Press "Enter" to skip to content

Gəncədə I Gəncə Kitab Sərgisi keçirilir

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin sədri Şəmil Sadiq bildirib ki, “I Gəncə Kitab Sərgisi” “Nizami Gəncəvi İli”nə həsr olunub. Sərgidə ölkənin ən yaxşı nəşriyyatları iştirak edir. Gəncə kitabsevərlərinin aktivlik göstərəcəyinə inandığını vurğulayan Şəmil Sadiq, 3 gün ərzində oxucuların burada yeni kitablarla tanış olacağını, endirimlərdən yararlanacaqlarını bildirib.

Şahbaz Xuduoğlu Gəncə Kitab Sərgisində

Professor Qılıncxan Bayramov oxucuları 1-10 Oktyabrda Bakı idman sarayında olacaq Milli kitab satış sərgisinə dəvət etdi.

21 January 2022
Persi Cekson. Həyəcan dolu macəraya səndə qatıl.
22 September 2021
Milli Kitab Satış Sərgisinin Fəxri qonağı müəyyən oldu.
18 November 2021
Milli Kitab Satış Sərgisində Vidadi Həsənovla görüş və imza saatı.
22 December 2021
Milli Kitab Şatış Sərgisində Cəlalə Nəzəroğlu ilə görüş
4 December 2021
MİLLİ KİTAB SATIŞ SƏRGİSİ BARƏDƏ BƏZİ ZİYALILARIMIZIN FİKİRLƏRİ
4 December 2021
Milli Kitab Satış Sərgisi
15 October 2021
Mehman Hüseynovla görüş Sosial şəbəkələr,tənqidi fikirlər və onun cəzaları.
10 December 2021
I Milli Kitab Sərgisində Sabir Rüstəmxanlı ilə görüş
19 January 2022
Harri Potterin sehrli dünyasına yollanmaq istəyirsiniz? O zaman elə indi sifariş edin.
15 October 2021
Fazil Mustafayev Milli Məclisdə kitab üzərindən ƏDV-nin götürülməsinin vacibliyindən danışdı.
14 June 2022
Bir ümiddir yaşamaq | Rahim Telman Sadiqbəyli ilə söhbət
10 September 2021
Amerikalı futbol ulduzu Aaron Rodgers
3 December 2021
“Gəncə kimi tarixi şəhərdə bir kitab mağazası var, bu, faciədir” – KİTABSIZLIQ
6 December 2021
“Bir ümiddir yaşamaq” kitabından bir parça müəllifin ifasında.

Tarix

Tarix

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Gəncədə I Gəncə Kitab Sərgisi keçirilir

Gəncədə I Gəncə Kitab Sərgisi keçirilir Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə I Gəncə Kitab Sərgisi keçirilir.

26 Noyabr , 2021 11:11

https://static.report.az/photo/91bd86ed-9791-39e8-8751-d3be964c4654.jpg

Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə “I Gəncə Kitab Sərgisi” keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində təşkil olunmuş sərgidə Gəncədə səfərdə olan Xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin üzvləri sərgidə iştirak edən yazıçılar və mədəniyyət nümayəndələri ilə görüşüblər. “Nizami Gəncəvi İli”nə həsr olunan sərgidən əvvəl dahi şair Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib. Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edib. Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramlar keçiriləcək.

Gəncə kitab

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “I Gəncə Kitab Sərgisi”nin açılışı olub.

“Unikal” xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhərdə fəaliyyət göstərən idarə müəssisə və təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, “I Gəncə Kitab Sərgisi”nin önəmindən söz açıb. O qeyd edib ki, bu gün kitaba və mütaliəyə olan marağın artırılması olduqca vacibdir və bu baxımdan bu cür tədbirlərin təşkili önəm daşıyır.

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin sədri Şəmil Sadiq bildirib ki, “I Gəncə Kitab Sərgisi” “Nizami Gəncəvi İli”nə həsr olunub. Sərgidə ölkənin ən yaxşı nəşriyyatları iştirak edir. Gəncə kitabsevərlərinin aktivlik göstərəcəyinə inandığını vurğulayan Şəmil Sadiq, 3 gün ərzində oxucuların burada yeni kitablarla tanış olacağını, endirimlərdən yararlanacaqlarını bildirib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov, Xalq şairi Sabir Rüstəmxanlı və başqaları çıxış edərək, “Nizami Gəncəvi İli”ndə Nizami yurdunda keçirilən “I Gəncə Kitab Sərgisi”nin gəncəli kitabsevərlər üçün əsl bayram olduğunu bildiriblər.

Məlumat üçün bildirək ki, sərgidə ANİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi də yer alır. Bu guşə öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub.

Həmçinin burada Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedirik” layihəsinin stendi də quraşdırılıb. Layihənin məqsədi işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitabların toplanmasıdır. Sərgi iştirakçıları da öz növbələrində layihəyə dəstək verərək, işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondları üçün müxtəlif nəşrlər hədiyyə ediblər.

Qeyd edək ki, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində baş tutan sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir. Sərgidə satışa çıxarılan kitablara 50%-dək endirim tətbiq olunacaq. 3 gün əzrində məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi və bədii proqramlar keçiriləcək.

“I Gəncə Kitab Sərgisi” 28 noyabr 2021-ci il tarixində yekunlaşacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.