Press "Enter" to skip to content

İmanı artırmaq üçün nə etmək lazımdır

Günah etməyin səbəblərindən biri də Allahı yaxşı tanımayaraq ondan layiqincə qorxmamaqdır, Allahın əzəməti, güc və qüdrəti Quranda müxtəlif cür təsvir olunur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın” (əl-Ənam, 59).
“Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67).
“Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (əl-Əraf, 143).

Günah və günah, imanı fahişəliklə necə uzlaşdırmaq olar

Sual: Günah işləmək və işləməyə davam etmək insanın imansız ölməsinə səbəb olmaz mı?
CAVAB
Böyük günahları işləmək və davam etmək insanı küfrə sürüyüb, imansız ölməsinə səbəb ola bilər.

Sual: Böyük günahlar hansılardır?
CAVAB
Böyük günahlardan bəziləri bunlardır:
1 – Bidət sahibi olmaq
2 – Günah işləməyə davam etmək
3 – Müsəlman olduğuna şükür etməmək
4 – İmansız ölməkdən qorxmamaq
5 – Zülm etmək
6 – Anaya-ataya üsyankar olmaq
7 – Doğru olsa da çox and içmək
8 – Namazı öyrənməyə və uşaqlara öyrətməyə əhəmiyyət verməmək
9 – İçki içmək
10 – Yalan yerə evliyalık göstərmək
11 – Günahını kiçik görmək
12 – Özünü bəyənmək
13 – Elm və ibadəti ilə özünü üstün görmək
14 – Həsəd etmək
15 – Təcrübə etmədən bir kimsənin yaxşı insan olduğunu demək
16 – Yalana, qiybətə davam etmək
17 – Əhli-sünnə alimlərinin kitablarından uzaq dayanmaq
18 – Kafir olsa da qonşusuna əziyyət etmək
19 – Dünya işləri üçün, çox əsəbiləşmək
20 – Cadu etmək
21 – Saleh olan məhrəm qohumu ziyarət etməmək
22 – Allahu təalanın sevdiklərini sevməmək; sevmədiklərini sevmək
23 – Mömin qardaşına üç gündən çox kin tutmaq
24 – Zina və ya livata etmək
25 – Açıq saçıq geyinmək
26 – Qatillik
27 – Oğurluq
28 – Narkotik maddə istifadə
29 – Qəsb
30 – Ramazan orucunu, açıqdan yemək
31 – Zərurətsiz faiz vermək
32 – Haqsız yerə yetim malı yemək
33 – Ölçü və çəkidə hiylə etmək
34 – Namazı vaxtından əvvəl və ya sonra qılmaq
35 – Qəlb qırmaq
36 – Rüşvət almaq
37 – Malın zəkatını və uşrunu verməmək
38 – Canlı heyvanı atəşdə yandırmaq
39 – Quran-ı Kərimi öyrəndikdən sonra, oxumasını unutmaq
40 – Allahın rəhmətindən ümidini kəsmək
41 – Xainlik etmək
42 – Əshabi-kiramdan hər hansı birini sevməmək
43 – Namuslu qadına iftira atmaq, pis qadın demək
44 – Müsəlmanlar arasında söz gəzdirmək
45 – Övrət yerini açmaq və ya başqasının övrət yerinə baxmaq
46 – Əmanətə xəyanət etmək
47 – Xəsislik
48 – Dünyaya düşkünlük
49 – Allahu təalanın əzabından qorxmamaq
50 – Haramı haram halalı halal bilməmək
51 – Falçıların falına inanmaq
52 – Qadına, qıza yəni harama baxmaq
53 – Qadınların kişi, kişilərin qadın paltarı geyməsi
54 – Etdiyi yaxşılığı başa qaxma
55 – Allahdan başqasına and içmək. Məsələn uşağımın canına and olsun kimi
56 – Kiçik günahı işləməyə davam etmək
57 – Bir namaz vaxtını qaçıracaq zaman qədər cünub (qüsulsuz) dayanmaq
58 – Çalğı çalmaq və musiqi dinləmək
59 – İntihar etmək
60 – Dinini öyrənməmək.

Günahı əhəmiyyətsiz saymaq
Sual: Günahı əhəmiyyətsiz saymaq nə deməkdir, necə olar?
CAVAB
Günahı əhəmiyyətsiz saymaq nə demək olduğu çox kimsə tərəfindən bilinməməktədir, buna görə günahkarlara kafir deyilir. Məsələn (İçki içməyə davam edən kimsə, haram olduğuna əhəmiyyət versə, içməz, açıq gəzən qadın, bunun haram olduğuna əhəmiyyət versə bağlanar. O halda bunlar, işlədiyi günahlarına peşman olmadıqları üçün, yəni haramı əhəmiyyətsiz hesab etdikləri üçün kafirdir) demək səhvdir.

Kədərlənməyən, əhəmiyyət verməyən kafir olar amma, kədərlənmək, əhəmiyyət verməmək nə deməkdir? Məsələn namazını qılan bir qadın, açıq geyinməyin günah olduğunu bilirsə, (bağlanma Allahın əmri, bağlansa yaxşı olar amma, bu zamanda örtünmürük) desə, bu qadına kafir deyilməz. Bunun kimi içki içən kimsə də, (İçki haramdır, lakin vərdiş etdik) desə, bu kimsəyə kafir deyilməz. Əksinə, heç içki içməyən biri, (bir stəkan şərab içmək günah sayılmaz) desə küfrə girər. Yaxud, (Hər kəs açıq gəzir, nə olur, biz də gəzirik, hər kəs içir, biz də içirik, sərxoş olmadıqdan sonra nə zərəri olar) deyərək haramı əhəmiyyətsiz saymaq küfr olar.

Allahu təalanın qəzəbi günahlar içində gizlidir. Bir günah üzündən böyük əzaba məruz qoya bilər. 100 min il ibadət edən yaxşı bir qulunu, sonsuz olaraq Cəhənnəmə qoya bilər. Məsələn yüz min il itaət edən İblis, kibirlənərək səcdə etmədiyi üçün sonsuz olaraq Cəhənnəmlik oldu. Adəm əleyhissalamın oğlu, bir adam öldürdüyü üçün əbədi Cəhənnəmlik oldu. Hər duası qəbul olan Belam-ı Baura, bir günaha meyl etdiyi üçün imansız getdi. Qarun zəkat vermədiyi üçün malı ilə həlak oldu. O halda hər günahdan qaçmağa çalışmalı. Bir hədis-i şərifdə, (Çox az bir günahdan qaçmaq, bütün cin və insanların [nafilə] ibadətləri cəmindən daha yaxşıdır) buyurulur. Hər günah, Allahu təalaya üsyan olduğundan, böyükdür, lakin bəzisi, bəzisinə görə kiçik görünər. Bir kiçik günahı etməmək bütün dünyanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyil. Günahlardan qaçmaq fərzdir. (Riyad-un-Nasıhin)

Günah işləyəndə də ümidsizliyə qapılmamalı, dərhal tövbə etməlidir. Mömin həm Allahın rəhmətindən ümidini kəsməməli, həm də Ondan çox qorxmalıdır. Hədis-i şərifdə (Möminin qəlbində qorxu ilə ümid varsa, Allahu təala onu umduğuna qovuşdurar, qorxduğundan da əmin edər) buyuruldu. Yəni bir mömin, Allahın əzabından qorxar, rəhmətindən də ümidini kəsməz, haramlardan qaçıb ibadətlərini etməyə çalışsa Cənnətə gedər.

Bir insan nə qədər böyük günah işlərsə işləsin, Allahın rəhmətindən ümidini kəsməməlidir. Hətta qəddar bir kafir belə tövbə edib “La ilahə illəllah Muhammədun Rəsulullah” desə, bütün günahları bağışlanar, tərtəmiz bir insan olar. Yəni dünyada ikən Allahın bağışlamayacağı günah yoxdur. Tövbə edincə şirki yəni kafirliyi də bağışlayar. Öldükdən sonra artıq kafirlərə əfv yoxdur. Quran-ı Kərimdə, (De ki, ey çox günah işləməklə həddi aşan qullarım, Allahın rəhmətindən [bizi bağışlamaz deyə] ümidinizi kəsməyin! Çünki Allah, [iman əhlinin] bütün günahlarını heç şübhəsiz bağışlayar. Əlbəttə, O, sonsuz bağışlama və sonsuz mərhəmət sahibidir.) buyurulur. (Zumər 53)

Allahu təalanın razılığının və qəzəbinin hansı işdə, hansı sözdə olduğunu bilmərik. Bu baxımdan heç bir sözü, heç bir yaxşılığı və pisliyi kiçik görməməlidir. Cənab-ı Haqq, razılığını yaxşılıqlar içində, qəzəbini da günahlar içində saxlamışdır. Əhəmiyyət verilməyən bir günah, Allahın qəzəbinə səbəb ola bilər. Onun üçün sözümüzə diqqət etməliyik. Atalarımız, (Söz var iş bitirir, söz var baş itirir) demişlər.

İbadət etməmək, günahlardan qaçmamaq insanın ürəyini qaraldar, zamanla küfrə salar, kafir olar. Günahların hamısı, Allahın əmri yerinə yetirilmədiyi üçün böyükdür. İbni Münqədir həzrətləri ölüm döşəyində ağlayırdı. Səbəbini soruşdular. “Qəsdən böyük bir günah işləmədim. Əhəmiyyətsiz saydığım kiçik bir günah, Allahın qəzəbinə səbəb oldusa deyə qorxduğum üçün ağlayıram” dedi. Belə qorxular müsəlmanın qurtuluşuna səbəbdir. Çünki hədis-i şərifdə, (Allahu təala, qiyamətdə buyurur ki: “Dünyada ikən bir gün məni xatırlayıb ananı, məndən bir dəfə qorxanı, Cəhənnəmdən çıxarın”) buyuruldu.

Çox əhəmiyyətli tənbeh
Kişi olsun, qadın olsun, hər müsəlmanın, hər sözündə, hər işində, Allahu təalanın əmrlərinə, yəni fərzlərə və qadağan etdiklərinə yəni haramlara riayət etməsi lazımdır. Bir fərzin edilməsinə, bir haramdan çəkinməyə əhəmiyyət verməyənin imanı gedər. İmansız kimsə, qəbirdə əzab çəkər. Axirətdə Cəhənnəmə gedər. Cəhənnəmdə sonsuz yanar. Əfv edilməsinə, Cəhənnəmdən çıxmasına imkan və ehtimal yoxdur. Küfrə düşmək çox asandır. Hər sözdə, hər işdə küfrə düşmək olar. Küfrdən xilas olmaq da çox asandır. Küfrün səbəbi bilinməsə də, hər gün bir dəfə, Ya Rəbbi, bilərək və ya bilməyərək küfrə səbəb olan bir söz söylədim və ya bir iş etdim isə, peşman oldum. Məni bağışla deyərək tövbə etsə, Allahu təalaya yalvarsa, şübhəsiz bağışlanar. Cəhənnəmə getməkdən xilas olar. Cəhənnəmdə sonsuz yanmamaq üçün, hər gün mütləq tövbə etməlidir. Bu tövbədən daha əhəmiyyətli bir vəzifə yoxdur. Qul haqqı olan günahlara tövbə edərkən, bu hüquqları ödəmək və tərk edilmiş namazlar üçün tövbə edərkən, bunları qəza etmək lazımdır. (Səadət-i Əbədiyyə)

Günahı yüngül görmək
Sual: Əhli-sünnə etiqadına görə əməl imandan parça deyil. Yəni insan günah işləməklə kafir olmaz. Bir də, (Günahı kiçik görmək, əhəmiyyət verməmək küfrdür) buyurulur. İçki içən, qeybət edən, yalan danışan kimsə, günah işlədiyi üçün kafir olmur, lakin bu günahları kiçik görməsə onsuz da bunları işləməz. Bunlar kafir mi, deyil mi? Buradakı incəliyi anlaya bilmədim. Məsələn namaz qılan bir qadın, açıq gəzir. Açıq gəzmə günahını kiçik görməsə açıq gəzməz. Allaha imanı olmasa, namaz qılmaz. Bunun imanı var mı, yox mu? Yenə kitablarda, (Ramazanda açıqdan oruc yeyənlərin imanı gedər) deyilir. Halbuki oruc tutmamaq günahdır, küfr deyil. Günahı yüngül görmək küfr olduğu kimi, kitablarda yalnız fərzi deyil, sünnəti belə kiçik görənin, əhəmiyyət verməyənin kafir olacağı yazır. Namazda təkkə geymək sünnədir. Əhəmiyyət verməzsə, kafir olur, (Əhəmiyyət versəydi geyərdi) deyə xatırlayıram. Əsrin və işanın sünnətini tərk edənlər üçün də eyni şeyi düşünməkdən özümü ala bilmirəm. Halbuki sünnəti qılmayan savabdan məhrum qalar, kafir olmaz. İkisinin arasındakı isbəti tapa bilmirəm. Bu mövzunu izah etmək olar?
CAVAB
Həm namaz qılıb, həm də, çəkinmədən günah işləyən kimsə üçün, qəti olaraq (Günahı kiçik görür) və ya (Günahı kiçik görmür) demək səhv olar.

Davamlı açıq gəzən bir qadının, açıqlığa əhəmiyyət vermədiyini söyləmək çətindir. Davamlı içki içən və ya başqa günahı işləyən kimsə üçün də, (Bu günaha əhəmiyyət vermir) demək çox çətindir. Günah vərdiş halına gəlincə, kiçik görülmə təhlükəsi başlayır. Davamlı bir və ya bir neçə günahı işləyən kimsənin tövbə etməsi çətindir. Tövbəni xatirinə belə gətirməz. Namaz qılan bir kimsə, (Örtünmənin dində yeri yoxdur) deyə inansa kafir olacağı kimi, örtünmə əmrinə əhəmiyyət verməz və kafir olar.

Arada bir günah işləyən kimsənin günahı kiçik gördüyünü demək çətindir. Belə adam tövbə də edə bilər. Ümumiyyətlə ara sıra günah işləyən kimsə, günahı yüngül gördüyü üçün deyil, o anda bəsirəti bağlanır, qəflətə düşür sanki fərqində olmadan günah işləyir. Yoxsa bir müsəlman, günaha əhəmiyyət vermədən qəsdən günah işləməkdən çəkinər.

(Ramazanda açıqdan oruc yeyənlərin imanı gedər) demək, oruc tutmayan kafir olar demək deyil. Oruc tutmamaq ayrı, oruca meydan oxuyurmuş kimi, başqalarını da oruc tutmamasına təşviq edər şəkildə açıqdan oruc yemək ayrıdır. Bunda orucu kiçik görmək vardır. Bir insan, ac qalaram qorxusu, xəstələnərəm narahatlığıyla və ya işimi ləngidər deyə oruc tutmazsa, bunlar həqiqətən etibarlı bir səbəb olmasa da, yenə bir bəhanə ilə oruc tutmamış olar, orucu kiçik görməz, yəni küfr deyil.

Təkkə geyməmək kimi, sünnətləri əməl etməyən, sünnəyə əhəmiyyət vermədiydən deyil, etibarsız də olsa, başqa səbəblərlə bunları etmir. Buna bənzər səbəblərlə sünnətlərə əməl etməyənə və günah işləyənə kafir deməməlidir.

İmanı artırmaq üçün nə etmək lazımdır?

İmanın azalması problemi müsəlmanlar arasında geniş yayılmışdır və tez-tez bu cür şikayətlər edilir: “ibadəti həvəssiz edirəm”, “günahdan əl çəkə bilmirəm”, “dua edə bilmirəm” və s. Bu problem qəlblə bağlıdır, “qəlb” sözü isə ərəb dilində “təqallub” (“dəyişmə”) sözündən götürülmüşdür.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qəlbin qəlb adlandırılmasının səbəbi çox dəyişkən olmasıdır (təqallub). Qəlbin məsəli ağaca ilişib qalmış quş lələyinin məsəli kimidir. Külək onu ora-bura çevirir”. (Əhməd, 4/408).

Zikr.az bildirir ki, Uca Allah qəlbi islah etməyin vacib olmasını vurğulayaraq buyurur: “O gün ki (Qiyamət günü), nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” (əş-Şuəra, 88-89).

Bu səbəbdən mömin həmişə qəlbinə baxmalı, ona pis təsir edən və imanını zəiflədən səbəbləri bilməli və onlardan çəkinməli, imanını artıran əməllər etməlidir.

Zəif imanın əlamətləri

Günahlar etmək və onlardan əl çəkə bilməmək
İbadətləri həvəssiz yerinə yetirmək
Yaxşı əməlləri azaltmaq
Qəlbin sıxılması və depressiya
Müsibət və sınaqlara dözümsüzlük
Dünyaya çox bağlanmaq və sevmək
Quran ayələrinin təsir etməməsi
Dua edə bilməmək və s.

İmanın zəifləməsinin səbəbləri

Möminlərin əhatəsindən uzaq olmaq
Günahkarların əhatəsində olmaq
Dini öyrənməmək
Vaxtının həddən artıq çoxunu dünya işlərinə sərf edərək Allahı yad etməkdən uzaqlaşmaq
Vaxtının həddən artıq çoxunu ailəyə sərf edərək Allahı yad etməyə az vaxt ayırmaq
Uzun ömür yaşayacağına ümid etmək və s.

İmanı necə artırmaq olar?

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki: “Paltar köhnəldiyi kimi, iman da köhnəlir, köhnəlmiş paltarı yenisi ilə əvəz etdiyiniz kimi, imanınızı da təzələyin”. (əl-Hakim).
İman asiliklə (günahlarla) azalır, itaətlə artır. Bunun təsdiqi kimi, insanların açıq-saçıq geyindiyi, içki və digər günahlar işlənən məclisdə olarkən qəlbdəki imanla, qəbirstanlığa gedib ölümü yada salarkən imanı müqayisə etmək olar. İmanı artırmaq üçün səbəblərdən bəziləri bunlardır:

Quranı aramla, mənasını düşünərək oxumaq

Uca Allah buyurur: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran, 190-191).
Rəvayət edilir ki, bu ayələr nazil olduqda Allah Rəsulu (salləllahu aleyhi və səlləm) gecə namazında o qədər ağlamışdı ki, paltarı və yer yaş olmuşdu və buyurmuşdu: “Bu gecə mənə elə ayələr nazil oldu ki, onları oxuyub mənasını düşünməyənlərin vay halına!” (İbn Hibban).

O həmçinin demişdir: “Hud, Vaqiə, Mursəlat, ammə yətəsəəlun (ən-Nəbə), izə şşəmsu kuvvirat (ət-Təkvir) surələri saçlarımı vaxtından tez ağartdı”. (Tirmizi).
Bu hədislər Quran ayələrini oxuyarkən mənalarını düşünməyin vacib olduğuna dəlalət edir.

Allahı yaxşı tanımaq üçün Onun ad və sifətlərini öyrənmək

Günah etməyin səbəblərindən biri də Allahı yaxşı tanımayaraq ondan layiqincə qorxmamaqdır, Allahın əzəməti, güc və qüdrəti Quranda müxtəlif cür təsvir olunur: “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın” (əl-Ənam, 59).
“Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır” (əz-Zumər, 67).
“Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (əl-Əraf, 143).

Dini öyrənmək

Uca Allah buyurur: “De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”. (əz-Zumər, 9).
Həqiqətən də, Allahın əmrlərini yaxşı bilən, qəbir əzabı, Qiyamətin dəhşəti, Cəhənnəm əzabı, Cənnətin gözəlliyindən xəbərdar olan, halal və haramları bilənlə dindən xəbəri olmayan cahilin imanı bir ola bilərmi? Dini öyrənmək üçün səhih mənbələrə əsaslanan dini kitablar oxumaq, buna vaxt olmadıqda isə çoxlu dini dərslərə qulaq asmaq lazımdır.

Möminlərin əhatəsində olmaq

Zikr məclislərində (Allah yad edilən məclislər) olmaq, möminlərlə oturub-durmaq, məscidə getmək və digər əməllər imanın artmasının səbəblərindəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın əli camaatla bərabərdir. Kim camaatdan ayrılarsa şeytan onu əhatə edər. Qurdun sürüdən ayrılan qoyunu qapıb qaçdığı kimi, şeytan onu qapıb qaçar”. (Əhməd).

Yaxşı əməlləri çoxaltmaq

Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) üzünü səhabələrə tutub soruşdu: “Hansı biriniz bu gün oruc tutub?” Əbu Bəkr (radiyallahu anhu): “Mən” – deyə cavab verdi. Peyğəmbər yenə soruşdu: “Hansı biriniz bu gün cənazəni təqib edib?” Əbu Bəkr: “Mən” – deyə cavab verdi. Pey­ğəmbər yenə soruşdu: “Hansı biriniz bu gün kasıbı yediz­dirib?” Əbu Bəkr: “Mən” – deyə cavab verdi. Peyğəm­bər yenə soruşdu: “Han­sı biriniz bu gün xəstəni ziyarət edib?” Əbu Bəkr: “Mən” – deyə cavab verdi. Peyğəmbər dedi: “Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar”. (Muslim).
Bu sual qəflətən verilmişdi, Əbu Bəkr bu suallara hazır deyildi. Bu hədis onun hər zaman yaxşı əməllər işləməyə necə can atmasını göstərir.

İbadətləri çoxaltmaq

Uca Allah öz mərhəməti ilə bizə Onun razılığını qazanmağımız üçün müxtəlif ibadətlər göstərmişdir. Fərz ibadətlərdən sonra (5 vaxt namaz, zəkat, Ramazan orucu və s.) hər kəs özünə rahat gələn ibadət növünü seçərək Allaha yaxınlaşmağa və imanını artırmağa çalışa bilər. Məsələn, sədəqə vermək, nafilə oruc tutmaq, zikr və dualar etmək, gecə namazı və s.

Ölümü tez-tez xatırlamaq

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın”. (Tirmizi).
“Sizə qəbrləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin. Həqiqətən də, qəlbləri ziyarət etmək qəlbi yumşaldır. Göz yaşı axıdır. Axirəti xatırladır”. (əl-Hakim, 1/376).
“Xəstələri ziyarət edin, cənazələrə (cənazə namazlarına) qoşulun ki, sizə axirəti xatırlatsın”. (Əhməd, 3/48).

Allahı çox zikr etmək (xatırlamaq)

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahı tez-tez yada salın!” (əl-Əhzəb, 41).
Şeytan insana günah işlər görməyi vəsvəsə edir, onu uzaqlaşdırmağın yolu isə Allahı zikr etməkdir. Uca Allah buyurur: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir”. (Fussilət, 36).

Dünyanın dəyərsiz və müvəqqəti olduğunu bilmək

Uca Allah buyrur: “Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir” (Ali İmran, 185).

Özünü hesaba çəkmək

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır” (əl-Həşr, 18).
Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) demişdir: “Hesaba çəkilməzdən əvvəl özünüz özünüzü hesaba çəkin. ” (İbn Əbu əd-Dunyə, “Muhəsəbətu-n-Nəfsi”, səh: 29-30; Əhməd ibn Hənbəl, “əz-Zuhd”, səh: 120; Əbu Nueym, “əl-Hilyə”, 1/52; Alləqahu İbn əl-Covzi, “Mənəqibu Umar radıyəllahu anhu”, səh: 178; İbn Əbu Şeybə, “əl-Musannəf”, 13/270; İbn əl-Mubərak “əz-Zuhd”, səh: 103; Malik, “əl-Muvatta”, 2/111; ət-Tirmizi, “əs-Sunən”, 4/550; Əbu İshaq əl-Huveyni fi, “təxricihi liTəfsir İbn Kəsir”, 1/478).

Allaha çox dua etmək

Qəlblər Allahın əlində olduğu üçün qəlbin islah olması üçün Allaha dua etmək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dua edərdi: “Allahım, sən qəlbləri dəyişdirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!” (Muslim, 2654).

Saglamolun.Az

Səhv etdikdən sonra peşmançılıq necə olmalıdır

Heç kim səhv etmək istəməz. Amma səhv etmək imtahanın əhəmiyyətli hissəsidir. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır. Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: «Səhv etdikdən sonra o səhvi bir də etməmək üçün nə etmək lazımdır?», “İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”, «Qurana görə edilən səhvdən sonra peşimançılıq hissi necə olmalıdır?», «Səhv edən insan özünü günahkar saymalıdırmı?», “İnsan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?”, «O səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?», «Səhvini necə düzəltməlidir?» Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir. Buna görə də insan səhv etdikdən sonra nə etməli olduğunu Qurana görə müəyyən edə bilər.

«Səhv etdikdən sonra o səhvi təkrarlamamaq üçün nə etmək lazımdır?»
Allahdan qorxan bir insana səhvi olduğunu deyəndə qüruruna fikir vermədən o səhvi düzəldər. Bu çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər səhvini qavradığı halda qavramamış kimi davranırsa, bilə-bilə doğru davranmaqda tərəddüt edirsə, bu onun möminliyini şübhə altına alır. Çünki Allah qorxusu insanı səhv hərəkətdən çəkindirər. “İnsanlar nə deyər?”, «alçalaram?», «hərəkətimi dərhal dəyişdirməklə səhvimi qəbul etmiş vəziyyətə düşərəm?», «insanların mənə etibarı zədələnər?», «belə etsəm qürurumu qırmış olaram?» kimi nəfsinə yönəlmiş planlar qurmaz. O anda ancaq Allah Qatında olan vəziyyətini düşünər. Allahın razılığına uyğun olmayan rəftardan imtina edib, Allahın bəyənəcəyi rəftar göstərəcəyini bilərək sevinclə səhvini düzəldər.
Beləliklə, səhvdən imtina etmək bundan ibarətdir. Çətin bir şey yoxdur. Bu işə günlər, həftələr ayırmaq lazım deyil. Səhv hər nə qədər böyük olursa-olsun, insan verdiyi qərarla Allahın ən çox razı qalacağı davranışı mənimsəməklə, Allahn izni ilə, o səhvi də ortadan qaldırmış olar.

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar..(Ali İmran surəsi, 135)

“İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”
Allah Quranda «sadiq bəndələrindən başqa» heç kimin xilas olmayacağını bildirmişdir (Hicr surəsi, 40). İnsan səhv etdiyi zaman onu Allaha ən çox yaxınlaşdıran davranış da səmimiyyətdir. İnsan Allaha nə qədər təmiz, səmimi və dürüst şəkildə yönəlirsə, səhvini də o qədər yaxşı anlayır və peşman olur. Əgər bu səhv o adamın Allah qarşısındakı acizliyini və Allaha möhtac olduğunu daha yaxşı qavramasına vəsilə olubsa, bu da o adamın səmimiyyətini göstərir. Səhvi üçün Allahdan qorxub-çəkinirsə, axirətdə bu rəftarına görə məsul olacağını bilirsə, acizliyini qəbul edərək Allahın lütfünə və bağışlayıcılığına sığınırsa, Allahın izni ilə, bu Quran əxlaqına uyğun əxlaqdadır. Bu insan Allaha tövbəsini qəbul etməsi və özünü bağışlaması üçün canı-qəlbdən dua edər. Bir daha eyni səhvi təkrarlamamaq üçün Allaha səmimi olaraq söz verər.

Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Maidə surəsi, 39) Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm! (Bəqərə surəsi, 160) Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir! (Əraf surəsi, 153)

«Qurana görə etdiyin səhvdən sonra peşimançılıq hissi necə olmalıdır?»,
«Səhv edən insan özünü günahkar saymalıdır?», “İnsan etdiyi səhvi düzəltdikdən sonra o səhvi unutmalıdır, yoxsa həmişə onun peşmançılığını çəkməlidir?”
İman etməyən insanlarla Allahdan qorxan möminlərin etdikləri səhvdən sonra keçirdikləri narahatlıq hissi çox fərqlidir. İman etməyən insanlar səhv edəndə bir saniyə belə düşünmədən, laqeydliklə həyatlarına davam edirlər. Nə Allah qarşısında peşmançılıq, nə səhvlərini düzəltmə, nə də bir daha təkrarlamamaq üçün tədbir görmə ehtiyacı hiss etmirlər. Möminlər isə çox həssas vicdana sahibdirlər. Vicdanlarına uyğun olmayan ən kiçik bir hərəkət belə çox böyük narahatlıq keçirmələrinə səbəb olur. Allahdan qorxduqları üçün Allahın razı olmayacağı hərəkətləri etməməyə ciddi səy göstərirlər. Ancaq bu narahatlıqlarını yenə də Allaha sığınaraq, Quran əxlaqı ilə hərəkət edərək ortadan qaldırırlar. Cahiliyyə cəmiyyətində olduğu kimi narahat olduqları üçün depressiyaya düşmürlər. Səhvlərini emosiyaları ilə dəyərləndirib, qəmginliyə, əziyyətə, pessimizmə, ya da ümidsizliyə qapılmırlar. Bu narahatlıq onlarda çox dərin və şiddətli peşmançılıq hissi meydana gətirir. Ancaq bu, “şeytani” deyil, «rəhmani» peşmançılıqdır.

Bəzi cahil insanlar «peşmançılıq» deyəndə «insanın özünə qapanması, ətrafındakı insanlardan uzaqlaşması, sonsuz günahkarlıq hissi ilə yaşaması, depressiyaya düşməsi və həyatında bundan sonra həmişə bu səhvin əzabını çəkməsi» kimi başa düşürlər. Bu “şeytani peşmançılıq” formasıdır. Bu peşmançılıq o səhvin düzəlməsinə gətirib çıxarmır. Ancaq şirk əsaslı peşmançılıq yaşanır. Möminlər isə yaşadıqları dərin və mənalı peşmançılıqla səmimiyyət qazanırlar. Allahın izni ilə Allaha daha da yaxınlaşır, Allaha daha dərindən dua edirlər. İman coşğuları, Quran əxlaqını yaşamaqda qətiyyətləri, Allaha olan bağlılıqları, axirətə olan inancları, Allah qorxuları daha da artır. Hər mövzuda daha əxlaqlı və düzgün davranmaq üçün daha səmimi qərarlar verir, daha çox səy göstərəcək şövq və enerji qazanırlar. Cahil insanlar hər şeyi Allahın yaratdığını bilmədikləri və qədərə iman etmədikləri üçün həyatlarının sonuna qədər yaşadıqları peşmançılıq və günahkarlıq hissindən xilas ola bilmirlər. “Əgər belə etməsəydim, bu gün bu vəziyyət də olmazdım”, «Bu adam mənə belə etməsəydi, mən indi başqa yerdə olardım» kimi hal-hazırdakı vəziyyətlərinə heç bir faydası olmayacaq fərziyyələr üzərində düşünüb kədərlənirlər.

Möminlər isə etdikləri hər səhvdən dərs alırlar. Onlar da “İndiki ağlım olsaydı, əsla elə düşünməzdim, ya da elə davranmazdım” deyərlər, amma hadisələrin Allah o şəkildə dilədiyi üçün və qədərdə o şəkildə yazıldığı üçün elə olduğunu heç vaxt unutmurlar. Dəfələrlə eyni hadisəni yaşasalar da, hər dəfə hadisələrin eyni şəkidə nəticələnəcəyini bilirlər. Buna görə də möminlərin peşmanlığında “şirk yoxdur”. Özlərini qınayarkən, nəfslərini tənqid edərkən və etdiklərinə görə peşmanlıq keçirərkən, bunların hamısının qədərdə olduğu üçün o şəkildə reallaşdığını unutmurlar. Buna görə də cahiliyyə insanlarında olduğu kimi «xilas ola bilmədikləri günahkarlıq hissi ilə yaşamırlar». Keçirdikləri peşmanlıq hissi də «Niyə etdim?», «Kaş ki, etməsəydim. » kimi Qurana uyğun olmayan məntiqə əsaslanmır. Hər şeyin yalnız Allah dilədiyi üçün yaradıldığının şüurundadırlar. Ən böyük səhvləri elsələr də, ən böyük zərərlərə səbəb olsalar da, bütün bunları Allahın yaratdığını, hamısının qədərin bir hissəsi olduğunu və hamısında insanlar üçün bir çox xeyir və hikmət olduğunu bilirlər. Buna görə də o səhvdən sonra həyatlarını günahkarlıq hissi içərisində keçirmirlər. Həm Allahdan qorxaraq, həm də Allahın rəhmətinə sığınaraq, səmimi olduqlarını bilərək, əllərindən gələnin ən yaxşısını etmək üçün həmişə səy göstərirlər.

Əlbəttə ki, etdikləri səhvləri unutmurlar. Ancaq bu «unuda bilməmələrindən» qaynaqlanmır. İmanın və Allah qorxusunun bir gərəyi olaraq səhvləri möminlərin daha gözəl əxlaqa sahib olmalarına vəsilə olur. Möminlər də səhvlərini elə buna görə unutmurlar. Bir mövzuda bəlkə bir dəfə səhv edərlər, amma həyatlarının sonuna qədər o səhvi unutmaz və o hadisədən aldıqları dərsdən nəticə çıxararaq təkrar etməkdən çəkinərlər.
Cahiliyyə insanları isə təvəkkül edə bilmədikləri, qədərə və Allahın hər şeyi xeyirlə yaratdığına inanmadıqları üçün səhvlərini unutmaq istəsələr də bacaramazlar. Həyatlarının sonuna qədər həmişə o səhvlərinin təsiri alltında qalaraq, onun peşmanlığı ilə yaşayarlar.

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır; (Əla surəsi, 14) Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Tövbə surəsi, 118)

«Etdiyi səhvi bir də təkrarlamamaq üçün hansı tədbirlər görməlidir?»
Allah insana ağıl, vicdan, iradə və mühakimə qabiliyyəti vermişdir. Səmimi olan hər insana bu xüsusiyyətlərin qapısı sonuna qədər açıqdır. Qəlbən iman edən, Allahdan qorxan insan etdiyi səhvdən sonra ağlı və vicdanı ilə hadisəni dəyərləndirər, əskik və qüsurlu olduğu tərəfləri görüb qavrayar. Allah qorxusundan qaynaqlanan güc və iradə ilə bu mövzuda mükəmməl bir həssaslıq göstərər. Qarşısına çıxan hər hadisədə əlindən gələni edərək Quran əxlaqına uyğun olan əxlaqı tətbiq etməyə çalışar. Allahın razı olmayacağı əxlaqdan çəkinməkdə çox qərarlıdır və vicdanının səsini dinləyir. Qurana uyğun olmayacağını gördüyü davranışdan çəkinib Allaha sığınar. Bu insan əvvəl etdiyi səhvlərdən dərs almaqla kifayətlənməz, ağılla düşünərək və vicdanla qərar verərək edə biləcəyi səhvləri də düşünüb əvvəlcədən qiymətləndirər. Nəfsini yoxlayar, əskik olduğu tərəfləri müəyyən edib nəfsini o yöndə tərbiyə etməyə, tədbir almağa çalışar. Ətrafındakı insanların təcrübələrindən, səhvlərindən, xəbərdarlıqlarından nəticə çıxarar. İnsanları yaxşı, pis, gözəl və əskik tərəfləri ilə analiz edib, gördüyü qüsurları özü də təkrarlamamaq üçün çalışar. Quranda bildirilən ayələrə əsaslanaraq insanların nəfsində olan əskiklikləri öyrənər. Bu əskiklərin Qurana görə həll yolunu müəyyən edib, nəfsini bu şəkildə tərbiyə edər.

Nəfsində bir mövzuda böyük problem müəyyən edəndə, o məsələdə nəfsinə xüsusi diqqətlə yanaşar və xüsusi bir diqqətlə də nəfsini tərbiyə edər. Məsələn, əskikliyi qürurudursa, qürurunu əzəcək şəkildə davranar. Əsəbidirsə, həmişə mülayim, xoş münasibətli davranmağa çalışar. Qısqancdırsa, nəfsini əzər və həmişə başqalarının özündən qabağa keçməsinə şərait yaradar. Əgər insan bu qədər səmimi cəhdlə özünü düzəltməyə çalışsa, Allah ona bu səmimiyyətinin əvəzini həm dünyada, həm də cənnətdə verər. Allah nəfsinə qarşı apardığı mübarizədə ona kömək edəcək və səmimiyyətlə etdiyi səhvləri, inşaAllah, bağışlayacaq.

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (Bəqərə surəsi, 286)

«Səhvini necə düzəltməlidir?»
İnsan Allaha qarşı səmimi olaraq səhvini ən gözəl şəkildə düzəldə bilər. Allaha qarşı səmimi olan insan Allahın izni və köməyi ilə ətrafındakı insanlara qarşı olan münasibətini də ən gözəl şəkildə düzəldər. Çünki Allahdan qorxub-çəkinən insana Allah səhvini düzəldə biləcəyi şərait yaradar və fürsət verər. Allah qorxusu o adamın üzündə dərin mənalı bir nur və səmimiyyətlə ortaya çıxar. Allahdan qorxan möminin üzündəki bu səmimi ifadə ətrafındakı insanların inamını qazanmaq, ürəklərində sevgi və hörmət meydana gətirmək üçün kifayətdir. Beləliklə, səhv düzəltmək üçün əldə ediləcək ən təsirli yol möminin Allaha qarşı olan səmimiyyəti ilə əldə edəcəyi yoldur.
Əlbəttə ki, mömin hər hansı bir mövzuda xətalı hərəkət etsə, bunun əksi olan gözəl sözlərlə və davranışlarla bu etibarı, hörməti və sevgini daim inkişaf etdirməli, səhvindən səmimi şəkildə peşman olduğunu və Allahdan qorxduğunu Quran əxlaqına uyğun davranışları ilə möminlərə göstərməlidir.
Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir (Yunus surəsi, 26)
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! (Furqan surəsi, 70) Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir! (Əhqaf surəsi, 16) Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihətdir.”. (Hud surəsi, 114)

Comments are closed, but trackbacks and pingbacks are open.