Azərbaycanda ən perspektivli peşə hansıdır
“Həmin ixtisaslar arasında informasiya texnologiyaları sahəsində, dəqiq elmlər, neft sahəsi, iqtisadiyyatin müəyyən sahələri üzrə üstünlük təşkil edir. Həmin proqram üzrə seçilənlərin müəyyənləşdirilməsində, təhsil və iqtisadi inkişaf nazirliklərinin mütəxəssilərindən ibarət müsabiqə komissiyası işləyir. Bu zaman dövlətin yaxın gələcəkdə daha çox hansı sahəyə ehtiyacının olması nəzərə alınır.
Hansı peşəni seçməli?
Özünüzə uyğun peşəni seçmək üçün necə insan olduğunuzu və maraqlarınızı müəyyən etməlisiniz. Münasib işlərin əksəriyyəti üçün təlim və təhsiliniz olmalıdır. Əksər işə götürənlər ən azı ali məktəb və ya kollec diplomu tələb edir. Baxmayaraq ki, müraciət formasını doldurduğunuzda görürsünüz ki, bir çox işlər həmin sahədə təcrübə tələb edir. Çalışın ki, özünüz üçün uyğun hesab etdiyiniz iş şəxsiyyətinizə, maraqlarınıza, biliyinizə və yaşınıza uyğun olsun. Cəsarət etməkdən və yeni şeylər etməkdən qorxmayın.
Tibbi, stomotoloji yaxud əczaçılıq sahəsində təhsiliniz və ya təcrübəniz varsa bu sahələrdə özünüzə yer tuta bilərsiniz. Katibə, kassir, ofisant və ya satıcı kimi başqa işlər də ola bilər.
Əgər tibbi sahədə çalışmağa çox həvəslisinizsə lakin təhsilsizsinizsə, bir neçə illik məktəb və yüksək təhsil haqqına hazırlıqlı olun. Əgər bunu etsəniz nə vaxt və harada istəsəniz işlə təmin olunma qarantiyanız ola bilər.
Əgər gülərüz və cazibədarsınızsa, model və ya kosmetik satıcı olmağı da nəzərdə tutun. Heç vaxt bilə-bilmərsiniz ki, bu gülümsəmə ilə necə irəliyə gedə bilərsiniz.
Əgər yenilikçi xüsusiyyətinə maliksinizsə, daha yaradıcı peşə seçin. İncəsənət, gül düzümü, daxili interyer bu kimi sənətlərdəndir. Əgər yaradıcı birisinizsə və bişirməyi sevirsinizsə, kulinariya ilə bağlı iş tam sizə görədir.
Nələrisə dizayn etməyə həvəsiniz varsa, rəssam ola bilərsiniz, yaxud mühəndis olmaq üçün məktəbə gedə bilərsiniz. Bir çox insanlar gün ərzində məşğul olduğundan axşam dərsləri verən məktəblərə gedə bilərsiniz
Utanğac və ya xasiyyətcə dəyişkən birisinizsə, yanlız ola biləcəyiniz işlər axtarın. Məsələn, yük maşını sürücülüyü, santexnika, dam ustası, ev işləri görən və s. Cəhd edə biləcəyiniz bir çox iş sahələri var.
Əgər uşaqlarla vaxt keçirməyi xoşlayırsınızsa, müəllim yaxud baxıcı olun. Adətən bu sahələrdə hər zaman vakansiya olur.
Tərcümə etdi: Nüşabə Kərimzadə
Azərbaycanda ən perspektivli peşə hansıdır?
Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.
Hələ də “mən bu ixtisası oxusam qonşum nə fikirləşər” kimi düşüncələr üstünlük təşkil edir.
Hansı peşəni seçməli? Bu sual hər bir insanı, əsasən də gəncləri çox düşündürür. Düzgün peşə seçmiş insanın yaradıcılığa meyli güclənir, karyerada irəliləmək imkanı genişlənir. Bəyənmədiyin, sevmədiyin işi yerinə yetirmək çox çətin, ağır və maraqsız olur, adam işdən yorulur, bezir, işin nə vaxt qurtaracağını səbrsizliklə gözləyir, kollektivdə narazılıq yaranır. İşaxtaranlar, xüsusilə gənclər vaxtında öz qabiliyyətlərini müəyyənləşdirə bilmədikdə, peşələr haqqında düzgün məlumatlandırılmadıqda uzun müddət həyatda öz yerlərini tuta bilmirlər.
Bəs peşəni necə seçməli?
Ekspertlərin fikrincə, son illər Azərbaycanda iqtidsadi yönümlü peşələrə maraq artıb. Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, son illər bank işi, menecer, bununla paralel olaraq mühəndislik, xüsusilə informasiya texnologiyaları mühəndisliyi, tibb sahəsində yaxşı ixtisaslaşmış həkimlik ən perspektivli peşələr hesab olunur.
Onun sözlərinə görə, universitet məzunlarının karyera seçimlərinə baxan zaman, daha çox bu sahələr ön plana çıxır. Hümanitar yönümlü peşələr haqda isə təəssüflər olsun ki, bu fikri söyləmək mümkün deyil. Sosioloq, fəlsəfə, beynəlxalq münasibətlər, pedaqoji ixtisaslarına nədənsə maraq azalıb. Bu ixtisas üzrə ali məktəb məzunlarının hansısa işə düzəlməsində böyük problemlər ortaya çıxır.
Ə.Süleymanlı deyir ki, bir vaxtlar dəbdə olan hüquq fakültəsinin sovet dövrü ilə müqayisədə insanlar arasında nüfuzunu itirdiyinin şahidi oluruq. Bəzi valideynlər övladlarının həmin peşəni seçməsini istəsələr də, reallığa baxanda görürlər ki, bunun perspektivi yoxdur. Məcbur olub mövcud reallıqla uyğunlaşaraq, övladlarını daha çox perspektiv vəd edən peşəyə yönəldirlər.
“Bizdə peşə seçiminə istər valideynlərin yönləndirməsi, istərsə də müəlimlərin proqramlar hazırlanmasında böyük əksikliklər var. Elə sahələr var ki, orada həqiqətən də böyük mütəxəssisə ehtiyac var. Ancaq həmin peşələrə nə abuturiyent gedir, nə də valideynlər yönəldir”, – deyən Ə.Süleymanlı hesab edir ki, bunun obyektiv və subyektiv səbəbləri var. Çünki, cəmiyyət və dövlətdə də bu peşələr lazım olan nüfuzunun qazanmayıb. Ona görə də valideynlər məsələyə praqmatik yanaşaraq daha perspektiv vəd edən peşələr seçirlər.
Sosioloqun fikrincə, gələcəyi layihələrşdirən, proqramlaşdıran sosial mühəndislərə, idarəetmə sahəsindəki mütəxəsisslərə böyük ehtiyac var. Sosial problemlər, konfliktlər, ailə münaqişələrin sayı artır, ancaq bu peşəni ya seçən yoxdur, ya da əlacsızlıqdan seçirlər.
“Peşə seçiminin fərdi və ictimai tərəfi var. Əfsuslar osun ki, bizdə ictimai tərəf nəzərə alınmır. İnsanlar daha çox peşənin fərdi tərəfini nəzərə alırlar ki, bu ixtisasını başa vurduqdan sonra özümə necə karyera qura bilərəm. Amma çox az insan idealist olaraq düşünür ki, ölkəm, millətim üçün necə yardımçı ola bilərəm. Bu da peşə seçimində problemli tərəfdir”, – deyə Ə.Süleymanlı əlavə etdi.
Sosioloq ən perspektivli və perspektivsiz peşələri sadaladı.
– Qida sahəsində mütəxəssis,
– Sosial və humanitar sahələr,
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Milli.Az xəbər portalına açıqlamasında ən perspektivli peşələrin hansı olması məsələsini daha da konkretləşdirdi. TQDK rəsmisi bildirdi ki, hansı peşələrin perspektivli olmasını Azərbaycan dövlətinin müəyyənləşdirdiyi ixtisaslar üzrə təyin etmək olar.
Onun sözlərinə görə, “Azərbaycanda xaricdə təhsil üzrə Dövlət Proqramı” var və gənclər 2007-2015-ci illərdə dövlət hesabına Avropanın nüfuzlu ali məktəblərinə oxumağa göndərilir:
“Həmin ixtisaslar arasında informasiya texnologiyaları sahəsində, dəqiq elmlər, neft sahəsi, iqtisadiyyatin müəyyən sahələri üzrə üstünlük təşkil edir. Həmin proqram üzrə seçilənlərin müəyyənləşdirilməsində, təhsil və iqtisadi inkişaf nazirliklərinin mütəxəssilərindən ibarət müsabiqə komissiyası işləyir. Bu zaman dövlətin yaxın gələcəkdə daha çox hansı sahəyə ehtiyacının olması nəzərə alınır.
Eləcə də yerli ali məktəblərimizə ayrılan plan yerlərinin sayında da bunu sezmək olar. Eyni zamanda əmək bazarında bizə hansı sahədə kadr ehtiyacı olmasını müəyyən etmək mümkündür. Elə sahələr var ki, həmin yerlərə xaricdən mütəxəssis dəvət olunur. Həmin sahələr üzrə ölkədə diplomlu adamlar var, amma diplom şərt deyil, mütəxəssislər lazımdır”.
E.Nağızadə qeyd etdi iki, son illər perspektiv vəd edən sahələrə meyllənmələr olsa da, bu kifayət qədər deyil. Abituryentlərin maraqları yalnız əmək bazarının tələblərini nəzərə alaraq formalaşmır. Daha çox sosial baxışlar və ənənələr rol oynayır. Hələ də “mən bu ixtisası oxusam qonşum nə fikirləşər” kimi düşüncələr üstünlük təşkil edir.
Hansı peşəni seçməli?
Özünüzə uyğun peşəni seçmək üçün necə insan olduğunuzu və maraqlarınızı müəyyən etməlisiniz. Münasib işlərin əksəriyyəti üçün təlim və təhsiliniz olmalıdır. Əksər işə götürənlər ən azı ali məktəb və ya kollec diplomu tələb edir. Baxmayaraq ki, müraciət formasını doldurduğunuzda görürsünüz ki, bir çox işlər həmin sahədə təcrübə tələb edir. Çalışın ki, özünüz üçün uyğun hesab etdiyiniz iş şəxsiyyətinizə, maraqlarınıza, biliyinizə və yaşınıza uyğun olsun. Cəsarət etməkdən və yeni şeylər etməkdən qorxmayın.
Tibbi, stomotoloji yaxud əczaçılıq sahəsində təhsiliniz və ya təcrübəniz varsa bu sahələrdə özünüzə yer tuta bilərsiniz. Katibə, kassir, ofisant və ya satıcı kimi başqa işlər də ola bilər.
Əgər tibbi sahədə çalışmağa çox həvəslisinizsə lakin təhsilsizsinizsə, bir neçə illik məktəb və yüksək təhsil haqqına hazırlıqlı olun. Əgər bunu etsəniz nə vaxt və harada istəsəniz işlə təmin olunma qarantiyanız ola bilər.
Əgər gülərüz və cazibədarsınızsa, model və ya kosmetik satıcı olmağı da nəzərdə tutun. Heç vaxt bilə-bilmərsiniz ki, bu gülümsəmə ilə necə irəliyə gedə bilərsiniz.
Əgər yenilikçi xüsusiyyətinə maliksinizsə, daha yaradıcı peşə seçin. İncəsənət, gül düzümü, daxili interyer bu kimi sənətlərdəndir. Əgər yaradıcı birisinizsə və bişirməyi sevirsinizsə, kulinariya ilə bağlı iş tam sizə görədir.
Nələrisə dizayn etməyə həvəsiniz varsa, rəssam ola bilərsiniz, yaxud mühəndis olmaq üçün məktəbə gedə bilərsiniz. Bir çox insanlar gün ərzində məşğul olduğundan axşam dərsləri verən məktəblərə gedə bilərsiniz
Utanğac və ya xasiyyətcə dəyişkən birisinizsə, yanlız ola biləcəyiniz işlər axtarın. Məsələn, yük maşını sürücülüyü, santexnika, dam ustası, ev işləri görən və s. Cəhd edə biləcəyiniz bir çox iş sahələri var.
Əgər uşaqlarla vaxt keçirməyi xoşlayırsınızsa, müəllim yaxud baxıcı olun. Adətən bu sahələrdə hər zaman vakansiya olur.
Tərcümə etdi: Nüşabə Kərimzadə
Comments are closed, but trackbacks and pingbacks are open.