Press "Enter" to skip to content

Gence haqqinda melumat

156 567 просмотров

Fərrux əhmədov gəncənin tarixi yaddaşı

Сервисы VK

Поиск видео Найти

Топ недели

Мы больше не будем рекомендовать вам подобный контент.

329 396 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

786 807 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

689 510 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

878 934 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

697 401 просмотр

Мы больше не будем рекомендовать вам подобный контент.

425 280 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

34 182 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

168 362 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

473 997 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

129 376 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

277 379 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

156 567 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

381 042 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

720 848 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

148 498 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

128 105 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

213 573 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

122 958 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

31 049 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

123 500 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

115 822 просмотра

Мы больше не будем рекомендовать вам подобный контент.

228 110 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

334 312 просмотров

Мы больше не будем рекомендовать вам подобный контент.

129 992 просмотра

Левая колонка

Следующее видео

“Имам Баялды”

9 482 просмотра

Хозяюшкины рецепты

Похожие видео

имам Ибрагим хазрат Сухов

3 344 просмотра

Тобольское время

Азербайджан

55 062 просмотра

Gəncə Körpələr Evində uşaqları bir-birinə bağladılar

1 899 просмотров

Unikal Az Xəbər Portali

Топ 5 артистов

334 312 просмотров

Знаете ли Вы?

Электротранспорт в России стал доступным

329 396 просмотров

Наша страна Россия

Гоблин — о новом поколении

381 042 просмотра

Память о геноциде в СССР

164 102 просмотра

Рождённые в СССР

Стрим Народного фронта // 15 марта 2023

228 110 просмотров

Народный Фронт

Полезный совет для молодости рук

134 402 просмотра

Народные советы

День рождения поэта и патриота

354 062 просмотра

Рождённые в СССР

По крышам Петербурга

1 360 681 просмотр

Национальные проекты России

Спасибо вам, учителя!

720 848 просмотров

Национальные проекты России

Подписчики в восторге от нового видео Оксаны Самойловой с до.

174 945 просмотров

Обскакал девчонку

213 573 просмотра

Всё интересное и смешное

Дaжe лeбeди мoгyт пpaвильнo пepexoдить дopoгу!

177 105 просмотров

Дачные Идеи и Хитрости

Протестировал LADA VESTA SW CROSS на бездорожье

168 362 просмотра

Менеджер Антон

Традиции наставничества в России

281 393 просмотра

Юрий Шатунов – Белые розы /Official Video – запись 2019

238 496 просмотров

Gəncə İmamzadə Türbəsi – Мавзолей «Имам-заде» Гянджа Азербайджан

27 мая 2017 358 просмотров

Добавить в закладки

Пожаловаться

İmamzadə yaxud Göy imam türbəsi — Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi.İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin hündürlüyü 12 m, künbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.Azərbaycan ərazisindəki digər imamzadələrdə olduğu kimi, Gəncə İmamzadəsində də imam övladı İbrahimin dəfnolunma tarixi barədə ilkin kitabə yoxdur. Ancaq ziyarətgah haqqında, yəqin ki, ən böyük həqiqətlərdən biri araşdırmaçı-alim Məşədixanım Nemət tərəfindən oxunmuş daş kitabədir. Kitabədə yazılıb: “O, Allah əbədidir. Bu, İmam Məhəmməd Baqir – ona salam olsun – oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun. Və ona görə də bu yüksək məqamlı yerin bərpa olunmasına tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı (1878-79) ildə əmr etmişdir”. Kitabə təsdiq edir ki, Gəncə İmamzadə Pirində – V İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn olunub. “İmamzadə” Azərbaycan ərazisindəki müqəddəs ziyarətgahlardan biridir. Xüsusən aşura mərasimləri zamanı bura on minlərlə müsəlman toplaşır. Gəncə xüsusən yerli əhali tərəfindən İmam Hüseyn şəhəri də adlandırılır. Bu ifadənin “İmamzadə” türbəsi ilə əlaqədar olduğu bildirilir. Tarixçi-alim F. Əhmədov “Gəncənin tarixi yaddaşı” kitabında sözügedən ifadə haqqında maraqlı mülahizələr irəli sürüb. Müəllif 1803-cü ilin dekabrından 1904-cü ilin yanvarınadək Gəncəni mühasirəyə almış rus qoşunları komandanlığının şəhərin müdafiəçilərinin əzmini qırmaq üçün qalaya gedən yer altı su borularının qarşısını kəsməsi haqqında göstəriş verməsindən yazır. İşğalçı tərəf bu “tədbiri” həyata keçirdikdən sonra şəhərdə susuzluq başlayır və bu səbəblə vəfat edənlərin sayı günü-gündən artır. Hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat edən İmam Bağır Bəqi qəbirstanlığında öz atasının və babasının yanında dəfn olunub. Onun oğlu İbrahimə isə ata-babalarının məzarlarından çox-çox uzaqlarda – Gəncə torpağında dəfn edilmək nəsib olub. İmam Bağırın oğlu Mövlana İbrahimin də təzyiqlər üzündən bura gəldiyi söylənilir. Bəzi mənbələrdə onun xəstəlikdən vəfat etdiyi bildirilir. Mövlana İbrahim Azərbaycana gələn yeganə imam övladı deyil. Ondan başqa da bu ölkədə sığınacaq tapan peyğəmbərəsilli (s.ə.s.) müqəddəslər olub. İmam övladları yaşayış yeri kimi təsadüfən Azərbaycanı seçməyiblər. Peyğəmbər (s.ə.s.) nəslinin nümayəndələri burada böyük sevgiylə qarşılanıb, böyük ehtiram görüblər. Onları xalq qoruyub. Son iki əsrdə İmamzadədə bərpa işləri 1878-79-cu illərdə polkovnik İsrafil bəy Yadigarzadənin və 1993-cü ilin iyulunda Hacı Vaqif Vəliyevin xeyriyyəçilik təşəbbüsləri ilə aparılmışdır. İmamzadə türbəsi kərpicdən tikilmiş, günbəzin xarici səthi kaşılı kərpiclə örtülmüşdür. 2010-2016 ci illər ərzində isə Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyev tərəfindən İmamzadə Kompleksinin təmirinə böyük məbləgdə vəsaitlər ayrilib. İmamzadə türbəsinin ətrafında dəfn olunanlar[redaktə | Şeyx İbrahim Qüdsi 1816-1869 Mirzə Mehdi Naci 1805-1882 Şeyx Zaman İlyas bəy Ağalarov 1860-1913 Şeyxülislam Məhəmmədəli Pişnamazzadə 1853-1937

Gence haqqinda melumat

Gence haqqinda melumat saytımızda təqdim olunur. Qədim Azərbaycan şəhəri olan Gəncə gözəlliyi və mədəniyyəti ilə dillərdə gəzirdi. Nizami Gəncəvi kimi dahilərin beşiyi olan Gəncəmiz günü-gündən gözəlləşir, abadlaşır. Bəs sizlər Gence haqqinda melumat almaq üçün daha çox bilgi əldə etmək istərdinizmi?

İkinci ən böyük şəhər olan Gəncə Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncə çayın hər iki sahilində yerləşir.

Bəzi alimlər “Gəncə” adının ərəb dilindəki Farsca kökənli xəzinə anlamlı “Kənz” sözündən gəldiyini irəli sürürlər. Qədim zamanlarda belə buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirdilər.

Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi “Qança” sözünün ilk komponenti “qan”, “kan”, “kaan”, “xan” sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, “Gəncə”, “Qanca”, “Kancə” sözləri “xan yeri”, “xan məkanı”,”xan yurdu”, “xanın, xaqanın oturduğu yer” anlamını verir. Müəllif bildirdiyinə görə XX əsrin əvvəlinə kimi “Qanja” və “Xan yurt” adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı”.

Gəncə ta qədimdən başı bəlalı yerlərdən biri olmuşdur. Müxtəlif dövlətlər bu ərazini işğal edərək öz torpaqlarına qatmağa çalışmışlar. Onlardan biri də ərəblər idi. VII əsrin birinci yarısında Gəncə farslar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılan Gəncə, X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başlamışdı. Şəddadilər dövründə isə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Günümüzdə də tarixi abidə kimi qorunub saxlanılan Gəncə qapıları 1063-cü ildə dəmirçi İbrahim tərəfindən tikilmişdi. Gəncə getdikcə böyüyüb, genişləndi. Yeni ticarət və sənaye zonaları tikilməyə başladı, ticarət əlaqələri genişləndi. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq türklərinə məğlub olana qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. Atabəylər dövründə öz inkişafının pik nöqtəsinə çatmışdı. Gəncə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Bu dövrlərdə Gəncə “mühüm şəhər”, böyük şəhər və paytaxt yəni “dar əl-mülk” idi.

Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olmuş və Qarabağ bəylərbəyiliyinin mərkəzinə çevrilmişdir. I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olmuşdu. Həmin dövrdə Don Juan adı ilə Avropada yaşayan tarixi-coğrafi əsərlər müəllifi olanOruc bəy Bayat tərəfindən verilən məlumata əsasən burada 50 min ailənin (yəni 225 min nəfər) yaşadığını qeyd edilmişdi.

1606-cı ildən 1804-cü ildə Rusiya imperiyasına birləşdiyi dövrə qədər Gəncə Qacarlar, Əfşarlar, Zəndlər sülaləsinin tərkibində xanlıq mərkəzi olmuşdur.

1804-cü il yanvarın 3-də tarixi adının dəyişilməsinə məruz qalan Gəncə Çar Rusiyasının qoşunları tərəfindən işğal olundu. Xanlığını işğal etdikdən sonra çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Gəncə adı ləğv olunacaq Yelizavetpol adlandırıldı. Xanlıq üsuli-idarəsi ləğv edilərək Yelizavetpol dairəsi yaradıldı.

1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmşədil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu.

1846-cı il 14 dekabrda Gəncə Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı və şəhər eyniadlı quberniyanın və qəzanın mərkəzi oldu. Quberniyanın ərazisini Gəncə, Qarabağ, Şəki xanlıqlarının və Samux və Şəmşədil mahalları əhatə edirdi. Yelizavetpol, Şuşa və Nuxa qəzaları və ləğv edilmiş Ordubad qəzasının bir hissəsi quberniyanın tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı.

Yeni Gəncə

01.01.2020-cı il tarixli məlumata əsasən Gəncə şəhərinin Əhalisinin 335,6 min nəfər olması müəyyən olunmuşdur. Şəhərdə 4 ziyarətgah, 6 məscid,5 pir, 5 islam, 2 kilsə, və 3 xristian yönümlü dini icma, 51 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Şah Abbas məscidi, Mollacəlilli məscidi, Hüseyniyyə məscidi, Ozan məscidi, Zərrabi məscidi, Şahsevənlər məscidi, Qazaxlar məscidi və Müqəddəs Sərkis kilsəsi Gəncənin tanınmış ibadət yerlərindəndir. Gəncə şəhərinin 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. Şəhərdə Füzuli parkı, Xan bağı, Heydər Əliyev parkı, Qələbə parkı, Göygöl Milli Parkı, Dəmiryolçular parkı, Səməni parkı, İstiqlal parkı kimi böyük parklarla yanaşı digər kiçik park və xiyabanlarda mövcuddur.

1944-cü ildə Gəncə şəhərində Gəncə Müəllimlər Seminariyası açılması ilə insanların təhsil alması üçün yaxşı şərait yaradılmış oldu. Beləliklə bir çox gəncimiz bu təhsil ocağına üz tutaraq ölkənin inkişafı üçün əllərindən gələni etdilər.

Gəncənin tanınmış ali təhsil müəssisələrindən Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kolleci və Gəncə Kənd Təsərrüfatı Texnikumunu, Gəncə Musiqi Koleci, Gəncə Humanitar Kolleci, 45 orta məktəb və 1 xüsusi məktəblərinin olması qeyd etmək olar.

Fərrux əhmədov gəncənin tarixi yaddaşı

E-poçt: gb@science.az

Telefon: (+994 22) 256 58 29

16.03.2020 / Mühüm hadisələr
“GƏNCƏNİN TARİX YADDAŞI”

Müəllif: Fərrux ƏHMƏDOV tarix elmləri üzrə fəlsəfə doktoru “Gəncənin tarix yaddaşı” kitabı Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq salan sanballı bir abidədir. Kitabda Gəncənin uzaq keçmişindən XX əsrin ilk onilliklərinədək olan dövrün tarixi-etnoqrafik mənzərəsi öz əksini tapmışdır. Gəncənin yaşı və “Gəncə” sözünün etimologiyası, Gəncə vilayəti, Gəncə şəhərinin yerdəyişmələri, şəhər əhalisi, onun sosial və etik tərkibi və demoqrafik prosseslər haqqında söhbət açılan fəsillərdə əsasən XVI yüzilliyin sonlarından XX yüzilliyin əvvəllərinədək olan dövrdə Gəncənin tarixi-etnoqrafik təsviri verilmiş, lazım gəldikcə xronoloji ardıcıllıqdan çıxaraq bir sıra gərəkli tarixi rekurslar edilmişdir. Gəncənin şəhərsalma quruluşu, Gəncə qalası, Şah Abbas meydanı və məhəllələrlə bağlı tarixi həqiqətləri şərh edərkən qarşıya qoyulan işin öhdəsindən gəlmək məqsədilə qeyd edilən dövrə aid tarixi-etnoqrafik qaynaqlardan, arxiv sənədlərindən, dövri mətbuatdan, elmi ədəbiyyatdan, məqalələrdən, sorğu kitablarından, dağıntılara məruz qalmış maddi, mənəvi mədəniyyət nümunələrindən istifadə olunmuşdur. Tarixin müxtəlif dövrlərində müxtəlif təzyiq və işğallara məruz qalmış, bəzən tamamilə silinmiş şəhərsalma vahidlərini kağız üzərində bərpa etmək üçün yaşlı sakinlərlə söhbətlərin və həmin söhbətlərin yazılı mətnlərinin də müstəsna əhəmiyyəti olmuşdur. Zəngin tarixi-etnoqrafik bilgilər çox ciddi şəkildə və elmi cəhətdən yoxlanılmışdır. Həmin tarixi faktların səlisliyini arxiv sənədləri, elmi ədəbiyyat, XX yüzilliyin 20-ci illərinə kimi olan tarixşünaslıq da təsdiq edir. Kitab elm adamları, tarixçi-alimlər üçün qiymətli elmi mənbə olmaqla yanaşı, geniş oxucu kütləsi üçün də son dərəcə maraqlıdır. Gəncə “ELM” nəşriyyatı – 2007.

© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən sayta istinad zəruridir.

  • XƏBƏRLƏR
  • Konfranslar, iclaslar
  • Mühüm hadisələr
  • Görüşlər
  • Yubileylər
  • Müsahibələr, çıxışlar

Comments are closed, but trackbacks and pingbacks are open.