Ruslar Gürcüstandakı separatçı rejimlərə dəstəyi dayandırmalıdır»
Ermənistan ordusunda əcnəbi vətəndaşlardan hərbi xidmətdə istifadə adi hal almağa başlayır. Suriya, Livan, Fransa vətəndaşı olan ermənilərin, PKK/YPG terror qruplaşması olan kürdlərin Qarabağda Azərbaycan ordusuna qarşı döyüşməsi artıq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aşkara çıxıb.
Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu
Gürcüstandakı erməni separatçılarının rəhbəri Qarabağdakı terrorçulara qoşuldu Bu fakt Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlara dünyanın müxtəlif ölkələrindən olan erməni terrorçu, separatçı və ekstremistlərini cəlb etdiyini bir daha təsdiqləyir
5 Oktyabr , 2020 14:24
https://static.report.az/photo/20c220c0-14cb-3da7-9960-d6653135b629.jpg
Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni seperatçılarının rəhbərlərindən biri olan Vaaqn Çaxalyan Ermənistanın işğalçı ordusunun sıralarına qoşulub. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü “Facebook” səhifəsində yazıb və bunu sübut edən fotoşəkillər paylaşıb. V.Çaxalyan Gürcüstana qayıdacağını qeyd edib: “Qayıdacağıq və milli dəyərlər üzrə mübarizəmiz daha da böyüyəcək”. Onun “biz” yazması onu deməyə əsas verir ki, onunla birgə Samtxe-Cavaxeti bölgəsindən olan digər separatçılar da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrə qoşulublar. Bu fakt Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlara dünyanın müxtəlif ölkələrindən olan erməni terrorçu, separatçı və ekstremistlərini cəlb etdiyini bir daha təsdiqləyir. Qeyd edək ki, V.Çaxalyan 2008-ci ilin iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunub. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanılması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü ilin yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili separatçının əfvini kəskin qınamışdı. Onun sözlərinə görə, V.Çaxalyan erməni katalikosu II Qareginin xahişi əsasında həbsdən azad edilib. Əfvi böyük səhv adlandıran keçmiş dövlət başçısı bildirib ki, bu qərar gələcəkdə Gürcüstanın milli təhlükəsizliyi və dövlətçiliyi üçün ağır nəticələnəcək.
«Ruslar Gürcüstandakı separatçı rejimlərə dəstəyi dayandırmalıdır»
«Gürcüstanın ərazi bütövlüyü vacib məsələdir. Rusiya Abxaziyadakı və Cənubi Osetiyadakı separatçı qanunsuz rejimlərə dəstək verməyi dayandırmalıdır»-Riçard Holbruk bu fikri «Azadlıq» radiosunun müxbirinin Gürcüstanla Rusiya arasındakı münasibətlərlə bağlı sualını cavablandırarkən belə deyib.
Amerikanın BMT-dəki keçmiş səfiri Gürcüstanın bugünkü durumunu belə təsvir edir: «Mən ümid edirdim ki, Gürcüstanda gərginlik azalıb. Amma, ötən həftə orada vertolyot hücumları olub. Bilmirəm nə baş verir və indi Gürcüstandakı adamlara ünsiyyət saxlamıram. Amma, bu ölkədəki vəziyyət məni narahat edir, çünki, Gürcüstanla Rusiya arasındakı əlaqələr hələ tam bərpa olunmayıb. Bu ölkələr arasında sərhəddə normal vəziyyət olmalıdır».
-Siz demişdiniz ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Amerika və Avropa Birliyinin dəstəklədiyi liderdir. Nə üçün siz onun bacarığında elə əminsiniz?
-Mənim Saakaşvili rejiminə dəstəyim onun nailiyyətlərinə əsaslanır. Heç kəs qüsursuz deyil, indi Gürcüstanla bağlı da problemlər var. O, hakimiyyətə gələndə, ölkə müflis vəziyyətdə idi. Elektrik sistemi yox idi, ölkədə oğurluq baş alıb gedirdi, hətta hökumət rəsmiləri maaş almırdılar. İndi Gürcüstan iqtisadiyyatında artım var, ölkənin tarazlaşdırılmış büdcəsi mövcuddur. Bu böyük nailiyyətdir, bütün bunlar onun Amerikada təhsil almasıyla bağlı deyil.
-BMT Gürcüstanın Rusiya ilə problemlərinin həllinə kömək edə bilərmi?
-BMT Gürcüstanın problemləriylə o qədər də məşğul olmur, çünki Rusiya bu məsələni BMT-də çox müzakirə eləmək istəmir.
-Bəs ola bilərmi Amerika BMT-də Rusiyaya Gürcüstanla bağlı bəzi güzəştlər etsin, bunun əvəzinə isə Rusiya Amerika üçün vacib olan məsələlərdə onunla razılığa gəlsin. Məsələn, Şimali Koreya və ya İranın nüvə böhranı məsələsində?
-Mən inanmıram ki, Amerika Gürcüstanla əlaqədar hansısa güzəştlərə getsin. Mən bunu istəməzdim. Gürcüstanın ərazi bütövlüyü vacib məsələdir, ruslar Abxaziya və Cənubi Osetiyanın separatçı, qeyri-leqal rejimlərinə dəstək verməyi dayandırmalıdırlar. Gürcüstana imkan verilməlidir ki, bu məsələlərlə özü məşğul olsun.
-Kosovonun müstəqil olub-olmayacağı ilə bağlı nə deyə bilərsiniz?
-Əlbəttə ki, Kosovo müstəqil olacaq, bu qaçılmazdır. Amma, ruslar Belqraddakı sərt xətt tərəfdarlarını himayə edir və Marti Ahtisaarinin planına qarşı çıxış edirlər. Bu çox faydasızdır. Əgər BMT Təhlükəsizlik Şurası gələn ay Ahtisaarinin planını müdafiə etməsə, Kosovoda zorakılıq olacaq. Buna görə, bütün məsuliyyəti Rusiya daşımalı olacaq. «Nyu York Times» qəzeti Rusiyanın BMT-dəki elçisinin dediklərini dərc edib. O, Ahtisaarinin planına qarşı çıxış edib və onun yerinə təzə vasitəçinin təyin olunmasına çağırıb. Bu, yaxşı şey deyil.
Gürcüstan niyə separatçı rəhbərin tutulması üçün Azərbaycanla əməkdaşlığa başladı?
Ermənistan ordusunda əcnəbi vətəndaşlardan hərbi xidmətdə istifadə adi hal almağa başlayır. Suriya, Livan, Fransa vətəndaşı olan ermənilərin, PKK/YPG terror qruplaşması olan kürdlərin Qarabağda Azərbaycan ordusuna qarşı döyüşməsi artıq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aşkara çıxıb.
Bu azmış kimi, məğlubiyyətə düçar olan Ermənistan Gürcüstan vətəndaşlarını da bu sıraya cəlb etməyə çalışır. Onların başında isə separatçı Vaaqn Çaxalyan durur.
Bu şəxs Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindən olsa da, yediyi qaba tüpürənlərdən sinfindəndir. Belə ki, Gürcüstanda dəfələrlə Cavaxeti ərazisinə muxtariyyət verilməsi təklifini müzakirəyə çıxarıb. Separatçının məqsədi isə aydındır: Gürcüstanın ərazisi olmuş, sonradan bura çar Rusiyası zamanı köçürülməklə süni şəkildə etnik ermənilərin sayı artırılmış bu regionun Ermənistana birləşdirilməsi…
Ötən ilin sonunda Ermənistan vətəndaşlığını qəbul etməklə Gürcüstana qarşı hörmətsizlik nümayiş etdirmiş Vaaqn Çaxalyan hazırda Qarabağa separatçı erməniləri cəlb etməyə çalışan qruplaşmanın əsas simasıdır. Bu ilin əvvəlində Gürcüstan vətəndaşlığından çıxarılan Çaxalyan barəsində oktyabrın 9-da Baş Prokurorluq cinayət işi açıb. O, Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri üzrə günahlandırılır.
Bu məsələdən Gürcüstan tərəfi də çox narahatdır. Belə olmasaydı, Gürcüstan Baş Prokurorluğu da Azərbaycanla həmin şəxsin tutulması yönündə əməkdaşlığa razılıq verməzdi. Çünki separatçı ermənilərin təlim keçib Qarabağda vuruşması və təcrübə toplaması Gürcüstanın gələcəyi üçün də real təhlükədir. Heç kim zəmanət verə bilməz ki, bu qruplaşmalar müharibədən sonra silahlarının nişangahını Gürcüstana qarşı çevirməyəcək. Artıq siyasi dairələrin kulis arxasında cəbhədəki uğursuzluğu unutdurmaq üçün min-bir bəhanə axtardığı, uğursuzluğu ört-basdır etmək üçün Cavaxeti bölgəsinə ərazi iddialarını genişləndirmə kampaniyası başlanılması barədə söhbətlər gedir.
Səbuhi Musayev
Comments are closed, but trackbacks and pingbacks are open.