Press "Enter" to skip to content

Фиридун бек Кочарли

Firidun bəy Köçərli eyni zamanda Qurani-Kərimin gözəl bilicisi idi. Dininə hədsiz hörmət bəsləyən ədib, hər zaman mövhumatın, xürafatın əleyhinə olmuşdur. O, islamı düzgün təbliğ etməyənləri tənqid edirdi. Bu əksər hallarda dindarlar tərəfindən yaxşı qarşılanmırdı. Dindarların məktəb üçün apardıqları siyasətin düzgün olmadığını görən Firidun bəy, onlarla açıq-aşkar mübarizə aparırdı. F.b.Köçərli el arasında çox böyük nüfuza sahib olduğundan, onu bu cür mübahisəli məslələrdə müdafiə edənlər də olurdu. Hətta, uşaqlarını məktəbə vermək istəməyən valideylərlə apardığı söhbətlərdən sonra onlar uşaqlarını özləri məktəbə gətirirdilər.

Ədəbiyyatşünaslıq tariximizdə Firidun bəy Köçərli imzası

Azərbaycanda ədəbi-bədii düşüncə haqqında rəy, fikir və mülahizələrin tarixi min ildən çoxdur. Hələ XI əsrdə görkəmli Azərbaycan alimi Xətib Təbrizinin ədəbiyyat nəzəriyyəsi, poetika, ritorika və üslubiyyat haqqında çox qiymətli fikirləri həm onun zamanında, həm də əsrlər boyu dəyərli mənbə kimi istinad yeri olmuşdur.

Sonralar Xaqani Şirvani, Nizami Gəncəvi, Arif Ərdəbili, Məhəmməd Füzuli, Saib Təbrizi və başqalarının bədii söz haqqında dəyərli qənaətləri ədəbi düşüncənin inkişafında mühüm rol oynamışdır. Həmçinin müxtəlif müəlliflər tərəfindən tərtib olunmuş cünglər, bayazlar (dəftərçə), təzkirələr və s. fərqli ədəbi mühitlərdə tanınan, sevilən şairlər haqqında ilkin mənbələr olaraq mühüm əhəmiyyət daşıyırdı. Saray münşiləri də hökmdarların fəaliyyəti, zəfərləri ilə yanaşı, onların saraya cəlb etdikləri şairlər haqqındakı məlumatları da gələcəyə ərməğan edirdilər.
XIX yüzillikdən etibarən çap işinin geniş vüsət alması, müxtəlif mətbuat orqanlarının fəaliyyətə başlaması nisbətən məhdud çevrələrdə tanınan ədəbi simaların və onların irsinin təbliğində böyük rol oynadı. Bu imkanlardan maksimum yararlanmağa çalışanlardan biri də Azərbaycan peşəkar ədəbiyyatşünaslığında özünəməxsus imzası olan, ilk milli ədəbiyyat tarixçiliyi istiqamətinin banisi Firidun bəy Köçərli oldu.
Ensiklopedik biliyə malik görkəmli pedaqoq-alim Firidun bəy Köçərlinin (1863-1920) fəaliyyət istiqamətlərinin hər biri ayrıca tədqiqatın predmetidir. Onun pedaqoji, ədəbiyyatşünaslıq sahələrində fədakar, yorulmaz fəaliyyəti, publisistik və epistolyar irsi Azərbaycanın elmi-mədəni inkişafında mühüm iz qoymuşdur. Ədəbiyyatşünaslıq fəaliyyəti ilə Azərbaycanda yeni tədqiqatçılıq məktəbinin əsasını yaratmışdır. Klassik və müasir Azərbaycan ədəbi fikri ilə yanaşı, rus ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının tədqiqi F.Köçərlinin elmi araşdırmalarında əhəmiyyətli yer tutur.
Alimin 1911-ci ildə dərc olunun “Mirzə Fətəli Axundov” kitabında ilk dəfə olaraq Şərqin ilk böyük dramaturqunun taleyinə və bənzərsiz sənətinə sistemli şəkildə işıq tutulmuşdur. Bir il sonra ölkəmizin müxtəlif bölgələrinin şifahi söz xəzinəsini əks etdirən “Balalara hədiyyə” kitabı işıq üzü görmüşdür. Onun 1913-cü ildə böyük zəhmət hesabına tamamladığı “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı üçcildlik kitabında isə qədim dövrlərdən XX əsrin əvvəllərinədək böyük bir mərhələnin ədəbiyyatından bəhs olunur.

Firidun bəy Köçərlinin klassik irsə dair tədqiqatları digər müəlliflərin əsərlərindən əsaslı şəkildə fərqlənirdi. Əgər Adolf Berje, Müctəhidzadə, Mir Möhsün Nəvvab, Hüseyn Əfəndi Qaibov, Lütfəli bəy Azər, Seyid Əzim Şirvani və digərləri Azərbaycanın şair və filosofları haqqında yazarkən daha çox bioqrafik məlumatlarla kifayətlənirdilərsə, F.Köçərli onların elmi-bədii irsinin təhlilinə də geniş yer verirdi. Bu da onun, ümumiyyətlə, ədəbiyyatşünaslıq elmində professionallığından irəli gəlirdi. Hələ 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirdiyi bir məqaləsində ədəbiyyatın ali vəzifəsindən, xalqın tarixində oynadığı mühüm roldan bəhs edərkən F.Köçərli yazırdı: “Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin ayinəsidir. Hər bir millətin dolanacağını, övzai-məişətini, dərəceyi-tərəqqisini, mərtəbeyi-kəmalını, qüdrət və cəlalını onun ədəbiyyatından bilmək olar”. Ədəbiyyat məfhumunun missiyasını aydın dərk etdiyinə görə onun tədqiqatları o dövrün elmi meyarlarına, yeni tədqiqatçılıq prinsiplərinə uyğun gəlirdi.
Ədəbiyyatşünas alimin tədqiqatları sistemləşdirilərək 1963-cü ildə “Seçilmiş əsərləri”, 1978-ci ildə “Azərbaycan ədəbiyyatı” ikicildliyinin birinci kitabı, 1981-ci ildə isə ikinci cildi işıq üzü görüb. Bu nəşrlərdə elmi-nəzəri müqəddimə və Azərbaycan, fars və ərəb dillərində yazıb-yaradan 120-dən çox ədəbi simanın həyat və yaradıcılığını əhatə edən oçerklər verilmişdir.
Firidun bəy Köçərli qüdrətli söz-fikir ustaları Xaqani, Nizami, Fələki, Nəsimi, Füzuli, Vaqif, Zakir, M.F.Axundzadə, S.Ə.Şirvani və başqaları haqqında məlumat verərək, yeri gəldikcə bu qələm sahiblərinin əsərlərini də təhlil süzgəcindən keçirmişdir. Dahi Füzuli sözünün bədii qüdrətindən bəhs edən ədəbiyyatşünas onun Azərbaycan dilinin saflaşdırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndirirdi: “. türk dilinə rövnəq verən və onu xarü-xaşakdən (tikandan, çör-çöpdən – F.Y.) təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur. Və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna böyük bir minnət qoyubdur”. Maraqlıdır ki, ustad Füzulinin ömrünü məhdud məkanda – İraqdan kənara çıxmamaqla keçirməsinə dırnaqarası yanaşanlara tədqiqatçı tutarlı cavab verərək onu qiymətini itirməyən qızıla bənzətmişdir: “Füzulinin məhəlli-məqamına görə rütbeyi-istedadına həqarətlə baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşməz. ”.
Füzulinin saf eşqə könül verdiyini, özünün də bu uca mərtəbədə yer tutduğunu vurğulayan ədəbiyyatşünas alim ustadın əsərlərinin əbədi təravətinin səbəblərini belə əsaslandırırdı: “Onlardan birisi budur ki, haman əsərlərin tamamisi pak, həqiqi və təbii hissiyyatdan nəşət etmiş əsərlərdir ki, eşqi-həqiqidən bəhs edir. Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. ”.
Alim Füzuli ədəbi təsirinin əsrlərlə davam etdiyinə, bu misilsiz irsin Qövsi, Qasım bəy Zakir, Abdulla bəy Asi, Mehdiqulu xan Vəfa, Seyid Əzim Şirvani, İsmayıl bəy Nakam, Bixud, Mustafa ağa Nasir, Molla Qədir Naci və başqalarının yaradıcılığında təzahürünə diqqət çəkirdi. Eyni zamanda, şəkili İsmayıl bəy Nakamın Füzulinin məşhur “Dedim, dedi” müsəddəsinə yazdığı nəzirəni nümunə göstərirdi.

Çağdaş ədəbi proses

Firidun bəy Köçərlinin klassik irsin toplanılması və təhlilində həssas səyləri çağdaş ədəbi proseslərə münasibətdə də özünün yüksək peşəkarlığı ilə müşahidə olunur. O, sadəcə toplama və təhlillə kifayətlənməyərək, professional tənqidçi kimi ədəbi prosesləri düzgün istiqamətləndirməyə çalışırdı. Mütəmadi olaraq müxtəlif bölgələrdə yaşayıb fəaliyyət göstərən Azərbaycan ədib və ziyalıları ilə məktublaşır, dostluq və əməkdaşlıq edirdi. Ədiblərə yazdığı məktublarında onları ana dilinin saflığının qorunmasına xüsusi həssaslıq göstərməyə səsləyirdi. Məsələn, Abdulla Şaiqə ünvanladığı məktubların birində ona yaradıcılığında ağır Osmanlı ibarələrindən xilas olmasını tövsiyə edirdi. Firidun bəy M.Ə.Sabirlə də şəxsən tanış idi, Səhhətlə daim əlaqə saxlayırdı. Görkəmli maarifçi-alimin əsl vətəndaş mövqeyini mərhum ədəbiyyatşünas, professor Firidun Hüseynov belə səciyyələndirirdi: “Firidun bəy Köçərli şair və ədibləri müasir aktual mövzulara cəlb edir, xalqın xeyrinə qələm çalmağa səsləyir, yaradıcılıq istiqamətlərini ardıcıl olaraq izləyirdi”.
Romantik şair Abbas Səhhət ona yazdığı bir şeirində Firidun bəyin ədəbi proseslərin təkamülündə böyük missiyaların öhdəsindən necə məharətlə gəldiyindən söz açırdı:

Birimiz mərsiyəgunluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübalı keçinirdi günümüz rindanə.
O pərişan yuxudan sən bizi bidar etdin,
Doğru, düz yolda çalışmaqlığa vadar etdin.

XX əsrin əvvəllərindəki mürəkkəb ictimai-siyasi proseslər fonunda Azərbaycanın ümummilli problemlərinin ayıq nəzərlərlə təhlil olunmasını, köhnə təfəkkürdən birdəfəlik xilas olmağın vaxtının çoxdan çatdığını narahatlıqla vurğulayan alim yazırdı: “. qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, nəfbərdar olur”.
Firidun bəy Köçərlinin bir tənqidçi kimi işinin öhdəsindən necə ləyaqətlə gəlməsini görkəmli yazıçı-dramaturq, ictimai xadim Nəriman Nərimanovun 1916-cı ildə “Yeni iqbal” qəzetində dərc olunan məqaləsindən də aydın görmək mümkündür: “Düz 20 il bundan müqəddəm mən “Nadanlığ”ı yazıb meydana buraxdım. Məşhur mühərrirlərimizdən biri, rəfiqimiz Firidun bəy Köçərli “Nadanlığ”ı rus dilində tənqid etdi, yaramaz bir şey hesab edib yazanını, yəni məni lazımınca çubuqladı. Oxuyan deyirdi, “Nadanlığ”ı yazan daha əlinə qələm gərək götürməsin. Fəqət onun çubuqlamağı “Nadir şah”ın meydana gəlməsinə səbəb oldu”.
Alim müxtəlif illərdə fərqli mətbuat orqanlarında Azərbaycan ədəbiyyatının onunla müasir olan tanınmış nümayəndələrindən M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərimanov, Y.V.Çəmənzəminli, A.Səhhət, A.Şaiq və başqalarının ədəbi irsi haqqında elmi-tənqidi məqalələr dərc etdirirdi. Dövrün milli ədəbiyyatının əsas ideya istiqamətlərinin dəqiq müəyyənləşdirilməsini, elmi-mədəni inkişafın aktual problemlərini gündəmdə saxlayırdı.
Firidun bəyin bir ədəbiyyatşünas-tənqidçi olaraq uğur qazanmasında onun ana dili ilə yanaşı, rus, ərəb və fars dillərini də mükəmməl bilməsi önəmli rol oynayırdı. O həm də Azərbaycan ədəbiyyatına dünya ədəbiyyatı kontekstində yanaşırdı. Görkəmli rus ədiblərindən A.S.Puşkin, N.V.Qoqol, A.P.Çexov, fransız dramaturqu J.B.Molyer və digərlərinin ədəbi irsi ilə yaxından tanışlığı, bir çoxunun haqqında məqalələr yazması, əsərlərini tərcümə etməsi Azərbaycan ədəbi düşüncəsinə və ədəbiyyatşünaslıq elminə böyük töhfələr idi.
Firidun bəyin xalqının elmi, təhsili, mədəniyyəti, dili uğrunda fədakar xidmətlərinin, sonsuz sevgisinin nəticəsi idi ki, mənfur ermənilər belə bir millət fədaisini aradan götürmək üçün yol arayırdılar. Nakam ziyalının 1920-ci ildə güllələnməsinin əsas səbəbi də məhz hədsiz Vətən sevgisi, xalqını işıqlı gələcək naminə yorulmadan irəli aparmaq istəyi olmuşdur.
Görkəmli maarifçi, ədəbiyyatşünas-tənqidçi Firidun bəy Köçərlinin mədəniyyət tariximizdə unudulmaz xidmətləri yüksək qiymətləndirilərək 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanmışdır. Deməli, ömrünü xalqının gələcəyi naminə şam kimi əridən milli, saf əqidəli Vətən ziyalılarının əməlləri örnək olaraq daim xatırlanacaq.

Фиридун бек Кочарли

Фиридун бек Кочарли ( Чоуча , 26 января 1863 г. – Гянджа , 1920 г. ) – азербайджанский писатель, филолог и литературный критик .

Резюме

  • 1 Биография
  • 2 Научная жизнь и деятельность
  • 3 Переводы
  • 4 Политическая деятельность
  • 5 Примечания и ссылки
  • 6 Внешние ссылки

биография

Фиридун-бек Кочарлинский родился в 1863 году в городе Шуша. Он был единственным ребенком в семье. После окончания местной русско-мусульманской школы поступил в Закавказскую учительскую семинарию в Гори . В 1885 году он начал преподавать как профессор богословия и азербайджанского языка в русско-мусульманской школе в Эривани.

Научная жизнь и деятельность

В 1895 году он был приглашен на Горийский учительский семинар.Кочарлинский был одним из первых азербайджанских ученых, поднявших вопрос стандартизации азербайджанского литературного языка. В 1895 году Кочарлинский опубликовал свою первую статью «Татарские комедии», позже, в 1904 году, появились его «Письма о нашей литературе». В 1903 году была опубликована его первая научная работа – критический обзор произведений 130 азербайджанских поэтов и писателей «Литература адербейджанских татар » (до революции азербайджанцев адербейджанскими татарами было принято называть). Более мелкие произведения появились в 1911 году (« Мирза Фатали Ахундов ») и в 1912 году («Подарки детям»).

Переводы

Кочарлинский переводил на азербайджанский язык произведения русских и европейских авторов. Самым крупным его произведением, опубликованным после его смерти в 1925 году, являются «Материалы по истории азербайджанской литературы». Его произведения послужили точным и информативным источником по истории и развитию азербайджанской литературы того времени.

Политическая деятельность

Кочарлинский был членом Центрального совета мусульман Закавказья (позже «Азербайджанский национальный совет»), который 28 мая провозгласил Азербайджан независимым государством. В политических и социальных потрясениях, вызванных советизацией, Кочарлинский, обвиненный в контрреволюционной деятельности и неповиновении законам нового правительства, был арестован, доставлен в Гянджу и казнен без суда по ложной информации, записанной Либерманом под диктовку Саркиса Данеляна. Позже Нариман Нариманов , высоко оценивший деятельность Кочарли, поручает найти и наказать виновного.

Примечания и ссылки

  1. ↑ (az) « İrvandan mәktub – Firudin bəy Köçərli » , 29 июня 2017 г. // senet.az /
  2. ↑ (ru) « Фирудин бек Кочарли – 150 лет: Ученый-первопроходец и учитель от Бога » , на trend.az , 26 января 2013 г. (по состоянию на 7 января 2021 г. )
  3. ↑ (az) ” Firidun bəy Köçərli- ədəbiyyat tarixçiliyi elminin banisi ” на day.az , 2 марта 2013 г. 13 (по состоянию на 7 января 2021 г. )
  4. ↑ (ru) ” Фиридунбек Кочарли: народный учительи замечательныйлитературовед ” , на azerizv.az , 7 июня 2008 года (по состоянию на7 января 2008 года )

Внешние ссылки

  • Виртуальный международный авторитетный файл
  • Международный стандартный идентификатор имени
  • Библиотека Конгресса
  • Gemeinsame Normdatei
  • Национальная библиотека Польши
  • WorldCat Id
  • WorldCat

Şərəfli ömür yolu keçən ədib – Firidun bəy Köçərli

Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan Firidun bəy Köçərlinin çox da uzun olmayan həyat yoluna nəzər saldıqda, onun qısa olan ömründə böyük əməllərinin nə qədər qürurverici və yaddaşlara həkk olunduğunu görürük.

Mən Firidun bəy Köçərlinin tədqiqatçısı olaraq, hər xırda detallara xüsusi həssaslıqla yanaşmağa çalışıram və bütün bunları mətbuat səhifələrində işıqlandırmağı özümə borc bilirəm. Buna görə də bu dəfə mənə olunan müraciətlərə görə, yazıda ilk olaraq görkəmli ədibin adının Firidun və yaxud Firudin olması məsələsinə toxunmaq istəyirəm.

Azərbaycanın orfoqrafik şəxs adlarında bir çox isimlərin müxtəlif yazılış formaları vardır. Firidun adının yazılışına istər ədəbiyyatda, istərsə də həyatda iki cür formada rast gəlinir. Bəzi mənbələrdə Firidun, bəzi mənbələrdə isə Firudin kimi yazılmış adlara rast gəlmək mümkündür. Lakin, mən Firidun bəy Köçərlinin tədqiqatı ilə məşğul olduğum üçün akademiklərimizdən: Məmməd Arif, Teymur Bünyadov, Feyzulla Qasımzadə, Bəkir Nəbiyev, Kamal Talıbzadə, professorlarımızdan: Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Şamil Vəliyev və başqalarının əsərlərinə istinad edərək “Ümmətdən-Millətə doğru” irihəcmli monoqrafiyanı meydana gətirmişəm. Yuxarıda adlarını qeyd etdiyim alimlərimizin əsərlərində məhz Firidun bəy Köçərlinin adı Firidun kimi, arxiv sənədlərində isə “Фиридун Бек Кочарлинский” kimi qeyd olunmuşdur. Bunu açıqlamaqda məqsədim, Firidun bəyin adının düzgün yazılışını nəzərə çatdırmaq idi. Qeyd edim ki, Firidun bəyin adında iki “i” hərfi vardır.

Firidun bəy Köçərlinin yanvarın 26-da anadan olduğu gündür. Bu yazını ədibin ruhuna hörmət olaraq dərc etdirirəm.

Firidun bəy Köçərli elə bir şəxsiyyətdir ki, hələ bundan sonra da aparılacaq tədqiqatlarda, onun Azərbaycan xalqı üçün necə böyük işlər gördüyü aşkar ediləcəkdir. Zamanında baş verən repressiyanın qurbanı olmuş dəyərli pedaqoq, gözəl folklorşünas, ədəbiyyatşünas alim, hər zaman Azərbaycana düşmənçilik siyasəti yürüdən erməni ekstrimistlərinin əli ilə qətlə yetirilmişdir. Firidun bəy Köçərlinin şəxsi arxivinin izlərinin çox hissəsini yandıraraq məhv etsələr də, tarixdən, sənədlərdən silsələr də, ürəklərdən silə bilmədilər. Firidun bəy Köçərlini sevənlər, onun tədqiqatı ilə məşğul olanlar, illərlə damla-damla müxtəlif arxivlərin sənədlərindən, insanların xatirələrindən materiallar toplayaraq, əsərlər meydana gətirdilər və bu gün Azərbaycan oxucuları F.b. Köçərli haqqında olan bu əsərləri sevə-sevə oxuya bilirlər.

1863-cü ilin 26 yanvar tarixində Qarabağın dilbər guşəsi Şuşada dünyaya göz açan Firidun bəy Əhmədağa oğlu Köçərli, 1920-ci ilin 4 iyun tarixində Gəncədə repressiyanın qurbanı oldu. Məzarının yeri məlum olmayan ədib, könüllərdə, ürəklərdə özünə əbədi məskən saldı. F.Köçərli haqqında yazılan əsərlərdə, onun sözün əsl mənasında gözəl bir insan, əsl ziyalı və əsl dəAzərbaycan kişilərinə xas olan ciddi xasiyyətinin olduğunu, əslində isə qəlbən çox kövrək biri olduğunu görmək olur. Firidun bəyin həyatda öz övladı olmasa da, tale bəxtinə Badisəba kimi gözəl bir xanımı yazmışdı.

Badisəba xanım Azərbaycan xanımlarına məxsus xanım-xatınlığından, Firidun bəyin qulluğunda bir uşaq kimi durmağından, qayğısını çəkməyindən və sədaqətli ömürgün yoldaşı olmağından əlavə, həm də onun ən yaxın dostu, sirdaşı idi. Firidun bəyin ailəsi Şuşada adlı-sanlı bir ailə olduğu kimi, Badisəba xanımın da ailəsi, ümumiyyətlə nəsli Qazaxda sayılıb-seçilən nümunəvi ailələrdən-Vəkilovlardan idi. Nə yaxşı ki, Firidun bəylə Badisəba xanımın taleləri Allah tərəfindən qoşa yazılmışdı. Bu gözəl insanlar sanki bir-biriləri üçün dünyaya gəlmişdilər. İlk sözdən, ilk baxışdan, ilk kəlmədən bir-birilərini anlayan həm Firidun bəy, həm də Badisəba xanım yaşadıqları müddətdə övladları olmasa da bir-birilərinə qarşı mehribançılığı və hörməti qoruya bildilər.

Firidun bəy Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan balalarının savadlanmasına, təhsilli olmasına həsr etmişdir. O, pedaqoji fəaliyyəti dövründə Qori Müəllimlər Seminariyasında, İrəvan gimnaziyasında, Qazax Müəllimlər Seminariyasında çalışdığı vaxtlarda həmişə millətinə, xalqına vicdanla xidmət etmiş, təsəvvürümüzdə yaratdığımız əsl müəllim obrazının canlı nümunəsi olmuşdur. F.b.Köçərli müəllimlik peşəsini təkcə dərs deməklə bitmiş hesab etmirdi. O, dərsdən sonra da öz şagirdlərinə nəzarət edir, bəzi hallarda onların yaşadıqları evlərinə gedir və şagirdlərinin həyat tərzi, sosial vəziyyətləri və təlim-tərbiyəsi ilə də maraqlanırdı. Firidun bəy istər dərs zamanı, istərsə də dərsdən kənarda şagird və tələbələrinə eyni münasibəti, mehribanlığı, göstərirdi. O, bunu özünün vətəndaşlıq, eyni zamanda da müəllimlik borcu hesab edirdi. Firidun bəy azərbaycanlı tələbələrin sanki bir qoruyucusu, müdafiəçisi idi. Bu onun Vətəninə, millətinə olan məhəbbətindən irəli gəlirdi.

Çarizmin, Azərbaycana olan mənfi münasibəti tarixdən məlumdur. F.b. Köçərli Qori Müəllimlər Seminariyasında təhsil alan qeyri millətlərin tələbələri ilə, Azərbaycan türklərinin (Azərbaycan tatarları da deyirdilər-P.M) tələbələrinə qarşı olan soyuq münasibətin, ayrıseçkiliyin fərqini görürdü. Bütün bunlar Firidun bəyi daxilən incitsə də, o ehtiyatlı olmağa, daim bu ehtiyatı qorumağa çalışırdı. Lakin, bəzi hallarda səbəbsiz yerə cəzalandırılan azərbaycanlı tələbələrin müdafiəsinə qalxırdı. Bu cür xüsusiyyətləri onu təkcə tələbələrin və valideynlərin deyil, elə bir çox müəllimlərin də sevimlisinə çevirmişdi. Firidun bəyi qəlbən sevən dostları, həmkarları çox idi, o hamı ilə necə davranmağı gözəl bilirdi. Lakin, elə qüvvələr var idi ki, Firidun bəyi gözləri götürmürdü, onun hər bir hərəkətini, danışığını izləyir və onu daim nəzarətdə saxlayırdılar. Hətta bəzi hallarda onun haqqında “millətçi” sözünün dillərinə gətirir və onu siyasi arenaya çəkməyə çalışırdılar. Bütün bunları görən Firidun bəyin ağlı, düşüncəsi, kamilliyi onu bu şərli işlərdən qurtulmasına kömək edirdi. Firidun bəy Köçərli hələ gənc yaşlarından müdrik insanlara xas olan ağıllı davranışı ilə seçilirdi.

F.Köçərli yorulmaq bilmədən çalışan, daim mütaliə edən, başqa məktəblərdə olan yenilikləri öyrənən bir pedaqoq, ziyalı idi. Çox təəssüf ki, repressiya qurbanı olan alimin məhv olmuş arxivi, onun zəngin təsəvvürünün, gələcək planlarının üzə çıxmasına deyil, məhv olmasına səbəb oldu. Nə yaxşı ki, ədib sağlığında tələbələrinə bilik verməklə yanaşı, millətə, vətənə sevgi hislərini də aşılaya bilmişdir və ürəklərdə xatirələrini yaşadaraq, iz qoya bilmişdir. Biz, müxtəlif materiallarda önun tələbələrinin xatirələrində öz dəyərli müəllimləri haqqında deyilmiş gözəl sözlərə rast gələ bilirik. Ədibin dahiyanə söyləmiş olduğu kəlamlar bu gün də dillər əzbəridir. Firidun bəy çox düzgün olaraq qeyd edirdi ki, “Bir milləti məhv etmək istəyirsənsə onun müəllimini savadsız, həkimini kəmsavad et, biri onun ağlını, biri isə canını məhv eləsin”. Onun müsəlmanlara müraciət edərək: “Ey insanlar oyanın, ümmətdən-millətə keçin” deməsi və yaxud “Müəllim yanan bir çırağa bənzəyir, onun şöləsi isə şagirdləridir, çıraq yanır, şöləsi isə ətrafı işıqlandırır” və.s. bu kimi dəyərli sözləri bu gün də öz aktuallığını qorumaqdadır.

Firidun bəy Köçərli şərəfli ömür sürmüş, çox uzaqgörən bir insan olmuşdu. O, gələcəyin həkimi, müəllimi, mühəndisi ola biləcək uşaqları elə hazırlayırdı ki, sonradan da onlarla fəxr edə bilsin. Bu gün biz fəxr edə bilirik ki, Azərbaycan təhsilinin Firidun bəy kimi müəllimləri olmuş və bu gün də məktəblərimizdə müəllim şərəfini qoruyan, peşəsinə qəlbən bağlı olan dəyərli müəllimlərimiz vardır ki, onlar da bu ənənəni davam etdirərək, Firidun bəy Köçərli kimi müəllimlərin yolunu gedirlər.

Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən gözəl hədiyyəsi onun yaratdığı əsərləri olmuşdur. Xüsusilə də Azərbaycan şairləri haqqında yazdığı “Azərbaycan Türklərinin ədəbiyyatı” adlı əsəri mədəniyyətimizin incilərindən hesab edilir. Minbir əziyyətlə yığıb topladığı bu əsər, sonradan bir qədər artırılmış və “Azərbaycan ədəbiyyatı” adı ilə nəşr olunmuşdur. Bu kitabın nəşri sovetlər dönəmində, Firidun bəyin ölümündən bir neçə il sonra Badisəba xanımın zəhməti ilə ərsəyə gəlmişdir. Nə yaxşı ki, Firidun bəy Azərbaycanın klassik şairləri, Nizami Gəncəvidən tutmuş M.Ə.Sabirə qədər olan şairlərimiz haqqında dəyərli məlumatları zamanında ədəbiyyatımız üçün topladı və bu gün biz klassiklərimizi tanıyır, ən əsası isə kimliyimizi bilirik. Nahaq demirlər ki, Azərbaycan ədəbiyyatını F.b.Köçərli yaratmışdır.

Firidun bəy bütün peşələri sevib, rəğbət bəsləsə də, müəllimlik peşəsini bütün peşələrdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur adlandırırdı. Firidun bəyin təbirincə desək, “pis şagird yoxdur, şagirdi düzgün anlamayan müəllim vardır. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan uşağı belə tərbiyələndirsin”. Görkəmli ədib şagirdlərinə Vətənə sonsuz sevgi aşılayaraq, qeyd edirdi ki, “Vətən təkcə sənin doğulub boya başa çatdığın şəhər, qəsəbə, kənd deyildir. Vətən sənin anandır, Vətən bütövlükdə bir məmləkətdir. Bu məmləkət isə Azərbaycandır. Azərbaycanı sevmək üçün məmləkətini, onun bütün bölgələrini sevmək gərəkdir”.

Firidun bəyin yaradıcılığını nəzərdən keçirdikdə cəhalətə narazılığını, haqsızlığın qəbulolunmazlığını da görürük. Ədibin ən böyük cəhalət hesab etdiyi məsələlərdən biri isə kiçik yaşlı qız uşaqlarının erkən ailə qurması məsələsi idi. O, hər çıxışında bu məsələyə toxunur, qızların təhsilə cəlb edilməsini ön plana çəkirdi. Görkəmli pedaqoq, təhsilli qadının gələcəkdə övladlarını da təhsilli böyüdəcəyini nəzərə çatdırırdı.

Firidun bəy Köçərli eyni zamanda Qurani-Kərimin gözəl bilicisi idi. Dininə hədsiz hörmət bəsləyən ədib, hər zaman mövhumatın, xürafatın əleyhinə olmuşdur. O, islamı düzgün təbliğ etməyənləri tənqid edirdi. Bu əksər hallarda dindarlar tərəfindən yaxşı qarşılanmırdı. Dindarların məktəb üçün apardıqları siyasətin düzgün olmadığını görən Firidun bəy, onlarla açıq-aşkar mübarizə aparırdı. F.b.Köçərli el arasında çox böyük nüfuza sahib olduğundan, onu bu cür mübahisəli məslələrdə müdafiə edənlər də olurdu. Hətta, uşaqlarını məktəbə vermək istəməyən valideylərlə apardığı söhbətlərdən sonra onlar uşaqlarını özləri məktəbə gətirirdilər.

F.b.Köçərli eyni zamanda gözəl ədəbiyyatşünas, həm də qərəzsiz tənqidçi idi. O, zəif yazılmış əsərləri tənqid edərək, bu cür əsərlərin Azərbaycan ədəbiyyatında, Azərbaycan mədəniyyətində heç bir tərbiyəvi əhəmiyyət daşımadığını qeyd edirdi. O, hətta, öz qələm dostlarını da tənqid etməkdən çəkinmirdi. Azərbaycanın ictimai-siyasi xadimi Nəriman Nərimanov öz məqalələrinin birində qeyd etmişdi ki, “Əgər Firidun bəy mənim “Nadanlıq” əsərimi qamçılamasaydı, bu gün “Nadir Şah” kimi əsər meydana gəlməzdi”. Bəli, tənqid qərəzsiz olanda nəticəsini görmək olur.

Firidun bəy dilimizin qorunmasına daha çox diqqət edirdi. O, qələm sahibi olanlardan xahiş edirdi ki, Azərbaycan lüğətinə yabançı-yad sözləri gətirməsinlər. Bizim dilimiz sadə, axıcı və zəngindir, gərəkdir ki, dilimizi qoruyaq.

F.b.Köçərlinin yaradıcılığı və həyatı haqqında yazılmış əsərləri nəzərdən keçirdikdə, onun Azərbaycan ədəbiyyatına, mədəniyyətinə çox boyük töhfələr verdiyini görürük. Yaşadığı dövrün necə çətin bir dövr olduğunu nəzərə alsaq, istər təhsil baxımından, istərsə də dini baxımdan uşaqları məktəbə cəlb etmək, kitab nəşr etdirmək və qəzet buraxdırmaq işinin nə ağır olduğunu, qızların təhsilə cəlb edilməsi məsələsinin mümkünsüzlüyünü anlamaq olar. Qızların təhsil alması məsələsinə gəlincə, bəzən öz həyatlarını təhlikədə qoyan digər ziyalılarımız kimi, Firidun bəy Köçərlinin də həyatı üçün təhlükə yaranırdı. Belə bir dövrdə, yəni 1912-ci ildə Firidun bəy Köçərli uşaqların təhsilə cəlb edilməsində müəyyən formada təbliğat aparmağı bacarırdı. Belə ki, o, kiçik balalarımız üçün “Balalara hədiyyə” adlı nağıl, təmsil və tapmacalardan ibarət kitabı nəşr etdirir. O, bu yolla kitaba olan həvəsin artmasını, orada yazılanlara marağın oyanmasını nəzərdə tutaraq balaca balalarımızı sevindirə bilmişdir.

Firidun bəy Köçərlinin düşmənlərimizin əli ilə qətlə yetirilməsindən artıq 100 il ötməsinə baxmayaraq, bu dahi şəxsiyyətin həyat və yaradıcılığı bu gün də oxunur və araşdırılır.

Biz də öz növbəmizdə görkəmli şəxsiyyət Firidun bəy Köçərliyə Allahdan rəhmət diləyir, harada dəfn olunmasını bilməsək də, qəbru nurla dolsun deyirik.

Pərixanım Mikayılqızı,
AJB-nin üzvü, F.Köçərlinin tədqiqatçısı,
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
şair-publisist.

Comments are closed, but trackbacks and pingbacks are open.