Corc Oruell – Heyvanıstan (pdf)
NURƏDDİN ƏDİLOĞLU – QARA CAMIŞ(hekayə)
Corc Oruell – Heyvanıstan (George Orwell – Animal Farm)
2-3 ay əvvəl Corc Oruellin «Heyvanıstan (Animal Farm)» əsəri ilə bağlı kitab almışdım, amma indi onun haqqında olan 1954-cü ildə çəkilmiş filmə baxdıqdan sonra oxumağın əhəmiyyəti olmadığını gördüm. Onsuz da bu 3 ay ərzində 13 səhifə oxumuşdum. Film çizgi də olsa, yəni çizgi film də olsa, çox şeyi ifadə edir. Konkret bu əsərdə kommunist rejimin gəlməsi, totalitarlaşma və sonda onun əmələ gətirdiyi problemləri göstərir.
Film (əsərdə) bəzi şeylərə fikir verilməlidir:
Cons — Sonuncu Rusiya çarı Nikolay;
Qoca Mayor — Karl Marks (və ya Lenin (bir qisim insanların fikrincə));
Napoleon — Stalin;
Snowboll (Qartopu) — Trotski;
[Stalin Trotskini SSRİ-dən qovduğu kimi Napoleon da Snowboll-u fermadan didərgin salır];
Mister Frederik — Hitler;
Mister Wimper — Bernard Şou (və ya Anri Barbüs, Anatol Frans, Linkoln Steffens ola bilər);
[İqtisadi-siyasi blokada illərində Heyvanıstanla qalan dünya arasında əlaqə yaradan mister Wimper isə geniş yayılmış fikrə görə Stalinin totalitar rejimini Qərbdə müdafiə və təbliğ edən Bernard Şou, Anri Barbüs, Anatol Frans, Linkoln Steffens kimi məşhur Avropa intellektuallarının ümumiləşdirilmiş obrazıdır]
Boxer — Staxanov;
uzunqulaq Bencamin — yəhudilər (ümumi təcəssüm);
əl qarğası — ortodoks rus kilsəsi;
ağ keçi — ziyalılar (ümumi təcəssüm);
toyuqlar — qolçomaqlar;
[toyuqların yumurtalarını vermək istəməmələri kollektivləşməyə qarşı mübarizəyə işarədir];
köpəklər — xüsusi xidmət və cəza orqanları;
pişik — qanuni oğrular (ümumi təcəssüm);
qoyunlar — sadə xalq kütləsi;
göyərçinlər — sovet təbliğatının rəmzləri;
[Adı qalsa da, məzmunu donuzların iradəsinə uyğun şəkildə mütəmadi dəyişdirilən Yeddi Prinsip isə xalqa deyil, hakimiyyətə xidmət edən sovet qanunları və Konstitusiya anlamına gəlir];
QEYD: Yalnız birinci bənd mənim şəxsi fikirlərimə aiddir. Digər bənd və müvafiq müqayisələr Corc Oruellin «Heyvanıstan (Animal Farm)» povestinin Qanun Nəşriyyatı tərəfindən çıxarılan Azərbaycan dilinə tərcüməli kitabındandır.
Kitabı tərcümə edən Vilayət Quliyev (sabiq xarici işlər naziri).
Kitabın qiyməti: 4 AZN.
Corc Oruell – Heyvanıstan (pdf)
Sərvanə Dağtumas – Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi.
15.02.23, Ədəbi tənqid
Ədəbiyyat üzrə Nobel mükafatçısı Anni Ernonun Nobel nitqi
05.02.23, Təqdimat
Vaqif Osmanov – Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
14.01.23, Ədəbi tənqid
Anton Çexov – Qara rahib
02.01.23, Proza
Oxşar xəbərlər:
İlkin Füzuli – 8 Mart hədiyyəsi
İlkin Füzuli – 8 Mart hədiyyəsi.
Firudin Cəlilov – Lemni yazısı
NURƏDDİN ƏDİLOĞLU – QARA CAMIŞ(hekayə)
Sevinc İbrahim – Eşq
Sayt haqqında
Yarandığı gündən sayta dürlü yazılar yerləşdirilir. Əsas məqsədimiz ədəbiyyatsevərləri bir yerə toplamaqdır.
Öz yazılarınızı saytımızda görmək üçün edebiyyatdergi@mail.ru ünvanına və ya +994703657179 nömrəsinin votsapına yaza bilərsiniz.
Saytın menyusu
© 2019-2022 Ədəbiyyat.az informasiya portalı. Müəllif hüquqları qorunur. İstinad vacibdir.
Corc Oruel: “Heyvanıstan”
İngilis yazıçısı Corc Oruellin adı azsaylı Azərbaycan intellektuallarına daha çox “1984” romanından tanışdır. Lakin Oruell “1984”-dən o qədər də az populyar olmayan başqa bir satirik antiutopiyanın – “Animal farm” – “Heyvanıstan”(roman rus dilinə “Skotskiy xutor”, “Skotnıy dvor”, “Ferma “Enimal” və s., türk dilinə “Heyvanat ciftliyi”, fars dilinə “Qəleyi-heyvanat” şəklində tərcümə edilib. Azərbaycan dilinə tərcümə zamanı əsərin satirik-qrotesk ruhuna uyğun gələn “Heyvanıstan” adı üzə¬rində dayanmaq daha məqsədəuyğun sayılmışdır-V.Q.) romanının müəllifidir.
Bu əsəri müəyyən mənada həm də yazıçının avtokratiya və totalitar sistemin ümumiləşdirilmiş obrazını yaradan çoxlaylı və monumental “1984” romanı üçün hazırlıq mərhələsi hesab etmək mümkündür. Həcmcə o qədər də böyük olmayan “Animal farm” romanı ilə Oruell bütünlükdə totalitar siyasi təfəkkürün, daha konkret mənada isə, keçmiş Sovet İttifaqının tarixini və əsas mövcudluq prinsiplərini bədii cəhətdən uğurla modelləşdirə bilmişdi.
Əvvəlcə bir neçə kəlmə məşhur romanlar müəllifinin həyat yolu haqqında.
Bütün dünyanın Corc Oruell kimi tanıdığı ingilis yazıçısının əsl adı Erix Artur Bleyer idi. O, 1903-cü ildə Hindistanın Benqal əyalətində, sonralar “aşağı səviyyəli orta təbəqə” kimi təqdim etdiyi qarışıq ingilis-hind ailəsində doğulmuşdu. Ailənin başçısı Riçard Bleyer Hindistan mülki xidmətində çalışırdı. Erix Artur bir yaşında ikən anası ilə birlikdə İngiltərəyə köçmüş, uşaqlıq və ilk gənclik illərini burada keçirmişdi.
Comments are closed, but trackbacks and pingbacks are open.