Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR
Bu il dünya fındıq bazarına nəzər yetirdikdə görürük ki, tendensiyalar qiymətin ötən ilə nisbətən bir qədər aşağı olmasını diqtə edir. Belə ki, dünyada, xüsusilə də ən böyük fındıq ixracatçısı olan Türkiyədə bol məhsul əldə olunub – 700 min tondan yuxarı. Üstəlik, bu ölkədə ötən ildən qalma daha 100 min ton fındıq var. Bu isə alış qymətinin fermerlər üçün zərərli ola biləcək həddə – qabıqlı fındıq üçün 2,27 dollara düşməsi təhlükəsini yaradır. 4 milyon insanın çalışdığı bir sahədə vəziyyətin gərginləşməməsi üçün hazırda Türkiyə Dövlət Taxıl Şurası fındığı hər kilorqam üçün 2,8 dollar ödəməklə fermerlərdən alır. Oktyabr-noyabr aylarından etibarən əsas istehlak mövsümünün (Yeni il ərəfəsində fındıqdan istifadə olunaraq hazırlanan qənnadı məmulatları, şokolad və şirniyyatlara tələbat artacaq) başlanması ilə əlaqədar fındığın qiymətinin nisbətən artması gözlənilir.
Fındığın insan orqanizminə faydası
Diabet xəstələrinin sağalma prosesində fındıq ləpəsi faydalıdır. Fındıq ləpəsi fosforla zəngin olduğu üçün uşaqlara, şagirdlərə, tələbələrə və zehini əməklə məşğul olanlara xeyirlidir. Bal yaxılmış ləpələri öskürəkdə məsləhətdir. Sidik daşı xəstəliyində fındıq müalicəvi vasitədir. Xalq təbabətində bal ilə fındıq revmatizmdə, qan azlığında və ümumi qüvvətləndirici kimi işlədilir. Sidik saxlamadıqda fındıq, bal və dazı otu həlimini birlikdə qəbul etmək faydalıdır. Fındıq yağı epilepsiyada (özündəngetmə xəstəliyinin bir növü) və qurd əleyhinə vasitə kimi işlədilir. Tükləri bərkitmək üçün başın dərisinə fındıq yağı sürtülür. Fındıq ağacından “Л-2лесовая” adlanan dərman alırlar ki, bundan da ekzemada və başqa dəri xəstəliklərində istifadə edilir. Yarpaqları may-iyun aylarında yığılır və kölgədə qurudulur. Xalq təbabətində mayda yığılan yarpaqları ilə qaraciyər xəstəliyi müalicə edilirdi. Yarpaqlrının çayı sidikqovucu təsirə malikdir (bir x.qaşığı yarpağı 1 stəkan çay kimi dəmləmək və gündə üç dəfə içmək). Bu çay bağırsaqlara yaxşı təsir göstərir.
Tramboflebeti (damarların qanlaxtalaması ilə qapanmasın-dan ibarət xəstəlik) müalicə etmək üçün ən qədim və yaddan çıxarılmış üsul fındıq yarpaqlarının həlimini içməkdir. Bunun üçün bir x.qaşığı qurudulmuş yarpaqları 200 ml qaynadılmış suda çay kimi dəmlənir. Bu çaydan gündə 4 dəfə ½ stəkan içmək. Bu çay venanın kiçik damarlarının genişlənməsinə kömək edir. Yarpaqlarının həlimi venanın genişlənən hissələrinə və babasilin düyünlərinə sürtmək üçün faydalıdır.
Bu həlim ilə üz yuduqda üzün dərisi təmizlənir və hamarlanır. Ürəyin işemiya xəstəliyində 1 x.qaşığı xırdalanmış fındıq budaqlarının qabığını və yarpaqlarını 1 stəkan qaynar su töküb 2 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq 2 x.qaşığı gündə 3-4 dəfə içmək.
Fındıq yedikdə o, orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Antiseptik (yaranı mikroblardan qoruyan), damarları daraldan, kapillyarları möhkəmlədən və iltihab əleyhinə vasitə kimi fındıq yarpaqları və budaqlarının qabıqlarının çayı daxilə qəbul edilir.
Çay: 1 x.qaşığı yarpaqlarından 1 stəkan qaynar suya töküb dəmləmək, süzmək və gündə 3 dəfə ½ stəkan içmək (təzyiqi aşağı olanlara da kömək edir).
Hər gün 100-120 qr fındıq ləpəsi yemək, aterosklerozda və onun nəticələrində faydalıdır.
Ayaqlarda venaların genişlənməsində fındığın budaqlarının quru qabığından 1 x.qaşığı xırdalamaq, 200 ml qaynar su töküb 5 dəqiqə qaynatmaq 6 saat dəmləmək. Yeməkdən 30 dəq qabaq ½ stəkan içmək.
Fındığın budaqlarının cövhəri damarları daraltma və iltihab əleyhinə təsirə malikdir. Venaların genişlənməsində, baldır yaralarında qəbul edilir.
Cövhər: 1 x.qaşığı fındıq budaqlarının qabıqlarına 1 stəkan qaynar su tökülür, dəmlənir, gün ərzində isti-isti içilir.
Adenomanı müalicə etmək üçün resept:
1) 1 kq meşə fındığının ləpəsinin üzərinə 2 litr su əlavə edib sakit odda 1 litr qalana qədər bişirmək. Durultmaq, süzmək və 300 qr bal əlavə etmək. Gündə 1 x.qaşığı 3-4 dəfə bir ay ərzində içmək. Bunu soyuducuda saxlamaq.
2) prostatit xəstəliyində 2 x.qaşığı fındıq yarpağına 500 ml qaynar su töküb 2 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 4 dəfə 100 ml qəbul etmək.
3) prostatit xəstəliyində 1 x.qaşığı fındıq ağacının budaqlarının qabığını 500 ml qaynar su töküb 10 dəq qaynatmaq, soyutmaq, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 4 dəfə 100 ml qəbul etmək.
Aterosklerozda və onun nəticəsi olan beyin iflicində müalicə qidası kimi fındıq ləpəsi məsləhət görülür. Gündə 100-150 qr fındıq yemək məsləhətdir.
Kardiosklerozda fındığın xırdalanmış yarpaqlarından və budaqlarının qabığından 1 x.qaşığı götürüb 2 stəkan qaynar suda 2 saat dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq 2 x.qaşığı gündə 3-4 dəfə içmək.
İnfarkt və paralicin (iflicin) profilaktikasında 40 yaşdan sonra gündə 5 ədəd fındıq ləpəsi yemək məsləhətdir.
Hipertoniyadan əziyyət çəkənlərə fındığın yarpaqlarının və ya budaqlarının qabığının çayı məsləhət görülür:
1 x.qaşığı qurudulmuş və xırdalanmış fındıq yarpaqlarının və ya budaqlarının üstünə 1 stəkan qaynar su töküb 1 saat isti yerdə dəmdə saxlamaq. 2 x.qaşığı gündə 3-4 dəfə bu çaydan içmək. Bu çay adenomada da yaxşı dərman sayılır.
Fındığın qurudulmuş yarpaqlarının həlimi prostatın iltihabında, babasildə, qaraciyərin və böyrəklərin iltihabında bağırsaqlar zəif işləyəndə və iştaha olmadıqda kömək edir:
2 x.qaşığı qurudulmuş yarpağı 0,5 litr qaynar suda bir gecə dəmləmək. Gündə 3 dəfə yeməkdən 10-15 dəq qabaq içmək.
Yetişmiş 4-5 fındıq ləpəsini yemək vaxtı yedikdə aşağıdakı xəstəliklərdə faydalıdır: bal ilə qan azlığında, hipertoniyada, aterosklerozda, böyrək daşı və öd daşı.
Şəkərli diabetdə: Bir stəkan təzə sağılmış südü (bişmiş də ola bilər). 1 x.qaşığı əzilmiş fındıq ləpəsi ilə qəbul etmək.
Şəkərsiz diabetdə: 10 ədəd fındıq ləpəsini əzib 1 ç.qaşığı bal və 1 ç.qaşığı alma sirkəsi ilə yemək.
Sidik yollarını təmizləmək üçün tam formalaşmamış yarpaqları qurutmaq. 2 x.qaşığı axşamdan dəmləmək, ¾ stəkan gündə 3 dəfə yeməkdən qabaq 40-gün içmək.
Qovrulmuş fındığa bir az istiot əlavə edib 1-2 qaşıq zökəm xəstəliyində yemək məsləhətdir.
Fındığın çiçəkləri sırğa şəklində olur. Fındığın təzə yığılmış sırğalarından 0,5 stəkan 0,5 litr suda 3-5 dəq. bişirmək. 10-15 dəq. dəmləmək. Yeməkdən 30 dəq. qabaq bərabər porsiyada qəbul etmək. Müalicə müddəti 15-20 gündür. Bu çay damarları, xüsusilə, venaları möhkəmlədir, qanı duruldur, qepatitdə, sistitdə, pielonefritdə və soyuqdəymədə kömək edir. Fındıq yarpaqları daha geniş tətbiq edilir. Yarpaqların çiçəkləmə dövründə toplanması məsləhətdir. Yığılmış yarpaqlar bir gün saxlandıqdan sonra qayçı ilə 1-2 sm enində doğranır, qurudulur və karton qutularda saxlanır. Dəmləmək üçün 1-2 x.qaşığı 0,5 litr suya tökülür qaynama dərəcəsinə çatdırıb 3 dəq. bişirmək. Bir saat dəmləmək, süzmək. Yeməkdən qabaq gündə 3-4 dəfə 1 x.qaşığı bal əlavə edərək içmək. Bu çayı tromboflebitdə (3-4 həftə), yuxusuzluqda (1 x.qaşığı 200 ml. suda dəmləyib gecə içmək), xroniki prostatitdə (kurs 1,5 ay), sarılıqda (2 x.qaşığı 600 ml. suda) 10-15 gün içmək faydalıdır.
Cərrahiyyə əməliyyatından sonra, qan itirəndə, ağır xəstəliklərdən sonra sağalma dövründə, yüksək temperaturda, qanlı öskürəkdə, qan azlığında, sidik daşı xəstəliyində faydalıdır: bərabər miqdar götürülmüş fındıq ləpəsi, bal və süd. Fındığı əvvəlcə əzmək bərabər miqdar bal və südlə qatıb gündə 3 dəfə 2-3 x.qaşığı 15 gün qəbul etmək.
Fındıq yağı epilepsiyada məsləhət görülür: ildə iki dəfə 2-3 ay ərzində 2 ç. qaşığı 3 dəfə içmək.
Fındıq yağı qaraciyərə faydalıdır, belə ki, qanda xolestrinin miqdarını aşağı salır: 1 x.qaşığı fındıq yağını gündə 2 dəfə 4 ay qəbul etmək lazımdır.
Fındığın ləpəsindən təmizlənmiş qabıqlarının həlimi Bolqar xalq təbabətinə görə ekzemada kömək edir. Bunun üçün 30 qr. qabığı 500 ml suda, 250 ml. qalana qədər bişirmək, 3 x.qaşığı yeməkdən qabaq içmək və xəstə yerlərə sürtmək. Müalicə müddəti 10-15 gündür.
Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR
Yəqin ki, yuxuda dişlərini qıcamayan uşaq çətin tapılar.
Bu isə anaların narahatlığına səbəb olur. Bəzi hallarda körpə bir neçə dəqiqə ərzində dişlərini qıcayır, bəzi hallarda isə tək-tək səslər eşidilir. Təbabətdə bu əlamətə bruksizm deyilir. Bruksizmin nədən yarandığını araşdıraq.
Çox zaman bruksizmi orqanizmdə qurdun olması ilə əlaqələndirirlər və buna görə müayinə olunmadan, uşağı müxtəlif parazit əleyhinə preparatlarla yükləyirlər. Adətən bu zaman müsbət nəticə əldə edilmir və uşaq dişlərini qıcamağa davam edir.
Alimlər tərəfindən sübut olunub ki, bruksizmin parazitlərlə heç bir əlaqəsi yoxdur. Bruksizmin yaranma səbəbləri sona qədər aydın deyil. Əsas səbəblərdən alimlər stress, yüksək sinir oyanıqlığı, irsiyyət ilə əlaqənin olmasını qeyd edirlər. Amma qurd-parazit olan uşaqlarda diş qıcama halı daha tez-tez rast gəlinir.
Əgər siz uşaqda qurd-parazitin olmasından şübhələnirsizsə, onların aşkarlanması üçün müayinədən keçmək lazımdır, çünki parazit əleyhinə dərmanların nəzarətsiz qəbulu orqanizmdə ziyansız ötüşmür. Daxil olan preparat uşağın bütün orqanlarına və hüceyrələrinə mənfi təsir göstərə bilər. Və belə preparatları müayinəsiz nəinki müalicə, hətta profilaktik məqsədlə də vermək məsləhət deyil.
Uşağımda qurd-parazit ola bilərmi?
Hansı şikayətlərə əsasən valideynlər uşaqda parazitlərin olmasından şübhələnə bilərlər? Əsas əlamətləri bir neçə qrupa bölmək olar.
Mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması: Uşaqda qarın nahiyəsində sancıların olması, ishal, qəbizlik, ürəkbulanma, ağızdan xoşagəlməz qoxu, işhahsızlıq, bəzi hallarda isə iştahın artması da müşahidə olunur. Enterobioz zamanı uşaq yuxuya çətin gedir, gecələr narahat yatır və tez-tez oyanır. Xırda olmağına baxmayaraq, bu parazitlər bir sıra ciddi fəsadlara, gecə enurezinin, qız uşaqlarında cinsiyyət orqanlarında qaşınmalarına, iltihaba və uşaq onanizminə səbəb ola bilərlər.
Sinir sisteminin fəaliyyətinin pozulması: Orqanizmə qurdların daxil olması zamanı sinir sistemi tərəfindən dəyişikliklər baş verir: uşaq əsəbi, ağlağan və qıcıqlı olur, məktəbdə davamiyyəti pozulur, yuxu pozğunluğu, baş ağrıları qeyd olunur.
Allergik reaksiyalar: Uşaqda naməlum səbəbdən dəridə müxtəlif tipli allergik səpkilər müşahidə olunur.
İntoksikasiya əlamətləri: dərinin avazıması, gözaltı kölgələr, halsızlıq, yorğunluq. Limfa düyünlərin böyüməsi, çəkidən və boydan geri qalma də müşahidə oluna bilər.
İmmun sisteminin zəifləməsi: uşaq demək olar ki, “xəstəlikdən çıxmır”, virus infeksiyalarına tez-tez yoluxur, burun-boğaz “əti” (badamcıqları) böyüyür.
Amma hər bir uşaqda parazitlərin orqanizmdə olması individual reaksiya verir. Bir uşaq çəkidən, boydan geri qalır, digəri isə sadəcə əsəbi olur.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Fındığın qərzəyini təmizləyən qurğu
Dünya Sakit
Azərbaycanda fındıq mövsümü başa çatmaq üzrədir. Artıq yerlərdə fındığın toplanması yekunlaşıb. Nə yazıq ki, fındıq bağbanları bu dəfə keçən ilki sevinci yaşaya bilmirlər: fındığın qiyməti ötənilkinə nisbətən 2 dəfədən də çox aşağı düşüb. Belə ki, ötən il bu vaxtlar 5-6 manata qapılardan yığılan fındıq (qabıqlı) indi 3 manatadır. Bu isə fındıqdan daha yüksək gəlir planlaşdıran insanları məyus edir.
Fındığın qiymətindəki bu enmənin səbəbini tapmaq üçün ötən ilin bu vaxtlarında gedən prosesləri xatırlamağa ehtiyac var. Belə ki, Nazirlər Kabinetinin fındıq idxalına əlavə rüsum (hər kiloqram üçün 1,5 dollar) tətbiq edəcəyi barədə əvvəlcədən məlumatlı olan işbazlar mümkün qədər çox fındıq toplamağa çalışdılar. Bu isə bazarda real iqtisadi əsası olmayan ifrat bahalaşma yaratdı. Nəticə isə bu oldu ki, daxildəki qiymətlər ixrac qiymətlərindən yüksəyə qalxdı: ötən il qabıqsız fındığın kilosunu xaricə 7 dollara satdıq (14812,92 ton fındığı 104852,14 min dollara). Daxildə isə qiymət 18-20 manat, yaxud 10 dollardan da yuxarı təşkil etdi. Beləliklə də, ötən qış Azəbaycan əhalisi fındığı dünya bazarındakı qiymətdən xeyli bahasına almalı oldu.
Bu il dünya fındıq bazarına nəzər yetirdikdə görürük ki, tendensiyalar qiymətin ötən ilə nisbətən bir qədər aşağı olmasını diqtə edir. Belə ki, dünyada, xüsusilə də ən böyük fındıq ixracatçısı olan Türkiyədə bol məhsul əldə olunub – 700 min tondan yuxarı. Üstəlik, bu ölkədə ötən ildən qalma daha 100 min ton fındıq var. Bu isə alış qymətinin fermerlər üçün zərərli ola biləcək həddə – qabıqlı fındıq üçün 2,27 dollara düşməsi təhlükəsini yaradır. 4 milyon insanın çalışdığı bir sahədə vəziyyətin gərginləşməməsi üçün hazırda Türkiyə Dövlət Taxıl Şurası fındığı hər kilorqam üçün 2,8 dollar ödəməklə fermerlərdən alır. Oktyabr-noyabr aylarından etibarən əsas istehlak mövsümünün (Yeni il ərəfəsində fındıqdan istifadə olunaraq hazırlanan qənnadı məmulatları, şokolad və şirniyyatlara tələbat artacaq) başlanması ilə əlaqədar fındığın qiymətinin nisbətən artması gözlənilir.
Qeyd edim ki, Azərbaycan fındığının əsas alıcısı olan Rusiyada qiymətlər stabildir – hər hansı enmə müşahidə edilmir. Belə ki, bu ölkənin online hərraclarına baxdıqda Azərbaycan və Gürcüstan fındığının emal dərəcəsindən asılı olaraq, təxminən eyni qiymətə – 7-12 dollara (qabıqsız, soyulmuş və sair) təklif olunduğunu görmək olar. Özü də gürcülərdə hələ keçən ilin məhsulu qalıbsa, Azərbaycan şirkətlərinin təkliflərində söhbət bu ilin məhsulundan gedir. İxrac coğrafiyasının Rusiyadan kənara xeyli genişləndiyini, həmçinin daxili tələbatın istehsaldan yüksək olduğunu nəzərə alsaq, bu il istehsalçıların məhsul satışında problemlə üzləşməyəcəklərini söyləmək olar. Lakin burada əsas diqqət yetirilməli məqam ixracatçı şirkətlərin, emal müəssisələrinin kartel razılaşmasına gedərək alış qiymətini qəsdən aşağı salması təhlükəsidir. Hazırda bazardakı qiymətlərdən məhz belə sövdələşmənin nəticəsidir – ötən ilki ifrat qiymət olmasa belə, indi Azərbaycanda fındığın 4 manatdan aşağı olması üçün iqtisadi əsas yoxdur. Bu baxımdan, əsasən ixracatçıların mövqeyinin təmsilçisi olan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası qiymət siyasətinin istehsalçıların da mənafeyinin nəzərə alınması şərtilə müəyyənləşməsini təmin etməlidir.
Azərbaycanda illik fındıq istehsalı 35-40 min ton arasında olub. Bu il isə ölkədə 60 min tona yaxın fındıq istehsal olunması gözlənilir. Fındığı istehsalçıdan 3-4 manata alan şirkətlərin sonradan əhaliyə neçəyə satacağı çox maraqlıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.