Babasil ağrıları zamanı nə etməli
İtburnu orqanizmin ən yaxşı “təmizləyicisi”dir. İtburnu dəmlıəməsi şəkərin səviyyəsini aşağı salır və bununla da damarlarda iltihabın yaranmasının riskini azaldır. (Məhz şəkər damarlarda iltihab yaradaraq damarlarda xolesterinin yığılmasına şərait yaradır.)
Damar tıxanması. SƏBƏBLƏR, SİMPTOMLAR
Ateroskleroz xəstəliyi zamanı damarlarda xolesterol yığılır, damarlar daralır, tıxanır.
Nəticədə qan dövranı kəskin pisləşir, damarın yırtılması, damarda trombların (qan laxtası) əmələ gəlməsinin riski artır. Bütün bunlar isə ürək və damar xəstəliklərinə, ən ağır hallarda insult və infarkta gətirib çıxardır.
Damar tıxanmasının səbəbləri bunlardır:
1. Uzun illə ərzində belə hesab olunurdu ki, qidalanmada yağların artıqlığı qanda pis xolesterolun artmasına və daha sonra bu xolesterolun damarlarda yığılmasına səbəb olur. Lakin yeni araşdırmalar sübut edib ki, bu tam belə deyil. Qidadan aldığımız “pis” xolesterolun miqdarı yalnız 10-15 faizdir. Bəs qalan 90 faiz? Məsələ burasındadır ki, orqanizmdə pis xolesterolun artmasında əsasən endokrin pozulmalar (xüsusilə qalxanvari vəzi xəstəlikləri), qaraciyərin piylənməsi və öd kisəsi xəstəlikləri günahkardır. Bu pozulmalar zamanı piylərin parçalanması və mənimsənilməsi prosesi pöozulur ki, bu da xolesterolun damarlarda yığılmasına səbəb olur.
2. Damar divarının zədələnməsi. Daxili divarın zədələnməsi damarda xolesterolun yığılması üçün şərait yaradır. Sağlam damarda xolesterol yığılmayacaq. Yeri gəlmişkən, damar divarlarının zədələnməsinin əsas səbəbi şəkərdir.
3. Qanın qatılığının artması. Bu damarlarda trombların əmələ gəlməsinə gətirib çıxardır. Bunun səbəbləri arasında: bəzi qan xəstəlikləri, mayenin az qəbulu və s. ola bilər.
Bu 2 amilin birləşməsi ateroskleroz kimi ağır pozulmanın inkişafına zamin yaradın.
Damarların tıxanması illər ərzində və demək olar simptomsuz inkişaf edir. Tıxanmış damarın harada yerləşdiyindən asılı olaraq (baş-boyun, ürək, aşağı ətraflar və s.) bu kimi simptomlar meydana çıxa bilər:
– diqqətin və yaddaşın zəifləməsi
– ürək nahiyəsində ağrılar və sıxılma hissi
– yerimə zamanı sağrı, omba, baldır nahiyəsində ağrılar, axsama.
Saglamolun.Az
Babasil ağrıları zamanı nə etməli?
Babasil xəstəliyi düz bağırsaq və anal nahiyədə diskomfort və ağrı hissi ilə özünü büruzə verir. Bir çox insanı xəstəliyin kəskinləşmə dövründə yalnız bir sual maraqlandırır – babasil ağrıları zamanı nə etməli? Gəlin ilk öncə bu ağrıların səbəbini və xarakterini bir qədər araşdıraq.
Babasil ağrıları nədən yaranır?
Başlıca səbəb iltihabi proses və düz bağırsaq toxumalarının zədələnməsidir.
Babasil ağrıları necə olur?
İltihab nəticəsində anal dəlik və ətraf toxumanın divarları kövrəkləşir, nazilir. İltihablaşmış və ödemli (şişkin) selikli qişa sinir uclarına təzyiq edir, cavab reaksiyası olaraq ağrı simptomu yaranır. Bağırsaqdan nəcis daşları, bərkləşmiş fekal kütlələr keçdiyi zaman divarlar zədələnir. Bu da tədricən anal çata gətirib çıxarır. Beləliklə, bir xəstəlik digərini doğurur, ağrı simptomu daha da kəskinləşir. Xəstə defekasiya (nəcis ifrazı) aktından qorxaraq, onu ləngitməyə çalışır. Nəticədə qəbizlik yaranır, vəziyyət daha da ağırlaşır.
Babasilin erkən mərhələsi
Xəstəliyin erkən mərhələlərində çox az adam babasil ağrıları zamanı nə etməli sualını verir. Çünki başlanğıcda babasil əlamətləri zəif olur. Ağrı sindromu tez bir zamanda öz-özünə keçib gedir. Yüngül formalı diskomfort – bağırsaqda yad cisim hissi meydana çıxır.
Daxili babasil zamanı ağrılar daha şiddətli olur. Bu, daxili düyünlərin get-gedə böyüməsi və iltihablaşması ilə əlaqədardır.
Adətən ağrı defekasiya zamanı baş verir. Xəstə anal kanalda pulsasiya, yanma və dartılma hiss edir.
Babasilin ikinci mərhələsi
İkinci mərhələdə bu simptomlara, bel-oma nahiyyəsində ağrılar, bağırsaqda ağırlıq hissi qoşulur. Qəbizlik, meteorizm bəzi hallarda diareya əvvəlkindən daha da sıx ola bilər.
Babasilin III və IV mərhələsi
Ağrı davamlı xarakter alır. Düyünlər anal kanaldan xaricə sallanır. Bu, xəstəliyin artıq gecikmiş forması hesab edilir. Əsas fərq ondan ibarətdir ki, III mərhələdə sallanan düyünləri xəstə əli ilə içəri sala bilir. IV mərhəldə isə bu mümkün olmur. İltihablaşmış düyünlər o qədər şiddətli ağrıyır ki, hətta tualet kağızı ilə toxunduqda dözülməz olur.
Babasil ağrıları zamanı nə etməli ?
Ağrı simptomunu azaltmaq üçün müxtəlif formalı babasil dərmanı tətbiq edilir:
Kremlər və mazlar yerli istifadə üçün nəzərdə tutulmuşdur. Xarici babasilin müalicəsi zamanı yerli vasitələr daha effektiv sayılır. Yadda saxlamaq lazımdır ki, ağrıkəsicilər xəstəliyi müalicə etmir, yalnız simptomları bir qədər yüngülləşdirir. Babasil isə daxildə öz inkişafını davam etdirir.
Babasil ağrıları zamanı nə etməli – əlavə üsullar
Xəstələrə sakit vəziyyət almaq, fiziki məşq və hərəkətləri dayandırmaq tövsiyə olunur.
Babasil ağrıları zamanı nə etməli – təbii müalicə
Anal sfinkterin spazmını azaltmaq üçün müxtəlif kompresslər etmək olar. Onlar bitki dəmləmələri və tərəvəzlərdən hazırlanılır. Həmçinin aloe şirəsi və kartof suyu ilə oturaq halda vanna qəbulu ağrıları azaltmağa kömək edir.
Babasil ağrıları zamanı nə etməli – qadağalar
– xəstəlk kəskinləşdikdə sallanmış düyünlərə qətiyyən təzyiq göstərməyin. Unutmayın ki, babasil düyünü genişlənmiş və kisə şəklini almış qan damarıdır. Bu səbəbdən hər bir ehtiyatsız davranış düyünün dağılmasına, şiddətli qan itirməyə gətirib çıxara bilər;
– acılı, ədviyyatlı qidalar, spirtli içkilərdən imtina edin;
– həkimin təyinatı və ya tövsiyəsi olmadan mənşəyini bilmədiyiniz vasitələri tətbiq etməyin;
– ağırlıq qaldırmayın, kəskin və ani hərəkətlər etməyin;
– qida rasionunda asan parçalanan karbohidratları (çörək və un məhsulları, şirniyyatlar) azaldın;
– su və şəkərsiz maye qəbulunu artırın;
– tünd çay və kofeni məhdudlaşdırın.
Anal nahiyədə ağrının şiddətindən və davamlılığından asılı olmayaraq, belə vəziyyətlərdə vaxt itirmədən proktoloq həkimə müraciət etməyiniz gərəkdir.
Damarlarımızı açan məhsullar
İnsan yaşa dolduqca damarların daxilində piyə bənzər maddə (xolesterin) yığılmağa başlayır ki, bu da damarları daraldır, zəif və kövrək edir.
Belə insanlarda damarın tam tutulması və ya partlaması nəticəsində ürək tutması, insult və ya infarktın riski də artır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bəzi qida məhsulları damarları xolesterindən təmizləyir, damarları sağlam və cavan saxlamağa yardım edir. Bu hansı məhsullardır?
– Tamdənli bitkilər (arpa, yulaf yarması, qarabaşaq, kinoa, qəhvəyi düyü və s.)
Onlar faydalı maddələr və qidalı liflərlə zəngindir. Qidalı liflər orqanizmə “süpürgə” kimi təsir edərək orqanizmdən ziyanlı maddələri və o cümlədən artıq xolesterini xaric edir.
– Göyərti (kərəviz, cəfəri, ispanaq, kahı)
Göyərtilər də müxtəlif vitamin, mikro- və makroelementlər və həmçinin qidalı liflərlə zəngindir.
Balıq və balıq yağı damarlarda iltihabları azaldır və həmçinin orqanizmdə “yaxşı” xolesterinin səviyyəsini artırır. Xolesterin sağlam deyil məhz iltihablaşmış damarlarda yığılır, həmçinin “yaxşı” xolesterinin səviyyəsi yüksələndə “pis” xolesterinin səviyyəsi də azalır.
Çoxsaylı araşdırmalar göstərib ki, zeytun yağı damarlarımız üçün ən faydalı məhsuldur. Zeytun yağını salatlara əlavə etmək çox faydalıdır.
İtburnu orqanizmin ən yaxşı “təmizləyicisi”dir. İtburnu dəmlıəməsi şəkərin səviyyəsini aşağı salır və bununla da damarlarda iltihabın yaranmasının riskini azaldır. (Məhz şəkər damarlarda iltihab yaradaraq damarlarda xolesterinin yığılmasına şərait yaradır.)
Bundan əlavə itburnu C vitamini ilə zəngindir. C vitamini damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır, damarların partlaması riskini azaldır.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.