Press "Enter" to skip to content

Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

Arıq və döş qəfəsi uzun quruluşa malik olan adamların ayaqlar daima soyuq olur. Belə adamlar asteniklərdir. Onların ürəklərinin ölçüsü kiçik olur və bu səbəbdən də qan dövranlarında pozulmalar baş verir.

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Qış üçün ayaqqabı sifarişi

Qış üçün ayaqqabı sifarişi zamanı nələrə diqqət etməliyik? Qış ayaqqabılarının hansı növləri var?

Qış ayaqqabısı sifarişinin əsl vaxtıdır! Gec deyilmi? Heç də yox. Çünki bu qışın uzun və kifayət qədər sərt keçəcəyi gözlənilir. Həm qarderobumuzda bir cüt əlavə ayaqqabının olmasının heç bir ziyanı yoxdur. Düzgün seçim sifariş edəcəyiniz ayaqqabının uzunömrülülüyünün, rahatlığının qarantıdır. Qış üçün ayaqqabı sifariş verərkən bir çox nüanslara diqqət etməliyik ki, qarşıdan gələn növbəti aylar ərzində ayaqlarımız quru, isti və rahat olsun. Ələxsus ayaqqabı sifarişi zamanı qiymət-keyfiyyət əlaqəsində əsas önəmi keyfiyyətə verməliyik. Axı ayaqlar bütün bədənimizin üzərində durduğu bünövrədir. Düşünürük ki, çoxumuz bu məsələdə həmfikirik. Bəs qış üçün ayaqqabı sifarişini necə edəcəyimizi, qışı bizimlə keçirəcək, buz bağlamış küçələrdə rahat addımlamağımızı təmin edəcək “O” ayaqqabını necə tapacağımızı da hamımız bilirik? Bilmirsinizsə, narahat olmayın, sizinlə bu bloqumuzda qış üçün ayaqqabı seçimi zamanı hansı nüanslara diqqət yetirməli olduğunuz haqda danışacayıq. Bilirsinizsə belə, bloqumuzla tanış olaraq özünüz üçün yeni qeydlər götürməyin heç bir ziyanı olmaz.

Qış üçün ayaqqabı sifarişi zamanı ilk növbədə diqqət yetirməli olduğumuz məsələ təbii ki, ayaqqabının üst örtüyüdür. Qış ayaqqabısının üst örtüyü mütləq sukeçirməz olmalıdır. Lakin, bununla yanaşı ayaqqabının örtüyü hava keçirən olmalıdır ki, ayaqlar nəfəs ala bilsin, parnik effekti yaranmasın, ayaqqabı tərlətməsin. Adətən qış ayaqqabıların üzərini xüsusi, su hopdurmayan materiallarla əhatələyirlər. Bu materiallar həmçinin ayaqqabını qar, buz və digər mayelərdən də qoruyur. Qış ayaqqabısı sifariş verərkən nəzərə alın ki, adətən idman tipli ayaqqabılar daha davamlı olur. Çünki idman tipli ayaqqabılar daha sərt, ekstremal şəraitlərdə istifadə üçün nəzərdə tutublar. Yox, sərt klassik stil tərəfdarısınızsa, seçim zamanı daha da diqqətli olmalısınız.

Adətən ən keyfiyyətli qış ayaqqabıları təbii dəridən, süet dəri(zamşa), nubukdan hazırlanır. Sadalanan materiallardan olan qış ayaqqabıları həm şəhər həyatı, həm də təbiətə çıxmaq üçün universal variantdır. Dəri əvəzləyicisindən hazırlanan ayaqqabılar qısa zamanda temperatur dəyişikliklərindən çatlayır, korlanırlar. Əgər siz əsasən avtomobildə hərəkət edirsinizsə, membran modifikasiyalı, Gore-Tex ayaqqabı tiplərinə üstünlük verə bilərsiniz. Bu tip ayaqqabılarda siz uzun müddət bağlı, isti məkanlarda vaxt keçirsəniz belə ayaqlarınız istidən diskomfort yaşamayacaq. Məsaməli örtük sayəsində isə ayaqqabıdan artıq nəmlik buxarlanacaq, ayaqlarınız tərləməyəcək. Ayaqqabının üzərindəki membran qatı isə ayaqlarınızı islanmaqdan qoruyacaq. Lakin nəzərə alın ki, Gore-Tex tipli ayaqqabılar adətən -5°C temperatura qədər komfortlu istifadə üçün nəzərdə tutulur.

Əgər tez-tez təbiət qoynunda dincəlməyi, gəzintilərə çıxmağı xoşlayırsınızsa, yüngül, hava keçirici və su keçirməyən materialların kombinasiyasından hazırlanan ayaqqabılar ideal seçimdir.

Həmçinin qış ayaqqabısı sifariş verərkən DWR örtüklü ayaqqabıları da nəzərdən keçirin. Su keçirməyən bu qatın əlavə üstünlüklərindən biri də odur ki, DWR əlavə baryer rolunu oynayaraq ayaqqabıya qar, palçıq yapışmasının da qarşısını alır.

Qış ayaqqabılarının üst örtüyündən danışdıqdan sonra, ümumi detallardan da yan keçmək olmaz. Düzgün seçilmiş ayaqqabıda heç bir diskomfort hiss etməməlisiniz. Ayaqqabının ayağınıza təzyiqi bərabər paylanmalı, bir hissəsi sıxıb, digəri boş olmamalıdır. Rahat ayaqqabıda getdiyiniz yolun qeyri-bərabərliklərini, maneələri hər addımda hiss edirsinizə, bu yalnız ayaqlarınızı yox, eləcə də belinizə əlavə narahatçılıq verəcək. Ümumiləşdirsək, ayaqqabı sifariş edərkən aşağıdakı özəlliklərə diqqət yetirin:

-Ayaqqabının içliyini çıxartmaq olur. Ayaqqabının içliyinin altında qalan hissə səliqəlidir.
-Ayaqqabının qəlibi, altlığa tikilib. Sadəcə yapışdırılmayıb.
-Qeyri-bərabər tikişlər, axmış yapışqan izləri olmamalıdır.
-Ayaqqabı ön, pəncə hissəsində rahat qatlanmalıdır ki, yerimə zamanı pəncə öz təbii vəziyyətini alsın.
-Qış ayaqqabısını seçərkən xanımların ən çox diqqət yetirməli olduğu məqamlardan biri də dabanlığın möhkəm, davamlı olmasıdır ki, buzda, qarda ayaqqabı sürüşərsə, dabanlıq qopmasın, sınmasın.

Hər bir ayaqqabını müxtəlif kriteriyalara görə dəyərləndirmək olar. Lakin, ayaqqabının məhz rahatlığında həlledici rolu ayaqqabının daxili örtüyü oynayır. Qış ayaqqabılarının daxili örtüyü adətən xəzlə örtülü olur. Bəzən təbii, bəzən isə süni. Xəzin lifləri elə də sıx olmadığı üçün, liflər arasında hava kütləsi çox yığılır və nəticədə xəz istini yaxşı saxlayır. Lakin, nəzərə almaq lazımdır ki, çox qalın xəz örtüyü olan ayaqqabılar da kifayət qədər narahat olur. Odur ki, xəzli qış ayaqqabısı seçərkən qızıl ortanı tapmaq lazımdır. Təbii xəzlə örtülü ayaqqabıların, süni xəzlə örtülü ayaqqabılardan daha yaxşı olduğunu vurğulamağa düşünürük ki, ehtiyac yoxdur. Son illər xəz örtüklü qış krosovkaları populyarlaşmaqdadır. Artıq idman stili sevənlər özlərini bot geyinməyə məcbur etməyə bilərlər. Adətən neopren içlikli bu krosovkalar son dərəcə rahat, isti olur. Lakin, neopren örtüklü ayaqqabılar membrana nisbətən havanı zəif buraxır və bu ayaqların tərləməsinə səbəb olur.

Aktiv həyat tərzi sürənlərə Prima Loft Silver örtüklü qış ayaqqabıları ideal yarayar. Belə ki, bu örtüklü ayaqqabılar soyuğa xüsusi davamlılığı ilə seçilir. Prima Loft Silver xüsusi olaraq ayaqqabılar üçün nəzərdə tutulan tük örtük növüdür və xəzdən yüngül, az olmağına baxmayaraq istini daha yaxşı saxlayır. Qış üçün ayaqqabı sifariş edərkən bu örtüyə üstünlük verməyinizə daha bir səbəb isə, Prima Loft-un islandıqda çox tez qurumasıdır. Qış fəslində nə qədər diqqətli də olsaq, ayaqlarımızın islanmağı qaçılmazdır. Odur ki, sözügedən ayaqqabılar sifariş üçün ideal variantdır. Aktiv həyat həvəskarları üçün daha bir yaxşı seçim sherpa örtüklü ayaqqabılardır. Sherpa ikitərəfli örtükdür, daxili tərəfi süni xəzi xatırladır, xarici tərəfi isə daha çox süet dəriyə bənzəyir. Bu örtüklü ayaqqabıları sifariş vermək qərarına gəlmisinizə, çox güman ki, şimala səfəriniz var.

Ayaqqabının içliyi(daxili altlığı) rahatlığınız üçün vacib məqamlardandır. Ayaqqabının içliyi sadəcə rahatlıq üçün deyil, həmçinin addım atılarkən dabana düşən zərbəni amortizasiya etməyə xidmət edir. Altlıqlar kağız kimi nazik və yaxud çox qalın, sərt olmamalıdır. Əks halda sifariş verdiyiniz ayaqqabı sizin sadəcə ayaqlarınıza deyil, onurğanıza da problem yarada bilər. Ayaqqabının altlığı çox sərt olduğu halda əsas yük dabana düşür və zamanla insanda hətta yastıpəncəlik yarana bilər. Oynaq problemi olanlara isə bu ayaqqabılar xüsusən məsləhət deyil. Keyfiyyətli ayaqqabılarda altlıq orta qalınlıqlı, elastik və ayaq formasını təkrarlayan olur. Əmin olun ki, altlıq sifariş etdiyiniz ayaqqabıdan alacağınız təəssürata çox təsir edəcək.

Ayaqqabının altı
Təbii ki, qış üçün ayaqqabı sifariş verərkən mütləq diqqət etməli olduğunuz detallardan biri də ayaqqabının altıdır. Çünki qışda ətraf tələlərlə doludur – buz, qar, palçıq, gölməçələr. Ayaqqabının altı hamar olmamalıdır ki, buzda, qarda gedərkən sürüşməyəsiniz. Hündür altlıqlı qış ayaqqabısı sifariş verməyiniz isə, sizi gölməçələrdən də qoruyar. Ayaqqabıların altlığının bir özəlliyi isə onların xüsusi rezin növündən hazırlanmasıdır. Standart rezin tiplərindən hazırlanan altlıqlar bir müddətdən sonra çatlayır, su buraxmağa başlayırlar.

Dabanlıq
Təbii ki, hündür dabanlıqlı ayaqqabılar qışda heç məsləhət deyil. Çünki, dayaq sahəsi azdır, təzyiq dabanlıqlara düşür, nəticədə tarazlığı saxlamaq çətinləşir. Düzdür, hündür, iti dabanlıqlar buza, qara bataraq sürüşmək ehtimalını azaldır, amma digər tərəfdən dabanlıq nə qədər hündürdürsə, onun təzyiq altında qırılma ehtimalı da çoxdur. Ələxsus bu plastik dabanlıqlara aiddir. Yox, əgər riskləri gözə alaraq, dəbdən geri qalmamaqda qərarlısınızsa, ən azından 5 sm və daha qısa dabanlıqlı ayaqqabı sifariş etməyi tövsiyyə edərdik.

Zəncirbənd(zamok) ayaqqabının içinə su düşməsinin qarşısını alacaq vacib faktorlardandır. Keyfiyyətli ayaqqabılarda zəncirbəndlərin üzəri, su keçirməyən maddələrlə örtülür. Həmçinin zəncirbənd ayaqqabının keyfiyyətli, orijinal olmasını yoxlamaq üçün də yaxşı üsuldur. Orijinal məhsulları saxtalardan aksesuarlarına əsasən ayırmaq haqda daha ətraflı buradan oxuya bilərsiniz. Sport stilli ayaqqabılarda adətən daha çox iplərə üstünlük verilir ki, bunun da səbəbi ipli ayaqqabıların su buraxma, ipinin qırılma ehtimalı daha azdır, nəinki, zəncirbəndli ayaqqabıların.

Ölçü haqda

Bilirik ki, dar ayaqqabılar həm narahatdır, həm də ziyandır. Lakin, həddindən artıq geniş ayaqqabı da narahat və ziyanlı olacaq. Qış üçün ayaqqabı sifariş verərkən isə, 1 ölçü böyük sifariş verməyiniz məsləhətdir ki, qalın corabla ayaqqabı ayağınızı sıxmasın, diskomfort yaşatmasın. Online mağazalardan ayaqqabı sifariş verərkən, öz ölçünüzü seçməkdən çəkinməyin. Orijinal ayaqqabıların həmişə qeyd edildiyi ölçüyə uyğun olur, saytda qeyd edildiyindən kiçik və ya böyük olması ehtimalı yoxdur. Sifariş verdiyiniz saytın etibarlı olub, orijinal məhsul satdığından əmin deyilsinizsə, bloqumuzla tanış olaraq, etibarlı və etibarsız saytları bir-birindən fərqləndirməyin üsulları haqda məlumat alacaqsınız.

Ayaqqabı sifarişi zamanı ayaqınızın həm uzunluğunu, həm də pəncənizin enini nəzərə almalısınız. Bəzi insanlarda sağ ayaq, sol ayaqdan ölçülərinə görə fərqlənir. Bu səbəbdən seçdiyiniz ayaqqabı modeli əsasən sağ ayağınızın ölçüsünə uyğun olmalıdır. Əgər kiçik ayağınızın ölçüsünə əsasən seçim edirsinizsə, ayaqqabının sizə dar olacağı, ayaqqabının dartılması nəticəsində tikişlərinin boşalması və su buraxmasına gətirib çıxaracaq. Həmçinin dar ayaqqabı damarları sıxaraq qan dövranını pisləşdirəcək və nəticədə ayaqlarınız bütün qış boyu donmaqdan əziyyət çəkəcək. Bu isə elə də ürəkaçan hal deyil.

Başınız qarışdı? Narahat olmayın, sizə qış üçün ayaqqabı seçməyin aydın 4 üsulunu təqdim edirik:

1.Ayaqqabının çəkisinə diqqət edin. Əgər ayaqqabı 300 qramdan ağırdırsa, çox güman ki, tez yorulacaqsınız. Lakin, qış vaxtı təbiət qoynuna, meşəyə, dağlara getməyi sevənlər üçün nəzərdə tutulan xüsusi ayaqqabılar bəzən 2 kq-dan da çox çəkiyə malik olur. Əgər fevralda kampa getməyi planlaşdırmırsınızsa, ağır ayaqqabılarsız da keçinə bilərsiniz.

2.Yaxşı ayaqqabıda gəzərkən, ayaq sərbəst hərəkət eləməlidir. Gəzərkən ayaq eyni vəziyyətdə qaldıqda qan dövranı pozulacaq, tez yorulacaqsınız. Narahat, keyfiyyətsiz ayaqqabı bəzən hətta oynaqlarda patoloji deformasiyalara da səbəb ola bilər.

3.Bir çox məhsullarda olduğu kimi, ayaqqabılarda da qoxu, məhsulun keyfiyyəti haqda kifayət qədər məlumat verir. Ayaqqabıdan gələn xoşagəlməz qoxu, ayaqqabının ucuz materiallar, kimyəvi qatqılar vasitəsi ilə hazırlandığından xəbər verir. Hansı ki, sözügedən kimyəvi maddələr buxarlanaraq, sizin dərinizə hopacaq. Keyfiyyətli materiallardan hazırlanmış ayaqqabılar isə, bir qayda olaraq, demək olar ki, heç bir qoxuya malik olmurlar.

4.Dəyərindən artıq pul verməmək üçün ayaqqabı seçərkən dəri və dəri əvəzləyicisini ayırd etməyi bacarmalıyıq. Sintetik ayaqqabılar adətən toxunduqda soyuq və müəyyən xoşa gəlməz qoxuya sahib olurlar. Xarici görünüşə əsasən isə dəri ayaqqabını, sintetikdən fərqləndirmək çətindir.

Ayaqqabılar, əsasən də qış ayaqqabıları haqda kifayət qədər məlumat aldınız. Bəs qış ayaqqabılarının hansı növləri olur? Onların fərqləri nədir? Hazırda ayağınızda olan ayaqqabının hansı tip olduğunu bilirsiniz?

Ayaq biləyi çəkmələri

Ayaqqabı sifarişlərində qadınların çox üstünlük verdiyi qış çəkmələrindən biri hesab olunur. Adından bəlli olduğu kimi uzunluğu ayaq biləyinin bitdiyi hissəyə qədər olan bu çəkmələri həm də kişilərin onlayn ayaqqabı sifarişlərində tez-tez görə bilirik. Əslində isə buna bir neçə səbəb var, kişilər bu modellərdən özünəməxsus idman stillərinə fərqlilik qatmaq üçün istifadə edirlər, digər bloqumuzda da danışdığımız kimi belə dizayna malik botlar ayaq biləyini tamamilə bağladığından basketbol, voleybol kimi idman növlərində zədələnmə ehtimalını əhəmiyyətli dərəcədə azaldırlar.Ayaqqabı sifarişlərində qadınların bu çəkmə kateqoriyasına üz tutma səbəbi isə ayaq biləyində olan çəkmələri həm gündəlik geyimlərində, həm də klassik geyimlərində istənilən stilə rahatlıqla uyğunlaşdıra bilmələridir. Elə bu amili nəzərə alan Zara, Stradivarius, Bershka, Camper kimi bir çox məşhur markalar hər qış öz kolleksiyalarına ayaq biləyi çəkmələrindən ibarət müxtəlif rəng seçimində modellər əlavə etməyə çalışırlar.

Lita ayaqqabılar

Qadınların ayaqqabı sifarişi edərkən axtardığı sevimli modellərdən biri də lita çəkmələrdir. Jeffrey Campbell tərəfindən dizayn edilən və tezliklə tanınan bu çəkmə növü istehsalçının digər ayaqqabıları kimi müasir moda trendlərində yeni ayaqqabı növlərini görmək istəyindən sonra hazırlanıb və qısa zamanda müxtəlif tərzlərə sahib xanımların ayaqqabı sifarişlərində öz yerini alıb. Sonradan həmin çəkmələrin bir çox modeli və fərqli nümunələri müxtəlif dizaynerlər tərəfindən hazırlanmağa və bununla yanaşı, lita ayaqqabı sifarişləri artmağa başlanıb. Belə botların platformalı olması, ön hissəsində iplərinin olması və həm gündəlik geyimdə şalvarlarla, həm də ətək və paltarlarla asan uyğunlaşdırılıb kombin edilməsi onu ayaqqabı sifarişlərində həmişə ön sıralarda saxlamağının əsas səbəblərindəndir. Əgər bu çəkmə növlərini seçərək ayaqqabı sifarişi etməyi qərarlaşdırmısınızsa, hər zaman alış-veriş etdiyiniz onlayn mağazalara baş çəkib müxtəlif çeşidlərə baxa, həm də qış endirimlərindən yararlana bilərsiniz.

Wedge ayaqqabılar

Hətta ən rahat qış ayaqqabısı belə, yayda geyindiyiniz yüngül ayaqqabılarınızdan daha rahat deyil. Ona görə də, qışda ayaqqabı sifarişi edərkən onun gündəlik istifadədə sizi narahat etməyəcəyinə əmin olmalısınız. Xanımlar isə çox vaxt daha gözəl görünmək və şənliklərdə xüsusilə seçilmək üçün hündürdaban ayaqqabılar sifariş etməyi xoşlayırlar. Bu zaman isə onların köməyinə wedge çəkmə modelləri çatır. Çünki bu modellər hündürdaban olmasına baxmayaraq daban hissəsi kifayət qədər qalın olduğundan digər dikdaban ayaqqabılara nisbətən geyindikdə daha rahat olmağınıza kömək edəcəkdir. Əgər siz də hər yorğun iş günündən sonra, ayaqlarınızın ağrımasını istəmirsinizsə, Puma, Ecco Sportive kimi brendlərin saytlarından istədiyiniz ölçüdə wedge ayaqqabı sifarişi edə bilərsiniz.

Chelsea çəkmələri

Ayaqqabı sifarişlərində rahatlığı ilə seçilən digər bir model isə “Chelsea” botlarıdır. Bu çəkmələr öz adını 1950-1960-cı illərdə moda trendlərində çox məşhurlaşdığı şəhərin adından götürüb. Belə çəkmələrin hər iki kənarında elastik hissə və arxasında asanlıqla çəkilməyə imkan verən bir parça nişanı mövcuddur. Ayaqqabının bu cür dizaynına səbəb həmin dövrlərdə Böyük Britaniyada at sürdükdə və ya gəzintidə istifadə olunmasına və asan çıxarılmasına imkan verməsini təmin etməkdir. Ayaqqabı sifarişlərində qadınlar həm hündürdabanlı, həm də yastıdabanlı növlərini onlayn sifariş edirlər. Kişilərin bu cür ayaqqabı sifarişlərində isə iki əsas üslubu seçdiklərini müşahidə edirik: Dəridən hazırlanmış chelsea botları klassik və rahat ayaqqabı anlayışını birləşdirərək rəsmi günlərdə rahatlıqla istifadə olunur. Süet səthə malik chelsea çəkmələri isə sizə daha rəsmi tədbirlərdə öz stilinizdə geyinməyə imkan verir. Kişilər üçün chelsea botlarda ən çox seçilən marka isə Timberland markasıdır, bu markadan chelsea ayaqqabı sifarişlərinizi hər zaman Türkiyədən onlayn alış-veriş etdiyiniz saytlardan edə bilərsiniz. Bundan əlavə Flo, Ninewest, Deery, Nike kimi onlayn mağazalardan da chelsea ayaqqabı sifarişi etməyiniz mümkündür.

Yağış çəkmələri

Yağışlı günlərdə çətirlərdən, papaq və şərflərdən istifadə etdiyimiz kimi ayaqqabı sifarişlərimizdə də soyuq hava şəraitini nəzərə almağımız mütləqdir. Çünki qış çəkmələrinin su keçirməsi həm xoşagələn hal deyil, həm də xəstələnməyinizə səbəb ola bilər. Yaxşı xəbərimiz isə odur ki, yağış çəkmələri sizin həm belə hava şəraiti üçün hansı ayaqqabı sifarişini edim ki, ayağım islanmasın probleminizi həll edəcək, həm də stilinizlə çox gözəl bir görünüş əldə edəcəksiniz. Bu çəkmələrin ən bəyənilən xüsusiyyətlərdən biri isə çox geniş çeşid və rəng seçiminin olmasıdır. Decathlon, Twigi, Yargıcı Kemal Tanca’da yağış botlarının istənilən rəngini, habelə düyməli, ipli və üzərində müxtəlif simvollar olan modellərini sifarişini etməyiniz mümkündür.

Uzunboğaz çəkmələr

Uzunboğaz çəkmələr adətən dizə qədər və ya dizdən biraz daha aşağı uzunluqda olurlar. Ayaqqabı sifarişlərində çox alınmağına səbəb isə həm dikdaban, həm də yastıdaban modelləri sifariş etməyin mümkün olmasıdır. Digər bir səbəb isə uzunboğaz çəkmələrə müxtəlif stillərin rahat uyğunlaşdırıla bilməsidir, belə ki, üzərində müxtəlif nişanları, vintage naxışları və digər modellər istənilən geyim tərzi ilə birgə istifadə edilə bilər. Bəs belə çəkmələri Türkiyədən necə sifariş edə bilərik? Ayaqqabı sifarişlərinizdə Hotiç, Deichmann, Instreet Vakko kimi markaların həm dəri, həm də süet materialdan hazırlanmış botlarına nəzər yetirə və geyiminizi tamamlaya bilərsiniz. Həmçinin, LC Waikiki, Defacto, Pull&Bear Mango da öz onlayn mağazalarında bu cür ayaqqabılar təklif edirlər, əgər siz də rahat geyimlərdən istifadə etməyi xoşlayırsınızsa, o zaman bu mağazalardan bütün kombininizi əldə etməyiniz onlayn alış-verişə xərclədiyiniz zamanı xeyli azaltmağınıza kömək olacaq.

Hərbi çəkmələr

Bu botlar ilk dəfə əsgərlərin istifadəsi üçün hazırlandığından əsgər botları kimi də adlandırılır. Hazırda isə həm kişilərin, həm də qadınların onlayn ayaqqabı sifarişlərində rahatlığı, materialının sukeçirməz olması səbəbindən seçilir. Belə botları bir çox tanınmış brendin onlayn mağazasından tapa bilərsiniz. Amma xüsusən, US Polo ASSN, The North Face, Skechers New Balance-ın 2020-2021 qış ayaqqabıları kolleksiyasına baş çəkməyinizi tövsiyyə edirik, çünki hazırda bu onlayn alış-veriş saytlarının hər birində qış endirim kampaniyaları keçirilir.

Daha çox qarda istifadə edilən “ugg” botlar

Bir çoxlarının “ugg” olaraq tanıdığı bu ayaqqabılar, əsasən, bu aylarda ayaqqabı sifarişlərində çoxluq təşkil edir, çünki içinin tamamilə yundan hazırlanması soyuq havalarda ayaqqabı sifarişi edərkən axtarılan əsas xüsusiyyətlərdəndir. Bu adla tanınmağına səbəb isə ideyanın ilk dəfə “Ugg” markası tərəfindən irəli sürülməsi və brendin qısa zamanda lüks markalardan ayaqqabı sifarişi etmək istəyənlərin sevimlisinə çevrilməsidir. Məşhur markalar bu botlardan çox az sayda istehsal etsə də, Trendyol, Boyner Gittigidiyor kimi onlayn alış-veriş saytlarından belə ayaqqabıların müxtəlif modellərini sifariş etməyiniz mümkündür.

Kovboy çəkmələri

Təkcə qərb üslubunu və kovboy fimlərini sevənlərin deyil, bir çox alıcının ayaqqabı sifarişlərində rast gəlinən ayaqqabı növlərindən biri də kovboy çəkmələridir. Müxtəlif rəngdə olan və həm uzunboğaz, həm də ayaq biləyindən olan modellərin istehsal edildiyi bu çəkmələr öz görünüşü ilə digər botlarınızdan asanlıqla fərqlənəcək. Ayaqqabı sifarişlərinizdə bu botları alarkən fikir verməli olduğunuz digər məqam isə kombininizdə digər ornamentlərin olmamasıdır. Beləliklə, növbəti dəfə N11, Hepsiburada Morhipo kimi həmişə alış-veriş etdiyiniz onlayn mağazalardan belə ayaqqabı sifarişi edərkən həmin çəkmələrə uyğun sadə geyimlər seçməyə də diqqət edin.

Oxford və Brogue model ayaqqabılar

Türkiyədən ayaqqabı sifarişlərində bir çox kişi alıcılar klassik ayaqqabı modellərindən Oxford və Brogue çəkmələrinə də üstünlük verirlər. Görünüşcə bir-birinə çox bənzəsələr də, əslində bu ayaqqabıları bir-birindən fərqləndirən cəhətlər mövcuddur.

Oxford model ayaqqabılar– Klassik geyim həvəskarlarının ayaqqabı sifarişlərində mütləq büdcə ayırdıqları modellərdən biridir. 1800-cü illərdə meydana çıxıb və necə olduğu bilinməsə də, Oxford universiteti tələbələri arasında xeyli məşhurlaşıb, adını da məhz buradan götürmüşdür.

Brogue model ayaqqabılar-Ayaqqabı sifarişi edərkən bu modelin adını yazaraq axtarırsınız və tapa bilmirsinizsə, o zaman çox güman ki, onun əslində Oxford modelinin bir növü olduğunu bilmirsiniz. Bu çəkmələr tikiş stilinə görə tamamilə eynidir, təkcə fərq isə Brogue model ayaqqabıların hava keçiriciliyi təmin etmək üçün dəlikli olmasıdır.

Tergan, Cabani, Greyder, Ayakkabı Dünyası Aldo belə ayaqqabı sifarişi edəbiləcəyiniz ən yaxşı saytlardan hesab olunurlar, çünki həm də vaxtaşırı endirim kampaniyaları tətbiq edirlər. Odur ki, kostyumunuzla uyğunlaşacaq klassik çəkmə axtarışındasınızsa, bu saytlardan ayaqqabı sifarişi etməyinizi tövsiyyə edirik.

Beləliklə, bu bloqumuzda onlayn sifarişlərinizdə qış ayaqqabısı seçərkən diqqət etməli olduğunuz faktorlar, qış ayaqqabılarının növləri və kolleksiyalarında belə çəkmələri təklif edən məşhur brendlər haqqında ətraflı məlumat aldınız. İndi isə qış ayaqqabınızı geyinəcəyiniz şəraitə və geyim tərzinizə uyğunlaşdıraraq onlayn sifariş verə bilərsiniz.

Hər birinizə xoş alış-verişlər!

Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

Ayaqları üşüyənlər bunu mütləq oxusunlar. Ayaqlar niyə üşüyür, ayaqların soyuq olmasının səbəbləri

Orqanizmin anotomik quruluşundan asılı olaraq insanların əksəriyyti ayaqlarının üşüməsindən şikayət edir. Ayaqların üşüməsi daban hissədə piy toxumasının olmaması və əzələnin az olması ilə əlaqədarr baş verir. Bu səbəblərə görə də insanlara soyuq aylarda isti ayaqqabı geymək məsləhət bilinir. Çünki, soyuq havalarda isti ayaqqabı geymədikdə ayaqlarda istilikitirmə baş verir. Bu da ayaqların tempraturunun düşməsinə və donmalara səbəb ola bilir. Bəzi insanlar vardır ki, onların ayaqları isti havalarda da soyuq olur. Bəs bunun səbəbi nədədir?

* Vegetativ damar distoniyası

Bu diaqnoz orta yaşlı insanların 80%-ə qoyulur. Patoloji əlamət simpatik və parasimtatik sinir sisteminin pozulması səbəbli baş verir ki, bu da damarlarda tonusun aşağı düşməsinə səbəb olur.Xəstəlik venaların tonucunun qaldırılması istiqamətində müalicə tələb edir.

* Arterial təzyiqin aşağı olması

Arterial təzyiqi aşağı olan adamların da ayaqlarında üşümələr olur. Onların topuqlarına və ayaqlarının altına toxundaqda soyuq olur. Qan dövranının yaxşılaşdırılması və təzyiqin noprmallaşması istiqaməıtində aparılan müalicələr əlaməti aradan qaldırır.

* Orqanizmin quruluşu

Arıq və döş qəfəsi uzun quruluşa malik olan adamların ayaqlar daima soyuq olur. Belə adamlar asteniklərdir. Onların ürəklərinin ölçüsü kiçik olur və bu səbəbdən də qan dövranlarında pozulmalar baş verir.

* Dəmir-defisit anemiya

Dəmir-defisit anemiya xəstəliyi hipoksiyaya səbəb olur ki, bu da ətrafların qanla yaxşı qidalanmamağına səbəb olur. Bu səbəbdən də ayaqlar oksigen aclığı yaşayır və daima üşüyür.

* Helmintozlar

Parazitlər orqanizmə toksin ifraz edirlər. Bu da damarların tonusunun aşağı düşməsinə səbəb olur və ayaqlar üşüyür.

* Siqaret

Siqaret çkənlərin damarlarında baş verən spazmlar ayaqların üşüməsinə səbəb olur.

* Oynaqların ateresklerotik dəyişilmələri

Xolesterin məhsullarının oynaqlarda yığılması damarların normal işləməməyinə səbəb olur və ayaqlarda üşümələr baş verir.

* Onurğa xəstəlikləri

Onurğada meydana gələn müxtəlif patoloji xəstəliklər ayaqları qidalandıran sinir uclarının fəaliyyətinin zəifləməsinə səbəb olur. Bu ayaqların həmişə soyuq olmasına gətririb çıxarır.

* Bəzi dərman maddələri

Beta adrenoblakatorlar sinir uclarına təsir edən dığərmanlardır. Bu dərmanları qəbul edən zaman ayaqlarda üşümələr baş verir.

Ayaq üşüdükdə nə etmək lazımdır?

  • * Ayaqlarınızı və pəncələrinizi hərəkət etdirin. Kontrast duş qəbul edin. Gah soyuq, gah da isti duş sizin ayaqlarınıza qanın yaxşı işləməsini təmin edəcək.
  • * İdmanla məşğul olun. Hər gün qaçmağa vaxt ayırırn.
  • * Pis vərdişlərinizdən uzaq dururn.
  • * Düzgün və sağlam qidalanın. Qida rasionunuzda dəniz məhsullarından çox istifadə edin. Qanın artmasına faydalı olan meyvə-tərəvəzlərlə qidalanın.
  • * Çəkinizi və qida balansınızı normada saxlayın.
  • * Düzgün ayaqqabı seçin.
  • * Ayağınızı isti yay günlərinə günəş şüalarının altında saxlayın.

Böyrək

Böyrək – lobyaşəkilli cüt orqandır. Qanın təmizlənməsi və sidik yaranmada birbaşa iştirak edir. Bu orqan sidik-ifrazat sisteminə daxildir.

Böyrəyin anatomiyası

Böyrəklər insan bədənində qarnın arxa divarında, bel nahiyəsində yan tərəflərdə axırıncı 2 döş və I-II bel fəqərəsi səviyyəsində yerləşir. Sağ böyrək sola nisbətən bir qədər aşağıdadır. Çünki o, yuxarıdan qaraciyərlə sərhədlənir.

Böyrəyin normal ölçüləri

Yetkin insanda böyrəyin uzunluğu təqribən 11.5-12.5 sm, eni 5-6 sm, qalınlığı isə 3-4 sm-dir. Çəkisi 120-200 qramdır. Adətən sol böyrək sağla müqayisədə bir qədər böyük olur.

Böyrəyin daxili quruluşu

Hər bir böyrək sərt fibroz birləşdirici kapsulla əhatə olunaraq, parenxima, sidiktoplayıcı və sidikçıxarıcı sistemlərdən ibarətdir. Parenxima xarici qabıq (korteks) və daxili beyin (medulla) qatlarından təşkil olunmuşdur.

Sidiktoplayıcı sistemə 6-12 ədəd xırda kasacıq daxildir. Onlar öz aralarında 2-3 ədəd birləşməklə iri kasacıqlar (2-4) əmələ gətirilər. İri ölçülü kasacıqların birləşməsindən isə böyrək ləyəni yaranır. Ləyən sidik axarına keçir. Sağ və sol sidik axarları sidik kisəsinə açılır.

Böyrəklərin morfo-funksional vahidi nefrondur. Nefron sidik əmələ gətirmə funskyasını yerinə yetirən spesifik strukturdur. Böyrəklərin hər birində 1 milyondan çox nefron mövcuddur.

Böyrəyin funksiyaları

  • İfrazat (ekskretor);
  • Osmorequlyasiya (su-elektrolit balansının tənzimi);
  • İonorequlyasiya (ion balansının tənzimi);
  • Endokrin (daxili sekretor vəzi kimi);
  • Metabolik;
  • Qan yaranma.

İfrazat funksiyası böyrəyin əsas vəzifələrindəndir. O, sekresiya və filtrasiya prosesləri ilə həyata keçir. Yüksək təzyiq altında böyrəklərə daxil olan qan plazma ilə birlikdə Şumlyan-Boumen kasacıqlarında filtrlənir. Yaranan maye birincili sidik adlanır.

Bu maye nefron kanalcıqlarında öz hərəkətini davam etdirir. Məhz burada qidalı maddələrin (qlükoza və s.), su və elektrolitlərin geriyə, yəni qana sorulması baş verir. Bu zaman birincili sidiyin tərkibində sidik cövhəri, sidik turşusu və kreatinin qalır. Nəticədə ikincili sidik formalaşır, kasacıqlardan ləyənə, ordan da sidik axarına keçərək, sidik kisəsinə tökülür.

Normada gün ərzində böyrəklərdə 120-150 llitr birincili və 1.5-2 litr ikincili sidik əmələ gəlir. Həmçinin bu orqanlardan sutkada 1700-2000 litr qan keçir.

Böyrəklər həm də qan plazmasında turşu-qələvi balansının tənzimində mühüm rol oynayırlar. Orqanizmin maddələr mübadiləsinin son məhsulları, toksiki birləşmələr (o cümlədən dərmanlar), qeyri-üzvi və üzvi hissəciklərin artığı bu orqanlardan keçərək, bədəndən kənarlaşdırılır.

Böyrək xəstəlikləri

Böyrək xəstəlikləri və müalicəsi ilə urologiya, həmçinin nefrologiya məşğul olur. Və təbii ki, uroloq kimdir sualına belə cavab verə bilərik: uroloq böyrək xəstəlikləri, o cümlədən bütün sidik-cinsiyyət sisteminin patologiyalarının müalicəsi ilə məşğul olan həkimdir.

Bu xəstəliklərə aşağıdakılar aiddir:

  • Nefrolitiaz (böyrək daşı xəstəliyi);
  • Pielonefrit (böyrəyin iltihabı xəstəliyi). Əksərən infeksiya orqana qan vasitəsilə keçir.
  • Nefroptoz (böyrəyin sallanması). Anadangəlmə və qazanılmış olur. Çox vaxt qadınlarda rast gəlinir.
  • Hidronefroz (sidiyin ləngiməsi nəticəsində kasa-ləyən sisteminin genişlənməsi). Anadangəlmə və qazanılmış xarakterlidir. Qazanılmış forma böyrək daşının kanala düşməsi nəticəsində mexaniki ləngimə və hamiləlikdə böyrək problemi kimi təzahür edir. Xəstəlik birinci halda müalicə ilə, hamiləliklə əlaqəli olduqda isə yüngül formalarda uşaq doğulduqdan sonra öz-özünə keçib gedir.
  • Böyrək çatışmazlığı. Orqan öz funksiyasını yerinə yetirə bilmir. Onun kəskin və xroniki formaları qeydə alınır.
  • Qlomerulonefrit. Böyrək yumaqcıqları və kanalcıqlarının zədələndiyi iltihabi xəstəlikdir.

Xülasə

Bu iki ədəd lobyaşəkilli orqan həyati vacib funskiyaları yerinə yetirdiyindən özünüzü infeksiyalardan və böyrək soyuqlamasından qorumağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.