Press "Enter" to skip to content

Dovşanla 7 xallı ladybird sürfələrini necə ayırd edə bilərəm

Yəqin ki, siz həm də musiqi yaratmağı bacarır və müxtəlif tərzlərdə musiqilərə qulaq asmaqdan həzz alırsınız. Bundan əlavə siz səsləri, müxtəlif aksentləri və digərlərinin nitqini yamsılamağı bacarır, musiqi kompozisiyasında səslənən müxtəlif musiqi alətlərini asanlıqla ayırd edə bilirsiniz.

Ciddi dəyişiklik: Sürücülük vəsiqəsi alan hər adam avtomobil idarə edə bilməyəcək

Publika.az xəbər verir ki, bu sözləri “Operativ Media”ya açıqlamasında yol nəqiliyyat eksperti Elməddin Muradlı deyib.

O qeyd edib ki, sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək:

“Azərbaycan Respublikasının qanunvericiliyində təcrübəsiz sürücülər üçün “Yol Hərəkəti Haqqında” qanunda “təcrübəsiz sürücu” nişanı var, təssüflər olsun ki, bir çox sürücünün bu nişandan xəbəri yoxdur. Belədir ki, sürücü olmaq istəyən şəxs təlim mərkəzinə getməlidir və nəzəri təcrübə biliklərini artırdıqdan sonra imtahan verməlidir.

Bu proseslər bitdikdən sonra sürücü qanunvericiliyə əsasən sürücülük vəsiqəsi əldə edir və idarə etmə qabiliyyətinə malik olur.

Məndə olan məlumata görə, təcrübəsiz sürücülərin sınaq mərhələsi layihəsi təşkil olunacaq. “Yəni sürücülük vəsiqəsini aldım, artıq istədiyim formada avtomobil idarə edə bilərəm” fikiri olmayacaq. Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə, qısa müddət ərzində kobud qayda pozuntusuna yol versə, onun idarə etmə hüququ məhdudlaşdırılacaq. Sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək.

Qeyd etmək istəyirəm ki, bu vəsiqə adi kağız parçası deyil, onu qorumaq lazımdır. Sürücü o zaman idarə etmə hüququndan uzaqlaşdırıla bilər ki, dəfələrlə yol qəzası törətsin, bir neçə şəxsin ölümünə səbəb olsun, 10 ildən çox məhkumluq həyatı yaşasın. Buna da təbii ki, məhkəmə qərar verə bilər.

Yol hərəkəti qaydalarına əsasən, yeni sürücülərin idarə etmə bacarıqları olmadığı tədqirdə müəyən məhdudiyyətlər tətbiq olunacaq.

Əks halda bir il idarəetmədən uzaqlaşdırılacaq, bir neçə proses keçdikdən sonra yenidən imtahan verəcək. Bu, sürücüləri bir növ daha diqqətli olmağa məcbur edir. Almaniya təcrübəsində gözəl bir qayda var, bəzi ölkələrdə bu qaydanı tətbiq edir.

Qırmızı işıqdan 2 dəfə keçən insanı pisxoloq yanına göndərirlər ki, o insan normal deyil, amma bizdə hər kəs qırmızı işıqdan asanlıqla keçə bilir, bu taksi olsun istər motosiklet, velosiped sürücüsü qırmızı işığı saymırlar. İrad bildirəndə də deyirlər “nə olsun qırmızı işıqdır da, sağı, solu gözlədim, keçdim”.

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Dovşanla 7 xallı ladybird sürfələrini necə ayırd edə bilərəm

Hazırda BMT-nin səfiri olan qaradarəli model Varis Dirienin (dünya şöhrətli “Səhra çiçəyi” adlı kitabın müəllifi) müsahibələrinin birində maraqlı fikiri var. “Mənim Somalimdə qadınları kiçik yaşında sünnət etmək bizə qalan ən dəhşətli adət mirasıdır. Belə mirası lənətə gəlsin. O insan xoşbəxtdir ki, onun var-dövlətdən qabaq gözəl adət ənənəsi olsun və bu mirasla fəxr etsin”.

Ağıllı cəmiyyətlərdə insanlar miras deyəndə, sağlam genləri daşımaqla öyünürlər. Əlbəttə məsələnin maddi tərəfi ilə yanaşı mənəvi tərəfi də vacibdir. Axı vərəsə axtarışında, madiyyat bölündükdə ətrafın mənəviyyatı da sınağa çəkilir. Və əbəs yerə deyil ki, qanunlardan qabaq əsrlərdir, bu bölgü adət -ənənəyə uyğun aparılıb. Necə ki, keçən əsrin 30-cu illərinə qədər Azərbaycanda miras bölgüsü elə adət-ənənə (eləcə də, şəriət) çərçivəsində həllini tapıb. Bu gün dəyərlər dəyişdiyindən problemə yanaşma da başqa cürdür. Bəzən ailə içində malın bölünməsi, vərəsənin seçilməsi barədə danışmağı əskiklik bilirlər. Heç vəsiyyət edənə imkan da vermirlər ki, sağlığında mal bölgüsü aparsın. Bu da sonralar çox halda narazılığa gətirib çıxarır. Son zamanlar vərəsəlik, mirasın bölünməsi səbəbindən ailə-məişət didişmələrinin artması bu fikri təsdiqləyir.

Qanunvericilik bizi qane edirmi?

Bir çox ölkələrdə vərəsəlik hüquqları ayrıca qanun şəkilində tənzimlənir. Çox dövlətdə, o cümlədən bizdə də bu Mülkü Məcəllə (MM) tərkibində (10-cu bölmə) və “Notariat haqqında” qanunda (maddə 47,48, 58) əksini tapıb. Mütəxəsislərin fikrincə, mövcud qanunvericilikdə məsələnin həlli ilə bağlı boşluqlar az deyil.

Hüquqşünas Səməd Vəkilov mirasda əmlak idarəçiliyi məsələsinə toxunub. Onun sözlərinə görə, MM-yə əsasən, ölmüş şəxsin (yəni miras qoyanın) əmlakı vərəsələrə qanun və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla keçə bilər. “Miras qoyanın ölümündən sonra vəsiyyətnaməsi (yazılı) varsa, əmlak vəsiyyət üzrə, vəsiyyət yazılmadıqda isə əmlakın vərəsələrə qanun üzrə keçməsi nəzərdə tutulur. Bəzən vəsiyyət qoyan əmlakının yalnız bir hissəsi barədə vəsiyyətnamədə göstəriş verir. Bu halda vərəsəlik həm vəsiyyət, həm də qanun üzrə həyata keçirilir. Vətəndaşın vərəsəlik hüququnun gerçəkləşməsi mirasın açılması ilə başlayır. Qanuna görə, miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. MM-nin 1151-ci maddəsinə görə, miras əmlakına- miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları toplusu daxildir.

Vərəsəlik hüququnun reallaşdırılmasının ikinci mərhələsi miras əmlakının vərəsələr tərəfindən qəbul ediləcəyi müddətə qədər həmin mirasın mühafizəsi və əmlakın idarə edilməsi prosesidir.

Prosedur qaydalar necədir? Müvafiq olaraq MM-nin 1317-ci maddəsi və “Notariat haqqında” qanunun 51-ci maddəsinə görə, miras əmlakının mühafizəsi üçün dövlət notariusu və müvafiq icra hakimiyyəti orqanı vərəsələrin, vəsiyyət üzrə tapşırıq olan şəxs¬lərin və digər təşkilatların təşəbbüsü ilə miras əmlakının mühafizə edilməsi üçün tədbir görməlidirlər. Bu tədbirləri onlar bilavasitə özləri və ya əmlakın yerləşdiyi yerin notariusuna və yaxud müvafiq icra hakimiyyəti orqanına tapşırıq verməklə həyata keçirirlər.

Adıçəkilən qanunun digər maddələri də (52-54-cü maddələr) mirasın mühafizə edilməsi üçün kompleks tədbirlər nəzərdə tutulur. Qanuna əsasən, miras əmlakının mühafizə etməli orqanlar həmin əmlakı siyahıya alır və bu əmlakı saxlamaqdan ötrü vərəsələrə və ya başqa şəxslərə verirlər. Mirasın tərkibində idarə olunması tələb olunan əmlak olduqda, miras əmlak mühafizəçisi təyin edilməlidir. Mühafizəçi, qəyyum və miras əmlakının mühafizə olunması üçün verildiyi digər şəxslər miras əmlakın israfı və gizlədilməsinə görə məsuliyyət haqqında xəbərdar edilməlidirlər. Qanunda miras əmlakını saxlamağa görə və digər zəruri xərclərin həmin miras əmlakından ödənilməsi nəzərdə tutulur. Bəzən vərəsələr arasındakı münasibətlər mübahisəli olduqda vərəsəlik haqqında şəhadətnamənin verilməsi prosesi gecikir. Miras açıldığı vaxtdan əmlak üzərində sərəncam vermək hüququ qanunla yolverilməzdir və əmlak idarəedicinin təyin edilməsi məsələsi aktuallaşır”.

Səməd Vəkilovun fikrincə, miras əmlakının idarə edilməsi əmlakın mühafizəsi probleminin tərkib hissəsi hesab edilməlidir. “MM-nin 1320-ci maddəsində əmlak idarəçisinin təyin edilməsi nəzərdə tutulur. Maddənin tələbinə görə, əgər əmlakı idarə etməyə ehtiyac varsa, habelə vərəsənin kreditorları iddia irəli sürüblərsə, notariat orqanı əmlak idarəçisi təyin edir.

Əmlak idarəçisi kimlər ola bilər? MM-nin 1320-ci maddəsində əmlak idarəçisinin hətta təyin edilmə zərurəti vurğulansa da, təəssüflər olsun ki, məsələyə tam şəkildə aydınlıq gətirilmir. Belə ki, əmlak idarəçisi təyin ediləcək şəxsin kimliyi məsələsi tam açılmamış qalır. Notariat əməliyyatlarının həyata keçirilməsi qaydaları haqqında Təlimatın 84-cü maddəsində əmlakın mühafizə edilməsi və zəruri hallarda əmlak idarəçisi təyin edilməsi nəzərdə tutulsa da, burada da həmin şəxsin kimliyi məsələsinə aydınlıq gətirilməyib. Beləliklə, qanun və normativ aktlara əsasən, əmlak idarəçisi dövlət notariusunun subyektiv mülahizələri əsasında təyin edilə bilər.

Qanun notariusa həmin idarəçinin təyin edilməsinə heç bir məhdudiyyət qoymur. Bu da notariusa əmlak idarəçisini təyin edərkən vərəsələr arasından, yaxud tamam kənar bir şəxsi seçməsinə imkan yaradır. Qanundakı bu boşluqlar miras qoyanın son iradəsinin arzuladığı kimi həyata keçməsində müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər.”

Ögey ana əliboş qaldı.

Şikayətçi Azər 1994-cü ildə hərbi xidmətdə olarkən yaralanıb və onurğa sütünu zədələdiyindən bugünədək yataq xəstəsidir. Ağrılısı odur ki, ailəsi bu vaxta qədər ona əlillik dərəcəsi, pensiya sənədi üçün nə müraciət edib, nə də reablitasiya mərkəzində müalicəsinə çalışıb. Başqa sözlə, o illərdir dövlət qayğısından məhrumdur. Anası 2001-də rəhmətə gedib. Azərin bir bacısı və qardaşı var. Atası 2007-ci ildə ikinci ailəsini qurub və qurduğu xanımın birinci nigahından bir qızı var. Azərin atası 2014-cü ilnin noyabrına qədər (ölənə qədər) Azərə özü baxıb. Hazırda Qaraçuxurda yerləşən evlərində Azər, bacısı, ögey anası qızı ilə yaşayırlar. Qardaşı ailə qurduqdan sonra ayrı yaşayır. İndi ögey ana evi satıb, ayrı iki ev almaq istəyir. Atası sağlığında bütün əmlakını (ev) doğma uşaqlarına vəsiyyət edib. Yazılı vəsiyyəti yoxdur deyə, indi ailədə mübahisələr yaranıb.

Ailədə miras əmlakının bölünməsindən əlavə vacib məsələ, Azərə pensiyasının alınmasıdır. Bunun üçün sənədləri qaydaya salınmalıdır. Çünki o da vərəsələrdən sayılır. Vəsiyyətnamə olmadığı təqdirdə miras əmlakı qanuna görə bölünür. Qəfil ölən vəsiyyətsizin əmlakı tək 3 övladı deyil, həm də ikinci həyat yoldaşı üçün bölünməlidir.

Bəs qanuni vərəsələr kimlərdir, miras bölgüsü necə aparılmalıdır? Ögey ananın nigahı dövlət qeydiyyatında deyilsə, ona miras əmlakından pay düşürmü?

Hüquqşünas Habil İsgəndərli MM-nin 1133-cü madəsini əsas tutaraq vurğulayıb ki, miras əmlakı vərəsələrə ya qanun, ya da vəsiyyət üzrə keçə bilər. “Oanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, vəsiyyətnamə olmur və yaxud təmamilə və ya qismən etibarsız sayılır. MM-nin 1179.1-ci maddəsinin tələbinə görə, vəsiyyətnamənin yazılı tərtibi mütləqdir. Qanun şifahi vəsiyyət anlayışını istisna edir. Qeyd olunan məsələdə Azərin atası yazılı vəsiyyətnamə qoymayıb. Bu halda mirasın vəsiyyət üzrə bölüşdürülməsi mümkün deyil.

Ölmüş şəxsin miras əmlakı MM-nin 1159-cu maddəsinin tələbinə görə, vərəsələr arasında qanunla bölünməlidir. Qanun üzrə vərəsəlik- birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Birinci növbəli vərəsənin olması sonrakı növbəliliyi istisna edir. Azərin bir bacısı, bir qardaşı var. Atasının ikinci arvadı ilə nigahı yoxdursa, ikinci arvadın qızını rəsmi övladlığa götürməyibsə, ikinci arvad və qızı qanun üzrə vərəsələr sayılmırlar. Ölən şəxsdən qalan miras əmlakı (rəsmi dövlət qeydiyyatına alınmış bütün daşınar, daşınmaz əmlak) Azər, qardaşı və bacısı arasında bərabər (1/3 hissədə) bölünməlidir.
Digər hər hansı şəxsin miras əmlaka iddia etmək hüququ yoxdur. Qanuna görə, vərəsələr miras qoyanın ölümündən 3 ay müddətində müvafiq notariat kontoruna mirası qəbul etmək üçün müraciət etməlidirlər. Eyni zamanda mirası faktiki qəbuletmə qaydası da var, bu o deməkdir ki, vərəsələr-uşaqlar ataları öləndə mirası faktiki qəbul ediblərsə, miras qəbuledilmiş sayılır. Mirası faktiki qəbul etmiş vərəsələr rəsmi sənədləşmə üçün notariat kontoruna müraciət edə bilərlər. Notarius vərəsələrin qanunda nəzərdə tutulmuş (3-6 ay) müddəti üzürlü səbəbdən ötürüldükdə bərpa edilə bilər. Əks təqdirdə, yəni, notarius buraxılmış müddəti bərpa etmədikdə, vərəsələrin mirasın rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək hüququ vardır.

Kimsəsizin baxıcısı miras ala bilərmi?

Mariya adlı qadın 2015-ci ilin mayında ölüb. Bakının Ramana qəsəbəsində Çaparidze küçəsində tarixi tikililərərdən sayılan (1904-cü il) binada iki otaqlı evdə yaşayırdı. 68 yaşlı qadının ölənə qədər heç kəsi-doğmaları olmayıb. Hər halda, qonşularla söhbətdən belə məlum olur.

Xalidə Mariyanın ölməmişdən şifahi vəsiyyətinin olduğunu deyir, qəfil ölüm olmasaydı vəsiyyət rəsmiləşdirələcəkdi. Şifahi vəsiyyətə görə isə, Mariyanın ikiotaqlı evi Xalidəyə qalacaqdı. Xalidə isə əvəzində onun hüzrünü, basdırılmasını təşkil edəcəkdi. İndi Mariyanın evi dövlətin nəzarəti altındadır, sahə müvəkkili evə heç kəsi buraxmır. Xalidə dəfələrlə şahidləri ilə birgə evin ona vəsiyyət olunduğunu bildirsə də, haqsız çıxarılır. O, məlum əmlaka sahib çıxmağa haqq qazana bilərmi?

Vəkil Paşa Səfərovun sözlərinə görə, MM-nin 1166-cı maddəsinə əsasən, fiziki şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. “Bunun üçün miras qoyanın miras kütləsinə daxil olan əmlakı barəsində vəsiyyətnamə qoyması mütləqdir. MM-nin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Notariat forması və yaxud MM-nin 1186-cı maddəsində əksini tapan ev vəsiyyətnaməsi (imzalanmış əlyazma) şəkilində etibarlıdır. Hazırki mübahisədə Mariya öz gələcək mirasının hüquqi taleyi üçün Xalidə ilə qarşılıqlı şifahi razılaşma əldə edib ki, belə bir halın həlli vərəsəlik hüquq münasibətlərində nəzərdə tutulmayıb.
Bundan başqa MM-nin 233.2-ci maddəsinə əsasən, əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir.”

Hüquqşünas Paşa Səfərovun yekun rəyinə görə, Mariyanın vərəsələri yoxdursa, onun əmlakı Mülki Məcəllənin 1165.1-ci maddəsinin tələbinə uyğun olaraq dövlətə keçir. “Qeyd etmək zəruridir ki, Xalidə Mariyaya xəstəliyi zamanı ona qulluq və onun müalicəsi, dəfn və ya digər xərc ödəmişsə bunu MM-nin 1157-ci maddəsinin tələbinə əsasən, Mariyanın vərəsəsi olan – dövlətdən tələb edə bilər”.

Vəziyyətlə bağlı həmkarıyla razılaşan hüquqşünas Vüqar Səfərliyə görə isə, MM-nin 1133-cü maddəsi miras əmlakının qanun və ya vəsiyyətnamə yolu, yaxud hər iki əsasla keçməsini ehtiva edir. “Elə buna nəzərən də, Xalidə həm yazılı vəsiyyət olmadığından, həm də qanuni vərəsə statusu ala bilmədiyindən haqsız sayılır. Dünyasını dəyişən sağlığında yazılı vəsiyyət tərtib etmiş olsaydı, bu problemi həll edərdi.”

Hüquqşünasın sözlərinə görə, qonşuların da şahidliyi heç bir əhəmiyyət kəsb etmir. “Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmalıdır, bu texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalııdr. Bu halda vəsiyyətnamə iki şahidin yanında tərtib edilməli, imzalanmalıdır. Şahidlər də öz növbəsində vəsiyyət edənin imzasından sonra vəsiyyətnamədə öz ad ,soyadıarını, yaşayış yerlərini göstərməklə təsdiqləməliidrlər.”

Göründüyü kimi, mirasqoyma və mirasayiyələnmə heç də verilən sözlərlə həll ediləsi iş deyil. Atalar demiş, şərti şumda kəsin ki, xırmanda yabalaşmayın.

Yazı Almaniya Beynəlxalq Əməkdaşılıq Cəmiyyətinin “Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.

Raminə Eyvazqızı

Şagirdlərin bacarıqlarını müəyyən edən Hovard Qardner nəzəriyyəsi – 9 intellekt növü

Milli.Az azedu.az-a istinadən bildirir ki, adı çəkilən bu üç ümumi kateqoriyadan başqa insan potensialına dair bir çox nəzəriyyə və yanaşmalar yaradılmışdır. Bunlardan biri Harvard Universitetinin təhsil üzrə professoru Doktor Hovard Qardner tərəfindən irəli sürülmüş çoxşaxəli intellekt nəzəriyyəsidir. Qardnerin ilkin olaraq psixologiya, daha sonralar isə insan idrakı sahəsində apardığı tədqiqat işləri 6 ilkin intellekt növünün müəyyən olunmasına gətirib çıxarmışdır. Bu gün artıq 9 intellekt növü barədə danışırıq, lakin bu siyahının yeni intellekt növləri ilə genişlənəcəyi də istisna deyil. Bu intellekt növləri fərdin unikal qabiliyyətlərini və onun intellektual bacarıqlarını hansı formada nümayiş etdirməyi üstün tutmasını müəyyən edir.

Qardnerin çoxşaxəli intellektləri

Verbal-linqvistik intellekt(yaxşı inkişaf etmiş verbal qabiliyyət və sözlərdə səslərə, mənaya və ritmə həssaslıq). Məntiqi-riyazi intellekt(konseptual və abstrakt düşünmə qabiliyyəti; məntiqi və ədədi patternləri (nümunələri) tanımaq və seçmək bacarığı). Məkan-vizual intellekti(şəkil və rəsmlər ilə düşünmək, dəqiq və abstrakt şəkildə vizuallaşdırmaq bacarığı). Bədən-kinestetik intellekti(şəxsin öz bədən hərəkətlərini və əşyaları məharətlə idarə etmək qabiliyyəti). Musiqi-ritmli intellekt(ritm, keyfiyyətli səs və keyfiyyətli ton yarada bilmək və musiqini dəyərləndirə bilmək qabiliyyəti). Şəxslərarası intellekt (digərlərinin əhval-ruhiyyəsi, motivasiyası və istəklərini müəyyənləşdirə bilmək və ona uyğun şəkildə cavab vermək qabiliyyəti). Fərddaxili intellekt(fərdin öz daxili hissləri, dəyərləri, inancları və düşünmə proseslərini anlaması və onları aydın şəkildə hiss etmək qabiliyyəti). Naturalist intellekt(bitkilər, heyvanlar və təbiətdəki digər obyektləri müəyyənləşdirmək və kateqoriyalara bölə bilmək qabiliyyəti). Ekzistensial intellekt(insan varlığı barədə dərin suallar vermək qabiliyyəti: Həyatın mənası nədir? Biz niyə ölürük? Biz bu planetə necə gəlmişik? və s.

Verbal-linqvistik intellekt (“söz sərrafı” və ya “ziyalı”)

Bu intellekt növünə dil vasitəsilə (oxumaq, yazmaq və danışmaq vasitəsilə) əldə edilən “bilgi” daxildir. Həm yazıda, həm də şifahi nitqdə sözlərin mənası və sıralanmasını anlama və dildən düzgün istifadənin yollarını bilmək verbal-linqvistik intellektin göstəricilərinə aid edilir. Bura həm də dilin sosial-mədəni xırdalıqlarını anlama, idiomlar, söz oyunları və linqvistik yumor da daxildir. Əgər sizdə bu intellekt növü güclü inkişaf edibsə, o zaman sizin oxumaq, danışmaq və yazmaq bacarıqlarınız da güclü inkişaf etmişdir və siz sözlər vasitəsilə düşünürsünüz. Yəqin ki, müxtəlif janrlarda ədəbiyyat oxumağı, söz oyunları oynamağı, şeirlər və hekayələr yazmağı, insanlarla müzakirələrdə iştirak etməyi, diskussiya aparmağı, formal çıxışlar etməyi, yaradıcı yazılar yazmağı və zarafat etməyi sevirsiniz. Böyük ehtimal ki, siz özünüzü aydın ifadə edir və digərləri bunu etməyi bacarmayanda qıcıqlanırsınız! Siz yeni sözlər öyrənməyi sevir, yazılı işlərdə yaxşı nəticələrə nail olur və oxuduğunuz hər şeyi yaxşı qavrayırsınız.

Məntiqi-riyazi İntellekt (“riyazi” beyinli və ya “məntiqli”)

Bu intellekt növünə malik insanlar həyatımızda baş verən müxtəlif patternləri tapmaq və anlamaq üçün rəqəmlər, riyaziyyat və məntiqdən istifadə edir. Belə patternlərə düşüncə patternlərini, vizual patternləri, rəng patternlərini daxil etmək olar. Məntiqi-riyazi intellekt növü real həyatdakı konkret patternlərlə başlayır, lakin gördüyümüz bütün patternlər arasındakı əlaqələri başa düşməyə çalışdıqca, get-gedə abstraklaşır. Əgər siz məntiqi-riyazi intellektə maliksinizsə, onda daha çox konseptual və abstrakt düşünməyə meyillisiniz, həmçinin digərlərinin gözdən qaçırdığı patternlər və əlaqələri görməyi bacarırsınız. Yəqin ki, təcrübələr aparmağı, tapmacalar və məsələlər həll etməyi, kosmik suallar verməyi, mövcud şəraiti və insanların davranışlarını təhlil etməyi sevirsiniz. Böyük ehtimal ki, siz, rəqəmlərlə və riyazi düsturlarla işləməyi, riyazi əməliyyatlar aparmağı xoşlayır, eləcə də mürəkkəb məsələləri həll etməyin gətirdiyi çətinliyi sevirsiniz. Siz sistemli və mütəşəkkil xarakterə malik olmaqla yanaşı, həm də etdiyiniz hər bir hərəkət və düşüncənizi həmişə məntiqlə əsaslandırmağı, hərəkət və düşüncələrinizin “niyəsini” izah etməyi bacarırsınız.

Məkan-vizual intellekti (“incəsənət hissi olan” və ya “təsvir etməyi bacaran”)

Biz tez-tez “Bir dəfə görmək yüz dəfə eşitməkdən yaxşıdır” və ya “Görəndə inanaram” kimi cümlələrdən istifadə edirik. Bu intellekt növü gözlərimizlə gördüyümüz forma, şəkil, model, dizayn və teksturalar vasitəsilə, həm də bizim xəyalımızda canlandıra bildiyimiz bütün şəkillər vasitəsilə əldə olunan “biliyi” təmsil edir. Əgər sizdə bu intellekt növü güclü inkişaf edibsə, siz şəkillər və rəsmlər vasitəsilə düşünməyə meyillisiniz. Eləcə də, ətrafınızdakı müxtəlif obyekt, forma, rəng, teksturalar və modelləri çox yaxşı fərqləndirirsiniz. Siz maraqlı dizayn və modellər çəkməyi, rəngləməyi, parçalarla, çertyojlarla, rəngli markerlər və gillə işləməyi sevirsiniz. Məkan-vizual intellekti güclü olan fərdlər pazllar quraşdırmağı, xəritədən istifadə etməyi və ilk dəfə olduqları məkanlarda yolu özləri tapmağı xoşlayırlar. Həmçinin siz hansı rənglərin bir-birinə yaraşdığı, hansı teksturaların daha xoşagələn olması və otağın necə bəzədilməli olduğu barədə konkret fikirlərə maliksiniz. Böyük ehtimal ki, siz həmçinin vizuallaşdırmaq, təsəvvür etmək, zehni şəkillər formalaşdırmaq və s. bu kimi təxəyyül tələb edən tapşırıqların öhdəsindən yaxşı gəlirsiniz.

Fərddaxili intellekt (“Öz daxili aləminə bələd” və ya “güclü introspeksiyası olan”)

Bu intellekt növünün mərkəzində bizim özümüzə kənardan baxa bilmək və öz həyatımız barədə düşünə bilmək imkanı yaradan fərdi refleksiya bacarıqlarımız durur. Fərddaxili intellekt həm də introspektiv intellekt adlanır. Bu intellekt növünə əşyaların mənasını, məqsədini və önəmini öyrənməyə bizdə istək yaradan unikal insani meylimiz də daxildir. Fərddaxili intellekt daxili dünyamız, emosiya, dəyər və inanclarımızı anlamaq və həqiqi ruhsallığa çatmaq üçün müxtəlif axtarışları özünə daxil edir.Əgər bu intellekt növü sizdə güclü inkişaf edibsə, siz tək işləməyi sevirsiniz. Bu xüsusiyyətiniz bəzən sizi insanlarla ünsiyyətdən uzaq tuta bilər.

Böyük ehtimal ki, siz düşünən və özünü yaxşı dərk edən şəxssiniz. Elə bu səbəbdən də daxili hissləriniz, dəyərləriniz, inanclarınız və düşünmə proseslərinizə bağlısınız və onlara hər zaman “diqqətlə qulaq asmağa” meyillisiniz. Bir çox hallarda müdrik və gözüaçıq, güclü intuisiyaya malik və bir işi davam etdirərkən xarici motivasiya faktorları ilə yox, daha çox daxili motivasiyaya malik şəxssiniz. Siz iradəli, özünə əmin və demək olar ki, hər bir mövzuda konkret və düşünülmüş fikirlərə malik şəxssiniz. Yəqin ki, digərləri məsləhət almaq və ya çıxış yolu tapmaq üçün tez-tez sizə müraciət edir.

Bədən-kinestetik intellekti (fiziki hərəkətlərində istedadlı olan)

Biz tez-tez “edə-edə öyrənmək” haqqında danışırıq. Bu növ intellekt fiziki hərəkət və fərdin öz fiziki bədənini yaxşı “bilməsi” vasitəsilə təzahür edir. Məsələn, bədənimiz necə velosiped sürməyi, iki maşın arasında maşını necə saxlamağı, vals oynamağı, atılan əşyanı necə tutmağı, yeriyərkən balansı necə saxlamağı və kompüter klaviaturasında hərflərin harada yerləşdiyini bilməsi kimi fəaliyyətləri necəsə yerinə yetirir (və heç də həmişə şüurlu və məntiqli ağılla yox).

Əgər siz bu intellekt növündə güclüsünüzsə, sizin bədən xüsusiyyətləriniz var. Siz fiziki hərəkəti, rəqs etməyi, əllərinizlə nəyisə düzəltməyi və yaratmağı, eləcə də rola girməyi sevirsiniz. Tez-tez olur ki, siz bir tapşırığı birinci kimdəsə görüb, daha sonra onun

hərəkətlərini təqlid edəndə tapşırığı daha yaxşı yerinə yetirirsiniz. Yəqin ki, siz hər növ fiziki oyunları sevir və nəyisə necə etməyin yollarını insanlara nümayiş etdirməyi xoşlayırsınız. Uzun müddət bir yerdə hərəkətsiz oturmaqda çətinlik çəkmək, ətrafınızda baş verən hadisələrdə aktiv iştirak etməyəndə darıxmaq və ya fikri yayınmaq da sizə xas xüsusiyyətlərdir.

Şəxslərarası intellekt (insanlarla ünsiyyətdə “ağıllı”)

Bu intellekt növü yeni bilikləri insanlar vasitəsilə almağa imkan yaradır. Şəxslərarası intellekt bir çox hallarda bizim digərləri ilə bir komandada işləyərkən və ya ünsiyyətdə olarkən ortaya çıxan “bilgi”yə deyilir. Bu növ intellekt bizdən insanlarla səmərəli ünsiyyət qurmaq üçün lazım olan bir sıra bacarıqları inkişaf etdirməyimizi tələb edir. Əgər bu növ intellekt sizdə daha yaxşı inkişaf edibsə, siz insanlarla qarşılıqlı əlaqələr vasitəsilə öyrənirsiniz. Sizin yəqin ki, çoxlu dostlarınız, insanlara münasibətdə böyük empatiya hissiniz və digərlərinin mövqelərinə anlayış göstərmək kimi xüsusiyyətləriniz vardır. Mümkündür ki, siz hər növ komanda oyunlarını sevir, yaxşı komanda üzvü kimi çıxış edir – yəni, öz yükünüzü özünüz daşıyır və hətta lazım olandan daha artığını da edirsiniz. Siz digərlərinin hiss və fikirlərinə həssas münasibət göstərir və onların düşüncələrindən öz fikirlərinizi formalaşdırmaq üçün istifadə etməyi bacarırsınız. Eləcə də, başqalarını müzakirələrə cəlb etməyi bacarır, münaqişələri həll etməkdə, vasitəçi olmaqda və insanların bir-birinə radikal mövqedə olduğu anlarda güzəşt nöqtəsi tapmağın öhdəsindən uğurla gəlirsiniz.

Naturalist intellekt (təbiətşünas)

Naturalist intellekt təbiətdə olarkən baş verənlərdən agah olmaq, müxtəlif təbiət hadisələrini dəyərləndirməyi bacarmaq və təbii ətraf mühiti dərk etmək kimi çoxsaylı “bilgilərə” malik olmaq deməkdir. Bu intellekt növü canlıların növlərini fərqləndirə bilmək, təbii ətraf aləmi və onun fenomenləri ilə ünsiyyətdə olmaq, müxtəlif növ flora və fauna növlərini tanımaq və təsnif etmək bacarığını özünə daxil edir. Əgər naturalist intellekt güclü xüsusiyyətlərinizdəndirsə, sizin çöldə – açıq havada olmağa, heyvanlara, bitkilərə və demək olar ki, istənilən təbii obyektə qarşı dərin sevginiz vardır.

Bəzən siz havadan, payızda yarpaqların tökülməsindən, küləyin səsindən, parlaq günəşin istilik saçmasından və ya onun yoxluğundan, həmçinin otaqdakı hansısa həşəratdan hiss olunacaq qədər təsirlənə və ya heyran qala bilərsiniz. Böyük ehtimal ki, uşaq vaxtı böcəkləri, dağ yarpaqlarını, dəniz balıqqulaqlarını və çubuqları yığmaq sizin sevimli məşğuliyyətiniz idi. Ola bilsin ki, əvvəllər siz müxtəlif küçə heyvanlarını evə gətirirdiniz; yəqin ki, elə bu gün də siz evinizdə bir neçə ev heyvanı saxlayır və hələ yenə də bir-ikisini istəyirsiniz. Onu da qeyd etmək lazımdır ki, sizin bütün canlı varlıqlara qarşı simpatiya hissiniz və hörmətiniz vardır.

Musiqi-ritmli intellekt

Bu intellekt səs və vibrasiya vasitəsilə yaranan “bilgi”dir. Çoxşaxəli intellektlər nəzəriyyəsinin orijinal tədqiqatında bu intellekt növü musiqi-ritmli intellekt adlansa da, o, təkcə musiqi və ritmlə məhdudlaşmır. Buna görə də onu bəzən audial-ritmli intellekt də adlandırırlar, çünki bu intellekt növü səsin bütün sahələri ilə əlaqəlidir: tonlar, ritmlər və vibrasional patternlər, musiqi və s. Əgər bu intellekt növü sizdə yaxşı inkişaf edibsə, siz musiqini və ritmi çox sevirsiniz. Həmçinin siz təbiətdə rast gəlinən səslərə qarşı çox həssassınız; cırcıramanın cüyültüsü, dama yağan yağış, yoldakı maşınların səsi.

Arxa fonda musiqi olanda siz daha yaxşı işləyir və oxuyursunuz. Çox vaxt bir melodiyanı və ya ritmi bircə dəfə eşidən kimi onu eynilə təkrar etməyi bacarırsınız. Müxtəlif səs, ton və ritmlərin sizin üzərinizdə hiss edilə bilən təsiri ola bilər- digərləri, üz ifadənizdə, bədən hərəkətlərinizdə və ya emosional reaksiyanızda tez-tez dəyişikliklər hiss edə bilərlər.

Yəqin ki, siz həm də musiqi yaratmağı bacarır və müxtəlif tərzlərdə musiqilərə qulaq asmaqdan həzz alırsınız. Bundan əlavə siz səsləri, müxtəlif aksentləri və digərlərinin nitqini yamsılamağı bacarır, musiqi kompozisiyasında səslənən müxtəlif musiqi alətlərini asanlıqla ayırd edə bilirsiniz.

Qeyd olunmalıdır ki, insanlar fərqli intellekt növlərinə və güclü tərəflərə malikdirlər. Məsələn, kursa qəbul olunmaq üçün müsahibə edilmiş bir şagird yanlış qiymətləndirmə vasitəsi səbəbindən (zəif yazılmış müsahibə sualları, şagirdin qəbul olunmuş “ideal şagird” obrazıyla uyğunsuzluğu və ya digər yetərsiz qalan meyarlar ucbatından) kursa qəbul olunmaya bilər.

Bizim kollektiv olaraq müxtəlif şeylərdə bacarıqlı olan insanlara ehtiyacımız var. Balanslı təşkilat və komandalar mütləq müxtəlif intellekt növlərinə malik fərdlərin birləşməsindən yaradılmalıdır. Bu cür qurulmuş komanda bütün üzvlərinin eyni bacarıqlara malik olduğu qruplardan qat-qat daha üstündür. Bu səbəbdən Qardnerin çoxşaxəli intellektlər nəzəriyyəsi kurikulum planlaşdırılmasında, fənn kursu üçün fəaliyyətlərin və uyğun qiymətləndirmə strategiyasının seçimində istifadə oluna bilər. Şagirdlərin güclü xüsusiyyətlərini daha da inkişaf etdirən təlim həm də onların güclü olmadığı sahələrdə özünə inam hissini artıra bilər. Seçilən təlim nə qədər şagirdlərdə maraq yarada biləcək müxtəlif metod, fəaliyyət və qiymətləndirmə vasitələrindən ibarət olarsa, bu şagirdlərin səmərəli təhsili üçün bir o qədər şərait yaratmış olar.

Xülasə: Qısa olaraq, şagirdlərin ehtiyaclarını mənalı və səmərəli yollarla ödəmək üçün müxtəlif təlim nəzəriyyələrini, öyrətmə strategiyalarını və digər pedaqoji vasitələri bir-biri ilə inteqrasiya edin. Qardnerin özü deyirdi ki, təlimi planlaşdırarkən təhsil işçiləri müəyyən bir nəzəriyyə və ya innovasiyanı əsas tutmamalı, şagirdlərin ehtiyaclarına və öz dərs demək tərzlərinə uyğun olaraq dəyərlər və təlim məqsədlərini adaptasiya etməlidirlər. Çoxşaxəli intellekt növlərini və şagirdlərin potensialını nəzərə almaqla müəllimlər öz təlim üsullarını və qiymətləndirmə metodlarını fərdiləşdirə bilər.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.