Sosial Coğrafiya: Nələri öyrənmək lazımdır, köməkçi elmlər, nümunələr
Sözdə radikal coğrafiyaşünaslarla yanaşı, özünü daha humanist elan edən başqa bir tendensiya da ortaya çıxdı. Bu, əsərini kosmosdan istifadə zamanı insan subyektivliyinin analizinə yönəltdi.
Müasir coğrafiya XX əsrin 90-cı illərində
70-ci illərdən başlayaraq iqtisadi və sosial coğrafiya elmi humanizm və sosial təsisatlar prinsipinin üzərinə qayıdır. Bu çox əhəmiyyətli məsələdir. Belə ki, texnokratiyanın üstələdiyi sovet cəmiyyətində həmin prinsip kölgədə qalmışdır. Hələ 60-cı illərdən bunu görən N.N.Baranski açıq şəkildə «insansız coğrafiyanın» əleyhinə çıxış etmişdir. İstehsal sahələrini öyrənən iqtisadi coğrafiya tədricən öz tədqiqat obyektinə sosial sahələrin coğrafiyasını da əlavə edir. Elmin mahiyyətinin genişləndirilməsi onun adında dəyişikliklər aparılmasını tələb edirdi. Ona görə də «İqtisadi və sosial coğrafiya» adı yaranır və 1979-cu ildən Ali Attestasiya Komissiyası bu ixtisas üzrə elmlər namizədi və elmlər doktoru adlarının verilməsini təsdiq edir. Bu elmin yeniləşdirilmiş anlayışları və kateqoriyaları geniş və hərtərəfli şəkildə E.B.Alayevin fundamental xarakterli terminlər lüğətində (Sosialno-ekonomiçeskaya qeoqrafia. Ponətiyno-terminoloqiçeskiy slovar. M. 1983) verilmişdir. Lüğətdə, iqtisadi və sosial coğrafiyanın 800-ə qədər termininin geniş izahatı verilmişdir.
İqtisadi coğrafiya elmində başlanan yeniləşmə 80-90-cı illərdə davam etdirilir. Bu dövrdə A.İ.Çistobayev və M.D.Şarıqinin yazdıqları nəzəri-metodoloji monoqrafiyada (Ekonomiçeskaya i sosialnaya qeoqrafiya, Novıy etap, 1990) iqtisadi və sosial coğrafiyanın predmeti kimi bütövlükdə cəmiyyətin ərazi təşkilinin öyrənilməsi ideyası əsaslandırılır. Bununla bağlı olaraq cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi və təsiri, iqtisadi – ekoloji rayonlaşdırma, coğrafi əmək bölgüsünün növləri, cəmiyyətin ərazi təşkilinin sosial-coğrafi problemləri diqqət mərkəzinə çəkilir.
Yenə də həmin dövrlərdə rus dilində «Coğrafiya dünyası» (M. 1984) adlı fundamental əsər çap olunur. Populyar dildə yazılmış bu əsərdə coğrafiyanın məşğul olduğu köklü məsələlər nəzərdən keçirilir, dünyanın dərk edilməsində bu elmin rolu və yeri haqqında geniş məlumat verilir. Orada coğrafiyanın tarixi, Yerin coğrafi kəşflər tarixi, səyahətlər, tədqiqatçılar və s. haqqında danışılır. Yerin təbiətini canlı şəkildə əks etdirən, oxunuşunu asanlaşdıran illüstrasiya materialları kitaba böyük maraq doğurur.
1990-2000-ci illəri əhatə edən keçid dövrünün tələbatı ilə bağlı olaraq iqtisadi və sosial coğrafiyanın bir sıra problemlərinin dərinləşdirilməsi və yeniləşdirilməsi müşahidə olunur. SSRİ-nin dağılması bizim elmə zorla sırıdılan inzibati amirlik baxışlarından qurtarmaq, sərbəst axtarışlar aparmaq tələb olunurdu. Lakin bu ümumi axtarışlar gedişində bəzi ədəbiyyatlarda iqtisadi və sosial coğrafiyada indiyədək toplanmış elmi irsi kölgədə qoymaq və tamamilə sıfırdan başlamaq kimi səslər də eşidilirdi. N.N.Baranski, N.N.Kolosovski və başqalarının iqtisadi rayonlaşdırma və ərazi-istehsal kompleksləri nəzəriyyələri və baxışları tənqid olunurdu. Belə çıxırdı ki, bu nəzəriyyələr artıq köhnəlib və coğrafiya tarixinin «zaman gəmisindən» kənara atılmalıdır. Bu kimi səhv fikirləri tənqid edən akad. V.M.Kotlyakov qeyd edirdi ki, coğrafi ideyalar həmişə zamanla bağlı olduğundan dərin tarixi köklərə malikdir və zaman keçdikcə daha da qüvvətli görünür. Bu baxımdan N.N.Baranski və N.N.Kolosovskinin nəzəriyyələri haqqında deyilən mənfi fikirləri düzgün hesab etmək olmaz. Deməli yeni sosial-iqtisadi sistemə keçid heç də bizim elmin əvvəllər yaratdığı bir çox mütərəqqi nəzəri və metodiki anlayışları inkar etməməlidir.
Müasir dövrdə iqtisadi və sosial coğrafiyanın diferensiasiyası xeyli dərinləşir, bu elmdə sosioloji, humanizm və siyasi coğrafiya istiqamətlərinə meyllər artır. Cəmiyyət tərəfindən sifarişlər, daha çox siyasi coğrafiyaya, xüsusilə onun seçicilər (elektoral) coğrafiyası qoluna, geosiyasətə, ərazi və etnik konfliktlərin coğrafiyasına aid verilir.
Regional siyasət problemlərinin işlənib hazırlanması, inzibatı-ərazi bölgülərinin elmi cəhətdən əsaslandırılması və s. istiqamətlərin inkişafı daha sürətlə gedir.
Bütün bunlar öz nəticəsini son illərin elmi ədəbiyyatında tapmışdır. İstehsal sahələrinin coğrafiyasına həsr olunan mövzuların çapı azalır, sosial sahələrinki isə artır. Əgər 70-ci illərdə MDB məkanında iqtisadi və sosial coğrafiya üzrə nəşr olunmuş bütün elmi ədəbiyyatın 50 faizi istehsalın coğrafiyasına həsr olunmuşdursa, 90-cı illərdə bu rəqəm cəmi 30 faiz təşkil etmişdir. Əksinə, müxtəlif siyasi partiya və hərəkətlərdən, özəl müəssisələrdən qəbul olunan sifarişlər nəticəsində sosial və siyasi coğrafiyaya həsr olunan elmi ədəbiyyatın sayı xeyli çoxalmışdır. Bütün bu yeniliklərlə bağlı olaraq 1995-ci ildə MDB-nin bir sıra ölkələrinin Ali Attestasiya Komissiyaları «İqtisadi və sosial coğrafiya» ixtisası üzrə elmlər namizədi və doktoru adlarının verilməsi üçün daha bir söz «siyasi coğrafiya» sözünü əlavə etməklə – «iqtisadi, sosial və siyasi coğrafiya» adını təsdiqləmişlər. Belə geniş ad altında iqtisadi və sosial coğrafiya cəmiyyətin həyatının bütövlükdə ərazi təşkilini və onun ayrı-ayrı ölkələrdə, rayonlarda və məhəllələrdə təzahür xüsusiyyətlərini və qanunauyğunluqlarını öyrənir.
90-cı illərdə açıq iqtisadiyyata keçməyə başlayan Müstəqil Dövlətlər Birliyi ölkələrində xüsusilə, Rusiyada bir sıra yeni iqtisadi və sosial coğrafi ədəbiyyatlar çap olunmuşdur. Bu ədəbiyyatlarda ölkələrin iqtisadi inteqrasiyası və tarazlı (dayanıqlı) inkişafı anlayışlarının mahiyyətinə, böhran və depressiyaya uğramış regionların dirçəldilməsi problemlərinə, urbanizasiya proseslərinə və s. aid maraqlı və yenilik xarakterli elmi yazılar verilir. Bu dövrdə əhali və yaşayış məskənləri coğrafiyasına aid daha çox elmi ədəbiyyat yazılmışdır.
S.A.Kovalyovun Moskva universitetində yaratdığı kənd yerlərinin coğrafiyasına aid məzmunlu məktəbin davamçısı olan A.İ.Alekseyevin 1990-cı ildə «Çox üzlü kənd» adlı monoqrafiyası bu problemə həsr olunmuşdur. Burada kənd yerlərinin funksiyası, yaşayış şəraiti, strukturu, idarə olunması və s. məsələləri kompleks şəkildə təhlil olunur.
Urbanizasiya və şəhərsalma problemlərinə həsr olunan ən əhəmiyyətli əsərlərdən biri də E.N.Pertsikin «Şəhərlər coğrafiyası urbanistika əsasları ilə» (M. 1996) kitabıdır. Əsərdə rayon layihələşdirilməsi baxımından dünya urbanizasiya prosesinin mürəkkəb döngələrindən keçdiyi yollar parlaq şəkildə işıqlandırılır.
Q.M.Lapponun şəhərlər coğrafiyası ilə bağlı yeni çapdan çıxmış (Qeoqrafiya qorodov, 1997) dərs vəsaiti böyük əhəmiyyət kəsb edir. Dərs vəsaitində şəhərlər sisteminin metodoloji problemləri, strukturu, dinamikası, ərazi-dayaq («karkas») rolu və s. nəzərdən keçirilir. Şəhərlərin coğrafiyası ilə bağlı məsələlər əsasən Rusiya Federasiyasına həsr olunsa da, keçid dövrünün şəhərlərə təsirinin öyrənilməsi baxımından xeyli maraq doğurur.
Nəqliyyat coğrafiyası ilə bağlı olan tədqiqatların sayı da artmışdır. Bu da bazar iqtisadiyyatına keçid, sərbəst gediş-gəliş və ölkələrarası inteqrasiyanın güclənməsi və s. ilə bağlıdır. MDB-nin nəqliyyat coğrafiyasına aid 1991-ci ildə iri həcmli dərslik nəşr olunmuşdur. Dərslikdə nəqliyyatın iqtisadi coğrafiyasının predmeti kimi ölkə və onun regionları üzrə iqtisadi və sosial inkişaf prosesində formalaşan ərazi nəqliyyat sistemləri götürülür. Kitabın mərkəzi ideyasını məhsuldar qüvvələrin yerləşdirilməsi ilə nəqliyyatın qarşılıqlı əlaqələri və iqtisadi coğrafi rayonlar üzrə bu əlaqələrin həcmi, strukturu və istiqamətlərinin təhlili təşkil edir. Bir çox obyektiv amillərə, texniki-iqtisadi və coğrafi əsaslarla bağlı olduğuna görə SSRİ müstəqil dövlətlərə ayrılsa da, onların nəqliyyat sistemləri öz fəaliyyətini əvvəlki kimi birgə davam etdirirlər.
Başlıca nəqliyyat növləri, onların yük və sərnişin daşınmalarında yeri və əhəmiyyəti və MDB ölkələrinin hər birinin ayrıca nəqliyyat sisteminin coğrafiyası geniş təsvir olunur.
Kompleks diyarşünaslıq tədqiqatları son illər daha da inkişaf etdirilmişdir. SSRİ-nin dağılması, sərhədlərin açılması, həm bizim və həm də xarici ölkələrin coğrafiyaşünasları və cəmiyyətləri arasında əlaqələri genişləndirmişdir.
Xarici ölkələr, o cümlədən MDB üzrə kompleks diyarşünaslıq istiqaməti davam etdirilmişdir. Bununla bağlı son illər nəşr olunan ədəbiyyatlar arasında ən iri və sanballısı M.D.Aksyonovanın redaktorluğu ilə buraxılan coğrafi ensiklopediyadır (Ensiklopediya, tom 3, Qeoqrafiya, M.1997). Ensiklopediyada Böyük coğrafi kəşflər, ekspedisiyalar, Yerin təbiəti, dünya təsərrüfatı və əhalisinin coğrafiyası, təbiət və cəmiyyətin qarşılıqlı münasibətlərinin müasir vəziyyəti və s. məsələlər canlı və anlaşılan dildə şərh edilmiş, çoxlu orijinal şəkil və xəritələrdə əks etdirilmişdir.
A.T.Xruşşyovun redaktorluğu ilə Rusiyanın iqtisadi və sosial coğrafiyası dərs vəsaiti (Ekonomiçeskaya i sosialnaya qeoqrafiya Rossii» M.1997) nəşr olunmuşdur.
Universitetlər üçün nəzərdə tutulan bu vəsaitdə MDB ölkələri haqqında müxtəlif məlumatlar Rusiyanın yeni geosiyasi vəziyyəti onun təsərrüfat sahələri, iri iqtisadi zona və rayonlarının iqtisadi və sosial coğrafi səciyyəsi verilir.
Son illər xarici ölkələrə həsr olunan sanballı coğrafi ədəbiyyatın nəşri də artmışdır. Bir çox tədris vəsaitləri, ensiklopediyalar, monoqrafiyalar, atlas və xəritələr buraxılmışdır. Onlardan V.P.Maksakovskinin üç cilddə çapdan çıxmış «Dünyanın coğrafi mənzərəsi» (M.1998) kitabı müəllimlərə köməklik məqsədilə yazılsa da, geniş oxucu kütləsi üçün böyük maraq doğurur.
Dünyanın təbii ehtiyatları, siyasi xəritəsində baş verən son yenilikləri, əhalisi, təsərrüfatı, qlobal problemləri və s. kitabda geniş təsvir edilmişdir. Kitabın birinci hissəsində dünya təsərrüfatının müasir coğrafiyası və onda baş verən dəyişikliklər, siyasi coğrafiyanın problemləri, azad iqtisadi zonalar anlayışı, dünyanın ekoloji problemləri və s. haqqında geniş məlumat verilir. İkinci hissədə dünyanın iri regionlarında baş verən siyasi, iqtisadi və sosial coğrafi dəyişikliklər göstərilir, hər bir regionun xarakterik cəhətlərini əks etdirən problemlər təhlil olunur, iri ölkələr haqqında coğrafi müntəxabat xarakterli geniş oxu məlumatları verilir. Dünyanın qlobal problemlərinin yeni baxımdan təhlili kitabın üçüncü cildində toplanmışdır.
V.P.Maksakovskinin son illər yazdığı iri həcmli (600 səhifə) fundamental əsərlərindən biri də dünyanın tarixi coğrafiyasına (İstoriçeskaya qeoqrafiya mira, M. 1997) həsr olunmuşdur. Bu təqdirəlayiq əsərin qayəsi təkcə coğrafi baxımdan tarixi proseslərin qiymətləndirilməsi olmayıb, həm də tarixi-coğrafi araşdırmaların necə aparılmasını göstərmişdir. Onun ən ümdə vəzifəsi dünyanın müasir xəritəsinin, təsərrüfatının və əhalisinin formalaşma tarixini göstərməkdir. Özü də əhalinin artması, hərəkəti maddi və mənəvi mədəniyyəti əsas kimi götürülür. Dünya mədəniyyətlərinin səciyyələndirilməsində şəhərlərin inkişaf tarixindən geniş istifadə olunur. Qədim şəhərlərin – İyerixon, Milet, Afina, Roma, İsgəndəriyyə və s. mədəniyyətin və elmin, o cümlədən coğrafiyanın inkişafında oynadıqları əvəzsiz rolu qeyd olunur.
Coğrafi baxımından bu kitabın ən mühüm ana xəttlərindən biri də Yer haqqındakı biliklər səviyyəsini sistematik təsvir etməsi, coğrafiya elminin vəziyyətini və inkişafını səciyyələndirməsidir.
Bu dövrdə (1990-2000-ci illər) xarici ölkələrin iqtisadi, sosial və siyasi coğrafiya ədəbiyyatlarında bizim üçün önəmli olan, təcrübə rolunu oynaya bilən bir sıra yeni problemlər irəli sürülür. Bunların sırasına: Qərb-Şərq və Şimal-Cənub iqtisadi inteqrasiyası, sərhədyanı əməkdaşlıq, azad iqtisadi zonalar üçün coğrafi məkanın seçilməsi meyyarları, beynəlxalq coğrafi əmək bölgüsü və inteqrasiyanın yeni mərhələsi, regionların tarazlı inkişafı, mərkəz və əyalətlərin (periferiyanın) qarşılıqlı münasibətləri və s. daxildir. Göstərilən bu problemlərin həlli bazar münasibətləri quran postsosialist ölkələrinin iqtisadi və sosial coğrafiyası elminin yeni ideyalarla zənginləşməsinə səbəb olacaqdır.
V.P.Maksakovskinin son illər çap olunan və böyük maraq doğuran yeni səpgili əsərlərindən biri də «coğrafi mədəniyyət»ə (Qeoqrafiçeskaya kultura. M.1998) həsr olunmuş dərsliyidir. Burada ilk dəfə coğrafi mədəniyyət anlayışı, müasir məktəb coğrafiyasında onun vəziyyəti ətraflı nəzərdən keçirilir. Qeyd olunur ki, bütövlükdə coğrafiya elminin və məktəb coğrafiyasının reytinqinin aşağı olması coğrafi mədəniyyətin səviyyəsinə də mənfi təsir göstərir. Bunun səbəbi elmlər sırasında coğrafiya elminin tutduğu yerin «direktiv orqanlar» tərəfindən lazımı dərəcədə qiymətləndirilməməsi və coğrafiya müəllimlərinin böyük əksəriyyətinin, xüsusilə kənd yerlərində coğrafi baza təhsillərinin aşağı olmasıdır.Müəllif daha sonra göstərir ki, mədəniyyət xeyli aydın seçilən «üfüqi» (horizontal) və «şaquli» (vertikal) aspektlərə malikdir. Birinciyə misal olaraq dünya mədəniyyətinin iki böyük ərazi tiplərini-qərb və şərq, və çoxsaylı digər tiplərini və yarım tiplərini göstərmək olar. Mədəniyyət anlayışının «sahə» və ya «şaquli» aspektləri də yekcins deyildir. Biz riyaziyyat, fizika, tarix, coğrafiya və başqa mədəniyyətlər haqqında ətraflı danışa bilərik. Onların hər birinin, o cümlədən coğrafi mədəniyyətin müstəqil yaşamaq hüququ vardır. Ümumbəşər mədəniyyətin və təhsilin inkişafında coğrafiyanın rolu haqqında məşhur elm adamları da sözlər demişlər. Coğrafi mədəniyyət son illər iqtisadi, kartoqrafik və ən vacibi isə ekoloji mədəniyyət elementləri ilə xeyli zənginləşmişdir. Ekoloji mədəniyyət planetimizdə yaşayan bütün insanların, ətraf mühitin qorunub saxlanılması və gələcək nəsillərə onun yararlı halda verilməsi sahəsində öz səylərini birləşdirmələri ilə səciyyələnir.
Coğrafi mədəniyyət anlayışı V.P.Maksakovski tərəfindən dar və geniş mənada şərh olunur. Birinci halda söhbət, coğrafiya mütəxəssislərinin peşəkarlıq mədəniyyətindən, onların öz elmlərinin başlıca nəzəri və tətbiqi məsələlərini dərindən bilmələrindən gedir. Geniş mənada coğrafi mədəniyyət, müasir sivilizasiyalı cəmiyyətin hər bir vətəndaşının coğrafiya sahəsində tələb olunan həcmdə biliklərə sahib olmasıdır. Bu düyün nöqtəsində müəllim aralıq mövqe tutaraq bir tərəfdən coğrafiya mütəxəssisi, digər tərəfdən isə gənclər arasında kütləvi coğrafi mədəniyyətin yayıcısı kimi çıxış edir. Coğrafi mədəniyyət dörd əsas ünsürü əhatə edir: 1. Dünyanın coğrafi mənzərəsini; 2. Coğrafi təfəkkürü; 3. Coğrafi metodları; 4. Coğrafi dili. Göstərilən ünsürlərin kitabda geniş təhlili verilmişdir.
90-cı illərdə fiziki coğrafiya elminin inkişafı və tədrisi sahəsində xeyli irəliləyişə nail olunmuşdur. A.A.Qriqoryev, S.K.Kolesnik, F.N.Milkov və b. coğrafi təbəqənin formalaşması, onun strukturu, dinamikası və s. haqqında fundamental tədqiqatlar aparmışlar, dərsliklər nəşr etdirmişlər. Belə maraqlı dərsliklərdən biri də F.N.Milkovun «Ümumi yerşünaslıq» (1990) kitabıdır. Universitet tələbələri üçün nəzərdə tutulan bu dərsliyin ilk üç fəsli yerşünaslığın ənənəvi obyekti olan coğrafi təbəqəyə, ona göstərilən planetar və kosmik təsirə, strukturuna həsr olunub. Landşaftın dinamikası, maddələr və enerji mübadiləsi kimi məsələlərinin təhlilinə dərslikdə xeyli yer ayrılmışdır. F.N.Milkov həmçinin yerin landşaft sferasına və onun əsas növlərinə – yerüstü, buzlaq, quru, su, dib və s. təhlilinə aid özünün əsaslı töhfəsini vermişdir. Təbii zonalıq, onun haqqındakı müasir təsəvvürlər, enlik, hidrotermik, orogen, şaquli landşaft zonalığı müfəssəl şəkildə işıqlandırılır.
E.P.Romanovanın rus dilində çapdan çıxan (Sovremennıye landşaftı Evropı (M.1997)) dərs vəsaitində Avropanın təbii landşaftlarının yaranması amilləri və yerləşmə qanunauyğunluqları, təsərrüfatda onların mənimsənilməsi tarixi, antropogen təsirin altında transformasiyası və s. tədqiq olunur. Avropanın iri regionlarındakı landşaftların yaranması və müasir xüsusiyyətləri şərh olunur.
Hidrologiyaya aid nəşr olunan ədəbiyyatlar sırasında R.S.Çalovun çayların məcrasının tədqiqinə həsr olunmuş dərs vəsaiti xüsusilə fərqlənir (Russlovoe issledovanie, M, 1995). Məcranın çoxsahəli tədqiqatlarının üç əsas istiqamətləri: hidroloji, geoloji, və coğrafi, qarşılıqlı əlaqə şəklində verilmişdir. Dərs vəsaitində məcranın tədqiqatlarının bütün mərhələləri – çöldə faktiki materialların toplanması və əlavə sahmanlanmasından başlayaraq, kameral təhlili və stasionar öyrənilməsinə qədər, əhatə olunmuşdur.
70-ci illərdən sonra ətraf mühitin çirklənməsi dünyanın qlobal problemlərinə çevrilir. Təbii sistemlərə edilən antropogen təzyiqlərin artması insan üçün təhlükə törədən ekoloji çirklənmənin daha geniş sahələrdə yayılmasına səbəb olur. Ona görə də bəşəriyyətin həyatı üçün aktual olan bu problemlərə aid daha çox ədəbiyyat çap olunmağa başlayır. Fundemental xarakterli belə əsərlərdən biri də N.F.Reymersin «Təbiətdən istifadə» lüğət – məlumat (M.1990, rus dilində) kitabıdır. Problem məsələləri əhatə edən bu sözlük – məlumat kitabı dünya təcrübəsində ilk dəfə yaradılmışdır. Burada təbiətdən istifadənin ekoloji, sosial və iqtisadi məsələlərinə həsr olunan 5000-dən çox ən mühüm termin və anlayışların izahı verilmişdir. Elmin inkişafının hazırki mərhələsi üçün əhəmiyyətli olan bir sıra yeni terminlər təklif olunur və onların izahı verilir. Müəllif coğrafi ekologiya kimi yeni anlayışı belə izah edir: «coğrafi ekologiya (geoekologiya), biosfer də daxil edilməklə ekosistemin yüksək iyerarxiya səviyyəsini öyrənən» ekologiyanın (coğrafiyanın) bir bölməsidir. Bu terminin sinonimləri (əvəzi) – landşaft ekologiyası, biogeosenologiyadır».
Q.N.Qolubevin «Geoekologiya» (M.,1999, rus dilində) dərsliyi coğrafi ekologiyanın geniş məsələlərini əks etdirir. Onun dərsliyində göstərilir ki, coğrafi ekologiya geosfera ilə cəmiyyətin qarşılıqlı inteqrasiyasına əsaslanan ekosistemi öyrənən fənnlərarası elmi istiqamətdir. Kitabda ekosferın təbii və sosial-iqtisadi amilləri, qlobal miqyasda dəyişməsi problemləri, hidrosfer, litosfer, biosfer ətraflı tədqiq olunur. Təbii-texniki sistemlərin coğrafi ekoloji baxımdan təhlili verilir. Bəşəriyyətin salamat yaşaması baxımından böhran xarakterli qlobal problemlər (coğrafi-ekoloji, demoqrafik, su, enerji, ərzaq, mineral xammal) tədqiq edilir.
Son illər tədris, siyasi və elmi-tədqiqat ehtiyacları ilə bağlı olaraq kartoqrafik məhsullarına tələbat xeyli artmışdır. Yeni tematik və regional xəritələr düzəldilir, geoinformatika texnologiyası tətbiq olunur. Bir sözlə, xəritələr daha məzmunlu olub və tətbiq sahələrinə görə kütləvi xarakter alır. Dinamik coğrafi təsvirlərin, kompüterlərin, slayd-filmlərin, tədris coğrafi filmlərin və s. geniş istifadəsinə əsaslanan yeni video-kartoqrafiya bölməsi yaradılır.
Bununla belə, qeyd etmək lazımdır ki, kartoqrafiyanın coğrafi əsasdan ayrılaraq geoinformatika təsiri altına düşmə qorxusu vardır. Bu da onun geoinformatika tərkibində əriməsi təhlükəsini yarada bilər. Ona görə də coğrafiya, başlıca diqqət informasiya və avtomatlaşdırma vasitələrindən kartoqrafiyada bir metod kimi geniş istifadə edilməsinə yönəldilməlidir.
Ekoloji xəritələşdirmədə daha çox yeniliklər və irəliləyişlər baş verir. Müxtəlif yüksəkliklərdə və müddətlərdə Yerin və onun iri regionlarının kosmosdan çəkilmiş şəkilləri ekoloji şərait haqqında dolğun məlumatlar verir.
Ölkələr və onların regionları haqqında coğrafi informasiya sistemi (CİS) əsasında ekoloji xəritələrin tərtibi genişlənir. Ərazilərin inkişafının təhlilinə və vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuş elektron xəritələr və atlaslar tərtib olunur. Belə xəritələr həm də təbii ehtiyatların istifadəsini, əhalinin dinamikasını, regionların tarazlı (dayanıqlı) inkişafı problemlərini və s. əhatə edir.
Amerika coğrafiyası üzrə mütəxəssis V.M.Qoxman, Mərkəzi Amerika üzrə tədqiqatçı Y.Q.Maşşbis, Hindistan tədqiqatçısı Q.V.Sdasyuk, Mərkəzi Avropa və Almaniya coğrafiyaları üzrə tədqiqatçı S.B.Lavrov, Cənubi Amerika üzrə tədqiqatçı V.V.Volski, Şərqi Avropa ölkələrinin coğrafiya üzrə ixtisaslaşan İ.M.Mayerqoyz və b. dünya coğrafiyasının mühüm problemlərinə aid qiymətli əsərlər yazmışlar.
Yerin coğrafi öyrənilməsinə ara verilmir. Yeni torpaqlar kəşf olunmasa da, Dünya okeanının sirləri açılır: onun suyunun fiziki və kimyəvi tərkibi, axınları, bəşəriyyətin qidalanmasında mühüm ərzaq mənbəyi rolunu oynayan balıq və digər heyvan növlərinin çoxalması, davranışı, qorunması, okeanın qlobal ekoloji şəraiti və s. öyrənilməsi davam etdirilir.
Coğrafiyaçı alimlər tərəfindən təbiət və cəmiyyətin müxtəlif xarakterli qarşılıqlı əlaqələri dərk olunur və öyrənilir. Yerin kosmosdan öyrənilməsi işləri geniş vüsət alır.
Kosmik coğrafiya elmi yaranmaq üzrədir. Bu elmin mütərəqqi və daha dəqiq üsullarından istifadə edərək Yerdə baş verən qasırğa və meteoroloji hadisələri qabaqcadan xəbər vermək, məskunlaşma və sənaye ocaqları areallarının, kənd təsərrüfatı bitkiləri və nəqliyyat xəttlərinin və s. yerləşməsini öyrənməyə başlanıbdır. Göstərilən məsələlər aşağıda adları çəkilən: «Coğrafi tədqiqatlarda aerokosmik metodlar» (1982), «Sosial-iqtisadi coğrafiyada aerokosmik metodlar» (1983) və digər tədris kitablarında özünün geniş izahatını tapmışdır.
Köhnə üsullarla – nə xəritə və nə də qlobus vasitəsilə kosmik coğrafiyanın verdiyi qədər geniş informasiyanı biliklər almaq olmaz. Bunun üçün artıq on illərdən bəri müxtəlif hündürlüklərdə və işıqlandırma şəraitində çəkilmiş böyük həcmdə kosmik şəkillər və materiallar daha faydalıdır. Bu materiallar real «qlobusun» mənzərəsindən fırlanan canlı Yerin müasir coğrafiyasını qurmaq üçün tam yetərlidir. Kosmik «qlobus»da yerdəki boğazlar, okeanlar, dənizlər, adalar, dağlar və səhralar tamamilə başqa görünüşə malikdirlər.
Bu şəkillər böyük bir kino lenti kimi Yerin rəngli mozaikasını real olaraq göz önündə canlandırır. Kosmosdan baxdıqda təbiətdə heç nəyin təsadüfi olmadığını və öz qanunu ilə yaşadığını aydın görürsən. Kosmik gəmidən bitkilərin rənginin dəyişməsi ilə Yerin şimal və cənub yarımkürələrində fəsillərin eyni vaxtda gedişini görə bilərsən. Səthə yaxın olan geoloji formasiya ilə onun üzərində əmələ gəlmiş landşaftın ümumi mənzərəsi arasındakı əlaqələri aydın görmək olur. Ərazinin tektonik strukturunu kosmosdan öyrənməklə faydalı qazıntıların düzgün axtarışı istiqamətlərini müəyyən etmək olar.
Kosmosdan alınan şəkillər və informasiyanın köməyi ilə Yerin bütövlükdə və ayrı-ayrı regionları üzrə ekoloji şəraitinin öyrənilməsi müstəsna əhəmiyyət kəsb edir.
Son nailiyyət kimi kosmik materiallar əsasında Coğrafiya İnformasiya Sistemlərinin yaradılmasını (CİS-lər) göstərmək olar. Bu sistemlə hazırlanan rəqəmli xəritələrdə: ərazinin topoqrafiyası, yağıntıların miqdarı, temperaturun gedişi, əhalinin sıxlığı, flora və faunanın tərkibi və s. haqqında geniş həcmli coğrafi informasiya verilir.
Coğrafiya tarixi,
Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Sosial Coğrafiya: Nələri öyrənmək lazımdır, köməkçi elmlər, nümunələr
The gsosial eoqrafiya Sosial quruluşları, ətraf mühitlə əlaqələrini və sözügedən cəmiyyəti təşkil edən fərdlər arasında münasibətlərin necə inkişaf etdiyini araşdıran bir coğrafiyanın bir qoludur. Bir neçə tərif var və hamısı insan populyasiya qruplarını müşahidə etmək maraqları ilə razılaşır.
Bu şəkildə əsas şəhərlərin və sivilizasiyaların su hövzələri yaxınlığında yaradıldığı səbəbdən sakinlərə xidmət göstərən şəhərsalma inkişafına qədər araşdırılır. Bu çox disiplinli bir elmdir, yəni missiyasını yerinə yetirmək üçün digər disiplinlər tərəfindən kömək olunur.
Bu tamamlayıcı fənlər riyaziyyat və sosiologiya vasitəsilə statistikadan hidrologiyaya qədərdir. Müasir dövrdə sosial coğrafiyanın kökləri 20-ci əsrin 20-ci illərindən başlayır, kənd yerlərində, eləcə də şəhər mərkəzlərində həyat tərzi öyrənilməyə başlanır.
Hazırda daha mükəmməl tədqiqatlar aparmaq üçün yeni texnologiyalardan istifadə edilməyə başlandı, hətta məlumatları tamamlamaq üçün sosial şəbəkələrdən istifadə edən layihələr var.
Tədqiqat obyekti
Tədris sahəsinin və metodologiyasının geniş əhatəsini nəzərə alaraq, bu fənni fərqli təriflər var.Bununla birlikdə, bütün mütəxəssislərin bu barədə danışarkən qəbul etdikləri bəzi məqamlara rast gəlmək olar.
Birincisi, sosial coğrafiyanın işini insanların yaratdığı sosial strukturlara yönəltməsidir. Digər məsələlər arasında, qurulduqları ərazilərlə qarşılıqlı asılılığı öyrənir, buna görə də fiziki coğrafiyanın bəzi sahələrinə müraciət etməlidir.
Bu baxımdan həm ərazinin xüsusiyyətləri, həm də ətraf mühit və fərqli ictimai münasibətlər insanı belə izah edən bir bütünün bir hissəsidir. Ən tanınmış alimlərdən biri Horacio Capel sosial coğrafiyanı “mədəniyyət və insanın təbiətə uyğunlaşması” olduğunu ifadə edərək tərif etmişdir.
Bu disiplində olan elm adamları təkcə təkcə ərazi formalarını deyil, insanlara diqqət ayıraraq, müxtəlif əhali qruplarını sosial, cinsi, etnik və ya tarixi oxşarlıqlarına görə qruplaşdıraraq araşdırırlar.
İntizamın tarixi
Müasir sosial coğrafiyanın başlanğıcı ümumiyyətlə keçən əsrin 20-ci illərində iki fərqli elmi cərəyan tərəfindən aparılan araşdırmalara qoyulur. Biri kənd yerlərində insanların necə yaşadığını öyrənməyə həsr olunmuşdu; digəri də şəhər yerlərində eyni şeyi etdi.
Birincisi, sözdə Fransız məktəbinə mənsub idi və ərazinin şərtləri ilə burada yaradılan ictimai quruluş arasındakı əlaqəyə xüsusi əhəmiyyət verirdi. Onların işləri iqlimin, təbii sərvətlərin və ya ətraf mühitin ərazidəki insanların həyatına necə təsir etdiyini təhlil etdi.
Çikaqo Sosiologiya Məktəbi deyilən şəhər həyatını öyrənməyi seçən məktəb idi. Əvvəlcə bu, sosial darvinizmin təsiri altında olan bir qrup idi və insan populyasiyası ilə botanika cəmiyyətləri arasında paralellik qurdular.
Bu sosial elm adamları üçün şəhər, sosial təbəqə və ya etnik mənbə kimi amillərdən asılı olaraq insanların qruplaşdırıldığı müxtəlif sahələri ayırd etdi. Ən yaxşı sahələrin bölüşdürülməsi hər qrupun gəliri hesabına həyata keçirildi.
Sosial coğrafiyada yeni maraq obyektləri
60-70-ci illərdən başlayaraq dünyanın bir çox ölkəsində bərabərlik əldə etmək üçün hərəkətlərin meydana çıxması ilə sosial coğrafiya bu günə qədər davam edən yeni tədqiqat obyektləri tapdı.
Beləliklə, intizam fərqli insan qruplarının, xüsusən ənənəvi olaraq zərər çəkənlərin, məsələn, homoseksuallar və ya qadınların rifahını öyrənməyə başladı.
Sözdə radikal coğrafiyaşünaslarla yanaşı, özünü daha humanist elan edən başqa bir tendensiya da ortaya çıxdı. Bu, əsərini kosmosdan istifadə zamanı insan subyektivliyinin analizinə yönəltdi.
Sosial coğrafiyaya tətbiq olunan yeni texnologiyalar
Qalan elmi və analitik sahələrdə olduğu kimi, yeni texnologiyalar da sosial coğrafiyaya daxil edilmişdir.
Əsasən insan və coğrafiyası haqqında məlumat mənbəyi kimi fəaliyyət göstərən sözdə Coğrafi İnformasiya Sistemləri (CİS) istifadə edilməyə başlandı.
Köməkçi elmlər
Ümumilikdə sosial tədqiqatların xüsusiyyətlərindən biri də işlərini başa çatdırmaq üçün digər elmlərdən alətlərdən istifadə etmələridir. Sosial coğrafiya istisna deyil və aşağıdakı kimi köməkçi elmlərə əsaslanır:
Antropologiya
Antropologiya tədqiqat obyektinin bir hissəsini bölüşərək sosial coğrafiya ilə sıx bağlıdır. Bir elm olaraq, insanın bütün aspektlərinin öyrənilməsinə həsr edilmişdir: bioloji xüsusiyyətlərindən sosial xüsusiyyətlərinə qədər.
Sosiologiya
Əvvəlki kimi, xüsusiyyətləri sosial coğrafiya ilə bölüşür. Bu vəziyyətdə, hər iki sahə arasındakı əlaqəyə cəmiyyətlərin coğrafi tədqiqatında rast gəlinir.
Demoqrafiya
Bu tip coğrafiya üçün əsas köməkçi elmlərdən biridir. Cəmiyyətin müxtəlif aspektlərinə dair statistik məlumatlar hazırlayın.
İqtisadiyyat
İqtisadiyyat, xüsusən də iqtisadi coğrafiyanın qolu sosial tədqiqatlarda mühüm rol oynayır. Resursların bölüşdürülməsini və bu bölgünün hər bir insan cəmiyyətinə necə təsir etdiyini təhlil etmək çox faydalıdır.
Siyasi Elmlər
Siyasət, insanın ən daxili fəaliyyətlərindən biri olan töhfə sosial coğrafiya üçün təməldir. Güc oxlarının araşdırılmasına sosiopolitik deyilir.
Tarix
Tarixi bilmədən bu günü anlamaq mümkün deyil. Bu səbəbdən, heç bir sosial elm inkişaf edə bilməyəcək bir vasitədir.
İqlim və hidrologiya
İlk baxışdan belə görünməsə də, bunlar ictimai elmlərə çox kömək edən fənlərdir. Əbəs yerə heç bir insan topluluğu su və uyğun bir iqlim olan yerlərdə özünü qurmağa çalışdı.
Statistika
Statistika sosial coğrafiyanı kəmiyyətcə daha dəqiq araşdırmalar edə bilmək üçün metodoloji vasitələrlə təmin edir.
Digər köməkçi elmlər
Bütün yuxarıda göstərilənlərə əlavə olaraq, bu coğrafiya şöbəsi şəhərsalma, riyaziyyat, sosial ünsiyyət və hətta ilahiyyat kimi digər mövzularda da kömək edir.
Tədqiq olunan hadisələrin həqiqi nümunələri
Şəhər böyüməsinin konsentrik zonaları nəzəriyyəsi
Sosial coğrafiyanın öncüllərindən biri olan Burgessin bu əsəri sakinləri və iqtisadiyyatı üçün mükəmməl bir şəhər dizaynı yaratmağa çalışdı.
Beləliklə, şəhərin hər birinin funksiyası olan beş konsentrik üzük meydana gətirərək qurulmasını təklif etdi. Mərkəz müəssisələr üçün və əhalinin xarici üzükləri gəlirə bölünmüş olardı.
Sosial ədalət və şəhər
Şəhərsalma və sosial bərabərsizlik İngilis coğrafiyaşünası David Harvey tərəfindən nəşr olunan bir kitabın adı idi. Bu şəhər əraziləri və onların iqtisadiyyatı haqqında bir araşdırma idi; gettoların necə qurulduğuna xüsusi maraq göstərdi.
İtkin Xəritələr Layihəsi
Ən müasir layihələrdən biridir və inkişafı üçün sosial şəbəkələrdən istifadə edir. Təbii fəlakətlərin baş verdiyi və az məlumat olduğu yerlərin xəritəsini hazırlamağa çalışırsınız.
Latın Amerikasında cinsiyyət coğrafiyası
Latın Amerikasındakı qadınların vəziyyətinə dair bir araşdırma. İlk nəticələr Argentina və Braziliyaya yönəldi.
İstinadlar
- Capel, Horacio. İnsan coğrafiyası və sosial elmlər. Books.google.es-dən bərpa edildi
- Geoenksiklopediya. İnsan coğrafiyası. Geoenciclopedia.com saytından əldə edilmişdir
- Əlavə. Sosial coğrafiya. Ecured.cu saytından əldə edilmişdir
- Ruppert, K. Sosial Coğrafiya Konsepsiyası. Jstor.org saytından bərpa edildi
- Nisbet, Robert A. Sosial elmlər. Britannica.com-dan əldə edildi
- Sosial Coğrafiya. Sosial coğrafiyanın nəyi aşkarladığı. Socialgeography.at saytından əldə edildi
- Doğan, Mattei. Sosial Elm Biliklərinin Hibridləşdirilməsi. İdeals.illinois.edu-dan qurtarıldı
- Paul Knox, Steven Pinch. Şəhər Sosial Coğrafiyası: Giriş. Books.google.es-dən bərpa edildi
MƏNTİQLİ HƏR NƏ VARSA BİZİM MƏKANDA
Azərbaycan dilinin orfoepiya qaydaları. Azərbaycan dilinin orfoqrafiya qaydaları. Heca, sözün sətirdən sətrə keçirilməsi. Ahəng qanunu. Vurğu. Əlifba.
Leksika
Sözün həqiqi və məcazi mənası. Təkmənalı və çoxmənalı sözlər. Omonim, sinonim və antonimlər. Ümumişlək və ümumişlək olmayan sözlər. Terminlər. Neologizmlər (yeni sözlər). Əsl Azərbaycan sözləri və alınma sözlər. Frazeoloji birləşmələr.
Söz yaradıcılığı
Sözün quruluşca növləri. Sadə, düzəltmə və mürəkkəb sözlər. Mürəkkəb sözlərin əmələ gəlməsi və onların yazılışı. Eyniköklü sözlər. Sözün tərkibi: kök və şəkilçi. Şəkilçilərin yazılışı.
Morfologiya
Əsas nitq hissələri:
· İsim haqqında ümumi məlumat. Sadə, düzəltmə və mürəkkəb isimlər. Mürəkkəb adlar, onların yazılışı. İsmin mənsubiyyətə görə dəyişməsi. Bəzi ikihecalı isimlərdə ikinci saitin düşməsi. İxtisarlar (abreviaturlar). İxtisarlara əlavə edilən şəkilçilərin yazılışı.
· Sifət haqqında ümumi məlumat. Sifətin quruluşca növləri. Sifətin müqayisə dərəcələri.
· Say haqqında ümumi məlumat. Sayların quruluşca növləri. Sayların məna növləri. Sayların orfoqrafiyası.
· Əvəzlik haqqında ümumi məlumat. Əvəzliyin mənaca növləri.
· Fel haqqında ümumi məlumat. Felin quruluşca növləri. Felin zamanları. Məsdər, feli sifət və feli bağlama.
· Zərf haqqında ümumi məlumat. Zərflərin quruluşca növləri: sadə, düzəltmə və mürəkkəb zərflər. Zərflərin mənaca növləri.
Köməkçi nitq hissələri:
· Qoşma haqqında ümumi məlumat. Qoşmaların orfoqrafiyası.
· Bağlayıcı haqqında ümumi məlumat. Bağlayıcılarda vergülün işlənməsi.
· Ədat haqqında ümumi məlumat. Ədatların orfoqrafiyası. Ədatlarda durğu işarələri.
· Modal sözlər haqqında ümumi məlumat. Modal sözlərdə durğu işarələri.
· Nida haqqında ümumi məlumat. Nidalarda durğu işarələri.
Sintaksis
Söz birləşmələri haqqında ümumi məlumat. Söz birləşməsi və söz. Söz birləşməsi və cümlə.
Cümlə haqqında ümumi məlumat. Məqsəd və intonasiyaya görə cümlənin növləri: nəqli cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi.
Cümlə üzvləri haqqında ümumi məlumat. Cümlənin baş üzvləri: mübtəda və xəbər. Cümlənin ikinci dərəcəli üzvləri: tamamlıq, təyin və zərflik.
Cümlə üzvlərinin əlavəsi. Sadə cümlədə sözlərin sırası. Cümlənin həmcins üzvləri. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Həmcins üzvlərdə şəkilçi və hissəciklərin ixtisarı. Xəbərin həmcins mübtədalarla uzlaşıb-uzlaşmaması.
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər: xitab və ara sözlər.
Mürəkkəb cümlə haqqında ümumi məlumat.
Vasitəsiz və vasitəli nitq.
Durğu işarələri.
Dil haqqında ümumi məlumat
Azərbaycan dili haqqında. Azərbaycan Respublikasının dövlət dili.
Nitq mədəniyyəti
Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi. Azərbaycan ədəbi dili. Nitq etiketləri və onların növləri.
Üslubiyyat
Azərbaycan ədəbi dilinin üslubları. Üslubların ümumi və xüsusi əlamətləri. Rəsmi-işgüzar üslub.
Əməli yazılar (annotasiya, anons, elan, ərizə, izahat, teleqram, məktub, reqlament, müqavilə, arayış, bildiriş, rəy, tərcümeyi-hal, xasiyyətnamə, etibarnamə, tələbnamə, təqdimat).
Ədəbiyyat :
1. Azərbaycan dili. Qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait. TQDK-“Abituriyent”, Bakı, 2010.
2. Ə.Əfəndizadə, B.Əhmədov. Azərbaycan dili. 5-ci sinif.Bakı.,2002.
3. B.Əhmədov, A.Axundov. Azərbaycan dili. 6-cı sinif. Bakı, 2002.
4. B.Əhmədov, A.Axundov, B.Xəlilov. Azərbaycan dili. 6-7-ci siniflər. Bakı, 2002.
5. Y.Seyidov, T.Əsədova. Azərbaycan dili. 8-ci sinif. Bakı, 2008.
6. Y.Seyidov, T.Əsədova. Azərbaycan dili. 9-cu sinif. Bakı, 2008.
7. Q.Kazımov, F.Şahbazlı. Azərbaycan dili. 8-ci sinif. Bakı, 2008.
8. Q.Kazımov. Azərbaycan dili. 9-cu sinif. Bakı, 2008.
9. T.Hacıyev, N.Cəfərov, N.Xudiyev. Azərbaycan dili. 10-cu sinif. Bakı, 2009.
10. T.Hacıyev, N.Cəfərov, N.Xudiyev. Azərbaycan dili. 11-ci sinif. Bakı, 2009.
11. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 2004.
12. Ə.Əfəndizadə “Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti”,kompleks sorğu vəsaiti.Bakı, 2005
13. Ş.Balakişiyev, İ.Namazov. “Əməli yazı nümunələri”. Bakı, 2006.
AZƏRBAYCANIN TARİXİ, MƏDƏNİYYƏTİ VƏ MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏR
Azərbaycan ərazisində ibtidai icma quruluşu.
Daş dövrü. Tunc və dəmir dövrləri.
Azərbaycan qədim dövrdə.
Manna dövləti: Manna dövlətinin yaranması və yüksəlişi. Albaniya dövləti: Albaniya dövlətinin yaranması.
Azərbaycan Sasani imperiyasının tərkibində.
Girdiman dövləti. Albaniya hökmdarı Cavanşir. Sasanilərin hakimiyyəti dövründə Alban memarlığı.
Azərbaycan Xilafətin tərkibində.
Ərəblərin Azərbaycanı işğal etməsi. İslam dininin Azərbaycanda yayılması. Ərəblərin hakimiyyəti dövründə Azərbaycanın idarə edilməsi. Xürrəmilər hərəkatı.
Xilafətin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi.
Şirvanşahlar dövləti. “Kitabi-Dədə Qorqud” oğuz türklərinin tərcümeyi-halıdır.
Azərbaycan XI əsrin ortaları – XIII əsrin əvvəllərində.
Azərbaycan xalqının Cənubi Qafqazda əsas etnik və siyasi qüvvəyə çevrilməsi. Azərbaycan Atabəylər (Eldənizlər) dövləti: Eldənizlər dövlətinin yaranması və tənəzzülü. XI – XII əsrlər Azərbaycan memarlığı.
Azərbaycan XIII – XV əsrin əvvəllərində.
Şirvanşah I İbrahimin Azərbaycanı birləşdirmək cəhdləri. Şəki hakimliyi (XIII – XIV əsrlər). XIII – XIV əsrlər Azərbaycan memarlığı.
Azərbaycan XV əsrdə.
Qaraqoyunlu dövlətinin yaranması. Qaraqoyunlu dövlətinin dağılması. Ağqoyunluların hakimiyyətə gəlməsi. Uzun Həsən. Xarici siyasət. Ağqoyunlu dövlətinin süqutu. İctimai-iqtisadi həyat: dövlət quruluşu, inzibati idarələr, hərbi qüvvələr. XV əsr Azərbaycan memarlığı.
Azərbaycan XVI – XVIII əsrin birinci yarısında.
Azərbaycan Səfəvi dövlətinin yaranması. Səfəvi dövlətinin imperiyaya çevrilməsi. Şah I İsmayılın xarici siyasəti. Çaldıran döyüşü. Səfəvi dövlətinin inzibati idarəetmə sistemi. XVI əsr – XVII əsrin birinci yarısında Azərbaycan memarlığı.
Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü. Azərbaycan torpaqlarına yiyələnmək uğrunda dövlətlərarası mübarizə. XVII əsrin II yarısında Azərbaycan memarlığı.
Azərbaycan xanlıqları. Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsi.
Azərbaycan xanlıqlarının yaranmasının ilkin şərtləri. Şəki xanlığı, Quba xanlığı, Qarabağ xanlığı, İrəvan xanlığı, Gəncə xanlığı. Xanlıqların idarəetmə sistemi və inzibati quruluşu. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsinin başa çatması. Gülüstan müqaviləsi. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin başa çatması. Türkmənçay müqaviləsi. XVIII əsr Azərbaycan memarlığı.
Azərbaycan XIX əsrin 30-50-ci illərində.
Ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi, rus və alman məskənlərinin yaradılması. 1837-ci il Quba üsyanı.
Azərbaycan XIX əsrin ikinci yarısında.
Millətin təşəkkülü. XIX əsr Azərbaycanda mətbuat, teatr, musiqi, memarlıq.
Azərbaycan XX əsrin əvvəllərində.
Azərbaycanda çarizmin milli qırğın siyasəti. Cənubi Azərbaycan İran inqilabının (1905-1911) mərkəzi kimi. Azərbaycan hərbçiləri I dünya müharibəsi illərində. XX əsrin əvvəllərində Azərbaycanda mətbuat, incəsənət.
Azərbaycan Xalq Cümhuriyyəti.
Azərbaycanlıların 1918- ci il mart soyqırımı. Azərbaycanlıların soyqırımı haqqında Prezident Heydər Əliyevin fərmanı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun fəaliyyətinin Gəncə dövrü. Bakının azad olunması. Xalq Cümhuriyyəti hakimiyyətinin bütün Azərbaycan ərazisində bərqərar edilməsi. Dövlət quruculuğu. Parlament. Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi və mədəni tədbirləri. Erməni təcavüzünə qarşı mübarizə. Beynəlxalq şərait və xarici siyasət. Aprel istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu.
Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı.
Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbriz üsyanı; Milli Hökumətin fəaliyyəti və süqutu.
Azərbaycanda sovet rejiminin bərqərar olunması.
Azərbaycan SSR-in yaradılması və onun ilk tədbirləri. Sovet rejiminə qarşı müqavimət və Gəncə üsyanı. Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdlər. Azərbaycanda sovet milli siyasəti. Formal müstəqilliyin ləğv olunması. DQMV-nin təşkili və Naxçıvan MSSR-in yaradılması. Totalitar sosializm cəmiyyətinin qurulması. Kütləvi repressiyalar.
Azərbaycan SSR II dünya müharibəsi illərində.
Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist müqavimət və partizan hərəkatında. Azərbaycan SSR-in mədəniyyəti müharibə illərində.
Azərbaycan SSR XX əsrin 40-cı illərinin ikinci yarısı – 60-cı illərdə.
Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların növbəti deportasiyası. 50-ci illərin ortaları 60-cı illərdə siyasi sistemin təkmilləşdirilməsi cəhdləri. 1940-1960-cı illərdə Azərbaycan SSR-də incəsənət.
Azərbaycan SSR XX əsrin 60-cı illərinin sonu – 80-cı illərinin ortalarında.
Respublikanın idarəçiliyində yeni mərhələ. Ümummilli lider Heydər Əliyev. İqtisadi və sosial yüksəliş. 1960-cı illərin sonu 1980-ci illərdə mədəniyyət.
Azərbaycan SSR XX əsrin 80-cı illərinin ikinci yarısı – 90-cı illərinin əvvəllərində.
“Yenidənqurma” və Azərbaycan. Xalq hərəkatı.
Müstəqilliyin bərpa olunması. Hüquqi dövlət quruculuğu.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması. Qarabağ müharibəsi. Siyasi böhranın dərinləşməsi. Müstəqilliyin möhkəmləndirilməsinə maneələr. Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı. Milli qurtuluş. Milli dövlətçiliyin möhkəmləndirilməsi uğrunda mübarizə. Hüquqi dövlət quruculuğu. İqtisadi dirçəlişin başlanması və sosial tərəqqi. Azərbaycan beynəlxalq münasibətlər sistemində. Mədəni dirçəliş.
Yeni liderlə üçüncü minilliyə doğru.
Neft strategiyasının uğurları. Sosial-iqtisadi inkişaf. Xarici siyasət və beynəlxalq əlaqələr. Dünya azərbaycanlılarının təşkilatlanması. Mədəni dirçəliş.
Ədəbiyyat:
1. «Tarix» Abituriyentlər üçün vəsait. TQDK. Bakı, 2008
2. Azərbaycan tarixi. 6-cı sinif üçün dərslik. Bakı, 2009
3. Azərbaycan tarixi. 7-ci sinif üçün dərslik. Bakı, 2009
4. Azərbaycan tarixi. 8-ci sinif üçün dərslik. Bakı, 2009
5. Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. Bakı, 2009
6. Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. Bakı, 2009
7. Azərbaycan tarixi. 11-ci sinif üçün dərslik. Bakı, 2009
COĞRAFİYA
Azərbaycan Respublikasının fiziki coğrafiyası . Azərbaycanın coğrafi mövqeyi, relyefi, faydalı qazıntıları. İqlimi. Daxili suları: çayları, gölləri, su anbarları, suvarma kanalları. Xəzər dənizi. Azərbaycanın torpaq və bitki örtüyü. Təbiətin mühafizəsi. Azərbaycan Respublikasının fiziki-coğrafi rayonlaşdırılması: Böyük Qafqaz, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz, Lənkəran, Orta Araz (Naxçıvan) təbii vilayətləri.
Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası . Azərbaycanın iqtisadi coğrafi mövqeyi, inzibati ərazi bölgüsü, əhalisi və əmək ehtiyatları. Təsərrüfat sahələrinin coğrafiyası: təsərrüfatın ümumi səciyyəsi; yanacaq-energetika sənayesi; aqrar-sənaye kompleksi, nəqliyyat kompleksi. Xarici iqtisadi əlaqələr. İqtisadi-coğrafi rayonlar: Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran (Kür-Araz), Lənkəran-Astara, Naxçıvan: onların coğrafi mövqeyi, tərkibi, təbii şəraiti və təbii ehtiyatları, təsərrüfatı və ixtisaslaşma sahələri.
Dünyanın iqtisadi və sosial coğrafiyası . Dünyanın müasir siyasi xəritəsi. Dünya ölkələri arasında fərqlər. Beynəlxalq təşkilatlar. Dünyanın təbii resursları. Dünya əhalisinin təbii artımı, tərkibi, yerləşməsi, məskunlaşma formaları və miqrasiyası. Sosial-iqtisadi inkişaf səviyyələrinə görə dünya ölkələrinin qruplaşdırılması. İnkişaf etmiş ölkələr (İEÖ). İnkişafda olan ölkələr (İOÖ).
Türk dünyası ölkələrinin coğrafiyası . Müasir türk dünyası. Türk dövlət və qurumları. Türk dünyası ərazisinin təbii şəraiti. Əhalisi və əmək ehtiyatları. Türk dünyası ölkələrinin təsərrüfatının ümumi səciyyəsi.
Ədəbiyyat:
1. «Coğrafiya» Abituriyentlər üçün vəsait. TQDK. Bakı – 2008
2. B.Ə.Budaqov, Y.Ə.Qəribli. Azərbaycan Respublikasının fiziki coğrafiyası VIII sinif. Bakı, 2007.
3. N.N.Allahverdiyev, Ş.Y.Göyçaylı, Ş.Q.Dəmirqayayev, N.H.Əyyubov. Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası VIII sinif. Bakı, 2007.
4. O.K.Alxasov, Y.Ə.Qəribli, A.Z.Bağmanlı. Coğrafiya (Dünyanın iqtisadi və sosial coğrafiyası) IX sinif. Bakı, 2010.
5. M.A.Müseyibov, V.Ə.Əfəndiyev, N.S.Seyfullayeva. Coğrafiya (Türk dünyasının coğrafiyası), XI sinif. Bakı, 2010.
Comments are closed, but trackbacks and pingbacks are open.