Gözəgörünməz adam
– Bizim təhsil müstəqilliyin ilk illərinə düşdü. O vaxt xüsusilə kənd yerlərində təhsil bir qədər zəif idi. Humanitar sahəyə marağım var idi, ancaq bu sahə üzrə yaxşı müəllimlər olsa da, onlar repetitorluq etmirdi. Dəqiq elmlər üzrə ali məktəbə daxil olmaq imkanı isə fərqliydi. Çünki məktəbimizdə riyaziyyat müəllimi uşaqları ali məktəbə hazırlaşdırırdı. Digər tərəfdən uşaqlıqdan riyaziyyat fənnini sevirdim. Nəticədə, bu istiqamətdə ali məktəbə hazırlaşıb daxil oldum.
Merilin Monronun 14 sirri
Merilin Monro obrazı bu gün də sənət və gözəllik sevərləri həyəcanlandırmaqda davam edir. Təbiətin ona bəxş etdiyi sima və vücud gözəlliyindən başqa bu qadında xüsusi cazibə, məlahət və lətafət var idi. Aktrisa uzun illər zərif görünüşlü gözəl obrazları ilə yanaşı ciddi dramatik rolları da oynamaq istəyirdi. Özü belə deyirdi:
“Mənə ağılsız deyəndə, incimirəm, çünki bilirəm ki, bu, belə deyil. “
“Biz – gözəl qadınlar kişiləri narahat etməmək üçün səfeh görünməyə məcburuq. “
Aktrisanın həqiqətən də ağılsız olmadığına əminlik üçün onun kitab rəfinə nəzər salmaq kifayətdir.
Merilin Monronun 14 sevimli kitabı
Con Steynbek: “Müharibə vaxtı”
Ralf Ellison: “Gözəgörünməz adam”
Albert Kamyu: “Süqut”
Cek Keruak: “Yolda”
Ernest Heminquey: “Fiesta”
Con Steynbek: “Tortilya-Flet məhəlləsi”
Ernest Heminquey: “Əlvida, silah”
Teodor Drayzer: “Kerri bacı”
Şervud Anderson: “Uaynsburq, Oqayo”
Harold Flender: “Paris bluzu”
Semuel Bekket: “İmzasız”
Cozef Konrad: “Məxfi agent”
Qustav Flober: “Madam Bovari”
Gözəgörünməz adam
Mediada bir sıra redaktorlar var ki, gördükləri çox işin müqabilində, daim kölgədə qalırlar. Yəni çox iş görürlər, amma az tanınırlar. Baxmayaraq ki, redaksiyada tutduqları posta görə ikinci adam sayılırlar. Onlar öz redaksiyalarının belə deyək ki, cəfakeşləridirlər. Çalışdıqları yerdə əsas iş icraçıları olan belə redaktorlardan biri də “Report İnformasiya Agentliyində daxili siyasət şöbəsinin redaktoru Pərvin Abbasovdur.
Unikal.org Modern.az-a istinadən “Gözəgörünməz adam rubrikasındakı müsahibəni təqdim edir:
– Pərvin müəllim, öncə oxucuların sizi daha yaxından tanıması üçün özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi?
– 1982-ci il mayın 1-də Cəlilabad rayonunun Günəşli kəndində ziyalı ailəsində anadan olmuşam. 1988-1999-cu illərdə Günəşli kənd 1 saylı orta məktəbdə oxumuşam. 1999-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. 2003-cü ildə eyni ixtisas üzrə BDU-nun magistratura pilləsinə qəbul olundum və 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. 2000-ci ildən etibarən mətbuatda yazılarım çap olunmağa başlayıb. 2003-cü ildən bu günə qədər davamlı olaraq mətbuatdayam.
2003-2005-ci illərdə “Vətəndaş Həmrəyliyi, 2005-2008-ci illərdə “Xalq Cəbhəsi qəzetində, 2008-2010-cu illərdə “Lent.az saytında, 2012-ci ilin axırına qədər APA informasiya agentliyində işləmişəm. 2013-cü ildən 2014-cü ilin iyun ayınadək Azərbaycan Hüquqşünasları Konfederasiyasının mətbuat katibi, eyni zamanda “Femida.az saytının redaktoru olmuşam. 2014-cü il iyun-iyul ayında qısa müddətli “Qafqazinfo saytında fəaliyyət göstərmişəm. 2014-cü ilin avqustun 1-dən indiyədək isə “Report informasiya agentliyində daxili siyasət şöbəsinin redaktoruyam.
Ailəliyəm, iki oğlum var. Biri 5 yaşındadır və məktəbəqədər hazırlığa gedir. Kiçik oğlumun 2 yaşı var. Həyat yoldaşım Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, müəllim işləyirdi, hazırda çalışmır.
– Mexanika-riyaziyyat fakültəsini bitirmisiniz, amma jurnalist kimi fəaliyyət göstərirsiniz.
– Bizim təhsil müstəqilliyin ilk illərinə düşdü. O vaxt xüsusilə kənd yerlərində təhsil bir qədər zəif idi. Humanitar sahəyə marağım var idi, ancaq bu sahə üzrə yaxşı müəllimlər olsa da, onlar repetitorluq etmirdi. Dəqiq elmlər üzrə ali məktəbə daxil olmaq imkanı isə fərqliydi. Çünki məktəbimizdə riyaziyyat müəllimi uşaqları ali məktəbə hazırlaşdırırdı. Digər tərəfdən uşaqlıqdan riyaziyyat fənnini sevirdim. Nəticədə, bu istiqamətdə ali məktəbə hazırlaşıb daxil oldum.
Qəzetlə ilk tanışlığım isə birinci sinifdən başlayıb. Həmin vaxtlar atam sovxozun mühasibi işləyirdi. “Kommunist qəzeti, “Azərbaycan qadını jurnalına abunə idik. Sonrakı illərdə “Gənclik jurnalı da alırdıq. Bizim evdə bir qayda var idi, qəzetləri yığırdıq və heç birini atmırdıq. O zaman yığılan qəzetləri bir-bir oxuyurdum. Düzdür, sovet dövründə qəzetlərdə dərc olunan məqalələr dar çərçivəli idi, amma nəsə öyrənməyə cəhd edirdim. Eyni zamanda müstəqillik illərinin “Səhər, “Azadlıq, “Müsavat kimi qəzetlərini uşaqlıqdan oxuyurdum. Yazılanları tam dərk etməsəm də, marağım var idi. Qəzetlərin tirajı, baş redaktoru, məsul katibi ilə maraqlanırdım. Bunların nə demək olduğunu mənə dəqiqliklə deyəcək bir tanış olmasa da, özümdə təsəvvürlər yaradırdım. Məsələn, məsul katibi vəzifəsi marağımı daha çox cəlb edirdi və fikirlərşirdim ki, qəzetin bütün yükü bu şəxsin üzərindədir. Həmçinin, uşaqlıqdan bədii ədəbiyyat oxumağımın da jurnalistikanı seçməkdə rolu olub. Məndə bədii ədəbiyyata marağı isə anam oyadıb. O, kitab, xüsusilə də bədii ədəbiyyat oxumağı çox sevir. Mən qəzetlərlə yanaşı, həm də kitabların içində böyümüşəm. Kənddəki evimizdə çoxlu kitab var.
Hə, onu da deyim ki, ötən illərdə jurnalistlər üçün keçirilən xeyli sayda təlim və seminarlarda iştirak etmişəm. Yəni, bu istiqamət üzrə təhsil də almışam.
– Bəs “Report informasiya agentliyi ilə yolunuz necə birləşdi?
– “Xalq Cəbhəsi qəzetində işləyəndə getdiyimiz tədbirlərdən Murad Əliyevi tanıyırdım. 10 ildən çoxdur ki, tanışıq. Mən APA informasiya agentliyində çalışanda o da “Trend agentliyində idi. Hər ikimiz də parlament müxbiri kimi fəaliyyət göstərirdik. Münasibətimiz həmişə yaxşı olub və bir-birimizin bacarığına bələd idik, bir-birimizi bacarıqlı jurnaist kimi tanıyırdıq.Yəqin ki, məhz buna görə məni “Reporta çağırdı.
– Bundan öncə qəzetlərdə, saytda çalışmısınız. Maraqlıdır, agentliyi digər media qurumlarından nələr fərqləndirir?
– Azərbaycanda agentliklərin xarici xəbərləri çıxmaq şərtilə daha çox öz informasiyaları, özlərinin istehsal etdiyi xəbərləri olur. Düzdür, bəzi agentliklər buna əməl etmir. Başqa xüsusiyyətlər də var.
– O zaman “Reportun özünəməxsus xəbər mənbələri də var.
– Əlbəttə. Ümumiyyətlə, jurnalistin ən böyük silahı onun mənbələridir. “Report agentliyində də müxbirlərimizin daim çalışdığı şəxslər var. Sizə deyim ki, onların kim olduğunu mən də bilmirəm. Çünki özüm onlara demişəm ki, mənbələrinizi heç mənə də deməyin.
– “Reportun 3 yaşı olsa da, adı APA, “Trend kimi uzun müddətdir fəaliyyət göstərən agentliklərlə bir sırada çəkilir. Qısa müddətdə uğur əldə etməyinizin özəl formulu nədir?
– Bunun özəl formulunun bir hissəsini deyə bilərəm. Amma digər hissəsini yəqin ki, 10-15 ildən sonra demək olar. Uğur əldə etməyimizin əsas səbəbi ilk növbədə “Reportdakı ab-hava ilə bağlıdır. Bu da yaxşı rəhbərlikdən, baş redaktordan və bacarıqlı işçilərdən irəli gələn bir şeydir. Digər tərəfdən burada rəqabət mühiti formalaşıb. “Report yeni yaranan vaxtlarda redaktor olaraq müxbirlərə “niyə filan xəbəri birinci xəbəri sən verməmisən deyirdik. Amma indi deməyə ehtiyac olmur, çünki müxbirlər bu sualı özlərinə verirlər. Biz bunu az-az deyirik.
– Adətən “sürətlə qalxan, sürətlə düşər deyirlər. Belə sürətli inkişaf sizi qorxutmur ki?
– Xeyr. Kəskin nəsə baş verərsə, sürətlə düşmək olar. Tənbəllik eləmirik, daim dinamika var. Kəskin bir amil də yoxdur ki, düşək.
– Bəzən xəbər yayımlanandan müəyyən müddət sonra haralardansa zəng edirlər ki, filan xəbəri çıxarın. Sizcə hansı hallarda xəbər saytdan çıxarıla bilər? Yaxud artıq yayımlanmış xəbəri çıxarmaq düzgündürmü?
– Saytda yerləşdirilən xəbərin çıxarılması düzgün deyil. Zənglər çox olur. Bir müddət əvvəl vəzifəli şəxs açıq söhbət əsnasında uşaqlardan birinə məlumat vermişdi. Həmin adam onun jurnalist olduğunu və bunun yazmaq üçün soruşulduğunu bilir, amma adının çəkilməsini istəmirdi. Lakin o şəxs xəbərin böyük ajiotaj doğura biləcəyini düşünməmişdi. Xəbər veriləndən sonra zəng edib çıxarılmasını istədi. Təbii ki, biz o xəbəri çıxarmadıq. Xəbərin çıxarılması imicə mənfi təsir göstərir.
– Medianın digər problemlərindən biri istinaddır. Siz özünüz də sosial şəbəkədə dəfələrlə bu cür halları vurğulamısınız.
– Bilirsiniz, xəbər götürülürsə, mütləq istinad olmalıdır. Bu, ən adi xəbərdən tutmuş, vacib xəbərlərə qədər hamısına aiddir. Məsələn, prezidentin sərəncamları, fərmanları, yaxud Nazirlər Kabinetetinin qərarları dərc olunur. Mən bilirəm ki, Azərbaycan mətbuatında bu sərəncam, fərmanları, qərarları xəbər halına sala biləcək dörd-beş nəfər var. Amma həmin xəbərlərə bütün saytlarda, əksər hallarda istinadsız rast gəlmək olur.
– Həmin bacarıqlı dörd-beş nəfər kimlərdir?
– Ad çəkmək istəmirəm, amma var. Prezidentin elə fərman və sərəncamları, yaxud Milli Məclisə daxil olmuş elə qanun layihələri olur ki, bəzən biz onun mahiyyəti ilə əlaqədar hüquqşünaslarla məsləhətləşirik. Hətta bir yox, bir neçə hüquqşünasla. Kimsə həmin xəbəri “filan saytın verdiyi məlumata görə adı ilə götürüb yayımlayır. Halbuki, bunun üstündə ciddi zəhmət var. Tək bizdən yox, bizim rəqiblərdən də bu cür xəbərləri götürüb istinadsız yayırlar.
– Bəzən istinad etsələr də, saytın adını elə bir yerdə yazırlar ki, bəlkə istinad etməsəydilər ondan yaxşıdır.
– Bir sıra saytlar istinadı göstərsə də, bunu küncə yazmaqla edir. Təbii ki, bu istinad da tam qəbulolunan deyil. İstinadla bağlı problemləri bir çox hallarda çalışırıq saytlarla öz aramızda həll edək. Amma bəzən o qədər önəmli xəbər olur ki, adam dözmür. Biz əsasən vacib xəbərlərin “davasını edirik, hər xəbərin dalınca düşmürük. Çünki saytların da sayı çoxdur və fiziki olaraq da çatdırmaq mümkün deyil. Amma imkan düşdükcə, özlərinə deyirik.
– İstinad etməmək məsələsi xüsusilə televiziyalarda daha çox müşahidə edilir.
– İstinad məsələsini sıralama ilə götürsək, saytlar nisbətən daha çox istinad edir, radiolar onlardan az istinad edir, televiziyalar isə demək olar ki, istinad etmir, daha doğrusu, nadir hallarda edir. Hər gün işə gələndə “Reportun xəbərlərini 106.3 radiosunda eşidirəm. Sağ olsunlar, səhər xəbərlərində bir-iki xəbərimizi istinadla verirlər. Həmçinin “Radio Antenn 101 FM də xəbərlərimizdən istinadla istifadə edir. Digər radiolardan xəbərim yoxdur. Ümumilikdə isə bilirəm ki, radiolar bir sıra hallarda xəbərləri istinad etmədən yayır.
– Dediyiniz kimi, saytların sayı çoxdur və hamısı ilə mübarizə aparmağa heç fiziki güc də çatmaz. Amma televiziyaların sayı o qədər də çox deyil. Bu baxımdan necə düşünürsünüz, onlarla mübarizə aparmaq mümkündürmü?
– Mübarizə aparmaq olar. Amma niyə mübarizə aparılmır? Çünki Azərbaycanda balaca ölkədir, hamı bir-birini tanıyır. Həm də, daha ciddi problemlər var ki, adamlar istinaddan daha çox o məsələlərlə məşğul olur.
– İstərdim qeyd etdiyiniz tanışlıq məsələsinə toxunum. Jurnalistika elə bir sahədir ki, burada bir-biri tanımayan demək olar ki, yoxdur. Bu cür hal sizə nə vaxtsa problem yaradıbmı?
– Əlbəttə, çox olub. Tutaq ki, hansısa qurumda neqativ bir hadisə olub. Həmin qurumda da sənin tanışın, yaxud tanışının yaxını işləyir. Xəbər yayımlanan kimi zəng vurub narazılığını bildirir, yaxud xəbərin çıxarılmasını xahiş edir. Belə olanda bilmirsən, nə deyəsən.
– “Report agentliyi hansı tanınmış imzaların ilk iş yeri olub?
– Aynur Osmanqızının mətbuatda ilk iş yeri “Report olub. Hazırda imzası tanınır, bacarıqlı əməkdaşlarımızdan biridir. İsmayıl Nəsiblinin isə ilk iş yeri bura deyil, amma onu biz kəşf etmişik. Uzun müddətdir, məhkəmə müxbiri axtarırdıq. Baxmayaraq ki, İsmayıl idman sahəsində işləyirdi, biz onu məhkəmə müxbiri edə bildik. Hazırda İsmayıl ən yaxşı 3-4 məhkəmə müxbirindən biridir.
Elə əməkdaşlarımız da var ki, ilk iş yerləri bura olmasa da, imzaları tanınır. Məsələn, İlkin Pirəli çox yaxşı parlament müxbiridir, Nazirlər Kabinetinin qəralarını, qanun layihələri ilə bağlı xəbərləri çox yaxşı hazırlayır, müsahibələri, xəbərləri elə yazır ki, demək olar redaktəyə ehtiyacı olmur. Samirə Abdullayeva da bacarıqlı əməkdaşlarımızdandır, onun spesifik xüsusiyyəti çox sürətli yazmağındadı. Nurlan Məmmədov bizə qədər televziyada işləyib, “Report onun çalışdığı ilk informasiya agentliyidir. O, televiziya tamaşaçılarına yaxşı tanış olsa da, imzası bizdə parladı.
– Ümumiyyətlə, ölkədəki gənc jurnalistlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Qənaətbəxşdirmi?
– Azərbaycan gəncliyi necədirsə, gənc jurnalistlərimiz bunun nisbətən önündədir. Ümumiyyətlə mətbuat sənlik deyilsə, bu sahədən çıxıb getməlisən. Bu, təkcə jurnalistikaya deyil, digər sahələrə də aiddir. Şəxsən mən bu sahəni sevdiyimə görə uğur qazanmışam. Təbii ki, bunda əməyi olan insanlar var. Yəni, onlardan öyrənmişəm. Əslində, o adamlar mənə və ya sənə xüsusi heç nə demir. Hər şey insanın özündən asılıdır. Məni mətbuata birinci dəfə İbrahim Quliyev – Bakı Slavyan Universitetinin hazırkı mətbuat katibi – gətirib. Həmçinin jurnalistikanı Nurşən Quliyev, Qabil Abbasoğlu, Elçin Mirzəbəyli, Elbrus Ərud, Cavanşir Həsənli və başqalarından öyrənmişəm. Əgər görsəydim ki, alınmır, mətbuatda qalmazdım.
Digər tərəfdən, gənc jurnalistlərə məsləhət görərdim ki, sosial şəbəkədə az status yazsınlar. Bunun əvəzinə xəbər yazsınlar. Çoxlu kitab oxusunlar, kinolara baxsınlar. Ümumiyyətlə, jurnalistin status yazması mübahisəli məsələdir. Tutaq ki, siz səhər duranda qonşuda evin yandığını görürsünüz və bununla bağlı status yazırsınız. Halbuki, məlumatı birinci redaksiyaya deməlisiniz. Status yazmaq istəyirsinizsə, xəbər hazır olandan və saytda çıxandan sonra paylaşa bilərsən.
– Yəni, jurnalistin sosial şəbəkələrdəki fəaliyyəti birbaşa işi ilə bağlı olmalıdır?
– Bayaq dediyim kimi, jurnalistin status yazması mübahisəli məsələdir. Təəssüf ki, əksər redaksiyalarda etik davranış kodeksi yoxdur. Dünyanın böyük redaksiyalarında bu var və sosial şəbəkə məsələsi də kodeksdə qeyd olunur. Sosial şəbəkələrlə bağlı müddəalar olmalıdır. Məsələn, jurnalistin statusunda kimisə tərifləməyi və ya tənqid etməyi nə qədər düzgündür? Amma bununla yanaşı, jurnalist həm də insandır, digərləri kimi sosial şəbəkə istifadəçisidir. Yəni mən “jurnalist status yaza bilməz demirəm. Amma mübahisəli məsələ olduğunu düşünürəm. Azərbaycan mətbuatında elə adamlar tanıyıram ki, xəbəri redaksiyaya verməzdən status kimi yazır. Ya da tutaq ki, jurnalist iş vaxtı sosial şəbəkə hesabından harada olduğunu qeyd edir. Xəbər onun çalışdığı saytda çıxana kimi, həmin yerə 10-15 jurnalist gedir və xəbər də adiləşir. Halbuki, bunu eksklüziv xəbər kimi təqdim etmək olardı.
– Sizcə, öndə olub tanınmaq, yoxsa “gözəgörünməz qalmaq yaxşıdır?
– Mənim heç vaxt məşhurlaşmaq dərdim olmayıb. Müəyyən qisim adamlar – ictimai xadimlər, o cümlədən ziyalılar, deputatlar və başqaları – məni tanıyırlar. Məşhurlaşmaq istəsəydim, yəqin ki, televiziyada işləyərdim. Mənə “Reportdan əvvəl də, burda işləyəndə də televiziyadan təklif gəlib, amma getməmişəm. Orada olsam belə, redaktor kimi çalışaram. Hansısa verilişin aparıcısı olmaq mənlik deyil. Həm də məşhur olanda şəhərdə rahat gəzmək də olmur.
– Pərvin Abbasov ailə başçısı və iş yoldaşı kimi necə biridir? Çox zaman hər iki obraz üst-üstə düşmür.
– Təbii ki, adam işdə və evdə fərqli olur. Əksər hallarda evə yorğun gedirsən. Amma uşaqları görəndə yorğunluğu unudursan. “Onlayn mətbuat çox stresli sahədir. Bizdə sırf xəbər istehsalıdır deyə, çox yoruluruq. Amma işdə çalışırıq ki, müəyyən zarafatlarla bunu aradan qaldıraq. İşin gərginliyini isə evə aparmaq olmaz.
– Yaşlı jurnalistikanın nümayəndələri “jurnalist yerində durmaz, ora-bura qaçar deyirlər. İndi isə ofis jurnalistikası formalaşıb. Buna münasibətiniz necədir?
– Önəmli bir hadisə olubsa, ora getmək lazımdır. Məsələn, Binəqədidəki yanğın vaxtı demək olar ki, bütün redaksiya onunla məşğul idi. Hadisə yerinə iki müxbir və iki fotoqraf göndərmişdik, eyni zamanda ofisdəkilər də müvafiq yerlərə zəng vurub xəbər alırdılar.
Redaksiyada da oturub xəbərlər yazmaq olar. Jurnalist həm də tədbirlərə getməlidir. Bu, jurnalistin işlədiyi sahədən də aslıdır. Jurnalist hətta ən mənasız tədbirlərdən belə maraqlı xəbər, hətta yeni mənbə əldə edə bilər. O, həm ofisdə oturmalı, həm də kənara çıxmalıdır. Yəni uyğun vaxtda uyğun yerdə olmalıdır.
– “Kaş jurnalistikada yox, mexanika-riyaziyyat üzrə çalışardım dediyiniz vaxtlar olubmu?
– Riyaziyyatı çox sevirəm, amma elə vaxtlar olmayıb. Heç vaxt bezməmisəm. Sadəcə, bütün günü informasiya içində olmaq adamın əsəblərini gərir. İntiharlar, qətllər, oğurluqlar -informasiya bolluğu insana pis təsir edir. Hətta qətl, intihar kimi hadisələr artıq təəccüb doğurmur. Belə xəbərlərin adiləşməyi yaxşı hal deyil. Hər bir xəbərin arxasında bir, yaxud bir neçə insan taleyi yatır. Bunları da çox fikirləşirəm.
– Adətən jurnalistikaya qeyri-ixtisasdan gələnləri qınayırlar və hətta jurnalistikadakı problemləri də bununla əlaqələndirirlər. Siz necə düşünürsünüz?
– “Mətbuatın bu gündə olmağının günahı qeyri-ixtisasdan gələnlərdədir deyənlərin əksəriyyəri ümumiyyətlə danışmaqla məşğul olanlar, xəbərin, xəbər istehsalı prosesinin nə olduğunu bilməyən adamlardır. Ümumiyyətlə, jurnalistikadan bir çox hallarda bu sahəyə aidiyyatı olmayan adamlar danışır. Mətbuatın içində olanlar adətən işləri ilə məşğuldurlar. Məsələn, mən ayda-ildə bir dəfə hansısa sayta açıqlama verərəm. Səhərdən axşama qədər çalışıram. Jurnalistikanın indiki vəziyyətdə olmağının isə xüsusi bir səbəbi də yoxdur. Cəmiyyət necədirsə, jurnalistika da elədir.
– Necə düşünürsünüz, Azərbaycan mətbuatında əsas problem nələrlə bağlıdır?
– Mətbuatımızda iqtisadiyyat sahəsində, xüsusilə maliyyə sektorunda boşluqlar var. Kriminal, məhkəmə sahəsində yaxşı jurnalistlər azdır. Dini sahədə jurnalistlər olsa da, sayı çox deyil.
– Sizcə “Reportun rəqibləri kimlərdir?
– Xüsusi ad çəkməyə ehtiyac yoxdur. Təbii, hər xəbər istehsal edən qurum digərinə rəqibdir. Əsas odur ki, rəqiblərə hörmətlə yanaşırıq.
Gözəgörünməz Təhlükə
Ad: Gözəgörünməz Təhlükə
Janr: Traqediya-komediya
Baş rolda: Beyin, Ürək, Ağciyər, Qaraciyər, Qan, Böyrek, Bağırsaq, Mədə, Əllər, Ayaqlar, Göz, Qulaq, Dil, Diş, Burun.
Il: 2011.
Yer: Bakı, kirayə götürülmüş ev.
Saat 04.00… Bədən yorğunluqdan çökmüş, yatağa uzanmış halda…
Söhbətə Beyin başladı: haydaa, bu nə həyatdı ala, hərgün stress, əsəb… Axır bir gün insulit kecirəcəm, dincələssüz. Ürək: hec məni demirsən ay beyin, adam nəqədər ürəyinə salar bir şeyi, nəqədər həyəcan, qorxu keçirər, mənə deyən lazımdı Nöş döyünürsən:)
Qaraciyər: Uydaaa, bu nədi ala, tökülürəmki, zalımoğlu zalım siqarəti sümürüb anasın ağladıre, sonrada deyirlər Niyə xərçəng oldum. Mən yazıq bilmirəm qanı təmizləyim, ya nikotinlə kəllə kəlləyə gəlim. Qan: Ay ölənlərin rəhmətlik qaraciyər, cigərparəsəne:) Qardaşcanı utanıram üreyin yanına gedim, qan deyiləme, bozbaş suyuyam:) Ağciyər: Ala diyanun görümee: Burda başı papaqlı biri var? Bu heyvana biri desinki, az içib, çəksündə! ,əriyib çöpə dönmüşəme, yekə kişidi, özünə hörmət etmir bizə etsin.Diş: Hə Vallah, məndə utandığımdan saralıb solmuşam.Dodaq: Sən kəs səsivi, mən daydaylıq edirəmdə sənə, otur aşağı. Dil: Sakit olundaa, səsiniz götürüb alemi,.Ala ala bu qarınqulu yenə nəsə yeyəcək hazır olun:) Mədə: Ala yaxşıdaa, görməmiş köpəyoğlu, eləbil aclıxdan çıxıb, Beyin qaqa ordan siqnal ver, odu tökdür təpəmə. Mənim axırıma ya bu görməmiş çıxacey, yada öd. Bağırsaq: Mədə səndə adam olda, mən o zibili «mənzilə» çatdırınca Anadan əmdiyim süd burnumdan gəlire:) Sən dəyqə başı quruldamasan, biz indi oturub Kurtlar vadisinə baxırdıq:)))Böyrək: Yaalqızam, yaalqız, yalqızam yalqız:)Ayaq: böyrək bəs əkizin hanı?Böyrək: Ehh, demə qaqa, o gün qaqamın başına «daş» saldılar, kəsib atdılar, indi eşşək kimi işləyirəm
Ayaq: Qaqa xətrinə dəyməsin, səndə lap ağ eləmisəne, mən yoruldum tualet yolunu ölçməkdən, bəsdüdə:)Əl: Ayaq yazıq böyrək neynəsüne, Bu alkaş köpeyoğlu içib mixlanır, çanaq da mədə, böyrəyin başında çatlayır, bu haramzadanın mədəsi doydu, Gözü doymadıda Göz: Bəli bəli, əl düz deyir, mən day utanıram bu adamın yerine, haram, naməhrəm hərləmir,Qulaq: Uydaa, o gün bir söyüşlər eşitdim, bir söyüşlər eşitdim ki, gəl eşidəsən, xəcalətimdən klapanlarım tutuldu:) Burun: Həə, o gün qan iyi gəlirdi məclisdən, bu gədə də hərşeyə burun soxmasa dinc durmazki.Beyin: Uşaqlar, əl-ələ verək, bunu adam edək, yoxsa pensiya üzü görmüyəcək bu bədbəxt:))Hami bir ağızdan: Neynəyək? Neynəyək? Bu anda uca səslə gülən bir səs eşidildi: Xa xa siz necədə acizsiniz, doğularkən bu adamla yarandınız, işiniz gücünüz bu adama xidmət etməkdi. Ama bu adam mənə xidmət edir, kül töküm təpənizə. Sən kimsən ey görünməz varlıq?
— Mən? Mən Nəfsəm, Nəfs. Sizi bilmirəm ama məni bura lənətlənmiş bir mələk (Şeytan) atdı və dediki:
— Qal burda, şellən. Narahat olma, nə istəsən bu adam sənə verecek, onu qulun et, ama nəbadə İmanın səndən xəbəri olsun haa, Sonra başın ağrıyar, elə etki ağlı çaşdır, ağıl elə bilsinki haqlı, əsaslı istək istəyirsən. Məsəlçün, gördünki lomkadadı ağlı çaşdır və deki gedim bir az içim, dərdim azalsın, narkotika zad istət. Gördün əsəbidi, narahat olma, Ürəyə de nifrət bəsləsin. Dilə de küfr, söyüş işlət, Əl ayağı hərəkətə gətirsən lap əla olar. Narahat olma, imandan xəlvətcə ağlı çaşdırsan, Hakimiyyət səndədi. Çıx bu bədbəxtin axırına.
Bu an hardansa iniltili zəif tonda ağlayan bir səs eşidildi.İMAN: Sənə o dünyanı qazandıracaqdım, məni boğaraq bu həyatınıda, o biri həyatını da məhv etdin.
Müəllif: Səbuhi Əsgərov
Tarix : 28.03.2011
Comments are closed, but trackbacks and pingbacks are open.