Press "Enter" to skip to content

Azərbaycan Mikromaliyyə Assosiasiyası AMFA

Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib: “Bakcell olaraq, biz həmişə öz müştərilərimizin həyatını daha da rahatlaşdırmağa çalışırıq və məhz buna görə də indi biz bu yeni MyBakcellim alətlər panelini təqdim edirik. Bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanını asanlıqla seçə biləcəklər. Biz inanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək”.

Bakcell-dən balansı idarə etmək üçün yenilik

“Bakcell” şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib.

Trend-i buradan izləyin

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti bu gün müştərilərə öz balanslarını idarə etməyə kömək edən yeni alətlər panelini istifadəyə verib.

Maksimal dərəcədə sadə və rahat interfeysə malik olan “MyBakcellim” alətlər panelinin vasitəsi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək mümkündür:

• Balansı yoxlamaq, artırmaq, nəzarət və idarə etmək;
• İnternet paketlərinə abunə yazılmaq və məlumat almaq;
• SMS paketlərinə abunə yazılmaq və məlumat almaq;
• Tarifi dəyişdirmək və bu barədə məlumat almaq;
• Bonuslara nəzarət etmək və bonuslar barədə məlumat almaq;
• Bakcell şirkətinin təqdim etdiyi istənilən digər xidmətlərdən onlayn faydalanmaq.

Yeni internet səhifəsi açılandan sonra ekranın aşağı sağ tərəfində görünən “Bakcell” loqosuna (Ulduz) basmaqla müştərinin “Bakcell” hesabının statusunu göstərən real zaman rejimində pəncərə çıxır. “Bakcell” abunəçiləri istifadə etdikləri tarif planının adını və təfsilatlarını, bonus dəqiqələri, SMS və data paketləri haqqında məlumatı, aktiv data paketlərini və balanslarında qalan vəsaitin məbləğini bu pəncərədə görə bilərlər. Bundan başqa, yeni alətlər paneli müştərilərə öz tarif planlarını dəyişdirmək və balanslarına vəsait yükləmək imkanı verir. “MyBakcellim” Alətlər panelinin çoxfunksiyalı menyusu ilə Paketlər səhifəsindən istənilən paketə abunə yazılmaq mümkün olacaq.

Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib: “Bakcell olaraq, biz həmişə öz müştərilərimizin həyatını daha da rahatlaşdırmağa çalışırıq və məhz buna görə də indi biz bu yeni MyBakcellim alətlər panelini təqdim edirik. Bu alətlər panelinin vasitəsilə mobil internetdən istifadə edən abunəçilərimiz öz balanslarına nəzarət edə, tarif paketlərini nəzərdən keçirə və özləri üçün uyğun olanını asanlıqla seçə biləcəklər. Biz inanırıq ki, bu vasitə müştəri təcrübəsinin təkmilləşdirilməsinə xidmət edəcək və abunəçilərimizin nəzarət imkanlarını genişləndirəcək”.

Sözügedən alətlər paneli səhifə tam yükləndikdən sonra “Bakcell” abunəçilərinin mobil telefon ekranlarında 5 dəqiqə ərzində görünüb gözdən itir. 30 saniyəlik fasilədən sonra bu alətlər paneli yenidən ekrana çıxır.

Bu alətlər panelindən istifadə etmək üçün “Bakcell” abunəçilərinin mobil telefon brauzerləri (Chrome, Mozilla, IE və Safari) Java sistemini dəstəkləməlidir. Abunəçilər “MyBakcellim” alətlər panelini mobil telefonlarda istehsalçı tərəfindən quraşdırılmış brauzerlərdə də istifadə edə bilərlər. JAVA skript xətaları göstərən internet səhifələrində bu yeni xidmət işləmir. “OperaMini” brauzerindən istifadə edən “Bakcell” abunəçiləri də bu yeni alətlər panelini aça bilməyəcəklər. HTTPS (secured) internet səhifələri də həmçinin dəstəklənmir.

“MyBakcellim” alətlər panelinin yeni funksiyaları arasında müştərilərə “Bakcell” tərəfindən təklif olunan istənilən paketə yazılmış abunəni ləğv etmək imkanı verən deaktivasiya düyməsi də var.

“MyBakcellim” alətlər paneli “Bakcell” abunəçilərinə olduqca sadə və şəffaf bir şəkildə “Bakcell” məhsullarını əldə etmək, danışıq dəqiqələrinin istifadəsinə və xərclərə nəzarət etmək imkanı verən çox rahat bir xidmətdir.

Azərbaycan Mikromaliyyə Assosiasiyası AMFA

Mikromaliyyə Azərbaycana 1990-cı illərin ortalarında Ermənistanla Dağlıq Qarabağ münaqişəsi zamanı qovulan 1,000,000 artıq məcburi köçkün və qaçqının iqtisadi tələbatlarının ödənilməsi strategiyası kimi təqdim olunmuşdur.1996-cı ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökümət təşkilatları ölkədə yerli və müharibədən ziyan çəkən əhali üçün iqtisadi imkanları artırmaq məqsədilə mikromaliyyə fəaliyyətinə başladılar. Davamlı inkışafa nail olmaq məqsədilə kredit xidmətlərinin göstərilməsində üzləşdikləri problemlər barədə müzakirələr etməyə və təcrübə mübadiləsini aparmağa başlamışdılar. 2001-ci ilin dekabr ayının 19-da bir sıra qurumlar Anlaşma Memorandumunu imzaladılar və təşkilatın ilkin nizamnaməsini tərtib etməklə yanaşı, onun missiyasını, məqsəd və məramını, fəaliyyət dairəsini, idarəetmə strukturunu müəyyənləşdirərək rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilməsini təmin etmişlər.

Mikromaliyyə Assosiasiyasının məqsədləri

Azərbaycanda mikromaliyyə sektoru xarici investitorlar tərəfindən Azərbaycan bazarına yönəldilən külli miqdarda kapital axımı nəticəsində böyük sıçrayışla inkişaf edir.Assosiasiyanın rolu üzvlərinin bu mühiti anlamalarına köməklik etməkdən və bütün mikromaliyyə sektorunun strukturunu yaratmaqdan ibarətdir.Azərbaycan Mikromaliyyə Assosiasiyası üzv Mikromaliyyə təşkilatlarının fəaliyyət həcmlərini gücləndirməyə və Azərbaycanda mikromaliyyə cəmiyyətinin maraqlarını artırmaq üçün effektiv kollektiv aksiyaları yerinə yetirməyə məqsəd qoymuş üzvlərdən ibarət təşkilatdır. Assosiasiya 2004-cü ildə qurulmuş və böyüyərək 27 üzv mikromaliyyətəşkilatına çatmışdır.

Assosiasiyanın təşkilati strategiyası, Assosiasiyanı 3 əsas strateji istiqamətləri vasitəsi ilə özünü təmin edən təşkilat kimi yaratmaqdan ibarətdir. Assosiasiyanın əsas strateji pillələri məhdudiyyətsiz gəlirlərini yeni məhsul və xidmətlər vasitəsilə artırmaq, strateji əməkdaşlıq və mikromaliyyə sektorunun ekspert təşkilatı kimi görünmək kimi meyarlarla sıx bağlıdır.Assosiasiya bu yöndə aparıcı təşkilatlardan biri olub, strateji fokusunu orta və böyük həcmdəmikromaliyyə institutları üzərində cəmləmişdir və öz üzvlərinin ehtiyaclarını qarşılayacaq xidmətləri
göstərmək üçün ekspertliyi mövcuddur. Assosiasiyanın 3 strateji meyarı vardır, bunlar:

  • İnnovativ mikromaliyyə məhsulları və xidmətlərini inkişaf etdirmək;
  • Qabaqcıl təcrübələrə əsaslanaraq mütəmadi olaraq öz üzvlərinə tədris keçmək;
  • Azərbaycanda mikromaliyyə sahəsi üzrə ekspertliyini inkişaf etdirmək.

Assosiasiya öz strateji istiqamətlərinə yeni məhsul və xidmət təklifləri vasitəsi ilə dayanıqlığı təmin edərək, qeyri mənfəət və kommersiya təşkilatları ilə strateji ortaqlığı inkişaf etdirərək nail olur.

Comments are closed, but trackbacks and pingbacks are open.