Press "Enter" to skip to content

Hüquqi yardım

18) Akademik Zərifə Əliyeva adına liseyin direktoru – Mehriban Vəliyeva.

İdarəetmə səviyyələri və idarəetmə prosesləri

1. İdarəetmə səviyyələri və pillələri;
2. Aşağı, orta, ali səviyyələr;
3. Menecerlərə xas olan xüsusiyyətlər
4. İdarəetmə prosesi nədir?
5. Texnoloji prosesin xüsusiyyətləri.
6. Səmərəli idarəetmə və onun təşkili.
7. Əməyin üfüqi və şaquli bölüşdürülməsi.
8. İdarəetmə səviyyələri və pillələrinin təşkili.

Hər bir müəssisə özünün fəaliyyət sahəsindən asılı olmayaraq müəyyən idarəetmə quruluşuna malik olmalıdır. Burada idarəetmə səviyyələrini və pillələrini fərqləndirmək lazımdır. Bu baxımdan, bütün orta və iri təşkilatlarda (firmalarda, müəssisələrdə) üç idarəetmə səviyyəsinin (pilləsinin) yaradılması labüddür. Bunlar aşağıdakılardır: a) aşağı manqa – texniki səviyyə; b) orta manqa – idarəetmə səviyyəsi; c) ali manqa – institut səviyyəsi (Cədvəl 3).

Təşkilatlar adətən kiçik, orta və böyük olurlar və onların idarəetmə işləri də həcmcə müxtəlif olur. Buna görə də idarəetmə işini təşkilatın işçiləri arasında mütənasib bölüşdürmək lazım gəlir. İdarəetmə əməyinin bölüşdürülməsi formalardan biri üfüqi, digəri isə şaquli xarakter daşıyır.
Konkret rəhbərlərin ayrı-ayrı bölmələrdə və eyni səviyyədə yerləşdirilməsi, asılı olmayan üfüqi əlaqələri meydana gətirir.
İdarəetmə işinin şaquli bölüşdürülməsi isə, idarəetmə səviyyələrini və pillələrini yaratmaqla asılılıq və cavabdehlik xüsusiyyətlərini əmələ gətirir.
Rəhbər işçiləri, ənənəvi olaraq idarəçilik səviyyələrinə uyğun olaraq, üç kateqoriyaya ayırırlar:
1.Aşağı (texniki) səviyyə rəhbərləri;
2.Orta (idarəetmə) səviyyə rəhbərləri;
3.Ali (institut) səviyyə rəhbərləri.

Aşağı səviyyə rəhbərləri
(low managers) kiçik rəislərdir, onları həm də əməliyyat rəhbərləri adlandırırlar. Aşağı (texniki) səviyyədə çalışan rəhbər şəxslər, əsasən məhsul istehsalında və ya xidmət göstərilməsində fasiləsiz effektiv işin təmin edilməsi üçün lazım olan gündəlik əməliyyatlar və fəaliyyətlə məşğul olurlar. Bu səviyyə, fəhlələr və başqa işçilər üzərində bilavasitə nəzarət edən təşkilati səviyyədir. Kiçik rəislər əsasən istehsal texnologiyasının düzgün yerinə yetirilməsinə və işlərin gedişi prosesində həmin istehsalla məşğul olan işçilərə nəzarət etməklə məşğuldurlar. Bu səviyyənin rəhbərləri əmək, xammal və avadanlıq kimi resursların onlar üçün ayrılan hissəsinə bilavasitə cavabdehdirlər. Onlar həmçinin ilkin informasiyaların ilkin toplayıcılarıdırlar.
Rəhbərlərin əksəriyyəti idarəetmə fəaliyyətinə məhz aşağı səviyyədən başlayırlar. Tədqiqatlar göstərirlər ki, aşağı səviyyə rəhbərlərinin işi gərgindir və müxtəlif fəaliyyətdən ibarətdir. Onların işi tez-tez baş verən fasilələrlə və bir işdən başqa işə keçməklə xarakterizə olunur. Müəyyən olunmuşdur ki, ustalar öz iş vaxtının təxminən yarısını işçilərlə ünsiyyətdə olurlar. Onlar öz işçiləri ilə çox, digər ustalarla bir qədər az, öz rəhbərləri ilə daha az ünsiyyətdə olurlar.

Orta səviyyə rəhbərləri
.(middle manager) Son illərdə idarəetmənin orta səviyyəsi həm işçilərinin sayına görə, həm də görülən işlərin həcminə görə xeyli yüksəlib. Böyük təşkilatlarda orta səviyyə rəhbərlərinin sayı o qədər çox ola bilər ki, verilən qrupu iki yerə bölmək lazım gələr. Əgər bu baş verərsə, onda iki səviyyə meydana çıxar: orta səviyyənin yuxarı və aşağı səviyyələri. Beləliklə də idarəetmənin 4 səviyyəsi yarana bilər: yuxarı, yuxarı orta, aşağı orta, aşağı. Orta səviyyədə yerləşən rəhbər şəxslər, əsasən təşkilat daxilində planlaşdırma, idarəetmə və əlaqələndirmə ilə məşğul olurlar. Onlar fəaliyyətin müxtəlif normalarını, təşkilatın müxtəlif bölmələrinin səylərini və pillələri biri – birilə əlaqələndirir və uyğunlaşdırırlar. Orta səviyyə rəhbərləri tərəfindən aşağı və ali səviyyə rəhbərləri arasında əlaqələr qurulur və onlara nəzarət edilir.
Orta səviyyə rəhbərlərinin işini qiymətləndirmək və bu səviyyədəki idarəetmə işlərini hər hansı bir meyarla ölçmək çox çətindir. Çünki onların işləri təşkilatdan – təşkilata xeyli fərqlidirlər. Bəzi təşkilatlarda orta səviyyə rəhbərlərinə əla səlahiyyətli iş tapşırılır ki, onların işi yuxarı səviyyə rəhbərlərinin işi ilə eyni olur və onlar qərar qəbul edilməsi prosesinin iştirakçısı olurlar. Onlar, müəssisə qarşısında duran problemləri müəyyən edərkən müzakirələrdə iştirak edir, yenilik gətirən yaradıcı təkliflər işləyib hazırlayır və eyni zamanda müəyyən edilmiş məqsədlərə çatmaq üçün planlaşdırma və təşkiletmə işlərini həyata keçirirlər. Əsas idarəetmə işlərinin əksər çoxluğu adətən orta səviyyədə yerinə yetirilir. Orta səviyyə rəhbərləri ümumi idarəçilik işlərinin təxminən 60-70%-ni icra edirlər.

Ali səviyyə rəhbərləri (top manager)
əsasən strategiyanın işlənib hazırlanması, ali məqsədlərin formalaşdırılması, təşkilatda müxtəlif dəyişikliklər aparılması, təşkilatla xarici mühit arasındakı münasibətlərin qurulması və idarə edilməsi, həmçinin təşkilatın mövcud olduğu və fəaliyyət göstərdiyi mühitin öyrənilməsi və münasib tədbirlər görülməsi ilə məşğul olurlar.
Ali səviyyə rəhbərləri, müəssisənin missiyasını (başlıca məqsədini) qarşıya qoyur və onun icrası mexanizmini qurmaqla ümumi rəhbərliyi təmin edirlər. Onlar təşkilatın yaradılması, yaşadılması və inkişafı üçün vacib qərarların qəbul edilməsində və həyata keçirilməsində cavabdehdirlər.
Bəzi hallarda, idarəetmənin birinci və ikinci səviyyələrində bir yox bir neçə iyerarxiya asılılığı qurulur ki, bunlar da idarəetmə pillələrini təşkil edirlər. Əslində belə idarəçilik quruluşu «skalyar zəncir» adlandırılır və həm yuxarıdan aşağıya, həm də tərsinə asılılıq və cavabdehlik münasibətlərini təşkil edir. İdarəetmə pillələrinin çoxluğu idarəetmə xərclərinin artmasına səbəb olduğundan müasir təşkilatlarda az pilləli idarəetmə quruluşuna üstünlük verilir. Çünki, yalnız bu yolla idarəetmə xərclərini azaltmaq və müəssisənin əmək məhsuldarlığını yüksəltmək olar.
İdarəetmə pillələrinin azaldılması və idarəçilik xərclərinin minimuma endirilməsinin ən əsas yolu, müasir kompüter texnologiyasından və informasiya şəbəkəsindən istifadə etməkdir. Çünki, bu müasir texnoloji vasitələr informasiyanın və qəbul olunmuş qərarların çox böyük sürətlə və operativ olaraq lazımi ünvanlara çatdırılmasını tamamilə və xətasız təmin edirlər. Bu halda həmçinin sənədləşdirmə və sənəd dövriyyəsi də xeyli azalır və bu məqsədlə əlavə işçi qüvvəsinin cəlb edilməsinə ehtiyac olmur. Bu isə öz növbəsində idarəetmə pillələrinin artırılmasına olan ehtiyacı aradan qaldırır.

İdarəetmə səviyyələrində və pillələrində çalışan bütün menecerlər fərqli fəaliyyət göstərirlər. Lakin, bütün səviyyələrdə çalışan menecerlər üçün xarakterik olan ümumi keyfiyyətlər və tələblər demək olar ki, eynidir və hər bir menecer aşağıdakıları bacarmalıdır:
– adamlarla ünsiyyəti bacarmaq, yaradıcı işi, səmərələşdiriciliyi, ixtiraçılığı həvəsləndirmək və dəstəkləmək;
– işçiləri seçmək və onları işə hazırlamaq (oxutmaq);
yuxarı rəhbərliyin sərəncamlarını icra etmək və subordinasiyaya əməl etmək;
şikayətçiləri dinləmək və şikayətləri araşdırmaq;
– təsərrüfatçılığın və idarəçiliyin hüquqi cəhətlərini bilmək;
– xarici mühitin təsirlərini qabaqcadan görmək;
iqtisadi qanunları bilmək və onlara əməl etmək;
– öz elmi biliyini və səriştəsini artırmaq;
– öz imkanlarını məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə yönəltmək;
– rəqabətə dözümlülüyü təmin etmək;
– xarici bazara çıxmağı bacarmaq və s.
Menecer – mülkiyyətçiyə görə muzdlu işçidir və ondan əmək haqqı alır, işçilərə görə isə, mülkiyyətçinin səlahiyyətli nümayəndəsidir və rəhbər işçi kimi onun maraqlarının ifadəçisidir.
Menecerlərin həyata keçirdikləri idarəetmə prosesinin izahından əvvəl, idarəetmə nədir – sualına qısaca cavab verək. Bəzi alimlərin fikrinə görə idarəetmə – prinsiplərin, funksiyaların, metodların və üslubların bilavasitə həyata keçirilməsidir. Digər baxımdan isə idarəetmə – adamları (işçi qüvvəsini) və əmək vasitələrini elə işlətməkdir ki, son məqsədə çatmaq mümkün olsun və ən az məsrəflə ən çox gəlir əldə edilsin.
Özəl müəssisələr üçün yeganə məqsəd gəlir götürməkdir. Bu baxımdan idarəetmə, gəlirin əldə olunmasına yönəldilən məqsədə çatmağın yollarıdır və yaxud, qarşıya qoyulan məqsədə çatmağın həlli mexanizmidir.

İdarəetmə prosesi
, xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təşkili və icrası ardıcıllığının məqsədyönlü inkişaf etdirilməsidir.
İstehsal prosesi, kadrların köməyilə texnoloji əməliyyatların icra ardıcıllığıdır.
İstehsal prosesini aşağıdakı xüsusiyyətlərə görə təsnifləşdirmək olar:
-Texnoloji prosesin idarə olunması.
-Əməliyyat sisteminin idarə olunması.
-Maliyyə sisteminin idarə olunması.
-Qiymət və qiymətləndirmə sisteminin idarə olunması.
-Kadrların idarə olunması.
-Mühasibat uçotunun təşkili və nəzarət funksiyasının idarə olunması.
-İnformasiya şəbəkəsinin qurulması.
-Təşkilatın strukturunun yaradılması.
-Bölüşdürmə və əlaqələndirmə sisteminin təşkili (logistika).
-Marketinq.
-Servis xidmətinin təşkili.
Texnoloji prosesə daxil olan zəruri elementlər: xammal, avadanlıqlar, enerji, su təchizatı, işçi qüvvəsi, nəqliyyat və s-dir.
İstehsal xarakterli müəssisələrdə idarəetmə prosesini 3 mərhələyə ayırmaq olar:
-1-ci mərhələdə istehsala qədərki dövrdə hazırlıq və təşkilati işlər görülür;
-2-ci mərhələdə – istehsal prosesində, işçilərin və texnologiyanın köməyi ilə xammaldan hazır məhsulun alınması təmin edilir;
-3-cü mərhələdə, hazır məhsulun satışı və satışdan sonrakı xidmət (servis) yerinə yetirilir.
Bu üç mərhələ birlikdə, əməliyyat sistemi adlanır. Menecerlər adətən əməliyyat sistemini idarə edirlər.

Səmərəli idarəetmə.Keçən əsrin əvvəllərində, əslən alman olan iqtisadçı alim Harrinqton Emerson iqtisadiyyat elminə məhsuldarlıq anlayışını daxil etmişdir. Məhsuldarlıq bilavasitə istehsal və səmərəlilik ilə bağlıdır. İdarəetmə prosesində əsasən səmərəlilik anlayışı daha çox işlədilir. Məhsuldarlıq o yerdə işlənir ki, fiziki reallıqdan söhbət getsin. İdarəetmənin keyfiyyəti və idarəetmənin müsbət nəticəsi yalnız görülmüş işin son nəticəsi ilə ölçülür. Səmərəlilik və məhsuldarlıq dedikdə 2 xüsusi halı qeyd etmək vacibdir:
1. Məhsul istehsalına çəkilən xərclər və götürülən gəlir müqayisəli şəkildə tutuşdurulur və əldə edilən gəlir çəkilən xərcdən çox olduqda görülən iş səmərəli hesab olunur.
2. Sərf edilən zəhmət müqabilində əldə edilən son nəticə başlanğıcla müqayisə olunur. Əgər əldə edilən son məhsulun həcmi (miqdarı) ilkin həcmdən (miqdardan) çoxdursa, demək məhsuldarlıq da vardır.
İdarəetmənin səmərəli təşkili və aparılmasını ölçmək üçün aşağıdakıları bilmək lazımdır:
-İdarə xərcləri nə qədərdir;
– idarə işçilərinin maaşları nə qədərdir;
-dəftərxana xərcləri nə qədərdir;
-borclar nə qədərdir.
İdarəetmənin ölçü meyarı – nəticədir. Nəticə müsbətdirsə, idarəetmə səmərəlidir və əksinə – nəticə mənfidirsə, idarəetmə səmərəsizdir. Səmərəli fəaliyyət səmərəli nəticə deməkdir. İdarəetmənin səmərəliliyi, ilk növbədə kollektivin sosial vəziyyətinin – durumunun inkişafı səviyyəsi ilə ölçülə bilər. Sosial vəziyyət yaxşılaşırsa idarəetmə səmərli, pisləşirsə səmərəsiz hesab edilə bilər. Sosial duruma təsir edən amillər ilk növbədə işçilərin əmək haqqının artımı, yaşayış və dolanışıq şəraitinin yaxşılaşması, maddi təminatın və mənəvi rahatlığın əldə olunmasıdır.
Əks təsir göstərən amillərə misal olaraq, real işə mane olan əsas səbəb kimi inzibati idarəetmə təfəkküründən uzaqlaşa bilməməyi və «yuxarıdan» göstəriş gözləməyi demək olar. İdarəetmənin səmərəli olması, həm də, rəhbər vəzifə tutan şəxsin öz fərdi keyfiyyətlərindən asılıdır. Rəhbərin öz şəxsi keyfiyyətləri (xüsusiyyətləri) ondadır ki, köhnəliyi vaxtında aradan qaldırmağı, müasirliyi görməyi və tətbiq etməyi bacarır, öz intellektual səviyyəsini, biliyini, səriştəsini artıra bilir.
İnzibatçılığın mənfi cəhəti odur ki, həddindən artıq bürokratik münasibətlər korrupsiyaya yol açır. İdarəetmənin səmərəsini azaldan və yaxud ona mənfi təsir göstərən inzibati idarəetmə prinsiplərinin qorunub saxlanmasının əsas səbəbi də məhz korrupsiyadır. Özəlləşdirmə prosesinin sürətləndirilməsi, müəssisə və təşkilatların müstəqil fəaliyyəti və həmçinin dövlət qanunçuluğu ilə tənzimlənən vergi və rüsum siyasəti birlikdə idarəetmənin səmərəliliyinə müsbət təsir göstərə bilər.
Əməyin üfüqi və şaquli bölüşdürülməsi.Təşkilatın ən zəruri amillərindən biri və başlıcası əmək bölgüsüdür. Əgər məqsədə çatmaq üçün iki adam birgə işləyirsə, onlar işi öz aralarında bölüşdürməlidirlər. Daha çox işçi olduqda isə əmək bölgüsü bütün işçilər arasında aparılmalıdır. İşin çoxlu sayda ixtisaslaşdırılmış hissələrə bölünməsi, təşkilata daha çox məhsul istehsal etməyə imkan verir.
Bütün işin tərkib hissələrə bölünməsi əməyin üfüqi bölüşdürülməsidir. Təşkilatlarda əməyin üfüqi bölüşdürülməsi kifayət qədər dəqiq aparılmalıdır. Təşkilatlarda əməyin üfüqi bölüşdürülməsi elə aparılmalıdır ki, təşkilatın funksiyalarını və fəaliyyətinin məqsədini dəqiq əhatə edə bilsin. İstehsal müəssisələrində əməyin üfüqi bölüşdürülməsinin klassik nümunəsi – istehsal, marketinq və maliyyə funksiyalarının təşkilidir.
Təşkilatın işi tərkib hissələrinə bölündüyü kimi, iyerarxiya səviyyələrinə görə də bölünür. Bu halda ayrı-ayrı səəviyyələrdəki qrupların işinin müvəffəqiyyətli olması üçün onlar mütləq şaquli əlaqələndirilməlidir. Əməyin şaquli bölüşdürülməsi, idarəetmə fəaliyyətində səlahiyyət və cavabdehlik münasibətlərini müəyyən edir və eyni zamanda idarəetmə səviyyələrini və pillələrini yaradır.
Həm şaquli, həm üfiqi əlaqələrin qurulması idarəetmə şəbəkəsini təşkil edir ki, bu da idarəetmə prosesinin təşkili və icrası üçün zəruri amil hesab olunur. Yalnız belə olduqda idarəetmə prosesi uğurlu nəticələrlə yekunlaşa bilər.
İdarəetmə prosesinin təşkilində ən ümdə məsələ müəssisəni yaşatmaqdır. Müəssisənin həyatını insan ömrünə bənzətmək olar. O da insan kimi doğulur (yaradılır), gəncləşir, yetkinləşir və nəhayət qocalaraq ölür(dağılır). Lakin, qocalmış insanı ölümdən qurtarmaq mümkün olmadığı halda, “qocalmış” “ müəssisəni dirçəltmək və yaşatmaq mümkündür və bu vacibdir. Əks halda, müəssisə dağılar, sahibkar müflis olar və yüzlərlə işçi işsiz qalar.
Aşağıdakı sxemin köməyilə müəssisənin yaşadılması və inkişaf etdirilməsi texnologiyasını izah edək (Şəkil 4).

Şəkil 4. Müəssisənin yaşadılması və inkişafı
Şəkildə:1.uşaqlıq; 2.gənclik; 3.yetkinlik; 4.qocalıq dövrlər

Sxemə nəzər salsaq görərik ki, uşaqlıq və gənclik dövrlərini başa vurmuş müəssisə özünün yetkinlik dövründə müəyyən sabit gəlirlə (P1) işləyir və bir müddət müntəzəm qazancla işləyir. Lakin, qocalıq dövrü başlandıqda bu gəlir tədriclə azalaraq heçə enə bilər və müəssisə müflisləşib bağlana bilər. Belə halda, ağıllı sahibkar (yaxud menecer) müflisləşməyə yol verməmək üçün, müəssisənin dirçəldilməsini təmin edə biləcək tədbirlər görməli və müəssisəni “ölümdən”“ (dağılmadan) xilas etməlidir. Bu zaman nəinki müəssisəni xilas etmək, hətta əlavə gəlir götürmək barədə fikirləşmək lazımdır. Bu isə müxtəlif yollarla həyata keçirilə bilər:

  • istehsal texnologiyasını dəyişməklə məhsulun keyfiyyətini yüksəltmək;
  • köhnəlmiş avadanlıqları yeniləri ilə əvəz etmək (modernləşdirmək)
  • bazarın tələblərinə cavab verən tamamilə yeni məhsulun istehsalına (başlamaq)
  • digər sahələrə diversifikasiya etmək və s.

Əgər belə tədbirlər görülərsə və digər mühüm amillər nəzərə alınarsa (kadrların peşəkarlıq səviyyəsi, xammalların keyfiyyəti, avadanlıqların məhsuldarlıqları və s. yüksəldilərsə), sxemdə verilmiş ikinci dövr başlayar və
müəssisə nəinki ölümdən qurtular, hətta P2 gəlirlə işləyə bilər. Bu qayda ilə üçüncü prosesi təşkil etməklə P3 gəliri əldə etmək olar. Beləliklə də gəlir artımını əks etdirən A, B,V nöqtələrini birləşdirməklə müəssisənin inkişaf dinamikasını – SS xəttini alırıq. Bu isə o deməkdir ki, müəssisənin yaşamasının ilə yanaşı, onun gəlirinin dinamik artırılması da təmin edilmişdir.
Burada bir vacib şərti də qeyd etmək lazımdır ki, daha yüksək qazanc əldə etmək üçün, bütün hallarda müəssisənin uşaqlıq, gənclik və qocalıq dövrlərini minimuma endirmək, yetkinlik dövrünü isə maksimumu çatdırmaq lazımdır.
Əgər hər bir müəssisə bu qayda ilə özünün yaşamasını və dinamik inkişafını təmin edə bilərsə, bu həm də bütövlükdə cəmiyyətin inkişafı demək olar. Bu isə cəmiyyətin təbii inkişaf qanunauyğunluğu ilə üst-üstə düşdüyündən mütərəqqi hal kimi qiymətləndirilə bilər.

Mənbə Ağasəf M.İmran-ın Menecment kitabından

  • Teqlər:
  • idarəetmə
  • , menecer
  • , menecerin xüsusiyyətləri
  • , idarəetmə prosesi
  • , menecment
  • , idarəetmə səviyyələri
  • , ierarxiya

Hüquqi yardım

Əfvetmə nədir? Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər? Əfvetmə nə vaxt verilə bilər? Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Bildiyiniz kimi, 2023-cü il Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir və Cənab Prezident İlham Əliyev tərəfindən bu il “Heydər Əliyev ili” elan edilib. Bu ilin m ay ayında Cənab Prezident tərəfindən Əfv sərəncamının imzalanması gözlənilir.

Əfvetmə nədir?

Əfvetmə məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən və yekun olaraq sərəncamla rəsmiləşdirilən fəaliyyətdir, hansı ki, bu fəaliyyət nəticəsində məhkumlar cəzanın qalan hissəsini çəkməkdən azad edilə, onlara təyin olunmuş cəzanın müddəti azaldıla və yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq həyata keçirilir.

Əfvetmə kimlərə tətbiq edilə bilər?

Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər?

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər.

Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.

Əfvetmə nə vaxt verilə bilər?

Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.

Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?

Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

  • məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
  • məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
  • məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
  • məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
  • məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
  • törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.

Əfvetmə barədə müraciət hara göndərilir və hansı mərhələlərdən keçir?

Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə Iş və Hərbi Məsələlər Şöbəsinin Əfv Məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.

Əfvetmə barədə müraciət həmin orqan tərəfindən yoxlanıldıqdan sonra Əfv Məsələləri Komissiyasına göndərir.

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri öyrəndikdən sonra məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya olunmaması barədə qərarlardan birini qəbul edir.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.

Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir

Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.

Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Komissiyanın tərkibi Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə 18 nəfərdən ibarət tərkibdə təsdiq olunmuşdur:

1) Sədri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri – Samir Nuriyev,

2) Katibi Əfv Məsələləri Sektorunun müdiri – Kəmalə İsmayılova.

3)i Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri – Fuad Ələsgərov

4) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi – Gündüz Kərimov

5) Azərbaycan Respublikasının Ədliyyə naziri – Fikrət Məmmədov

6) Azərbaycan Respublikasının Daxili İşlər naziri – Vilayət Eyvazov

7)Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağıyev

8)Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

9) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri – Əhliman Əmiraslanov

10) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri – Zahid Oruc

11) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini – Fazil Mustafa

12) deputat – Azad Quliyev

13) deputat – Sədaqət Vəliyeva

14) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini – Aynur Sofiyeva

15)Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü – Rəşad Məcidov

16) “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri – Əliməmməd Nuriyev

17) “Xan Şuşinski” Fondunun rəhbəri – Bəyimxanım Verdiyeva

18) Akademik Zərifə Əliyeva adına liseyin direktoru – Mehriban Vəliyeva.

Şərhlər

Sevinc Ağayeva 2023-01-26 22:06:35

Salam .Qardaşim Agayev Rafael Elman oglu 06.06.2021 ci ildən həbs olunub 7 il iş veriblər .Valideynlərimiz yaşli, xəstə baxima qaygiya möhtacdirlar,anamiz agir ürək əməliyyati keçirib .Təkbaşına bu yükü çəkə bilmirəm.Xahiş edirəm qardaşima köməklik göstərəsiniz.Qardaşimin bir qolu işləmir əlildir.

Salam. Ərizəni özünüz də yaza bilərsiniz məqallədə yazılma qaydası və ünvanlanan yer göstərilmişdir. Vəkil Qulam İsmayılzadə

Mehemmed 2023-01-31 16:50:15

Salam icbari iş olduqda verilmiş cəzanın 3 də 1 çəkilib eyni qaydada müraciət etsək əfv olunmaya düşürmü?

Salam. Məqalədəki məluamatla tanış olun zəhmət olmasa orda ətraflı cavab tapacaqsınız. Vəkil Qulam İsmayılzadə

Tural 2023-02-02 12:13:36

Salam Qəbələ Rayonda yasayiram qardasim Abdullayev Ceyhun Fazil oglu 14 il hebs olunub cezasinin 8 ilini cekib zehmet olmasa komeklik gosdererdiz hec bir esas olmadan 14 il is kesilib muselman oldugu ucun bir insana bu qeder is kesilmesi ne qeder duzgundur axi

Salam. Ərizə ilə komisiyaya müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

Elsevər Seyfullayev 2023-02-03 17:27:06

Salam mən Masallı rayon sakini şəhid Araz Seyfullayevin atası Elsevər sizə müraciət edirəmkiMasallı rayon sakini Əliyev Davud İsmayıl oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Davud 2018 ci ildə özüdə istəmədən bir hadisəyə görəömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin yarısı keçmişdirvə qarşı tərəf onu bağışlamışdır.Şəhid balamın yaxın dostu olan Davudun səhhətində olan problemlərə görə çox narahatı.Davud hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verirki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən (Azərbaycan bayrağı ordenli )XTQşəhidin atası kimi xahiş edirəm Davud Əliyevin əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm

Salam. Bu məqallə informativ xarakterlidir məlumatlarla tanış olub müraciətinizi komisiyyaya ünvanlaya bilərsiniz. Vəkil Qulam İsmayılzadə

MƏMƏDOVA MEHRİBAN 2023-02-05 19:47:36

Salam həyat yoldaşım MƏMƏDOV SƏBUHİ ELMURAT OĞLU 8 İL 6 AY CƏZA VERİLİB 6 AY CƏZASI QALIB AVTO QƏZA İLƏ TUTULUB 2 ÖVLADI VAR ÖZÜDƏ HALHAZIRDA XƏSDƏDİR XAİŞ EDİRƏM ƏF EDƏSİZ

Salam. Əfv edilməsi üçün gərək Əfvetmə Komisiyasına müraciət edəsiniz. Vəkil Qulam İsmayılzadə

SİTARƏ 2023-02-10 16:26:56

salam zehmet olmasa eff komissiyasina yazmaq ucun bashliq nece yazilir. komeklik gostererdiz erizenin bashliqini nece yazim ve hara unvanlayimş qardashim ucun eff muraciet etmek isteyiremş mektub el xetti ile yazilmalidir ya cap shekilinde

Salam. Məqallədə bu barədə məlumat verilmişdir. Vəkil Qulam İsmayılzadə

Zülfiyyə 2023-02-11 11:37:34

Bu müraciətimlə Sizə bildirmək istəyirəmki, oğlum Rüstəmov Hüseyn Sahib oğlu 2015-ci ildə Cinayət məcəlləsinin 120.1 ci maddəsi ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunubdur.Artıq cəzasının 7- il 6 ayını çəkib. O, Sumqayıt Dövlət Üniversitetinin 4-cü kurs tarix fakultəsinin tələbəsi idi. Hal-hazırda Şəki şəhər Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Atası Rüstəmov Sahib Hüseyn oğlu heç bir yerdə işləmir, yaşı çatmadığı üçün təqaütçü deyil, oğlunun dərdindən insulin və şəkər xəstəliyindən əziyyət çəkir,açıq ürək əməliyyatı keçirib.Xəstəliyinə görə Mingəçevir şəhər Xəstəxanasında qeydiyyatdadır.Qardaşı Rüstəmov Rafiq Sahib oğlu Vətən müharibəsi iştirakçısıdır.Şuşa, Qubadlı ,Fizulinin alınması uğrunda 4 medalla təltif olunub.Müharibə vetaranıdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Hüseyn artıq həbs müddətinin çox hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk

Salam. Məqallə məlumat xarakterlidir, məlumatlardan yararlanıb müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

isaq məmişov 2023-02-17 20:48:45

Mən Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun atası Sizə müraciət edirəm ki, Laçın rayon zabux kənd sakini Məmişov İsmayıl İsaq oğlunun ƏFV olunmasına köməklik göstərəsiniz. İsmayıl 2022-ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq həbs müddətinin 3-də 1-hissəsini keçmişdir Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Qarşı zərərçəkmiş onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər Nizami rayon böyükşor qəsəbəsində yerləçən AR, ƏN-nin Petensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Özüm birinci dərəcəli şəkər xəstəliyindən əziyyət çəkirəm bu xəstəliyə görədə sağ ayağım aputasiya olunaraq kəsilmiçdir. Həyat yoldaşım da xəstəlikdən əziyyət şəkir ailəmizin yeganə gəlir gətirəni oğlum İsmayılıydı iki azyaçlı övladını və birinci məhkumluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinin Sizə verdiyi müstəqil hüququnuzdan istifadə edərək verəcəyiniz növbəti ƏFV sərəncamınızda oğlumuda bağıçlayasınız. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 20203-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ata kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Məmişov İsmayıl İsaq oğlunun artıq həbs müddətinin 3-də 1- hissəsini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edimki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildirirk Sizə bir ata kimi söz verirəm ki, azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır.Sizdən xahiş edirəm Məmişov İsmayıl İsaq oğlunun əfv edilmısində köməklik edəsiniz. təşəkkür edirəm Hörmətlə, Sizə böyük umid və Hörmətlə Məmişov İsaq İsa oğlu Tel: 070 645-44-41

Salam. Məqallədə istədiyiniz məlumat var, hüquqi yardım yalnız ödəniş müqabilində edilir. Vəkil Qulam İsmayılzadə

Nuranə Qarayev 2023-02-19 16:26:43

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Cənablarına AR,vətəndaşı, işləməyən, himayəsində iki azyaşlı usağı olan Goranboy rayon Xanqərvənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayon Mikayıl Ələkbərov küçəsi döngə 1, ünvanında yaşayan 08.05.1991-ci ildə anadan olmuş Qarayeva Nuranə Elçin qızı tərəfindən Ərizə Çox hörmətli Möhtərəm Cənab prezident, Siz təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanizim Siyasətinin layiqçi davamçısı olaraq dəfələrlə tərəfinizdən verdiyiniz ƏFV və ominist Sərəncamları ilə yüz minlərlə məhkumu azadlığa və öz qohumlarına qovuşduraraq onların gələcəkdə yenidən cinayət törətməməyinə dair adımlarınızla onlara hədsiz sevinc bəxş etmisiniz. Məndə etdiyim cinayət əməlinə görə Azərbaycan məhkəməsi tərəfindən AR CM-nın 221.2.1-ci maddəsi ilətəqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığımın məhdudlaçdırılması cəzası almışam. Cəzamın çəkilən 6 ayında ayağımda xüsusi texniki vasitə bağlanmışdır və hal hazırdada bu müşahidə elektron qandalı ayağımda daşıyıram mənim himayəmdə iki azyaşlı uşağım var atam Dəmirov Elçin Münsüf oğlu isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Goranboy rayon Gülüstan döyüşləri zamanı şəhid olmuşdur. Mən törətdiyim bu cinayət əməlinə görə həm utanıram həmidəki çoxpeşmanam bu ərizəm ilə Sizdən Xahiş edirəm ki, növbəti humanist adımınızda verəcəyiniz əfv Sərəncamı zamanı mənidə bağışlayaraq atamın ruhunu və məni sevindirəsiniz. Məni əfv etdiyiniz tədqirdə Azərbaycan Respublikasının Vətəndaşı adına layiq olacağıma və qanunlarını uca tutacağıma Sizin etimadınızı doğruldacağıma söz verirəm Sizə böyük hörmət və ümidlə AR. Vətəndaşı Qarayeva Nuranə Elçin qızı imza: Tel: 070 541 00 34 Tarix:19.02.2023-cü il

Məmmədova Elnarə 2023-03-04 20:29:40

Salam əhf ucun ərzələri internet uzərində yazmaq olar və bilməy isdiyərədimki məninm həyat yoldasim ogurluqdan tutulmuşdu məhkəmə olundu elektiron qolbaq taxıldi 1 il kecdi ancaq gecə evə gec gəldiyi ucun qanunu pozmuş sayildigi ucun həbsə atildi 8 ay 17 gun cəza verildi fevralin 16 si tutulub bu arada ogurlanan məbləg geri ödənilib şikayətcidə yox idi mənim əmim 1 ci qarabag döyuşlərində şəhit oldu onunda əmisi 2 ci qarabag döyuşlərində şəhid oldu bilmək isdərdim belə halda bu il əhf düşür həyat yoldaşıma?

İnternet vasitəsi ilə əfvə dair müraciət etmək olmur. Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir. Məqalləni diqqətlə oxuyun bu məlumat orda əks olunubdur. Vəkil Qulam İsmayılzadə

Sever 2023-03-08 08:53:28

Salam.Menim Atam Rzayev Habil Sahibu oqlu Masalli rayonundandi.Atama6il iş verilib ve 1il 9 ayini cekib atam effve dusermi ne olar mene komeklik edin xahis edirem sizden .Anam tek yasiyir xestedi hec bir yerden komekliyi yoxdu ne olarcatamin cixnasina komek edin

Salam. Sİzə əfvetmə barədə ərizə yazılmasında köməklik edə bilərəm, lakin xidmət ödənişlidir. Vəkil Qulam İsmayılzadə

zaur 2023-03-11 17:07:46

Salam. Cəza müddətinin 1/3 hissəsini çəkməyibsə əfv üçün müraciət edə bilməz? 11 il cəza alıb, 9 il çəkilməmiş hissəsi qalıbsa..

Xeyr, qanuna əsasən 1\3 hissəsini çəkmiş şəxslər müraciət edə bilər. Vəkil Qulam İsmayılzadə

Babajeva Elmira Məmməd gizi 2023-04-06 00:49:35

2usag atası olan oğlum,2021ci il mart ayının 10da 234.4.3.kulli miqdarda narkotikin satışı maddsijlə cinayət işi açılıb.Mən və yoldaşım pensiya ilə yaşadığımız üçün, nankör ovladin üzündən əzijjət çəkirik.Ona 9il6ajis verilib və himayəsində 2usagi var.Həjat yoldaşım 3grup əlildir.Hormətli vəkil mənə hansı köməklik edə bilərsiniz heç olmasa tənzimləmələr dən istifadə edə bilək.Hər hansı məsləhət üçün Sizə təşəkkür edirəm.Sag olun.

Səidə Bədəlova 2023-04-14 09:11:49

Salam mən Bədəlova Səidə Ramiz qizi yoldasim 1983.10.31 tevrlludlu Bədəlov Rufet yadigar oglu ucun muraciet edirem o 234.2 maddəsiylə 3 il 6 ay azadliqdan məhrum edilib cəzasinin yarisini cəkib onun əhv ə dusməsiylə bagli nə edə bilərəm xais edirem koməklik gosteresiz .Himayəsində 2 azyasli ovladi və yasli anasi var onlara baxmaqda cətinlik cəkirəm

tamara İsa qızı Şahmuradova 2023-04-15 19:33:19

Salam mən Sumqayıt şəhər sakini Şahmuradov Elmannın anası sizə müraciət edirəmki Sumqayıt şəhər sakini Şahmuradov Elman Fərrux oğlunun əfv olunmasına köməklik göstərəsiniz.Elman 2021 ci ildə özüdə istəmədən bir hadisəyə görə ömrünün gənc dövründə həbsxanaya düşmüş və artıq 2 ildir ki, həbsdədir və qarşı tərəf onu bağışlamışdır. Hal-hazırda Bakı şəhər 6 saylı Petensiar müəssisəsində cəza çəkir.Bu müddət ərzində təmkinli və nizam intizamlı olması ilə fəqlənib, etdiyi əməldən çox peşmançılıq hissi keçirir. Elman hətta Qarabağ döyüşlərində dəfələrlə ərizə yazıb könüllü döyüşmək istədiyinidə bildirmişdir və O söz verir ki azadlıqda olan kimi vətənə layiqli övlad olacaqdır. Möhtərəm cənab Prezidentimiz İlahm Əliyev 2020-ci ilin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük ƏFV sərəncamı imzalayacağı gözlənilir. Sizdən dərdli bir ana kimi acizanə sürətdə xahiş edirəmki, oğlum Elmanın artıq həbs müddətinin 2 ilini çəkdiyini nəzərə alaraq yerdə qalan cəza müddətinin ƏFV olunmasını və ya cəza müddətinin qalan hissəsindən azaldılmasına köməklik göstərəsiniz. Qeyd edim ki, Cəza cəkmiş tərəfə dəyən mənəvi və maddi ziyan tərəfimizdən ödənilmişdir. Zərərçəkmiş hec bir tələbi olmaması haqqında natarial qaydada ərizəsi alınmışdır. Öncədən Sizə ailəmiz adından öz dərin hörmət və təşəkkürümüzü bildiririk Sizdən xahiş edirəm Elman Şahmuradovun əfv edilmısində köməklik edəsiniz.təşəkkür edirəm.

Mirisov intiqam 2023-04-27 01:21:20

Salam mənim atam Mirisov intiqam Vaqif oğlu Yardımli rayonu Astanlı kəndi xahiş köməklik edin atam da əfv yazın 9 il verilib 3 ili tamam olacaq əfv düşür ?

İş üçün müraciət məktubu necə yazılır

Mükəmməl iş vəzifəsinə müraciət etməyə hazırsınız və CV-nizi yeniləmisiniz. Ancaq gözləyin, müraciət etmədən əvvəl bir örtük məktubu yazmalısınız. Bir örtük məktubu yazmaqdan həyəcanlanmasanız və vaxt itkisi taparsanız, qısa və qurulmuş bir örtük məktubu işə götürülmək və ya alınmamağınız arasında fərq yaradacaqdır. İş üçün tətbiq olunan bacarıqlarınızı vurğulayaraq və böyük bir əmlak ola biləcəyiniz potensial işəgötürənləri göstərməklə məktub sizi xəyallarınızın vəziyyətinə gətirəcəkdir.

Addım

3-cü hissə: Bir örtük məktubu hazırlamaq

  1. Bir vərəq götür və iki sütun düzəldin. Sol sütunda “Tələblər” və sağ sütuna “Bacarıqlarım” yazın. Boş vakansiyaları diqqətlə oxuyun və tələbləri başa düşün. Sonra bu tələbləri tədris planında qeyd olunan bacarıq və təcrübə ilə müqayisə edin.
    • Soldakı sütunda iş üçün tələb olunan tələb və bacarıqları yazın.
    • Sağ əl sütununda, bu tələblərə cavab verən tədris planlarından güllə nöqtələrini yazın.
    • İşlə əlaqəli güllə nöqtələrini yazmaq ən vacib məlumatları tez bir zamanda və təsirli bir şəkildə təmin etməyə imkan verəcəkdir.
  • Məktubunuzun hizalanmış olduğundan əmin olun.
  • Məktubunuzu yazdığınız tarixi daxil edin, bir sətir ayırın və sonra əlaqə məlumatınızı daxil edin:
    • Adı
    • Ünvan
    • Telefon nömrəsi
    • E-poçt ünvanı (elektron poçt)
    • Şəxsi veb sayt (əgər varsa)
    • LinkedIn profilidir
    • Şirkət əlaqə məlumatlarını daxil etməklə, o şirkətə xüsusi olaraq yazdığınız və elan edilmiş mövqe üçün işə götürmə meneceri ilə əlaqədar araşdırma apardığınızı göstərir.
    • Bu əlavə səy, ümumiyyətlə bitmiş bir ərizə məktubunu kopyalayan və müraciət etdiyinizi göstərən əksər ərizəçilərin qarşısında olacaq.
    • İşə götürən menecerin adını bilmirsinizsə, adını tapa biləcəyinizi görmək üçün şirkət veb saytını axtarın. LinkedIn və ya hətta Twitter-ə baxın. Müəyyən bir ad tapa bilmirsinizsə, müraciət etdiyiniz şöbə müdirini tapa biləcəyinizə baxın. Başqa bir şey nəticəsiz qalsa və bir ad tapa bilmirsinizsə, örtük məktubunuzu şöbənin işə götürən menecerinə göndərə bilərsiniz. Məsələn: “işə götürmə meneceri”.
    • Yenə də işə götürən menecerin adını bilmirsinizsə, “Əziz. İşə götürmə meneceri ”kifayətdir.

    3-cü hissənin 2-si: Örtük məktubu yazmaq

    1. Çekici birinci abzas yazın. İşəgötürənlər çoxlu sayda məktub oxudular və məktubunuzun zibil qutusuna gedib-gəlməyəcəyinə qərar vermək üçün çox güman ki, onları tez bir zamanda oxudular. Əvvəlcə vacib məlumatları yazın, örtük məktubunu bir xəbər məqaləsi kimi düşünün.
      • Müraciət etməkdə maraqlı olduğunuzu bildirən güclü, deklarativ bir cümlə ilə açın.
      • Sizi maraqlandıran amillər barədə qısa və konkret olun. Şirkət haqqında nəyi sevirsiniz? Nümunələr verin və şirkət mühiti olduqca təsadüfi olduqda bir neçə danışıq xəttindən istifadə etməkdən qorxmayın.
      • İşə götürən menecerə yalnız şirkətin işi ilə tanış olmadığınızı, ancaq onlara bənzər bir damara uyğun olduğunuzu göstərin.
      • Məsələn, xəbər yazan bir şirkətdə işə müraciət edirsinizsə, məqalələrinə uyğun örtük məktubu yazmağa çalışın. Ciddidirlər, yoxsa yumor da daxil edirlər? Böyük bir marketinq firması və ya maliyyə qurumu kimi daha rəsmi bir şirkətə müraciət edirsinizsə, etibarlı olduğunuzu, ancaq nəzakətli olduğunuzu göstərmək lazım ola bilər.
    2. Vakansiya haqqında məlumat verdiyiniz dövləti göstərin. Tətbiq etməzdən əvvəl bir az araşdırma aparın və orada işləyən birini tanıyırsınızmı. İnsider və arayışın olması həmişə yaxşıdır və icazə verərsə adını söyləməkdən çəkinməyin.
      • Şirkətdə bir əlaqə yoxdursa, iş yerlərini, şirkət axtarış saytları, qəzet saytları və sair kimi iş yeri barədə məlumat verdiyinizdən əmin olun.
    3. Sizi işə götürməyin hansı fayda verəcəyini izah edin. Şirkətdən işə götürməyin sizə fayda verəcəyini söyləməyin. Mövqe bir səbəbdən açıqdır, həll ediləcək bir problem var. Bunu həll etmək üçün varsınız.
      • Müvəffəqiyyətlərinizin və təcrübənizin siyahısını yoxlayın, danışa biləcəyiniz bir və ya iki nümunəni axtarın. Bu niyə böyük bir namizəd olduğunuzu göstərir.
      • Məsələn, mövqeyinizin bir komandaya rəhbərlik edə biləcəyini və eyni zamanda birdən çox layihəni həll edə biləcəyini tələb etdiyini görsəniz, ehtiyacınıza uyğun gələn təcrübənin olub olmadığını görmək üçün müvəffəqiyyətləriniz siyahısını yoxlayın. Daha əvvəl komandalara rəhbərlik etmisinizsə, liderlik bacarıqlarınızın layihələrin məhsuldarlığını necə artırdığını qısaca yazın.
      • Statistikaları və rəqəmləri təqdim etmək şansınız varsa, bunu edin. İşə götürməyin faydalarını izah edərkən, rəhbərliyiniz altında artan şirkət gəlirləri və ya xərclərin azaldılması kimi statistikalardan istifadə etməyə çalışın.
    4. Qısa müddətdə güclü, bacarıq və təcrübənizi daxil edin. İkinci abzasda iki və ya üç bacarıq və təcrübə ilə iş tələblərinə uyğun olmalısınız, bu sizin düzgün namizəd olduğunuzu göstərir.
      • Təcrübə və bacarıqlarınızı daha dərindən izah etmək üçün tədris planı və bacarıqlar bölməsinə baxın.
      • Şirkətin üzləşdikləri hər hansı bir problemləri onların tələblərinə əsasən həll etməyə qadir olduğunuzu göstərən qısa lətifələrə baxın.
      • Karyeranızın ən uyğun tərəflərini daxil edin. Son müvəffəqiyyətdən başlasanız əla olsa da, əvvəllər tələblərə mükəmməl uyğun gələn bir şey üzərində işləməyiniz mümkündür; köhnə təcrübələrə qazmaqdan çəkinməyin.
    5. CV-də görünməyən özünüz haqqında bir şəkil təqdim edin. İşə götürən menecer CV-nizi oxuya bilər və əvvəlki işlərdə nə etdiyinizi görə bilər. Uğurun arxasında duran şəxsin kim olduğunu göstərmək lazımdır.
      • Bir-iki cümlə ilə şirkətin sizə təsirini ifadə edin. Bu xəyal işidirsə, şansınız şirkətin həyatınızı bu və ya digər şəkildə formalaşdırmasıdır.
      • Çox həssas olma və qısa ol. Ancaq insan tərəfini tək bir hekayə ilə göstərməklə, yalnız bir kağız üzərində olan faktlardan daha çox olduğunu göstərirsən.

    3-cü hissənin 3-ü: Bir örtük məktubunu yekunlaşdırmaq

    1. Mükəmməl namizəd olma səbəblərini ümumiləşdirmək üçün bir cümlə yaz. Mətn məktubu düzgün tonda bağlamaq çox vacib bir hissədir, çünki sizi görüşə apara bilər.
      • Şirkətə necə töhfə verə biləcəyinizi izah etdikdə, özünüzü işə götürən menecer vəzifəsinə qoymaq lazım olduğunu unutmayın. Onlara deyin ki, töhfəniz sizə kömək edən şirkətə deyil, şirkətə kömək edəcəkdir.
      • Özünüzü soruşun ki, işə götürməyiniz halında bir namizəd üçün nə axtaracaqsınız.
    2. Kirayə müdirini sizinlə əlaqə qurmağa dəvət edin. Onlara bildirin ki, mövqeyinizi daha sonra müzakirə etmək və əlaqə məlumatlarınızı bir daha təmin etmək fürsətinizi əldə etmək istəyərsiniz.
      • İşə götürən menecerə təşəkkür edərək məktubu aşağıdakı kimi tamamlayaraq bağlaya bilərsiniz: İşinizlə məşğul olmağınıza imkan yaradan ən qısa zamanda sizə cavab gözləyirəm.
      • Yalnız işə götürən menecerdən sizə uyğun olduğunu düşünürsə sizə zəng etməsini istəməyin. Daha danışmaq istədiyinizi söyləyərək (soyuqqanlı olmadan) özünə inam göstərin.
    3. Yekun təbriklə sona çatın. Son təbrik sonradan düşünülə bilər, ancaq doğru sözləri bilmirsinizsə, əsəbi ola bilər. “Hörmətlə” və ya sadəcə “salam” istifadə edin.
      • Məktubu çox rəsmi şəkildə bağlamaq sizin üçün zərərli ola bilər, çünki qeyri-səmimi görünəcək və ya məktubunuzun tərzinə uyğun gəlmir.
      • “Hörmətlə” və ya “Salam” yazmaqla bir sevgi məktubu kimi səslənmədən hörmət göstərirsən. “Sonra görüşək” kimi salamlar çox qeyri-rəsmi və bəlkə də mənasız görünür.
    4. Adınızı yekun salamın altında yazın. Bağlanış təbrikindən sonra tam adınızı bir neçə sətir yazın və adınızı imzalayın.
      • Əgər imzanız kompüterinizin söz prosessorunda artıq yaradılıbsa, onu bağlanış təbriki altında daxil edə bilərsiniz.
      • Alternativ olaraq, məktubu çap edib əl ilə imzalaya bilərsiniz. Bu metodu seçsəniz, elektron poçt vasitəsilə göndərildiyi təqdirdə poçtunuzu yenidən kompüterinizə skan etməlisiniz.
      • Bəzi şirkətlər artıq tam bir ad varsa imza tələb etmirlər.

    Göstərişlər

    • Örtük məktubunuz aydın və məqsədəuyğun olmalıdır. İşəgötürənin gözündə ilk təəssüratınız bu məktub vasitəsilə formalaşır.
    • Yalnız üç paraqraf yazmağı seçin və heç bir səhifədən çox olmamalıdır. İşə götürən menecerlər, oxumaqdan əvvəl müvafiq məlumat üçün tez bir zamanda örtük məktublarını oxumağa meyllidirlər.
    • Məktubunuzun tonda rəsmi olduğuna və təsadüfi və ya qeyri-rəsmi dildə olmadığına əmin olmaq üçün yenidən yoxlayın.
    • Mümkünsə bir telefon nömrəsi, e-poçt ünvanı və arayış adını daxil edin. Alternativ olaraq, birinizdən bir arayış təqdim etməyinizi və ərizənizi və davam etdiyiniz zaman arayışın daxil edilməsini xahiş edin.
    • Bir dostunuz və ya ailə üzvlərinizin bir səhv olduğunu görmələri üçün örtük məktubunuzu oxuyun.
    • Yazılmış örtük məktubuna üstünlük verilir, çünki əllə yazılmış məktubdan daha rəsmi və oxunması asan olduğuna görə məktubunuzun oxunma şansı daha yüksəkdir.
    • Müvafiq bir şrift istifadə edin. Geyinməyə çalışın Arial və ya Times New Roman. Kimi məzəli şriftlərdən çəkinin Prikol Sans, bu, peşəkarlığınız çatışmazlığı göstərərək məktubunuzun nüfuzuna tez bir zamanda zərər verə bilər. Bəzi bənzərsiz boş yerlər var ki, bu kimi bir şriftdən istifadə incə, lakin ümumiyyətlə nadirdir, buna görə diqqətli olmaq yaxşıdır.
    • Orfoqrafiya və qrammatikamızın düzgün olduğundan əmin olmaq üçün iki dəfə yoxlayın. Paraqraf və durğu işarələrindən istifadə edin.

    Xəbərdarlıq

    • Müraciət məktubunda işə düzələcəyinizi ehtimal etməyin. Artıq şirkət üçün işləməyinizi təklif edən cümlələrdən çəkinin, məsələn “məni işə götürsəniz, aşağıdakıları edərdim” kimi cümlələrdən çəkinin.
    • Örtük məktubunuzun davamı təkrarlanmamalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.