Press "Enter" to skip to content

Cəmşid Əmirov Qara Volqa PDF

Amma iş elə gətirdi ki, “Qara “Volqa” layihəsini irəli salmalı oldular. 90-cı illərin əvvəllərində kinomuzda çox maraqlı proseslər gedirdi, müstəqil studiyalar açılır, maliyyə imkanı olan idarə və təşkilatlar, iş adamları filmlərə sponsorluq eləyirdilər. Moskvada, Dövlət Kinematoqrafiya İnstitutunda Yevgeni Matveyevin tələbəsi olmuş, indi Amerikada yaşayan aktyor Vəliəhd Vəliyev də o vaxt PAKT – Peşəkar Aktyorlar Kino Təşkilatı yaratmışdı, film həmin müstəqil studiyada çəkiləcəkdi. Filmin çəkilişləri 1992-ci ilin ortalarında başladı. Vaxt həddən artıq az idi – cəmi 15 günə ssenari yazmaq lazım gəlirdi. Gərgin əmək bahasına vaxtında bitirdim. Filmin məsləhətçisi, Cəmşid Əmirovun oğlu Çingiz Əmirov oxuyub bəyəndi, zəng vurub təəccüb qarışıq minnətdarlıq da elədi.

Detektiv yazıçı Cəmşid Əmirov

Cəmşid Cabbar oğlu Əmirov 1918-ci il fevralın 10-da Naxçıvanda “Şirvanlar məhəlləsi”ndə anadan olub.
1937-ci ildə atası Cabbar Əmirov ermənilərin əli ilə həbs edilir və “Xalq düşməni” adı altında on il müddətinə Arxangelskə sürgün olunur. Cabbar kişinin həyat yoldaşı Tərlan xanım uşaqla birgə başsız qalır.

Bakıda yeddinci sinfi bitirən Cəmşid sənədlərini N. Nərimanov adına texnikuma verərək kimya fakültəsinə daxil olur. Tələbəlik illərində ədəbi yaradıcılığa maraq göstərən Cəmşid kiçik hekayə və məqalələr yazsa da, lakin onları çap etməyə tələsmir. O, texnikumu bitirdikdən sonra M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna daxil olur və müəyyən səbəblərdən oranı yalnız 1966-cı ildə bitirir.
Cəmşid İkinci Dünya müharibəsi zamanı ön cəbhədə Sovet Ordusu tərkibində zabit kimi Almaniya, Polşa, Çexoslovakiya, Avstriya və Çində olur. Ordudan tərxis ediləndən sonra «Amustral»ın tikintisində fəal iştirak edir. “Azərbaycan gəncləri” qəzetində məsul katib, «Gənc işçi» qəzetində şöbə müdiri, «Bolşevik» qəzetində məsul katib işləyir.
Texnika Elmləri Doktoru, SSRİ Dövlət Mükafatları Laureatı, Azərneft Birliyinin rəisi, Azərbaycan KP MK-nin katibi Əli Əmirovun qardaşı olub.
Ədəbi yaradıcılığa 1940-cı illərdən oçerk, felyeton və hekayələrlə başlayıb. Onun ilk mətbu oçerki «Dəqiqələr, saniyələr. » «Azərbaycan gəncləri» qəzetinin 28 avqust 1946-cı il tarixli sayında dərc edilib. “Sahil əməliyyatı”, “Brilliant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” əsərlərinin müəllifidir.
Əsərlərini yazmazdan əvvəl milis əməkdaşları ilə əməliyyatlarda və məhkəmələrdə iştirak edir, arxiv materialları ilə diqqətlə tanış olur. Ona görə də əsərlərində real hadisələr və obrazlar daha qabarıq olub.
“Brilyant məsələsi” əsərindəki Əli Rüstəmovun real prototipi milis orqanlarında işləmiş, istefaya çıxmış polkovnik Səfərəli Rüstəmov idi. O, Mircəfər Bağırovun qəzəbinə tuş gələrək həbs olunur. Cəmşid Əmirov sonradan onun haqlı olduğunu sübut edir və Səfərəli Rüstəmovu əsərlərinin baş qəhrəmanına çevirir.

Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə macəra janrına müraciət edən yazıçı Cəmşid Əmirov olub. Onun bir çox əsərləri kimi “Brilyant məsələsi” kitabına maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz məcrasından çıxmışdı. Həmin dövrdə bu kitabı əldə etmək müşkül məsələ idi. Əsər sözün əsl mənasında o dövrdə bir hadisəyə çevrilir. “Brilyant məsələsi”ndən öncə Azərbaycan polislərinin həyatından, onların ağır, çətin işindən bəhs edən “Sahil əməliyyatı” povesti ilə nəinki respublikamızda, hətta ondan çox-çox uzaqlarda tanınmağa başlamış və əsər bir neçə dilə tərcümə olunub. Əsərin ssenarisinin yazılması üçün yazıya müraciət olunur və nəticədə həmin povest əsasında “İstintaq davam edir” filmi çəkilir. Film üçün helikopter və katerlərin təşkilində Heydər Əliyevin böyük köməyi olub.

1969-cu ildə yazıçının ən məşhur və səs-küy yaradan əsəri “Qara Volqa” povesti çapdan çıxır. Əsər sovet hakimiyyəti dövründə ilk dəfə 100 min tirajla çap olunur. Kitab bir müddət qeyri-rəsmi şəkildə qadağan olunur. Buna baxmayaraq, hətta milis əməkdaşları belə kitabı müxtəlif yollarla əldə edərək gizlin şəkildə oxuyurlar.
“Brilyant məsələsi” əsərindəki prototiplərdən biri də “Tapança” ləqəbli Yədulla olur. Yazıçının arxivindəki məktubların birində müəllif qeyd edir ki, həqiqətən də tanış olduğu Yədulla yazıçının təsvir etdiyi qatı cinayətkardır.
Oxucuların əksəriyyəti Cəmşid Əmirovu yazıçıdan çox bir hüquq mühafizə işçisi olduğunu da zənn edirdilər. Hətta cinayət aləminin üzvləri belə onu bir müstəntiq bilirdi.
Əsərdə Cəmşid Əmirovun yaratdığı Klara obrazı isə Klara Yusifzadənin yəni Zerkalo Klaranın prototipi olur. Klaranın atası 1938-ci ildə Mircəfər Bağırov tərəfindən güllələnir. Başsız qalan qızı cinayətkar dəstəyə cəlb edirlər. Uzun illər sonra Klara başına gələnlərin hamısını hüquqşünas və milis əməkdaşı zənn etdiyi Cəmşid Əmirova nəql edir.

“Brilyant məsələsi”nin diqqət çəkən üzvlərindən Klara ömrünün son günlərində verdiyi müsahibələrin birində deyir: Cəmşid Əmirov yaxşı adam idi. Allah ona rəhmət eləsin. Allah haqqı, mənimlə qızı kimi rəftar edirdi. Ya bir dəfə səsini qaldıra üstümə, ya söyə, vura. Yox! Qətiyyən onda belə şeyləri görmədim. Əksinə o vaxt “Qorotdel”də nə şərait olasıydı ki, hamam yox, saçımı daramağa imkanım yox. Bit-birə də day nə qədər desən. Uzun, qalın hörüklərim vardı. Saçımı bit basıb, əyin-başım pis gündə. Verilən yeməkləri yeyə bilmirdim. Bir sözlə vəziyyətim ağırıydı. Cəmşid Əmirovun iri qara portfeli vardı, gəlib otağa daxil olan kimi qoyurdu stolun üstünə. Evdən gətirdiyi buterbrodları çıxardıb zorla yedirdirdi mənə. Düzü, nə qədər ac olsam da, çəkinirdim, utanırdım. O kişi isə əl çəkmirdi, onların hamısını yedirdib, üstündən də su içəndən sonra başlayırdı söhbətə. Mənim belə gənc yaşımda ölüm hadisəsiylə bağlı ora düşməyim çox ağır gəlirdi ona. Nəslimi, kökümü tanıyırdı, başımıza gələn müsibətlərdən xəbərdar idi. Və bu yola düşməyimin səbəbləri ona aydın idi. Bütün bunlara görə də heyfslənirdi, əzab çəkirdi. Əlindən gələn yaxşılığı edirdi mənimçün…”
“Qara “Volqa” romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əsər yazıçı Cəmşid Əmirovun “Brilyant məsələsi” romanının davamıdır. Birinci romanda söhbət
Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa,
ikincidə obrazlar dəyişir, burda qəhrəman Pəncəli Aslan və onun
cinayətkar dəstəsidir. Söhbət müharibədən sonranın Bakısında cərəyan edən hadisələrdən gedir. Əsərin qəhrəmanı Pəncəli Aslan qadındır.
Cəmşid Əmirov milli mətbuatda kriminal hadisələrdən və məhkəmə oçerklərindən yazan ilk jurnalistlərdən biri olub. O, əsasən Bəbirov qardaşları imzası ilə çap olunub.
“Qara “Volqa”dan sonra 13 il yazıçının heç bir kitabı çap olunmur. 1982-ci ildə o, xəstələnib yatağa düşür. Son nəşr olunan “Şəhər yatarkən” əsərini əlinə alan yazıçı kitabda dəhşətli dərəcədə gedən ixtisarları görüb, üzü birdən-birə dəyişir. Xəstəxanada yatan atanı sevindirmək üçün kitabı gətirən Çingiz atasının halının dəyişdiyini görüb həkimi çağırmaq istəyir. Lakin Cəmşid müəllim ona imkan verməyərək deyir: “Xainlər bu kitabla axırıma çıxdılar”– deyib bir neçə saatdan sonra 1982-ci il dekabrın 29-da vəfat edir.

Mənbə: kulis.az

  • Teqlər:
  • yazıçı Cəmşid Əmirov
  • , detektiv
  • , Qara Volqa
  • , detektiv ədəbiyyatı
  • , Cəmşid Əmirov

Cəmşid Əmirov “Qara Volqa” PDF

Cəmşid Əmirovun “Brilyant məsələsi” və “Qara Volqa” kitabları 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Yazıçının “Qara Volqa“ əsəri Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə or­qan­ları tərəfindən aşkarlanmasından bəhs edir.

1918 – 1982

Cəmşid Əmirov 1918-ci il fevralın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirib Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuş (1934), eyni zamanda respublika qəzetləri ilə əməkdaşlıq etmişdir. Son kursda.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Cəmşid Əmirov “Qara Volqa” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

cemsid-emirov-qara-volga.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

“Qara Volqa”nın müəllifi nədən qorxmuşdu?!

“Ajiotaj” layihəsində müəlliflər, onların yaxınları, ədəbiyyat adamları çap olunandan sonra böyük ajiotaj yaratmış, geniş oxucu kütləsi tərəfindən sevilmiş, müəllifinə böyük şöhrət qazandırmış əsərlər haqqında danışırlar. Uğur qazanmış əsərləri yenidən xatırlayırıq.

Budəfəki seçimimiz Cəmşid Əmirovun “Qara Volqa” romanıdır.

“Qara Volqa” romanı 1966-cı ildə işıq üzü görüb.

“Qara Volqa” romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir.

Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı “Brilliant məsələsi” romanının davamıdır. Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Əgər birinci romanda söhbət Tapnça Yədullanın yaratdığı kriminal qruplaşma ilə mübarizə aparılırsa, ikincidə obrazlar dəyişir: burda qəhrəman Pəncəli Aslan və onun cinayətkar dəstəsidir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Xüsusən hər iki kitabın baş qəhrəmanı Əli Rəsulov!

Üstəlik, romanlarda bəhs olunan hadisələrin zaman ardıcıllığı var. Söhbət müharibədən sonranın Bakısında cərəyan edən hadisələrdən gedir. Hansı ki, Həsən Seyidbəylinin təxminən eyni illərdə məşhur olan “Cəbhədən cəbhəyə” əsərində olduğu kimi.

Pəncəli Aslan qadındır. Atası qız övladı istəmir, ancaq taleyin əksinə gedə bilməyincə onun adını Aslan qoyur. “Aslanın erkəyi, dişisi olmaz” məntiqi bu qızın taleyinə hələ uşaq yaşlarından təsir edir. O, tezliklə qəddar, əzazil, rəhmsiz, eyni zamanda qoçaq, ağıllı, tədbirli və hiyləgər bir insana çevrilir. Kriminal dünyaya meyl Aslanın təbiətindədir.

Fiziki gücü ilə oğlan tay-tuşlardan da seçilən Aslan tezliklə “Pəncəli” ləqəbini qazanır.

Sonrası isə məlumdur.

O, özünün sağ əli olan “Paxan”la böyük cinayətkar dəstə yaradır. Bu dəstə yüksək ustalıqla idarə olunur. Hətta dəstənin ən fəal üzvləri belə kimə qulluq etdiklərini, başçılarının kim olduğunu bilmir.

Onlarla günahsız insanı öz qurbanına çevirən bu cinayətkar şəbəkəni ilmə-ilmə söküb araşdırmaq heç də asan deyil. Oxucu bacarıqlı hüquq-mühafizə orqanları işçiləri ilə birlikdə bu düyünlərin açılmasında iştirak edir. Bütün qurbanlara rəğmən əsər nikbin sonluqla bitir, günahkarlar cəzasını alır.

C.Əmirovun aydın dili, axıcı təhkiyəsi, səlis məntiqi, eyni zamanda bəhs etdiyi sahələrdə kifayət qədər məlumatlı olması əsərinin xeyli maraqlı alınmasını şərtləndirib. Yazıçı təkcə hüquq-mühafizə orqanları ilə cinayətkarlar arasındakı mübarizəni deyil, hər iki tərəfin daxili ziddiyyətlərini də ustalıqla verə bilib.

Bu və ya bir çox başqa məziyyətlər “Qara Volqa”nı dövrünün ən maraqlı əsərlərindən birinə çevirdi. Kitabın bir müddət sonra qeyri-rəsmi şəkildə qadağan olunması isə ona qarşı marağı ikiqat artırdı.

Sonralar “Qara Volqa” yüksək tirajlarla yenidən çap edildi. 1994-cü ildə isə əsərin motivləri əsasında eyniadlı tammetrajlı bədii film çəkildi.

“Qara Volqa” romanı barədə danışan həmin filmin ssenari müəllifi Nəriman Əbdülrəhmanlı söylədi ki, Cəmşid Əmirov Azərbaycan ədəbiyyatında detektiv janrının yaradıcısı kimi tanınır: “Onun “Sahil əməliyyatı”, “Brilliant məsələsi”, “Qara Volqa”, “Şəhər yatarkən” romanları nəşr olunub. Həsən Seyidbəylinin “Cəbhədən-cəbhəyə” romanıyla yanaşı həmin əsərlər Azərbaycan ədəbi məkanında müəyyən bir boşluğu doldururdu, 60-70-ci illərdə böyük oxucu marağına səbəb oldu. 1966-cı ildə “Azərbaycanfilm”də Cəmşid Əmirovun “Sahil əməliyyatı” romanı əsasında çəkilmiş “İstintaq davam edir” adlı bədii filmi də diqqəti çəkmişdi. Cəmşid Əmirovun “Brilliant məsələsi” və “Qara “Volqa”” romanları həmin dövrdə qeyri-rəsmi qadağan olunmuşdu. O romanları kitab dükanlarında tapmaq mümkün deyildi, kitabxanalardasa ancaq oxunmaqdan mitili çıxmış nüsxələr tapmaq olardı. Bu həmin əsərlərə marağı daha da artırırdı. Yadımdadı, universitetin birinci kursunda oxuyanda – 1975-ci ildə “Qara Volqa” romanını çox çətinliklə tapıb oxumuşdum.

Cəmiyyətdə qadağalar və təcridin mövcud olduğu dövrdə cinayət aləmindən, Pəncəli Aslanın başçılıq etdiyi cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən, hüquq-mühafizə orqanlarının həmin cinayətkar qrupu dağıtmasından bəhs eləyən əsər, əlbəttə, çox maraqlı idi. Romanı oxumaq istəyən çox olduğundan dost-tanış az qala qrafik tutmuşdular, hərəyə cəmi 3-4 gün vaxt ayrılırdı”.

N.Əbdülrəhmanlı “Qara Volqa” filminin ssenarisini yazmağından da danışdı: “Artıq mən 80-ci illərin sonlarından C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenariçi-redaktor işləyirdim. Ssenarilərim üzrə bir neçə uğurlu sənədli film lentə alınmış, festivallarda mükafat qazanmışdı. İki bədii filmin ssenarisini yazmışdım, həmin mühitdə o ssenarilər maraqla qarşılanmışdı. Üstəlik, onda “Əli və Nino” romanı “Azərbaycan” jurnalında yenicə çap olunmuşdu, qısa müddətdə ikiseriyalı bədii filmin ssenarisini bitirmişdim, hətta, Dövlət Yanacaq Komitəsi çəkilişləri maliyyələşdirməyə də razılaşmışdı.

Amma iş elə gətirdi ki, “Qara “Volqa” layihəsini irəli salmalı oldular. 90-cı illərin əvvəllərində kinomuzda çox maraqlı proseslər gedirdi, müstəqil studiyalar açılır, maliyyə imkanı olan idarə və təşkilatlar, iş adamları filmlərə sponsorluq eləyirdilər. Moskvada, Dövlət Kinematoqrafiya İnstitutunda Yevgeni Matveyevin tələbəsi olmuş, indi Amerikada yaşayan aktyor Vəliəhd Vəliyev də o vaxt PAKT – Peşəkar Aktyorlar Kino Təşkilatı yaratmışdı, film həmin müstəqil studiyada çəkiləcəkdi. Filmin çəkilişləri 1992-ci ilin ortalarında başladı. Vaxt həddən artıq az idi – cəmi 15 günə ssenari yazmaq lazım gəlirdi. Gərgin əmək bahasına vaxtında bitirdim. Filmin məsləhətçisi, Cəmşid Əmirovun oğlu Çingiz Əmirov oxuyub bəyəndi, zəng vurub təəccüb qarışıq minnətdarlıq da elədi.

Kinoda çox vaxt təklif olunanla razılaşmağa məcbursan. Həm o vaxtacan sənədli, tarixi, psixoloji məzmunlu ssenarilər yazmışdım, özümü detektiv janrda sınamaq məndən ötrü çox maraqlı idi. Rejissorun istehsalat çətinliklərinə görə bəzi epizodları dəyişdirməsi, başlıcası da aktyor seçimində səhvlərə yol verməsi filmin istədiyim səviyyədə alınmasına mane olsa da, tamaşaçılar baxırlar.

Kəm-kəsirləri olmasına baxmayaraq, “Qara Volqa” filmini indiki detektivlərlə müqayisə eləmək çətindi. Ona görə ki, o filmdə Muxtar Maniyev, Zərnigar Ağakişiyeva, Nəsir Sadıqzadə, Fuad Poladov, Rasim Balayev, Laləzar Mustafayeva, Nəsibə Eldarova. kimi peşəkarlar oynayıblar. Əlbəttə, mən filmin debütant rejissor Elşən Məmmədova verilməsinə razı deyildim. Onunla ekran estetikası, aktyor seçimi məsələlərində fikrimiz bəzən üst-üstə düşmürdü. Amma təbii ki, bu cür məsələlər mənim səlahiyyətimə daxil deyildi, PAKT-ın rəhbəri, prodüser, məsləhətçi filmi bəyəndilər, Respublika Sarayında təntənəli premyera oldu, tamaşaçıların əksəriyyəti razı qaldı. Düzdü, mən də mətbuatda filmin kəm-kəsirini tənqid eləyən yazıyla çıxış elədim, bu da çoxlarını təəccübləndirdi”.

Ssenarinin romanla müqayisədə zəif olması ilə bağlı səslənən fikirlərə Nəriman Əbdülrəhmanlı belə münasibət bildirdi: “Ekrana çıxan film haqqında bu cür fikir söyləmək olmaz. Çünki kulisdə – çəkiliş vaxtı nələr baş verdiyini yaradıcı qrupdan başqa heç kıs bilmir. Ssenarinin orijinalı mənim arxivimdədi, yazdığımdan arxayınam. Dəyişikliklər, ekran görümü rejissorun işidi”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, uzun müddət Penitensiar Xidmətdə işləmiş yazıçı Rövşən Yerfi isə dedi ki, əsərin böyük rezonans doğurmasının səbəblərindən biri romanın həqiqəti əks etdirməsi, real faktlar əsasında yazılması idi: “Yəni “Qara Volqa” bir çox digər əsərlər kimi bütünlüklə yazıçı təxəyyülünün məhsulu deyildi. Hər bir obrazın prototipi olmaqla və bütün ədəbi qayda-qanunlara riayət etməklə bədii cəhətdən ustalıqla yazılmışdır. Ən başlıca səbəb isə illərlə haqqında yazılması yasaq olunmuş, məxfi hesab edilən bir sahəni – barəsində çəkinə-çəkinə danışılan sirli oğru aləmini, milisin oğrularla mübarizəsini ədəbiyyata gətirilib oxucunun ixtiyarına verilməsi idi.

Bir cümlə ilə ifadə etsəm bu əsərdə Pəncəli Aslanın başçılıq etdiyi cinayətkar dəstənin törətdiyi saysız-hesabsız cinayətlərdən və hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qrupun dağıdılmasından danışılır. “Qara Volqa” yazıçının ilk romanı deyildi, ondan əvvəl də, sonra da bu ruhda əsərlər yazmışdı. Görünür onların heç birinin bədii məziyyətləri, süjeti, kompozisiyası “Qara Volqa”dakı qədər cəlbedici və zəngin deyil”.

Rövşən Yerfi kitabın qadağalarla üzləşməsi haqqında bunları söylədi: “Kitabın yığışdırılması üçün yazılı göstərişin olmasını dəqiq deyə bilmərəm, amma ən azından belə şifahi tapşırıq olub. Kitab haqqında səkkizinci sinifdə oxuyarkən məndən bir neçə yaş böyük kitab həvəskarı olan dostumdan eşitmişdim. Dərhal kitabxanaya gedib kitabın tapılmasını xahiş etmişdim. Kitabın yetmişinci illərin əvvəlində yığışdırılmasını mənə o zaman ilk dəfə kəndimizdəki kitabxanaçı danışmışdı. Sonra bu məlumatı həmin dövrün yaşlıları da təsdiqlədi ki, təkcə kitabxanalardan yox, hətta evlərdən də o əsər zərərli bir kitab kimi toplanılıb. Guya kitab cinayətlərin, oğurluq hallarının artmasına təkan verirmiş. Cinayətkar qruplara yeni daxil olanlar oğruların əsərdə təsvir edilən metod və üsullarını öyrənib fəaliyyətlərində tətbiq edirlərmiş. Göstərilən səbəb üzündən uzun illər kitabın oxunması və saxlanılması qadağan olunur”.

Rövşən Yerfinin sözlərinə görə, hazırda “Qara Volqa”ya oxşar əsər yazmaqla oxucunu heyrətləndirmək olmaz: “Zaman dəyişib, oxucu artıq detektiv janrda “təşnəsini” söndürüb. Cəmşid Əmirovdan sonra onlarla yazıçı bu janrda qalaq-qalaq povestlər, romanlar yazıb. Son on ildə isə gənc nasirlər arasında az qala dəbə çevrilib. Oxucu isə zövqünə yenilik gətirəcək daha mükəmməl əsərlər gözləyir. Bununla belə “Qara Volqa” bünövrə olmaq etibarı ilə yarım əsrə yaxın vaxt keçsə də cazibədarlığını itirmir. Müasir detektiv əsərlərdən heç də geri qalmır, hələ ki, öz fəxri yerini, dərəcəsini qoruyub saxlayır”.

Əsər barəsində fikirlərini bölüşən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, detektiv janrda hekayələr yazan Qalib Arif isə əsərin o vaxt böyük uğur qazanmasını belə əsaslandırır: “O vaxt dünyada məşhur olan detektiv yazarların əsərləri rus dilinə çox az tərcümə olunurdu. “Qara Volqa”nın uğur qazanmasının əsas səbəblərindən biri də bu idi. Əsərin fakturası çox güclüdür, xeyli maraqlı detallar var. Cəmşid Əmirov polis sistemində işləməsə də görünür bir çox məsələlərlə ciddi şəkildə maraqlanıb. Əks halda belə bir uğurlu əsər ortaya çıxmazdı. Maraqlıdır ki, əsərdəki Klaranın prototipinin kim olması məsələsi bu günə qədər tam aydın deyil. Və mənə bu gün də xaricdən zəng vurub deyirlər ki, “Qara Volqa”dakı Klara kimdir?”

Detektiv əsərlər müəllifi Bəhram Çələbinin sözlərinə görə, “Qara Volqa” kifayət qədər maraqlı əsərdir və həyat həqiqətlərinə uyğun qələmə alınıb. “Ancaq burada bir çox yanlışlıqlar da var.

Klara Göygöz Sabirin sevgilisi olub. Amma əsərdə dostu kimi təqdim olunur. Klara bu dəstənin əli ilə həm polisə, həm cinayətkar dəstəyə işləyən bir ermənini qətlə yetirmişdi.

Ümumiyyətlə, Klara obrazı əsərdə tamamilə açılmır.

Üstəlik Göygöz Sabir kimi adamdan heç bəhs olunmur. Əvəzində Yədulla kimi ortabab cinayətkardan yazılır.

Bir də ki, adətən kriminal qruplaşmalar həmişə polislə əlbir işləyirlər. Amma Cəmşid Əmirov öz əsərində bu həqiqəti gizləyir. Görünür o, sovet vaxtı bunu qələmə almaqdan qorxmuşdu”.

“Qara Volqa” romanı ilə bağlı Cəmşid Əmirovun yaxınlarından da kiminsə fikirlərini öyrənmək niyyətindəydik. Təəssüf ki, alınmadı. Cəmşid Əmirovun oğlu, “Qara Volqa” filminin məsləhətçisi, polis podpolkovniki Çingiz Əmirov bir neçə il bundan qabaq rəhmətə gedib. Elə yazıçının həyat yoldaşı da! Qızı isə hazırda ABŞ-da yaşayır. “Qara Volqa” müəllifinin kürəkəni Bəxtiyar Məmmədov isə hazırda Bakıda olsa da xəstəxanada yatdığından danışa bilməyəcəyini söylədi.

Kulis.az

Comments are closed, but trackbacks and pingbacks are open.