Press "Enter" to skip to content

KİTAB ADASI

II qayda: Mübahisədə üstün gəlmək olmaz Nəzərə alın ki, bir qayda olaraq, öz fikrində israrlı olan adamlar mübahisə edir. Siz öz fikrinizdə nə qədər israrlısınızsa, qarşı tərəf də öz fikirlərinə bir o qədər inamla yanaşır. Əmin ola bilərsiniz ki, qarşı tərəf heç vaxt öz fikrindən dönməyəcək. Onun sizin fikirlərinizlə razılaşacığını isə heç ağlınıza belə gətirməyin. Bunu nəzərə alan Deyl Karnegi “Mübahisədə üstün gəlmək olmaz” müddəasını əsas tutaraq, məsləhət görür ki, mübahisədə qələbə qazanmağın yeganə yolu ondan yayınmaqdır.

Deyl Karnegidən örnək məsləhətlər

Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısı alınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq.

1936-cı ildə işıq üzü görən “Dostu necə qazanmalı və insanlara necə təsir etməli?” adlı kitabı Deylin həyatını büsbütün dəyişir. Bir il ərzində milyon nüsxədən çox satılan bu kitab tezliklə 14 dilə tərcümə olunur. Deyl kitabında insanlarla rəftarın əsas metodlarından, eyni zamanda onları incitmədən, təhqir və təhdid etmədən öz baxışlarına meylləndirmə üsullarından və s. məsələlərdən söhbət açırdı. Deyl Karnegi bu kitabla kifayətlənmədi, insani münasibətlər mövzusunda daha bir neçə kitabı oxucuların ixtiyarına verdi.

Onun metodikasının əsas prinsipi belə idi: “Tənqid mənasızdır, tənqid insanı yalnız müdafiəyə keçməyə məcbur edir. Bu zaman isə tənqid olunan insan bir qayda olaraq, hər vəchlə özünə haqq qazandırmağa çalışır. Ümumiyyətlə, tənqid təhlükəlidir. Adamın qüruruna, heysiyyətinə toxunur və buna məruz qalan insan bütün ömrü boyu bunu yadda saxlayır”. Missuri ştatında sadə həyat tərzi sürən Deyl bu prinsip əsasında qələmə aldığı əsərləri ilə dünya şöhrəti qazandı.

Və yarım əsrdən artıqdır ki, Deyl Karneginini əsərləri geniş oxucu audotoriyasını itirməyib. Deyl Karnegi 67 yaşında dünyasını dəyişib. On iki qayda Bu gün Deyl Karneginin ətrafdakılarla düzgün münasibət qurmaq barədə qənaətləri ilə tanış olacağıq. Təbii ki, düzgün münasibət qurmağın üsulları bir söhbətə sığmır. Ən azı ona görə ki, bu sahə ilə bağlı sizin maraq dairəniz kifayət qədər genişdir. Və bu maraqları təmin etmək üçün çoxlu sayda qaydalar var.

Bu gün biz Deyl Karneginin təbirincə desək, “Adamları nöqteyi-nəzərinizə meylləndirməyə imkan verən on iki qayda” ilə tanış olacağıq.

I qayda: Düşmən qazanmağın asan yolu və bundan necə çəkinməli? Düşmən qazanmaq, eləcə də dostlarınızı itirmək istəmirsinizsə, müsahibinizin fikirlərinə hörmətlə yanaşın. Qarşı tərəf haqsız olduqda belə, bunu ona qəti və kəskin şəkildə deməyin. Zərurət yoxdursa, heç vaxt haqsızlığını ona xatırlatmayın. Yox əgər onun haqsız olduğunu söyləmək zəruridirsə, bunu yumşaq formada və yavaş-yavaş edin. Təbii ki, ilk növbədə səmimi, mehriban ovqat yaradın. Onun bir çox məsələlərdə haqlı olduğunu, yalnız hansısa məqamda yanıldığını söyləyin. Bu, Deyl Karneginin təklif etdiyi variantdır. Yeri gəlmişkən, qeyd edək ki, bu barədə bütün müdrik adamlar həmrəydir. O cümlədən, müqəddəs kitablarda söylənilən fikirlər də üst-üstə düşür. Məsələn, “Qur’ani-Kərim” də bəndələrə bağışlamaq yolunu tutmağı məsləhət görür. Və yaxud İsa peyğəmbər(ə) “Öz rəqibinlə tezcə barış”- deyib.

II qayda: Mübahisədə üstün gəlmək olmaz Nəzərə alın ki, bir qayda olaraq, öz fikrində israrlı olan adamlar mübahisə edir. Siz öz fikrinizdə nə qədər israrlısınızsa, qarşı tərəf də öz fikirlərinə bir o qədər inamla yanaşır. Əmin ola bilərsiniz ki, qarşı tərəf heç vaxt öz fikrindən dönməyəcək. Onun sizin fikirlərinizlə razılaşacığını isə heç ağlınıza belə gətirməyin. Bunu nəzərə alan Deyl Karnegi “Mübahisədə üstün gəlmək olmaz” müddəasını əsas tutaraq, məsləhət görür ki, mübahisədə qələbə qazanmağın yeganə yolu ondan yayınmaqdır.

III qayda: Haqsızsınızsa, bunu etiraf edin Bu, qarşı tərəfi yumşaltmağın, hətta onu öz tərəfinizə çəkməyin ən asan yoludur. Deyl bu barədə öz fikirlərini sual şəklində ifadə edib: “Əgər bizi istər-istəməz toqquşma gözlədiyini biliriksə, təşəbbüsü öz əlimizə almaqla başqasını qabaqlamaq daha yaxşı olmazdımı? Özünü tənqid etmək başqaları tərəfindən ittiham olunmaqdan daha asan deyilmi?”. Buna görə də Deyl məsləhət görüb ki, qarşınızdakı tərəf-müqabilinizi qabaqlayaraq, sizə söyləyəcəyi bütün tənqidi fikirləri özünüz haqda söyləyin. O dəqiqə müsahibinizin sizin haqda fikirləri dəyişəcək. Ümumiyyətlə, öz səhvlərini etiraf etmək insanı başqalarının gözündə ucaldır. İnanın ki, səhvinizi etiraf etməklə istədiyinizdən daha çox şeyə nail ola bilərsiniz.

IV qayda: İnsan zəkasına doğru birbaşa yol Dördüncü qayda çox sadədir. Xeyirxahlıq, dostluq və qarşındakını anlamaqla adamların fikrini dəyişdirməyə daha tez nail olacağınızı nəzərə alıb, bəri başdan mehribanlıq mövqeyində durun.

V qayda: Sokratın sirri Deyl Karneginin fikrincə, Sokratın sirri bir kəlmədən ibarətdir. Nədir o kəlmə? Əlbəttə ki, “bəli”. Söhbət əsnasında tez-tez “bəli” deməyi unutmayın. Onu da bilin ki, bu sözü tək sizin işlətməyiniz kifayət deyil. Müsahibinizlə söhbəti elə aparın ki, o özü tez-tez “bəli” demək məcburiyyəti qarşısında qalsın. Məsələn, onun maraqlarından çıxış edərək, “Sən istəmirsən ki. ” sualı qoyun. Bu zaman o, sizinlə razılaşaraq “bəli” deyəcək. Bu, o deməkdir ki, siz öz istəyinizə nail olmusunuz, hər şey sizin ürəyinizcə olacaq.

VI qayda: Şikayətlərdən xilas olmağın yolu Bu qayda, az qala, aforizmləşən “qulaq asmaq lazım gələndə birinci ol, danışmaq lazım gələndə sonuncu” məsləhətini xatırladır. Söhbət zamanı qarşınızdakının ürəyini boşaltmasına imkan yaradın. İmkan verin ki, daha çox o danışsın. Bu, nəinki şikayətləri dinləyərkən, ümumiyyətlə, istənilən söhbət zamanı ən münasib mövqedir. Eləcə də qarşınızdakının hirsini soyudar. Üstəlik o, sizi ən maraqlı həmsöhbət kimi xatırlayar.

VII qayda: Əməkdaşlığa necə nail olmalı? Deyl Karnegiyə görə əməkdaşlığın ən asan yolu budur: qoy müsahibiniz elə hesab etsin ki, hansısa məşhur fikir onun özünə məxsusdur. Təbii ki, söhbət önəmli fikirlərdən gedir. Deyl Karnegi bu qayda barədə danışarkən, Amerika prezidenti Teodor Ruzveltin prinsipini xatırladırmış. Teodor Ruzvelt kimi isə vəzifəyə təyin edərkən, ilk növbədə komandasını masa arxasına dəvət edib, bu vəzifəyə layiqli bir namizəd tapmaqda ona köməklik göstərmələrini rica edirmiş. Və özünün nəzərdə tutduğu namizədin adı çəkilənə qədər T.Ruzvelt “Daha kimi məsləhət görərdiniz?” deyə soruşarmış. Beləliklə, komandası T.Ruzvelti son dərəcə demokratik və əvəzolunmaz bir rəhbər kimi dəyərləndirərdi.

VIII qayda: Sizin üçün möcüzə yaradacaq düstur Həmişə hadisələrə müsahibinizin nəzərləri ilə baxmağa çalışın. Onun maraq və istəklərini əsas götürərək, istənilən məsələni götür-qoy edin. Deyl Karnegi bu qaydanı tövsiyə edərkən, onu ilk növbədə dəcəl uşaqlarla sınaqdan çıxarmağı məsləhət görüb.

IX qayda: O, nə istəyir? Bu qaydaya riayət edərkən ilk növbədə qarşınızdakı adamın nə istədiyini özünüz üçün aydınlaşdırın. Və onun fikir və istəklərinə səmimi canıyananlıqla yanaşın.

X qayda: Hamının ürəyincə olan çağırış Nədir bu çağırış? Əlbəttə ki, xeyirxah motivli çağırışlar hamının ürəyinə yatır. Hərdən hamının maraqlarına cavab verən, istirahət eləmək, şənlənmək üçün şərait yaradan ideyalarla çıxış etsəniz, pis olmaz. Axı niyə də yox? Bu zaman siz özünüz də gözəl istirahət edə bilərsiniz.

XI qayda: Digər heç nə təsir etmirsə, bunu yoxlayın Deyl Karneginin adamların nöqteyi-nəzərinizə meylləndirməyə imkan verən 11 qaydası sizə kömək etmədisə, onda onların hamısının üstündən xətt çəkin və 12-ci qaydaya riayət edin. Qarşınızdakına meydan oxuyun və onun zəif damarını tutun. Yəni onun zəif cəhətlərini müəyyənləşdirərək, mübahisə zamanı bu cəhətlərdən yararlanmağa çalışın. Bu zaman nəyə qadir olduğunuzu göstərməkdən çəkinməyin. Üstünlüyə nail olmaq, qalib gəlmək istəyirsinizsə, 12-ci qayda sizin sonuncu şansınızdır.

XII qayda: Kinoda və radioda belədir. Bəs siz niyə belə etmirsiniz? Yəqin ki, bu qaydanı oxuyarkən, görəsən, kinoda və radioda nə edirlər deyə fikirləşirsiniz. Deylin bu qaydası elə məhz buna xidmət edir. Müsahibdə maraq oyatmaq, ən yaxşı halda isə onu həyəcanlandırmaq lazımdır. Belə olan təqdirdə ideyalarınızı daha asanlıqla həyata keçirə bilərsiniz. Bu ideyaların səmərəsiz olmayacağına isə şübhə etməyin.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

E-Kitabxana

  1. Corc Oruell-1984 (Azərbaycanca)
  2. Orhan Pamuk – Gizli uz (Azərbaycanca)
  3. Charles Dickens-Buyuk umutlar (Türkçə)
  4. Susanna Tamaro-Ürəyinin apardığı yerə get (Azərbaycanca)
  5. Orhan Pamuk-Masumiyyet Muzesi (Türkçə)
  6. Ataturk-Ben de bir insanim(Azərbaycanca)
  7. Charles Bukowski-Sevimli bir aşk hikayesi (Türkçə)
  8. Fyodor Mixaylovi Dostoyevski-Qumarbaz (Azərbaycanca)
  9. Oğuz Atay- Tutunamayanlar (Türkçə)
  10. Ayşe Kulin – Bir Gün (Türkçə)
  11. John Steinbeck-Fareler ve İnsanlar (Türkçə)
  12. İki Kere İki Aşk – Adem Özbay (Türkçə)
  13. Agatha Christie – Ölüm Büyüsü (Türkçə)
  14. Stefan Sveyq- Naməlum qadının məktubu
  15. David-Nicholls – Bir gun (İngiliscə)
  16. Orxan Pamuk- Qara Kitab (Türkçə)
  17. Osho-Zeka (Türkçə)
  18. Alexandre Dumas-Monte Cristo (Türkçə)
  19. Xalid Hüseyni-Min möhtəşəm günəş (Azərbaycanca)
  20. Peyami Safa-Fatih Harbiye (Türkçə)
  21. Paulo Koelyo Kimyager_ (Türkçə)
  22. Canan Tan-Yüreğim Seni Çok Sevdi (Türkçə)
  23. Ahmet Batman Sabah uykum (Türkçə)
  24. Den Braun. Da vinçi şifrəsi (Türkçə)
  25. Cerom Selincer. Covdarlıqda uçurumdan qoruyan (Azərbaycanca)
  26. Albert Kamyu. Taun (Azərbaycanca)
  27. Elif Şafak. Araf (Türkcə)
  28. Sabaheddin Ali. Kürk mantolu Madonna (Türkcə)
  29. Patrick Zuskind. Ətriyatçı (Azərbaycanca)
  30. Paulo Coelho. Zahir (Türkcə)
  31. Onore de Balzak. Qori ata (Türkcə)
  32. Lane Austen. Eşq və Qürur (Türkcə)
  33. F. M. Dostoyevski. Əzilənlər (Türkcə)
  34. Frans_Kafka. Atama_Mektub (Azərbaycanca)
  35. Franz Kafka. Milenaya mektuplar (Türkcə)
  36. Xalid Hüseyini. Çərpələng uçuran (Türkcə)
  37. Tolstoy. İvan İlyiçin ölümü (Türkcə)
  38. Sinan Yağmur . Aşkın Gözyaşları 1 Şems-i Tebrizi (Türkcə)
  39. Paulo Koelyo. Rio Pyedranın sahilində oturdum və ağladım (Türkcə)
  40. Paulo Coelho. Zahir (Türkcə)
  41. Elif Şafak. Qara süd (Türkcə)
  42. Viktor Hüqo. Səfillər. I-II hissələr (Azərbaycanca)
  43. Erix Maria Remark. Lissabon gecesi (Azərbaycanca)
  44. Erix Maria Remark. Zəfər Tağı (Azərbaycanca)
  45. Xalid Hüseyini. Min möhtəşəm günəş (Türkcə)
  46. Deyl Karnegi. Dostu necə qazanmalı (Azərbaycanca)
  47. Agatha Christie . Beklenmeyen Misafir (Türkcə)
  48. Dostoyevski. Gülməli adamın yuxusu (Azərbaycanca)
  49. İlqar Fəhmi. Aktrisa (Azərbaycanca)
  50. Corc Oruel. Heyvanıstan (Azərbaycanca)
  51. Frans Kafka. Atama məktub (Azərbaycanca)
  52. Qurban Səid. Əli və Nino (Azərbaycanca)
  53. Leonardo Şaşa “Mafiyalar vesterni”. Dino Buttsati. “Kabus” (Azərbaycanca)
  54. Ann Filip. Bir göz qırpımında (Azərbaycanca)
  55. Mark Tven. İblislə sövdələşmə (Azərbaycanca)
  56. Düna uşaq ədəbiyatından seçmələr
  57. Elif Şafak. Eşq (Türkcə)
  58. Aqata. Tələ (Azərbaycanca)
  59. Cek London. Yol ayrıcında (Azərbaycanca)
  60. Şekspir. Kral Lir (Azərbaycanca)
  61. Şekspir. Hamlet (Azərbaycanca)
  62. Dostoyevski. Cinayət və Cəza (Azərbaycanca)
  63. Tolstoy-Bir Gencin Dramı (Türkçə)
  64. John Steinbeck-Yukari Mahalle (Türkçə)
  65. Gogol – Ölü canlar (Türkçə)
  66. TeodorDrayze-Cenni Herhardt (Türkçə)
  67. Paulo Coelho-Şeytan və gənc qadın (Azərbaycanca)
  68. Elif Şafak – Mahrem (Türkçə)
  69. Elif Şafak – Siyah Süt (Türkçə)
  70. Orhan Pamuk-Yeni Hayat (Türkçə)
  71. Lev Nikolayeviç Tolstoy – Her Şeye Rağmen Sevgi (Türkçə)
  72. Stephen King – Karanlık Öyküler (Türkçə)
  73. Adolf Hitler – Siyasi Vasiyetim (Türkçə)
  74. Qabriel Qarsia Markes-“Patriarxın payızı” (Türkçə)
  75. Atilla Ilhan – Kimi sevsem sensin (Türkçə)
  76. Can Yucel-Rengaheng (Türkçə)
  77. Charles Bukowski – Kaptan Yemeğe Çıktı ve Tayfalar Gemiyi Ele Geçirdi (Türkçə)
  78. Cek London- Martin İden (Azərbaycanca)
  79. Qurban Səid-İstanbullu qız (Rusca)
  80. Məmməd Əmin Rəsulzadə-Çağdaş Azərbaycan tarixi (Azərbaycanca)
  81. Stefani Mayer-Tutulma (Rusca)
  82. Stefani Mayer-Yeni Ay (Rusca)
  83. Gogol-Bir Delinin Hatira Defteri (Türkçə)
  84. Den Braun- Da Vinçi şifrəsi (Türkçə)
  85. Maksim Gorki-Ana (Azərbaycanca)
  86. Ahmet Batman: “Soguk Kahve” (Türkçə)
  87. Mark Levi- Bir birimizə demədiyimiz sözlər (Rusca)
  88. Frans Kafka- Milenaya məktublar (Türkçə)
  89. Seselia Ahern_ P.S. Səni sevirəm (Türkçə)
  90. David Nichols- Bir gün
  91. Mark Levi- haradsan (Türkçə)
  92. Qurban Səid- Əli və Nino (Azərbaycanca)
  93. Mario Puzo- Xaç atası

Deyl karnegi dostu necə qazanmali kitabi

Китоб маҳсулотларининг характеристикалари, етказиб бериш шартлари, ташқи кўриниши ва ранги ҳақидаги маълумотлар фақат маълумот учун мўлжалланган ва жойлаштирилган пайтда мавжуд бўлган энг сўнгги маълумотларга асосланади.

Электрон китоб:

Мавжуд эмас.
Буюртма учун: (90) 959-25-26

Дўстларизга тавсия этинг

  • Мундарижа
  • Фикр ва мулоҳазалар

нет описания

Дейл Карнеги жамиятдаги муносабатларнинг нозик жиҳатларига алоҳида эътибор қаратади. Инсонларнинг ўзаро муомала маданияти, ўзни тутиш, мулозамат, бошқаларни ҳурмат қилиш, ишларини юқори баҳолаш орқали обрў-эътибор топиш мумкинлигини таъкидлайди. Шунингдек, ўз-ўзига ишонч ҳосил қилиш ва омма олдида сўзлашнинг турли йўлларини очиб беради. Тингловчини қизиқтириш, яхши маъруза ўқиш, хотирани мустаҳкамлаш ва бошқа мавзуларда ҳам қимматли масллҳатларни тавсия этади. Безовталикнинг омиллари, ечими баробарида турфа имсонлар ҳаётидаги турли ҳолатлар, Карнеги анъанасига кўра, мисоллар тариқасида келтирилади.

Comments are closed, but trackbacks and pingbacks are open.