Press "Enter" to skip to content

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat

Kutaisi – Gürcüstanın ikinci ən böyük şəhəridir.

Gürcüstan haqqında nəyi bilməliyik?

Gürcüstan Ön Asiyada və müəyyən qədər də Şərqi Avropada yerləşir. Sərhədləri Rusiya , Türkiyə Azərbaycan və Ermənistanladır. Həmçinin Abxaziya ilə də həmsərhədir hansı ki, 2008-ci ildə Gürcüstan ilə Rusiya arasında yaşanan konfliktdən sonra Rusiya Abxaziyanı müstəqil, Gürcüstan isə öz ərazisi hesab edir.

Gürcüstanın paytaxtı Tbilisi şəhəridir. Ölkənin ən böyük şəhərləri Kutaisi, Rustavi, Batumi, Poti, Zuqdidi, Qori şəhərləridir. Ölkənin istirahət regionları Barjomi, Sairme, Axtala, Çxaltubo və Şovidir.

Gürcüstanın ən əsas görkəmli yerləri qədim xramlar, kilsələr, qalalar, dağlıq şəhərlər və əlbətdəki gözəl şəhərləridir. Gürcüstanın qədim qalaları arasında Xertvisi, Qonio, Tmoqvi, Mestii qoruqçu qüllələri, və müdafiə qalası Dmanisi əsas görkəmli tarixi yerlərdən hesab olunur. Həmçinin turistlər üçün tövsiyyə olunur ki, YUNESKO-nun mühafizəsində olan Qelati monastrına , dağlıq monastr olan Vardzia və David Qaradjia və marağa şəhəri Uplisçixeyə baş çəksinlər.

Gürcüstana necə getmək olar?

Əlbətdə ki, bütün gözəlliklər haqqında yalnız oxumaq kifayət etmir. Odur ki, Gürcüstana səfər edib sadalanan bu gözəllikləri öz gözü ilə görmək istəyənlər Aviaradar.az , OnTravel.az və Hotels24.az –ın xidmətlərindən istifadə etməklə səfər edə bilərlər.

Gürcüstanın iqlimi

Gürcüstanda iqlim şəhərin yerləşdiyi regiondan asılıdır. Əgər şəhər dəniz kənarında yerləşirsə o zaman iqlimi isti yayı, yumşaq qışı olacaq. Lakin sahildən uzaqlaşdıqca şəhərlərin iqlimi sərt kontinental , isti yaya soyuq qışa malikdir.

Gürcüstanın şəhərləri və regionları

  • Abxaziya
  • Semeqrelo və Zemo və Svaneti
  • Quriya
  • Adjariya avtonom respublikası
  • Raça-Leçxumi və Kvemo Svaneti
  • İmeretiya
  • Samçxe – Djavaxeti
  • Şida – Kartli
  • Mçxeta – Mtianeti
  • Kvemo – Kartli
  • Kaxetiya
  • Tbilisi regionu

Görkəmli şəhərləri və Kurort əraziləri

Tbilisi – Gürcüstanın paytaxtı – Ölkənin mədəni və politik mərkəzi

Batumi – Adcariyanın payataxtı – Qara dəniz sahilində məşhur kurort

Borjomi – Məşhur balneoloji kurort – Mineral suları ilə zəngindir

Kutaisi – Gürcüstanın ikinci ən böyük şəhəridir.

Abastumani – turistlər və yerli əhali arasında müalicəvi iqlimi ilə seçilən kurort ərazi

Kobuleti – Batumidən elə də uzaq olmayan qara dəniz sahilində yerləşən kurort şəhər

Axtala – Gürcüstanda ən məşhur palçıq müalicə mərkəzi

Sairme – Kutaisidən 55 m aralıda yerləşən kleamatik və balneoloji kurort ərazi

Surami – Tarixi qalaları və müalicəvi qilimi ilə məşhurdur

Nabeqlavi – Balneoloji müalicə məkanları və unikal mineral suları ilə məşhurdur

Şovi – Balne – kliomatik ərazi – Böyük Qafqaz dağları silsiləsində 1600 metr yüksəklikdə yerləşir.

Mətbəx

Gürcüstana səfər etdizsə mütləq yerli yeməklərin dadına baxın. Bu ölkəyə artıq bir neçə dəfə gələn turistlər mütləq şəkildə bu yeməklərdən dadırlar. Qatı suplar (xarço və xaş)hisə verilmiş yeməklər ( çakapuli və çaxoxbili) ,ketsi yeməkləri (odjaxuri, çkmeruli, kuçmaçiçi) xəmir xörəkləri müxtəlif cür xəngəl, (lobiani, xaçapuri, ) müxtəlif cür süd və pendir məhsulları ( sulquni , maçoni)və əlbətdə ki, gürcü kababının da dadına baxmağı unutmayın.

Gürcüstanda alış-veriş

Gürcüstana səfər edəcək turist nəinki buranın gözllikləri barədə təəsüratlarını həmçinin müxtəlif cür suvenirlər də öz ölkəsinə apara bilər.

Gürcüstandan müxtəlif əl işləri olan suvenirlər və milli geyimlər ala bilərsiz.

Adətən Gürcüstanda dükanlar səhər 09:00-dan axşam 19:00 kimi çalışırlar Bəzi supermarketlər isə 24 saat çalışır. Bazarlar isə 07:00- də işə başlayır və saat 18:00 –da bağlanırlar.

Gürcüstana səfər zamanı dollar, manat götürə bilərsiz . Şəhərin istənilən pul dəyişmə məntəqələrində və ya banklarında istədiyiniz valyutanı yerli milli valyuta olan GEL çevirə bilərsiz.

Gürcüstanda qiymətlər və ictimai nəqliyyat

Əvvəla onu deyim ki, Gürcüstanın pul vahidi Laridir. Larinin 100-dən bir hissəsinə Tetri deyilir. 1 və 2 tetriləri istifadədə görmədim. 5, 10, 20 və 50 tetrini pulun qalığı kimi qaytarırlar.

Mən olduğum dövrdə (avqust, 2016-cı il) manat qiymətdən düşmüşdü. 1 ABŞ dolları 1.7 AZN dəyərinə yaxınlaşırdı. Ona görə əvvəllər ucuz sayılan Gürcüstanı daha alış-veriş üçün sərfəli hesab etmək olmazdı. Biz 7 böyük və 1 uşaq üçün restoranda nahar edərkən spirtli içkilər daxil olmadan (aramızda içən yox idi) mərkəzdən kənar bölgələrdə (Siqnaxi və Telavi) 100 lari, Tiflisdə isə 130 lari hesab verdik. Bu isə həmin vaxt 100 AZN demək idi (1 AZN= 1.3 Lari).

Bir necə qiyməti müqayisə üçün verirəm. Supermarketdə qazsız Bakuriani suyu 500ml üçün 40 tetri qiymətinə satılır. Həmin su Tiflisin Qədim şəhər hissəsində küçədə 1 lari, restoranlarda isə 2 lariyə, yəni ilkin qiymətdən 5 dəfə baha, satılır. Spirtsiz Kvas içkisi Sovet dönəmini görənlərin xatirində yəqin ki, qalıb. Həmin içki indi də Gürcüstanda satılır. Alıb içdim və həmin uşaqlıq dadını bir daha hiss etdim. Eynilə həmin Kvas idi. Onun qiyməti kiçik stəkan üçün 30 tetri, böyük stəkan üçün 50 tetri idi.

İctimai nəqliyyat vahid kart sistemi ilə çalışır. Polikarbonat kartın öz qiyməti 2 laridir. Adına Metromoney deyirlər. Bunu bütün kassalardan əldə edib, orada da doldurmaq mümkündür. Həmin kart ilə Gürcüstan metrosunda bir gediş haqqı 50 tetridir. Avtobusdan istifadə etməsəm də kassanın qarşısında vurulan istifadə qaydalarından oxudum ki, orada da qiymət eyni 50 tetridir. Tiflisdə dağa qalxmaq üçün kanat yolu var. Burada isə bir tərəfə gediş haqqı 1 larıdır. Metro və ya avtobusa minərkən 1.5 saat (90 dəqiqə) ərzinə növbəti marşrut üçün pul tutulmur. Bu cür şərt hər gün işə və ya dərsə gedərkən iki və daha artıq marşrut dəyişəm insanlar üçün əlbəttə ki, çox sərfəlidır. Lakin bu endirim sistemi kanat yoluna şamil edilmir. Yəqin ona görə ki, bu nəqliyyat vasitəsilə heç bir yerli sakin işə getmir. Bunu yalnız turistlər istifadə edir. Adı çəkilən Metromoney nəqliyyat kartını geri verib 2 larınızı və hesabda qalan pulunuzu ala bilərsiniz. Amma bunun üçün kartı alan zaman sizə verilən çeki də təqdim etməlisiniz. Ola bilər ki, pasportunuzu da soruşsunlar. Metromoney kartın görünüşü belədir.

Metromoney kartın üz və arxa tərəfləri

Dağüstü parka Funikulyor ilə də qalxmaq olur. Vaqonlara minmək üçün xüsusi kart lazımdır. Burada Metromoney keçərli deyil. Gediş haqqı bir tərəfə 2 laridir.

Taksı qiyməti mərkəzdə 3-5 lari arasında dəyişir. Bu barədə ətraflı Tiflis taksiləri bölməsində yazmışam.

Digər məqalələr

Tiflis

Tiflisdə bütün patrullar avtomat silah gəzdirirdi. Elə bil ki, şəhərdə hərbi vəziyyət idi. Yəqin ərəb turistlərin çox olmasına görə.

Gürcüstan

Gürcüstana sonuncu səyahət zamanı gördüyüm dəyişiklik və yenilikləri bu məqalədə bölüşmüşəm

Tiflis taksiləri

Tiflisdə yerli taksi şoferləri şəhərin tarixini yaxşı bilirlər. Taksiyə minən kimi özünü bələdçi ilə ekskursiyaya çıxmış kimi hiss edirsən.

Tiflisdə kazinolar

Mən burada olduğum zaman Tiflisdə cəmi 4 kazino işləyirdi. Bir zamanlar onların sayı 18 imiş.

Kaxetiyada şərab muzeyi

Kaxetiyada olarkən bir şərab muzeyinə getdik. Bura həm muzey, həm də fəaliyyət göstərən şərab zavodu idi.

Mtatsminda dağı və dağüstü park

Tiflisdə funikulyor Mtatsminda Parkına qalxır. Mtatsminda sözünün mənası Gürcü dilində müqəddəs dağ deməkdir. Mta – dağ, tsminda isə müqəddəs anlamına gəlir.

Tiflis zooparkı

Tiflis Zooparkı kifayət qədər geniş ərazini əhatə edir. Böyüklər üçün bilet 2 lari, 13 yaşa qədər uşaqlara isə 1 laridir.

© Müəllif hüquqları qorunur

Bu saytdakı bütün məqalələr Cəfər N.Əliyev tərəfindən yazılıb. Onlar hər hansı üçüncu şəxs tərəfindən digər resurslarda çap edilərsə mənbə və müəllifin adı göstərilməlidir. Sayt özü həmin şərtlərə əməl edir.

© Copyright Jsoft

Mete Türksoy

Münaqişələrin təbiəti, etnik və mədəni münaqişələr.

Giriş

Etnoslararası fərqliliklər münaqişə səbəbi kimi.

Bildiyimiz kimi bugünkü insan növ olaraq Homo-sapiens adlanır. Bizlər neandertal və digər insan növ-qruplarından olan müəyyən nisbətdəki qohumluqlarımızı nəzərə almasaq aşağı-yuxarı hamımız eyni növdənik. Ancaq hər şey bununla bitmir, belə ki, biz eyni növdən olsaq da alt-qruplara bölünmüşük. Bu bölgü sosial-coğrafi bölgü adlana bilər. Bioloji bölgü ona görə adlana bilməz ki, təbii müstəvidə biz homo-sapeins fərdləriyik. Ancaq bizim ibtidai dövrdən bəri insanların formalaşması mərhələsi boyunca müxtəlif coğrafiyalarda, müxtəlif insan qruplarında, kollektiv birliklərdə yaşamağımız bizi bir birimizdən fərqləndirəcək bəzi özəlliklər qazandırmışdır. Məsələn, siz nə qədər özünüzü bir fransızla eyniləşdirmək istəsniz də bu tam-tamına mümkün deyildir. Çünki sənin fərd olaraq etnopsixoloji kimliyin, varlığın onunla xeyli dərəcədə fərqlənir və təkcə filoloji fərqlilik deyil eynən də psixoloji fərqlər də özünü göstərir. Bundan əlavə biz həm də sosioloji, coğrafi fərqləri də qeyd edə bilərik ki, bu da insan qruplarını bir birindən fərqləndirən amillər kimi xarakterizə edilə bilər. Məsələn antropoliji quruluş olaraq siz (məsələn azərbaycan türkü) skandinavla eyni ola bilməzsiniz. Bu sosioloji olaraq da eyni xarakteristikanı paylaşır. Bu o səbəbdəndir ki, biz ümumi müstəvidə Yer kürəsində yaşasaq da alt-müstəvi olaraq müxtəlif coğrafi ərazilərdə yaşamışıq. Buna görə də ümumi antropoliji quruluş olaraq homo-sapiens olsaq da, alt-quruluş olaraq müxtəlif etno-quruluşlara bölünmüşük. Sosial şərtlərdəki müxtəliflik də bizim sosial-psixoloji kimliyimizdə müəyyən fərqlər yaratmışdır. Məsələn, bir slavyan ilə anqlo-sakson arasındakı təfəkkür perpspektivləri arasında önəmli fərqlər mövcuddur. Bu fərqlər onların dünyanı dərk etməsində, hadisələrə refleksiylarında, qurduqları dövlətlərin işləmə mexanizmlərində, bir sözlə bütün sosial müstəvilərdə özünü göstərməkdədir. Yuxarıda qeyd etdiyimiz filoloji fərqlər də əsas fərqləndirici xüsusiyyətlərdən biridir. Məsələn, dil qruplarını sosial-fəlsəfi təhlilini aparsaq görəcəyik ki, A adlı dil qrupunda yaxud A adlı etnosun dilindəki frazeloji birləşmələr, qrammatik quruluş B adlı qrupdan önəmli dərəcədə fərqlənir. Burada əsas olan leksikoloji fərqlər deyil, məhz frazeoloji birləşmələr, qrammatik quruluş daha önəmlidir. Bir çox psixoanilitiklərin də qeyd etdiyi kimi dil şüurun inkasıdır. Şüurа qаrşı münаsibətdə dilin birinci funksiyаsındаn onun ikinci funksiyаsı meydаnа çıxır: dil şüurun ifаdə vаsitəsidir. Cəmiyyət аyrı-аyrı fərdlərin toplusundan ibаrətdir və bu toplu cəmiyyətin şüurunu əmələ gətirir. Cəmiyyətin şüurunun məzmunu həmin cəmiyyətin dili, dаhа dəqiq desək, leksikа və dilin qrаmmаtik quruluşu vаsitəsilə təsbit və ifаdə edilir.Və antropoloq və etnoqrafların da qeyd etdiyi məsələ budur ki, etnoslararası sosial-psixoloji fərqlər şüur müstəvisində də özünü göstərir.

Etnoslararası fərqləri anlamaq, təhlil etmək bizə nə verə bilər ?

Bu bizə etnosların pisoxoloji xüsusiyyətlərini anlayaraq mövcud dönəmdə millətlər arası inteqrasiya prosesini düzgün qiymətləndirməyə, yönətməyə imkan verə bilər. Həmçinin etnik münaqişələrin və digər etnoloji problemlərin həll edilməsinə etnopsixoloji amilləri nəzərə alaraq daha effektiv konstruktiv yöntəm hazırlanmasına da tövhə verə bilər. Həmçinin müasir siyasi sistemlərin tətbiqinində mövcud etnik xarakterləri nəzərə alaraq təşkil edilməsində də yardımçı ola bilər.

Münaqişələrin təbiəti

Konfilikt nədir ? – Münaqişə minumum iki tərəf arasında var olan ziddiyyətin aktivləşmiş, aktlaşmış halıdır. Yəni, münaqişə minimum iki nəfərin maraqlarının ziddiyyətindən doğur.

Bildiyimiz kimi insan sosial varlıq olsa da onun fərdi tərəfi də mövcuddur və bu insanın instinklərinin təzahürüdür. Məsələn, biz ən yaxşı yeməyi, ən yaxşı maşını, ən çox pulu, ən sağlam bədəni istəyirik, məhz bunlar bizim instinktiv istəklərimizdir. Deyə bilərsiz ki, pulun instinktiv istəklə nə əlaqəsi, amma bunu nəzərə alın ki, burada pul vasitədir,amma onun istifadəsi instintkivdir istəklərin ödənməsinə şərait yaradır. Qeyd edək ki, insanın fərd olaraq fərdi müstəvidəki xarakteristikaları onlardan(fərdlərdən) ibarət olan toplumda özünü göstərir və bu toplum xarakteristikasını təşkil edir. Bu səbəbdəndir ki? Bir toplumun da istəkləri, maraqları olur. Bəzən toplum ya fərd özünü müəyyən ideologiya/nəzəri kimliklə identifikasiya etdikdə də münaqişə tərəfi ola bilir. Münaqişələr yalnız və yalnız rəqabət mühitində mövcuddur. Bildiyimiz kimi təbiət də rəqabətdən ibarətdir. Bütün canlı orqanizmalar bir biri ilə rəqabətdə, mübarizədə və münaqişədədirlər. Canlıların başlıca instinki sağ qalmaq instinkidir. Sağ qalmaq isə təbiətdən müəyyən resusrları tükətməklə mümkün olur və bu tükətmə prosesi digər canlıların (əsasən növdaxili) həmin resursu tükətməsini məhdudlaşdırır, beləliklə də məhdud resurslar üzərində sağ qalmaq mübarizəsi/münaqişəsi yaranır. Bu canlılarda digər əsas instink olan çoxalma/seks instinki uğunda da baş verməkdədir. Belə ki, biz bilirik ki, seks canlı aləmdə sırf çoxalma, öz DNT-ni ötürmə vasitəsidir. Bu ötürmə prosesində əks cins resurs rolunu oynayır. Belə olduqda çox zaman iki erkək canlı arasında(məsələn şirlər) rəqabət, konfilkt yaranır, güclü olanın qalibiyyəti ilə yekunlaşan bu proses də məhz münaqişələrin təbiətini haradan necə qaynaqlandığını göstərən lazımlı örnəklərdən biridir. Demək münaqişələr resursların məhduduğundan doğan prosessdir. Bunlardan başqa digər formada da təzahür edən münqaişə tipi var bu da özünü identifikasiya müstəvisində göstərir. Amma bu da mahiyyəti etibari ilə sağ qalmaq münaqişəsinin ekvivalentidir. Çünki siz müəyyən kimliklə (dini, ideoloji və s) öz kimliyinizi identikləşdirdik də digər identifikasiya örnəklərini öz kimliyinizə qarşı təhdid sayırsız və bu təhdid sağ qalmaq instinkinizi tətikləyərək sizi münaqişə vəziyyətinə salır.

Bundan başqa bir sıra mütəfəkkirlər də münaqişələr haqqında fikirlər söyləmişlər. Bunlardan ən önəmlilərindən biri Herpebt Spenser olmuşdur o deyirdi: “Spenser göstərirdi ki, yaşamaq uğrunda mübarizə, fərdlər və qruplar arasında münaqişələr cəmiyyətdə tarazılığa təkan verir.Bu sosial həyatı bioloji qanunauyğunluqlarla izah etməyə imkan verir.[1] L.Kozerin “pozitiv-funksional münaqişə nəzəriyyəsi 1956-ci ildə Amerika sosioloqu L. Kozerin« Sosial münaqişənin funksiyaları əsərinin iş izahı müasir Q’rb münaqişə sosiologiyasının təməlini qoymuşdur. L.Kozer “pozitiv-funksional münaqişə konsepsiyasında sosial sisteməarin dayanıqliğının təmin edilməsində münaqişələrin müsbət rolunu asırıştırmış Kozer Veber və Zimmelin münaqişənin ümumiliyi va dünyəviliyi haqqında ideyalarını inkişaf etdirərək, göstərirdi ki, münaqişəli münasibətləri olmayan sosial qruplar mövcud deyildir və mövcud ola bilməz. Bu nəzəriyyədə münaqişə dəyərlər va sosial statü, hakimiyyat va kifayət etməyən maddi va mənəvi resurslar uğrunda mübarizə kimi nəzərdan keçirilir.Bu mübarizədə tərəflərin

Məqsədlərini rəqibin zərərsizləşdirilməsi, ona ziyan vurulması, yaxud onun məhvi təşkil edir. Kozerin fikrincə, sosial qruplar va ay ayrı fərdlər mövcud maddi sərvətlarin yenidən bölüşdürülmesi va hakimiyyat uğrunda mübariza pozitiv funksiyalari yerinə yetirir. Birincisi, basa çatmis münaqişə iştirakçıları arasında gərginliyi sakitlayşdirməklə va mənfi emosiyaları Üzə çıxarmaqla münaqişə tərəfləri arasında qarşılığı münasibətlərı sazlamağa, yəni onlari ilkin vəziyyətə qayıtmağa imkan verir. İkinci münaqişəli fəaliyyətin gedişatında insanlar bir-birlərini daha yaxşı tanıyırlar, çünki münaqişə sınaq funksiyasını yerinə yetirir. Münaqişənin zərərlərini qarşılqlı dərketmə gələcək əməkdaşlığa təkan verir. L. Kozer birləşməsində xarici təsirləri bir mənalı qarşılamır. O deyir qrup mütəşəkkil olarsa xarici təhlükə onları həmrəy edər amma qrup daxili müəşəkkilik zəifsə və təhlükə qrupun bir hissəni təhdid edirsə bu zaman birlik çox güman olmayacaqdır.[2]

Etno münaqişələr və onların səbələri

Bildiyimiz kimi münaqişələrin bir neçə növü var.Məsələn,dini, etnik, siyasi, qrup,fərdi münaqişələr örnək göstərilə bilər.Bütün bu münaqişə kateqoriyalarını birləşdirən cəhət yuxarıda qeyd etdiyimiz “münaqişənin təbiəti” faktorudur. Belə ki, bu kateqoriyalar arasındakı münaqişələr də maraq və ehtiyacaların qarşılıqlı ziddiyyətindən doğur.Ən geniş yayılmış münaqişə tipi etnik münaqişələrdir.Bu münaqişə tipinin spesifikliyi ondan ibarətdir ki,təkcə günümüzdə yox, tarixin bütün dövrlərində bu tip münaqişələrə rast gəlinir.Etnik münaqişələrin ibtidai, primitiv forması qəbilələrarası və yaxud tayfalararası münaqişələr idi.Zamanla sosial təsisatların mürəkləbləşməsi nəticəsində bu kimi primitiv münaqişələr, milli-etnik münaqişələrə transformasiya olmuşdur.Milli etnik münaqişələr, əsasən imperiyalar zamanında özünü siyasi arenada elə də aktiv biruzə vermirdi.Çünki struktual təsir olaraq imperiya və imperial kimlik bunun qarşısını alırdı. Məsələn ,Roma imperiyasının sərhədləri daxilində müxtəlif etniklər mövcud idi.Lakin imperiya idarəediciləri bu kimi etniklərarası münaqişələrin qarşısını almaq və onları bir-birinə inteqrasiya etdirmək üçün “romalı” üstkimliyini düşünmüşdülər.Bu üstkimlik digər etnik kimlikləri- altkimlikləri vahid ad altında birləşdirirdi və onların özlərini “romalı” olaraq digər etniklərlə birlikdə vahid kimliyə inteqrasiya edərək vahid identifikasiyada birləşmələrinə şərait yaradırdı.Bunun həm də sosial-siyasi bazası mövcud idi. Çünki Roma həm xarici siyasi arenada , həm də öz vətəndaşları üzərində öz “soft power”ini effektiv şəkildə istifadə edə bilirdi.Məsələn, bir fərd etnik kimliyindən asılı olmayaraq, Romanın ucqar sərhədlərində yaşasa da belə özünün romalı olması ilə fəxr edirdi.Çünki Roma imperiyası romalı kimliyinin alt sosial bazasını tam doldura bilmişdi.Çünki sən roma vətəndaşısansa , digər ölkələr Romanın hərbi gücündən ehtiyatlanaraq sənə hörmət edirdilər.Bu haqda Brejeniski “Şahmat Taxtası” əsərində qeyd etmişdi.[3] Biz buna ekvivalent olaraq hazırki Avropa Birliyini və avropalı kimliyini göstərə bilərik.Çünki biz baxdığımız zaman görəcəyik ki, bir çox ölkələr öz suverenliklərinin məhdudlaşdırılmasına rəğmən, Avropa birliyinə qəbul olunmalarını arzulayırlar.Həmçinin onların vətəndaşları da öz etnik kimliklərini bir qırağa qoyaraq, avropalı kimliyini əldə etmənin coşğulu tərəfdarlarıdırlar. Lakin Vestfalia sülhündən sonra “millət-dövlətlərin” yaranmasıyla bu prosess tamam başqa istiqamətdə inkişaf etməyə başladı. Millət dövlətlərin baza kimliyini bildiyimiz kimi millət anlayışı təşkil edirdi. İndi yaranmış millət dövlətlərdə bu alqı daha da inkişaf etməyə başladı. Bu tipli dövlətlər daxilində yaşayan millətlər özlərini müxtəlif kimliklərlə identikləşdirdilər. Həmçinin imperiyaların dağılması onun sərhədləri daxilində yaşayan etniklərin ərazi iddialarını qızşdırdı. Məsələn Yuqoslaviyanın dağılması nəticəsində müsəlman bosniyalılar və serblər arasında olan münaqişəni və xorvatların müstəlqillik uğrunda mübarizəsini misal göstərmək olar. Bundan başqa SSRİ dağıldığı zaman Ermənistan və Azəbaycan arasında baş verən Dağlıq Qarabağ münaqişəsi də örnək göstərilə bilər. Hal-hazırda baş verən İsrail Fələstin münaqişəsi də özünün mədəni tərəfi ilə etnik tərəfindən ibarətdir. Bu halların baş verməsi məhz millət-dövlətlərin və onun lokomotiv ideya qaynağı olan millətçilik ideologiyasının yayılması ilə təşəkkül tapmışdır. Məsələn Dağlıq Qarabağ münaqişəsi sırf etnik münaqişədir. Dağlıq Qarabağa köçürülən, orada məskunlaşan ermənilər milli-dövlətlərin yaranmasıyla ərazi iddialaında aktiv şəkildə iştiriak etmişlər. Çünki bir zamanlar sovet vətəndaşı olan ermənilər artıq özlərini əsl kimlikləri-erməni kimliyi ilə identikləşdirməyə başlamışdılar. Artıq erməni kimliyinin mövcudiyyəti məhz erməni dövlətinin varlığı ilə mümkün ola bilərdi. Bu varlıq isə yalnız müəyyən ərazilərin mənimsənilməsi ilə şərtlənirdi. Yuxarıda qeyd etiyimiz məsələyə qayıdarsaq məhz əsas aparıcı motiv resursların məhdudluğu məsələsi idi. Çünki bir millətin öz müqəddəratını təyinetməsi, yaşamını və rifahını sürdürməsi üçün ərazi vahidinin olması labüddür.

Mədəni münaqişələr

Mədəni münaqişələr də etnik münaqişələr kimi münaqişələr arasında ən təhlükəlilərindən və kütləvilərindəndir. Mədəni münaqişələr içində ən geniş yayılmışı dinlər arası münaqişələrdir. Buna misal olaraq İslam və Xristianlıq arasındakı münaqişələr ən ciddilərindəndir. Bundan başqa toplum daxilində olan mühafizəkarlar və yenilikçilər arasındakı münaqişələr də mövcuddur. Konservantlar adətlərin dəyərlərin dəyişilməsini qəti sürətdə istəmirlər, buna baxmyaraq liberallar isə dəyərlərin dəyişilməsini mütləq sayır və əksinə dəyişilməyən dəyərlərin cəmiyyətdə yozlaşma yartmasını vurğulayırlar. Beləki əxlaqi dəyərlərdə baş verməyən dəyişmələr zamanla psevdo-əxlaq halını alır,yəni əxlaqın imitasiyası, saxtalığı. Məsələn, cinsi azadlıqların olmaması zamanla fərdlərin öz cinsi ehtiyaclarını gizlinlərdə ödəməyə sövq edir. Buda cəmiyyətdə saxtalıq ikiüzlülük kimi xoşagəlməz hallara yol açır. Ona görə də liberallar dəyərlərin zamana uyğun olaraq təkmilləşməsinin tərəfdarıdırlar. Dini münaqişələr isə ona görə mövcuddur ki, bu qrup psixologiyasından qaynaqlanır. Belə ki, özünü müəyyən dinlə identikləşdirən toplum digər dinlə identifikasiya olunan toplumu özünə təhdid rəqib sayır. Digər məsələ dünyəvi dinlərdən başqa milli dinlər də mövcuddur ki, bu dinlər konseptual formada aid olduğu millətin əxlaqi dünyagörüşünü özündə ehtiva edir qısaca milləti millət edən spesifik xassələri özündə daşıyır beləliklə o dinin itirilməsi həmən milləti millət edən xarakteristikaların itirilməsiylə nəticələndiyi üçün toplum bunu özünətəhdid kimi alqılayır. Ona görə də mübarizədə, mühafizəkar mövqedə olur..

Nəticə

Biz nəticə olaraq bunu qeyd etməliyik ki,bütün bu münaqişələr əslində realist nəzəriyyəçilərin də dediyi kimi nə pisdir, nə də yaxşı, sadəcə olmalı olandır. Bu təbiətin qayəsidir. Əbədi münaqişə və ya əbədi sülh,stabillik mövcud deyildir. Təbiətin canlılığı dialektik nəzəriyyə ilə izah edilə bilər. Belə ki, həyatda olan hər bir şey dualistik yapıya sahibdir. Və bu dualizmarası ziddiyətlər məhz həyatı var edən, dinamik inkişafa irəli aparan motivdir. Müharibələr olmadan sülhün və konsensusun dəyəri bilinməz, arada olan ziddiyətlər həll edilməz. Siz əgər tarixə nəzər salsanız görərsiniz ki, 20-ci əsrdə iki böyük dünya müharibəsi oldu (əvvəlləri hələ qeyd etmirəm) və məhz bu müharibələrdən sonra insanlar, həqiqətən, oturub sülh haqqında sülh quruculuğu haqqında ciddi ciddi düşünməyə başladılar. Belə ki, bildiyiniz kimi birinci dünya müharibəsindən sonra “Millətlər Cəmiyyəti” yaradıldı, onun da uğursuzluğu təkmilləşməmiş və praktikada olmaması yenidən müharibəni gətirdi və bu dəfə isə daha uzun vədədə sülhün quruculuğu baş verdi və bu BMT sayəsində oldu. Düzdür, yenədə BMT yaranandan bəri də müəyyən müharibələr baş verməkdədir, lakin dünya müharibəsinin önü alınmışdır. Demək, həm də müharibə sülhün təminatçısıdır. Münaqişələr, ziddiyətlər sosium və dövlətlərarası dialoqların məcburiliyini şərtləndirən bir vasitədir. Münaqişələr təbii prosess olduğundan onun qarşısının alınması mümkün deyil. O, müxtəlif formalarda, müstəvilərdə özünü göstərəcək, sadəcə biz daha həssas və adekvat yanaşaraq münaqişə səbəblərinin çözülməsinə, dialoqların uğurlu nəticə verməsinə yardım edə bilərik.

[2] Konfiliktologiya səh: 20

[3] Brejenski – Şahmat taxtası

Comments are closed, but trackbacks and pingbacks are open.