Press "Enter" to skip to content

Fiziki trbiy müllimi v mşqçinin xüsusiyytlri

Dərs proseslərinin alət və avadanlıqlarla təmini, onların yığışdırılması;
6.

Məktəbdə fiziki tərbiyə işlərinə rəhbərlik

3.7Məktəbdə fiziki tərbiyə işlərinə rəhbərlik
Məktəbdə fiziki tərbiyə üzrə işlər məktəb direktorunun rəhbərliyi altında aparılır. Bu işin
müvəffəqiyyəti bütün müəllimlərin birgə işindən mühüm dərəcədə asılıdır. Məktəbin bütün işçiləri fiziki
tərbiyənin məqsəd və vəzifələrini, onun təşkili formalarını bilməli, praktik olaraq həyata keçirilməsinə
kömək göstərməlidir.
Fiziki tərbiyənin təşkilinə birbaşa məktəb direktoru və ya onun tərbiyə işləri üzrə müavini
cavabdehdir.
İbtidai siniflərdə bədən tərbiyəsi dərslərini ixtisaslı bədən tərbiyəsi mütəxəssisi və ya sinif
müəllimi apara bilər. Bütün bunlar məktəbin şəraitindən asılıdır. Bədən tərbiyəsi dərsi təsdiq edilmiş
tədris planı və cədvəli üzrə aparılır.

3.8Fiziki tərbiyəyə həkim nəzarəti
Məktəbdə fiziki tərbiyənin düzgün təşkili həkim nəzarətindən çox asılıdır.
Tibbi müayinə məktəbə təhkim olunmuş həkim və ya poliklinikanın müxtəlif ixtisaslı həkimləri
tərəfindən aparılır. Burada uşaqların fiziki inkişafı və sağlamlıq vəziyyəti müəyyənləşdirilir.
Şagirdlər ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçirilir. Onlar tibbi qruplara
bölünürlər. Tibbi müayinənin nəticəsinə görə məktəblilər əsasən 3 tibbi qrupa bölünürlər: əsas, hazırlıq və
xüsusi.
Əsas qrupa o şagirdlər daxil edilir ki, onların fiziki inkişafında çatışmamazlıq müşahidə
olunmasın. Həm də bu şagirdlərin fiziki hazırlığı qənaətbəxşdir.
Hazırlıq qrupuna fiziki inkişafında müəyyən qüsuru olan, sağlamlığında çatışmamazlıqlar
müşahidə olunan, fiziki hazırlığında isə nisbətən zəiflik hiss edilən, lakin orqanizmin funksiyalarında
dəyişikliyi olmayan məktəblilər daxil edilir.
Səhhətində ciddi qüsuru olan kütləvi məktəblərdə tətbiq olunan bədən tərbiyəsi proqramları ilə
dərs keçirməyən şagirdlər xüsusi tibbi qruplara daxil olunur. Bu şagirdlər onlar üçün hazırlanmış xüsusi
bədən tərbiyəsi proqramları ilə məşğələ keçirlər. Həmin qüsurlar müvəqqəti və ya daimi ola bilər. Bəzi
şagirdlər səhhətləri düzələn kimi bədən tərbiyəsi dərslərindən tam azad ola bilər. Şagirdlərin səhhətindəki
çatışmazlıq qaydaya düşdükdən sonra onların qrupları dəyişdirilməlidir. Onlar hazırlıq və yaxud əsas tibbi
qruplara keçirilə bilər. Müvəqqəti olaraq bədən tərbiyəsi dərslərindən azad olunan şagirdlər dərsdə mütləq
iştirak etməlidirlər.
Əsas qrupa daxil olan şagirdlərin vəzifələri b u n l a r d ı r:
1.

Bədən tərbiyəsi proqram materialları tam yerinə yetirilməli;
2.

Fiziki tərbiyə üzrə təşkil olunmuş dərnək və idman bölmə məşğələlərində iştirak edə bilər;
3.

İdman yarışlarında və tədbirlərində iştirak edə bilərlər;
Hazırlıq qrupuna daxil olan şagirdlər isə proqram üzrə tədbirlərdə iştirak edə bilərlər. Onlara
gərginlik tələb edən hərəkətlər vermək məsləhət görülmür.
Səhhətinə görə xüsusi tibbi qruppa daxil olan şagirdlərlə həftədə 2 dəfədən az olmayaraq
məşğələlər təşkil olunur. Məşğələlər xüsusi proqram əsasında müəyyən hazırlığı olan tibb işçiləri və ya
müəllimlər tərəfindən aparıla bilər.
Şagirdlər bir qrupdan digərinə ildə 1 dəfə keçirilən növbəti tibbi müayinədən sonra yaxud da
valideyinin xahişi ilə təşkil edilən tibbi müayinənin nəticəsinə görə keçirilə bilər.
Tibbi müayinənin nəticəsi bir qrupdan digər qrupa şagirdlər keçirilərkən bu barədə müəllimə
xəbər verilməlidir.

3.9.

Müəllimin vəzifələri, dərsdə yer seçməsi
və dərcə hazırlığı
a) Müəllimin vəzifələri:
1. Dərsin keyfiyyətini təmin etməli, bədən tərbiyəsi proqramını yerinə yetirməli;
2. Həkimlərlə birlikdə şagirdlərin tibbi müayinəsini təmin etməli, müayinənin nəticəsini dərsdə
sinifdən və məktəbdənxaric tədbirlərdə nəzərə almalı;
3. Məşğələ yerinin sanitariya-gigiyena tələblərinə uyğun təşkilinə qayğı göstərməli;
4. Şagirdlərin hamısının idman geyimində olmasına nail olmalı;
5. Sinifdən və məktəbdənxaric tədbirlərdə öz sinfindən şagirdlərin iştirakını təmin etməli;
6. Uşaqların fiziki tərbiyəsi üzrə valideynlərə bilik verməli, bu sahədə izahat işi aparmalı;
7. Fiziki tərbiyə üzrə öz bilik və bacarıqlarının səviyyəsini daim artırmalı;
8. Uşaqların fiziki tərbiyə üzrə müntəzəm məşğul olması üçün onlarda bu sahəyə maraq
yaratmalıdır.
İbtidai sinif müəllimi fiziki tərbiyə üzrə bədən tərbiyəsi müəllimləri ilə məsləhətləşməlidir.
İbtidai sinif şagirdləri ilə dərnəklər təşkil olunmalı, bu ictimai əsaslarda, yaxud müəyyən idarə –
müəssisə tərəfindən himayə edilməlidir.
v) Müəllimin dərsdə yer seçməsi. Dərsin hazırlıq və tamamlayıcı hissələrində olduğu kimi, əsas
hissədə də verilən tapşırıqların şagirdlər tərəfindən lazımi səviyyədə yerinə yetirilməsində müəllimin

152
düzgün yer seçməsi, onun icra etdiyi hərəkətləri hamının görməsi vacibdir. Lakin müşahidələrdən aydın
olur ki, bəzi sinif müəllimləri hərəkətin icra olunma texnikasını göstərərkən özünə düzgün yer seçmir,
şagirdləri tapşırıq üzrə müvafiq şəkildə yerləşdirmir, nəticədə şagirdlərin müəyyən hissəsi hərəkətin necə
yerinə yetirildiyini (əl və ayaqlarının hərəkətini, gövdənin vəziyyətini və s.) görə bilmir. Buna görə də
onlar ayrılmış vaxt (saat) ərzində hərəkət texnikasını mənimsəməkdə çətinlik çəkirlər.
Müəllim sağa və sola dönmələri öyrədirsə, o, nə istiqamətçi, nə də ki, tamamlayıcı tərəfdə durur,
şagirdlərin sırasının say etibarı ilə (onlar skamyada oturmuşlarsa) mərkəzinə yaxın bir yerdə, onlardan 3
– 4 m aralı dayanır, hərəkət isə, əvvəlcə şagirdlərin istiqamətində, sonra isə əks istiqamətdə (güzgü üsulu
ilə) icra edir. Nəhayət, hərəkət müəllim və şagirdlərin birgə iştirakı ilə yerinə yetirilir. Sağa və sola
dönmələr öyrədilərkən hərəkətlər əvvəlcə bütöv şəkildə göstərilir, sonra isə hissə-hissə öyrədilir.
Qaçış, tullanma, cisim atma, akrobatika, sürünmə və s. öyrədilməsində də hərəkəti birinci
müəllim özü göstərməli, nəhayət hərəkəti şagirdlərin kütləvi şəkildə (frontal qaydada) yerinə
yetirilməsini təşkil etməlidir. Buna aid bir iş təcrübəsinə istinad edək.
Sinif müəllimi Naibə Əliyeva qısa məsafəyə qaçışı öyrədərkən əvvəlcə şagirdləri start xəttindən
arxada saxlayır və ya skamyada oturdur. Sonra üzü şagirdlərə olmaqla onlara alçaq startdan çıxmaq
texnikasını (bu zaman əl, ayaq, baş və gövdənin vəziyyətlərini) əyaniləşdirir. Müəllim həmin hərəkəti
eyni ilə üzü qaçış istiqamətində olmaqla da göstərir. Bundan sonra məktəbyanı idman meydançasında
alçaq startdan çıxmaq şagirdlər tərəfindən eyni vaxtda yerinə yetirilir. Müəllim bu vaxt özünə müvafiq
yer seçərək, şagirdlərin bütün hərəkətlərini müşahidə edir, buraxılmış nöqsanları onların nəzərinə çatdırır
və hərəkətin düzgün icra olunma qaydasını bir daha onların gözü qarşısında nümayiş etdirir. Bu zaman
müəllim fərdi öyrətməyə də geniş yer verir. Hərəkət texnikasının bu cür öyrədilməsi, bir tərəfdən bütün
şagirdlərin hərəkəti necə yerinə yetirmək texnikasını görməsinə səbəb olarsa, digər tərəfdən hərəkətlərin
müxtəlif istiqamətlərdə icrası müşahidə olunur. Nəticədə, şagirdlər hərəkət texnikasını təyin olunmuş
müddətdə yerinə yetirə bilərlər.
Şəki şəhərindəki 3 saylı məktəbin sinif müəllimlərinin dərsini müşahidə etdik. Müəllimlər irəliyə
və arxaya mayallaq aşmaları tədris edirdilər. Əvvəla, onu qeyd edim ki, mayallaq aşmaq üçün döşəklər
şagirdlərdən xeyli aralıda qoyulmuşdu. İrəliyə və arxaya mayallaq aşmanın texnikasını müəllim elə izah
edirdi ki, onun səsini çətinliklə eşitmək olurdu. Bu zaman şagirdlər bir-birilə söhbət edir və müəllimin
izahına qulaq asmırdılar. Müəllim də öz növbəsində hərəkətin yerinə yetirilməsi texnikası ilə əlaqədar
verilən izahata şagirdlərin nə dərəcədə diqqət etdiklərinə məhəl qoymurdu. Müəllim və şagirdlər arasında
əks-əlaqə yox idi. Elə buna görə də bəzi şagirdlər hərəkətin texnikasını başa düşmədiyi üçün, onu icra
etmək istəmir, bəziləri isə hərəkəti necə gəldi göstərirdilər.
Şagirdlərin tapşırıqlar üzrə tez və sürətlə (az vaxt sərf etməklə) yerdəyişməsi müəllimdən böyük
təşkilatçılıq qabiliyyəti tələb edir. Tapşırıq üzrə şagirdlərin tez vaxtda yerləşdirilməsində komandalar
xüsusi əhəmiyyət kəsb edir. Məsələn, əgər müəllim şagirdləri iki yarımqrupa bölüb gimnastika hərəkətləri
(kəndirə dırmaşma, hədəfə cisim atma və s.) yzrə işlətmək istəyirsə, o, əvvəlcə 1,2 saydırmaq və yaxud
şagirdləri meydançanın (zalın) müəyyən hissəsinə iki-iki döndərməklə 2 komandaya (dəstəyə) bölməlidir.
Komandalara (1-ci və 2-ci kimanda) istiqamətə uyğun olaraq konkret komanda vermək lazımdır.
Məsələn, 1-ci dəstə geriyə, 2-ci dəstə sola dön! Göstərilən alətlərə doğru (alətlər əl ilə göstərilə bilər)
addımla marş! Şagirdlər müəllimin 1-2, 3-4, sol! 1-2, 3-4 sol! Ritmik intonasiyalı sayı ilə addımlayaraq
(eyni tempdə) göstərilmiş alətə yaxınlaşır. «Yerində!» Komandasında, yerlərində addımlayırlar (bir-iki,
üç, dörd, sol! və s.). «Dur!» komandasında isə sol ayağı yerə qoyur və dururlar. Onlar komanda ilə
skamyada oturur və hərəkəti yerinə yetirmək üçün müəllimin komandasını gözləyirlər. Hərəkətə
başlamaq olar! Sözündən sonra dəstənin biri bədən tərbiyəsi təşkilatçısının, digəri isəmüəllimin rəhbərliyi
və nəzarəti ilə hərəkəti yerinə yetirir; 12-15 dəqiqədən sonra, yenə də komanda ilə alətlərdə yerlərini
dəyişirlər, bu zaman müəllim belə bir komanda verir: növbəti alətlərə doğru addımla marş!
Əvvəlki mərhələdə olduğu kimi bu mərhələnin də gedişi müəllimin dəqiq komandası ilə həyata
keçirilməlidir (alətlərə yaxınlaşmaq, yerində addımlamaq, skamyada oturmaq, hərəkəti icra etməyə
başlamaq və s.). Ümumiyyətlə, hər iki alət üzrə tapşırıqlar, habelə skamyadan qalxıb sıraya düzlənmək,
növbəti alətə doğru sıranın istiqamətini dəyişmək və s. hərəkətlər hamısı komanda ilə icra olunmalıdır.

153
Əsas hissə üçün nəzərdə tutulmuş vaxt qurtardıqdan sonra şagirdlər yenə də müəllimin
komandası (işarə) ilə hazırlıq hissədə dayandıqları yerə toplaşır (şagirdləri zalın başqa hissəsinə də
toplamaq olar) və bir cərgəyə düzlənib müəllimin növbəti tapşırığını gözləyirlər.
Əsas hissənin həmin mərhələsi başqa yolla da keçirilə bilər. Müəllim şagirdləri alətlərdən ayırıb,
onların diqqətini özünə cəlb etdikdən sonra belə komanda da verə bilər: boy sırası ilə ardımca bir sıraya
düzlən! (Müəllim harada dayanırsa, uşaqlar da onun ardınca bir sıraya düzlənirlər) və ya qolunu yana,
sola (sağa) qaldıraraq (qol bu zaman çiyin səviyyəsində yana qaldırılmalıdır), sinif, boy sırası ilə bir
cərgəyə düzlən! Müəllim əsas hissədən tamamlayıcı hissəyə daha tez keçmək üçün bu mərhələni yarış
formasında da təşkil edə bilər. Yəni «Bir sıraya və ya bir cərgəyə düzlən!» komandası verdikdən sonra
müəllim 1-2, 3-4 və s. saymalıdır, bu zaman o, kimin gecikdiyini şagirdlərin nəzərinə çatdırmalıdır. Bu
şagirdlərin daha tez düzlənməsinə, özünəməsuliyyət hissinin inkişafına kömək göstərir.
Şagirdlərin alətlər yanında komanda ilə yerləşdirilməsi 3 cəhətdən əhəmiyyətlidir:
1) dərs vaxtına qənaət edilir, boşdayanma hallarının qarşısı alınır, dərsin sıxlığını artırır,
şagirdlərin hərəkət və fikri fəallığını yüksəldir;
2) dərsin tərbiyəvi istiqaməti daha da qüvvətlənir, şagirdlər nizam-intizama ciddi riayət edir, əsas
diqqət müəllimə cəmlənir;
3) əsas hissədən tamamlayıcı hissəyə keçid daha asan, sürətli və daha məqsədəuyğun olur.
Yuxarıda deyilənləri nəzərə alıb, dərsin səmərəli keçməsi üçün sinif müəllimi, şagirdlərdə
alətlərə komanda ilə yaxınlaşmaq, alətlərdən istifadə etmək, alətlər üzrə növbə ilə yerlərini dəyişmək,
nəhayət, bir yerə toplaşmaq (düzülmək) kimi bacarıq və vərdişlər aşılayır. Bütün bunlar fiziki tərbiyənin
qarşısında duran təhsil, tərbiyə və inkişaf vəzifələrinin kompleks şəkildə həyata keçirilməsinə, şagirdlərin
hərəkət fəallığının yüksədilməsinə, tədrisin səmərəli və keyfiyyətlə nəticələnməsinə müsbət təsir göstərir.
b) Müəllimin dərsə hazırlığı. Müəllimin dərsə hazırlığı onun müvəffəqiyyətlə keçməsinin
rəhnidir. Müəllimin dərsə hazırlığı tədris ilinin başlanmasından əvvəl başlanır. Proqram materialları ilə
tanış olur, proqramın ardıcıllıqla öyrədilməsini planlaşdırır. Planlaşdırma məktəbin şəraitinə və iqlim
xüsusiyyətinə uyğun olmalıdır. Növbəti dərsə hazırlaşarkən bundan əvvəlki dərslərin yekununu nəzərə
almalı, hansı materialın təkrar olunmasını, hansının isə öyrədilməsini müəyyən etməlidir.
Dərsə hazırlaşarkən icmal tutulur. Təhsil vəzifələri konkretləşdirilir. Dərsin vəzifələri dəqiq və
aydın olmalıdır. Əvvəlcə sadə hərəkətlər, sonra isə çətin hərəkətlər təlim edilməlidir. Məsələn, kiçik
topların atılması öyrədilirsə, ilk başlanğıcda yerindən çiyin üzərindən, sonra isə qaçaraq atılması
mənimsədilir. Uzununa tullanmaq öyrədiləndə isə əvvəlcə yerindən, sonra isə qaçaraq tullanma
mənimsədilməlidir.
«Möhkəmləndirmə» fiziki tərbiyədə yalnız biliklərə aiddir. Bacarıq və vərdişləri isə fiziki
tərbiyədə uzun illər ərzində ardıcıl olaraq təkmilləşdirilməlidir.
Bədən tərbiyəsi dərsinin əsas hissəsinin vəzifələri konkretləşdirildikdən sonra, digər hissələrin,
yəni hazırlıq və tamamlayıcı hissələrin vəzifələri müəyyən olunur. Tədris materialı seçilərkən fiziki yükə
diqqət yetirilməlidir. Bu bacarıq və vərdişlərin formalaşdırılmasında həlledici əhəmiyyətə malikdir.
Dərsin planlaşdırılmasında qarşıya çıxacaq çətinliklər və onların aradan qaldırılması da nəzərdə
tutulmalıdır. Planda ev tapşırıqları da göstərilməlidir.
Dərsə hazırlıqda hərəkətlərin icra edilmə metodikası da nəzərə alınmalıdır. Bunun üçün də
müəllim müxtəlif ümulları nəzərdən keçirir. Bir hərəkətdən digərinə keçmənin yollarını, şagirdlərin
yerləşdirilməsi məsələsini araşdırır.
Əgər müəllim yerinə yetirilməsində alət və avadanlıqlar tələb edən hərəkətləri dərsin planına
daxil edibsə, bunlar dərs başlanana qədər nəzərə alınmalıdır. Həmin alət dərsə qədər hazırlanmalı və
məşğələ yerində yerləşdirilməlidir. Dərs qurtardıqdan sonra isə Alət və ləvazimatlar yığışdırılmalıdır.
Dərsə hazırlıq vaxtı şagirdlərin mühafizəsinin təşkili haqqında ciddi düşünməlidir. Şagirdlərin
alətdən yıxılmaması, bir-biri ilə toqquşmaması üçün müvafiq tədbirlər görülməlidir.
Bədən tərbiyəsi dərsləri o zaman daha məvəffəqiyyətli ola bilər ki, o musiqinin müşaiyəti ilə
keçirilsin. Musiqi şagirdlərin əhval-ruhiyyəsini yüksəldir, hərəkətlərin düzgün icrasına kömək göstərir.
Müəllimin dərsə hazırlığına aiddir:
1.

Dərsin plan-icmalının tərtibi;
2.

Məşğələ və avadanlıqların yerinin hazırlanması;

Köməkçilərin hazırlanması;
4.

Dərs materialı üzrə müəllimin öz şəxsi hazırlığını yoxlamaq.

3.10.

Dərsin icmalı və təhlili
Dərsin icmalı aşağıdakı ardıcıllıqla tutulur:
1.

Aparıcı vəzifələri müəyyən etmək. Hansı ki, bütün məzmun əhatə edilir.
Bu həm də hazırkı və gələsək dərslərin vəzifələri ilə uyğunlaşdırılır;
2.

Təlim metod və prinsiplərinin müəyyən edilməsi;
4.

Uşaqların fəaliyyətinin dərsdə təşkili;
5.

Dərs proseslərinin alət və avadanlıqlarla təmini, onların yığışdırılması;
6.

Şagirdlərin təhlükəsizliyinin təmini, mühafizə tədbirlərinin
görülməsi;
7. Hazırlıq hissəsinin vəzifələri;
8. Əsas hissədə görüləcək işlər;
9. Tamamlayıcı hissədə görüləcək işlər.
Dərsin təhlili. Bədən tərbiyəsi dərslərinin səmərəliliyinin yüksədilməsində proqram
materiallarının düzgün planlaşdırılması, müəllimin dərsə hazırlığı, hər bir dərsin məqsəd və vəzifələrinə
uyğun onun idman ləvazimat və avadanlıqlarla və s. ilə təchizi mühüm pedaqoji şərtlərdən sayılır. Dərsin
müvəffəqiyyətlə keçirilməsi və təşkilində yuxarıda göstərilənlərlə yanaşı, dərs icmalının (müəllimin
gündəliyi) lazımi səviyyədə tutulmasının da həlledici əhəmiyyəti vardır. Konkret desək, dərsin
səmərəliliyinin başlıca meyarı dərsin təşkilinə verilən tələblərlə sıx əlaqədardır. Yəni yüksək səviyyədə
təşkil olunan dərs o dərsə deyilir ki, o dərsin təhlilinə verilən aşağıdakı tələblərə cavab verməlidir:
1.

Müəllimin dərsə hazırlığının qənaətbəxş olması;
2.

Dərsin icmalının düzgün tutulması;
3.

Dərsin qarşısında qoyulmuş məqsəd və vəzifələrin dəqiqliyi;
4.

Məqsəd və vəəzifələrə üyğun fiziki hərəkətlərin və oyunların seçilməsi
və tətbiqi;
5.

Mövzuya uyğun təlim metodlarının, metodikanın seçilməsi;
6.

Mövzudan asılı olaraq təşkili formaların tətbiqi;
7.

Dərsə verilən müasir tələblərin nəzərə alınması;
9.

Şagirdlərin fiziki hazırlığı və fiziki inkişafı gözlənilməklə onların idman
fəallığının artırılması;
10.

Komanda və göstərişlərin düzgün verilməsi;
11.

Hərəkət icra olunarkən buraxılmış səhvlərin yerindəcə düzəldilməsi;
12.

Hərəkət icra edilərkən mühafizə üçün yerin düzgün seçilməsi və
mühafizənin vaxtında və düzgün edilməsi;
13.

Dərsdə şagirdlərin marağının yüksədilməsi;
14.

Fiziki yükün düzgün verilməsi. Fiziki yükün dərsin hissələri arasında
müvafiq bölüşdürülməsi. Bədən tərbiyəsi dərsinin xronometrajının nəzərə alınması.
15. Əvvəllər keçilmiş tədris materiallarına müəllimin nə dərəcədə istinad edib, yeni mövzunun
izahını verməsi. Növbəti dərsə istiqamətləndirmə baxımından müəllimin apardığı iş və fəaliyyəti.
16. Müəllimin xarici görkəmi, geyimi və nitq mədəniyyəti.

3.11.Fiziki tərbiyə məşğələlərində musiqi
Musiqi hərəkəti ritmik etməklə yanaşı, onu eyni vaxtda başlayıb və eyni vaxtda qurtarmağa
kömək edir, həm də onların müəyyən tempdə yerinə yetirilməsinə şərait yaradır. Musiqi eyni zamanda,
uşaqların hərəkəti asan və yüngül icrasına da zəmin yaradır.
Musiqi uşaqlarda müsbət emosiyalar yaratmaqla, məşğələyə də marağı artırır, hərəki vərdişlərin
yaranmasına əlverişli şərait yaradır.

155
Yeriş, qaçış, pəncə üzərində yeriş və qaçışlar, cərgə və sıralarda yerişlər, dairə təşkil etməklə
yerişlər, ümum inkişafetdirici hərəkətlər, bəzi mütəhərrik oyunlar musiqinin müşaiyəti ilə daha effektli
icra olunur.

3.12.Dərsdə mühafizənin təmini və zədələnmələrin
qarşısının alınması
Fiziki hərəkətlər icra olunarkən zədələnmələrin qarşısı alınmalıdır. Zədələnmələrin qarşısını
almaqda ən yaxşı vasitələrdən biri uşaqların mühafizə edilməsidir. Zədələnmənin qarşısının alınması
şərtləri bunlardır: Məşğələnin müntəzəm olaraq keçirilməsi, tədris materialının müvafiqliyi, hərəkətlərin
icrasını möhkəm mənimsəmə və b. Zədələnmələrin qarşısını uşaqlara verilən fiziki yükün düzgün
müəyyənləşdirilməsi, uşaqların nizam-intizama əməl etməsi və hərəkətlərin yerinə yetirilməsinin düzgün
təşkili də böyük əhəmiyyətə malikdir.
Bütün bunlarla bərabər, hərəkətlər icra olunarkən uşaqların mühafizə olunması xüsusi ilə
vacibdir (Yıxılarkən onların tutulması, saxlanması və onlara dayaq olmaq).
Zədələnmələrin qarşısını məşğələ yerinin yoxlanması, qurğuların təhlükəsiz yerdə yerləşdirilməsi
yolu ilə də almaq olar.

3.13.İlin müxtəlif vaxtlarında bədən tərbiyəsi
məşğələsinin keçirilməsi metodikası
İlin müxtəlif vaxtlarında və müxtəlif şəraitdə keçirilən bədən tərbiyəsi məşğələləri
özünəməxsus spesifik metodika ilə təşkil olunur (yayda, qışda idman meydançasında, idman zalında
keçirilən məşğələlər).
Məşğələnin idman zalında təşkili və keçirilməsi daha səmərəli olur. Uşaqların diqqəti tədrisdən
yayınmır, qarşıya qoyulmuş vəzifələrin icrasına yönəlir. Zalda məşğələnin təşkili gigiyenik cəhətdən
sərfəli deyildir. Bu baxımdan məşğələnin həyətyanı sahədə təşkili daha əhəmiyyətlidir.
Məşğələnin açıq və təmiz havada keçirilməsi orqanizmi möhkəmləndirir. Uşaqlar bu zaman
hərəkətləri böyük həvəslə icra edir, onun texnikasına tez və sürətlə, həm də mükəmməl yiyələnə bilirlər.
Qış aylarında isə elə hərəkətlər seçmək lazımdır ki, onu adətən isti geyimlərdə icra etmək
mümkün olsun. Belə hərəkətlərə yeriş, qaçış, yerində və hərəkət edə-edə hoppanmalar, müvazinət
hərəkətləri və s. misal göstərmək olar.
Qış aylarında uşaqlar isti idman geyimində olduqda, onlara mürəkkəb hərəkətlərin verilməsi
məqsədəuyğun deyildir. Bu vaxt hərəkətləri də çox təkrar etmək zərərlidir.

3.14.Şagird müvəffəqiyyətinin hesabaalınması
Şagirdlərin bədən tərbiyəsi üzrə nailiyyətləri, yəni fiziki hərəkətlərin icrası ilə əlaqədar
nəticələri müəllim tərəfindən hesabaalınmalı, sinif jurnalında qeyd edilməlidir. 3 cür qeydəalma aparılır:
1)

qabaqcadan aparılan qeyd;
2)

yekun qeyd.
a) Qabaqcadan aparılan qeyd. Qabaqcadan aparılan qeyd ilk dərslərdə aparılır. Burada ilk
növbədə, şagirdlərin fiziki hazırlığı və sağlamlıq vəziyyəti öyrənilir. Həmin məlumatları uşaqların şəxsi
işlərindən, valideynlərindən öyrənmək olar. Tədris ilinin əvvəlində keçirilən tibbi yoxlamaların
nəticəsində də şagirdlərin sağlamlığı haqqında məlumat toplamaq mümkündür. Bu işdə müəllimin şəxsi
müşahidələri də az rol oynamır.
b) Cari qeyd. Cari qeyd bütün dərslərdə aparılır. Hər bir dərsdə ən azı 3-4 şagirdin
qiymətləndirilməsi və yaxud onlar haqqında müəllimin müvafiq qeydi olmalıdır. Cari qeyd müəllimin
müşahidələrinə, şagirdlərlə aparılan sual-cavaba, ayrı-ayrı hərəkətlər üzrə göstərilən nəticələrə
əsaslanmalıdır. Qeydlərin gündəlik aparılmasının çox böyük təlim-tərbiyə əhəmiyyət vardır. Bu
uşaqlarda məsuliyyət hissini də artırır.
v) Yekun qeyd. Yekun qeyd tədris ili üzrə aparılan qeydlərə əsaslanır. Lakin üstünlük şagirdin
tədris ilinin sonundakı müvəffəqiyyətinə verilir. Çünki başlıca nəticələr tədris ilinin axırında meydana
çıxır.

VERGİLƏR

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura göndərmək sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicisinin, o cümlədən də bu fəaliyyətlə məşğul olan fiziki şəxsin vəzifələrinə aiddir. Malların təqdim edilməsi və alışı ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi məsələlərini EKVİTA şirkətinin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov şərh edir.

Qaimə-faktura mexanizmi əməliyyat tərəflərinin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət aləti olmaqla bərabər, alışlar üzrə məsrəfərin gəlirdən çıxılan xərc kimi tanınmasına da əsas verir. Deməli, sahibkarlıq fəaliyyəti çərçivəsində məsrəflərin gəlirdən çıxılan xərc kimi tanınması üçün həmin alış əməliyyatlarını təsdiq edən sənədlərin alınması mütləq şərtdir. Vergi qanunvericiliyi həmin sənədləri aşağıdakı kimi müəyyən edir:

  • vergi uçotunda olan şəxslərdən alınmış mallar üzrə elektron qaimə-faktura;
  • vergi uçotunda olmayan (olması nəzərdə tutulmayan) şəxslərdən alınmış mallar üzrə malların alış aktı.

Bu sənədlərin tətbiqi ilə bağlı reqlamentlər Vergi Məcəlləsinin müvafiq olaraq 71-1 və 71-2-ci maddələri ilə tənzimlənir. Lakin təcrübədə bu normaların tətbiqi ilə əlaqədar bir sıra suallar yaranır.

Mövzuya aydınlıq gətirməzdən əvvəl, qısa bir təhlil aparmaqda, habelə fiziki şəxslərin vergi münasibətlərində iştirakı ilə bağlı bəzi təməl bilgiləri xatırlamaq yerinə düşər. Burada əsas üç faktın müəyyənləşdirilməsinə əsaslanmaq vacibdir:

  • fiziki şəxsin vergi uçotunda olub-olmaması;
  • fiziki şəxsin statusu;
  • fiziki şəxs tərəfindən təqdimetmə ilə bağlı əməliyyatların rəsmiləşdirilməsi.

Bir məsələni nəzərə almaq lazımdır ki, fiziki şəxs vergi münasibətlərində əsasən, üç statusda çıxış edir – sahibkarlıq fəaliyyəti ilə bağlı fərdi sahibkar (sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs) kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq qeyri-sahibkar fiziki şəxs kimi və muzdlu işçi kimi.

Qanunvericilik fiziki şəxsin vergi statuslarını əsasən onun əldə etdiyi (və ya edəcəyi) gəlirin xarakterinə və bəzi hallarda fəaliyyət növünə görə müəyyən edir ki, bu məsələlər Vergi Məcəlləsinin fiziki şəxslərin gəlir vergisi ilə əlaqədar müddəalar təsbit olunmuş VIII fəsli ilə tənzimlənir. Vergi Məcəlləsinin 97-99-cu maddələrində gəlir anlayışı və gəlirlərin ümumi və detallı təsnifatı konkret olaraq müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 98-ci maddəsi ilə tənzimlənən muzdlu işlə əlaqədar fəaliyyət digərlərinə münasibətdə spesifik fəaliyyət kimi fərqləndirildiyindən, təhlil olunan mövzunun məqsədləri üçün yalnız Vergi Məcəlləsinin 99-cu maddəsi ilə tənzimlənən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlər üzrə fiziki şəxsin vergi mükəlləfiyyətinin xüsusiyyətlərini nəzərdən keçirək.

Fərdi sahibkar statusunda çıxış etdiyi zaman qanunvericilik fiziki şəxsdən mütləq qaydada vergi uçotuna alınmasını tələb edir. İkinci statusda isə bəzi hallar istisana olunmaqla vergi uçotuna alınmaq tələb olunmur. Həmin müstəsna hallara misal olaraq fiziki şəxsin əldə etdiyi gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının mümkünsüzlüyünü – ödənişi edən şəxsin də vergi uçotunda olmadığını (vergi uçotuna alınmasının məcburi olmadığını), xüsusi notarius və vəkillik fəaliyyəti ilə məşğul olduğunu göstərə bilərik.

Fiziki şəxin vergi uçotu ilə əlaqədar bir məqamı xüsusi vurğulamaq lazımdır ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün uçota alınmış fiziki şəxsə “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə”, qeyri-sahibkarlıq gəlirlərinin əldə edilməsi, habelə xüsusi notarius və vəkillik fəaliyyəti məqsədləri üçün uçota alınmış fiziki şəxsə “Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə” verilir. Bu sənədlərin forması eyni olsa da, məhz adları fiziki şəxsin statusunu fərqləndirməyə şərait yaradır. Başqa sözlə, şəxsin “Fiziki şəxsin vergi uçotu haqqında Şəhadətnamə” əldə etməsi onun sahibkar olması demək deyildir.

Qeyd etmək lazımdır ki, xüsusi notarius və vəkillik fəaliyyəti öz iqtisadi mahiyyətinə görə sahibkarlıq fəaliyyəti olsa da, qanunvericilik bu fəaliyyətdən əldə olunan gəlirləri qeyri-sahibkarlıq gəlirlərinə aid etdiyi üçün həmin fəaliyyət də qeyri-sahibkarlıq fəaliyyəti kimi qəbul olunur. Bu fakt bizə fiziki şəxsin vergi statusunu və habelə mükəlləfiyyətini məhz onun gəlirlərinin xarakterinə görə müəyyənləşdirməyə əsas verir.

Xüsusi notarius və vəkillik fəaliyyəti istisna olmaqla qalan digər hallarda fiziki şəxs tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi sahibkarlıq fəaliyyəti hesab olunduğu üçün yalnız malların təqdim edilməsi əməliyyatlarına diqqət yetirəcəyik.

Beləliklə, əvvəlcə sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxsin əsas öhdəliklərini qeyd edək. Həmin şəxslərin vergi uçotu ilə bağlı bütün prosedurlar Vergi Məcəlləsinin 33-34-cü maddələri ilə tənzimlənir. Məcəllənin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, yəni fərdi sahibkar, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etməlidir. Burada vacib bir məqam diqqətə alınmalıdır: əgər fiziki şəxs tərəfindən həyata keçirilən hər hansı əməliyyatda sahibkarlıq fəaliyyəti əlamətləri vardırsa, vergi uçotuna alınıb-alınmamasından asılı olmayaraq, həmin şəxsə fərdi sahibkar kimi baxılır və qanunvericiliklə müəyyən olunmuş bütün mükəlləfiyyətlər ona da şamil olunur.

Növbəti məsələ fiziki şəxsin fərdi sahibkar olaraq vergi öhdəliyidir. Bu, əsasən həmin şəxsin hansı fəaliyyət növü ilə məşğul olması, dövriyyəsinin həcmi, mülkiyyətində və ya istifadəsində torpağının olması, əmlak sahibi olması və s. kimi göstəricilərdən asılı olaraq müəyyən olunur.

Fiziki şəxsin fərdi sahibkar kimi vergi uçotunda olan şəxslər üzrə malların təqdim edilməsi əməliyyatlarının necə rəsmiləşdirilməsi barədə qanunvericiliyin tələbləri isə artıq yuxarıda qeyd olunub.

Qeyri-sahibkarlıq fəaliyyəti çərçivəsində malların təqdim edilməsi bəzi istisnalar (Vergi məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlar və metallar, qiymətli daşlar və metalların məmulatları, incəsənət əsərləri, əntiq əşyalar və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlak; Vergi məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, fiziki şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri, 218.4.5-ci maddəsinə əsasən isə mülkiyyətində olan torpaq sahələri) nəzərə alınmaqla vergiyə cəlb olunmadığı üçün bu məqsədlə vergi uçotuna alınmaq və nəticə etibarilə vergitutma məqsədləri üçün hər hansı rəsmiləşdirmə tələb olunmur.

Lakin təcrübədə sahibkarlıq məqsədləri üçün mallar heç də yalnız sahibkarlıq subyekti olan vergi ödəyicilərindən alınmır. Bəzən vergi uçotunda olmayan şəxslərdən də mal alınmasına ehtiyac yaranır. Buna qanunvericilikdə hər hansı qadağa qoyulmamışdır. Problem yalnız həmin mallar üçün çəkilmiş məsrəflərin xərc kimi tanınmasındadır. Bu problemin həlli üçün 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişiklilərlə əvvəllər daha məhdud əməliyyatlarda tətbiq olunan alış aktının tətbiq sahəsi genişləndirəlmişdir.

Əslində, sənədləşmə ilə bağlı problem, demək olar ki, tam həll edilmişdir. Amma təcrübə göstərir ki, bu məsələ ilə bağlı sahibkarların bəzi çətinləlikləri qalmaqdadır. Xüsusilə aşağıdakı suallarla tez-tez müraciətlər olunur:

1. Fərdi sahibkar kimi vergi uçotuna alınmış fiziki şəxsdən alınmış mallara görə alış aktı tərtib oluna bilərmi?

Əgər fərdi sahibkardan onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan mal alınırsa, alış aktı tərtib olunmalıdır. Çünki bu əməliyyat onun fərdi sahibkar statusu ilə yox, qeyri-sahibkar fiziki şəxs statusu ilə bağlı olduğundan və həmin əməliyyat üçün vergi uçotuna alınmaq tələb olunmadığından elektron qaimə-faktura yox, alıcı vergi ödəyicisi tərəfindən alış aktı ilə rəsmiləşdirilməlidir.

2. Hansı halda fiziki şəxsdən alınmış mallara görə alış aktı tərtib olunmalıdır?

Bu sualın cavabı birinci sualın cavabında da göstərilib. Yəni sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan malların təqdim edilməsi zamanı alıcı vergi ödəyicisi tərəfindən alış aktı tərtib olunur.

3. Vergi uçotunda olmayan şəxsdən alınan mallara görə elektron qaimə-faktura tələb oluna bilərmi?

Nə qədər qəribə səslənsə də, vergi uçotuna alınmamış, heç bir vergi mükəlləfiyyəti olmayan şəxsdən alınan mallara görə elektron qaimə-faktura tələb oluna bilər. Bu o halda mümkündür ki, fiziki şəxsin həmin təqdimetmə əməliyyatı sahibkarlıq fəaliyyəti xarakteri daşısın. Bu halda, qanunvericiliyin tələbi tamamilə qətidir. Yəni həmin fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək (baxdığımız misalda həmin malları satdığı günədək) vergi mükəlləfiyyətini rəsmiləşdirilməli və bundan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyatlarını həyata keçirməlidir.

Təqdimetmə əməliyyatının sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsi isə yuxarıda da qeyd etdiyimiz kimi, vergi nəzarəti tədbirləri zamanı vergi orqanının müvafiq yanaşmasına əsaslanır. Bir daha vurğulamaq lazımdır ki, burada əsas amil əməliyyatın mütəmadiliyidir.

Hazırladı: Fəxriyyə
İKRAMQIZI

Şüyüdün müalicəvi xüsusiyyətləri

Adi şüyüd və onun toxumları çox təsirli müalicəvi xüsusiyyətlərə malikdir. Məhz bu səbəbdən şüyüd və onun toxumları əczaşılıqda müxtəlif dərman preparataların tərkibində istifadə olunur.

Şüyüd xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır – iştahanı artırır, köplə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.

Körpə uşaqlarda şüyüd suyu təsirli köpəleyhinə vasitə kimi istifadə olunur. Körpələrin əksəriyyəti həyatının təxminən 3-4-cü ayına kimi köpdən əziyyət çəkir. Hal hazırda bu problemi həll etmək üçün müxtəlif preparatlar satılır. Lakin ev şəraitində şüyüddən çox yaxşı tədii köpəleyhinə dərman hazırlamaq olar. Bunun üçün 1/2 çay qaşığı şüyüd toxumu 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı süzülür və gün ərzində 3-4 dəfə 1/2-1 çay qaşığı miqdarında uşağa verilir. Dəmləməni hər gün hazırlamaq lazımdır. Anaların əksəriyyəti bu vasitəni istifadə etdikdən sonra uşağın daha sakit və rahat olmasını, daha yaxşı yatmasını görür.

Şüyüd toxumu dəmləməsi tək uşaqlarda deyil, həm də böyüklərdə təsirli köpəleyhinə vasitə kimi istifadə oluna bilər.

Şüyüd antioksidant maddələrlə zəngindir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, “pis” xolesterinlə mübarizə aparır.

Şüyüd spazmolitik xüsusiyyətlərinə malikdir. Bağırsaq, mədə spazmı zamanı, spazmla bağlı olan baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi çox tez və yaxşı kömək edir.

Şüyüd toxumu həmçinin bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Öskürək, bronxit zamanı 1 xörək qaşığı şüyüd toxumu 1 stəkan qaynar suda 1/2 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için. Qəbuldan əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə edin.

Şüyüd toxumu dəmləməsi insanın sinir sisteminə də çox müsbət təsir edir – sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir, baş ağrıları azaldır.

Şüyüd həmçinin ödqovucu təsirinə malikdir, qara ciyərin fəaliyyətinə müsbət təsir edir.

Şüyüd toxumu dəmləməsi müxtəlif böyrək, sidik kisəsi, sidik yolları iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Bu dəmləmə xüsusilə sistit (sidik kisəsi iltihabı) zamanı tez-tez istifadə olunur. Şüyüd toxumu dəmləməsi sidikqovucu təsir edir, iltihabı azaldır. Təbii ki, vasitə əsas müalicə ilə yanaşı istifadə olunmalıdır.

Belə hesab olunur ki, şüyüd toxumu dəmləməsi analarda laktasiyanı (südün ifrazı) artırır. Bu səbəbdən şüyüd toxumunu analar üçün olan xüsusi südartıran çaylara daxil edirlər.

Sidikqovucu təsirinə malik olan şüyüd toxumu dəmləməsi həmçinin arterial təzyiqinin normallaşmasına kömək edir. Arterial hipertenziyadan (yüksək təzyiq) əziyyət çəkən insanlar bu dəmləməni əsas müalicə ilə yanaşı köməkçi müalicəvi vasitə kimi istifadə edə bilərlər.

Hamilə qadınlarda şüyüd toxumu dəmləməsi toksikoz zamanı istifadə olunur (ürəkbulanmasını azaldır). Həmçinin bu dəmləmə hamilə qadınları tez-tez narahat edən ödemlərin (şişkinlik) azalmasına kömək edir.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.