Press "Enter" to skip to content

Sas pedaqoji anlayışlar «Pedaqogika»

1. Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması və s. daxildir);

Gülər hüseynova əsas pedaqoji anlayışlar

2019-12-22 12:06:00

“Olimpiadalara şagird hazırlığı çox maraqlı prosesdir”

Gülnar Mirzəyeva: “Onlarla işləyən zaman özünü komanda yoldaşı kimi hiss edirsən” Gülnar Mirzəyeva 1983-cü ildə Şabran rayonunda anadan olub. Orta təhsilini fərqlənmə ilə başa vurduqdan sonra 2005-ci ildə Gəncə Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetinin “Onurğasızlar zoologiyası” kafedrasında magistr təhsili almağa başlayıb. 2003-cü ildən Şabran şəhər 2 nömrəli ümumi orta məktəbə müəllim kimi dəvət olunan Gülnar Mirzəyeva magistr təhsilinə görə müəllim kimi fəaliyyətini dayandırmalı olub. O, magistr təhsilini bitirdikdən sonra Şabran Ekoloji Tərbiyə və Təcrübəçilik Məktəbində dərnək rəhbəri kimi işə başlayıb. 2009-2011-ci illərdə M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə biologiya fənnini tədris edib. 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək hazırda pedaqoji fəaliyyətini davam etdirdiyi Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbinə biologia müəllimi təyin olunub. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək 56 bal toplayıb. Gülnar Mirzəyevanın şagirdləri respublika fənn müsabiqələrində, fənn olimpiadalarında müsbət nəticələr göstərir, qəbul imtahanlarında yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar. Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə o, bu il Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Gülnar Mirzəyevanın “Biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsait” layihəsi Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub. – Gülnar xanım, bir neçə ay öncə layihəniz qrant müsabiqəsinin qalibi olub. Bu haqda söz açardınız. – Mən artıq neçə ildir ki, olimpiadalara şagird hazırlayıram. Sadəcə vəsait çatışmazlığı ilə bağlı problem yaşayırdım. Düzdür, bu çatışmazlıqları xarici ədəbiyyatlardan tərcümə etməklə bərpa edirdim, amma düşündüm ki, niyə də konkret vəsaitimiz olmasın və digərləri bundan faydalanmasın. Buna görə də layihəyə qoşulmaq qərarına gəldim. Daha doğrusu, həmkarlarımla birlikdə bu qərara gəldik. Qeyd edim ki, layihədə nəzərdə tutulan kitabın artıq I cildi 2018-ci ildə oxucuların istifadəsinə verilmişdi. Həmin kitabın layihə rəhbəri Eldar Kazımov, 3 müəllifdən biri isə mən idim. Bu kitabda da Eldar Kazımov dəstəyini əsirgəməyib və iki müəllifdən biri odur. – Layihənizdən əsas gözləntilərimiz nələr olmalıdır? – Qeyd etdiyim kimi, layihə biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsaitin hazırlanmasını nəzərdə tutur. Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar edilməsi, onların hərtərəfli inkişafı və biologiya fənn olimpiadalarında yüksək səviyyədə iştirakına köməklik göstərmək, həm respublika, həm də beynəlxalq olimpiadalarda uğurlu nəticələr qazanmalarına zəmin yaratmaqdır. Bununla yanaşı, VII-XI siniflərdə olimpiadaya ilkin hazırlıq məqsədi ilə tərtib olunmuş vəsait geniş biologiyasevərlər auditoriyası üçün də nəzərdə tutulub. Bu isə, öz növbəsində, biologiya fənni tədris edilən həm dövlət, həm də özəl təhsil müəssisələrinin, şagird və müəllimlərin fənnə qarşı marağını artıracaq, bu istiqamətdə onların fəaliyyətini stimullaşdıracaqdır. Tərtib olunmuş vəsait Beynəlxalq Biologiya Olimpiadası sillabusu əsasında yazılıb. Vəsaitdə ümumtəhsil məktəblərinin proqramı ilə yanaşı, olimpiadaların istiqamətinə uyğun bəzi mövzuların izahı, xüsusilə şəkil və sxemlərdən istifadə olunub. Olimpiada proqramına müvafiq bəzi müasir elmi yeniliklər də vəsaitdə öz əksini tapmışdır. Bu vəsaitdən istifadə edənlərə mövzuların nəzəri hissələri ilə yanaşı, hər paraqrafın sonunda müxtəlif çalışma tipli tapşırıqlar və suallar da təqdim olunur. Layihədən gözlənilən nəticələr isə respublikanın müxtəlif ümumtəhsil məktəblərində biologiya fənnindən olimpiada məşğələlərinin təşkili üçün tədris materialları baxımından çatışmazlıqların qismən aradan qalxması, vəsaitin məzmun və səmərəlilik nöqteyi-nəzərindən istedadlı şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətə köməklik göstərməsidir. – Özünüzün də qeyd etdiyiniz kimi, olimpiadalara şagird hazırlayırsınız. Bu istiqamətdə işinizi necə qurursunuz və nəticələriniz sizi qane edirmi? – Olimpiadalara şagird hazırlığı çox maraqlı prosesdir. Nəyə görə? Çünki həmin komandada konkret qalibiyyət məqsədli, araşdırmaçı və yüksək öyrənmə potensiallı şagirdlər cəmləşir. Onlarla işləyən zaman sən özünü bir müəllimdən daha çox komanda yoldaşı kimi hiss edirsən və üstünlüyün sadəcə istiqamət verməkdən ibarət olur. İşi qurmaq məsələsinə gəldikdə isə, mən uşaqla ünsiyyətdə olduqdan sonra özümdə müəyyənləşdirirəm ki, ona mütləq dəstək olmaq lazımdır və o qalib ola bilər. Məsələn, dərsdə uşağın müəllimə verdiyi suallar onun haqqında çox şey deyir. Bəzən şagirdin istiqaməti fərqli olur və mən kəşf etdikdən sonra o şagird biologiya sahəsində daha çox nailiyyət qazana bilər, bu zaman özü və ailəsi ilə mütləq danışıram. Demək olar, bu vaxta qədərki heç bir diaqnozum məni yanıltmayıb. Komandamız müəyyənləşdikdən sonra biz konkret plan və proqram üzrə məşğələlərə başlayırıq. Uşaqlar bəzən çox yorulurlar, amma heç zaman onlarda usanma hiss etməmişəm. Və təbii ki, çox çalışanda nəticə də arzuedilən olur. Hazırladığım şagirdlərdən 2017-ci ildə Murad Cəbrayılov gümüş, bu il isə Nigar Səlimova bürünc medal mükafatçısı olublar. Şagirdlərimdən yarımfinal turuna qədər yüksələnlər də var. Bu il keçirilən fənn müsabiqələrində 3 şagirdim zona mərhələsində iştirak hüququ qazandı. – Deyirlər ki, fənni uşağa müəllim sevdirməlidir. Bir biologiya müəllimi kimi fənninizi şagirdlərə necə sevdirirsiniz? – Biologiya, ümumiyyətlə, maraqlı elmdir, xüsusən də onun tədrisi. Yəni, uşaqlar üçün araşdırıla biləcək nələrisə tapmaq, onlarla birlikdə işləmək, verdikləri suallara birlikdə cavab tapmaq müəllimin özü üçün də maraqlıdır. Uşaqlar adətən nəyisə incələməyi, kəşf etməyi sevirlər və mən də biologiyanı bu anlayışlar üzərində tədris edirəm. Məncə təkcə biologiyada deyil, bütün fənlərdə şagirdin fənnə marağını artırmağın əsas üsulu budur. Çünki uşağa maraqlı nələrsə olanda həmin istiqamətə yönəlir. Onlar üçün çətin anlaşılan elmi cümlələrə keçməzdən öncə, maraqlı gələ biləcək tərəfləri göstərmək lazımdır. Artıq fənni sevməyə başladıqdan sonra onlara çətin gələn mövzuları da böyük həvəs və əzmkarlıqla öyrənəcəklər. – Şagirdlərinizin uğurları sizin üçün nə ifadə edir? – Uzun müddət onlarla birlikdə çalışırıq, həyəcanlanırıq, qayğılanırıq və nəticədə uğur olanda onlar qədər sevinirik. O an bütün əziyyətlər unudulur, bütün yorğunluq gedir, əvəzinə qürur hissi, böyük sevinc və fərəh gəlir. Bu, müəllimin əsas qazancıdır. Əməyinin bəhrəsidir. Onlar sonra da bizi unutmurlar. Hər il yay tətili başlayanda artıq tələbə adını qazanmış yetirmələrim ziyarətimə gəlirlər. Hansısa məsələdə sualları olanda zəng edib soruşurlar. Bəzən də mən onlardan soruşuram (gülür). Bu hal özü bir müəllim üçün olduqca qürurvericidir. – Uğurlu müəllim olmağın xüsusi bir sirri varmı? – Uğurlu müəllim. “Uğursuz müəllim” də olmaq olar demək ki. Amma müəllim anlayışında heç bir təyinə ehtiyac olmamalıdır məncə. Müəllim anlayışı elə özlüyündə uğuru ifadə edir. Bu adı daşıya bilməmək məsələsi var sadəcə. Xüsusi sirr yoxdu əslində. Kim müəllim olmaq istəyir? – Özü sevdiyini öyrətməyi sevən. Müəllim birinci öz fənnini sevməli, ikinci isə onu öyrətməyi sevməlidir. Müəllim həm də öyrənəndir. O, hər zaman öyrənir, araşdırır və öyrəndikcə şagirdlərinə də daha çox şey öyrədir. Digər önəmli, həssas məqam qiymətləndirmə, rəğbətləndirmədir. Düzgün qiymətləndirmə tənbəl bir şagirdi ən çalışqan şagird halına gətirə bildiyi kimi, yanlış qiymətləndirmə də ən çalışqan şagirdi ruhdan sala bilər. Qiymətləndirmə dedikdə, birinci növbədə metodu nəzərdə tuturam. Qiymətləndirmə zamanı da uşaqlara fərdi yanaşmaq lazımdır. Elə uşaq var ki, ona yüksək qiymət yazmaqla bərabər, daha çox çalışmasını qeyd etmək lazımdır. Əks halda, onda arxayınlıq yaranır və tənbəlləşir. Elə uşaq var ki, ona yüksək qiymət yazaraq tərifləmək lazımdır. Bu zaman o daha da ruhlanacaq və növbəti dəfə daha çox çalışacaq. Amma ona digər şagirdə olduğu kimi daha yaxşı hazırlaşmasını tapşırsan, özünə inamda tərəddüd edəcək və bu, onu psixoloji olaraq zəiflədəcək. Şagirdlərin hər birinə fərdi yanaşma çox önəmlidir. – Sizcə, müasir müəllim hansı tələblərə cavab verməlidir? – Müasir müəllim günün tələblərinə uyğunlaşmalıdır. Yəni əgər, bu gün bir müəllim sosial şəbəkələrdən istifadə etmirsə, demək ki, çox şeydən kənar qalır. Mən bunu bəzi həmkarlarımla ünsiyyətdə olan zaman çox aydın şəkildə müşahidə edə bilirəm. Halbuki, sosial şəbəkələr vasitəsilə digər həmkarlarla bilgini paylaşma, təcrübədən faydalanma, fərqli yanaşmalar kəşf etmə imkanları daha genişdir. Bir də, müasir müəllim həm də müasir şagirdə uyğun olmalıdır. Əvvəllər müəllim mərkəzdə idi əsas fiqur kimi, amma indi şagird mərkəzi fiqurdur və müəllim əsasən onun qarşısında deyil, yanında olmalıdır. Bu, bütün hallar üçün keçərlidir. Müəllim öyrədən kimi də şagirdin yanında olmalı, ona istiqamət verməlidir, bir dost kimi də onun üçün hər zaman problemini bölüşə biləcək qədər əlçatan olmalıdır. Əvvəllki dövrdən fərqli olaraq indi müəllim şagird üçün bir müəmma ifadə etmir qətiyyən. Bunu da adiləşmək kimi deyil, müsbət tərəfdən qiymətləndirmək və dəyərləndirmək lazımdır. Məsələn, mən şagirdlərimə uğur qazanmaq üçün keçdiyim bütün çətinlikləri danışıram. Onlara izah etmək istəyirəm ki, uğur asanlıqla qazanılmır və istəyirəm ki, qarşılaşdıqları çətinliklərə görə məqsədlərindən vaz keçməsinlər. Özümü onlarla eyniləşdirirəm, onların indi keçdikləri yolları mənim də keçdiyimi xatırladıram. Onlar üçün çətinliklərlə mübarizədə uğurlu nümunə ola bilmək məni çox sevindirir. Gülər HÜSEYNOVA (Azərbaycan müəllimi)

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

Əsas pedaqoji anlayışlar «Pedaqogika»

«Pedaqogika» sözü iki yunan sözündən (“payda” və “qoqos”) əmələ gəlib, hərfi mənası «uşaq ötürən» deməkdir. Pedaqogika — tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən, insanları bilik, bacarıq, vərdişlərə yiyələndirərək, onlarda cəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydalarına uyğun münasibət formalaşdıraraq, həyata hazırlanması haqqında elmdir .Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir..

Pedaqogika nəzəri və tətbiqi elmdir.Bir elm kimi pedaqogikanın funksiyaları (vəzifələri) onun predmeti ilə şərtlənir, hansı ki, bu funksiyalar nəzəri və texnoloji olmaqla iki yerə bölünür. Pedaqogika özünün nəzəri və texnoloji funksiyalarını vəhdətdə həyata keçirir.

Nəzəri funksiyalar üç səviyyədə təzahür edir:

1. Təsviredici və izahedici səviyyə (bu, qabaqcıl pedaqoji təcrübəni öyrənməkdir);

2. Diaqnostik səviyyə (bu, pedaqoji hadisələrin vəziyyətini, pedaqoqun və şagirdlərin səmərəli fəaliyyətini, onları təmin edən şəraiti və səbəbləri üzə çıxarmağı nəzərdə tutur);

3. Proqnostik səviyyə (bu, pedaqoji gerçəkliyi eksperimental yolla tədqiq etmək və onun əsasında varlığı dəyişdirməyin modelini qurmağı nəzərdə tutur).

Pedaqogikanın texnoloji funksiyası üç səviyyədə həyata keçirilir:

1. Layihə səviyyəsi (buraya tədris planları, proqramları, dərslik və dərs vəsaitlərinin, pedaqoji tövsiyələrin işlənib hazırlanması və s. daxildir);

2. Dəyişdirici səviyyə (bu səviyyədə pedaqoji elmin nailiyyətləri təhsil praktikasını təkmilləşdirmək və yenidən qurmaq məqsədilə tətbiq olunur);

3. Refleksiv və korrektiv səviyyə (bu səviyyə elmi-tədqiqatların nəticələrinin təhsil-tərbiyə praktikasına təsirinin yekunlarını qiymətləndirməyi və sonradan elmi-nəzəriyyə ilə praktik fəaliyyətin qarşılıqlı təsirini korreksiya etməyi nəzərdə tutur) .

Pedaqogikanın başqa elmlərlə əlaqəsi vardır(psixologiya,fəlsəfə,sosiologiya,fiziologiya, və s).Müxtəlif tədris müəssisələri üçün tədris planlarının, tədris proqramlarının və dərsliklərin işlənməsində, ayrı-ayrı fənlərin tədrisində, müəssisə, idarə və təşkilatlarda tərbiyə işinin nizama salınmasında digər elmlərlə pedaqogikanın əlaqəsi özünü daha qabarıq göstərir.

Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə, eşitmə, nitq və s. imkanlarının müxtəlifliyi ilə də bağlıdır. Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:

Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim məsələlərini öyrənir.

Ümumtəhsil məktəbinin pedaqogikası digər pedaqoji elm sahələri üçün elmi bazadır, o məhz ümumi pedaqogikadır (ümumtəhsil məktəbi bütün dünyada kütləvi məktəbdir, o, təhsil sisteminin əsasını təşkil etdiyindən həmin sistemin həlqələri – ilk peşə təhsili, subbakalavr təhsili, ali təhsil onun üzərində qurulur).

Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların (həm də yaşlıların) inkişafının psixofizioloji xüsusiyyətlərini, onların təlim-tərbiyəsinin nəzəri əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır. Xüsusi pedaqogikanın da sahələri vardır:

surdopedaqogika – lal və karların, tiflopedaqogika – kor və zəif görənlərin, oliqofrenopedaqogika – ağıldan kəmlərin, loqopediya – nitqi qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir.

Fənlərin tədrisi metodikası təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir,

onun optimal metodlarını və vasitələrini öyrənir.

Peşə metodikası konkret peşə fəaliyyətinin qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləşdirmələr aparır, insanın təhsilinin prinsiplərini və texnologiyasını işləyib hazırlayır. Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat, hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. Ali məktəb pedaqogikası ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiyyətlərini öyrənir.

Sosial pedaqogika insanların bütün yaş qrupları və sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbiyəsi məsələlərini öyrənir.

Pedaqogika tarixi müxtəlif dövrlərdə pedaqoji nəzəriyyələrin və məktəb tarixinin inkişaf qanunauyğunluqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən bəşəriyyətin təhsil-tərbiyə tarixini izləmək, onu təhlil etmək, tarixi-pedaqoji irsin inkişafındakı müsbət və mənfi meyilləri üzə çıxarmaq mümkün deyildir.

Müqayisəli pedaqogika təhsil və tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müxtəlif ölkələrlə müqayisəli şəkildə öyrənir.

Ailə pedaqogikası ailədə uşaqların tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələndirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər ailə, övlad problemlərini araşdırır.

Hərbi pedaqogika hərbi məktəblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir.

Xalq pedaqogikası xalqın əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikirlərdir ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf aləmə düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi, etik, estetik normalardır. Xalqın müdrik fikirləri folklor nümunələrində, xalqın adət və ənənələrində öz əksini tapmışdır.

Korreksiyaedici pedaqogika sosial-psixoloji cəhətdən qüsurlu uşaqların diaqnostikası, profilaktikası və bərpası üzrə aparılan pedaqoji, psixoloji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna uyğun həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir.

İstehsalat pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılan tərbiyə işləri, texniki inkişafla bağlı yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pedaqoji problemləri araşdırır.

Gender pedaqogikası son dövrlərdə pedaqogikamıza daxil olmuşdur. Gender ingilis dilində “Genius” sözündən olub “cins” deməkdir. Gender kişi ilə qadın arasındakı fərqlərin bioloji deyil, sosial tərəflərini, fərqlərini öyrənir. Bu fərqlər kişi və qadının cəmiyyətdə fəaliyyətində, davranışında, mental və emosional xüsusiyyətlərində özünü büruzə verir. Gender pedaqogikası kişi və qadın arasında sosial bərabərliyin pedaqoji, psixoloji, əxlaqi, mənəvi problemlərini işləyib tədqiq edir. Gender pedaqogikası təlim və tərbiyə prosesində oğlan və qızların gender sosiallaşması xüsusiyyətlərini öyrənir. Pedaqoji prosesdə gender münasibətlərinin nəzərə alınması təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsində və səmərəli təşkilində mühüm amildir.

Yaş pedaqogikası isə müxtəlif yaş dövrlərində təlim və tərbiyə məslələrini öyrənir və ona müvafiq olaraq pedaqoji prosesi qurur.

Yaşlıların pedaqogikası – pedaqoji elmin bir sahəsi olub yaşlı insanların təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı, sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.

Tibbi pedaqogika. Pedaqogikanın bu sahəsi tibbin hüdudunda təşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik hallarının olması bu istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə konstruksiyalarının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda durur. Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə müəllimlərin təlimtərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlüyündə meydana çıхır və beləliklə, tibbipedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri məqsədəuyğundur.

İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”) islah əmək kolonoyalarında həbs olunmuş şəxslərin yenidən tərbiyə olunması üçün pedaqoji yanaşmaların nəzəri və praktik əsaslarını öyrənir, burada onların təhsilinin və tərbiyəsinin təşkili məslələrini araşdırır.İslah-əmək pedaqogikası hüquq elmləri ilə daha sıx bağlıdır. Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast gəlmək olur.

Humanistlik pedaqogikası 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində ABŞ-da yaranmışdır. Humanistlik pedaqogikası əvvəlcə humanistlik ideyalarının ifadəsi kimi meydana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə əks etdirmişdir. Humanistlik pedaqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təhsildə və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq və vərdişləri mənimsəmə prosesinə emosional rəng qatmaqdır. Humanistlik pedaqogikasında təmənnasız yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə kimi formalara üstünlük verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı uşaqların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul olmaqla yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi işlərin ən mühüm tərkib hissələrindən biri hesab edir. Antropedaqogika insanın bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesi ilə bağlı yaranmışdır.İnsanın fasiləsiz tənsil alması problemlərini öyrənir.

Bərpa pedaqogikası uşaqların intellektual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. Elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə olunması və yetişən nəslin nümayəndələrinin informasiya aləminə daxil edilməsi məqsədilə yaradılan pedaqogikaya informatika-kibernetika pedaqogikası deyilir. Qızların mənəvi-əxlaqi normalarının saflaşdırılmasına xidmət edən pedaqogika feminist pedaqogika, oğlanların əxlaqimənəvi normalarının saflaşdırılmasına yönələn pedaqogika centlmen pedaqogikası adlanır.

Pedaqogika tarixi tərbiyənin,təlimin və təhsilin müxtəlif məktəb sistemlərinin,pedaqoji cərəyanların yaranmasını,mahiyyət və məzmununu,habelə ayrı-ayrı pedaqoqların pedaqoji sistemləri və konsepsiyalarının tarixini öyrənir

Pedaqogikanın göstərilən sahələri də öz növbəsində inkişaf edərək şaxələnir, inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.

İnsanın həyata hazırlanması, geniş mənada insan anadan olandan ölənə kimi müxtəlif səviyyə və formalarda aparılır, davam etdirilir. Ümumiyyətlə, cəmiyyət özünə davamçı, varis hazırlayır, yəni cəmiyyyətin mövcudluğu tələbi özü insanların həyata hazırlanmasını tələb edir. Bu tələb isə həm sistemli təlim müəssisələrində, həm cəmiyyətdə mövcud olan bütün birlik, təşkilat, fəaliyyət sahələrində, ailədə və s. müxtəlif səviyyədə yerinə yetirilir. Həmin birlik və təşkilatların bilavasitə vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olaraq, insanların həyata hazırlanması işi həyata keçirilir. Bu nöqteyi-nəzərdən pedaqogikanın aşağıdakı anlayışlarını göstərmək olar:

-Pedaqoji gerçəklik, pedaqoji proses, təlim, tərbiyə, təhsil (B. Əhmədov, A. Rzayev – «Pedaqogikadan mühazirə konspektləri» B. Maarif, 1983).

Təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqogikanın əsas analayışları hesab oluna bilər.
Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir. Pedaqoji prosesin bu tərkib hissələri bir-birindən ayrılıqda yox, bir-biri ilə əlaqəli şəkildə — eyni məqsədə xidmət edən vahid proses kimi çıxış edir.

İnkişaf – insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişiklikləri prosesi və onun nəticəsidir.Pеdaqоgika elmində şəхsiyyətin inkişafı dedikdə оnun daha çox psixi, mənəvi inkişafı başa düşülür. Yəni, iradi keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. psiхоlоji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf edir

Şəхsin malik оlduğu psiхоlоji хüsusiyyətlər pеdaqоji prоsеsdə istər-istəməz, оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir. Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işində nəzərə alan müəllimlər və digər tərbiyəçilər həmin inkişafın səviyyəsini хеyli yüksəldə bilirlər. Bu mənada inkişaf pеdaqоji prоsеsin həm zəmini оlur, həm də nəticəsinə çеvrilir.

Təlim prosesi

Təlim – öyrədənin rəhbərliyi ilə öyrənənlərin həyatı dərk etməsi və bu əsasda bilik, bacarıq, vərdişlərə yiyələnməsidir. Təlim ərəb sözüdür. “aləmə” kökündən olan “təlim, öyrətmə, elmi nəzəriyyə” mənalarında işlədilir.Təlim ikitərəfli pеdaqоji prоsеsdir: Təlim – öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji prosesdir.Öyrədən şəхs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir:

-Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil еdir, bu məqsədlə məsləhət və istiqamətlər verir;

-Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхslərdə şüurun, psiхikanın, intellektual səviyyənin inkişafına diqqət yеtirir;

-Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşılanması qayğısına qalır.

Təlim obyektiv aləmin dərk etdirilməsidir. Dərk etdirmə və dərk etmə sistemli şəkildə təlim müəssisələrində aparılmaqla yanaşı təlimdənkanar müəssisələrdə də – mədəniyyət müəssisləri, ailə, uşaq evləri, yenidən tərbiyə müəssisələri, istehsalat müəssisləri və s. də aparılır. Bu baxımdan təlimə ümumiyyətlə insanların həyatı dərk etməsi, zəruri bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesi kimi də baxmaq olar.

Bilik, təbiət, cəmiyyət, insan təfəkkürü haqqında qaydalar, qanunlar, qanunauyğuynuyqlar haqqındakı faktlar, məlumatlar sistemidir. Bu faktlar və qanunauyğunluqlar ayrı-ayrı elmlərin tərkibində birləşdirilib sistemə salınmışdır.

Bacarıq,biliklərin tətbiq edilməsidir. Bacarıqlar sistemli təlim müəssisələrində formalaşdırılır.Hər bir şagirdə öyrəndiyi elmi faktı tətbiq etmə bacarığı formalaşdırılır.

Vərdişlər bacarıqların dəfələrlə təkrarı nəticəsində avtomatlaşmış formasıdır. Bacarıqların icrası zamanı insan düşünə-düşünə, iradi cəhətdən gərginliklə işləyir. Vərdişlər zamanı isə eyni hərəkət, iş dəfələrlə təkrar etdirildiyindən beyin qabığında yaranmış müvəqqəti rabitələr əsasında avtomatlaşır. Ona görə də həmin fəaliyyət düşüncə və diqqətin gərgin nəzarəti olmadan icra edilir.

Bilik,bacarıq və vərdiş bir-biri ilə əlaqəlidir.Bilik olmazsa bacarıq da formalaşmaz.Bacarıq formaslaşmazsa vərdişlər yaranmaz.

Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir.
Təlim prosesinə müxtəlif yanaşmalar
Müasir dövrdə təlimə müxtəlif yanaşmalar mövcuddur:

3. Alqoritmləşdirilmiş təlim

Problemli təlim dedikdə təlim prosesində problemli vəziyyət yaradıb şagirdlərin təfəkkürünü ,düşüncə tərzini inkişaf etdirmək nəzərdə tutulur.Bu ideyanın kökləri çox qədimdir.Belə ki,problemli vəziyyət haqqında xalqımızın nağıllarında,tapmacalarında ətraflı bəhs edilmişdir.Hələ kitab,dərsliklər yox ikən babalar və nənələr nəvələrinə nağıl deyir,tapmacalar söyləyir,məsələlər düzəldib onların qarşısında maraqlı suallar qoyur,təfəkkürünü inkişaf etdirirlər.Bu yanaşma müasir dövrdə də ən çox tətbiq olunan yanaşmalardır.Problemli vəziyyətin yaradılması fəal təlimin əsas mexanizmlərindən biridir.Probli vəziyyət şagirddə idrak fəallığı oyadır,onu düşünməyə,axtarış etməyə sövq edir.

Proqramlaşdırılmış təlim . Öyrədilən materialın məzmunu hissələrə ayrılır, hər hissənin icrası üzrə öyrənən (şagird və ya tələbə, işçi) xüsusi tapşırıq alır, yerinə yetirilən tapşırıq möhkəmləndirilir, sonra digər hissə yerinə yetirilir, səhvə yol verildikdə yeni izahat verilir və səhv edilən hissə yenidən yerinə yetirilir. Bu addım-addım irəliləmədə öyrədən üçün xarici, öyrənən üçün isə daxili əks əlaqə yaranır. Proqramlaşdırılmış təlim tədris maierialının nizamlanmış şəkildə etibarlı öyrənmə vasitəsi, öyrənənin müstəqil öyrənmə fəaliyyətidir. Bu prosesdə bütün təlim vasitələri, dərsliklər, cihazlar, texniki vasitələr öyrədən və öyrənənin köməkçisi rolunu oynayırlar,köməkçi kimi çıxış edirlər. Təlimin bu növündə əsas məqsəd az vaxt ərzində daha çox material mənimsətməkdən ibarətdir. Proqramlaşdırılmış təlim zamanı proqramlar əvvəlcədən tərtib edilir, həmin proqramda aralıq və son nəticələr və nəticələrə gəlmə prosesi ardıcıl şəkildə verilir.

Alqoritmləşdirilmiş təlim müasir pedaqogikada xüsusi əhəmiyyətə malikdir. Alqoritm müəyyən tipə aid idraki və əməli vəzifələrin məntiqi ardıcıllıqla yerinə yetirilməsidir. Alqoritm prosesində bir və ya silsilə məsələlərin həlli ən sadə addımlarla icra edilir və hökmən düzgün nəticəyə gətirilir. Təlim alqoritmi öyrənənin məntiqi fəaliyyətinin məntiqi quruluşunu üzə çıxarır, məntiqi düşünməyə istiqamət verir, təfəkkürə, düşünməyə takan verir.

Diferensial təlim – Təhsilalanın şəxsiyyətinə yönəlmiş təlimdir. Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan verir. Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:

1. Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qabiliyyətlər xüsusi qabiliyyətlər və s. ).

2. Təhsilalanların maraqlarına görə.

3. Təhsilalanların ixtisasına görə.

Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-tərbiyə prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təhsilalanın tədris materialını öz qabiliyyətinə və öz imkanlarına uyğun şəkildə mənimsəmək imkanı əldə etsin .Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mənimsənilmiş olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiymətləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır

Təlimin aşağıdakı prinsipləri vardır:

1.Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi -Yəni təlim işi bilavasitə həyatın tələbləri ilə əlaqələndirilməli, həyatla bağlanılmalıdır. Orta ümumtəhsil məktəblərində tədris edilən hər bir elmin həyati əhəmiyyəti şüurlu sürətdə dərk etdirilməlidir

2.Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirməsi -Bu prinsip pedaqoji qanunauyğunluqlardan biridir. Beləki öyrənənlər təlim prosesində biliklərə yiyələnməklə yanaşı həm də tərbiyə olunurlar. Təlim materiallarının məzmunu elə qurulur, tərtib edilir ki, o, həm də mövcud əxlaq normaları baxımından tərbiyə edir. Təlim öz məzmunu ilə yanaşı təşkili formaları, səmərəli üsul və vasitələri ilə öyrənənlərin əxlaqına, dünyagörüşünə, onlarda psixi proseslərin inkişafına təsir göstərir. Yəni təlim prosesi tərbiyələndirmə vasitəsinə çevrilir.

3.Müvafiqlik-Bu prinsip təlimi öyrənənlərin inkişaf səviyyəsinə – psixoloji, fizioloji və intellektual – uyğun şəkildə qurmağı tələb edir. İnsanların inkişaf səviyyələri qarşılıqlı əlaqə və vəhdətdə gedir. Yəni yaş artdıqca uşaqlar həm fiziki cəhətdən inkişaf edirdə, həm psixoloji prosesləri, ona görə anlama səviyyə artır. Digər tərəfdən təlim prosesində getdikcə mürəkkəbləşən biliklərə yiyələnirlər, yəni intellektual imkanları da artır tədris ediləcək elmi məlumatlar, və vasitələri müəyyən edilir.

4.Fərdi yanaşma-Təlim prosesində məhz fərdi xüsusiyyətlər nəzərə alınmalı, hər kəsə bu fərdi imkanlara uyğun olaraq yanaşılmalıdır. Bəzi şagirdlər sakitdir və ya qaradinməzdir,kimisi coşqundur,kimisi utancaqdır,kimisi şəndir. Müəllim sinifdəki hər bir şagirdin fərdi xüsusiyyətlərini bilməli və təlim nəzərə almalıdır.Fərdi yanaşma prinsipi differensial təlimlə eyni anlayış deyildir.Differensial təlim şagirdlərə onun intellektual səviyyəsinə uyğun yanaşmağı tələb edir,yəni şagirdə onun bacaracağı tapşırıqlar verməyi,onun üstəsindən gələcəyi problemlərlə qarşılaşdırmağı tələb edir.Fərdi yanaşma isə şagirdə yanaşarkən onun şəxsi özəlliklərini,xüsusiyyətlərini nəzərə almaqdır.

5.Əyanilik-Məşhur çex pedoqoqu Y.A.Komenski əyaniliyə yüksək qiymət verərək onu müəllimlər üçün «qızıl qayda» adlandırılmışdır.Bu prinsip dərk etməni real əyşa və ya hadisələr, faktlar üzərində qurmağa deyilir.Yəni təlim zamanı müəllim şagirdlərə yalnız danışaraq məlumat vermir,şagirdlərə əyani vəsaitlərlə,real görüntülərlə və ya mövzuya aid ekskursiyalar təşkil etməklə daha səmərəli təlim təşkil edir.

6.Şüurluluq və fəallılıq. Yeni materialı dəlil və sübutlarla, isbatlarla öyrənməyə fəal surətdə bilik əldə etmə, biliklərini tətbiq etməyə şüurluluq və fəallıq deyilir. Şüurlu mənimsənilmiş biliklər həmçinin öyrənənlərin nitqini inkişaf və tərbiyə edir. Hər kəs öyrəndiyi məlumatı şifahi və ya yazılı şəkildə şərh etmək üçün söz axtarır, cümlə qurur, fikrini məntiqi və ardıcıl şəkildə tfadə etməyə çalışır. Bu isə öyrənənlərin nitqini və məntiqi təfəkkürünü inkişaf etdirir. Şüurluluq və fəallıq bir-biri ilə sıx əlaqəlidir.Şagird eşitdiklərini,oxuduqlarını və ya gördüklərini şüurlu şəkildə dərk etmədikdə fəal olmur.Mövzu ilə bağlı müzakirələrdən kənarda qalır.

7.Sistematiklik və ardıcıllıq. Bu prinsip elmlərin əsaslarına yiyələnən zaman elmin sistemini mühafizə etmək, bilik, bacarıq və vərdişləri aşılayarkən müəyyən ardıcılığa riayət etmədir. Bu prinsipə riayət etmədən sistemli elmlərə yiyələnmə də mümkün deyil.

8.Biliklərin möhkəmləndirilməsi -Təlimin müvəffəqiyyətini təmin edən əsas və mühüm prinsiplərdən biri də biliklərin möhkəmləndirilməsidir. Y.A.Komenski biliyin möhkəmləndirilməsi qayğısına qalmayan müəllimin işini xəlbirlə su daşımağa bənzədirdi. Hər bir sonrakı bilik özündən əvvəlkinin davamı olmaqla ona əsaslanır, ona görə də hafizədə möhkəmləndirilməyən biliyin heç bir əhəmiyyəti olmur, onun öyrənilməsinə sərf olmuş zaman da hədər gedir.

9.Təlimdə yaşauyğunluq prinsipi -Təlim zamanı yaş xüsusiyyətlərinin nəzərə alınması ən vacib prinsiplərdən biridir.Kiçikyaşlı məktəblilərin şəxsi ləyaqətinə,mənliyinə qiymət vermək,onlarla məsləhətləşmək,onlara inanmaq,etibar etmək və məsuliyyət hissini formalaşdırmaq lazımdır.İlk gənclik dövrü yüksək idrak imkanları və sosial yetkinliyin artması ilə səciyyələnir. Ümumiyyətlə,hər bir yaş dövrünə uyğun şagirdlərin maraq və ehtiyacları fərqlidir. Təlimi şagirdlərin marağına uyğun təşkil etmək isə təlimin keyfiyyətini artırır.

Təlim üsulları təlim məqsədlərini həyata keçirmək və təlim fəaliyyətini səmərəli təşkil etmək üçün öyrədənlərin istifadə etdikləri yollardır. Müxtəlif dövrlərdə alimlər təlim üsullarını müxtəlif şəkildə təsnif etmişlər. Pedaqoqlar bu təsnifatda müxtəlif mənbələrə istinad etmişlər. Məsələn M.Muradxanov XX əsrin 60-cı illərində təlim üsullarını bilik mənbələrinə görə aşağıdakı şəkildə təsnif etmişdir:

1. Şifahi və müsahibə metodları. Bu metodlar ənənəvi pedaqoqikada şərh üsulları kimi, gedir. Lakin burada şərhin bütün növləri deyil, ancaq yeni biliyin öyrədilməsində daha çox rolu olan metodlardan bəhs ediləcəkdir: izah, nəql, mühazirə, müsahibə.İzah-öyrəniləcək yeni materialı şifahi söz vasitəsilə dəlillərlə isbat etməkdir. İzah vasitəsilə öyrənənlər yeni fakt və ya hadisənin, elmi təlimatın səbəb və nəticə əlaqələrini dərk edir, mənimsəyir. Nəql yeni materialın təsvirə əsaslanaraq öyrədilməsi üsuludur. Nəql vasitəsilə yeni material sistemli və ardıcıl şəkildə təsvir edilir. Mühazirə şərhin nəqlə və izaha nisbətən geniş və uzunmüddətli növü olub özünün ciddiliyi, prinsipial cəhətdən vacib məsələlərə həsr olunması ilə xarakterizə edilir. Mühazirə öyrənənlərin başqa mənbələrdən mənimsədikləri məlumat və faktların ümumiləşdirərək dəqiqləşdirilməsinə həsr edilir. Müsahibə təlimin bütün mərhələlərində istifadə edilən sual-cavab üsuludur.

2. İllüstrasiyə və demonstrasiya, metodları-İllüstrasiya fakt və hadisələri statik-hərəkətsiz göstərməyə deyilir.Yəni əyani vəsaitlərin köməyi ilə tədris materialının mənimsənilməsini nəzərdə tutur.Məsələn,şagird oxuduğu nağılın gedişatını müxtəlif şəkillərdə də görə bilər,oxuduğunu əyani şəkildə görərkən daha şüurlu şəkildə dərk edər.Və ya öyrəndiklərini cədvəl,sxem formasında görərkən daha aydın şəkildə dərk etməsinə səbəb olar.Göründüyü kimi illüstrasiyanın müxtəlif növləri vardır:1.Təbii şəkildə əşyanın özü;2.Əşyanın şəkli;3.Əşyanın modeli və ya maketi;4.Simvolik və ya sxematik materiallar(xəritə,qlobus,cədvəl,sxem,diaqram və s).Demonstrasiya fakt və hadisələri dinamikada hərəkətdə,dəyişmə və inkişaf vəziyyətində göstərməyə deyilir.Demonstrasiya ilə illüstrasiya arasında fərq böyükdür.Məsələn hər hansı bir hadisə haqda şəkillər göstərmək təlimə maraq qata bilər.Lakin həmin hadisəyə aid videolar izləmək təlim üçün daha səmərəli olar,şagirdin danışılan hadisəni real olaraq görməsi üçün demonstrasiya üsulu çox əlverişlidir..Demonstrasiya metoduna müxtəlif təcrübələr,audiovizual vasitələri-kino,televiziya,video,maqnitafon və s. daxildir.

3. Labalator məşğələləri, praktik məşğələlər və çalışmalar -tədqiqatçılıq metodlarından biri olub, yeninin axtarıcılığı mənimsəməsində mühüm əhəmiyyətə malikdir. Praktikum və labarator məşğələlərdən həmçinin biliklərin möhkəmləndirilməsi məqsədilə də istifadə edilir. Bu məşğələlərin xüsusi əhəmiyyəti ondan ibarətdir ki müxtəlif təbii, kimyəvi, texniki hadisələr üzərində uzun müddət müşahidə apara və müstəqil nəticə çıxara bilirlər.

4. Kitab üzərində iş-“Kitab gəncliyi qidalandırır,qocanı gümrahlaşdırır,xoşbəxtliyi bəzəyir,bədbəxtliyə sığınacaq və təskinlik verir,evə sevinc bəxş edir.Kitabsız ev ruhsuz bədənə bənzəyir”(Siseron).Günəş dünyanı işıqlandırdığı kimi,kitablar da insan əqlini nurlandırır. Kitab və ilk mənbələr üzərində iş insanlara bütün həyatı boyunca, fəaliyyəti prosesində lazım olan vacib və əhəmiyyətli bir üsuldur. təlimin ilk günlərindən başlayaraq şagird və tələbələrdə kitab üzərində müstəqil iş bacarıq və vərdişləri formalaşdırılmalıdır. Kitab üzərində iş bacarığın formalaşdırılmasının insanların gələcək fəaliyyətində böyük əhəmiyyəti vardır. Beləki, bu təhsilin bütün mərhələlərində elmi məlumatları daha ətraflı və dəqiq mənimsəmə üçün, xüsusi məqsədli müstəqil iş, axtarıcılıq işi və onun səmərəliliyini təmin edən mühüm şərtlərindən biridir.

Təlim prosesinin gedişinə və nəticələrinə çoxlu sayda müxtəlif səbəblər təsir göstərir:

1.Birinci baş amil “tədris materialı”dır. Tədris informasiyası iki yerə ayrılır:

1) koqnitiv informasiya (bilik verən informasiya);

2) idarəedən informasiya (konqnitiv informasiyanı necə mənimsəmək,necə icra etmək haqqında siqnallar). “Tədris materialı” olduqca özünəməxsus informasiyadır. Başqa informasiya ilə müqayisədə o, pedaqoji cəhətdən işləmiş informasiyadır. Tədris prosesi üçün informasiyanın yararlılığı, onun gücə müvafiqliyi, təlimdə qazanılan nəticələr məhz həmin informasiyanın pedaqoji cəhətdən işlənilmə səviyyəsindən, keyfiyyətindən asılıdır. Baş amil kimi “tədris materialı”nın tərkibində iki kompleks amil bir-birindən məntiqi surətdə fərqənir:

2) pedaqoji cəhətdən işləmiş informasiya kompleksi. Birinci kompleksə tədris materialının məzmunu, kəmiyyəti, keyfiyyəti, forması, strukturu kimi ümumi amillər aiddir. İkinci kompleksə tədris materialının öyrənilmə ardıcıllığı, ona ayrılan vaxt və s. daxildir. Materialın pedaqoji cəhətdən işlənilmə prosesində əldə olunan və şagirdlərə təqdim edilən informasiyanın xarakteristikalarına aşağıdakılar aiddir: informsiyanın şərh olunma qaydası, strukturu, müvafiqliyi (müəllimin nitqi, informasiyanın şagirdlərin hazırlıq səviyyəsinə uyğunluğu, informasiyanın artıqlıq səviyyəsi və s.)

2.İkinci baş amil “təşkilat- pedaqoji təsir” amilidir. O, çox sayda səmərəverən səbəbləri özündə birləşdirir. Bu səbəblər müəllimin fəaliyyətini, tədris prosesinin təşkilinin keyfiyyət səviyyəsini, tədris və pedaqoji əməyin şəraitini xarakterizə edir. Bu amilin tərkibində iki kompleks amil vardır:

1) dərsdə təşkilati-pedaqoji təsir;

2) sinifdənxaric və məktəbdənkənar məşğələlərdə təşkilati –pedaqoji təsir.

3.Üçüncü baş amil “şagirdlərin oxumağa qabilliyi ”dir. Bu, şagirdlərin oxumağa qabilliyi (yararlılığı) və müəyyən olunmuş müddətdə layihələşdirilmiş nəticələrə nail olmaq imkanlarıdır. Oxuma qabilliyinə fərdi və qrup (kollektiv) halında baxmaq məqsədəuyğundur. Burada iki kompleks amil vardır:

1) dərsdə oxumağa qabillik;

2) sinifdənxaric və məktəbdənkənar fəaliyyətdə oxumağa qabillik.

Dərsdə oxumağa qabilliyi aşağıdakı səbəblər xarakterizə edir:

-oxuyanların ümumi hazırlıq səviyyəsi (erudisiyası);

-müəyyən tədris materialına yiyələnmə;

-bilik, bacarıq və vərdişləri mənimsəmə qabiliyyəti;

-öyrənmə-idrak fəaliyyəti üçün ümumi qabiliyyətlər;

-diqqətin ümumi xarakteristikası (sinir sisteminin, temperamentin və yaşın xüsusiyyətləri); -konkret tədris fənnini öyrənən zaman şagirdlərin təfəkkür xüsusiyyətləri;

-təfəkkürün ümumi xarakteristikası;

-tədris materialını şüurlu və möhkəm mənimsəmək üçün psixoloji durum (xarici və daxili); -təlimin motivasiyası (məqsədləri başa düşmək və dərk etmək, təlimə və öyrənilən fənnə maraq, stimulların təsirliyi, şagirdin öz vəzifələrini yerinə yetirməsinə münasibəti və s.);

-bilik və bacarıqların mənimsənilmə tempi;

-şagirdlərin səhhəti (yorulması, xəstələnməsi və s.):

-şagirdlərin yaşı; şagirdlərin dəyərləndirmə (qiymətləndirmə) oriyentasiyası;

– həyat planları; intizamlılığı; məsuliyyətliliyi; gələcək peşəyə meyli; həyat tərzi və s.

Müstəqil öyrənmə prosesində oxumağa qabillik aşağıdakı səbəblərlə xarakterizə olunur: -özünənəzarət (nəzarətin həcmi, tezliyi, keyfiyyəti, sistemi);

-iradə və qətiyyətlilik; məqsədyönlülük;

-oxumaq bacarığı; işin rejimi və təşkili;

-yadda saxlamanın və mənimsəmənin sürəti;

-təfəkkürün səviyyəsi və xüsusiyyəti; yaş və fərdi xarakteristika və s.

4.Dördüncü baş amil “vaxt”dır. Onu da iki yerə bölmək olar:

1) bilavasitə dərsdə sərf olunan vaxt;

2) müstəqil surətdə oxumağa sərf olunan vaxt.

Dərsdə sərf olunan vaxta aiddir: biliklərin qavranılmasına və ilkin mənimsənilməsinə, öyrənilən biliklərin möhkəmləndirilməsinə, nəzarətin, təkrarın və möhkəmləndirmənin dövri aparılmasına, təlimi başa vurandan sonra keçən, məqsə- dəuyğun olaraq informasiyanın hafizədə saxlanılmasına, çalışmaların yerinə yetirilməsinə və biliklərin, bacarıqların tətbiqinə, öyrənilən materialın təkrarına, biliklərin sistemləşdirilməsinə, cavab verməyə hazırlaşmağa və cavab verməyə sərf olunan vaxt və s.

Müstəqil oxumağa sərf olunan vaxta aşağıdakılar aiddir: ev tapşırıqlarının yerinə yetirilməsinə, əlavə ədəbiyyatı oxumağa, fakultativlərə və əlavə məşğələlərə getmək, dərnəklərdə iştirak etmək, maraq kursları üzrə məşğələlərdə məşğul olmaq üçün sərf olunan vaxt və s. Qeyd edək ki, normal təlim şəraitində təşkilati – pedaqoji baş amilin təsiri başqalarına nisbətən daha əhəmiyyətlidir. Bu, onunla izah olunur ki, həmin amildə səmərəverən səbəblərin sayı daha çoxdur.

Praktik mənada pedaqoji texnologiya dedikdə, həm də qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar kompleksi başa düşülür. Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı funksional komponentlərə ayırmaq olar:

1) Qnostik (idraki) komponent

2) Layihələşdirici komponent

3) Konstruktiv komponent

4) Təşkilatçılıq komponenti

5) Kommunikativ (ünsiyyət) komponent

Beləliklə, müəllimin təlim texnologiyalarını aşağıdakı əməliyyatlar təşkil edir:

I. Bilikləri toplamaq üçün (əldə etmək) əməliyyatlar

II. Təlimin və təhsil-tərbiyənin məqsədlərini layihələş- dirmək üçün əməliyyatlar

III. Təlim və təhsil-tərbiyə prosesini təşkil etmək üçün əməliyyatlar

IV. Bilikləri şagirdlərə öyrətmək üçün əməliyyatlar

Qnostik komponentə daxildir: təlim, təhsil-tərbiyənin məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, şagirdləri öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək, öyrədici və tərbiyəedici məşğələlər keçirmək və s.

Layihələşdirici komponent. Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vasitələri özündə birləşdirir; layihələşdirmə cinsi fərqlər nəzərə almaqla həyata keçirilməlidir

Konstruktiv komponent. Qarşıdakı məşğələni hazırlamaq üçün əməliyyatlar komplektini nəzərdə tutur Təşkilatçılıq komponenti. Məşğələləri hazırlamaq və keçirmək üçün əməliyyatlar komplektini nəzərdə tutur

Kommunikativ komponent. Şagirdlərlə qarşılıqlı ünsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar komplektini özündə birləşdirir

Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:

1) Təlim texnologiyası

2) Tərbiyə texnologiyası

3) İnkişaf texnologiyası

4) Diaqnostika texnologiyası

Təlim texnologiyası dedikdə, bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün əməliyyatlar komplekti başa düşülür.

Tərbiyə texnologiyası dedikdə, nisbi, sabit və müntəzəm olaraq ümumiləşən münasibətlərin, məqsədyönlü formalaşdırılması üçün əməliyyatlar komplekti başa düşülür.

İnkişaf texnologiyası təlim və təhsil-tərbiyə texnologiyası ilə əlaqədardır. Psixi inkişaf dedikdə, əqli bacarıqların formalaşdırılması, insan psixikasında hər hansı əməliyyatların (çıxarılması) çoxalması nəzərdə tutulur. Beləliklə, bacarıqların formalaşması harada baş verirsə orada da psixi inkişaf müşahidə olunur. Fiziki inkişaf zamanı fiziki bacarıqlar nəticə kimi özünü göstərir.

Ders 5. Fənn Kurikulumunun Strukturu. Əlaqə : 055 841 61 11

Video Ders 5. Fənn kurikulumunun strukturu. Əlaqə : 055 841 61 11 uploaded at 25.01.2021 18:32 by user Guler Huseynova, duration: 01:01:30.

Most recent Guler Huseynova channel videos

  • Canlı Yayım Taksanomiya
  • Gülər Hüseynova, Elnur Camallı. Azərbaycan Dili, Kurikulum. 055-787-21-23
  • Dərs 11. Canlı Yayım. Blumun Idrak Taksanomiyası. Əlaqə: 055-841-61-11

Subscribe to our Telegram channel! @thewikihow_en subscribe Stay tuned on round-the-clock video trends selection!

Explore more videos from Guler Huseynova

Video Views Date
1 651 26.12.2022
Təhlil Etmək Və Dəyərləndirmək Mərhələsi Ilə Bağlı Qarışdırdığınız Məqamlar
1 044 26.12.2022
Kurikulumdan Sual Izahı
6 258 22.12.2022
Dərs 10. Emosional Taksanomiya. Gülər Hüseynova. 055-841-61-11

Поделиться с друзьями:

Скопировать ссылку Добавить временную метку Включение данной опции позволит добавить к ссылке время начала воспроизведения видео, где H:M:S – часы:минуты:секунды

Comments are closed, but trackbacks and pingbacks are open.