Press "Enter" to skip to content

Visa / Elektron Kartın balansını online necə yoxlaya bilərəm

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (3 gün əvvəl)

Balansımı necə yoxlaya bilərəm otp

1. GPON fiber optik xətləri vasitəsilə təmin olunur. Fiber optik xətləri torpağın altı ilə çəkildiyindən hava şəraitində baş verən dəyişikliklərə və digər fiziki zədələrə məruz qalmır. Beləliklə də, abunəçilər internetdə sürət itkisi, kəsilmələr və s.kimi problemlərlə üzləşmir;
2. GPON istifadəçiləri ADSL istifadəçiləri ilə müqayisədə daha yüksək sürətlər əldə edə bilir;
3. ADSL asimmetrik, GPON isə simmetrik texnologiyadır. Yəni ADSL internetdə yükləmə sürəti (download) ötürmə sürətindən (upload) daha yüksək olur. GPON internetdən istifadə zamanı isə yükləmə sürəti ilə, ötürmə sürəti eyni olur ki, bu da videomüşahidə kameralarının, IP telefoniyanın, IPTV-nin daha rahat və kəsintisiz işləməsinə imkan yaradır;
4. GPON internetin bazası müştərinin məkanına yaxın ərazidə yerləşdirildiyindən məsafə uzaqlığı problemi yaranmır.

GPON internet xidmətinə qoşulmaq üçün necə müraciət etmək lazımdır?

Şirkətimizin vebsaytından onlayn və ya Azeurotel, eləcə də “Şəbəkə” mərkəzlərinə müraciət edərək GPON internet xidmətinə qoşulmaq olar

Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

Hüquqi şəxslərin GPON internet xidmətinə qoşulması üçün şirkətin rəsmi məktubu, VÖEN, məsul şəxsin şəxsiyyətini təsdiq edən sənəd, internet çəkdirmək istədiyi ünvanın mülkiyyətini təsdiq edən sənəd (çıxarış, order və s.) və ya icarə müqaviləsi ilə Azeurotel və ya “Şəbəkə” Xidmət Mərkəzinə müraciət olunmalıdır. Bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

Qoşulma haqqı və tariflər barədə necə məlumat əldə edə bilərəm?

GPON xidmətinə qoşulma və tariflər barədə məlumatı burdan əldə edə bilərsiniz.

Qoşulduqdan sonrakı aylarda İnternet üçün ödənişi nə zaman etməliyəm?

Ödəniş müqaviləyə əsasən ilk ay üçün qoşulma zamanı, sonrakı aylarda isə hər ayın 5-nə qədər tam ödənilməlidir.

Mən ayın ortası Sizin internet xidmətlərinizə qoşulmuşam. Tam aylıq xidmət haqqı ödəməliyəm?

Qoşulma ayın ortasına təsadüf edərsə, yalnız həmin ayın sonuna qalan günlər üçün ödəniş etmək lazımdır.

Hansı üsulla internet xidmət haqqımı ödəyə bilərəm?

Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terinalları (Paypoint) və bilavasitə “Azeurotel”-in Baş ofisində və ya “Şəbəkə” xidmət məkəzində ödəniş edə bilərsiniz.

GPON internetindən istifadə zamanı Statik IP əldə edə bilərəm?

Bəli. Azeurotel GPON internet istifadəçilərini Statik IP ilə təmin edə bilər.

Statik IP və tarifləri barədə haradan məlumat əldə edə bilərəm?

Statik IP və tarifi barədə məlumatı burdan əldə etmək olar.

Müştəri xidmətləri ilə necə əlaqə saxlaya bilərəm?

Müştəri xidmətlərimizlə birbaşa 155 Vahid Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.

Heç bir ödəniş olunmadığı halda abunəçilik hansı müddətə ləğv olunur?

2 ay ərzində heç bir ödəniş aparılmazsa abunəçilik ləğv olunur.

Azeurotel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün nə etmək lazımdır?

Azeurotel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün Azeurotel və ya “Şəbəkə” xidmət mərkəzlərinə 1 gün öncədən ərizə ilə müraciət etmək lazımdır.

Azeurotel yüksək sürətli ADSL/VDSL internetinə necə qoşula bilərəm?

Əgər Sizə xidmət göstərən telefon stansiyası “Azeurotel”-in əhatə dairəsinə daxildirsə, Siz bizim ADSL/VDSL xidmətlərimizə qoşula bilərsiniz. Qoşulmaq üçün ofisimizə yaxınlaşıb müraciət etmək olar.

ADSL/VDSL internetə qoşulma haqqı neçədir?

ADSL/VDSL internet xidmətinə qoşulma pulsuzdur.

Sizin ADSL/VDSL internet xidmətinizin tariflərini bilmək istərdim?

ADSL/VDSL sürət və tarifləri haqqında məlumatı burdan əldə edə bilərsiniz.

Qoşulduqdan sonrakı aylarda internet üçün ödənişi nə zaman etməliyəm?

Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-nə qədər əvvəlcədən tam ödənilməlidir.

Hansı üsulla internet xidmət haqqımı ödəyə bilərəm?

Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terinalları (Paypoint) və bilavasitə “Azeurotel”-in Baş ofisində və ya “Şəbəkə” xidmət məkəzində ödəniş edə bilərsiniz.

Öz balansımı, borcumu necə yoxlaya bilərəm?

155 Vahid Çağrı Mərkəzinə müraciət edərək bu məlumatı əldə edə bilərsiniz.

İstifadə etdiyim tarif planımı dəyişə bilərəm?

Bəli, Siz “Azeurotel”-ə müraciət edərək tarifinizi dəyişə bilərsiniz.

Texniki dəstək üçün kimə müraciət edə bilərəm?

Texniki dəstək almaq üçün Siz 155 Vahid Çağrı Mərkəzi nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

Fərdi abunəçilər

Mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);

Fiziki şəxslər (Fərdi sahibkarlar)

Şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;

Hüquqi şəxslər

Yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

Qoşulma hansı müddət ərzində həyata keçirilir?

Abunəçi Azeurotel ilə müqavilə bağladıqdan sonra 3 iş günü ərzində qoşulma həyata keçirilir.

Müştəri xidmətləri ilə necə əlaqə saxlaya bilərəm?

Müştəri xidmətlərimizlə birbaşa 155 Vahid Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.

Azeurotel ilə bağlanmış ADSL/VDSL abunə müqaviləsinə xitam vermək üçün nə etmək lazımdır?

“Azeurotel” ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün 1 gün öncədən ərizə ilə müraciət etmək lazımdır.

Telefon xətt göstəriciləri normaldır amma internetdə zəiflik hiss olunur?

Modemin təminat proqramının yenilənməsi lazımdır. WiFi şifrəsini hər hansı bir proqram ilə qırmaq mümkündür. Daha çox bu hal TP-Link modemlərdə baş verir. Modemin status bölməsində WiFi-ya neçə nəfər qoşulduğunu öyrənmək mümkündür. TP-link modemlərdə WiFi şifrəsini dəyişmək ilə bu problem həll olunmur. Daha dəqiq həll etmək üçün modemin daxilində Mac filtr bölməsinə daxil olub, istifadə etdiyiniz notebook, telefon, planşet və s. qurğuların Mac adresini Mac filtr bölməsində yaddaşa vermək lazımdır. Bu halda kənardan WiFi şifrəsini qıran şəxs internetə heç cür qoşula bilməyəcək.

Bir ADSL/VDSL qoşulma ilə bir neçə kompüteri internetə qoşmaq mümkündürmü?

Şəbəkədə paylayıcı (wifi modem, switch, access point) avadanlıqlardan istifadə edərək istənilən qədər kompüteri internetə qoşmaq mümkündür.

DNS serverləriniz hansılardır?

Bizim DNS serverlərin IP-ünvanlar : 213.172.64.134 , 213.172.65.134

Maksimal sürət nə qədərdir?

İstifadəçinin maksimal sürət həddi müştərinin istəyinə uyğun olaraq müəyyən olunur.

ATS-lə istifadəçi arasında orta məsafə nə qədər olmalıdır?

Standart texniki göstəricilərə əsasən ATS-lə istifadəçi arasında orta məsafə ADSL texnologiyasında 4 km, VDSL texnologiyasında isə 1.3 km olmalıdır.

Modemdə bütün işıqlar yanır, amma internet işləmir. Bu problem nə ilə əlaqəlidir?

Problem Sizin şəbəkə kartı, veb brauzer və ya digər amillərlə əlaqədar ola bilər. Bu problemlə bağlı provayder hər hansı bir məsuliyyət daşımır.

Müştərilərinizə hansı növ IP ünvanları təklif edirsiniz?

Biz müştərilərimizə Dinamik IP (dəyişilən ünvan) və Static İP (dəyişilməyən ünvan) təklif edirik.

Dinamik IP və Statik IP arasında hansı fərq var?

Static IP dəyişilməyən ünvandır. Dinamik IP-dən istifadə edən internet istifadəçiləri İnternetə hər daxil olub-çıxdıqda onların IP ünvanı dəyişir. Statik IP ünvanları isə xüsusi bir istifadəçi üçün təyin olunur və başqa biri o ünvandan istifadə edə bilmir. Bu səbəbdən də statistik rəqəmlərlə çalışan və nəzarət kameraları quraşdırmış istifadəçilər Statik IP-dən istifadə etməlidirlər.

IP ünvanımı necə öyrənə bilərəm?

ADSL-də IP ünvanı modemin “interface”-ində status bölməsindən öyrənə bilərsiniz. VDSL-də 155 Vahid Çağrı Mərkəzinə müraciət edərək IP ünvanı öyrənmək olar.

Modemde ADSL/VDSL indikatoru tez-tez sönüb-yanır. Bu nə ilə bağlıdır?

Bu problem 2 səbəbdən baş verə bilər: 1. Telefon xəttinin parametrləri normalara uyğun olmadıqda; 2. Splitter zədəli olduqda.

ADSL İnternetə qoşulmaq üçün modemdə hansı parametrlər sazlanmalıdır?

ADSL internetə qoşulmaq üçün Provayder tərəfindən verilən istifadəçi adı, şifrə, VPI və VCI sazlanmalıdır.

ADSL-in VPI və VCI göstəriciləri hansılardır?
Paralel telefondan istifadə etdikdə İnternet niyə kəsilir?

Paralel telefondan istifadə etdikdə hər telefon üçün ayrıca splitterdən istifadə edilməlidir. Əgər internet kəsilirsə hansısa splitter işləmir və ya düzgün qoşulmayıb. Düzgün qoşulmanı təmin etmək üçün Azeurotel mütəxəssislərinə müraciət edə bilərsiniz.

AİK nədir?

AİK – Ayrılmış internet kanalıdır. Azeurotel ayrılmış internet kanalı vasitəsilə Bakı şəhərində texniki infrastrukturun mövcud olduğu istənilən əraziyə yüksəksürətli və keyfiyyətli internet təmin edə bilir.

AİK-in ADSL İnternetdən hansı üstünlükləri var?

1. AİK fiber optik xətləri vasitəsilə təmin olunur. Fiber optik xətləri torpağın altı ilə çəkildiyindən hava şəraitində baş verən dəyişikliklərə və digər fiziki zədələrə məruz qalmır. Beləliklə də, abunəçilər internetdə sürət itkisi, kəsilmələr və s.kimi problemlərlə üzləşmir;
2. AİK istifadəçiləri ADSL istifadəçiləri ilə müqayisədə daha yüksək sürətlər əldə edə bilir;
3. ADSL asimmetrik, AİK isə simmetrik texnologiyadır. Yəni ADSL internetdə yükləmə sürəti (download) ötürmə sürətindən (upload) daha yüksək olur. AİK internetdən istifadə zamanı isə yükləmə sürəti ilə, ötürmə sürəti eyni olur ki, bu da videomüşahidə kameralarının, IP telefoniyanın, IPTV-nin daha rahat və kəsintisiz işləməsinə imkan yaradır;
4. AİK-in bazası müştərinin məkanına yaxın ərazidə yerləşdirildiyindən məsafə uzaqlığı problemi yaranmır.

Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

Hüquqi şəxslərin AİK xidmətinə qoşulması üçün şirkətin rəsmi məktubu, VÖEN, məsul şəxsin şəxsiyyətini təsdiq edən sənəd, internet çəkdirmək istədiyi ünvanın mülkiyyətini təsdiq edən sənəd (çıxarış, order və s.) və ya icarə müqaviləsi ilə Azeurotel müraciət olunmalıdır. Bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

Qoşulma haqqı və tariflər barədə necə məlumat əldə edə bilərəm?

AIK xidmətinə qoşulma və tariflər barədə məlumatı burdan əldə edə bilərsiniz.

Qoşulduqdan sonrakı aylarda İnternet üçün ödənişi nə zaman etməliyəm?

Ödəniş müqaviləyə əsasən ilk ay üçün qoşulma zamanı, sonrak aylarda isə hər ayın 5-nə qədər tam ödənilməlidir.

Mən ayın ortası Sizin internet xidmətlərinizə qoşulmuşam. Tam aylıq xidmət haqqı ödəməliyəm?

Qoşulma ayın ortasına təsadüf edərsə, yalnız həmin ayın sonuna qalan günlər üçün ödəniş etmək lazımdır.

Hansı üsulla internet xidmət haqqımı ödəyə bilərəm?

Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terinalları (Paypoint) və bilavasitə “Azeurotel”-in Baş ofisində ödəniş edə bilərsiniz.

AIK internetindən istifadə zamanı Statik IP əldə edə bilərəm?

Bəli. Azeurotel AIK istifadəçilərini Statik IP ilə təmin edə bilər.

Statik IP və tarifləri barədə haradan məlumat əldə edə bilərəm?

Statik IP və tarifi barədə məlumatı burdan əldə etmək olar .

Müştəri xidmətləri ilə necə əlaqə saxlaya bilərəm?

Müştəri xidmətlərimizlə birbaşa 155 Vahid Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar.

Heç bir ödəniş olunmadığı halda abunəçilik hansı müddətə ləğv olunur?

2 ay ərzində heç bir ödəniş aparılmazsa abunəçilik ləğv olunur.

Azeurotel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün nə etmək lazımdır?

Azeurotel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün “Azeurotel”-ə və ya “Şəbəkə” mərkəzlərinə cari ayın sonuna və yeni ayın 1-çi gününə qədər, hesablanma getməmiş ərizə və ya məktub ilə müraciət etmək lazımdır.

Visa / Elektron Kartın balansını online necə yoxlaya bilərəm

Salam aleykum. Visa / Elektron Kartın balansını online necə yoxlaya bilərəm? öncədən təşəkkürlər.

Sualı verdi: İsrafil sadixov ( 24/06/2013 )
Kateqoriya: Sual . Elektron kart, visa. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Onine mümkün deyil sadəcə siz Bankomatdan Sms Banking xidmətini aktiv edin ki, kartınızla hər dəfə nəsə əməliyyat edəndə sizə (nömrənizə) sms-lə gəlsin, o sms-ləri silməsəniz cartınızdakı qalıqları ardıcıl izləyə bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Onlayn mümkündü bunun üçün bankın “İnternet Bank”çılıq xidmətinə qoşulmalısınız. Qoşulduqdan sonra xüsusi loqin və şifrə ilə balansınızı idarə edə bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (1 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (3 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (3 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (5 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (8 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (8 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

Comments are closed, but trackbacks and pingbacks are open.