Press "Enter" to skip to content

Gəncə mdb nin mədəniyyət mərkəzi kimi

Sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetmə mərasimi olub. Sertifikat Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə təqdim edilib. Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” loqosunu və üzərində dahi Azərbaycan şairi, filosov Nizami Gəncəvinin portreti olan xalçanı MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoya və rəhbərlik etdiyi nümayəndə heyətinin hər birinə, eləcə də Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinə hədiyyə edib.

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı-2017” beynəlxalq layihəsinin rəsmi açılış mərasimi olub – FOTO

Gəncə. 18 mart. REPORT.AZ/ “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” beynəlxalq layihəsinin rəsmi açılışı keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları qədim Nizami yurdunda görməkdən məmnun olduğunu bildirib. O, qədim tarixə malik Gəncənin mədəniyyət paytaxtı adına layiq olduğunu diqqətə çatdırıb. Sonra söz MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoya verilib. “Gəncə SSRİ vaxtı, əsasən sənaye mərkəzi kimi tanınsa da, şəhərin tarixi, elm və incəsənəti daim inkişaf edib. Gəncə dünyaya Nizami Gəncəvi kimi dahi şəxsiyyət bəxş edib. Elə bu göstərici şəhərin mədəniyyət paytaxtı olmasına kifayət edir”, – deyə o bildirib. MDB-nin İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər Departamentinin direktor müavini Amoncan Eşankulov da tədbirdə çıxış edib və öz təbriklərini çatdırıb, 2011-ci ildən hər il müxtəlif şəhərlərin bu statusu əldə etdiyini, lakin Gəncənin bu adı daha layiqli şəkildə daşıyacağına inandığını bildirib. Daha sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetməsi olub. Sertifikat Şvıdkoy tərəfindən Gəncə meri Elmar Vəliyevə təqdim edilib. Daha sonra 2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə bir qrup idmançı təltif olunub, onlara hədiyyələr verilib. Layihənin açılış mərasimindən sonra qonaqlar Heydər Əliyev Park Kompleksində təşkil olunmuş Novruz bayramı münasibəti ilə keçirilən ümumşəhər tədbirində iştirak ediblər. Günün ikinci yarısında isə Heydər Əliyev Parkında “Gəncə MDB-nin Paytaxtı – 2017” beynəlxalq layihənin rəsmi açılışına və Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə yerli mədəniyyət nümayəndələri və ölkənin tanınmış müğənniləri iştirak ediblər.

Gəncə mdb nin mədəniyyət mərkəzi kimi

“Gəncə – MDB Mədəniyyət Paytaxtı 2017” beynəlxalq layihənin rəsmi açılışı olub.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, rəsmi hissədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, yerli və xarici qonaqlar iştirak ediblər.

Elmar Vəliyev tədbir iştirakçılarını Azərbaycan xalqının adət və ənənələrlə zəngin el şənliyi, “Novrzu bayramı” münasibəti ilə təbrik edib. İcra başçısı vurğulayıb ki, 2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları şurasının 25-ci yubiley sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı olması xəbəri gəncəlilər tərfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimində iştirak dən qonaqların diqqətinə çatdırıb ki, Gəncə bu gün yalnız Azərbaycanın ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə respublikada gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəni mərkəzlərdən biridir.
MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy çıxışında bildirib ki, Gəncə SSSR vaxtı əsasən sənaye mərkəzi kimi tanınsa da, şəhərin tarixi, elm və incəsənəti daim inkişaf edib.

GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin elmi katibi, akademik Fuad Əliyev də tədbirdə çıxış edərək Gəncənin elm, təhsil, mədəniyyət sahələri və dahi şəxsiyyətləri barədə danışıblar.

Sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetmə mərasimi olub. Sertifikat Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə təqdim edilib. Elmar Vəliyev “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” loqosunu və üzərində dahi Azərbaycan şairi, filosov Nizami Gəncəvinin portreti olan xalçanı MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoya və rəhbərlik etdiyi nümayəndə heyətinin hər birinə, eləcə də Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinə hədiyyə edib.

Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Günün ikinci yarısında isə “Gəncə MDB-nin Paytaxtı – 2017” beynəlxalq layihənin rəsmi açılışına həsr olunmuş yerli və MDB ölkələrindən gəlmiş tanınmışların iştirakı ilə konsert keçirilib.

Konsertdən sonra qonaqlar Azərbaycanın dilbər güşəsi olan “Göygöl”ə səfər ediblər.

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı – 2017”: təntənəli açılış mərasimində unudulmaz anlar yaşanıb VİDEO

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin təntənəli açılış mərasimi iştirakçılarda böyük təəssürat və xoş ovqat yaradıb.

AZƏRTAC xəbər verir ki, layihənin açılışında iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, eləcə də digər yerli və xarici qonaqlar Heydər Əliyev Park Kompleksindəki sərgiyə baxıb, konsert proqramına tamaşa ediblər.

Hər tərəfi gül-çiçəklə bəzədilən, bayram libaslı xiyabanda qonaqları müdrik el ağsaqqalı Dədə Qorqud salamlayıb, onlara qədim Oğuz yurdu Gəncədə xeyir-dua verib. Sonra səhnədə rəmzi olaraq Gəncənin tarixi şəxsiyyətləri Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, Cavad xanın obrazları canlandırılıb. Onlar insanları humanizmə, doğruluğa, düzgünlüyə və ədalətə səsləyiblər. Cavad xan el igidlərinə şanlı keçmişimizi xatırladıb. Hər kəsi Azərbaycanın bütövlüyü və inkişafı uğrunda həmrəy olmağa çağırıb. Yazın müjdəçisi olan Bahar qız yurdumuza Novruzun gəldiyini xəbər verib. Müdrik el ağsaqqalı Dədə Qorqud həmrəylik rəmzi olan odu iştirakçılara təqdim edib və Novruz tonqalı bu odla alovlandırılıb. Novruzun rəmzlərindən olan Kosa və Keçəlin məzəli çıxışı, qonaqlarla yumurta döyüşdürməsi maraqla qarşılanıb. Gəncə Dövlət Filarmoniyasının, Göygöl Dövlət Mahnı və Rəqs ansamblının kollektivləri qonaqlar qarşısında şən rəqslərlə çıxış ediblər. Meydanda bəzədilən çadırlar önündə Məhsəti Gəncəvinin ədəbi İrfan məclisi qurulub. Tədbir iştirakçıları Xaqani Şirvani, Qətran Təbrizi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Nigar Rəfibəylinin bənzərsiz poeziya dünyasına səyahət ediblər.

Xiyaban boyu quraşdırılan pavilyonlarda şəhərin idarə, təşkilat və müəssisələrinin hazırladığı stendlər qonaqlara təqdim olunub. Bu pavilyonlarda gəncəli sənətkarların dekorativ-tətbiqi sənətkarlığın müxtəlif sahələrinə aid hazırladığı dəmirçilik, misgərlik, zərgərlik, şüşəişləmə, ağacişləmə, səbəttoxuma və digər sənət nümunələri nümayiş etdirilib.

Qədim və müasir Gəncə-Qazax qrupu xalçalarının nümayiş olunduğu pavilyonda qonaqlara yeni toxunmuş Gəncə xalçası hədiyyə edilib. İştirakçılar burada quraşdırılan “Bazar meydanı” tamaşasına da maraqla baxıblar. Meydan tamaşada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının motivləri əsasında hazırlanan yumorlu səhnəciklər iştirakçılar tərəfindən təbəssümlə qarşılanıb. İdmanın müxtəlif növlərində təmsil olunan gənclərin nümunəvi çıxışları, eləcə də pəhləvanların kəndirdartma, qolgüləşdirmə kimi nömrələri xoş ovqat yaradıb.

Bayram tədbirində qədim Gəncənin milli yemək və çay süfrəsi açılıb. İştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, müxtəlif çörəklər, qəlyanaltılar, içkilər, şərbətlər və şirniyyatlar təqdim edilib. MDB dövlətlərinin milli geyimlərində mahnı oxuyan, rəqs edən, şeir deyən balacaların, gənclərin çıxışları, estrada və xalq mahnıları, muğamlar, müxtəlif çalğı alətlərində ifa olunan musiqilər hər kəsə unudulmaz anlar yaşadıb.

Sonda ulu Nizami Yurdunun minilliklərdən boylanan şanlı tarixini, zəngin mədəniyyətini, adət-ənənələrini və milli-mənəvi dəyərlərimizin ən gözəl xüsusiyyətlərini özündə təcəssüm etdirən möhtəşəm bayram tədbirinə konsert proqramı ilə yekun vurulub.

Comments are closed, but trackbacks and pingbacks are open.