Press "Enter" to skip to content

Azərbaycanda təcili erməni dilini öyrənməyə başladyıblar(Fotolar

Azvision.az bu məsələyə həmişə həssas yanaşıb. Saytın erməni versiyası olan Hayatsk.info ölkəmizdə olan çox az ermənidilli resurslardan biri və ən aktividir. Amma istər jurnalistikada, istərsə də bir sıra digər sahələrdə erməni dilini yaxşı bilən kadrlara ehtiyac var, kadrlar isə azdır. Məhz bunu nəzərə alaraq, AzVision.az erməni dili kursları təşkil etməyi qərara alıb.

Xankəndi

Son vaxtlar erməni dilini öyrənməyə həm maraq, həm də tələbat artıb. Hər şeydən əvvəl ona görə ki, biz ermənilərlə informasiya müharibəsində olduğumuzdan, onların xəbər məkanını izləməliyik. Bunun üçün isə yaxşı dil bilgisinə malik kadrlar tələb olunur.

Azvision.az bu məsələyə həmişə həssas yanaşıb. Saytın erməni versiyası olan Hayatsk.info ölkəmizdə olan çox az ermənidilli resurslardan biri və ən aktividir. Amma istər jurnalistikada, istərsə də bir sıra digər sahələrdə erməni dilini yaxşı bilən kadrlara ehtiyac var, kadrlar isə azdır. Məhz bunu nəzərə alaraq, AzVision.az erməni dili kursları təşkil etməyi qərara alıb.

Kurslara qoşulmaq istəyənlər öz cv-lərini və tərcümeyi-hallarını [email protected] ünvanına göndərə bilərlər. Yaxın bir həftə ərzində müraciətlərə baxılandan sonra sizə cavab veriləcək.

İsrarla xahiş edirik ki, ancaq dil öyrənmək niyyəti ciddi olanlar və qəbul ediləcəyi təqdirdə məşğələlərə davamlı gələcək şəxslər müraciət etsinlər.

Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!

Azərbaycanda təcili erməni dilini öyrənməyə başladyıblar(Fotolar

Azərbaycanda təcili olaraq erməni dilini öyrənməyə başlayıblar. Dillər Universitetində xüsusi kurslar fəaliyyətə başlayıb. Bu haqda Sputnik Azərbaycan xəbər verir.

Qafqazşünaslıq kafedrasının müəllimi Hüseyn Əsgərov etiraf edir ki, kurslarda iştirak etmək üçün hər kəsi qeydiyyatdan keçirməyi çatdıra bilmir.

Bildirilir ki, dinləyicilər əsasən dövlət təhlükəsizliyi xidmətinin, Xarici işlər nazirliyinin əməkdaşları, sərhədçilər və jurnalistlərdir.

Dərslər yalnız tələbələr üçün pulsuzdur. Digərləri üçün kursun aylıq qiyməti 60-120 manat (35-70 dollar) arasında dəyişir.

“Biz gələcəkdə universitetdə daha təkmil erməni dili kursları açmağı planlaşdırırıq” – deyərək Əsgərov bildirib.

Əsgərov erməni dilini uşaqlıqdan mənimsəyir. O, Ermənistanda doğulub boya-başa çatıb. Qrammatikanı məktədə ikən öyrənib.

Azərbaycanda erməni dili dərslikləri olmadığından onları özü yazaraq hazırlayıb.

Comments are closed, but trackbacks and pingbacks are open.