Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili
orta kəmiyyət sadə və çəkili formada hesablana bilər.
Çəkili orta statistika
İQİ – istehlak sektorunda inflyasiyanın səviyyəsini xarakterizə edir və milli hesablar sisteminin göstəricilərinin müəyyənləşdirilməsində ümumi daxili məhsulun son istifadəsini ən mühüm komponentlərindən olan ev təsərrüfatlarının son istehlaklına çəkilən xərclərin sabit qiymətlərdə hesablanmasında, eləcə də əhalinin gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində istifadə olunur. Qiymət haqqında ilkin məlumat bütün indekslərin hesablanmasının bazasıdır. Fərdi indekslərin istinad göstəriciləri məhz onun əsasında formalaşır.
İstehlak malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri indeksinin hesablanması üçün informasiya bazası mağazaların, bazarların, ticarət və xidmət sferası müəssisələrinin məlumatları hesab olunur, yəni, qiymət və tariflərin qeydiyyatı malların satıldığı və xidmətlərin göstərildiyi yerdə aparılır. Hər bir ticarət məntəqəsində və bütün çoxçeşidli malların və xidmətlərin qiymətlərinin qeydiyyatının aparılması nə mümkün, nə də məqsədəuyğun deyildir. Bunun üçün müvafiq ticarət məntəqələri, mallar və xidmətlər seçilməlidir.
Müşahidə sferasına mülkiyyətin bütün növlərindən olan (dövlət, icarə, kommersiya, şəxsi ticarət məntəqələri və s., şəhər bazarları və yarmarkaları) ticarət və xidmət müəssisələrində realizə olunan mallar və göstərilən xidmətlər daxil edilir.
Ticarət (xidmət) məntəqələrinin, eləcə də malların çoxçeşidliliyi müşahidə olunacaq təmsilediсi ticarət (xidmət) məntəqələrinin və malların seçilməsi, həmçinin yerli və idxal məhsullarının satışının həyata keçirilməsi nəzərə alınır.
Qiymətlərin səviyyəsi və onların dinamikası haqqında obyektiv məlumat əldə etmək üçün ticarət (xidmət) məntəqələrinin seçilməsi elə şəkildə aparılır ki, bunun nəticəsində ticarət və xidmət sferasının yerli xüsusiyyətləri mümkün dərəcədə dolğun əks olunsun. Naxçıvan şəhərində həcminə (böyük, orta, xırda), eləcə də mülkiyyət formasına və tiplərinə görə fərqlənən ticarət məntəqələrinin seçilməsi vacibdir.
İstehlak qiymətlərinin qeydiyyatı ərzaq məhsulları üzrə ayda üç dəfə (on gün intervalı ilə), qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə aylıq intervalla üçüncü ongünlükdə qiymət qeydiyyatçıları tərəfindən aparılır. Qiymətlərin qeydiyyatı zamanı məhsulun (xidmətin) adına, yerli və ya idxal məhsulu olduğuna, qiymətinə, ölçü vahidinə və səciyyəvi xüsusiyyətlərinə (markası, modeli, məhsulun tanınmasına imkan verən digər xüsusiyyətlər) dair məlumatlar real vaxt rejimində planşet tipli kompüterlər vasitəsilə Dövlət Statistika Komitəsinin elektron məlumat bazasına birbaşa daxil edilir. Hər bir mal (xidmət) üçün şəhərin mərkəzində və ətrafında yerləşən müxtəlif ticarət məntəqələrində 5 qiymət qeydə alınır. Bu zaman bir ticarət (xidmət) məntəqəsində hər bir mal (xidmət) üçün yalnız bir qeydiyyat aparılır. Xidmət sferası üzrə baza müəssisələrinin seçilməsi zamanı əhaliyə daha çox çeşiddə xidmət göstərən müəssisələrə (məişət evləri, kompleks qəbul məntəqələri), eləcə də əhalinin daha çox istifadə etdiyi, bütün il ərzində fəaliyyət göstərən müəssisələrə üstünlük verilir. Ticarət növlərindən asılı olmayaraq qiymətlərin qeydiyyatı və qiymət indekslərinin hesablanması hər ay aparılır.
Sənaye məhsullarının istehsalçı qiymət indeksi (SQİ) – hər il yenilən baza sənaye müəssisələri və təşkilatlarının təmsilçi mallarının qiymət qeydiyyatı əsasında hesablanılır. Qeydiyyata cari ayda istehsal olunan və yüklənən məhsulların faktiki qiymətləri götürülür.
Sənaye məhsullarının istehsalçı qiymət indeksi həm məhsullar, həm də iqtisadi fəaliyyət növlərinə görə qiymət indekslərinin hesablanmasına imkan verən beynəlxalq metodologiyaya uyğun işlənmişdir. Qiymət yığımı üçün seçilmiş əmtəəlr genişləndirilmiş və onrəqəmli sənaye məhsullarının statistik təsnifatı sistemi üzrə, müəssisələr isə genişləndirilmiş beşrəqəmli iqtisadi fəaliyyət növləri təsnifatı (İFNT) sistemi əsasında iqtisadi fəaliyyətinə görə kodlaşdırılmışdır.
İqtisadi fəaliyyətə əsaslanan SQİ istehsalçı qiymətlərinin dəyişikliklərini qlobal qiymətləndirdiyi üçün əsas sayılır və əmtəələr üzrə sıra indekslər konkret əmtəələr və yaxud əmtəə qruplarının qiymət dəyişiklikləri göstəriciləri kimi istifadə olunur. Hər ay iqtisadi fəaliyyət növləri təsnifatının C, D, E (hasiledici, emaledici, energetika) seksiyaları və alt seksiyaları üzrə 17 indeks və onların dinamik sıraları hesablanılır və hər ay respublikanın sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların orta çəkili qiymətlərindən ibarət kompüter baza məlumatı formalaşdırılır.
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlər indeksi (KTQİ) – kənd təsərrüfatı müəssisələri, fermer təsərrüfatları və ev təsərrüfatları tərəfindən müxtəlif kanallar üzrə realizə edilən kənd təsərrüfatı məhsullarının qiymətlərinin səviyyəsi və dinamikasını xarakterizə edir. Kənd təsərrüfatı məhsullarının qiymətləri üzərində müşahidə kənd təsərrüfatı müəssisələrinin, kəndli (fermer) təsərrüfatlarının və ev təsərrüfatlarının seçmə şəbəkəsi üzrə həyata keçirilir.
Alınmış məlumatlar kənd təsərrüfatı məhsullarının realizə şərtlərinin dəyişməsinin təhlilində və kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin dəyişməsində qiymətin rolunun aydınlaşmasında istifadə edilir.
Yükdaşıma tariflərinin indeksləri ayrı-ayrı nəqliyyat növlərinin yükdaşıma tariflərinin dəyişmə templərinin qiymətləndirilməsi və həmçinin, ümumi daxili məhsulun (ÜDM) artma (azalma) tempinin hesablanması, istifadə olunan deflyator indekslərinin və digər makroiqtisadi göstəricilərin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur. Onlar nəqliyyat müəssisələrinin müxtəlif nəqliyyat növləri vasitəsilə yükdaşımalardan əldə etdikləri gəlirlərdəki qiymət (tarif) amilinin xarakterizə edilməsi üçün istifadə edilir. Yükdaşıma tarifləri indeksləri makro səviyyədə proqnozların verilməsi və müxtəlif iqtisadi hesablamaların aparılması zamanı tətbiq edilir. Yükdaşıma tarifləri indeksləri müxtəlif əlamətlərə – yükün növünə, göndərmənin ölçüsünə, çatdırma vaxtına, daşınma məsafəsinə, daşınma ərazisinə, hərəkət edən tərkibin növünə, yükqaldırma səviyyəsinə və s. görə daşınan yüklərin strukturundakı dəyişmələri nəzərə almadan hesabat dövrü üzrə onların dəyişmələrini müəyyən etməyə imkan verir.
Bütün nəqliyyat növlərinin yükdaşıma tariflərinin məcmu indeksi dəmir yolu, boru kəməri, dəniz, avtomobil və hava nəqliyyatı növlərinin yükdaşıma tariflərinin indeksləri əsasında müəyyən edilir.
Hər bir nəqliyyat növü üzrə yükdaşıma tariflərinin qeydiyyatı təmsilçi xidmətlər üzrə əlaqə növləri arasında aparılır. Təmsilçi xidmət adı altında konkret nəqliyyat növü (avtomobil və xarici dəniz nəqliyyatından başqa) tərəfindən qeyd olunmuş məsafədə müəyyən əlaqə ilə bir ton daha çox daşınan yükün daşınması başa düşülür. Avtomobil nəqliyyatında təmsilçi xidmət dedikdə, qeyd olunmuş məsafədə müəyyən tip avtomobil tərəfindən daha çox daşınan yükün 1 tonunun daşınması və yaxud nəqliyyat müəssisəsində yük avtonəqliyyatının işinin ödəniş formasından asılı olaraq yük avtomobilinin geniş yayılmış markasının 1 saatlıq işi nəzərdə tutulur. Xarici dəniz nəqliyyatı üzrə isə 1 ton yükün daşınmasına görə orta aylıq gəlir norması müşahidə olunur.
Tikinti işlərinin qiymət indeksi- “Tikinti” iqtisadi fəaliyyət növünü xarakterizə edən qiymət statistikası sisteminin göstəricilərindən biri hesab olunur və “tərkib elementləri” metodu ilə hesablanır. Tikintidə qiymətlərin dinamikası üçün ən vacib, tipik tikinti məhsullarının – yerüstü tikililər və yol qovşaqlarında istifadə olunan məhsulların müayinəsi aparılır.
İndeksin hesablanması üçün informasiya mənbəyi kimi tikinti təşkilatlarının seçmə şəbəkəsinin statistik müayinə məlumatlarından istifadə olunur. Tikinti işlərinin hər bir növü üzrə hesabat dövrünün və əvvəlki dövrün faktiki qiymətlərinin müqayisəsi yolu ilə fərdi qiymət indeksləri hesablanır. Daha yüksək səviyyələrdə qiymət indekslərinin aqreqasiyası zamanı seçilmiş tipik tikili növlərinin inşasında ilkin iş və elementlərin dəyər qiymətləndirilməsi ilə əsaslandırılmış çəki strukturundan istifadə edilir. Tikintidə mövcud olan smeta-normativ bazasına əsaslanan tikinti elementləri bundan sonra muxtar respublika ərazisindəki tikililərin standart tipləri üzrə aqreqasiya olunur.
© 2023 DÖVLƏT STATİSTİKA KOMİTƏSİ
Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili
təsvir olunan göstəricilərin hər birinin xüsusi qaydada işarələnməsinə diqqət yetirmək lazımdır.
Bu qəbildən olan ikinci əyani təsvir formasını kartodiaqramlar təşkil edir. Onlar məcmu, toplu sənəd
olaraq özündə kartoqramı və diaqramı birləşdirir. Kartodiaqramın müsbət cəhəti ondan ibarətdir ki,
burada coğragi yerləşmə və kəmiyyət dəyişməsi birgə nəzərdən keçirilir. Kartodiaqramın hazırlanma-
Ümumi
yığım
286,3
min ton
Ümumi
yiğim
476,0
min ton
sında mühüm məsələlərdən birini də onun təsvirinin və sonradan kəmiyyət göstəricilərinin necə daha
dəqiq ifadə edilməsidir. Bu məqsədlə araşdırma üçün müəyyən edilmiş ərazi bölgüsü daxilində diaqram
Kartoqramla müqayisədə kartodiaqramlar, təkcə təklif olunan göstəricilərin ərazi üzrə kəmiyyət müx-
təlifliyi haqda təsəvvür yaratmır, həmçinin onların mütləq ifadələrini də göstərə bilər. Kartodiaqramda
göstəricilərin ərazi üzrə bölüşdürülməsi coğrafi xəritənin üzərində sütunlar, üçbucaqlar, və digər qrafik
işarələr formasında da verilə bilər.
Mövzu 5. Statistika göstəriciləri və kəmiyyətləri.
1.Statistika göstəricilərinin məzmunu, ifadə forma və növləri.
2.Mütləq və nisbi kəmiyyətlər.
3.Statistikanın orta kəmiyyətləri, onların növləri, xassələri və hesablanma üsulları.
4.Variasiya göstəriciləri və onların hesablanması
5.İndekslərin mahiyyəti və əhəmiyyəti
6.İndekslərin növləri və indeksləşdirilən kəmiyyətlər. İndekslərin qarşılıqlı əlaqələri
Statistika elminin mühüm anlayışlarından birini onun göstəriciləri təşkil edir. Onlar sosial-iqtisadi
hadisələrin konkret məkan və zaman şəraitində kəmiyyətcə xarakterizəsidir, yəni onlar vasitəsilə sosial-
iqtisadi hadisə və proseslərin həcmini, səviyyəsini, nisbətlərini və s. xarakterizə etmək mümkündür. So-
sial-iqtisadi hadisələr mürəkkəb olduğuna görə onların mahiyyətini bir göstərici vasitəsi ilə əks etdirmək
mümkün deyildir. Belə hallarda göstəricilər sistemindən istifadə etmək lazımdır.
Konkret məsələlərin həllində istifadə edilən və qarşılıqlı əla-qədə olan göstəricilər məcmusu statistika
göstəriciləri sistemi adlanır. Statistika elmi özünün inkişaf tarixində sosial-iqtisadi hadisələr üzrə çoxlu
miqdarda statistik göstəricilər işləyib hazırlamışdır. Statistika göstəriciləri sisteminin əsas bölmələrinə
əhali göstəricilərini, milli sərvət göstəricilərini, əmtəə tədavülü göstəricilərini, elm, maarif, səhiyyə və
mədəniyyət göstəricilərini, əhaliyə məişət xidmətini həyata keçirən sahələrin göstəricilərini, dövlət idarə-
etmə orqanları və ictimai təşkilatların fəaliyyəti göstəricilərini və s.-ni daxil etmək olar.
Sosial-iqtisadi hadisələr bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu əlaqə və asılılıq sosial-iqtisadi hadisə-
lərin bütün tərəflərini, o cümlədən onların kəmiyyət tərəflərini və kəmiyyət nisbətlərini əhatə edir. Statis-
tika göstəricilərinin əlaqə və asılılıqları müvafiq hadisələr arasındakı əlaqələrin obyektiv ifadəsidir. Sta-
tistika elminin mühüm prinsiplərindən biri statistika göstəriciləri ilə tapşırıq göstəriciləri arasında
Göstəricilər həcm və keyfiyyət göstəricilərinə ayrılır. Bütün statistika göstəriciləri məcmu vahidlərinin
əhatə olunmasına görə fərdi və ümumi, ifadə formalarına görə isə mütləq, nisbi və orta göstəricilərə ay-
rılır. İki fərdi mütləq göstəricilərin nisbətini xarakterizə edən göstərici fərdi nisbi göstərici adlanır.
Fərdi göstəricilərdən fərqli olaraq, yekun (ümumi) göstərici-lər statistik məcmunu bütövlükdə yaxud
onun bir hissəsini xarakterizə edirlər. Bu göstəricilər həcm və hesablama göstəricilərinə ayrılır.
Sosial-iqtisadi hadisələr statistika göstəricilərində ya müəyyən vaxt anında, bir qayda olaraq, müəyyən
tarixə, ayın və ya ilin əvvəlinə, yaxud axırına, ya da müəyyən dövr ərzində- gün, həftə, ay, rüb, il ərzində
ifadə olunurlar. Əgər göstəricilər müəyyən vaxta ifadə olunarsa, belə göstəricilər an, müəyyən dövr ər-
zində ifadə olunarsa, onlar fasiləli göstəricilər adlanır.
Statistika göstəriciləri öyrənilən sosial-iqtisadi hadisələri bütövlükdə ölkə üzrə xarakterizə edərsə, belə
göstəricilər ümumi ərazi göstəriciləri, ölkənin ərazisinin ayrı-ayrı bölgələrinin sosial-iqtisadi göstəricilə-
rini xarakterizə edən göstəricilər isə regional və ya yerli göstəricilər adlanır.
II. Mütləq göstəricilər. Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Onlar so-
sial-iqtisadi hadisələrin həcmini konkret məkan və zamanda xarakterizə edir.
Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərə ayrılır. Fərdi mütləq kəmiyyətlər müşahidə
obyektinin ayrı-ayrı vahidlərinin həcmini, səviyyəsini xarakterizə edir. Fərdi mütləq kəmiyyətlər yekun
mütləq kəmiyyətlərin alınmasında mühüm rol oynayır. Yekun mütləq kəmiyyətlər öyrənilən statistik
məcmunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı-ayrı qruplarının həcmini xarakterizə edir. Yekun
mütləq kəmiyyətlər xüsusi hesablamalar əsasında da müəyyən edilir. Hesablama əsasında mütləq kəmiy-
yətlərin əldə edilməsi ən çox müvafiq göstəricilərin proqnozlaşdırılmasında istifadə edilir.
Mütləq kəmiyyətlərin ölçü vahidləri. Mütləq kəmiyyətlər həmişə adlı kəmiyyətlər olurlar. Sosial-iqti-
sadi hadisələrin mahiyyətindən asılı olaraq onlar müvafiq ölçü vahidlərində ifadə olunurlar. Mütləq kə-
miyyətlər onların mahiyyətinə, təbii xüsusiyyətlərinə uyğun olaraq natural, dəyər və əmək ölçü vahid-
lərində ifadə olunurlar. Sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü
vahidlərinə natural ölçü vahidləri deyilir. Natural ölçü vahidləri sosial-iqtisadi hadisələrin fiziki xüsu-
siyyətlərini ifadə edir. Bəzən sosial-iqtisadi hadisələrin mütləq kəmiyyətləri haqda bir ölçü vahidi aydın
təsəvvür əldə etməyə imkan vermir. Belə halda sosial-iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun iki
ölçü vahidindən istifadə edilir. Təcrübədə natural ölçü vahidləri ilə bərabər şərti-natural (şərti-cinsi) ölçü
vahidlərindən də istifadə edilə bilər. Bəzi hallarda sosial-iqtisadi hadisələrin həcmi iki ölçü vahidlərinin
hasili şəklində ifadə olunur. Məsələn, nəqliyyatda yük və sərnişin daşınması ton-kilometrlə (t/km) və sər-
nişin-kilometrlə (s/km), elektrik enerjisi istehsalı kilovat-saatla (kWt/saat), işlə-nilmiş vaxt adam-saat,
adam-gün və s. ifadə olunur.
Bazar iqtisadiyyatı şəraitində ən geniş yayılmış ölçü vahidlərindən biri dəyər ölçü vahididir. Müxtəlif
istehlak dəyərlərinə malik olan hadisələrin umumi həcmini dəyər ölçü vahidində ifadə etmək mümkün-
dür. Bazar münasibətləri şəraitində mühüm məsələlərdən biri dəyər göstəricilərinin müqayisəliliyini
Mütləq kəmiyyətlərin ifadə olunmasında istifadə edilən ölçü vahidlərindən biri də əmək ölçü vahidlə-
ridir. Əmək ölçü vahidlərinə adam-saat, adam-gün və s. daxildir.
Nisbi göstəricilər. Ümumiləşdirici göstəricilər sistemində nisbi kəmiyyətlər mühüm yer tutur. Bir çox
hallarda mütləq kəmiyyətlər öyrənilən sosial-iqtisadi hadisələrin keyfiyyət xüsusiyyətlərini qiymətləndir-
məyə imkan vermir. Bu sahədə işlərin yaxşı və ya pis olduğunu müəyyənləşdirmək üçün həmin məlu-
matı carı ilin proqnozları və ya keçən ilin faktiki məlumatı ilə müqayisə etmək lazımdır. Tapşırıqların
yerinə yetirilməsi dərəcəsini xarakterizə etmək, sosial-iqtisadi hadisələrin inkişaf sürətlərini və yayılması-
nın intensivliyini ölçmək üçün, onların quruluşunu və quruluşda baş vermiş dəyişiklikləri müəyyən et-
mək və istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün və bir sıra məsələlərin öyrənilməsində nisbi kə-
miyyət göstəricilərindən geniş istifadə edilir.
Nisbi kəmiyyət sosial-iqtisadi hadisələrə xas olan kəmiyyət nisbətlərini göstərir. İki mütləq kəmiyyətin
müqayisəsi nəticəsində alınan göstəriciyə nisbi kəmiyyət deyilir. Nisbi kəmiyyətlər eyni zamanda iki
nisbi kəmiyyətin və iki orta kəmiyyətın bir-birilə müqayisəsi nəticəsində də alınır. Nisbi göstəriciləri he-
sablayarkən kəsirin sürətində olan mütləq kəmiyyət cari və ya müqayisə edilən kəmiyyət, kəsirin məx-
rəcində olan kəmiyyət isə müqayisə üçün əsas götürülən kəmiyyət adlanır. Öyrənilən hadisənin xüsu-
siyyətindən asılı olaraq nisbi kəmiyyətlər müxtəlif formalarda ifadə oluna bilər. Nisbi kəmiyyətlər (NK)
əmsal (dəfə), faiz, promill və prodesimill formalarında ifadə oluna bilər.
NK-in ən sadə forması bir kəmiyyətin digər eyni keyfiyyətli kəmiyyətdən neçə dəfə çox və ya az oldu-
ğunu göstərən əmsal göstəricisidir. Əmsal formasında NK-i hesablayarkən müqayisə üçün əsas götürül-
müş kəmiyyət vahidə bərabər edilir. Müasir dövrdə NK-in ən geniş yayıimış ifadə formalarından biri də
faizdir. Faiz ifadəsində müqayisə əsasını təşkil edən kəmiyyət yüzə bərabər götürülür. Hesabat dövrünün
məlumatını və ya müqayisə edilən kəmiyyəti müqayisə üçün əsas götürülmüş kəmiyyətə bölüb, 100-ə
vurduqda NK-i faizlə ifadə etmiş olarıq.
NK-in faiz ifadə formasından müqayisə edilən kəmiyyətlərin bir-birindən ciddi fərqlənmədikləri halda
NK-lər əhali və səhiyyə statistikasında bir sıra hallarda promill və prodesimill ilə ifadə olunurlar.
Promilldə müqayisə üçün əsas götürülən kəmiyyət 1000-ə, prodesimilldə isə 10000-ə bərabər götürülür.
Təcrübədə nisbi kəmiyyətlər müxtəlif məqsədlər üçün hesablanırlar. Bununla əlaqədar olaraq NK-ləri
plan tapşırığının yerinə yetirilməsi, dinamika, quruluş, koordinasiya, intensivlik, iqtisadi inkişafın səviy-
yəsi, müqayisə və s. növlərə ayırmaq olar.
Mütləq və nisbi kəmiyyətlərdən istifadə olunmasının ümumi prinsipləri. Mütləq və nisbi kəmiyyətlərin
hesablanması və isti-fadə edilməsində bir sıra prinsiplərə əməl edilməlidir. Sosial-iq-tisadi hadisələrin
mütləq və nisbi kəmiyyətlərlə xarakterizə olunmasının mühüm prinsiplərindən biri həmin hadisələrin ma-
hiyyətini, spesifık xüsusiyyətlərini və inkişaf qanunauyğunluq-larını düzgün başa düşməkdir. Şərait,
məkan və zamandan asılı olaraq eyni göstəricilər sosial-iqti-sadi hadisələri müxtəlif şə-kildə əks etdirə
bilər. Məsələn, respublikamızda müştəqillik əl-də edilən dövrdən əvvəlki dövrə nisbətən müasir şəraitdə
iri, orta və kiçik müəssisələr arasındakı nisbət əhəmiyyətli dərəcə-də dəyişilmişdir. Belə ki, hazırda kiçik
hesab edilən müəssisə-lər müstəqillikdən əvvəl iri müəssisələrin siyahısına daxil edi-lirdi. Sosial-iqtisadi
hadisələrin xarakterindən asılı olaraq müt-ləq və nisbi kəmiyyətlərdən istifadə edilməsinə differensial ya-
naşmaq lazımdır, yəni, ayri-ayrı hadisələr üzrə plan-tapşırıq-larının yerinə yetirilməsini ölkə üçün
ümumilikdə hesablamaqla bərabər, ayrı-ayrı regionları xarakterizə edən nisbi göstəricilər də hesablanılır.
Mütləq və nisbi kəmiyyətlərin düzgün tətbiq edilməşinin mühüm şərtlərindən biri onlardan kompleks
şəkildə istifadə edilməsidir.
Dinamika nisbi kəmiyyətinin hesablanmasında bu şərtə əməl etməyin daha mühüm əhəmiyyəti vardır.
Belə ki, faiz ifadə-sində sosial-iqtisadi hadisələrin səviyyəsində ciddi dəyişiklik görə çarpdığı halda
mütləq kəmiyyət ifadəsində həmin dəyişik-lik kiçik rəqəmlə ifadə oluna bilər. Ona görə də sosial-iqtisadi
hadisələrin zamanda dəyişilməsini düzgün xarakterizə etmək üçün mütləq və nisbi kəmiyyətlərdən
kompleks şəkildə istifadə etmək məqsədəuyğundur. Həmçinin nəzərə alınmalıdır ki, müxtəlif zamanlarda
NK-lərin hər faizinin arxasında müxtəlif həcmdə mütləq kəmiyyət durur. NK-rin hesablanmasında gös-
təricilərin müqayisəli olmasına xüsusi əhəmiyyət verilməlidir. Statistika məlumatlarının müqayisəli
olmaması aşağıdakı səbəb-lər nəticəsində baş verir:
statistik məlumatların müxtəlif üsullarla toplanması və işlənilməsi;
statistik müşahidənin müxtəlif dövrlərdə və ya anlarda aparılması;
c) ərazi və idarə-təşkilati dəyişikliklərin baş verməsi;
d) məlumatların tam və etibarlı olmaması və s.
Sosial-iqtisadi hadisələrin təhlilində mütləq və nisbi kəmiy-yətlərdən kompleks istifadə edilməlidir.
III.Statistikada çox istifadə edilən göstəricilərdən biri orta kə-miyyətdir. Orta kəmiyyət metodu,
qruplaşdırma metodu kimi, sosial-iqtisadi hadisələrin ümumiləşdirici xarakterizəsini verən statistika
metodologiyasının çox mühüm spesifık metodudur. Statistika təcrübəsində orta kəmiyyətdən hər hansı
statistika məcmusunun ümumiləşdirici xarakterizəsini verməkdə, məsə-lən, işləyənlərin orta əmək
ödənişinin, dənli bitkilərin orta məh-suldarlığının xarakterizəsində, imtahan sessiyalarında tələbələ-rin
orta mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsində və s. istifadə edilir. Statistika məcmusunu
səciyyələndirən bu orta kəmiyyətlər həmişə müəyyən dövr üçün hesablanılır.
Sosial-iqtisadi hadisələrin ümumiləşdirilməsində orta kəmiy-yətin rolu hələ XVII-XVIII əsrlərdə siyasi
hesab məktəbinin görkəmli nümayəndələri olan V.Petti, Q.Kinq və s. əsərlərində göstərilmişdir. Orta
kəmiyyət anlayışından elmi təhlildə ilk də-fə V.Petti istifadə etmişdir. O, əmtəənin dəyərinin onun isteh-
salına sərf edilən orta əməklə müəyyən edilməsini təklif etmiş-dir. Q.Kinq İngiltərənin əhalisi haqqında
məlumatı təhlil edər-kən hər bir ailəyə düşən orta gəliri, adambaşına düşən gəliri və s. müəyyən etmişdir.
XIX əsrin görkəmli statistiki, Belçika Mərkəzi Statistika Ko-mitəsinin sədri A.Ketle sosial-iqtisadi
hadisələrin tədqiqində statistik-riyazi metodlara üstünlük vermişdir. Sabitlik nəzəriy-yəsini sübut etmək
üçün Ketle orta kəmiyyət göstəricisindən is-tifadə etmişdir. Ketle göstərmişdir ki, insanların orta boyu
hə-qiqi normal boy alacaq, qalanlarının normal boydan kənarlaş-maları səhvdir. Ümumi və fərdi səbəblər
haqqında Ketlenin tə-limi əsasında orta kəmiyyət yarandı. Sosial-iqtisadi hadisələrin sabitliyini sübut
etmək üçün Ketle “orta adam” nəzəriyyəsini irəli sürdü. Kütləvi məlumat əsasında Ketle sosial-iqtisadi
hadi-sələr üzrə bir sıra qanunauyğunluqları müəyyənləşdirmişdir.
Orta kəmiyyət təsadüflər nəcitəsində əmələ gələn fərdi kə-narlaşmaları qarşılıqlı ödəyir və məcmuya
xas olan ümumi xü-susiyyəti, tipik səviyyəni xarakterizə etməyə imkan verir.
Bazar iqtisadiyyatı şəraitində orta kəmiyyətin rolu daha da artır. Belə ki, burada da orta kəmiyyət ayrı-
ayrı fərdləri və təsa-düfləri ümumiləşdirməyə və iqtisadi inkişaf qanunauyğunluğu-nun meylini aşkar
etməyə imkan verir. Orta kəmiyyət o vaxt ob-yektiv ola bilər ki, o, keyfiyyətcə bircinsli statistik məcmu
üçün kütləvi məlumat əsasında hesablansın və sosial-iqtisadi hadisə-lərin tipik səviyyələrini xarakterizə
etmək imkanına malik ol-sun. Qeyd etmək lazımdır ki, statistik məcmunun ayrı-ayrı va-hidləri əsasında
əhalinin həyat səviyyəsinin yaxşılaşmasını və yaxud pisləşməsini xarakterizə etmək mümkün deyildir.
Dövlət statistika orqanları müntəzəm olaraq həm əhalinin ay-rı-ayrı ictimai qrupları üzrə, həm də əhali
üzrə ümumilikdə on-ların gəlirlərinin səviyyəsi haqqında məlumat toplayırlar. Əhali-nin ayrı-ayrı ictimai
qruplarının gəlirlərinin ümumi məbləği haqqında olan məlumatlarda onların gəlirlərinin səviyyəsinin
necə dəyişildiyini xarakterizə etmək imkanına malik deyildir, çünki həmin ictimai qruplarda olan əhalinin
sayı müxtəlifdir. Belə halda tədqiqatçının köməyinə orta kəmiyyət göstəricisi gə-lir. Əhalinin ictimai
qrupları üzrə hər nəfərə və yaxud hər ailəyə düşən orta gəlir göstəricisi əhalinin həyat səviyyəsini düzgün
xarakterizə etmək imkanına malik olur.
Konkret məkan və zaman şəraitində sosial-iqtisadi hadisə-lərin dəyişən əlamətlərinin tipik
səviyyələrini səciyyələndirən göstərici statistikada orta kəmiyyət adlanır. Orta kəmiyyət real göstərici
olub, sosial-iqtisadi hadisələrin obyektiv mövcud olan nisbətlərini ifadə edir. Orta kəmiyyət əlamətin
tipik səviyyəsini o zaman düzgün əks etdirə bilər ki, o birnövlü statistika məc-musu üzrə hesablansın.
Bircinsli olmayan məcmu üzrə hesab-lanan orta kəmiyyət saxta, real olmayan orta kəmiyyət olur. Be-lə
orta kəmiyyət həqiqi vəziyyəti düzgün səciyyələndirə bilməz. Məsələn, müxtəlif fəaliyyət sahələri üzrə
işləyənlərin orta gəliri həqiqi vəziyyəti göstərə bilməz. Bu ümumi orta kəmiyyətlə bə-rabər, ayrı-ayrı
fəaliyyət sahələrində işləyənlərin orta gəlirlərini müəyyən etmək lazımdır. Deməli, ümumi orta kə-
miyyəti qrup orta kəmiyyətlərlə tamamlamaq lazımdır. Bura-dan aydın olur ki, orta kəmiyyət metodu ilə
qruplaşdırma me-todu arasında sıx əlaqə vardır. Orta kəmiyyət nəzəriyyəsinin işlənilməsində və in-
kişafında J.Zyusmilx, A.Ketle, A.Bouli, A.Boyarski, T.Ryabuş-kin, J.Pasxaver, V.Ovsienko və s.
alimlərin çox böyuk xidmət-ləri olmuşdur. Orta kəmiyyət bütün statistik məcmunun ümumi-ləşdirici
istiqamətlənməlidir. Bu kəmiy-yəti funksiya şəklində aşağıdakı kimi göstərmək olar:
Əksər hallarda bu kəmiyyət real iqtisadi kateqoriyanı əks et-dirdiyinə görə o, müəyyənedici göstərici
adlandırılır. Yuxarıda göstərilmiş funksiyanın bütün kəmiyyətlərini onların orta kə-miyyətləri ilə əvəz
etsək, onda bu funksiyaların qiyməti əvvəlki kimi qalacaqdır. Deməli, hesablanan əlamətin qiymətlərinin
ümumi həcminin məcmudakı vahidlərin sayına nisbəti əsasında orta kəmiyyət müəyyən edilir. Orta
kəmiyyət obyektiv nisbətlər əsasında hesablana bilər. Məsələn, müəssisədə işləyən fəhlələrin orta aylıq
əmək haqqı onların əmək haqqı fondunun işləyənlərin sayına nisbəti kimi müəyyən edilir. Hər bir orta
kəmiyyət öyrə-nilən məcmunu hər hansı bir əlamət üzrə xarakterizə edir. Bir sıra mühüm əlamətlər üzrə
öyrənilən məcmu haqda tam və ətraflı təsəvvür əldə etmək üçün, hadisəni müxtəlif tərəflərdən təsvir edən
orta kəmiyyət sisteminə malik olmaq lazımdır.
Orta kəmiyyətlərin növləri və hesablanma üsulları. Sosial-iqtisaqdi hadisələrin tədqiqində istifadə
edilən statistika göstə-ricilərinin ən geniş yayılmış formalarından biri orta kəmiyyət-dir. Orta kəmiyyətin
geniş miqyasda tətbiqi onun bir sıra üstün-lüklərə malik olması ilə izah olunur. Orta kəmiyyətin mühüm
xüsusiyyəti ondan ibarətdir ki, o, öyrənilən məcmunun bütün vahidlərinə xas olan ümumiliyi əks etdirir,
yəni əlamətin ayrı-ayrı qiymətləri orta kəmiyyətdə qarşılıqlı ödənilir.
Orta kəmiyyətin hesablanması sosial-iqtisadi hadisələrin ob-yektiv nisbətlərinə, qarşılıqlı əlaqələrinə,
onların iqtisadi məz-mununa əsaslanmalıdır.Orta kəmiyyət verilən məlumatın xüsu-siyyətindən asılı
olaraq müxtəlif üsullarla hesablana bilər. Mə-sələn, əmək haqqı fondu və işləyənlərin sayı haqqında
məlumat verildikdə, orta aylıq əmək haqqı cəmi əmək haqqı fondunun işləyənlərin sayına nisbəti kimi
Fərz edək ki, əmək haqqının həcminə görə araşdırılmış qruplar üzrə işləyənlərin orta aylıq əmək haqqı
və əmək haqqı fondu barədə məlumat verilmişdir. Bu halda orta aylıq əmək haqqını hesablamaq üçün
kəsrin sürətində əmək haqqı fondunu cəmləyib, kəsrin məxrəcində isə hər qrup üzrə əmək haqqı fondunu
orta əmək haqqına bölüb işləyənlərin sayını tapırıq, sonra cəmi əmək haqqı fondunu cəmi işləyənlərin
sayına bölüb orta aylıq əmək haqqını müəyyən edirik.
Məlumatın verilməsindən asılı olaraq orta kəmiyyət müxtəlif üsullarla hesablansa da, bütün hallarda
orta aylıq əmək haqqı cəmi əmək haqqının işləyənlərın sayına nisbəti kimi müəyyən edilir. Sosial-iqtisadi
hadisələr haqqında məlumatın verilmə xüsusiyyətinə uyğun olaraq orta kəmiyyət müxtəlif üsullarla
hesablana bilər. Orta kəmiyyətin ən çox istifadə edilən növlə-rindən biri hesabi orta kəmiyyətdir. Hesabi
orta kəmiyyət sadə və çəkili formada hesablana bilər.
Orta kəmiyyəti hesablanılan əlamətin ayrı-ayrı qıymətləri, yaxud variantlar x
,. ., x
variantların sayı n-lə, orta kəmiyyət x işarə edilərsə, hesabi orta kəmiyyətin sadə düs-turu geniş
şəkildə aşağıdakı kimi yazıla bilər:
+. + x
n n
Burada ∑ – cəm işarəsidir.
Deməli, bu düsturla orta kəmiyyəti hesablamaq üçün vari-antları cəmləyib variantların sayına bölmək
Variantların çəkiləri müxtəlif olduqda orta kəmiyyət hesabı orta kəmiyyətin çəkili düsturu ilə müəyyən
edilir. Variantların çəkilərini f
ilə işarə etsək, onda çəkili hesabi orta kəmiyyətin düsturu
Ehtiyatların ilkin dəyərinin hesablanması düsturları
“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 23 və 24-cü maddələri bir-birini əvəz edə bilməyən və ya xüsusi məqsədlər üçün bir-birindən ayrı saxlanılan ehtiyatlara aiddir. Bu ümumi vəziyyət olmasada, belə hallar yarana bilər. Məsələn, antikvar mallar satan mağazada satışa çıxarılmış bütün mallar unikaldır və onların hər biri alış qiyməti ilə dəyərləndirilməlidir. Unikal ehtiyatların digər nümunəsi kimi mühəndis şirkətində bitirilməmiş istehsalatı göstərmək olar, çünki tikilməli olan obyekt sifarişçinin spesifik tələblərinə uyğun olaraq inşa edildiyi üçün digər obyektlə dəyişdirilə bilməz.
Belə şəraitdə, hazırkı standartın 23 və 24-cü maddələrinə əsasən, bu ehtiyatların hər bir maddəsinin dəyəri yuxarıda qeyd edilmiş prinsiplərə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir.
Bütün digər hallarda hazırkı standartın 25-ci maddəsi tətbiq edilməlidir.
- Çəkili orta dəyər; və ya
- İlk mədaxil – ilk məxaric (FİFO)
Hər bir yeni daxil olan ehtiyatın çəkili orta dəyəri hesablanır və hesabat dövrünün sonunda bütün ehtiyatların çəkili orta dəyəri müəyyən edilir.
Məsələn, “Şirvan” müəssisəsi yanacaq doldurma məntəqəsini idarə edir. 01.01.2006-cı il tarixində ehtiyatlarda dəyəri 15000 manat olan 50000 litr yanacaq mövcud idi.
Hesabat dövrü ərzində yanacağın aşağıda qeyd edilmiş hərəkəti baş vermişdir:
Alış Satış (litr)
Yanvar 40000 12000 45000
Fevral 60000 20000 50000
Mart 35000 12000 30000
Hesabat dövrünün əvvəlinə olan ehtiyatlar 50000
Bu 60000 litr yanacağın dəyərini hesabat dövrünün sonuna bir litr yanacağın çəkili orta dəyərini müəyyən etməklə hesablamaq mümkündür.
Ay Dövrün əvvəlinə qalıq A l ı ş S a t ı ş Ayın sonuna qalıq
litr 1 litrin cəmi litr 1 litrin cəmi litr çəkili orta cəmi litr çəkili orta cəmi
dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri
50000 0,300 15000
Yan 40000 0,300 12000 45000 0,300 13500 45000 0,300 13500
Fevral 60000 0,333 19980 50000 0,319 15950 55000 0,319 17545
Mart 35000 0,343 12005 30000 0,328 9840 60000 0,328 19680
Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 19680 manat təşkil edir.
Hesablamalar: (12000+15000) / (50000+40000)= 0,300
(13500+19980) / (45000+60000)= 0,319
(17545+12005) /(55000+35000) = 0,328
İlk mədaxil – ilk məxaric (FİFO)
Bu metoda əsasən, ilk olaraq əldə edilmiş ehtiyatlar ilk olaraq da satılır. Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların hamısı son olaraq ödənilmiş dəyərlərlə qiymətləndiriləcəkdir. Nümunə kimi yuxarıda qeyd edilmiş misaldan istifadə etmək olar.
Ay Dövrün əvvəlinə qalıq A l ı ş Satışın maya dəyəri Ayın sonuna qalıq
litr 1 litrin cəmi litr 1 litrin cəmi litr FİFO cəmi litr FİFİO cəmi
dəyəri dəyəri dəyəri dəyəri dəyəri dəyəri
50000 0,300 15000
Yan 40000 0,300 12000 45000 0,300 13500 45000 0,300 13500
Fevral 60000 0,333 19980 45000 0,300 13500
50000 15165 55000 0,333 18315
Mart 35000 0,343 12005 30000 0,333 9990 25000 0,333 8325
35000 0,343 12005 60000 20330
Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 20330 manat təşkil edir.
Qiymətləndirmə metodu seçildikdən sonra müəssisə hər zaman bu metodu ehtiyatların bütün oxşar maddələrinə tətbiq etməlidir. Məsələn, mağazalar ehtiyatlarının qiymətləndirilməsi zamanı FİFO metodundan istifadə edə bilər. Belə olan halda, həmin mağaza bu metodu bütün ehtiyatlarına (çörək, pendir, süd, ərzaq və sair) tətbiq etməlidir. Lakin, müəssisə mahiyyəti və xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənən ehtiyatlara sahib olduqda, onların qiymətləndirilməsi zamanı müxtəlif metodlar istifadə edilə bilər.
Məsələn, ”Araz” şirkəti həm mağaza, həm də minik avtomobillərinin təmiri sexini idarə edir.
Bu iki fəaliyyət növü bir-birindən tamamilə fərqlənir. Belə olan halda, şirkət mağazanın ehtiyatlarının qiymətləndirilməsində bir metoddan (məsələn, FİFO), avtomobil təmiri sexinin ehtiyatlarının qiymətləndirilməsində isə digər metoddan (çəkili orta dəyər) istifadə edə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.