Press "Enter" to skip to content

Detektiv janrında yazılmış ən yaxşı kitablar

2. Çingiz Abdullayev – Alqış sədaları altında ölüm

Dedektiv əsərlər

Dedektiv roman və ciddi ədəbiyyat anlayışları

Detektiv romana veril ə n m ü xt ə lif t ə rifl ə r m ö vcuddur . Bu təriflərdən danışmazdan öncə detektiv və detektiv roman terminlərinin məna fərqini müəyyənləşdirməyimiz daha düzgün olardı. Çünki dedektiv roman xüsusi bir janr yolunda addımladığı bir zamanda detektiv hekayə, detektiv film, detektiv serial kimi ifadələr ayrıca bir mövzudur. Əgər bir az dərindən düşünsək və baş vermiş hadisənin üstündən sirr pərdəsinin götürülməsi, hadisənin necə baş verdiyini müəyyən süjetlə oxucuya çatdırılması detektivlikdirsə, o zaman bütün bədii əsərlərdə bu var. Məgər “Müsibəti Fəxrəddin” əsərində Fəxrəddinin və ya “Səyavuş” pyesində fitnələrlə qarşı-qarşıya qalan Səyavuşun taleyi oxucunu düşündürmü? Yazıçı isə müəyyən inkişaf xətti ilə onların xarakterinin və taleyinin açılmasına çalışmırmı? Bu, ədəbiyyat bütün epik janrlarındakı özək hissəsini təşkil edən amildir. Lakin oxucunu daha da həyəcanda saxlamaqla, hadisələri bir az sirli şəkildə təqdim etməklə, əsərə olan marağı artırmaq yazıçının borcudur. Bu baxımdan bəzi yazıçılar məhz detektiv əsərlər yazmasa da, əsərlərində dedektiv çalardan məharətlə istifadə etmişlər. Buna dünya ədəbiyyatında Ceymis Rollinsin, Den Braunun, Umberto Ekonun bir çox əsərlərini, Azərbaycan ədəbiyyatında isə tanınmış yazıçılar Çingiz Abdullayevin “Əclafların qanunu”, Elxan Elatlının “Qan ləkəsi”, “Cəhənnəmdən gələn səs”, Varisin “Yaşıl üzlü gündəlik”, Şəmil Sadiq və Müşfiq Xanın � birgə yazdığı “Ümidlərin izilə” � kimi romanlarını misal göstərə bilərik.

Detektiv əsər üçün üç əsas amil vacibdir: qətl hadisəsi, qatil və xəfiyyə. � Bu üç ifadənin açılışı üçün üç əsas sual prinsipini də götürə bilərik: kim , niyə, necə? Bütün bu üç sualın ətrafında xəfiyyənin-detektivin quru, sinxron, xronoloji aspektdə araşdırmaları günümüzün oxucusu üçün maraqlı deyil. Bu artıq Konon Doyulun, Aqata Kristinin klassik dedektivçilik oyunun bitməsi və yeni dönəmin başlanmasından xəbər verir. Bu cür sinxron cinayət işləri prokrorluq orqanlarındakı sənədlərin rəsmi dilidir. İstənilən cinayət işinin müəyyən ardıcıllıqla düzüb, üslubuna və dilinə yüngülvari əl gəzdirsən, detektiv əsər adı ilə təqdim edilən bəzi əsərlərdən daha yaxşı olar. Bu isə haqlı olaraq dedektivin � ciddi ədəbiyyat hesab edilməməsinə gətirib çıxarır. Bir vaxtlar istər dünya, istərsə də milli ədəbiyyatımızda Çingiz Abdullayevin dedektiv əsərləri böyük hörmət qazandı. Onun dünya ədəbiyyatına gətirdiyi siyasi dedektiv janrı belə bu gün öz əvvəlki populyarlığını itirmiş durumdadır. Siyasi-analitik araşdırmalar bu tip romanları əvəz etməkdədir.

Çağımızda yazılan romanların əksəriyyətində ədəbiyyatın və ədəbiyyatşünasların qəbul etmədiyi detektivçilik aydın şəkildə müşahidə olunmaqdadır. Həyati romanlarda belə bu amildən zərif şəkildə istifadə edilir və oxucunu əsəri oxumaq üçün bu ədəbi priyoma salmış olur.

Dedektiv roman haqqında bir çox ədəbiyyatşünaslar, yazıçılar müxtəlif fikir bildirsələr də, ümumi məzmun demək olar ki, eynidir. Bu nəsr növünün nəinki janr, hətta ciddi ədəbiyyat kimi qəbul etməyənlərin sayı əks mövqedə duranların sayından daha artıqdır.

Cinayət insanlığın var oluşundan başlayan bir hadisədir. İnsanın ilk yaradılışının Adəmlə başladığını qəbul etsək, deməli cinayətin də Adəmlə- insanla � ekiz doğulduğunu görərik. Adəmin qadınının qadağan olunmuş meyvəni yeməsi, övladlarının bir-birini öldürməsi bunun sübutdur. � Seval Şahinin dili ilə desək, “Cinayət ədəbiyyatı janrın ən böyük çətirini yaratmaqdadır”. (Ədəbiyyat izində. Polisiyyə Ədəbiyyat. Ankara, Bağlam yayıncılık, 2013. səh . 7)

Sadəcə, cinayət üstündə qurulan əsərləri demək olar ki, bir çox tədqiqatçılar, ziyalılar ciddi ədəbiyyat hesab etmirlər.

Bu janrda yazan və oxuyanlar bu cür münasibət zamanı “ciddi ədəbiyyat ” � sözünün özünü belə ciddi hesab etmir və bu ədəbi janrın inkişafı üçün bir növ tər tökürlər. Bu cür münasibətlərin kökündə kampaniya xarakteri olsa da , � əslində , haqları da var.

“Peşəkar ədəbiyyatçılar yaxşı bilirlər ki, son illərin bədii əsərlərində ictimai-sosial mahiyyətli, cəmiyyəti düşündürən problemlər, ciddi məsələlərlə bağlı cəhətlər olduqca çox zəifləyib”. (Aydın Xan (Əbilov) Heç bir bəşəri əhəmiyyəti olmayan bir qətlin açılması üçün bir süjet qurub oxucu ilə gizlən-qaç oynamaq, əlbəttə ki, ədəbiyyat ola bilməz. Bu məqamda yadımıza xalq oyunları, tapmacalar düşür. Halbuki, adını çəkdiyimiz janrları şifahi xalq ədəbiyyatı nümunəsi kimi qəbul edirik. Bu zaman sual doğur, bəs tapmaca ədəbiyyat deyilmi? Əgər şifahi xalq ədəbiyyatı ciddi ədəbiyyat sayılmırsa, o zaman ümumiyyətlə ədəbiyyatın varlığından söhbət açmaq düzgün deyil.

Ədəbiyyat bir sənət olaraq insana xidmət edir. Ədəbiyyatın vəzifələri arasında tərbiyələndirmək, maarifləndirmək, zövqü formalaşdırmaq, həyəcanlandırmaq, həyatın çatışmayan tərəflərini nümunələrlə göstərmək var. Detektiv romanlarda da insan həyatında tez-tez rastlaşdığımız müəmmaların əslində üzə çıxarılma yollarını göstərmə, dərs vermə var. Digər tərəfdən də məntiqi təfəkkürün inkişafına da xidməti var.

Jozef Krutç � detektiv romanı nəsrin mükəmməl modern növü hesab edir. V.H Audenə görə detektiv roman cinayət hadisəsindən sonra bütün şübhəlilərin gözdən keçirilməsi və nəhayət cinayətkarın ələ keçirilməsinin hekayəsidir. Hovard Heykraft isə düşünür ki, detektiv roman əsərin sonunda günahkarın üzə çıxarılmasını hədəfləyir.

� Bütün ədəbi növlər insana dərinləməsinə təsir etməyə xidmət edə bilməz. Bəziləri bir ömür, bəziləri isə bir anlıq təsir gücünə malikdir. Ola bilsin ki, bəzi dedektiv romanlar insana bir anlıq təsir etmə gücünə və ya həyəcan vermə, adrinalin artırma gücünə malikdir. Fikrimizcə, bu cür yanaşma bir ədəbi janrın meyarı ola bilməz.

Son dövrlər müasir Azərbaycan ədəbiyyatında da müzakirə obyektinə çevrilən “ciddi ədəbiyyat necə olmalıdır?”, “Dedektiv ciddi ədəbiyyat hesab edilə bilməz” kimi fikirlər Avropa ədəbiyyatşünaslığında XX əsrin əvvəllərində başlamışdır. Edmund Vilson 1945-ci ildə yazdığı “Roger Akyordun qatilindən kimə nə?” adlı məqaləsində dedektiv romanı “ağılsızlıq və zərər baxımından tapmaca tapmaqla siqaret çəkmək arasında dəyərləndirilə biləcək axmaq bir vərdiş” dedektiv oxucularını isə “Affekt dərəcəsində bağlanan” adlandıraraq “Bu cür boş şeylərlə özümü məşğul etməməli, dedektiv oxuyaraq kağız israfına şərait yaratmamalıyıq”.

Edmon Vilsonun fikri ilə ortaq olan peşəkar ədəbiyyatçılar bu janrı ciddi olmayan ədəbiyyat adlandıra-adlandıra bir növ təbliği ilə də məşğul olurlar. Ədəbi prosesdə qızışmaqda olan bu polemika tez-tez gündəmə gəlir. Lakin heç bir ciddi ədəbiyyatşünasın bu mövzuda geniş bir araşdırma aparmaması, ədəbiyyatşünaslıq əsərlərində bu mövzuya toxunmaması, hətta görməzdən gəlməsi meydanın boş qalması sadəcə həvəskar ədəbiyyatçıların, ədəbiyyatsevərlərin publikadakı kiçik, əsassız fikirl ə ri ilə bitməsinə, daha doğrusu bitməməsinə gətirib çıxarır. Ədəbiyyatımızda bizə məlum olan heç bir ədəbiyyat nəzəriyyəsində detektiv termininə janr deyəkmi, deməyəkmi, detektiv ədəbiyyat ciddi ədəbiyyatdırmı, deyilmi suallarına nəinki cavab tapa bilmərik, hər hansı bir bilgiyə bel ə rast belə gəlmərik. “Detektiv” terminin yaşadığı bu haqsızlıq Türkiyə ədəbiyyatında da yaşanır. � “Türk � ədəbiyyatı ilə bağlı əsas əsərlərdə detektiv roman mövzusuna ya heç toxunulmamış, ya da inanılmaz dərəcədə ötəri toxunulmuşdur. Məsələn yetkin bir əsər olan Atilla Özkırımlının 5 cildlik “Türk Ədəbiyyatı Ensiklopediyası”nda detektiv romanlardan bəhs etmək bir yana, bu növ roman yox sayılır. � Necə? Roman bölümündə roman növləri sadalanır. Ona görə tam 53 növ roman vardır, amma bunların arasında hörmətli yazar “detektiv roman”ı əlavə etməyib. O zaman da Türk ədəbiyyatında � polis romanlarının yerini bir qeyri-peşəkarın araşdırması qaçılmaz olur”. (Erol Üyepazarcı)

Bu gün dünya ədəbiyyatını Azərbaycan oxucusuna tanış etməkdə böyük rol oynayan Türkiyə ədəbiyyatında da detektiv roman janrı ilə bağlı bir çox müzakirələr getməkdədir. Suut Kemal Yetkin detektivin ədəbiyyatşünaslar tərəfindən bir janr olaraq ədəbiyyatın qapısından içəri buraxılmamasının səbəbini məntiqi olaraq düzgün izah edir: “On beş, iyirmi il əvvəl öncəyə qədər detektiv roman insan duyğularına maraq göstərmədiyi, böyük əksəriyyəti pis bir dillə yazıldığı üçün ədəbiyyatdan kənar hesab olunmaqda idi.

� Lakin Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların, kitab mağazalırının, saytların ara-sıra təqdim etdiyi sorğulara, statistikalara diqqət etsək, bu gün ən çox oxunulan əsərlərin məhz dedektiv əsərlər olduğunu görərik. Ciddi hesab edilməyən bu ədəbiyyat növünün psixoloji, siyasi, fantastik, elmi, mistik kimi növlərinin ortaya çıxması, hekayə, povest, roman formalarından istifadə edilərək klassik, modernist, postmodernist cərəyanlarda özünə müstəqillik qazanmaq uğrunda iriaddımlı mübarizəsi artıq bu ədəbiyyata ciddi yanaşmanı t ələb edir.

Türkiyəli hüquqşünas Taceddin Şimşeyin dedektiv romana münasibətini Hebibe Cizer öz doktorluq dissertasiyasında bu cür izah edir: “Detektiv romanı “ədəbiyyatın ögey övladı” olaraq dəyərləndirən Tacedin Şimşək dünyada bu növə aid əsərlərin sürətlə çoxalmasına rəğmən � hələ bu növün ədəbi olub-olmadığını müzakirə edildiyini bildirərkən son illərdə posmodern yanaşmanın detektivi ədəbi əs ə rlər arasında dəyərləndirdiyini və detektivlə bağlı ədəbiyyatdan kənar həm psixoloji, həm sosioloji həm də iqtisadi araşdırmaların aparıldığını, ancaq bütün bunların yenə də detektiv romanın ədəbiyyat və estetik normalar çərçivəsində çox da ciddiyə alınmayan bir növ olduğu gerçəyini dəyişdirmədiyini vurğulayır”. � Dedektiv ədəbiyyat haqqında münasibət bildirən şəxslərin kimliyinə baxsaq, əksəriyyətinin ciddi bir ədəbiyyatşünas olmadığını görərik. Bu dəyərli insanlar bu gün gündəmdə olan ya yazar, ya köşə yazarlarıdır. Bu da yuxarıda qeyd etdiyimiz kimi, dedektiv janrının elmi əsaslarla ciddi şəkildə incələnməməsindən xəbər verir. Görəsən, bunun əksini düşünənlər varmı, varsa � kimlərdir və necə düşünürlər?

İngilis yazıçısı Somerst Moem ” Çox yaxın gələcəkdə detektiv romanların universitetlərdə dərs kimi tədris ediləcəyini, doktorluq oxuyan tələbələrin araşdırma sahəsi olaraq detektiv hekayələri seçəcəyini” irəli sürmüşdür.

Türkiyəli yazar Lale Tunçmanın fikrincə, “Detektiv roman ədalətin boşqabda qarşımıza qoyulduğu bir növdür. Bunu təmin etmək üçün hüquq məhkəmələri qurmaq lazım deyil. Detektivlərdə oxucunun axtardığı ədalət, yeməkdən sonrakı şirniyyat boşqabıdır. O şirniyyat mütləq yeyilir”.

Türkiyəli tanınmış dedektiv yazar Ahmet Umut ” Bir müddət sonralar detektivin möhtəşəm bir intellektual fəaliyyət içində yazıla biləcəyini gördük. Umberto Ekonun çox satılan “Qızılgülün adı” və ya Borxesin yazdığı hekayələr bunun ən gözəl nümunələridir. Avropa və ABŞ-da detektivin çox oxunmasının əsas səbəbi, yaxışı oxucu kütləsinin olmasıdır. O oxucu kütləsi üçün � Yaxşı bir detektiv ziyafətdir. Bizdə oxucu kütləsi inkişaf etmədiyi � üçün insanlar hələ də romanlardan həyat formulları axtarmaqdadırlar”.

Gördüyümüz kimi, dedektivin ciddi bir ədəbiyyat janrı olub-olmaması ilə bağlı müxtəlif fikirlər var. Bu fikirlərin əksəriyyəti bir həqiqətə dayanır. Müasirliyin tələblərindən, “sənət xalq üçün” prinsipidir. Əgər belədirsə, deməli, əksəriyyətin bəyəndiyi, oxuduğu, oxucusu olduğu müəllifin əsərlərinin yeni çapını səbrsizliklə gözlədiyi oxucu kütləsinin olduğu bir durumda ədəbiyyatşünaslıq elminin adından çıxış ed ərək, bu tip əsərləri görməzdən gəlmək və ədəbiyyatdan xaric hesab etmək yanlış düşüncədir. Sevin Okyayın gəldiyi qənaət kimi, dedektiv əsərlərin də pisi və yaxşısı var. Əgər bir ədəbiyyat nümunəsi kütləviləşibsə, ona qısqanclıq kimi görünən münasibət haqsızlıqdır. Bir zamanlar Servantesin hələ günümüzə qədər sərbəst vəzn anlayışını qəbul etməyən ədəbiyyatşünaslıq bu gün modernist düşüncənin təsiri altında bu islahı vəzn kimi qəbul etməmək kimi bir çıxış edə bilmir. Artıq elə bir dövrdür ki, forma məzmununun quluna çevrilməkdədir və bu yanaşmanı haqlı hesab edirik. Çünki heç bir elm nümunə yaratmaq iqtidarında deyil.

Nümunələrin varlığı elmin onu hansı kateqoriyaya daxil etməsini məcbur edir və yönləndirir. O cümlədən ədəbiyyatşünaslıq elmi sadəcə nümunələr üzərindən müəyyən nəzəri bölgü və kateqoriyalar müəyyənləşdirir. Bu gün bəşər övladı heç bir tabunu qəbul etmir. Ona görə qəbul etmir ki, onun düşüncə tərzi formalaşmış, beyin qatları daha da genişlənmişdir. Dünyanın dərki yolunda özünün qəbul etdiyi prinsipləri olduğu üçün hansı elmin nə deməyindən asılı olmayaraq öz həqiqətinə inanır. Onun inandığı həqiqəti isə elm qəbul etməyə və öyrənməyə məhkumdur. Bu baxımdan da hesab edirik ki, ədəbiyyatşünaslıq dedektivi bir janr və ya ciddi ədəbiyyat nümunəsi kimi qəbul etməli, ciddi və qeyri-ciddi nümunələrini bir-birindən fərqləndirmək üçün elmi tədqiqat əsərləri yazılmalı, dissertasiyalar, monoqrafiyalar işlənməli və bu ədəbi janra öz qiymətini verməlidir. Düşünürük ki, ədəbiyyatşünaslıq əsərləri bu janra daha fundamental yanşsa, çox maraqlı məqamların ortaya çıxmasına nail olacaqdır.

Şəmil SADİQ

525-ci qəzet.- 2014.- 30 oktyabr.- S.8.

Detektiv janrında yazılmış ən yaxşı kitablar

Bu məqaləmizdə Azərbaycan dilində əldə edə biləcəyiniz ən yaxşı detektiv kitablarını bir yere topladıq. Çingiz Abdullayev, Elxan Elatlı, Aqata Kristi və s. ən yaxşı yazarların əsərlərini bu məqaləmizdə tapa biləcəksiniz.

Ən yaxşı detektiv əsərlər

1. Çingiz Abdullayev – Ailə sirləri

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Ailə sirləri” adlı romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur.
Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonu Potsdama ‒ yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı. Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı – tədbirin səbəbkarı olan Martanı ziyafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil. səhvə yol verib.

2. Çingiz Abdullayev – Alqış sədaları altında ölüm

Alqış sədaları altında ölüm” adlı romanda hadisələr Rusiyadakı teatrların birində cərəyan edir.
Şekspirin “Hamlet” faciəsinin bu dəfə real həyatda, özü də birbaşa səhnədə yaşanacağı heç kəsin ağlına gəlməzdi – nə teatr rəhbərliyinin, nə aktyorların, nə də ki, tamaşaçıların. Amma bu faciə yaşanır. Nə qədər inanılmaz olsa da, “Hamlet”də oynayan bir aktyor digərini elə səhnədəcə qətlə yetirir. Tamaşaçılar isə xalq artistinin kralın ölüm səhnəsini həddən artıq teatral və qeyri-adi istedadla oynadığını zənn edib onu alqışlayırlar. Bəs səhnədə əslində nə baş verir? Teatra məxsus rekvizit qılıncı əsl qılıncla kim dəyişmişdi? Hamletin əlindəki qılıncı ona kim vermişdi? Dronqo qatili axtarmağa başlayır, amma elə bu zaman növbəti cinayətlər baş verir.

3. Çingiz Abdullayev – Bumeranq zərbəsi

Çingiz AbdullayevinBumeranq zərbəsi” adlı romanında seriya qatilin axtarışlarına cəlb edilmiş hüquq-mühafizə orqanlarının üzləşdiyi çətinliklər təsvir olunur.
Hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir, daha doğrusu, seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla dalbadal qətllər törədir. Tədbirlilikdə və amansızlıqda Çikatilo ilə müqayisə olunan qatilin qurbanları əsasən gənc və gözəl qadınlardır. O, qurbanlarını səbirlə izləyir, yaxalayır və zorlayıb öldürür, amma heç bir iz qoymur. Onu görən də yoxdur. Ufada qətl törədib Çelyabinskə gedir, oradan başqa şəhərə keçir. Moskvadakı yüksək rütbəli milis məmurları başını itirib. İşə məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Bu iki ekspert qatilin psixoloji portretini yaradır, onun intellektual, yaraşıqlı, ünsiyyətcil və gənc bir adam olduğunu deyirlər. Yüksək rütbəli milis zabitləri bundan narazı qalır.

4. Elxan Elatlı – Bakıdan gələn xəfiyyə

Detektiv romanlar müəllifi Elxan Elatlının psixoloji detektiv janrında qələmə aldığı “Bakıdan gələn xəfiyyə” romanında Rusiyada baş verən cinayət hadisəsinin araşdırılmasından bəhs olunur.
Uzaq Sibirin balaca və sakit şəhərlərinin birində yerli iş adamı və onun erməni sürücüsü qətlə yetirilir. Daha sonra azərbaycanlı biznesmenə yaxın bir polis zabitini binadan atıb öldürürlər. Yerli sakinlər və həmin şəhərdə yaşayan ermənilər bu cinayətdə azərbaycanlıları günahlandıraraq onlara müharibə elan edir, sonuncular isə naçar qalaraq məşhur bakılı xəfiyyədən kömək istəməyə məcbur olur. Uzun illər Rusiyada çalışmış polkovnik Qasımlı təhqiqatlarını dərinləşdirdikcə yerli mafiyanın daha dəhşətli cinayətlərinin izinə düşür.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

5. Aqata Kristi – On zənci balası

Kiçik bir ada və bir-birini tanımayan on qonaq… Naməlum ev sahibi… Bəs görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqlar sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur…

6. Elxan Elatlı – Dilənçi qadının sirri

Detektiv romanlar müəllifi Elxan Elatlının “Dilənçi qadının sirri” romanında hadisələr Bakıda cərəyan edir. Əsər detektiv janrda yazılsa da, burada həyatın çətinliklərinə, mürəkkəb ailə münasibətlərinə və digər problemlərə də toxunulur.
Arvadının xəyanəti ilə üzləşən biznesmen bu rüsvayçılığa dözə bilməyərək ailə-uşağını atıb Türkiyədən Azərbaycana köçür. Bakıda şirkət açıb biznes quran orta yaşlı iş adamı burada özündən 30 yaş cavan qadınla rastlaşır. Kasıb bir fəhlənin arvadı olan, lakin dəbdəbəli həyata can atan bu gözəl və gənc qadın ərinə elə onun dostu ilə xəyanət edəndən sonra boşanaraq özünə imkanlı məşuq tapsa da, türk iş adamının evlənmək təklifini sevinclə qarşılayır. Az sonra onların bir oğlu da olur. Uşaq 3 yaşına çatanda ailədə qəribə hadisələr baş verir. Əvvəlcə brilyantlar yoxa çıxır, sonra uşaq oğurlanır və ailədən pul tələb edilir. Biznesmen özəl detektivdən yardım istəməli olur.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

7. Elxan Elatlı – Cəhənnəmdən gələn səs

Cəhənnəmdən gələn səs” romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. “Leopard” ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir.

8. Çingiz Abdullayev – Etiraflar vadisi

Çingiz AbdullayevinEtiraflar vadisi” əsərində hadisələr İndoneziyanın ekzotik bir adasında baş verir. Cəngəllikdə kərgədan ovuna çıxan dostlar hər şeyi diqqətlə nəzərə almışdı. Qeyri-adi heç nə ola bilməzdi. Bir neçə imkanlı səyyah tam hazırlıqlı vəziyyətdə Kalimantan adasına yola düşmüşdü. Bələdçilər peşəkar idi. Marşrutu təcrübəli ovçular yoxlamışdı. Artıqlaması ilə silah vardı. Amma həmişə olduğu kimi, işə mane olan insan faktoru da vardı. Qrupa bir qatil də qoşulmuşdu. Bu da nəticə – biri kürəyindən aldığı bıçaq yarasından ölmüş, digəri zəhərlənmiş, üçüncüsü də güllə ilə vurulmuşdu. Səyyahlardan biri – Roman Lompadov isə möcüzə nəticəsində sağ qalmışdı. Gerçəklər üzə çıxdıqca o, heyrətini gizlədə bilmirdi.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“. Həmin il banditlər tökülüşüb üstümüzə gəldi. Biznesimizi əlimizdən almaq istəyirdilər. Çətin zəmanə idi. Özümüzə başqa banda tutmağa məcbur olduq. Onlara böyük pullar ödədik. Sonra obyektlərimizi yoxlamaq üçün müfəttişlər gəldi. Onlara pul təklif elədik, ancaq axıra qədər sıxıb suyumuzu çıxarmaq əmri almışdılar. İşi belə görəndə müfəttişləri sadəcə aradan götürdük. Onların ardınca prokurorluq və FTX əməkdaşları peyda oldu. Bu adamlarla dil tapmaq çox çətin idi, amma bacardıq. Onların generallarının birinə pul ötürə bildik. Yoxlamanı burmağa başladılar. General çox acgöz çıxdı, elə hey pul tələb edirdi. Onun bu hərəkəti bizi boğaza yığdı, maşınında partlatdıq getdi. Sonra onun ölümü ilə bağlı istintaqın şəxsən prezidentin nəzarətində olduğunu öyrəndik. Qətli törədən killer isə sevgilisi ilə Yunanıstana qaçdı. Nəsə bir tədbir görmək lazım idi. Üç ən yaxşı “sənətkarı” ora göndərdik. Ondan sonra killerlə sevgilisi barədə heç kəs heç nə eşitmədi. Dörd-beş ildən sonra onların qalıqlarını kirayə götürdükləri villanın yaxınlığından tapdılar. “

9. Elxan Elatlı – On dördüncü adam

Detektiv əsərlər müəllifi Elxan ElatlınınOn dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib.
Evin yeganə oğul övladı olan gənc böyük arzularla Bakıya ali təhsil almağa gəlir. Bir neçə ildən sonra anlayır ki, ömrünün ən gözəl çağlarını yaşayan əksər tələbələr kimi onun da sevib-sevilməyə ehtiyacı var. Amma universitetdə yüzlərlə gözəl qızın arasında olan bu gənc öz taleyinin qismətini qəribə üsulla seçməyə qərar verir, həyatını qumara qoyur. O ümidlə ki, tale qismətinə də elə ilk baxışdan vurulduğu həmin o qızı çıxaracaq.
Amma tale onunla amansız oyun oynayır. Həyat eşqi aşıb-daşan, gələcək xoşbəxtliyinin xəyallarını quran gəncin qarşısına sonradan evlənməyə, az sonra isə boğub öldürməyə məcbur olacağı qızı çıxarır. Bu qadın onu qatilə, qumarbaza, bədbəxt bir adama çevirir..

10. Aqata Kristi – Saatlar

Stenoqrafçı qız divanın arxasından kişi cəsədi aşkar edir… Şeyla Veb ona verilən təlimata əsasən Vilbraham Kresent küçəsi, 19 nömrəli evə daxil olmuşdu. Evə daxil olduqdan sonra dəhşətli hadisə ilə qarşılaşdı; qonaq otağının döşəməsində sərilmiş bir kişi cəsədi. Cinayətin Puaroda maraq oyandıran tərəfi isə zaman faktoru idi. Şokda olmasına baxmayaraq Şeyla ququ saatının üçü vurduğunu aydın bir şəkildə xatırlayırdı. Lakin qonaq otağındakı dörd saat isə saat 4.13-ü göstərirdi. Ən qəribəsi isə bu saatlardan sadəcə biri ev sahibinə məxsus idi!

11. Elxan Elatlı – O gecə yağış yağırdı

Kitabda tanınmış detektiv ustası Elxan Elatlının bu janrda ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. Sonrakı əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.

12. Elxan Elatlı – Xəyanət

Bu kitab Azərbaycan milli detektivinin əsas yaradıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oynamışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İn­san xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır…

Qeyd: Məqalə hər ay yenilənəcək və daha çox oxunan detektiv janrında olan kitablar əlavə olunacaqdır. Əgər siz də oxuduğunuz maraqlı kitabları bu əsərlər arasında görmək istəyirsinizsə rəy yazaraq bunu bizə bildirə bilərsiniz.

Ən maraqlı detektiv kitablarını hardan əldə edə bilərəm?

Bu mövzunu da sizlər üçün araşdırdıq. Ən rahat kitab ala biləcəyiniz saytları təqdim edirik:

Sizə maraqlı olacağını düşündük:

  • 15 ən yaxşı dedektiv filmləri

Dedektiv əsərlər

“Kitabçı” səhifəsində indiyə kimi sizlərlə dünya klassikləri, uşaq ədəbiyyatı, müasir dünya ədəbiyyatı nümunələrindən və s. bəhs edən müxtəlif maraqlı, məlumat dolu məqalələrdə görüşmüşük. Bu dəfə də çox məşhur olan və çox tələb görən dedektiv ədəbiyyatı haqqında danışmaq istəyirəm.
Dedektiv ədəbiyyatına münasibətdə oxucular 2 qrupa ayrılırlar: onu ciddi ədəbiyyat hesab edənlər və etməyənlər. Bununla belə, hər iki qrup da bu janrın cazibəsindən, marağından əl çəkə bilmir. İllərdir, dünyada Artur Konan Doyl, Aqata Kristi kimi dedektiv janrının klassiklərinə olan maraq, Yu Nesbo, Kamilla Lekberq, Robert Gelbreyt, Den Braun, Ahmet Ümit kimi yeni nəsil yazıçıların əsərlərinin “bestseller” olması bu janra böyük marağın və tələbatın göstəricisidir. Ölkəmizdə də illərdir, Çingiz Abdullayev kitabları ən çox oxunan, ən çox satılan yerli yazıçıdır.
Dedektiv əsərlər dedikdə yada düşən müəlliflərdən biri və birincisi məşhur Aqata Kristidir (1890-1976). Aqata Kristini “dedektiv janrının kraliçası” adlandırırlar və bu da səbəbsiz deyil. Belə ki, 100-dən çox dilə tərcümə edilən yazıçının kitablarının tirajı hər il durmadan artır. Şekspirdən sonra ən çox oxunan və tərcümə edilən ingilis yazıçısı kimi illərdir, öz liderlik taxtını qoruyub saxlayır. Vətənində böyük şöhrət qazanan Aqata Kristi hələ sağlığında Britaniya İmperiyasının “Dame Commander” (Xanım Komandir) fəxri adını almışdır. Dedektiv Yazıçılar Birliyi (CWA) üzvlərinin səsverməsinə əsasən Aqata Kristi bütün müasirlərini qabaqlayaraq dedektiv ədəbiyyatının ən yaxşı yazıçısı seçilmişdir.
Aqata Kristi 60-dan çox dedektiv romanın, bir çox hekayənin müəllifi, məşhur Erkül Puaro adlı xəfiyyə obrazının yaradıcısıdır. Müəllif “Üç pərdəli faciə” (və ya “Pərdə”) əsərində 33 romanında və bir çox hekayələrində iştirak edən sevilən qəhrəmanı Puaronu öldürür. Lakin nəşr evləri bu kitabın nəşrindən boyun qaçırır, 40 il sonra cəhd edirlər. Oxucular isə personajı çox sevdiklərindən kitaba o qədər də maraq göstərmirlər.
Puarodan yorulan müəllif Miss Marpl adlı qadın qəhrəmanı da yaratmış, lakin Puaro daha çox sevilmişdir.
Özü və əsərləri əfsanəyə çevrilən xanım yazıçının romanlarından 3-ü haqqında sizə qısaca məlumat vermək istəyirəm:
“On zənci balası” əsəri dedektiv janrının klassiklərindən hesab edilir. Burada məşhur Puaro obrazı yoxdur. Əsərin adını eşidəndə, düşünmüşdüm ki, 10 zənci uşaqdan necə dedektiv əsər çıxa bilər axı? Lakin oxuyanda gördüm ki, əsərin adı hadisələrin baş verdiyi İngiltərə yaxınlığındakı bir adanın adı ilə bağlı imiş. Özü də necə bir ada? Sirli, haqqında çoxlu şayiələr olan bir ada. Gələk, əsərin süjetinə. 10 nəfər yad adam (bunlardan 2-si iş üçün gələn xidmətçidir) hər biri ayrı-ayrılıqda məktub alır və Zəncilər adasına dəvət edilir. Onları malikanədə xidmətçilər qarşılayırlar. Elə gəldikləri gün qonaqlardan biri zəhərlənərək ölür. Qısa bir vaxtda qonaqlara məlum olur ki, ev sahibi əslində anonim, naməlum şəxsdir. Bura toplaşan qonaqlar isə keçmişdə sübut edilməsi mümkün olmayan cinayətlərdə təqsirkardırlar. Bir nəfər bu 10 nəfər günahkarı öz ədalət prinsipi ilə cəzalandırır. 10 zənci balası şeirindəki kimi ard-arda 10 ölüm hadisəsi baş verir. Bəs, cani kimdir? Siz əsərin sonuna qədər heç cür təxmin edə bilməyəcəksiniz. Və məncə elə əsərin həyəcanı, marağı da bundadır.
Haqqında danışacağım növbəti əsər isə “Mavi qatarın sirri”dir. Rut Ketterinq amerikalı milyonçunun qızıdır. Atası ona çox dəyərli bir yaqut bağışlayır, hansı ki, bu yaqut keçmiş kraliçalara məxsusdur. Rut həyat yoldaşı Derekden boşanmaq istəyir. Derek onunla malına görə ailə qurduğu üçün əgər boşansa, müflis olacağını bilir. Belə bir dövrdə Miss Ketterinq öz qulluqçusu ilə mavi qatarla Nitsaya yollanır. Lakin o verdiyi qərarların, atdığı addımların doğruluğundan əmin deyil. Qatar mənzil başına çatanda o, yaqutları oğurlanmış və ölmüş halda öz kupesində tapılır. Təsadüfən, Erkül Puaro da varlıların səyahət etdiyi bu lüks qatarda olur. Görəsən, o qatili tapa biləcəkmi? Ən əsası qatil kimdir? Çoxlu alibisi olan birimi, arvadının ölümü ilə varlanan Derekmi, yoxsa, tamam başqa birisi? Bunu ancaq əsəri oxusanız, biləcəksiniz.
Sonuncu əsər isə müəllifin çox sevilən “Şərq ekspresində qətl” romanıdır. Hadisələr yenə bir qatarda cərəyan edir. Şərq ekspresində səyahət zamanı Müsyö Retçett bir səhər kupesində 12 bıçaq zərbəsindən ölmüş halda tapılır. Dünya şöhrətli xəfiyyə Puaro da bu qatarda olur. Qar yağdığı üçün qatarın yolda qalması qatilin bütün planlarını alt-üst edir. Puaronun şübhəlilər siyahısında isə 12 mötəbər şəxs və texniki işçi var. Hər şey çox dolaşıqdır, zərbələr müxtəlif, şübhəlilər isə sirli, müəmmalıdır. Qaranlıq görünüşlü Müsyö Retçett əslində kimdir? Qətlin onun keçmişi ilə necə əlaqəsi var? Bəs, Puaro bu dolaşıq işin öhdəsindən gələ biləcəkmi? Həyəcandan dörd gözlə oxuyacağınız bu əsərin sonunu yalnız özünüz öyrənə bilərsiniz.
Ümumiyyətlə, Aqata Kristinin əsərlərində zorakılıq, qan motivi çox qabardılmır. O, qəhrəmanlarını çox vaxt zəhər içirərək öldürür. Bu zaman onun l Dünya müharibəsi dövründə tibb bacılıq təcrübəsi köməyinə gəlir. Eyni zamanda, Aqatanın qandan xoşu gəlməməsi və odlu silahdan başı çıxmaması əsərlərinin xarakterinə də təsir göstərir. Beləliklə, yazıçı cinayətin baş verdiyi andan daha çox sonrakı mərhələni göz önünə sərir. Buna görə də, onun əsərlərinə daha çox sirr, həyəcan, müəmmalılıq, gözlənilməzlik, maraq və düşündürmək xasdır.
Aqata Kristi uşaqlığından güclü təxəyyülə, xəyal gücünə malik olmuşdur. Onun həyatı da əsərləri qədər diqqət və maraq obyektinə çevrilmişdir. Müsahibələrinin birində o belə deyir: “Romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir”. Onun əsərləri əsasında müxtəlif filmlər, seriallar çəkilmişdir. Nə qədər yeni dedektiv yazıçılar olsa da, Aqata Kristinin əsərləri heç vaxt köhnəlmir, əksinə ilbəil daha da dəyərlənir. Aqata Kristinin romanlarından 20-dən çoxu dilimizə tərcümə edilmişdir.
Bu kitabların hər birini “Mənbə” kitab evindən əldə edə bilərsiniz.

Ən son xəbərlər

Əyləncə
Fikir üçbucağı
DÜŞÜNCƏNİN İNSANA TƏSİRİ
Hikmət Çələngi
DÜNYA ÇEMPİONATI: FUTBOL BU İL KİMİN BORCUNU QAYTARACAQ?

Məramımız təhsil, ictimai və elmi fikir, ədəbiyyat və mədəniyyətdə mövcud cərəyan və təmayüllər, elm dünyasında baş verən yenilikləri oxuculara çatdırmaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.