Ekonomiksin prinsipləri
Prinsip #1: İnsanlar Seçimlərlə Üzləşir.
• Səmərəlilik yaxud Ədalətlilik
• Səmərəlilik cəmiyyətin malik olduğu qıt
sərvətlərdən maksimum dərəcədə faydalanmaq
xüsusiyyəti deməkdir.
• Ədalətlilik iqtisadi rifahın cəmiyyət üzvləri arasında
adil surətdə bölüşdürülməsi xüsusiyyəti deməkdir.
Copyright © 2004 South-Western/Thomson Learning
Ekonomiksin On Prinsipi
• Ailə təsərrüfatı və iqtisadiyyat çoxlu seçimlərlə
üz-üzə gəlir:
• Kim işləyəcək?
• Hansı əmtəələr istehsal edilməlidir? İstehsalın
kəmiyyəti nə qədər olmalıdır?
• İstehsal zamanı hansı resurslardan istifadə edilə
bilər?
• Əmtəələr hansı qiymətə satılmalıdır?
Copyright © 2004 South-Western/Thomson Learning
6. EKONOMİKSİN ON PRİNSİPİ
Cəmiyyət və Qıt Sərvətlər (resurslar):
• Cəmiyyətin sərvətlərinin idarə edilməsi vacibdir
çünki, sərvətlər məhduddur.
• Qıtlıq. . . o deməkdir ki, cəmiyyətin sərvətləri
məhduddur və buna görə də insanların malik olmaq
istədiyi bütün əmtəə və xidmətləri istehsal edə
bilməz.
Copyright © 2004 South-Western/Thomson Learning
7. EKONOMİKSİN ON PRİNSİPİ
Ekonomiks cəmiyyətin öz qıt sərvətlərini necə
idarə etdiyini öyrənən elm sahəsidir.
Copyright © 2004 South-Western/Thomson Learning
8. EKONOMİKSİN ON PRİNSİPİ
• İnsanlar qərarları necə qəbul edir.
• İnsanlar seçimlərlə üzləşir.
• Bir şeyin dəyəri onu əldə etmək üçün imtina
olunanlarla ölçülür.
• Rasional insanlar marjinal faydanı düşünürlər.
• İnsanlar stimullara cavab verirlər.
Copyright © 2004 South-Western/Thomson Learning
9. EKONOMİKSİN ON PRİNSİPİ
• İnsanlar arasındakı münasibətlər.
• Ticarət hər kəs üçün faydalı ola bilər.
• Adətən bazarlar iqtisadi fəaliyyətin təşkili üçün
yaxşı üsuldur.
• Bəzən dövlətlər bazar fəaliyyətinin nəticələrini
yaxşılaşdıra bilər.
Copyright © 2004 South-Western/Thomson Learning
10. EKONOMİKSİN ON PRİNSİPİ
• Bütövlükdə iqtisadiyyat necə işləyir.
• Ölkədəki həyat səviyyəsi həmin ölkənin
istehsalından asılıdır.
• Dövlət həddən artıq pul çap etdikdə qiymətlər
qalxır.
• Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısa
müddətli seçimlə üzləşir.
Copyright © 2004 South-Western/Thomson Learning
11. Prinsip #1: İnsanlar Seçimlərlə Üzləşir.
“Pulsuz nahar olmaz!”
Copyright © 2004 South-Western/Thomson Learning
12.
Prinsip #1: İnsanlar Seçimlərlə Üzləşir.
Adətən, xoşumuza gələn hər hansı bir şeyi əldə
etmək üçün, xoşladığımız digər bir şeyi verməyə
məcbur oluruq.
Silah yaxud qida
Qida yaxud geyim
Asudə vaxt yaxud iş
Səmərəlilik yaxud ədalətlilik
Qərarları qəbul etmək iki məqsəddən
birini seçmək tələb edir.
Copyright © 2004 South-Western/Thomson Learning
13.
Prinsip #1: İnsanlar Seçimlərlə Üzləşir.
• Səmərəlilik yaxud Ədalətlilik
• Səmərəlilik cəmiyyətin malik olduğu qıt
sərvətlərdən maksimum dərəcədə faydalanmaq
xüsusiyyəti deməkdir.
• Ədalətlilik iqtisadi rifahın cəmiyyət üzvləri arasında
adil surətdə bölüşdürülməsi xüsusiyyəti deməkdir.
Copyright © 2004 South-Western/Thomson Learning
14. Prinsip #2: Bir Şeyin Dəyəri Onu Əldə Etmək Üçün İmtina Olunanlarla Ölçülür.
• Qərarların qəbul edilməsi alternativlərin gətirə
biləcəyi fayda və məsrəflərin müqayisəsini
tələb edir.
• Universitetə getmək yoxsa işləmək?
• Dərslərə hazırlaşmaq yoxsa görüşə getmək?
• Dərsə getmək yoxsa yatmaq?
• Bir əşyanın alternativ dəyəri onu əldə etmək
üçün imtina olunanlarla ölçülür.
Copyright © 2004 South-Western/Thomson Learning
15.
Prinsip #2: Bir Şeyin Dəyəri Onu Əldə Etmək
Üçün İmtina Olunanlarla Ölçülür.
Basketbol ulduzu Kobe
Brayant universitetə
getməkdən imtina etmiş
və orta məktəbdən
birbaşa peşəkar idmana
qatılmışdır ki, burada o
milyonlarla dollar
qazana bilmişdir.
Copyright © 2004 South-Western/Thomson Learning
16. Prinsip #3: Rasional İnsanlar Marjinal Faydanı Düşünürlər.
• Marjinal Dəyişmələr fəaliyyət planında kiçik
düzəlişlərdir.
İnsanlar marjinal fayda və məsrəfləri
düşünməklə qərar qəbul edirlər.
Copyright © 2004 South-Western/Thomson Learning
17. Prinsip #4: İnsanlar Stimullara Cavab Verirlər.
• Fayda və məsrəflərdə marjinal dəyişmələr
insanları reaksiya verməyə məcbur edir.
• Bir alternativi o biri alternativdən üstün tutmaq
qərarı o zaman baş verir ki, həmin alternativin
marjinal faydası onun marjinal məsrəfindən
artıq olur.
Copyright © 2004 South-Western/Thomson Learning
18. Prinsip #5: Ticarət Hər Kəs Üçün Faydalı Ola Bilər.
• İnsanlar başqaları ilə ticarət etmək bacarığından
faydalanır.
• Rəqabət ticarətdən fayda qazanmaqla
nəticələnir.
• Ticarət insanlara onların ən yaxşı bacardığı
fəaliyyət sahəsində ixtisaslaşmaq imkanı verir.
Copyright © 2004 South-Western/Thomson Learning
19. Prinsip #6: Adətən Bazarlar İqtisadi Fəaliyyətin Təşkili Üçün Yaxşı Üsuldur.
• Bazar iqtisadiyyatı çoxlu müəssisə və ailə
təsərrüfatlarının əmtəə və xidmət bazarlarında
qarşılıqlı münasibətdə olarkən, verdikləri
müstəqil qərarları vasitəsilə sərvətləri
bölüşdürən iqtisadiyyatdır.
• Ailələr hansı müəssisələrdə işləyəcəklərinə və öz
gəlirləri hesabına nə alacaqlarına qərar verirlər.
• Şirkətlər kimi işə götürəcəklərinə və nə istehsal
edəcəklərinə qərar verirlər.
Copyright © 2004 South-Western/Thomson Learning
20.
Prinsip #6: Adətən Bazarlar İqtisadi
Fəaliyyətin Təşkili Üçün Yaxşı Üsuldur.
• Adam Smit belə bir müşahidə aparmışdır ki,
bazarlarda qarşılıqlı əlaqədə olan təsərrüfat və
şirkətlər sanki “gözəgörünməz əl” tərəfindən
arzu olunan nəticələrə doğru yönəldilirlər.
• Çünki, nəyi alıb nəyi satmaq kimi qərarları qəbul
edərkən ailə və müəssisələr qiymətə nəzər
saldıqlarına görə, özləri də bilmədən öz
hərəkətlərinin ictimai fayda və məsrəflərini nəzərə
almış olurlar.
• Nəticədə, qiymətlər həmin fərdi qərar verənlərin
hərəkətlərini elə şəkildə yönləndirir ki, cəmiyyətin
bütövlükdə rifahı maksimal dərəcədə artmış olsun.
Copyright © 2004 South-Western/Thomson Learning
21. Prinsip #7: Bəzən Dövlətlər Bazar Fəaliyyətinin Nəticələrini Yaxşılaşdıra bilər.
• Bazarın iflası o zaman baş verir ki, kənar
müdaxilə olmadığı halda sərvətlərin səmərəli
bölünməsinə nail olunmur.
• Bazar iflasa uğradıqda dövlət səmərəlilik və
ədalətlilik həyata keçirmək üçün müdaxilə edə
bilər.
Copyright © 2004 South-Western/Thomson Learning
22.
Prinsip #7: Bəzən Dövlətlər Bazar
Fəaliyyətinin Nəticələrini Yaxşılaşdıra bilər.
• Bazarın iflası aşağıdakı səbəblərə görə ola bilər:
• Yan təsir- bir şəxsin və ya müəssisənin əməllərinin
başqalarının maddi rifahına təsiri.
• Bazar gücü – tək bir şəxsin və ya müəssisənin bazar
qiymətlərinə hədsiz təsir edə bilməsi imkanıdır.
Copyright © 2004 South-Western/Thomson Learning
23. Prinsip #8: Ölkədəki Həyat Səviyyəsi Həmin Ölkənin Əmtəə və Xidmətləri İstehsal Etmək Qabiliyyətindən Asılıdır.
• Həyat səviyyəsi müxtəlif yollarla ölçülə bilər:
• Şəxsi gəlirləri müqayisə etməklə.
• Milli istehsalın ümumi bazar dəyərini müqayisə
etməklə.
Copyright © 2004 South-Western/Thomson Learning
24.
Prinsip #8: Ölkədəki Həyat Səviyyəsi Həmin
Ölkənin Əmtəə və Xidmətləri İstehsal Etmək
Qabiliyyətindən Asılıdır.
• Həyat səviyyəsindəki demək olar ki, bütün
müxtəlifliklər ölkələrin məhsuldarlığı
arasındakı fərqlərlə izah olunur.
• Məhsuldarlıq bir işçinin vaxtının hər saatında
istehsal edilən əmtəə və xidmətlərin miqdarıdır.
Copyright © 2004 South-Western/Thomson Learning
25. Prinsip #8: Ölkədəki Həyat Səviyyəsi Həmin Ölkənin Əmtəə və Xidmətləri İstehsal Etmək Qabiliyyətindən Asılıdır.
• Həyat səviyyəsi müxtəlif yollarla ölçülə bilər:
• Şəxsi gəlirləri müqayisə etməklə.
• Milli istehsalın ümumi bazar dəyərini müqayisə
etməklə.
Copyright © 2004 South-Western/Thomson Learning
26. Prinsip #9: Dövlət Həddən Artıq Pul Çap Etdikdə Qiymətlər Qalxır.
• İnflyasiya iqtisadiyyatda qiymətlərin ümumi
səviyyəsindəki artımdır.
• İnflyasiyanın bir səbəbi pul kütləsinin
artmasıdır.
• Dövlət öz milli pulunun miqdarını artırdıqca,
pulun dəyəri düşür.
Copyright © 2004 South-Western/Thomson Learning
27. Prinsip #10: Cəmiyyət İnflyasiya ilə İşsizlik arasında Qısa Müddətli Seçimlə Üzləşir.
• Filips Əyrisi qısa müddətdə inflyasiya ilə
işsizlik arasındakı seçimi göstərən əyridir:
İnflyasiya İşsizlik
Bu qısa müddətli seçimdir!
Copyright © 2004 South-Western/Thomson Learning
28. Xülasə
• Fərdlər qərar qəbul edərkən alternativ
məqsədlər arasında seçimlərlə üzləşir.
• Hər hansı bir şeyin dəyəri onu əldə etmək üçün
imtina edilən imkanlarla ölçülür.
• Rasional insanlar marjinal məsrəflər və marjinal
faydaları müqayisə etməklə qərar qəbul edirlər.
• İnsanlar stimullara öz davranışlarını dəyişməklə
cavab verirlər.
Copyright © 2004 South-Western/Thomson Learning
29. Xülasə
• Ticarət qarşılıqlı faydalı ola bilər.
• Adətən bazarlar insanlar arasında ticarət
əlaqələrinin aparılması üçün yaxşı üsuldur.
• Dövlət bazar fəaliyyətinin nəticələrini
yaxşılaşdıra bilər, əgər bazar iflasa uğrayıbsa və
yaxud da ədalətsizlik mövcuddursa.
Copyright © 2004 South-Western/Thomson Learning
30. Xülasə
• Məhsuldarlıq yaşayış səviyyəsinin əsas
mənbəyidir.
• Pulun artımı inflyasiyanın əsas mənbəyidir.
• Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısa
müddətli seçimlə üzləşir.
Copyright © 2004 South-Western/Thomson Learning
Kayzen
Qısamüddətli perspektivdə cəmiyyət inflyasiya və işsizlik arasında seçim etməlidir
Əgər inflyasiyanın səbəbi bu qədər aşkardırsa, onda nə üçün o,cəmiyyət və siyasətçilər üçün «baş ağrısına» çevrilir? Bunun səbəblərindən biri ondan ibarətdir ki, çox vaxt inflyasiyanın azaldılması işsizliyin müvəqqəti artmasının səbəbi kimi nəzərdən keçirilir. Inflyasiya və işsizlik arasındakı asılılığı bu qarşılıqlı əlaqəni kəşf edən iqtisadçının şərəfinə adlandırılan Fillips əyrisi təsvir edir.
Prinsip 9
- Ekonomiks
- 18 aprel 2011, 11:12
Qiymətlər hökumət həddən artıq çox pul çap etdikdə artır
1921-ci ilin yanvarında Almaniyada gündəlik qəzet 30 pfenqin idi, 2 ildən də az müddət keçdikdən sonra — 1922-ci ilin noyabrında onun qiyməti 70 mln. marka idi. Digər qiymətlər də uyğun nisbətlərdə artmışdı. Bu, dünya tarixində inflyasiyaya – iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin artmasına ən tipik misaldır.
1.8. Prinsip 8
- Ekonomiks
- 4 aprel 2011, 21:20
Əhalinin həyat səviyyəsi ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyəti ilə müəyyən olunur
Dünya ölkələri əhalilərinin həyat səviyyəsi fərqlidir. 1997-ci ildə orta amerikalı ildə 29.000$ qazanırdı. Həmin ildə orta meksikalı 8.000 $, orta nigeriyalı isə 900$ qazanırdı. Təəccüblü deyil ki, orta gəlirlərdəki böyük fərqlər əhalinin həyat səviyyəsinin müxtəlif göstəricilərində əks olunur. Gəlirləri yüksək olan ölkələrin vətəndaşları aşağı gəliri olan ölkələrin əhalisindən fərqli olaraq, daha çox televizor, avtomobil, keyfiyyətli yemək və tibbi xidmətə malikdirlər.
1.7. Prinsip 7
- Ekonomiks
- 4 aprel 2011, 21:20
Bəzən dövlət bazara müsbət təsir etmək imkanına malik olur
Adətən, bazar iqtisadi fəaliyyətin təşkilini çox səmərəli koordinasiya edir, lakin bu qaydadan bəzi mühüm kənaraçıxmalar mövcuddur. Dövlətin iqtisadiyyata müdaxiləsi iki səbəbdən məqsədyönlüdür: bu səmərəliliyin və bərabərliyin təmin olunmasına yönəldilirsə, yəni dövlət proqramlarının əsas məqsədi ya «iqtisadi piroqun» həcminin ölçülərinin artırılmasından, ya da onun bölüşdürülməsi üsulunun dəyişdirilməsindən ibarət olursa.
«Görünməz əl» adətən, bazarı resursların daha səmərəli bölgüsünə gətirib çıxarır. Lakin bəzən müxtəlif səbəblərə görə «görünməz əl» işləmir. Bazarın öz-özünə resursları səmərəli bölüşdürmək iqtidarında olmaması vəziyyətini təsvir edərkən iqtisadçılar «bazarın müvəffəqiyyətsizliyi (iflas)» terminindən istifadə edirlər.
1.6. Prinsip 6
- Ekonomiks
- 1 aprel 2011, 23:20
Adətən bazar-iqtisadi fəaliyyətin təşkilinin əlverişli üsuludur
SSRI və Şərqi Avropada kommunizmin süqutu bəlkə də son yarım əsr ərzində dünyada baş verən ən əhəmiyyətli dəyişiklikdir. Kommunist ölkələrində dövlət iqtisadi fəaliyyəti idarə edən, hansı əmtəə və xidmətləri istehsal etmək, hansı miqdarda və bu işlə kimin məşğul olacağı barədə qərarlar qəbul edən planlaşdırma mərkəzi kimi çıxış edirdi. Mərkəzləşdirilmiş planlaşdırma yalnız dövlətin iqtisadi fəaliyyətinin bütövlükdə ölkənin çiçəklənməsini təmin edəcək səviyyədə təşkil etməsi imkanına malik olması haqda nəzəriyyəyə əsaslanırdı.
1.5. Prinsip 5
- Ekonomiks
- 1 aprel 2011, 23:19
Hər kəsin xeyrinə ticarət
Yəqin ki, yapon kompaniyalarının dünya bazarında Amerika istehsalçılarının əsas rəqibi olması barədə «xəbəri» eşitmisiniz. Bəzi hallarda bu, həqiqətən də belədir, axı Amerika və yapon firmaları çoxlu eyni tipli əmtəələr istehsal edirlər. Ford və Tovota avtomobil bazarında alıcılara görə mübarizə edilir, Compaq və Toshiba fərdi kompüterlər bazarında rəqabət aparılır.
1.4. Prinsip 4
- Ekonomiks
- 31 mart 2011, 12:14
Insan stimullara reaksiya verir
Insanın qəbul etdiyi qərarlar adətən mümkün olan xeyir və məsrəflərin müqayisəsinə əsaslandığı üçün onlar arasındakı nisbətin dəyişməsi də şübhəsiz, şəxsin qərarlarına təsir göstərəcək. Beləliklə, insan stimullara reaksiya verir. Məsələn, almanın qiyməti qalxdıqda, o, alma yox, armud almaq qərarını qəbul edə bilər, ona görə ki, alma daha baha başa gəlir. Meyvə bağlarının sahibləri isə satışlardan əldə etdikləri gəlirlər artdığına görə, alma məhsulunu yığmaq üçün daha çox muzdlu işçi tutmaq qərarına gəlirlər.
1.3. Prinsip 3
- Ekonomiks
- 31 mart 2011, 12:14
Ağıllı insan son həddə dəyişikliklər terminlərini də fikirləşir
Hər gün rastlaşdığımız problemlərin həlli həmişə bir-birini tam inkar edən xarakterə malik deyil. Məsələn, nahar vaxtı siz tamamilə yeməkdən imtina etmək və ya qazandakı bütün yeməyi yemək arasında seçim etmirsiniz, sadəcə olaraq qərara alırsınız ki, bir-iki qaşıq artıq yemək olar, ya yox. Eyni qayda ilə siz məqbul -imtahan sessiyası zamanı tamamilə imtahanlara hazırlaşmaqdan imtina etmək və ya 24 saat dərsliklərin üzərində çalışmaq arasında deyil, sadəcə olaraq 1 saat teleproqram seyr etmək və ya 60 dəqiqə öz konspektlərinizi oxumaq arasında seçim edirsiniz.
1.2. Prinsip 2
- Ekonomiks
- 29 mart 2011, 12:45
Xərclər arzu olunanların əldə edilməsi üçün imtina edilənlərdən ibarətdir
THE COST OF SOMETHING IS WHAT YOU GIVE UP TO GET IT
Insan tərəfindən dərk edilmiş qərarların qəbul edilməsinin seçim zəruriliyi fəaliyyətin alternativ variantlarının — xərclərinin və nemətlərinin müqayisəsini tələb edir. Lakin bir çox hallarda xərclər ilk baxışdan göründüyü kimi aşkar deyillər.
Misal üçün, ali məktəbə daxil olmaq barədə abituriyentin qərar qəbul etmək prosesini nəzərdən keçirək. Onun əldə edəcəyi xeyir, yəqin ki, intellektual zənginləşmədən və yaxşı iş əldə etmək perspektivindən ibarətdir. Lakin xərclər nədən ibarətdir? Təhsilə, dərsliklərə, yataqxanadakı otağa və qidalanmaya görə o, müəyyən məbləğdə pul ödəməli olacaq. Və bunlar kollecdə bir neçə il təhsilə görə tələbənin imtina edəcəklərinin hamısı deyil.
1.1. Prinsip 1. Insan seçir
- Ekonomiks
- 29 mart 2011, 12:43
Qərarların qəbul edilməsi barədə ilkin nəticə aşağıdakı kimi dürüst ifadə olunur: «Pulsuz nahar olmur». Ona zəruri olan hər hansı bir əşyanı əldə etmək üçün insan adətən, bu əşyadan az dəyərli olmayan digər əşyadan imtina etməyə məcbur olur. Qərarların qəbul edilməsi bir məqsədin digərinə qarşı qoyulmasını tələb edir.
Ən dəyərli resursunun – vaxtının bölüşdürülməsi problemini həll edən tələbəni təsəvvür edək. O, bütün vaxtını evdə iqtisadiyyat dərsliyinin oxunmasına, ya psixologiyanın öyrənilməsinə, ya da bu iki elmin öyrənilməsinə sərf edə bilər. Bir saatı tədris proqramının hər hansı bir fənninin öyrənilməsinə sərf etdikdə, o, digər sahədə biliklərinin artırılmasına istifadə edə biləcəyi 60 dəqiqəni itirmiş olur. Təhsilə sərf etdiyi hər saatı o, velosipeddə gəzintiyə çıxmağa, teleproqramları seyr etməyə, istirahətə və ya qonşuluqdakı kafedə işləməyə sərf edə bilər.
Ardı →
Comments are closed, but trackbacks and pingbacks are open.