Press "Enter" to skip to content

Məktəb psixoloqları üçün stolüstü kitabın təqdimatı olub

BP şirkəti və AzEdu təhsil portalının birgə layihəsi əsasında dərc olunan “Məktəb psixoloqunun stolüstü kitabı”nın təqdimatı keçirilib. “Report”un məlumatına görə, tədbirdə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Cəfərov cmətbuat xidməti əməkdaşlarının stolüstü kitabı

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Hüquq mühafizə orqanı əməkdaşlarının insan hüquqları üzrə məlumat kitabı”nı və “Hakimin stolüstü kitabı”nı nəşr etdirməyi nəzərdə tutub.
AHK-dən verilən məlumata görə, hər biri min tirajla nəşr olunacaq kitablar aidiyyatı dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına və hüquqşünaslara pulsuz olaraq paylanacaq.
Layihələr hüquq mühafizə və məhkəmə orqanları əməkdaşlarının insan hüquqları sahəsində biliklərinin dərinləşdirilməsi, öz fəaliyyətlərində insan hüquqlarının təmininə daha diqqətlə yanaşılması məqsədi daşıyır. Bununla yanaşı, qeyd olunan nəşrlər bu peşə sahiblərində etik davranış qaydalarının aşılanması, onların professional səviyyələrinin yüksəldilməsi, cəmiyyətdə hüquq mühafizə və məhkəmə orqanlarına hörmətin, həmçinin, hüquqşünas peşəsinin nüfuzunun artırılmasına hədəflənib.

Məktəb psixoloqları üçün stolüstü kitabın təqdimatı olub

Məktəb psixoloqları üçün stolüstü kitabın təqdimatı olub BP şirkəti və AzEdu təhsil portalının birgə layihəsi əsasında dərc olunan “Məktəb psixoloqunun stolüstü kitabı”nın təqdimatı keçirilib.

1 İyul , 2022 12:59
https://static.report.az/photo/f731ee66-4358-3a15-ac48-b514a61fabb3.jpg

BP şirkəti və AzEdu təhsil portalının birgə layihəsi əsasında dərc olunan “Məktəb psixoloqunun stolüstü kitabı”nın təqdimatı keçirilib. “Report”un məlumatına görə, tədbirdə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən B.Aslanbəyli deyib ki, Azərbaycanda ilk dəfə məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq istifadə edə biləcəyi bu həcmdə və əhatəli vəsait işıq üzü görür: “Bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşğul olan hər kəs faydalana bilsin. Sözügedən mövzu məktəblilərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi va fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır. Müəlliflər kitabı hazırlayarkən onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin etməyə çalışıblar. Bunun üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə sıx əməkdaşlıq edilib”.

Bəxtiyar Aslanbəyli

AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı qeyd edib ki, qurum artıq təhsillə bağlı üçüncü kitab nəşr edir: “Yeni nəşr olunan kitab geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları, eləcə də yanaşmaların praktiki tətbiqini əhatə edən bir mənbədir. Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Əsas məqsəd məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir”.

Elşad Eyvazlı

Təhsil nazirinin müşaviri Elnur Nəsibov söyləyib ki, təhsillə əlaqəli bütün nəşrlər ancaq təhsilin xeyrinədır: “Etiraf etməliyik ki, məktəblərdə uşaq başına düşən psixoloq sayı, onların bilik və bacarıqlarının davamlı şəkildə istifadəsinə önəm verilməlidir. Yeni nəşrin bu işə töhfə verəcəyinə də şübhə etmirəm. Təklif edərdim ki, vəsaitin elektron variantda əlçatanlığı da təmin edilsin. Xüsusilə də bölgələrdəki işçilər üçün kitabın istifadəsində əlçatanlıq mümkün olsun”. Nazirin müşaviri onu da vurğulayıb ki, yeni tədris ilindən 15 məktəbdə “Məktəb, Ailə, İcma Birliyi” layihəsinin tətbiqi planlaşdırılır.

Çıxışların davamında bildirilib ki, kitaba daxil edilmiş geniş əhatəli mövzuları həmin sahənin mütəxəssisi olan yerli ekspertlər yazıb. Nəşrin doqquz müəllifi var. Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər. 368 səhifəlik “Məktəb psixoloqunun stolüstü kitabı”nın nəşrində məqsəd məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək olmaqdır. Layihənin müddəti yeddi ay, ümumi dəyəri isə təxminən 54 min manat təşkil edib. Qeyd edək ki, layihəni BP-nın dəstəyi ilə yerli təşkilat AZEDU MMC həyata keçirib. “Məktəb psixoloqunun stolüstü kitabı”nı Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərov, ADPU-nun Şəki filalının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nuralı Çələbiyev, Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şəbəsinin müdiri, dosent Laləzər Cəfərova, Bakı şəhər 11 saylı xüsusi təhsil məktəbinin müəllimi, klinik psixoloq, loqoped Babək Əlizadə və başqaları hazırlayıblar.

E.Şəmiyev adına 149 №-li tam orta məktəb

Son zamanlar t ə hsilimizdə sürətlə yeniliklər baş verir. Təhsilin inkişafı üçün müasir müəllim bütün yeniliklərdən xəbərdar olmalı, zamanın tələbləri ilə ayaqlaşmalıdır. Buna görə də müxtəlif təlimlərə cəlb olunan müəllimlər vəsait azlığına görə çətinlik çəkirlər.

Bu yaxınlarda Bakı şəhəri Xəzər rayonu 230 №-li məktəbin direktoru Elşən Qafarovun və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın birgə tərtib etdikləri “Həmkara dəstək” kitabı ilə tanış oldum. Oxuduqdan sonra həqiqətən də adına uyğun olduğunu gördüm. Müəllimlər üçün nəzərdə tutulmuş metodiki vəsait yeni təhsil proqramının (kurikulumun) nəzəri əsaslarını, sınaq qiymətləndirilməsi ilə bağlı 750 testi və cavablarını, 106 sözdən ibarət terminlər lüğətini özündə birləşdirir.

Bu vəsaitin müəllimlər üçün stolüstü kitab olacağına əminəm. Çünki konkret olaraq müəllimlərə lazım olan məlumatlar ümumiləşdirilmiş, yığcam şəkildə əks olunur. Dərsin təşkilində istənilən sual yarandığı zaman vəsait müəllimlərin köməyinə çatır. Əvvəllər müəllim ona lazım olan məlumatı tapmaq üçün çoxsəhifəlik nəzəri materialları oxumalı və nəticə çıxarmalı olurdusa, indi istədi informasiyanı bu kitabdan hazır şəkildə əldə edə bilər. Burada dərsin təşkilinin üsül və metodları sadə, anlaşıqlı şəkildə əks olunur.

Bu vəsaitdən istifadə etməklə müəllimlərimiz təlimə getmədən kurikulum nəzəriyyəsini öyrənə, sınaq qiymətləndirilməsinə, işə qəbul imtahanına özü müstəqil şəkildə hazırlaşa bilər. Bir sözlə, kitab hər bir müəllimə lazım olan metodik vəsaitdir.

Comments are closed, but trackbacks and pingbacks are open.