Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilib
Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclis i “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edib. “Report” xəbər verir ki, layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Dəyişikliklə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılıb. Qanunun 4-cü (Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri) maddəsinə edilən əlavədə nəzərdə tutulur: 1.Aztəminatlı gənc ailələrin sosial müdafiəsi, 2.Gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, 3.Gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi, 4.Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərli keçirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, 5.Gənclər arasında könüllülük fəaliyyətinin təşviqi, 6.Gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması, 7.Gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması, 8.Gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi. Dəyişiklə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşib Qanunun 5-ci (Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı) maddəsinə edilən əlavəyə əsasən, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupundan olan gəncələrə aşağıdakı xidmətlər göstəriləcək: 1.Risk qrupundan olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi, 2. Risk qrupundan olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi, 3. Risk qrupundan olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi, 4.Cəzaçəkmə müəssisələrindən azad edilən sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə köməklik göstərilməsi, 5.Risk qrupundan olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi, 6. Risk qrupundan olan gənclərin sosial müdafiəsini və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi, 7.18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə bunlar qadağan edilir: Onlara tütün məmulatlarının, spirtli və enerji içkilərinin satışı, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakı, gecə klublarında və barlarda olması. Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin, onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmasını təmin etmək məqsədilə “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər. Azərbaycanda gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 5 il deyil, 10 il müddətinə funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliyə əsasən isə bu müddət 10 il olub. Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
SON DƏQİQƏ
Gənclər siyasəti Azərbaycan dövlətinin yürütdüyü siyasətin aparıcı istiqamətlərindən birini təşkil edir. Sağlam gəncliyin yetişdirilməsi, Azərbaycanın dövlət maraqlarını bilən və təmin etməyi bacaran gənclər ordusunun yaranması, intellektli gənclərin meydana gəlməsi, bəşəri və milli dəyərlərə sahib gənclərin formalaşdırılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycan gəncliyi təkcə dövlətin deyil, eyni zamanda bir çox beynəlxalq dairələrin əsas hədəflərindəndir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya qoyur. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, dahi rəhbər Heydər Əliyev deyirdi: “Azərbaycanın gələcəyi gənclərə məxsusdur”. Bu dahiyanə deyilmiş sözlərdə həm Azərbaycanın gələcəyi, həm də bu gələcəyə qarşı məsuliyyəti özünü ifadə edir. Bu mənada ki gələcəyini qarant altına almaq istəyən millət gəncləri, yeni gənc nəsli tərbiyə edir, onun qayğısına qalır, millətin sabahını etibara buraxır. Azərbaycan xalqının gələcəyi üçün etibarlı gəncliyin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin dühası təməl oldu. Gəncliyə doğru qiymət verilməsi və münasibət göstərilməsini öyrədən dahi lider: “Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaq” – deyə, məhz gələcəyin etibarlı, möhkəm sütunlar üzərində durması üçün bu məsuliyyət və vəzifəni daşıya biləcək gəncliyin hazırlanması və tərbiyəsinə yönəlik siyasət müəyyənləşdirdi: bu siyasət Azərbaycanın dövlət gənclər siyasətidir ki, bu gün öz bəhrələri ilə Azərbaycan xalqına böyük uğurlar bəxş edərək həm də ulu öndərin layiqli davamçıları, Heydər Əliyev siyasi məktəbinin istedadlı nümayəndələri olan cənab İlham Əliyev və hörmətli Vasif Talıbov tərəfindən daha da böyük uğurlarla davam və inkişaf etdirilir.
Müasir Azərbaycan gəncliyi böyük bir qüvvə kimi dahi rəhbərimizin bilavasitə qayğısı əhatəsində böyümüş, Azərbaycanın müstəqilliyi və dövlətçiliyi yolunda mütəşəkkil bir təşkilatlanmaya nail olmuşdur. Ümummilli lider deyirdi: “Gənclər böyük qüvvədir… Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu baxımdan ümummilli lider Heydər Əliyev Azərbaycan gəncliyini doğru yola yönəltmək sahəsində onlara mənəvi ATA oldu. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi doğru yol istiqamətində Azərbaycan gəncləri öz tükənməz enerji və potensiallarını doğru işə, ali məqsədə, milli mənafeyə həsr etməyə müvəffəq oldular. Ulu öndərin göstərdiyi diqqət sayəsində Azərbaycan gəncliyinin təhsilli, tərbiyəli, mədəni, əxlaqlı, müasir dünyagörüşlü tərbiyə olunması kimi konseptual işlər həyata keçirildi. Beləliklə, Azərbaycan gəncliyi daha da möhkəm, inamlı, mütəşəkkil və məfkurəli, qüvvətli, qüdrətli orduya çevrildi. Azərbaycanda gəncliyə həmişəlik qayğını artırmaq və diqqət mərkəzində saxlamaq məqsədi ilə gənclərin böyük hamisi ümummilli lider Heydər Əliyev tərəfindən 2 fevral tarixi məhz gənclərin şərəfinə Gənclər Günü kimi təsis edildi. 1996-cı ildən etibarən hər il Gənclər forumunun keçirilməsi ənənəsi mövcuddur. 2 fevral 1996-cı ildə keçirilən Gənclər forumu Azərbaycan gənclərinin taleyində böyük dönüş yaradan tale əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməlidir. Təsadüfi deyil ki, Azərbaycan Gənclər siyasəti haqqında qanunda da deyilir: “Dövlət gənclər siyаsəti Аzərbаycаn Rеspublikаsının fəаliyyətinin mühüm istiqаmətidir və оnun dövlət hаkimiyyəti оrqаnlаrı tərəfindən həyаtа kеçirilən bu siyаsət böyüməkdə оlаn nəslin hərtərəfli inkişаfı, bütün cəmiyyətin mənаfеyi nаminə gənclərin pоtеnsiаlındаn dаhа dоlğun istifаdə еdilməsi üçün sоsiаl-iqtisаdi, siyаsi-hüquqi, təşkilаti şərаit və təminаtlаr yаrаtmаq məqsədi güdür”. Bu baxımdan ulu öndər Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etməklə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə o zaman Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb, 1995-ci ildə isə ulu öndər tərəfindən Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürülüb. Bu məqsədlə də 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 Fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi diqqəti cəlb etdi. “Dövlət gənclər siyasəti haqqında” fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir.
Ölkəyə düzgün rəhbərliyin, xalqa və vətənə məhəbbətlə, Heydər Əliyev siyasi kursuna sədaqətlə yorulmaz və əzmkar fəaliyyətin nəticəsində dövlətimiz misilsiz bir inkişafa qədəm basıb, görünməmiş böyük uğurlar əldə edib, regionda liderliyə nail olunub. Bu gün minlərlə gənc cənab İlham Əliyevin liderliyi ilə onlara etibar olunmuş Azərbaycan dövlətinin inkişafı və təhlükəsizliyi yolunda çalışmaqdadır. Cənab İlham Əliyevin böyük bacarıqla davam etdirdiyi Heydər Əliyev siyasəti və kursu sayəsində əldə olunmuş böyük nailiyyətlər, irimiqyaslı layihələr və Azərbaycanın sosial rifahına yönəlik maliyyə resursları, sabit sosial-iqtisadi inkişaf məhz gənc Azərbaycan rəhbərliyinin və onun Prezidentinin uğurlarını təcəssüm etdirir. Bu gün uğurla yürüdülən gənclər siyasəti artıq öz bəhrəsini göstərməkdədir. Son dövrün hadisələri də göstərdi ki, ölkəmizdə vətənpərvər və istedadlı bir gənclik formalaşdırılmışdır. İndi həmin gənclik ölkəmizə uğurla xidmət göstərməkdə və öz töhfələrini verməkdədir. Həm Aprel qələbəsi, həm də Günnüt zəfəri bilavasitə Milli Orduda sədaqətli, vətənpərvər və fədakar bir gəncliyin verdiyi mücadilənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə tam bir əminlik yaratdı.
Bunu da qeyd etmək lazımdır ki, qətiyyətlə davam etdirilən ulu öndər Heydər Əliyev siyasəti sayəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişaf və valehedici bir intibaha nail olunmuşdur. Naxçıvan Muxtar Respublikasında gənclərin qayğılarının diqqətə alınması, onlara hərtərəfli və ardıcıl qayğı göstərilməsi gənclərin problemlərinin kökündən həll edilməsi və onların ictimai fəallığının artmasına səbəb olub. 2018-ci ildə Naxçıvanın Gənclər paytaxtı seçilməsi də bu sahədə əldə edilən nailiyyətlərdən biri kimi olduqca razılıq doğuran bir haldır. Naxçıvanda keçirilən Avropa günləri də, bir sıra ölkələrdən gələn gənc qonaqların təəssüratları da bir daha göstərdi ki, Naxçıvan hər bir sahədə region üçün liderdir və nümunəvidir.
Bəli, gənclik böyük qüvvədir. Ümummilli lider Heydər Əliyev Azərbaycan gəncləri qarşısında vəzifələr müəyyənləşdirərkən deyirdi: “Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad edilməsi, . Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür”. Bu baxımdan müdrik lider Heydər Əliyevin liderliyi altında mütəşəkkilləşən və güclü bir ictimai qüvvəyə çevrilən Azərbaycan gəncliyinin qarşısında ümumvətən motivli ciddi vəzifələr dayanır. Bu vəzifələrin həyata keçirilməsi hər bir gəncin vətən qarşısında ictimai fayda kəsb edən töhfələrinin müəyyənləşməsinə kömək edir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilib
“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilib Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisi “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edib.
12 Fevral , 2019 14:54
https://static.report.az/photo/8949eb80-92b7-44c9-89f7-244cb9fa808e.jpg
Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclis i “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edib. “Report” xəbər verir ki, layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunub. Dəyişikliklə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılıb. Qanunun 4-cü (Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri) maddəsinə edilən əlavədə nəzərdə tutulur: 1.Aztəminatlı gənc ailələrin sosial müdafiəsi, 2.Gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, 3.Gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi, 4.Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərli keçirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, 5.Gənclər arasında könüllülük fəaliyyətinin təşviqi, 6.Gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması, 7.Gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması, 8.Gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi. Dəyişiklə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşib Qanunun 5-ci (Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı) maddəsinə edilən əlavəyə əsasən, “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupundan olan gəncələrə aşağıdakı xidmətlər göstəriləcək: 1.Risk qrupundan olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi, 2. Risk qrupundan olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi, 3. Risk qrupundan olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi, 4.Cəzaçəkmə müəssisələrindən azad edilən sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə köməklik göstərilməsi, 5.Risk qrupundan olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi, 6. Risk qrupundan olan gənclərin sosial müdafiəsini və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi, 7.18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə bunlar qadağan edilir: Onlara tütün məmulatlarının, spirtli və enerji içkilərinin satışı, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakı, gecə klublarında və barlarda olması. Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin, onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmasını təmin etmək məqsədilə “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər. Azərbaycanda gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 5 il deyil, 10 il müddətinə funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək. Qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliyə əsasən isə bu müddət 10 il olub. Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Gənclər siyasəti
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:
- Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;
- İstedadlı gənclərə dövlət qayğısı;
- Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;
- Gənclərin məşğulluğunun təmin edilməsi;
- Gənc ailələrə dövlət yardımı;
- Gənclər təşkilatlarına dövlət yardımı.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.
1997-ci il fevralın 1-də “2 fevral” – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.
Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir.
Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər ili” elan edilmişdir.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər), “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlarla müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır.
Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi – 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir.
2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.
Bakıda Gənclər Mərkəzinin, regionlarda isə “Gənclər Evi”nin inşa edilməsi üçün müvafiq addımlar atılmışdır. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda gənclər evi tikilməsi üçün layihələr təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaq, yaxın 2-3 ildə isə15 gənclər evi inşa olunacaq.
Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaqdır.
Comments are closed, but trackbacks and pingbacks are open.