Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI
Uploaded on Nov 21, 2014
Elektrik Maşınları: 1-ci Hissə
Əsrlərdir Elektrik enerjisi insanlar tərəfindən istifadə olunur və özünün pik həddinə çatır. Artıq bütün evlərdə lampa yanır, ev alətlərindən tutmuş yüksək sənaye fabrikalarına qədər hər yerdə Elektrik Enerji və elektrik enerjisi ilə çalışan cihazlar görürük. Təbii ki, bir yazıya bütün elektrik cihazlarını yerləşdirmək ağılsızlıq olar. Ona görə bu yazıda Elektrik enerjisinin istehsal edilməsində rol oynayan və sənayedə daha çox yayılan Elektrik Mühərrikləri barədə məlumat verəcəm. Eleketrik Mühərriklərinin özü də dərin sahə oldugundan yazını bir neçə hissəyə bölərək, birinci – yəni bu hissədə Transformatorlar barədə məlumat verəcəm. Növbəti hissələrdə isə Dəyişən cərəyan Maşınları (Sinxron və Asinxron), Sabit cərəyan maşınları və s. barədə məlumatlar görəcəksiz.
Alternativ Cərəyanın nə olduğunu həmən-həmən hamınız bilirsiz. Qısaca xatırlatmaqda fayda var. Elektrik cərəyanını iki yerə bölə bilərik.
1) Sabit Cərəyan. (DC – DIRECT CURRENT)
2) Dəyişən(Alternativ) Cərəyan. (ALTERNATIVE CURRENT)
Alternativ cərəyan, bizim dildə Dəyişən cərəyan budur ki, cərayanın şiddəti və yönü zamana görə dəyişir. Sabit qalmır. Ən çox istifadə edilən dalga növü isə sinus dalğasıdır. Göstərmək məqsədli yəni. Sinus dalğasının grafikinə baxsaz görəcəksiz ki, periodik funksiyadır və zamana görə həm yönü, həm də şiddəti dəyişir. İEEE standartlarına görə dəyişən cərəyan tezliyi 50-60 Hz olan sinus və ya kosinus dalğasıdır. Ancaq başqa ədəbiyyatlarda üçbucaq, kvadratik dalğa şəkillərində görə bilərsiz. Bu qədər məlumatda sonra keçək Dəyişən Cərəyan Mühərrikləri və Transformatorlara.
Transformatorlar. Transformatorlar dəyişən cərəyanla işləyən statik (durğun, tərpənməz) Elektrik Maşınlarıdır. Yəni sabit cərəyanda transformatorlar çalışmaz . Və transformatorların işləmə prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Bunu biraz daha aydınladaq. Transformator adı verilən elektrik maşınları, Dəmir Nüvədən və bu nüvə üzərinə sarılmış keçirici bobin tellərindən ibarət olan bir sistemdir. Ən sadə halı ilə təbii ki. Yoxsa transformatların quruluşu barədə danışmağa başlasaq günlər yetməz.
Transformatorun giriş ucuna Primer, Çıxış ucuna isə Sekonder adı verilib.
Belə ki, giriş ucu olan Primerdən dəyişən cərəyan tətbiq etdikdə, burada keçirici tellər ətrafında bir elektromaqnit induksiya hadisəsi baş verir və M.Faradayın qanuna əsaslanaraq, digər bölgədəki(Sekonder tərəfindəki) keçirici tellər üzərində bir gərglinlik yüklənmiş olur. Buna görədə Transformatorlarda heç bir elektrik dövrə əlaqəsi olmadan, bir bölgədən(Primerdən) digər bölgəyə( sekonder) gərginlik ötürülmüş olur. Bunu belə təsəvvür edə bilərsiz. Düşünün ki, əlinizdə dəmir nüvə var və onun bir tərəfinə keçirici tellər sarıyırsız. Daha sonra nüvənin ikinci tərəfini də eyni qaydayla sarıyırsız. Bu iki keçirici tel bir birinə təmas etmir. Biri Primer tərəfinin sargısıdır, digəri isə Sekonder. Daha sonra Primer tərəfi şəbəkəyə bağlayırsız. Primer tərəfdə dəyişən cərəyan nəticəsində bir maqnit sahəsi yaranır. Buna induksiya deyilir. Yəni keçirici teldən dəyişən cərəyan keçdikdə ətrafında maqnit induksiyası sahəsi yaranır və bu induksiya digər keçirici telə təsir etdikdə orada bir gərginlik yüklənir. Ən sadə dildə Transformatorların çalışması bu cürdür. Aşağıdaki rəsmlərdə görə bilərsiz daha detallı.
Transformatorların əsas məqsədi gərginliyi və ya cərəyanı istənilən ölçüdə kiçiltmək və ya yüksəltməkdir. Buna görədə əsasən, Yüksəldici Transformator və Alçaldıcı Transformatorlar olaraq bölünür. Maraqlısı budurki necə olur gərglinliyi alçaldır və ya yüksəldir. Bu yuxarıda qeyd etdiyimiz sarğılarla əlaqəlidir. Primerdəki sarğı sayı Sekonder sarğı sayından çox olsa , Transformator Açlaldıcı olacaq . Tərsi olsa yəni, Sekonder sarğı sayı Primer sarğı sayından daha çox olsa o zaman Transformator Yüksəldici olacaq. Formulları yuxarıdakı rəsmdə verilmişdir.
Transformatorların başqa növləridə var və onlar aşağıda sıralanmışdır.
Cərəyan Transformatoru.
Gərglinlik Transformatoru.
Bu iki Transformator əsasən Ölçü məqsədilə istifadə olunur.
Güc Transformatorları.
Paylayıcı Transformatorları.
İzolasyon Transformatorları.
AvtoTransformatorlar.
Quru tip Transformatorlar
Yağlı Tip transoformatorlar.
Qaynaq Transformatorları.
Elektronikada isə fərqli dövrələrdəki yüksəldiciləri birləşdirmək, sabit cərəyan dalğalarını daha yüksək dəyərdəki dəyişən cərəyana çevirmək və sadəcə bəlli tezlikləri keçirmək məqsədilədə istifadə edilir.
Gördüyünüz kimi Transformatorların istifadə yerində limit çox azdır. Adicə evimizə gələn elektrik enerjisi , Transformatorlar sayəsində Elektrik Stansiyasında yüksəldilir, daha sonra işlədicilərə çatdıqda yenidən istənən dəyərə (380 V, 220V, 110 V) endirilir və istifadəyə verilir. Transformatorun hesabları və dizaynı elədə asan olmadığından o məsələlərə girməyi məqbul hesab etmirəm. Ümumi Prinsipini, növlərini bilsək zənnimcə daha yaxşı olar.
Bu hissədə Transformatorlar barədə ümumi bilgi verdik. Növbəti hissədə isə digər Elektrik Maşınları barədə məlumat alacaqsız.
Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI
Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI. Plan 1.Təmirin formaları və növləri 2.Elektrik maşınlarının təmirlərinin aparılma müddəti 3.Cari və əsaslı təmirlərin həcmi 4.Elektrik maşınlarının təmirə qəbulunun ümumi texniki şərtləri 5.Elektrik maşınlarının təmirə qəbulu 6.Təmir qabağı işlər
Uploaded on Nov 21, 2014
Download Presentation
Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI
Presentation Transcript
- Mövzu 6. ELEKTRIK MAŞINLARININ TƏMIRI Plan 1.Təmirin formaları və növləri 2.Elektrik maşınlarının təmirlərinin aparılma müddəti 3.Cari və əsaslı təmirlərin həcmi 4.Elektrik maşınlarının təmirə qəbulunun ümumi texniki şərtləri 5.Elektrik maşınlarının təmirə qəbulu 6.Təmir qabağı işlər 7.Defektləşmə sənədlərinin tərtibi 8.Elektrik maşınlarının təyinatı, quruluşu və nasazlıqları Ədəbiyyat 1.Пястолов А. А. и др. Монтаж, эксплуатация и ремонт электрооборудования. – М.: Колос, 1981. 2.Ирха П.Д., Буторин В.А. и др. Практикум по технологии монтажа и ремонта электрооборудования. М.: Агропромиздат, 1990. 3.Перельмутер Н.М. Электромонтер – обмотчик и изолировщик по ремонту электрических машин. М.: Высшая школа, 1980. 4.Атабеков В.Б. Ремонт трансформаторов и электрических машин. М.: Высшая школа, 1983.
- Təmirin formaları və növləri Təmir dedikdə elektrik avadanlığının sıradan çıxmasından sonra onların iş qabiliyyətlərinin bərpası üzrə aparılan təşkilatı və texniki işlərin cəmi nəzərdə tutulur. Bu işlər nəticəsində avadanlığın xarab olmuş hissələri dəyişdirilir və ya bərpa olunur, nizamlanılır və sazlanılaraq qurğunun parametrləri tələb olunan texniki şərtlərin səviyyəsinə uyğunlaşdırılır. Elektrik avadanlıqlarının təmirlərinin 2 təşkilatı forması vardır: — Mərkəzləşdirilmiş forma. –Yerlərdə aparılan təmir forması. Mərkəzləşdirilmiş formada təmir müəssisəsi tələb edicilərə ərazi və ya sahə əlamətlərinə görə xidmət edir. Yerlərdə aparılan təmir formasında isə təmirlər təsərrüfatın özünün istismar və təmir işçiləri vasitəsilə yerinə yetirilir.
- Elektrik avadanlıqlarının təmirlərinin 2 növü vardır:1.Cari təmir.2.Əsaslı təmir.Cari təmirəsas profilaktik təmir növü olub tez xarab ola bilən detalların dəyişilməsini, qaralmış kontaktların təmizlənməsini və qurğunun qismən sökülməsini tələb edən digər işləri nəzərdə tutur. Cari təmir zamanı elektrik avadanlığının işi dayandırılmalı və mütləq şəbəkədən açılmalıdır. Əsaslı təmirolduqca mürəkkəb və tam təmir növü olub qurğunun tam və ya qismən sökülməsini, dolağın tam dəyişilməsini, maqnit nüvəsinin yenidən sökülməsini, valın düzəldilməsini, ventilyatorun dəyişdirilməsini, kollektorun təmirini, dolağın yenidən hazırlanmasını və sair mürəkkəb işləri nəzərdə tutur.
- Elektrik maşınlarının təmirlərinin aparılma müddəti Asinxron mühərriklərin, generatorların, yerini dəyişə bilən elektrik stansiyalarının cari təmirini, ağır şəraitdə işləyərkən, 6 ayda bir dəfə və təmiz quru binalarda işləyərkən 12 ayda bir dəfə aparırlar. Bina daxilində işləyən, aşağı gərginlikli, çox amperli sabit cərəyan generatorlarının cari təmirini 4 ayda bir dəfə aparmaq tövsiyyə olunur. Asinxron elektrik mühərriklərinin əsaslı təmirini nəmli, havasında ammiyak olan binalarda işləyərkən 4 ildə bir dəfə, tozlu-nəmli binalarda və çardaq altında işləyərkən – 5 ildə bir dəfə və quru binalarda – 6 ildə bir dəfə aparırlar.
- Cari və əsaslı təmirlərin həcmi Cari təmiri aparmq üçün elektrik mühərrikini tozdan və çirkdən təmizləyirlər, qidalandırıcı naqillərdən, işçi maşından, torpaqlayıcı şindən və işə buraxıcı reostatdan (faz rotorlu mühərriklərdə) aralayırlar, özüldən demontaj edir və emalatxanaya gətirirlər. Emalatxanada elektrik mühərrikinin defektasiyasını keçirirlər, onu sökürlər, ayrı-ayrı qovşaqları təmizləyirlər, təmir edirlər, dolağı hopdururlar və qurudurlar (lazım gəldikdə), kontakt halqalarını, fırça mexanizmini təmir edirlər, yastıqları yoxlayırlar və onları dəyişirlər (lazım gəldikdə), bərkidici detalları təmir edir və ya dəyişirlər, sonra elektrik mühərrikini yığırlar və sınaqdan keçirirlər. Əsaslı təmirin həcminə cari təmirdəki bütün əməliyyatlar, və əlavə stator dolağının təmiri, hər şeydən çox onun tam dəyişdirilməsi, lövbərlərin (sabit cərəyan maşınlarında) və faz rotorlarının dolaqlarının təmiri, həmçinin də lazım gəldikdə rotor valının dəyişdirilməsi daxildir.
- Elektrik maşınlarının təmirə qəbulu Elektrik maşınlarını təmirə, bilavasitə sifarişçidən, yalnız yığılmış şəkildə qəbul edirlər. Sifarişçi (maşını istismar edən təsərrüfatın nümayəndəsi) təmir müəssisəsini maşının istismarının xüsusiyyətləri ilə tanış edir və təmirə özünün tələblərini söyləyir (pasport göstəricilərini və s. mümkün dəyişməni). Əgər təmir məqsədyönlü deyilsə (maşın mənəvi köhnəlmişdir və ya stator və ya rotorun aktiv poladı həddindən çox zədələnmişdir, pəncələr yoxdur və s.), təmir müəssisəsinin, maşının təmirə yararlı olmaması və onun silinməsi barədə iki tərəfli akt tərtib etməyə hüququ vardır. Təmir müəssisələrində, elektrik avadanlığının boş dayanma müddətini qısaltmaq məqsədi ilə, təmir olunmuş maşınların dəyişdirilməsi təşkil olunmalıdır. Maşını təmirə verən sifarişçi, elə həmin vaxt zavoddan analoji maşın alır (elə həmin pasport göstəriciləri ilə və ya razılaşma üzrə sifarişçinin istəyinə uyğun).
- Təmir qabağı işlər Təmir qabağı işlərə xaricdən baxış, təmir qabağı sınaqlar və ya nasazlıqların aşkar olunması və təmir nömrəsinin vurulması aiddir. Yığılmış halda hər hansı elektrik maşınının nasazlığını aşkar etmək üçün aşağıdakı işlər aparılır: – xarıcdən baxış; – mexaniki hissələrin yoxlanılması; – elektrik hissələrin yoxlanılması.
- Defektləşmə sənədlərinin tərtibi Təmir müəssisələrində təmir olunan elektrik avadanlıqlarına defektləşmə sənədləri tərtib olunur. Həmin sənədlərin tərkibinə elektrik maşınlarının təmirə qədər pasport göstəriciləri və onun göstəricilərinin dəyişdirilməsinə aid sifarişçinin tələbi daxil olur. Həmin sənədtə stator və rotor nüvəsinin bütün ölçüləri, stator və rotorun dolaqlarına aid məlumatlar ( dolağın tipi, pazların sayı, məftilin markası, katuşkada burumların sayı və s.). Defektləşmə sənədinə təmir olunan maşına aid bütün işlər qeyd olunur, məsəl üçün, gevdə – bütün çatlar qaynaq olunmalı, bərkidici detallar təmir olunmalıdır və s.
- Hər bir təmir olunan maşına texnoloji karta tərtib olunmalıdır. Həmin texnoloji kartada aşağıdakılar qeyd olunmalıdır:- sifarişçi haqqında məlumat;- maşının pasport göstəriciləri və texniki xarakteristikası;- fazaların müqavimətinin göstəriciləri; – izolyasiyanın sinifi;- yuvaların sayı;- mexaniki hissənin vəziyyəti haqqında məlumat;- sınaqlar haqqında məlumat.
- Elektrik maşınlarının təyinatı, quruluşu və nasazlıqları Elektrik maşınları iki əsas növə bölünə bilərlər: Elektrik enerjisini mexaniki enerjinə çevirən və elektrik mühərrikləri adlanan maşınları sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, rabitədə və xalq təsərrüfatının digər sahələrində müxtəlif mexanizmlərin intiqalları kimi istifadə edirlər. Mexaniki enerjini elektrik enerjisinə çevirən maşınları generatorlar adlandırırlar; onlar sabit və ya dəyişən generatorlara bölünürlər. Elektrik generatorlarının intiqalları kimi istiliyin, düşən (enən) suyun, küləyin, atom nüvəsinin enerjisini istifadə edən mühərriklər xidmət edirlər.
© 2023 SlideServe | Powered By DigitalOfficePro
Comments are closed, but trackbacks and pingbacks are open.