kənd çox yaxşı kənddi. İnşallah, əgər mənim ərzimə axıra kimi səbr ilə qulaq versən, özün görərsən ki, bizim kənd pis kənd deyil.

Hələ pisliyi, yaxşılığı qalsın kənarda. Sözüm orda deyil; sözüm orasındadı ki, bizim kənddə şəxs yoxdu ki, onun bir ayaması olmasın.

Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox? Ayama, yəni ləqəb.

Hələ burdan bir haşiyə çıxaq.

Mən ləqəb sözünü bildirə kimi bilməzdim; çünki dərsim o qədər yoxdu, “Camei-Abbas”dan savayı bir kitab oxumamışam. Bildir bizim kənddə o taydan bir molla mərsiyə oxuyurdu. Amma heyif adı yadımdan çıxıbdı. Bir gün bu mollanın güzəri1 1
Yolu

[Закрыть] düşdü bizim Sadığın dükanına. Görükürdü molla irəlidən bilirmiş ki, Sadığa lağlağı Sadıq deyirlər. Dükanda məndən savayı bir neçə kətdi də var idi. Molla, Sadıqdan iki paçka maxorka tənbəkisi alıb, paçkanın birini açdı və çubuğunu doldurub od istədi. Sadıq bir spiçka çəkdi, molla çubuğu alışdırıb Sadığa dedi:

– Allah atana rəhmət eləsin.

Sonra çubuğu bir neçə dəfə sümürüb, üzünü tutdu Sadığa:

– Əxəvizadə2 2
Qardaşoğlu

[Закрыть] , nə illət, cənabınızın ismi-şərifinə3 3
Şərəfli adına

[Закрыть] lağlağı ləqəbi izafə artırırlar?

Axundun sözlərini nəinki kətdilər, heç mən özüm də başa düşmədim. Vəhalon ki mən oturanların yanında hələ alim idim. Amma, söz yox, hamımız başa düşdük; axund soruşurdu nəyə Sadığa lağlağı deyirlər. Sadıq bir az duruxub cavab verdi ki, lağlağı onun ayamasıdı. Axund təəccüblə dübarə soruşdu:

– Olan4 4
Oğlan

[Закрыть] , ayama nədi, qəribə avam adamsınız.

Sadıq səbəbini soruşandan sonra axund bizi başa saldı ki, lağlağı Sadığın ayaması deyil, ləqəbidi. Amma avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək.

Biz hamımız razı olduq və “bəli” cavabdan savayı bir söz demədik. Sonra Sadıq üzünü axunda tutub soruşdu:

– Axund, cənabınız gərək ərəb dərsində çox güclü olasınız.

Molla cavab verdi:

– Gədə, nə söyləyirsən? Molla olmaq, mərsiyə demək məgər asan əmrdi? Ərəb dərsini tamam eyləməmiş adamı məgər minbərə qoyarlar?

Nağafil Sadıq axunddan bu cür soruşdu:

– Axund, çörəyə ərəbcə nə deyir?

Axund çubuğu sümürüb, bir baxdı yerə və öskürüb cavab verdi:

– Bəradərim5 5
Qardaşım

[Закрыть] , Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad qoyalar. Orda düyüdən savay özgə şey yeməzlər.

Sadıq dübarə axunda sual verdi:

– Pəs düyüyə ərəbcə nə deyir?

Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi:

– Qardaş oğlu, sən elə doğrudan lağlağı imişsən. Kətdilər yerində sənə lağlağı deyiblər.

Bu sözləri deyib axund əbasını düzəldib, dükandan çıxdı, getdi. Biz hamımız o günü axşama kimi gülməkdən sakit olmadıq.

Məsələn, mənim adım Xəlildi, mənim adımı qoyublar qəzetçi Xəlil. Mən, vallah, bilmirəm qəzet nədi. Qəzetçi bir şəxsdi ağlı, kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyib dağıdır o yana-bu yana. Amma mən bilmirəm ki, mən haradan qəzetçi oldum. İnşallah, ərz elərəm nə səbəbə mənə qəzetçi deyirlər, mənim yoldaşıma deyirlər lağlağı Sadıq, yəni çox danışan.

Hələ bizə hörmət qoyublar; bizim ləqəbimiz çox gülməli deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm oğunub gedərsən. Məsələn, girdik Həsən, dəvə Heydər, yalançı Səbzəli, eşşək Muxtar, doşan Qasım. Müxtəsər, bu cür ayamalar bizim Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə, bütün Rusiyyətin karxanalarında kağız qalmaz.

Mənim yoldaşım Sadığın adını qoyublar lağlağı. And olsun bizi yaradana, bu ləqəb o kişiyə heç yaraşmır. Doğrudu, Sadıq çox danışar. Elə hər yanda oturubdu deyəcək. Deyir, deyir və yorulmaq bilmir. Amma neyliyim, bir belə şirinkəlam, mən deyərəm, yer üzündə yoxdu.

Bir də ki, bizim Danabaş kəndində elə bilirlər ki, hər bir çox danışan adama lağlağı demək olar. Axır çox danışan da var, çox danışan da. Mən elə şəxslər görmüşəm ki, səhərdən-axşamadək danışıb, mən heç doymamışam. Əgər hamı çox danışana lağlağı demək olsaydı, gərək biz cəmi vaizlərə lağlağı deyəydik; çünki onlar minbərə çıxıb, yenmək bilməzlər.

Xeyr. Hamı çox danışana lağlağı demək olmaz. Birisi başlayır Allah-taalanın barəsində söhbət edir, ya qeyrisi öz Kərbəlaya və Məkkəyə getməyindən nağıl edir, məgər bu cür şəxslərə demək olar lağlağı? Xeyr, olmaz; günahdı və haqdan uzaqdı bu cür sözləri danışmaq.

Qoy hər kəs hər nə deyir-desin. Qoy Sadığa desinlər lağlağı; amma o kişi ölən günə kimi mənim rəfiqim, müsahibim və həmdərdimdi! Bəzi qızını söyür, bəzi anasını.

Bəlkə də elə Sadıq doğrudan lağlağıdı. Amma o danışanda doğrudan mən həmişə gərək duram onun dodaqlarından öpəm.

Pəs mənə niyə deyirlər qəzetçi? Bunun səbəbini ərz edim. Mənə o vaxt qəzetçi dedilər ki, mən Sadıq ilə müsahiblik başladım. Həqiqətdə mənim adımın qəzetçi qoyulmağına bais yoldaşım Sadıq olubdu.

Burda mətləb bir az uzandı.

Mən deyərəm iki il olar ki, biz tapışmışıq. Əhvalat bu cür oldu: bir günləri bir neçə top çit qoltuğuma vurub getdim Sadığın dükanına. O vədə bizim aramızda bir elə rəfiqlik yox idi. Bir qədər oturdum. Sadıq bir çubuq doldurdu verdi, mən başladım çəkməyi. Dükanda qeyri bir şəxs yox idi. Mən çubuğu çəkməyə məşğul oldum. Sadıq da, söz yox, başladı söhbəti. Mənə onun söhbəti həmişə xoş gəlirdi, necə ki, qabaqca ərz etdim qulluğunuza; amma bu dəfə mən bu kişiyə lap aşiq oldum. Bu dəfə mənim rəfiqim bir elə şirin əhvalat başladı ki, mən deyərəm bəlkə iyirmi, otuz müştəri dükana girdi və boş çıxdı. Hər gələnə deyirdik ki, sən istəyən şey dükanda yoxdu. Dedi, dedi, dedi, axırı bir yerdə dayandı. Bir diqqətnən baxdı mənim üzümə, bir ah çəkdi və dedi:

– Xəlil əmoğlu, mənim bir arzum var.

– Qardaşım, nədi arzun?

– Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar.

– Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürərəm yazıya və bir kitab bağlayıb adını qoyaram “Danabaş …” Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər; çünki əgər mən Allah-taalanın xoşbəxt bəndələrindənəm, ehsansız da elə axirətdə üzüm ağ olacaq, yoxsa günahkar bəndəyəm, nə ehsan kömək edər, nə qeyri bir şey. Mən vəsiyyət edərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna.

Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:

– Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, Allah səni hər iki dünyada həsrət qoymasın.

Pəs, mənim əzizlərim, bu cür oldu bizim rəfiq olmağımız. Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım. Çünki bu dəftər həmişə mənim qoltuq cibimdə olardı və çünki mənim peşəm həməvəqt kəndləri dolanmaqdı, mən hər bir xoş vaxtda dəftəri çıxardıb başlardım oxumağı.

Bir övqat6 6
Vaxtlar, zaman

[Закрыть] çox şirin tutdu. Hər yanda məni görçək çağırıb qonaq aparardılar. Məhz ondan ötrü ki, təzə bir əhvalat oxuyum. Əvvəl mənim adımı qoydular nağılçı; amma sonra gördülər ki, bu ad mənə yaraşmır. Xülaseyi-kəlam, mənim adım qaldı qəzetçi.

Söz yox, mənim adımın qəzetçi olmağına bais yoldaşım olubdu, necə özünüz də görürsünüz və söz yox ki, mənə xoş gəlmir ki, atam-anam qoyduqları adımın yanına bir özgə ad qondaralar; amma mən genə ürəyimi sıxmıram. Qoy avam hər nə deyir-desin. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. Hələ bəlkə bir az gərək fəxr edək ki, avam bizim üstümüzə gülür.

Dünyada hədsiz şəxslər avamdan gilaylı qalıblar. Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə.

Yazılıbdır Danabaş kəndində İrəvan quberniyasında, 1894-cü sənə.
Lağlağı Sadıq və qəzetçi Xəlil

EŞŞƏYİN İTMƏKLİYİ

Miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu. Əhvalat budu ki, Məhəmmədhəsən əminin eşşəyi oğurlanıb.

Söz yox, o kəsin ki, bu əhvalatdan xəbəri yoxdu, mənim sözümə inanmayacaq; çünki doğrudan da eşşəyin itməkliyi bir elə təəccüblü şey deyil ki, bundan bir qəribə əhvalat çıxsın. Hər kənddə və hər şəhərdə gün olmaz ki, eşşək itməsin. Amma xeyr, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu.

Vallahi, billahi, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi bir qəribə əhvalatdı ki, nağıl edim, siz də qulaq verib ləzzət aparasız.

Əvvəl görək kimdi Məhəmmədhəsən əmi?

Hər kəs Danabaş kəndini tanıyır, o yəqin Məhəmmədhəsən əmini də tanıyır; çünki Məhəmmədhəsən əmi kəndin sayılan şəxslərindən biridi. Məhəmmədhəsən əminin olar əlli dörd, əlli beş yaşı. Artıq olmaz. Hərçənd ki, saqqalı ağarıbdı, özü ki, and içir ki, əgər məni kasıblıq sıxmasaydı, heç kəs deməzdi ki, mənim sinnim qırxdan artıq ola. Elə yalan demir Məhəmmədhəsən əmi; çünki kişinin bu sinnində genə yanaqları qıpqırmızı qızarır.

Məhəmmədhəsən əminin başına çox işlər gəlib. Əgər duraq hamısını nağıl eləməkliyə, çox uzun çəkər. Nələr gəlib Məhəmməd-həsən əminin başına, nə işlərə düçar olubdur!

Vəssalam ki, ruzgar bu kişinin üzünə gülmüyübdü. Məhəmməd-həsən əmi olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyif! Elə ki, Hacı Rza və övrəti öldülər, Məhəmmədhəsən əmi qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesabı göstərdilər.

Elə ki, Məhəmmədhəsən əmi özünü tanıdı, gözünü açdı, baxdı gördü qalıbdı lap lüt madərzad. Sonra bir qıznan sevişdi, həmin qızı aldı və bir neçə il gedib İrəvan tərəflərində qürbətlik çəkdi, bəlkə puldan-zaddan qazanıb gətirib əlində maya eləsin. Qərəz, tutmadı işi, əliboş kəndə qayıdıb üç-dörd eşşək alıb, başladı çarvadarlığı. Amma gəldikcə işi tənəzzül elədi. Axirüləmr gəldi tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı və bura bir-iki pud undan, buğdadan, tut qurusundan, iydədən düzüb, başladı sövdəni, ta ki, gəldi çatdı bu yaşa ki, indi biz görürük; külfəti də, söz yox, gəldikcə törədi.

Pəs bir tövrnən indi Məhəmmədhəsən əmi başını girləndirir. Amma kasıb olanda nə olar, çox yaxşı adamdı Məhəmmədhəsən əmi. Doğrudan kişinin başı özünün deyil; kişi bu kasıblıq vaxtında heç zaddan müzayiqə eləməz. Birisi gedə deyə “Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdı”, əgər özündə olsa, əlüstü çıxardıb verəcək, olmasa çalışacaq hər tövrnən olmuş-olsa, özgəsindən tapsın, sənin işini düzəltsin. Vaqeən çox yaxşı kişidi Məhəmmədhəsən əmi.

Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil və lakin tək bircə arzusu var. Üç-dörd ildi Məhəmmədhəsən əmi Kərbəla ziyarətini qəsd edibdi. Bu kişi artıq dindar adamdı. Doğrudan əgər rüzgarı bir vəch ilə keçəydi, yəqin ki, indi Məhəmmədhəsən əmi çəhardəh məsumu7 7
Dindar müsəlmanların ziyarətə getdikləri şəhərlər

[Закрыть] tamam etmişdi. Amma nə eləmək, kasıblıq şəxsi savab işlərdən də qoyur. Müxtəsər, çoxdandı Məhəmmədhəsən əmi Kərbəla qəsdi edibdi. İl olmaz ki, yazıq Məhəmmədhəsən əmi bu pakizə fikrə düşməsin. Zəvvarın**8 8
Ziyarətə gedən

[Закрыть] həmişə getmək, ya gəlmək sədasını eşidən kimi Məhəmmədhəsən əminin gözündən yaş çeşmə kimi başlar axmağa.

Amma nə eləmək, kasıblığın evi yıxılsın. İndiyə kimi yazıq kişinin qolunu-qıçını bağlayıb, qoymur bir yana tərpəşsin.

Üç-dörd ayın sözüdür. Məhəmmədhəsən əmi yatıb bir vaqiə gördü, yuxudan dürüb övrətini çağırıb, ona xəbər verdi ki, övrət, necə olmuş-olsa, gərək bu il inşallah gedəm Kərbəlaya. Vaqiəsini indiyədək heç kəsə nağıl eləməyibdi. Ancaq bunu deyir ki, vaqiə görmüşəm, gərək nə tövr olmuş-olsa Kərbəlaya gedib, altı güşəli qəbri ziyarət edəm.

Pəs üç-dörd aydı Məhəmmədhəsən əmi getmək tədarükündədi… Ziyarət şövqü Məhəmmədhəsən əmini dünya işlərindən lap kənar eləyibdi. Bu fikrə düşəndən dükanı boşluyub, bir qədər arpa, ya darı unundan tədarük edib qoyub evinə və bir para lazım olan şeylərdən ev üçün hazır edib, gözləyir zəvvarın çıxmaqlığını.

Əvvəl Məhəmmədhəsən əmi istədi piyada getsin, çünki məlumdur ki, piyada ziyarətə getməkliyin feyzi malnan getməklikdən artıqdı. Amma sonra baxdı gördü ki, sinninin o vaxtı deyil ki, piyada iki aylıq yolu gedib qayıtsın. Pəs nə eləmək? Axırı laəlac qalıb, özündən, özgədən on-on beş manat tədarük edib, Məhəmmədhəsən əmi bir ulağ aldı. Söz yox, ulağ atdan yaxşıdı. Əvvələn ondan ötrü, ulağ atdan ucuzdu. Bəlkə heç Məhəmmədhəsən əmi otuz-qırx manat tapa bilməyəcək idi ki, ata versin. Bir də birisi ziyarətə ulağnan gedə və qeyrisi atnan gedə, əlbəttə, ulağnan gedənin ziyarəti Allah-taala yanında tez dərəceyi-qəbula yetişər.

Bəli, Məhəmmədhəsən əmi bir ulağ aldı. Amma bu ulağ başı bəlalı ulağ imiş.

Günlərin bir günü Məhəmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb, çıxdı bir həyəti dolandı. Toyuq-cücəni çağırıb, bir az dən səpdi, tövləyə girib eşşəyin qabağına bir-iki ovuc arpa töküb çıxdı küçəyə və öz küçə qapısının ağzında çömbəldi, çıxartdı çubuğunu və kisəsini və çubuğu doldurub başladı çəkməyi. Bir qədər keçdi, bir neçə kəndli Məhəmmədhəsən əmi sində Məhəmmədhəsən əminin yanına gəlib, salam verib, cərgə ilə çömbəldilər və çubuqlarını çıxardıb başladılar çəkməyi. Bu kəndlilər hamısı Məhəmmədhəsən əminin qonşusuydular.

Kəndlilər bir az çubuq çəkib, bir qədər öskürüb başladılar söhbəti. Söhbət kərbəlayıların çıxmağından düşmüşdü. Çünki oturanların hamısı Məhəmmədhəsən əminin ziyarət qəsdindən xəbərdardılar, söz yox, bu söhbətdə Məhəmmədhəsən əminin də adı çəkilirdi.

Söhbət çox uzun çəkdi. Əvvəl başladılar ziyarətə getməkliyin savabından, sonra keçdilər ziyarətə getməkliyin şərtlərinə. Məhəmmədhəsən əminin sol tərəfində oturan kişi bir məsələ saldı ortalığa:

– Aya, görək birisi gedir ziyarətə, ziyarətini edir, sonra qayıdır gəlir öz vətəninə, biz yığışıb dəstə-dəstə gedirik bu kişinin görüşünə və əl-ələ verib deyirik: “Ziyarətin qəbul olsun”, aya, görək bizim deməkliyimiznən bu kişinin ziyarəti qəbul olacaq, ya xeyr? Aya, görək bu sözü ki, biz buna deyirik, bu sözlərin bu şəxsə mənfəəti var, ya yox? Məsələn, Məhəmmədhəsən əmi, indi sənin ziyarət qəsdin var. Allah salamatlıq versin, sağ və səlamət gedib qayıdasan evinə. İndi, söz yox, Allah qoysa qayıdandan sonra biz hamılıqnan sən ilə görüşəcəyik. İndi görək bizlər sənə deyəcəyik: “ziyarətin qəbul olsun”, bu sözün, bu görüşməkliyin sənə xeyri var, ya yox? Mən ki, deyirəm yoxdu. Ondan ötrü ki, sən ziyarəti eləmisən bir ay, bəlkə ay yarım bundan qabaq. Əgər sənin ziyarətin qəbul olunub Allah yanında, dəxi bizim sənə dua eləməkliyimizin nə faydası? Əgər ki, qəbul olunmayıb, genə faydası yoxdu. Biz deməkliknən qəbul olunmayacaq ki!

Bu kişi sözünü deyib dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. Qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular; çünki vaqeən bu məsələ dərin məsələdi. Məhəmmədhəsən əmi təzədən kisəni cibindən çıxarıb, məşğul oldu çubuğu doldurmağa, sonra başladı sol tərəfində oturan qonşusunun cavabını:

– Yaxşı deyirsən. Məşədi Oruc əmoğlu. Sən deyən olmuş-olsa, onda da iş düz gətirməz, ortalıqdan mehribançılıq götürülər. Birisi getdi ziyarətə, gəldi evinə, heç kəs getmədi onun görüşünə, dəxi bu müsəlmançılıq olmadı ki! İndi mən gedib, tutaq, ziyarət edib gəlmişəm evimə, sən nə deyirsən, gəlməzsən mənim görüşümə? Sonra dəxi mən sənin üzünə baxmaram ki…

Məşədi Oruc cəld əlini Məhəmmədhəsən əminin tərəfinə uzadıb və bir qədər dikəlib başladı:

– Yox, vallah, Məhəmmədhəsən əmi, sən mənim ərzimi başa düşmədin; mənim məsələmin cavabı deyil sən dediyin. Mən, söz yox, gələcəyəm sənin görüşünə. Sözüm orasındadır ki, görək aya, mənim bu gəlməkliyimin sənə bir mənfəəti var ya yox? Mən orasını soruşuram.

Məhəmmədhəsən əmi dübarə cavab verdi ki, görüşməyin hər halda mənfəəti var; çünki görüşmək olmasa, ortalıqdan mehribançılıq götürülər. Oturan kəndlilər bu xüsusda hamısı Məhəmmədhəsən əminin tərəfində idilər; çünki hərçənd Məşədi Orucun məsələsi dərin məsələdi, amma hamıya bəid9 9
Uzaq; burada: ağla batmayan

[Закрыть] görsəndi. Necə ola bilər ki, birisi ziyarətdən gələ, gedib onnan görüşməyəsən?!

Bu mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. Hərənin qabağında bir zorba koma kül qalandı.

Söhbətin lap şirin vaxtı idi, sol səmtdən, döngədən bir şəxs çıxıb, yeyin yeriyib kəndlilərin yanına gəlib, salam verib üzünü tutdu Məhəmmədhəsən əmiyə:

– Məhəmmədhəsən əmi, tez oğlanı göndər pəyədən eşşəyi çıxarsın, minəcəyəm şəhərə, nəçərnik istiyibdir.

Kəndlilər cəld ayağa durub, salamı rədd elədilər.

– Baş üstə, baş üstə, qurbandır sənə eşşək. Bu saat gedim özüm çıxardım gətirim.

Bu cavabı verib, Məhəmmədhəsən əmi əlüstü girdi həyətə.

Məhəmmədhəsən əmi eşşəyi gətirməkdə olsun, görək pəs bu şəxs kimdi və nəçidi.

Bunu bilmək asandı ki, bu şəxs xırda adam deyil. Əvvələn ondan ötrü, kəndlilər söhbətin şirin məqamında bunu görçək durdular ayağa, hələ bəlkə baş da yendirdilər. İkincisi də, məlumdur ki, indi Məhəmmədhəsən əminin gözünün işığı tək bircə eşşəyidir; çünki bu eşşəyi ondan ötrü alıbdı ki, minib getsin Kərbəlaya. Gecə və gündüz bu heyvana mütəvəccöh olur ki, onu yarı yolda qoymasın. Pəs belə güman eləmək lazımdı ki, Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. Amma bu şəxs istəyən kimi Məhəmmədhəsən dəsti10 10
Tez, cəld, əlüstü

[Закрыть] getdi eşşəyi çıxardıb gətirsin.

Pəs görək bu şəxs kimdi və nəçidi?

Bəli, xırda adam deyil bu eşşəyi istəyən şəxs. Bu, Danabaş kəndinin katdası Xudayar bəydi. Mən istəmirəm Xudayar bəyin keçəcəyindən danışam; çünki özü də heç bu əmrə razı olmaz. İndi dünyada qayda belədi ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə: ay mənim atam belə, anam belə, dövlətimiz bu qədər idi, imarətimiz bu cür idi, hörmətimiz bu həddə idi. Amma birisi alçaqdan ucaya qalxa, kasıbçılıqdan dövlətə çata, əskiklikdən hörmətə minə, heç vaxt atadan-babadan danışmağı dost tutmaz. Məsələn: Məhəmmədhəsən əmi yeddi gün yeddi gecə atasının dövlətindən, hörmətindən danışa doymaz. Amma Xudayar katda heç kəsə atasının adını da deməz. Hər vaxt bu cür söhbət düşəndə Xudayar katdanın sözü budur: “Qardaş, nə işin var ataynan-anaynan. Onlar ölüb gediblər, Allah onlara rəhmət eləsin. Gəl özünnən-özümnən danışaq”. Pəs çünki keçəcək-dən danışmağı Xudayar bəy dost tutmur, heç mən də istəmirəm onun qəlbinə dəyim. Onun keçəcəyinnən mənim də işim yoxdu.

Xudayar bəyin ancaq otuz yeddi, otuz səkkiz sinni olar; artıq olmaz, bəlkə əskik ola. Boyu ucadı, çox ucadı. Bunun ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyərdilər. Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayım. Qorxuram yalançı olam. Bəli, boyu ucadı, saqqalı, qaşları tünd qaradı. Üzü də qaradı, çox qaradı. Gözləri lap qaradı, bir tikə ağ yoxdu gözlərində. Belə ki, bəzi vaxt Xudayar bəy papağını basır gözünün önünə: papaq qara, gözlər qara, üz qara. Papağın altdan gözlər belə işarır ki, adamın canına vahimə ötürür. Pəs deyəsən ki, çim altından qurbağa baxır.

Bunlar hamısı ötər. Xudayar bəyin bir böyük qüsuru var. Burnu əyridi; əyridi, amma pis əyridi. Əyri də var, əyri var. Mən çox gözəllər görmüşəm ki, burunları əyridi, amma Xudayar bəyin burnu pis əyridi. Burnunun yuxarı tərəfindən bir sümük dikəlib. Sümük düzdü, amma aşağısının əti xoruz pipiyi kimi düşüb sol yana. Bilmirəm anadan olmadı, ya sonra olubdu. Amma çox pis burundu, vəssalam.Xudayar bəyə göyçək kişi demək olmaz.

İndi iki il olar ki, Xudayar bəy Danabaşda katdalıq eləyir. Bunun katda olmağının da çox əhvalatları var. Xudayar bəy özgə katdalar kimi katda olmayıbdı. Axır, adət bu cürdü ki, katdanı camaat seçər. Amma Xudayar bəyin katdalığı özgə tövr olubdu; yəni çox asan vəchlə olub.

Əvvəl, yəni iki il bundan əqdəm, Xudayar bəy qlava yanında çavuş idi. İş elə gətirdi ki, qlava Xudayar bəyin anasını siğə elədi. Aşkardı ki, qlava öz səmtini qoyub, özgəni katdalıqda saxlamayacaq. Bir həftənin içində katdanı qısnıyıb, qulluqdan kənar elədi. Bir neçə vaxt kənd qaldı katdasız. Xülaseyi-kəlam, camaat bir vaxt gözünü açdı gördü ki, Xudayar bəy katdadı ki, katdadı.

Xudayar bəy katda olan kimi lap dəyişildi. Əvvəl başladı libasından. Paltarını təzələyib və əlinə bir zoğal ağacı alıb, xəbər verdi ki, onun adı Xudayar deyil, Xudayar bəydi. Kimin ixtiyarı var idi soruşsun haradan ona bəylik yetişib?! Amma xalq bilirdi ki, bəylik ona oradan yetişib ki, qlava anasını siğə edib. İyirmi-otuz adamı Xudayar katda dama qatıb məhz o səbəbə ki, səhvən ona deyiblər Xudayar katda, deməyiblər Xudayar bəy.

“Çöçə-çöçə” deyə-deyə Məhəmmədhəsən əmi eşşəyi çıxardı küçəyə. Eşşək eşiyə çıxan kimi bir oğlan uşağı, yeddi-səkkiz yaşlarında, tumançaq, başıaçıq və keçəl, özünü çırpdı küçəyə və ağlaya-ağlaya, çığıra-çığıra qaçıb yapışdı eşşəyin quyruğundan. Bu oğlan Məhəmmədhəsən əminin xırda oğludur.

– Hara qoyuram eşşəyimi getsin? Vallah qoymayacağam u… u… u…

Bu cür ağlamaqlıqnan və sızıldamaqlıqnan oğlan bərk-bərk ulağın quyruğundan yapışıb, qoymurdu heyvan hərəkət eləsin.

Məhəmmədhəsən əmi vaqeən çox mehriban ata idı; o, heç vaxt istəməzdi övladının ürəyini bir dəm sıxsın. Odur ki, yavığa yeriyib, başladı yumşaqlıqnan oğlunu sakit eləməyə.

– Sakit ol, oğlum. Eşşəyin axşam genə qayıdıb gələcək evə da. Eşşəyə nə olur? Mən eşşəyi satmıram ki! Xudayar bəy əmin aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək.

– Yox, vallah, heç qoymaram… Hara qoyuram getsin e… Heç qoymaram… Heç dənə də!

Bu sözləri deyə-deyə oğlan ulağın başını çubuqnan qaytarırdı qatsın genə həyətə. Bu heyndə Xudayar katda oğlanın dal tərəfindən yeriyib, oğlanın kürəyindən bir ağac…

– Köpək oğlu köpək! Hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahi gönünü soyaram!

Oğlan “vay-vay” deyib, qaçdı soxuldu həyətə. Xudayar katda eşşəyi minib, düzəldi şəhər yoluna. Kətdilər həmçinin dağıldılar. Məhəmmədhəsən əmi katdanı yola salıb, oğlunun dalınca dilxor qoydu getdi evinə.

Cəlil Məmmədquluzadə “Seçilmiş əsərləri 2-ci cild” PDF

Cəlil Məmmədquluzadə seçilmiş əsərləri 2 cild
Kitaba görkəmli Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin (1869-1932) nəsr, dram əsərləri, şeirləri və tərcümələri daxil edilmişdir.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Cəlil Məmmədquluzadə “Seçilmiş əsərləri 2-ci cild” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

kitabyurdu_org-mc_e2.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.