Press "Enter" to skip to content

Fəaliyy t qabiliyyətli olmayan şəxs

Məcəllənin 666-cı maddəsinə görə, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Fiziki və hüquqi şəxslər kimlərdir?

Şəxslər dedikdə fiziki şəxslər və hüquqi şəxslər nəzərdə tutulur. Mülki Məcəllənin (MM) 24-cü maddəsində qeyd edildiyi kimi, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

İlk öncə fiziki şəxslərin mülki hüquq və fəaliyyət qabiliyyətinə nəzər salaq. Belə ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Fiziki şəxsin vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti isə şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu halda da tam həcmdə saxlanılır. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən andan itirməsi barədə qərar qəbul edə bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

Fiziki şəxslərdən başqa digər bir qrup da hüquqi şəxslərdir. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Publik hüquqi şəxslərin fəaliyyəti Mülki Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.

Fəaliyy t qabiliyyətli olmayan şəxs

Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduru təkmilləşdirilib, yeni tələblər müəyyənləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qüvvədə olan Təlimata əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Təlimata əlavə edilən yeni müddəalara görə, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab ediləcək. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılacaq. Miras qoyanın ölümü haqqında verilmiş şəhadətnamədə onun ölüm tarixinin günü deyil, yalnız ayı göstərilibsə, mirasın açıldığı vaxt həmin ayın axırıncı günü, il göstərildikdə həmin ilin dekabr ayının 31-ci günü mirasın açıldığı vaxt hesab ediləcək. Miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə və şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı hesab ediləcək. Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil ediləcək. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçəcək.

Qüvvədə olan Təlimata əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir. Dəyişikliyə əsasən vərəsələr hüquqi və fiziki şəxslərə bölünür, mirasın açıldığı yerin notariusu həm də əvvəlki qaydada dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verəcək. Bundan əlavə, artıq vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “. mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “. mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “. 1/3 hissə, yaxud . 2/3 hissə” kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edəcək. O cümlədən əvvəlki qaydada notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

İndiyə qədər əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməyibsə, notarius ərizəni qəbul edib, lakin vərəsəyə təklif edib ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin. Dəyişikliyə əsasən bundan sonra birmənalı olaraq poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmayacaq. Lakin ərizəçi vərəsəlik işinin açılması ilə əlaqədar həmin notariat kontoruna mirasın qəbulu və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş müddəti ötürdükdən sonra gələrsə və ya notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərərsə, müddətin hesablanması birinci ərizənin poçtla daxil olduğu gündən hesablanacaq. Qüvvədə olan Təlimata əsasən vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılıb. Bundan sonra isə vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

İndiyə qədər ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilib. Bu maddənin yeni redaksiyasında bildirilir ki, ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq ediləcək.

Qüvvədə olan Təlimata əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti ilə sübut edilir. Bundan əlavə indiyə qədər ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilərdi, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin. Dəyişikliyə əsasən artıq bu halda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar qəbul edilməyəcək.

Qüvvədə olan Təlimata görə notarius vərəsəlik işlərinin uçotu kitabını aparır. Vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasına həmin tədbirlər görülmüşsə) qeydə alınır. Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır. Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir. Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir. Dəyişikliyə əsasən bu prosedur da təkmilləşdirilib, əlavə tələblər müəyyənləşdirilib. Başqa sözlə, vərəsəlik işlərinin uçotu kitabında mirasın qəbul edilməsi, mirasdan imtina haqqında ərizələr qeydə alınacaq. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələr yazılı formada tərtib olunacaq və notariat qaydasında təsdiq ediləcək. Həmin ərizələrin daxil olan sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparıldıqdan sonra vərəsəlik işinin uçotu kitabına daxil ediləcək. Bu barədə vərəsəlik işinin uçotunun əlifba kitabında qeyd aparılacaq. Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılacaq. Bütün sonrakı ərizələr, habelə ölüm faktını, vərəsələrin miras qoyanla qohumluq və digər münasibətlərini təsdiq edən və miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən sənədlər, eləcə də kreditorların müraciəti vərəsəlik işinə tikiləcək. Mirasın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və mirasdan imtina haqqında ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstəriləcək. Əgər vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilərsə, bu müraciət mirasın qəbul edilməsi haqqında ərizə kimi qəbul ediləcək. Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında vərəsənin ərizəsində ölən qohumundan qalmış mirası qəbul etməsi (qohumluq əlaqəsi göstərilməklə) və ünvanlandığı notariat kontorunun adı, vərəsə və miras qoyanın soyadı, adı və atasının adı, onların ünvanı, mirasın açıldığı vaxt göstərilməli, digər vərəsələrin miras açılanadək yaşayış yeri sadalanmalıdır. Əgər vərəsənin miras əmlakın tərkibi barədə məlumatı varsa, notarius ona təklif edəcək ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bu fəsildə nəzərdə tutulan sənədlər təqdim edilənədək, mirasın qəbulu barədə ərizə versin. Bu ərizədə mirasın qəbul edilməsi barədə iradə ifadəsi əks olunmalı və ünvanlandığı notariat kontorunun adı, ərizəçinin soyadı, adı və atasının adı, ünvanı, mirasın açıldığı vaxt, miras qoyanın soyadı, adı, atasının adı və yaşadığı ünvan göstərilməlidir. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin adından ərizə valideynləri, yaxud qəyyumları (himayəçiləri) tərəfindən veriləcək. Ərizədə onun yetkinlik yaşına çatmamışın (yaxud fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsin) adından fəaliyyət göstərməsi, eləcə də ərizə verənin və vərəsənin soyadı, adı, atasının adı, vərəsənin doğum tarixi qeyd ediləcək. Vərəsə tərəfindən ərizəsinə əlavə edilmiş miras qoyanın ölümü haqqında şəhadətnamə, onun miras qoyanla qohumluq münasibətini təsdiq edən sənəd və ya ləğv edilməmiş və yaxud dəyişdirilməmiş vəsiyyətnamə, eləcə də mirasın açıldığı yer barədə müvafiq sənəd və ya məlumat əsasında ölənin adına vərəsəlik işi açılacaq və bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil ediləcək. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də daxilolma kitabında qeydə alınacaq. Ərizələrin yuxarı sağ küncünə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi qeyd ediləcək. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün zəruri olan sənədlər və vərəsəlik şəhadətnaməsinin notariat kontorunda saxlanılan nüsxəsi notariat işinə tikiləcək.

Bağışlama müqaviləsi

Mülkiyyət hüququnun yaranması əsaslarından biri də əmlakın bağışlama müqaviləsi vasitəsilə əldə edilməsidir. Bağışlama müqaviləsi qədim müqavilələrdəndir. Eramızdan əvvəl Roma hüququnda da öz yerini tapmışdı. Real həyatımızda da bağışlama müqaviləsi alqı-satqı müqaviləsindən sonra məişətdə ən çox rast gəlinən müqavilə növlərindən biridir. Məhz bu səbəbdən Mülki Məcəllənin ayrıca bir fəsli (32-ci fəsil) bu müqavilə növünə həsr edilmişdir.

Bəs nədir bağışlama müqaviləsi?

Məcəllənin 666-cı maddəsinə görə, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Sovet dövründə bağışlamanın predmeti yalnız əşyalar hesab edilirdi. Hazırda qüvvədə olan Mülki Məcəlləyə görə, bağışlamanın predmeti xeyli genişləndirilib, əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi bu müqavilənin predmeti ola bilər.

Qanunverici bu müqaviləni bağlaya bilən şəxslərin dairəsini də müəyyən edib: dövlət orqanları, hüquqi və fiziki şəxslər bağışlama müqaviləsi bağlaya bilərlər.

Hüquqi şəxsin adından bağlanan müqavilə onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olmamalıdır.

Müqavilənin təsdiq edilməsi üçün fəaliyyət qabiliyyətli fiziki şəxs və ya onun lazımi səlahiyyətə malik nümayəndəsi müraciət edə bilər.

Qanunvericiliyə görə, fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərtilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər.

Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.

Şəxsin fəaliyyət qabiliyyətli olması hələ ona məxsus olan əmlakı təkbaşına bağışlamaq hüququnun olması demək deyil. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Çünki şəxs birgə nikah dövründə qazanılmış və vərəsəlik hüququ ilə məhdudlaşmış əmlakla bağlı təkbaşına bağışlama müqaviləsi bağlaya bilməz. Daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun bağışlanmasına ərin (arvadın), qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Qanunvericiliyin tələblərinə görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların və dövlət reyestrində qeydiyyata alınmalı olan daşınar əmlaka (nəqliyyat vasitəsi və s.) aid bağışlama müqaviləsi notarial qaydada təsdiq edilən halda etibarlı hesab edilir. Şəxs müqavilə ilə hər hansı bir əmlakını gələcəkdə bağışlaması vədini də verə bilər, amma bu cür vədlər də notariat qaydada təsdiqlənməlidir.

Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə etibarlı sayılır.

Müqavilənin təsdiq edilməsi üçün notariusa aşağıdakı sənədlər təqdim edilməlidir:

– tərəflərin şəxsiyyətini təsdiq edən sənədlər;

– yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzil-istismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı;

– daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;

– müqavilə nümayəndə vasitəsilə bağlandıqda, onun şəxsiyyətini təsdiq edən sənəd və səlahiyyətlərinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə;

– tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;

– əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

– əmlak üzərində yüklülüyün və ya həbsin olub -olmaması barədə arayış;

– dövlət rüsumunun və xidmət haqqının ödənilməsi barədə sənədlər;

– mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi.

Bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verən, hədiyyə alan və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında nümayəndələri iştirak edə bilərlər.

“Notariat haqqında” qanunun 40-cı maddəsinə əsasən, aşağıdakı hallarda müqavilənin təsdiq edilməsindən imtina edilməlidir:

– müqavilənin təsdiq edilməsi qanuna zidd olduqda;

– müqavilənin təsdiq edilməsini başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;

– müqavilənin təsdiq edilməsi barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;

– hüquqi şəxsin adından bağlanan müqavilə onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;

– qanunun tələblərinə uyğun olmayan müqavilə bağlandıqda;

– müqavilənin təsdiq edilməsi üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;

– müqavilənin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.

Notarius müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini, fəaliyyət qabiliyyətini yoxlamalı, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verməli, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah etməli, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamalıdır.

Yalnız tələb olunan bütün sənədlər, o cümlədən notariat hərəkətinə görə tutulan rüsumun və göstərilən xidmətə görə alınan haqqın ödənilməsi barədə sənəd təqdim edildikdən sonra müqavilə iştirakçılar tərəfindən imzalanmalı, notarius tərəfindən təsdiq edilməli, bu barədə notariat reyestrində qeyd aparılaraq sənədin nüsxələri tərəflərə təqdim olunmalıdır. Bundan sonra iştirakçılar sənədin alınması barədə notariat reyestrində imza etməlidirlər.

Daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinin qeydiyyat orqanına göndərilməsi notariuslar tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə həyata keçirilir.

Bağışlamaq niyyəti ilə əşyanı başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər ( Mülki Məcəllə, maddə 667).

Məcəllədə müqavilə bağlandıqdan sonra hədiyyə verənin bağışlamadan imtinası da nəzərdə tutulmuşdur. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina da edə bilər.

Hədiyyə verən bağışlamaq barəsində verilmiş vədi yuxarıda qeyd edilən əsaslardan başqa vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda bağışlamaq barəsində verdiyi vədi də ləğv edə və onun icrasından imtina edə bilər.

Hədiyyə verən yuxarıda qeyd edilən əsaslardan birinin ona məlum olduğu gündən yalnız bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana verdiyi halda, bağışlamaqdan, yaxud bağışlama haqda vəddən imtina edə bilər. Qeyd etmək lazımdır ki, hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda, imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, eləcə də hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.

Əgər şəxs psixoloji təzyiq altında hər hansı bir əmlakı bağışlayırsa, bu zaman həmin bağışlama etibarsızdır. Maraqlı tərəflərin iddiası əsasında məhkəmə qaydasında mübahisələndirilə bilər. Eyni zamanda hər hansı bir şərt qarşılığında bağışlanıbsa, bu zaman hədiyyəni qəbul edən şərtə əməl etməzsə hədiyyə geri qaytarıla bilər.

“Dövlət rüsumu haqqında” qanunun 10.1-ci və 11.3-cü maddələrinə əsasən, müqavilə üzrə daşınmaz əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə dövlət rüsumu 20 manat, müqavilə

Comments are closed, but trackbacks and pingbacks are open.