Press "Enter" to skip to content

Amal ədəbiyyat və incəsənət dərgisi

Al dədə qurbanın olum.

Ədəbiyyat və Azərbaycan dili

Yazdığı “Hərb və sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – “Allahın səltənəti qəlbimizdədir” (rus. “Царство Божие внутри нас” ) XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.

Həyatı [ redaktə ]

Zəngin bir ailənin övladı olaraq Yasnaya-Polyana’da anadan oldu. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından bəri həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskova’ya getdi. Çalışqan savadlı bir tələbə olaraq uğur və sevgi qazandı. Fransızcasını inkişaf elətdirmiş, Volter’i və J.J. Russonu’yu oxumuş, bu iki yazarın qüvvətli təsirində qalmışdı. Yasnaya-Polyana’ya geri döndü, yoxsul kəndlilər arasına qatıldı. İlk əsəri olan “Uşaqlıq” ı bu ərəfələrdə yazdı. Bir müddət sonra orduya çağırıldı; Qafqaz`a getdi. Qafqaz xalqının yoxsulluq dolu yaşayışlarını ələ aldığı izlənimlərlə ilk realist hekayələrini yazdı. 1854’də Kırım müharibəsinə zabit olaraq qatıldı. Sonra əsgərliyi qurtarıb Peterburg’a getdi. Bir qisim əsərlərini olduqca sakit keçirdiyi o illərdə yazdı. Yenə də içində, axdardığını tapmayan bir ruh çalxalanırdı. Qərbi Avropa ölkələrində uzun bir gəzintiyə çıxdı. Almanya, Fransa, İsveçrə’də səyahət elədi. Məmləkətinə dönüşündə yenə Yasnaya-Polyana’ya yerləşdi. Zadəganlıq ünvanlarından, yüksək həyatdan sıxılırdı. Kəndində bir məktəb qurdu. Bu məktəb, öyrənim, tədris baxımından yepyeni bir qurumdu. Rahatçılığa qovuşduğuna qənaət gətirdikdən sonra, 1862’də evləndi. Tolstoy evləndiyində arvadı Sophie Behrs 16 yaşında idi. Bu evlilik onun düzənli bir həyat həsrətini keçirəcəkdi. Arvadına; əvvəlki həyatı, özəlliklədə yanlarında çalışan qadın qullarla olan cinsi əlaqələri anlatdığı günlüklərini evləndikləri gün oxuması üçün vermiş və əvvəlki həyatındakı elədiyi səhvləri öyrənməsini istəmişdir.Qadın hərisliyinə baxmayaraq evlilikləri həyatları sonuna kimi davam elədi. Bu evlilkdən 12 uşaqları oldu; bu uşaqlardan 5’i öldü. Əsərlərindən ən qüvvətli olan iki romanı “Hərb və Sülh” ilə “Anna Karenina’nı”, bu zamanlarda yazdı. Arvadı, əsərlərini yazmağında ən böyük köməkçisiydi. Hətta “Hərb və Sülh” ü 12 dəfə düzeltmələrini edib yazmışdır. Aradan bir müddət sonra yenidən, bu səfər əvvəlkilərdən daha şiddətli bir mənəvi çöküntüyə uğradı. Geniş xalq yığınlarının, özəliklə Rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox kədərləndirirdi. Bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Kor-kobud geyinir, geydiyi hər geyimi özü tikirdi. Dəyişməyən tək tərəfi bezib usanmadan yazmasıydı. “”Kreyser sonatası””, “Ağa və kölə “, “Qaranlıqların Gücü”, “İman nədir”, “İncilər”, “Kilise və Dövlət”, “Etiraflarım” hamısı bu illərin məhsullarıdır.

Əsərlərində insanlığın cürbəcür məsələlərinə deyinən Tolstoy’un dünya ölçüsündə bir sənət və fikir dəyəri vardır. Öz ölkəsinin ictimai-siyasi problemlərini, xalqının yaradılışını, yaşayışını həqiqətən böyük bir ustalıqla əks etdirməsidir. Realist ədəbiyyatın ən böyük təmsilçilərindən olduğu qədər, bir filosof bir maarifçi olaraq da şöhrət qazanmışdı. Yuxarıda sayılanların xaricində “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergi ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərləri vardır. Dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur.

82 yaşında vəfat eden Tolstoy dəfələrlə böyük sıxıntılar yaşamışdır. Marksizm’dən etkilənərək özündə yaratdığı mülkiyyət mövzusundakı radikal fikirləri səbəbiylə bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Bu səbəblə ailəsiylə problemləri yarandı. Xiristiyan anaxiyasının inkişafının çalıştığı kitabı “tanrının əgəmənliyi içimizdədir” kitabıyla yeni bir xiristiyanlık axımı tanımlaması provoslav kilisəsi tərəfindən qovulmasına səbəb oldu. Tolstoy, ömrünün son illərini büsbütün dərbədər bir şəkildə keçirdikdən sonra, bir küskünlük nəticəsində, evini bıraxıb yollara düşdü. Astapovo dəmiryol stasiyasında ölü olaraq tapıldı. Ölümünə sətəlcəmin səbəb olduğu bilinməkdədir. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışdı. Əsərlərində bunu əksiksiz olaraq yansıtmağı hədəf etmiş ən böyük rus yazarlarından birisi olarak ədebiyyat və dünya tarixindəki yerini aldı [1].

Lev Tolstoyun qəbri

Yaradıcılığı [ redaktə ]

Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur “Kazaklar” və “Hacı Murad” povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplamışdır. 1854-cü ildə Tolstoy hərbi qulluq zamanı Sevastopola, döyüşən orduya dəyişilir. Hərbi qulluq zamanı o, rus, bəlkə də dünya ədəbiyyatında müharibə səhnələrini düzgün, real təsvir edən özünün gözəl “Sevastopol hekayələri” ni yazır.

Artıq 1855-ci ildə L.Tolstoy tanınmış bir yazıçı kimi Sevastopoldan Peterburqa qayıdaraq “Ailə xoşbəxtliyi” əsərini çap etdirir. O, 1862- ci ildə “Yasnaya Polyana” adlı pedaqoji jurnal buraxmağa müvəffəq olur. 1863-1869 -cu illərdə “Hərb və sülh” romanı üzərində işləmişdir. Dünya ədəbiyyatında belə geniş planda yazılmış kamil əsər tapmaq çətindir. G.Plexnov və A.Lunaçarski, Tolstoy dühasını yüksək qiymətləndirib, onun “Hərb və sülh” romanını dünya ədəbiyyatında ən gözəl əsər saymışdır. “Hərb və sülh”dən sonra dünya şöhrəti qazanan əsəri “Anna Karenina” romanı olmuşdur.

Tolstoy 1880-1890-cı illərdə “İvan İliçin ölümü” (1884-86), “Xolstomer” (1885), “Kreyser sonatası” (1887-1889), “Sergi ata” (1898), “Cəhalət hökmranlığı” (1886), “Maarifin bəhrələri” (1891) əsərlərini yazmışdır. Ömrünün altmış ilini bədii yaradıcılığa həsr etmiş və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunmuşdur.

Filmoqrafiya [ redaktə ]

  1. Hərb və sülh (film, 1956) / War and Peace

Səlim Babullaoğlu: “Bədii Tərcümə Mərkəzinin çox böyük layihələri olacaq” – MÜSAHİBƏ

Budəfəki müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğludur. O, həm yeni işi, həm də baş redaktoru olduğu “Kitabçı” jurnalı barəsində danışıb. Amma söhbətə təbii ki, ədəbi sahədəki indiki vəziyyətdən və şairin yaradıcılığındakı yeniliklərdən başlayırıq:

– Uzun müddətdir bir şeir silsiləsi düşünmüşəm. Orada 12 şeirin olması nəzərdə tutulub. Şeirlərdən 10-u artıq hazırdır. Silsilənin işçi adı “Poetik təqvim”dir. İmkan olduqca yazıram. Amma son bir –iki ildə öz yazılarıma vaxtım az qalır. Təəssüf. Publisistika ilə də məşğulam, arada tərcümələr edirəm, amma onlardan danışmaq istəmirəm. Sırf öz yaradıcı işlərimə gəldikdə, yalnız “Poetik təqvim”i bitirmək haqqında düşünürəm.

İctimai-təşkilati işlər, mərkəzə sədrlik yəqin ki, yaradıcı işlərə mane olur?

– Dostlarıma da tez-tez şikayətlənib deyirəm, mənə bir-iki saat kifayət edir ki, özümü yenidən formaya salım və yeni nəsə yazım. Bir-iki saat, yarım gün asudə, qayğılarsız və kənar düşüncələrsiz vaxt bəsimdir. Bu, hələ ki mümkün deyil. Düzdür, hər gün müşahidələrimi, fikirlərimi qeyd edirəm. Şeirlər müxtəlif cür yaranır. Misradan yaranan şeirlər var, ideyadan yaranan şeirlər var, mütaliədən yarananlar var, bu mənada hər gün yaradıcılıq prosesi gedir. Yaradıcılıq prosesi təkcə yazmaq deyil, bu iş hər gün davam edir. Yazmaq üçün tək olmalısan və sənə mane olacaq hər şeydən yayınmalısan. Təəssüf ki, son zamanlar dediyim sonuncu şərt üçün imkanım olmur.

Qiymətləndirin:

“Xəzər” dünya ədəbiyyatı jurnalı yenidən oxucularla

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnal ının növbəti sayı işıq üzü görüb.

Dərgi Nobel mükafatçısı Elis Manronun müsahibəsi (tərc. Elcan Salmanqızı) və “Qismət” hekayəsi (tərc. Ya şar) ilə açılır.

“Qızıl dövrün şairləri” rubrikasında Ramiz Rövşənin tərcüməsində Aleksandr Sergeyeviç Puşkinin “Dərsliklərdə olmayan şeirlər”i ilə tanış ola bilərsiniz. Zakir Fəxri Amerika şairləri Riçard Brotiqan, Dayana di Prima və Robinson Ceffersinin poeziyasından nümunələri təqdim edir. Afaq Məsudun tərcüməsində “Xilas yolunun yolçuları” və “Müqəddəslər və onların söylədikləri”ni oxuya bilərsiniz.

Qiymətləndirin:

Üzük

Knut Hamsun

Bir dəfə qonaqlıqda olduğumuz zaman onun çöhrəsində yenicə eşqə düşmüş gənc qadının cizgilərini gördüm. Mavi gözləri əvvəllər olmadığı kimi parıldayırvə öz hisslərini heç cür gizlədə bilmirdi. O, kimi sevir axı? Deyəsən bayaq pəncərə qarşısında dayanan gənc centlmeni- əyninə mundir geyinmiş, səsi aslan nəriltisinə bənzəyən sahibkar oğlunu. Aman Allah, qadının gözləri gənc oğlana elə bir məhəbbətlə baxırdı ki…

Axşam evə qayıdarkən onun xasiyyətinə yaxşı bələd olduğumu nəzərə alaraq dedim:

– Necə aydın, möcüzəvi hava var. Bu gün maraqlı keçdi, hə?

Ardınca onu sevgi macərası yaşamaq haqdakı arzusunun heç də yaxşı fikir olmadığı ilə bağlı xəbərdar etmək üçün öz nişan üzüyümü çıxarıb dedim:

– Bax, sənin üzüyün mənə balacadı, barmağımı sıxır. Bəlkə onun ölçüsünü böyütmək üçün zərgərə verəsən.

Qadın əlini qaldıraraq pıçıldadı:

-Onu mənə ver. Tezliklə düzələr.

Və mən üzüyü ona verdim

Qiymətləndirin:

Karaim el nəğmələrinin izi ilə…

Əfsanə BAYRAMQIZI, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Əsrlərdən süzülüb gələn bayatılar, dildən-dilə dolaşan nəğmələr el-el yayıldıqca, daha da doğmalaşır, dillə əzbəri olur. Bu nəğmələr, xalq qoşmaları bir-birindən uzaq düşmüş, fərqli dünyagörüş və etiqadları olan xalqların keçmişini, dünyagörüşünü özündə yaşatmaqla yanaşı, eyniköklü türk xalqları arasında bir əlaqə yaradır. Krımda yaşayan, musəviliyə yaxın etiqadları olan azsaylı türk xalqlarından karaimlərin—Krım karaylarının “yırlar”ı (mahnı) da bu qəbildəndir. Bu yazıda iki karaim xalq nəğməsindən söhbət açılır.

Karaim folklorunda xalq mahnıları—“yırlar”ı arasında “Bir elmayı bölek” mahnısı bu baxımdan seçilir. Nəğmə türk düşüncəsi və mifologiyasında “alma” obrazı baxımından maraq doğurur. “Bir elmanı bölek” karaim xalq mahnısında alma motivi həsrətə son qoymaq anlamında ifadə edilib. Nəğmədə alma obrazı iki aşiq üçün ülvi duyğular simvolu kimi xarakterizə edilir. Bir çox xalq nağıllarımzda almanın darda olan insanlara ürəklərində olan xoş müjdə bəxş etməsi funksiyası karaim mahnısında tam yerinə düşür.

Aşiq almanı öz sevgilisi ilə iki yerə bölərək onunla paylaşır. Arzu və diləkləri birdir. Bir almanı tən bölsələr də, ürəklərin bir olmağını arzu edirlər.

Bir elmany biz bolejek
Eki eteik ach
Eki miznyn gonglu
Bir ołgan son
Tur kieteik ach.

Bir almanı bölək,

İkimizin könlü bir olsun.

Türk folklorunda “alma” ifadəsi simvolik olaraq, Azərbaycan da daxil olmaqla bir çox türk xalqlarının folklorunda yer alır. Türk mifoloji sistemində “qızıl alma” ifadəsi işlədilir ki, bunun da mənası türklərin düşüncə və hədəfləri olaraq, izah edilir. Bu baxımdan el nəğ­mə­lə­rin­də alma obrazının təsviri minilliklərdən yaranmış düşüncə tərzinin şüuraltı ifadəsi hesab edilə bilər. Azərbaycan xalq mahnıları; “Almanı atdım xarala”, “Alma dərən”, “Qubanın ağ alması” buna nümunədir. Azərbaycan xalq mahnısı “Qubanın ağ alması” mahnısında aşiq sevgilisinə olan həsrət duyğularını özünəməxsus dillə ifadə edir.

Azərbaycan xalq yaradıcılığında mühüm yeri olan nağıllarda adətən göydən üç alma düşməklə bitir, yara olan sevgi, həsrət, aşiqlərin murada yetmələri alma obrazı vasitəsi ilə ifadə edilir. Təsadüfi deyil ki, bir çox nağıllarda dərviş obrazı övlad həsrəti olan şah arvadına alma hədiyyə edir, almanı yarı bölərək şahla yemələrini tövsiyə edir.

Mahnının ikinci bəndində dan ulduzunun çıxdığı səma altında aşiq ağlar könlünü sevgilisinə açır, ayrılığı onu tərk etməsi ilə əlaqələndirmir.

Tan yłdyzy kałtran dogar
Gonglum agłej ach
Meramynda sieny
Taszłmak dygil
Guziel Lila ach.

Dan ulduzu doğar.

Könlüm ağlayır, ah.

Göründüyü kimi, türk xalqları folklorunda mühüm əhəmiyyət daşıyan el nəğmələrində ülvi hisslər, sevgi münasibətləri, yarın həsrət nəğməsi motivləri başılca xətt kimi keçir.

Karaim folklorunda digər mahnı isə “ A kızım, seni bazirqana bereyim” sözləri ilə başlayan nəğmədir ki, ilk baxışda məzmunu dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasında övladını Məşədi İbada vermək istəyən Rüstəm bəy və qızı ilə olan duetini xatırladır. Dahi bətəkarın müəllifi olduğu əsərdə ata övlad dialoqu bu cürdür:

Qızım sənə yaylıq alım,

Al dədə qurbanın olum.

Qızım sənə başmaq alım.

Al dədə qurbanın olum.

Qızım sənə corab alım.

Al dədə qurbanın olum.

Qızım sənə tuman alım.

Al dədə qurbanın olum.

Qızım səni ərə verim.

Yox dədə, qurbanın olum.

“A kızım, seni bazirqana bereyim” misrası ilə başlayan karaim xalq mahnısının süjet xətti eyni olsa da, “O olmasın, bu olsun” operettasında olan ata-qız duetindən bir qədər fərqlənir.

A kızım, seni bazirqana bereyim,

Yok, babacığım, yok.

Bazırqanın baması da çoktur.

Xoştır dır bana, xoştır dır bana.

Qızım səni bəzirgana verəyim,

Bəzirganın baması çox olur.

Xoşdur mənə, xoşdur mənə.

Siyax da perçem, ak gerden,

Baba bulamadın derdim derlar.

Yok babacığım, yok,

Men ona da barmayım.

Siyah zülfün, ağ gərdən,

Ata tapa bilmədin, dərdimi, deyirlər.

Mən ona getmirəm.

A kızım seni berberciye bereyim,

Berbercinin peşkeri de çoktır.

Yuvdırır bana, yuvdırır bana.

A qızım, səni bərbərə verim,

Bərbərin dəsmalı çoxdur.

Yudurdar mənə, yudurdar mənə.

A kızım seni çalğıcıya bereyim,

Yok babacığım, yok,

O çalgıcı, ben oynatçı.

Oynatır meni, oynatır meni.

A qızım, səni çalğıçıya verim,

O çalğıçı, mən oynayan.

Oynadar məni, oynadar məni.

Süjet xətti eyni olsa da, fərqlər də sezilir. Karaim nəğməsində ata övladının ailə qurması üçün müxtəlif peşə sahiblərinin adını çəksə də, Rüstəm bəy bu mövzuda övladı ilə bir qədər həssas davranır. Ona müxtəlif hədiyyələr alacağını deyib könlünü almağa çalışır, yalnız sonra onu ərə vermək istədiyini bildirir.

Göründüyü kimi, karaim folklorunda mühüm yer tutan iki “yır”—xalq nəğməsi az da olsa, kifayət edir ki, onların Azərbaycan da daxil olmaqla, türk ədəbiyyatında oxşar elementləri daşıdığını göstərək. Bu kiçik yazıda təsvir edilən müqayisəli oxşar gəzişmələr karaim xalqının türk ədəiyyatında özünəməxsus yer tutduğunu, qədim türk mifologiyasının izlərini özündə yaşatdığını göstərir. Eyni zamanda,ortaq tarixi keçmişə, ədəbiyyata və dilə malik türk xalqlarının fərqli coğrafiyalarda yaşamalarına baxmayaraq, onların bir-birlərinə təsiri də danılmazdır.

Qiymətləndirin:

“O, sərsəri dediyiniz qadın mənim anamdır”, – deyə bilmədi

Səfər Aşır Əraslan
Ankara

Osmanlı imperiyasının süquta uğradığı bir dönəmdə Qafqazda ermənilər tam bir faciə yaratmışdılar.

Arxasında Rus imperiyası dayanan xain ermənilər kişilərin cəbhədə olduğundan istifadə edib , Ərzurumda, Artvində, Qarsda evlərə girir, soyqırım törədirdilər. Uşaqdan qocaya ayaqyalın, başıaçıq, qaranəfəs hərə bir tərəfə qaçıb gizlənsələr də vəhşi ermənilərin əlindən canlarını qurtara bilmirdilər. Yollar döngəli, yoxuşlu , uçurumlu, qarlı, buzlu, bir sözlə, çox qorxulu idi. Ən dəhşətlisi də – bu yollar quldurların məkanına çevrilmişdi.

Düşmənin əlindən canlarını zorla qurtaranlarsa Anadolunun içərisinə doğru qaçırdılar. Ərzurumda yaşayan Bektaşi Şeyx Heydər əfəndi isə kənddən çıxmağı heç düşünmürdü.

Nəhayət, bir gün azğın ermənilər onların da qapısında dayandı. Vəziyyəti belə görən Şeyx İrana köçməyi qərara aldı.

Şeyxin İrandan gələn ziyarətçiləri çox olurdı, müridləri, sevənləri gətirdiyi hədiyyələrlə həmişə xətrini əziz tuturdular. Onun bu dünyada sarı saçlı , mavi gözlü kiçik Osmanından , bir də cəfakeş xanımı Zəhradan başqa bir yaxını yox idi. Osmanı uzun illərdən sonra, çox gec tapmışdılar. Buna görə də ona gözləri kimi baxır, yanlarından ayırmırdılar.

Qiymətləndirin:

Vladimir Nabokovun ilk müsahibəsi

Vladimir Nabokov

Jurnalist Andrey Sedıx

Müsahibə Riqada çap olunan “Bu gün ” qəzetində 4 noyabr 1932-ci ildə yayımlanmışdır.

1932-ci il. Paris… Vladimir Sirin 1 -Nabokov onun şərəfinə təşkil olunmuş ədəbiyyat gecəsində iştirak etmək üçün burdadır 2 . Düşünürəm ki,oxucular keçiriləcək görüşə onu təkcə yazıçı kimi sevdikləri üçün yox, həm də “Lujinin müdafiəçisi”nin müəllifinin hansı görünüşə malik olduğunu görmək üçün gələcəklər. Onu da deyim ki, maraq sahibləri qarşılarında 33 yaşlı, idmançı görünüşlü, çox çevik, əsəbi, impulsiv bir gənc görəcəklər. Peterburqlulara məxsus nəzakətli davranış tərzinə malik və gözəl danışıq qabiliyyətli, Kembricdən “yadigar qalan idmançı görünüş”lü , Berlin istehsalı olan keyfiyyətli, son dəbə uyğun kostyum geyinmiş – Sirin-Nabokov.

Onun uzunsov, arıq sifəti, hündür, günəşdə qaralmış alnı, qeyri-adi üz cizgiləri var. Sirin sürətli nitq qabiliyyətinə malikdi, tez-tez və əyləncəli danışır. Amma müdrikliyə bənzər hansısa hiss ona özündən bəhs etməyə mane olur. Bir də ki, əslində bu çox qəliz məsələdi- yazıçı üçün uydurduğu həyatı kağıza köçürmək, özünün şəxsi həyatı haqda maraqla danışmaqdan daha asandı. Bu 33 ildə o, Peterburqda Teniş məktəbində orta ixtisas təhsilinə yiyələnmiş, Krımdan qaçmış, Kembricdə xoşbəxt zamanlar keçirmiş, kitablarla bərabər olmasına baxmayaraq olduqca darıxdırıcı Berlin həyatı yaşamışdır və hal-hazırda da yaşamaqdadır. Tənbəllik onun yerdəyişməsinə imkan vermir. Bir də ki, əslində harda yaşamağın nə fərqi?

Qiymətləndirin:

Məşhurlar xatirələrdə – Natiq Səfərov

Yeni layihəmizdə əfsanəvi tərcüməçi Natiq Səfərov haqqında xatirələrini bizimlə xanımı Zümrüd Səfərova bölüşür

Həyat yoldaşım Natiq Səfərov çox ciddi adam idi, artıq söz, artıq hərəkət sevməzdi. Öz-özlüyündə isə azad bir adamdı. Ona ən dəhşətli gələn 9-dan 6-ya qədər işdə oturmaq idi. Bürokratizmi heç qəbul etməzdi, bir sözlə, əsl yaradıcı adam idi. Gecə-gündüz yazır, tərcümə edir, bütün günü işləyirdi. Boş vaxtlarında isə dostlarıyla vaxt keçirməyi sevirdi. Yadımdadır, hörmətini həmişə əziz tutduğumuz, universitetdə bizə dərs deyən müəllimimiz, teleradioda bir yerdə çalışdığımız gözəl insan, gözəl jurnalist mərhum Tofiq Rüstəmovla qonşu idik. Axşamlar Natiq Tofiq müəllimlə gecə gəzintisinə çıxar, dünya ədəbiyyatından söhbətlər edərdilər. Yaxud da dostlarıyla çayxanaya gedərdi; Natiqlə çayxanada oturmaq böyük bir hadisə idi. Çünki onun kimi çox maraqlı, savadlı, dünya ədəbiyyatını gözəl bilən ikinci adam tapmaq çətin idi. Ona görə də dostları onunla vaxt keçirməyi özlərinə şərəf bilirdilər.

Bir dəfə evə çox gec gəlmişdi, gecə saat 2 olardı. Mən qapını açanda o üzümə baxıb: “Gözlərindən görürəm, narazısan, kişi gecə 12-yə qədər gəldi-gəldi, gəlmədi, vaxt öz əhəmiyyətini itirir”-dedi.

Natiq hamıya kömək edirdi. Hətta öz tərcümələrinin altında dostlarının da imzalarını qoyurdu ki, onlar da qonorar alsınlar. Bir dəfə iş yoldaşlarından biri zəng edib Natiqin evə çatıb-çatmadığını soruşdu. Mən deyəndə ki, hələ gəlməyib, dostu dedi ki, Natiq Yazıçılar İttifaqının qabağında dayanıb, gəlib-gedənə kitabından aldığı qonorarı paylayırdı. Evə gələndə pulun çox cüzi olduğunu görüb soruşdum: “Bəs qonorar almadın? O da: “Pulu alıb gəlirdim ki, dostum D-nı gördüm. Onun 4 uşağı, arvadı, özü də kirayədə yaşayır. Cibimdə də o qədər pul, vicdanım yol vermədi, ona, o birilərinə qonorarımı payladım. Onlara baxanda şükür Allaha, bizim yenə evimiz var”. Dedim- “Evimiz var, amma qapısı yaxşı halda deyil, axı biz mənzilin qapısını dəyişdirəcəkdik”.. . Qayıtdı ki, olsun da, oğrudan qorxursan? Oğru bilir, kimin evinə gedir. Zarafatla dedim: Yox, oğrudan qorxmuram, oğrudan utanıram, gələr, əliboş gedər, yanında biabır olarıq”.

Qiymətləndirin:

Orta Asiya poeziyasından nümunələr

Sanjar Yanışev

Müasir Özbək şeirinin nümayəndəsi Sanjar Yanişev 1972-ci ildə Özbəkistanın Daşkənd şəhərində anadan olmuşdur. Daşkənd universitetinin “Rus filologiyası” fakültəsini bitirmişdir. 1995-ci ildən Moskvada yaşayan şair şeir yazmaqla bərabər, həm də özbək dilindən rus dilinə tərcümələr edir. Şeirləri Rusiyanın məşhur “Xalqlar dostluğu”, “Bilik”, “Arion”, “Yeni dünya” və s. jurnallarında çap olunmuşdur. S.Yanışev “Qurd”, “Daimi bağ”, “Təbiət” adlı kitabların müəllifidir.

Qiymətləndirin:

Bağçam yoxdur ki, güllərim solsun.

1907-ci ildə Polşada doğulan Maşa Kaleko, orta və ali təhsilini Berlində alır. 1930 – cu ildə, eyni şəhərdə həftədə bir dəfə nəşr olunan mədəniyyət qəzeti olan “Berlin Gündəliyi”ndə şeirləri dərc olunur və qısa müddət ərzində şair məşhurlaşır. Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra yəhudi olduğu üçün ölkədən getməyə məcbur olur. Maşa Kaleko şeirinin sadəliyi, əyləncəli ifadəsi, həyatın və xalqın içində olması, şeirindəki səmimiyyət ilə alman şeirinə özünəxas bir ifadə tərzi gətirir və 60 – 70 – ci illər alman şeirində bu ifadə tərzi birmənalı qarşılanmır. Berlin İncəsənət Akademiyasının Kitab mükafatından imtina edən Kalekonun ən məşhur kitabları “Steno Lirikası”, “Mahnı davam edir”, “Sevgi şeirləri“ və “Özümlə söhbət” şeir kitablarıdır. Almaniyanın ən məşhur şairlərindən biri olan Maşa Kaleko 21 yanvar 1975 – ci il tarixində dünyasını dəyişir.

Dunya ədəbiyyatı tarixi

01-10-2019 15:22

Təsadüfi deyil ki, qədim yunan filosofu Aristotel ədəbiyyatı təqlidi sənət , yəni həyatı və insanları yamsılama sənəti adlandirmışdır.

Həyatı əks etdirmək ədəbiyyatı elmə yaxinlaşdırır. Ədəbiyyat dedikdə müxtəlif elm sahələrinə dair mənbələrin cəmi nəzərdə tutulur:siyasi ədəbiyyat, texniki ədəbiyyat, tibbə dair ədəbiyyat ve .s. Amma elmdən fərqli olaraq , ədəbiyyat həyatı bədii təxəyyül əsasında əks etdirir. Həyatı və insanları bədii təxəyyüllə, yeni obrazlı şəkildə əks etdirmək ədəbiyyatı elmdən fərqləndirirsə , incəsənətin digər sahələrinə yaxınlaşdırır. Bu mənada ədəbiyyat bir növ incəsənətin qoludur. Ədəbiyyat sözu ədəb (mərifət) sözündən götürülmüşdür. Ədəbiyyatın vəzifələrindən biri insanlara zövq verməkdirse , biri də insanları tərbiyə etmək, onları mənəvi cəhətdən zənginləşdirməkdir. Ədəbiyyatı öyrənən elmə ƏDƏBİYYATŞÜNASLIQ deyilir. Ədəbiyyatşünaslıq elminin 3 əsas sahəsi var: 1.Ədəbiyyat tarixi 2.Ədəbiyyat nəzəriyyəsi 3.Ədəbi tənqid. Azərbaycan ədəbiyyatı tarixi bu dövrlərə bölünür: 1.Qədim dövr-(13 cü əsrə qədər) 2.Orta dövr-(13-17 əsr) 3.Yeni dövr-(17- 20 əsr) 4.Ən yeni dövr-(20 əsrdən sonrakı) Azərbaycan ədəbiyyatının ümumi ideya-bədii istiqaməti və aparıcı prinsipləri türkçülük, islamçılıq, müasirliklə bağlıdır. Həmin ideya-bədii istiqamətlər bu və ya digər dərəcədə ədəbiyyatımızın tarixi dövrlərinin hər biri üçün səciyyəvi olmuşdur. Bədii ədəbiyyatin iki qolu var: 1.Şifahi xalq ədəbiyyatı (folklor) 2.Yazılı ədəbiyyat.

Dalidag.az

Kateqoriya: Karusel

Tarix: 01-10-2019 15:22

Comments are closed, but trackbacks and pingbacks are open.