Gülüstani İrəm
A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi «Gülüstani-İrəm» əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yeri tutur. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. A. Bakıxanov isə ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani-İrəm» əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən[7] 7
Qaynaq.
Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” PDF
“Gülüstani-İrəm” – Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsərdir. “Gülüstani-İrəm”-ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla “Gülüstani-İrəm” əsərini yazmışdır.
“Gülüstani-İrəm” əsərində A.Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq, 1813-cü il “Gülüstan müqaviləsi”nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir.
Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” PDF
Gülüstani İrəm
A. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə təsadüf olunurdu. A. Bakıxanov ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır.
Gülüstani-İrəm XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir qaynaq olacaq.
Полная версия
Читать онлайн
Отзывы о книге Gülüstani İrəm
Нет отзывов
Добавить отзыв
Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться
- Последние новинки библиотеки
- Совет недели
Библиотека
- Зарубежная фантастика
- Русская фантастика
- Cаморазвитие, личностный рост
- Зарубежная психология
- Попаданцы
- Боевая фантастика
- Героическое фэнтези
- Еще жанры
- Cовременные детективы
- Любовное фэнтези
- Личная эффективность
- Зарубежные детективы
- Cовременные любовные романы
- Боевое фэнтези
- Триллеры
- Cовременная русская литература
- Практическая психология
- Зарубежная деловая литература
- Космическая фантастика
- Современная зарубежная литература
- Л. Савенко «Путешествие в неизвестность»
- Л. А. Савров «Оставаться собой»
- Т. В. Иванько «В стране слепых я слишком зрячий, или Королевство кривых»
- С. Кутузов «На рубежах тысячелетий»
- О. Е. Пауллер «Псы войны. Противостояние»
- Н. А. Соколов «Хмарь II. На распутье семи дорог»
- В. Тутенко «Бабочки улетают в рай»
Обратная связь
- F.A.Q.
- Обратная связь
- Политика приватности данных
- Наша почта: [email protected]
Текст книги “Gülüstani İrəm”
…[1] 1
Burada və başqa yerlədə qoyulan nöqtələr tarixi əhəmiyyəti olmayan hissələrin mətndən çıxarıldığını göstərir. Mətndə mötərizə içərisində verilən izahat və əsərə edilən bütün qeydlər redaktor tərəfindən yazılmışdır.[Закрыть] Təbiətimiz hər şeydən artıq tarixə malikdir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düsturül-əməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım.
Ümidvaram ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar… Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət əsəri məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir. Bununla bərabər « – öyrənilməsi tamamilə mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz» kəlamının məzmunca, bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib, dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim.
Kitabı müqəddimə, beş fəsil və nəticəyə böldüm.
Müəllifindir: Bu əsər bir tarix kitabı olaraq tanındı, hiyəttarix (1257–1841/2) sözü onun təlif tarixi oldu. Onun adını «Gülüstani-İrəm» qoydum. Məzmununa mütabiq[2] 2
Uyğun, müvafiq.Müqəddimə – Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqında.
Birinci fəsil – İslam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr haqqında.
İkinci fəsil – ərəb ordusunun gəlməsindən başlayaraq moğolların istilasına qədər.
Üçüncü fəsil – moğol istilasından Səfəvilərin zühuruna qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü.
Dördüncü fəsil – Səfəvilərin zühurundan Nadir şahın vəfatına qədər.
Beşinci fəsil – Nadir şahın vəfatından «Gülüstan» adlı yerdə Rusiya-İran dövlətləri arasında bağlanan sülh müahidəsi[3] 3
Pakt, saziş.Nəticə – Şirvan vilayətində və onunla qonşu olan yerlərdə təlifat[4] 4
Əsər, kitab.[Закрыть] sahibi və ya başqa fəzilət[5] 5
Üstünlük, layiqlik, mükəmməllik.[Закрыть] və məziyyətə[6] 6
Layiqlilik, üstünlük.[Закрыть] malik olan şəxslərin tərcümeyi-halları haqqında.
Giriş
«Gülüstani-İrəm» əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olub. Abbasqulu ağa Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı II Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s. elmləri öyrənir.
1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yüksəlir.
A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olub. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın daha qabaqcıl və qüdrətli ölkə olduğunu başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir. 1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dini təsir etmiş, onun dünyanı dərk etmək üsulu idealistcəsinə olmuşdur. …Bakıxanov ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır…
A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi «Gülüstani-İrəm» əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yeri tutur. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. A. Bakıxanov isə ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani-İrəm» əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən[7] 7
Qaynaq.[Закрыть] istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn-əl Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.
A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. «Gülüstani-İrəm» in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən mənbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm» in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.
«Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi[8] 8
Müqavilə, pakt, saziş.[Закрыть] » nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir. Əsərin müqəddimə hissəsində müəllif Şirvan və Dağıstan xalqlarının mənşəyi haqqında məlumat verir. O, islam dininin, istifadə etdiyi şərq məxəzlərinin, eyni zamanda özünün dini görüşləri əsasında, ümumiyyətlə, xalqların, xüsusilə Şirvan və Dağıstanda yaşayan xalq və tayfaların mənşəyini təhrif edilmiş bir tərzdə izah etməyə çalışıb. «Gülüstani-İrəm» əsərində müəllif tərəfindən buraxılan əsaslı nöqsanlardan biri də, Azərbaycan tarixinin dövrlərə bölünmə məsələsidir. A. Bakıxanov, «Gülüstani-İrəm» in müqəddiməsində göründüyü kimi Azərbaycan və Dağıstan xalqlarının tarixini iqtisadi, ictimai və siyasi quruluşa görə deyil, xarici işğalçıların istila və hakimiyyət dövrlərinə görə tərtib etmişdir. A.Bakıxanov istifadə etdiyi ilk məxəzlərə tənqidi surətdə yanaşmamışdır. O, qədim və orta əsr müəlliflərinin yazdıqlarını öz əsərinə köçürmüş və tənqid süzgəcindən keçirməmişdir. Bu hal isə, şübhəsiz ki, müasir oxucuların diqqətini cəlb etməyə bilməz. Göstərmək lazımdır ki, A. Bakıxanov orta əsr məxəzlərinin verdiyi əfsanəvi məlumata əsasən yerli Azərbaycan sülalələrinin bir çoxunun mənşəyini təhrif edir, bəzi Azərbaycan şəhərlərinin adını və təsis edilməsini sasani və ərəb istilaçılarının adı ilə əlaqələndirir. Buna görə də onun irəli sürdüyü mülahizələrə və elmi üsullara tənqidi surətdə yanaşmaq lazımdır. A.Bakıxanov «Gülüstani-İrəm» əsərində əsas etibarilə siyasi hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını qurtara bilməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi. «Gülüstani-İrəm» də bu və ya digər tərzdə daha bir çox nöqsan vardır. Bütün bu qüsurlardan öz yaxasını qurtara bilməyən müəllif, əsərin müqəddiməsində belə yazır: «Ümidvarəm ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar». Bütün bu nöqsan və qüsur cəhətlərə baxmayaraq, A. Bakıxanov tərəfindən Azərbaycan tarixinə həsr edilən «Gülüstani-İrəm» əsərinin bir çox müsbət cəhətləri də vardır.
«Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. Xüsusilə onun XVIII əsrə və XIX əsrin 13-cü ilinə qədər Azərbaycan tarixi haqqında verdiyi məlumat diqqəti daha çox cəlb edir. A.Bakıxanov burada Şimali Azərbaycana aid siyasi hadisələri ətraflı surətdə təsvir etmişdir. Əsərdə təsvir edilən hadisələr ilə əlaqədar olaraq Ermənistan, Gürcüstan, Türkiyə və sairə haqqında məlumat verilir. Hadisələrin təsvirini 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan müahidəsi» nə qədər çatdırır. A. Bakıxanovun bu dövr haqqında verdiyi məlumat, başqa mənbələrin verdiyi məlumata nisbətən daha mükəmməl və daha zəngin olub, əsərdə xüsusi yer tutur. Çünki müəllif özü bu dövrdə baş verən bir çox hadisələrin şahidi və iştirakçısı olub. O öz dövrünə aid daha bir çox sənədlər, fərmanlar, xanlar tərəfindən yazılmış məktublar və sair vəsiqələrdən də istifadə edə bilmişdir. A.Bakıxanovun şərq tarixçilərinə nisbətən üstünlüklərinə və mühakiməsinin genişlənməsinə rus mədəniyyətinin böyük təsiri olmuşdur. O, rus mədəniyyəti ilə tanış olmuş, rus tarixçilərinin əsərlərini öyrənmiş və öz əsərini yazarkən onlardan istifadə etmişdir.
A.Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini sonradan rus dilinə tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunub. Tam bir halda isə, yalnız Sovet dövründə, «Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti» tərəfindən Bakıda 1926-cı ildə nəşr edilmişdir. Lakin əsərin bu çapında bəzi dəyişikliklər və bir çox nöqsanlar vardır. Xüsusilə coğrafi və şəxsi adların düzgün qeyd edilməməsini göstərmək lazımdır. «Gülüstani-İrəm» in nəşr edilən bu tərcüməsi hicri 1260 (=1844) ildə yazılmış bir nüsxədən Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin bu günə qədər çap olunmamış farsca mətni isə, müxtəlif əlyazmaları şəklində bizə gəlib çatıb. Ayrı-ayrı katiblər tərəfindən müxtəlif tarixlərdə yazılmış bu əlyazmalar arasında bir çox fərq vardır. Buna görə də «Gülüstani-İrəm» redaktə edilərkən, yenidən yoxlanılmış və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə Salyanda, 1867-ci ildə Qubada, 1879–80-ci ildə Dağıstanda yazılmış əlyazmaları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüsxə ilə də müqayisə olunmuşdur.
İstifadə edilən bu əlyazmaların hamısı Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsində saxlanılır. Əsərdən, tarixi əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilib. «Gülüstani-İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir məxəz olacaqdır.
M. Şərifli
10 yanvar, 1951Müqəddimə
Şirvan və Dağistan vilayətlərinin hüdud və ərazisi, adlanmalarinin səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqindaŞirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq (Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini Qaziqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur. (Şirvan) Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər təqribən 39°-42°-yə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşəran burnuna qədər 64°-68°-yə qədər şərq uzunluq dairəsi üzərində vaqedir. Düz xətlə hər bir dərəcənin məsafəsi təqribən 15 coğrafi mil – yeddi rus versti qədər və ya bir ağac yarımdır. Hər ağac – üç islami mil uzunluqdadır. İslami mil – doxsan altı min barmaq boydadır. Bir barmaq da orta boylu altı arpa uzunluqdadır (arpaların birinin arxası o birinin qarnına bitişik surətdə düzülmək şərtilə).
Beləliklə, indiki Şirvan məmləkəti Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir.
Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cənub-şərqə düşübdür ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır.
Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərində geniş və məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif Dağıstan tayfaları arasında olduğundan, ticarət işlərində də mükəmməl tərəqqi edə bilər.
Təqvimülbüldan[9] 9
Məşhur ərəb tarixçisi Əbülfidanın əsəridir. Hicri 672-ci (=1273) ildə anadan olmuş və 732-ci (=1331) ildə vəfat etmişdir. Onun ən məşhur kitabları «Əlmüxtəsər fi-tarixülbəşər» ilə «Təqvimülbüldan» adlı əsəridir.[Закрыть] müəllifi deyir ki, Şirvanı Sasani sülaləsindən olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılmışdır. Bəziləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur. Moisey Xorenskinin[10] 10
Moisey Xorenski – V əsr tarixçisidir. Qədim dövr tarixi yazan erməni müəlliflərindən ən görkəmlisi hesab olunur. Üç hissədən ibarət olan əsərində ən qədim dövrlərdən başlayaraq V əsrin birinci yarısına qədər ermənilərin tarixini sistematik surətdə yazmışdır. Onun bu tarix kitabı bir çox xarici dillərə, o cümlədən rus dilinə də tərcümə olunmuşdur.[Закрыть] tarixində və Zendavesta kitabında Şerovaner deyə adlanır. Əmin-Əhməd[11] 11
Əmin-Əhməd Razi – «Həft-iqlim» adlı məşhur əsərin müəllifidir. Bu əsər köhnə üzrə yeddi iqlimin (qitənin) məşhur şəhər və qəsəbələrini və hər iqlimdə yetişmiş olan adlı-sanlı adamları bildirir. Kitab, hicri 1002-ci (=1593) ildə yazılmışdır.[Закрыть] «Həft-iqlim» adlı əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə bir ölkənin adı olmuşdur.
Çamçiyan[12] 12
Çamçiyan – XVIII əsr erməni istorioqrafiyasının görkəmli nümayəndəsidir. Erməni və əcnəbi mənbələrdən istifadə edərək, erməni tarixini ta ilk dövrlərdən başlayaraq XVIII əsrin axırına qədər yazmışdır. Çamçiyanın «Ermənistan tarixi» bu əsəri, üç cilddən ibarət olaraq 1785-1787-ci illərdə Venesiya şəhərində çap olunmuşdur.[Закрыть] «Ermənistan tarixində» Şirvan vilayətini Əğvan adlandırır və deyir ki, onunla Alan, yəni Dağıstan arasındakı sərhəd əvvəl Alğon səddi və sonra da, Dərbənd səddi olmuşdur.
Türkmən Həsən padşahın oğlu Sultan Yaqub hicri 892-ci (=1487) ildə ermənilərin xəlifəsi (baş keşişi) Simeona verdiyi fərmanda, Şirvanı Əğvan deyə adlandırmışdır.
Dağıstan vilayəti 42°-dən 44°-yə qədər şimal en dairəsi və 63°-dən 66°-yə qədər şərq uzunluq dairəsindədir. Şərq tərəfdən Xəzər dənizi ilə, şimaldan Terek çayı ilə, qərbdən Çərkəz və Os (Osetin) mülkü ilə, cənub-qərb tərəfdən Gürcüstanla və cənub-şərqdən Şirvanla məhduddur. Bu ölkənin şimal-şərq qismi gözəl yerlərə malik olub, yaşayış vasitəsinin bolluğu ilə məşhurdur Bu hissə, xüsusilə dəniz və Terek sahillərində, çayların bolluğu və gediş-gəlişin çoxluğu üzündən, əkinçilik məhsulatının zənginliyi və ticarət vasitəsinin genişliyi ilə tanınır. Buranın o biri dağlıq qismi, bəzi məhsuldar vadi və yaylaqlara malik olsada, ümumiyyətlə yaşamaq üçün çox çətin və məşəqqətlidir.
Bu vilayət Məsudinin[13] 13
Məsudi – ərəb tarixçilərinin ən böyüklərindən biridir, hicri III əsrin axırlarında Bağdad şəhərində anadan olmuş və 346-cı (=957/8)ildə Misirdə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Mürucüzzəhhəb» adlı kitabdır.[Закрыть] rəvayətinə görə, hicri 332-ci (=944) ildə aşağıdakı üç ölkədən ibarət olmuşdur:
1) Qaytaq – bura Dərbəndin şimal tərəfindədir. Hökumət mərkəzi Səməndər, yəni Tarxudur ki, onu Nuşirəvan bina etdirib. Səməndər Xəzər xaqanının paytaxtı olmuş idi. Lakin Səlman ibni Rəbiə buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən ibarət olmuşdur…
2) Sərir (taxt) – Dərbəndin şimal-qərbində, üç mənzillik məsafədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padşahı Filanşah adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən məğlub edildikdən sonra Xorasana getdi. O, öz qızıl taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə verərək, Cibali-Fəthə, yəni Qafqaza göndərdi. O da indi Sərir adlanan mülkü ələ keçirib öz nəslini tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində oturub hökm verdikləri üçün bu ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn yaxınlığında Zirihgəran mülkü olub, hazırda Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir.
3) Dağlıq Qumuq – Səririn şimalında və Qaytağın qərbindədir. Əhalisi nəsaradır (xristiandır). Padşahları olmadığından öz rəislərinə itaət edərdilər. Çox məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padşahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə Məğəs idi. Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasında, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.
Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara Sərhəd boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Baba-Laziqə də Gürcüstan nahiyəsində olub, padşahı müsəlman idi. Alanın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfadır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kənarında qalaları vardır. Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bunlar ittifaq etsəydilər hamıya qalib gələrdilər. Onların ölkəsinin o biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir…
Kəşək tayfası çərkəzlərdir, onları qədim rus tarixçiləri Kasoq, Os (Osetin) tayfasını isə, Kasaq adlandırırlar.
Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvaninin[14] 14
Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani – XVI əsrin ikinci və XVII əsrin birinci yarısında yaşamış Azərbaycan alimidir. Azərbaycan və Dağıstan tarixinə aid bəzi əsərləri vardır. «Risaleyi-Rüstəm xaniyyə» adlı kitabını Dağıstan xanlarından Rüstəm xanın adına yazmışdır.[Закрыть] öz tarix kitabında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt; 2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Basalas, 3) Haptaq və 4) Hun. Dərbəndnamə müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatına görə, buranı dörd məmləkətə bölmüşdür: 1) Gəlbax; 2) Tumanşah mülkü; 3) Qaytaq və 4) Dağlıq Qumuq.
Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur.
Birinci məmləkət – Alan və ya Sulağın o tərəfindəki Qumuq Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur.
İkinci məmləkət – Tumanşah mülkü, ya Haptaq, ya da, birinci bölgüyə görə, Qaytaq ölkəsidir ki, şamxal[15] 15
Dağıstanda mənsəb və vəzifə, canişin mənasında işlənib. Vergi, xristian və yəhudilərdən cizyə, müsəlmanlardan da zəkat yığan.[Закрыть] və üsmi[16] 16
Avar xanı.[Закрыть] mülklərinin aşağı qismini təşkil edir.
Üçüncü məmləkət – Dağlıq Qumuq, ya Hun, ya da, Avar ölkəsidir ki, Qaziqumuq və Avarıstan mülkünü təşkil etmişdir.
Dördüncü məmləkət – Baslas, ya Zirihgəran, ya Sərir, ya da, axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissəsindən, Aqquşa və Sürhi mahallarından ibarətdir.
Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətləmyusun[17] 17
Bətləmyus (Ptolomey) məşhur Yunan riyaziyyatçısı və astronomlarındandır, II əsrin birinci yarısında anadan olmuşdur. «Coğrafiya» adlı əsərində Albaniya və Ermənistan haqqında da məlumat vardır.[Закрыть] dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır. Bu mülk onların adı ilə adlanmışdır. Rözətüssəfa[18] 18
Şərqdə yetişən ən məşhur tarixçilərindən Mirxondun əsəridir. 1433-cü ildə Bəlxdə anadan olmuş və 1498-ci ildə Heratda vəfat etmişdir. Mirxondun 7 cilddən ibarət olan «Rövzətüssəfa» adlı əsəri, teymurilər dövrünün sonlarında yazılmış ən mühüm tarix kitabıdır. «Rövzətüssəfa» kitabı, bir hesabla, Şərq tarixinin bir ensiklopediyasıdır.[Закрыть] müəllifinin və başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya Kamarı nəslindəndirlər. Bunlar Yafəsin Bulğar adlı oğlunun adını daşıyan yerdə sakin idilər. Ehtimala görə, o yer Kiçik Qabardı ölkəsində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, Baxsan, Bizəngi əhalisi və başqaları indi də türk dilində qumuq ləhcəsində danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni Həbibüssiyər[19] 19
«Rövzətüssəfa» müəllifi Mirxondun nəvəsi Xandəmirin əsəridir. Xandəmir özü də məşhur tarixçilərdəndir. 1475-ci Heratda anadan olmuş və 1535-ci ildə Gücəranda vəfat etmişdir. Xandəmir bir sıra tarixi əsərlər yazmışdır ki, bunlardan ən böyük və ən qiymətlisi «Həbibüssiyər» adlı kitabıdır. Xandəmir «Həbibüssiyər» də dünyanın yaradılışından Şah İsmayıl Səfəvinin vəfatı tarixinə qədər olan hadisələri təsvir edir.[Закрыть] və sair kitablar da təsdiq edir.
Bu mənbələrin yazdığına görə, Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının kənarında ənam vermiş və Qum boğazında qışlamışdır. Qumari adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə «həp» – yəni hamı – sözü əlavəsilə «həptaq», üsmi mülkünə də, Keyxosrov və sair Kəyan padşahlarına nisbətilə, ya da böyük və uca mənasına gələn «key» sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində ta dala, kaf və ğəyn hərfləri də qafa və biləks dəyişilmişdir.
Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahilində sakin imişlər. İndi yeri məlum olmayan Varçan, bunların ən böyük şəhəri olmuşdur. Simaca kifir, qaniçən, talançı və cəsur olan bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülmlər etmişlər. Bunların padşahı Atilla… müxtəlif tayfaları, hətta Macarıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı. Hicri 454-cü ildə vəfat etdikdən sonra, övladı arasında gedən çəkişmələr nəticəsində Ğun dövləti dağıldı.
Miladi IV əsr tarixçilərindən Ammian Martsellinin[20] 20
Ammian Martsellin – Roma tarixçilərindəndir, 330-cu ildə anadan olmuşdur. «Roma dövlətinin tarixi» adlı məşhur əsəri 96-378-ci illərin hadisələrini təsvir edir. Ammian Martselinin bu əsərində Azərbaycan haqqında da qiymətli qeydlər vardır.[Закрыть] yazdığına görə, ğunlar öz üzlərini bıçaqla çərtirdilər ki, saqqalları çıxmasın. Onların əksəri bədşəkil, boynu yoğun olub, heyvana bənzəyirdilər. Bitkilərin yarpaq və köklərini və çiy əti yəhər altında qızdırıb yeyərdilər. Evləri yox idi, hətta onu istəmirdilər. Çöllərdə, meşələrdə və dağlarda keçinirdilər. Onların paltarı kətandan və heyvanat dərisindən olub, bədənlərində çürüyərdi. Özlərini isti-soyuğa, aclıq və susuzluğa vərdiş etdirərdilər. Ancaq camaat müşavirəsi olan zaman atdan enərdilər. Həya və əxlaq sahibi deyildilər. Talançı, qaniçən, qanun bilməyən, yalançı və dinsiz idilər. Atillanın yanında olan Rum səfirlərindən Prist belə nağıl edir: «Biz onunla orduda görüşdük. Rum qeysərinin hədiyyələrini son dərəcə kibr və qürurla qəbul etdi. Bizə buyurdu ki, istirahət zamanı onunla bərabər yaşadığı yerə gedək. Qızlar uzun və ağ paltarlarda onu qarşılayıb, skif dilində şeirlər oxuyurdular. Hündür və uca bir yerdə çubuq hasarla əhatə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər çağı evinin qapısında oturub, xalqın divan işlərilə məşğul olurdu. Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl camlarda, özü üçün isə ağac qablarda yemək-içmək gətirdərdi. Yeməkdən sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından bəhs edən şerlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar, qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar…»
Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adından alınıb.
Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada yaşayırdılar. Sərmat padşahı Qıpçaq çölündən gəlib, onları məğlub etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran arasında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII əsrlərdə də bunların dövləti mövcud idi. Bunların padşahlarından Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını layiqi deyə yazırlar.
Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır…
Həbibüssiyər sahibinin yazdığına görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur. Bunu, Tiflisdə ərəblər tərəfində zərb edilən dirhəmlər də göstərir.
İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.
Yaqutun[21] 21
Yaqut Həməvi – 1178 və ya 1179-cu ildə anadan olmuş və 1229-cu ildə Hələbdə vəfat etmişdir. Yaqut, şərqin ən məşhur müəlliflərindən biridir. O, tarix və coğrafiyaya aid bir sıra qiymətli əsərlər yazmışdır. Bu əsərlərdən biri də «Möcəmülbüldan» dır. Səkkiz cilddən ibarət olan bu kitab mükəmməl bir coğrafiya lüğətidir.[Закрыть] yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə zamanı Tiflis şəhərini ələ keçirdilər.
Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuşdur.
Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padşahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasında yerləri tutmuşlar. Onlar cəsarətlə, vəhşi xasiyyətlə və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot[22] 22
Herodot – ən məşhur yunan tarixçisidir. Eramızdan əvvəl 480 və 425-ci illər arasında yaşamışdır. Herodotun kimmerilər və skiflərin şimaldan hərəkət etmələri, ticarət yolları, İran dövlətinin sərhədləri və satrapları, Azərbaycanda və onunla qonşu olan yerlərdə yaşayan qəbilələr haqqında verdiyi məlumat Azərbaycan tarixi üçün olduqca qiymətlidir.[Закрыть] deyir ki, Skif gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır. Lakin Qatterer[23] 23
Qatterer – alman tarixçisidir. 1727-ci ildə anadan olmuş və 1799-cu ildə vəfat etmişdir. Məşhur əsərlərindən biri də «Qədim dövrlərdən başlayan Ümumdünya tarixi» adlı kitabıdır.[Закрыть] isbat edir ki, Sərmat tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların yerlərinə sahib olmuşdu.
Alan tayfası şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb ona səcdə edərdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. Prokopi[24] 24
Prokopi – yunandır. V əsrin axırlarında anadan olmuşdur. İlk Bizans dövrünün ən məşhur tarixçisidir.[Закрыть] Alan tayfasını Masaget nəslindən və Böyük Get mənasında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir.
Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasında məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsldən və ya Maqos və Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin[25] 25
Dekin – fransız şərqşünaslarındandır. 1721-ci ildə anadan olmuş və 1800-cü ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Hunların. türklərin, moğolların və sair tatarların ümumi tarixi» adlı kitabıdır.[Закрыть] , alan sözünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı, qədim zamanda Altay dağlarında yaşadıqları üçün, belə adlandırmışlar.
Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir. Alanlar, Bətləmyusun zamanından XIV əsrə qədər, Qafqaz dağlarının şimal-qərbində məşhur olmuşlar. Məsudinin yazdığına görə, Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səddindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Qubanın Şabran mahalında, Gilhinçayın sol kənarında, qalanın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də mövcuddur.
Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı – ehtimala görə, əslən Alğonlı olmuş – kəndinin üst tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin üstündən Baba dağına doğru gedir.
Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası Qafqazın şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki tərəfdən hücum yolları var idi. Alan adı məşhur olduğu üçün, bir çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıların hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan Alban şəhəri, yerin vəziyyəti və münasibətə görə, gərək Dərbənd şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub, Tarxu ilə Buynaq arasından axır.
Keçmiş uzun əsrlər belə, bu ölkədəki yer adlarının bəzisini hələ də, dəyişdirə bilməmişdir. Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı olmuşdur. Burada olan Qəbələ şəhəri Xabaladır ki, Bətləmyus da onların adını çəkir.
Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcuddur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə» dəki qeydinə görə, Əşkəbus türklərdən biri pəhlivan olub, xaqanın döyüşündə Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın Məcməülbüldanda yazdığı əlamətlərə görə, Zərqubad kəndinin də, Firizqubad şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından alınmışdır. Xəzərgan adlı yer də İskəndərnamədə yazılan Xəzranguh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlərinin adları da moğol sözü olub, oraların qədim sakinlərinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri, adının münasibəti və yerinin vəziyyətinə görə, həmin Naxiya və ya Nağiya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.
Comments are closed, but trackbacks and pingbacks are open.