Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Məmmədli 22 February 2021

Coan Roulinq “Harri Potter və Fəlsəfə Daşı” PDF

Fəlsəfə daşı Harry Potter Kitab seriyasının da, yazar J.K.Rowlingin də ilk kitabıdır. Rowling bu kitabı ərsəyə gətirmək üçün 7 il sərf edib. Maraqlısı budur ki, yazıçının bu kitabı yayımlamaq üçün müraciət etdiyi nəşriyyatlardan 12-i ona rədd cavabı verib, nəhayət qapısını döydüyü 13-cü nəşriyyat kitabı çap etməyə razı olub.

Seriyanın ilk kitabı – Fəlsəfə daşında biz oxucular Harry Potterin hələ lap körpə ikən başına gələnlər, doğum günündə dəyişən taleyi və Hogwartsda keçən sehrbaz həyatının necə olduğunu öyrənmiş oluruq.

Yazar müsahibəsində kitabı yazmağa qatarla səyahət zamanı başladığını qeyd edir. Təsadüfi deyil ki, Hogwartsa gedən yol da Londondakı qatar stansiyasının “9 3/4” platformasından keçir.

Kitab obrazlarla o qədər zəngindir ki, növbəti seriyaları oxuyanda müəllimləri, şagirdləri, sehrli sözləri, xüsusi əşyalarıvə s.i təsnifləndirmək üçün Harry Potter bələdçisi tutmağı da düşünürəm. Əgər siz də başlamaq fikrindəsinizsə bu üsuldan istifadə edin və ya internetdəki hazır “guide”lardan istifadə edin. Oxuduqdan sonra seriyanın ilk filminə baxmaq da obrazları daha yaxşı canlandıra bilməkdə sizə kömək olacaq. Əgər filmi kitabla müqayisəli etməli olsaq, əlbəttə ki, hadisələrin daha dərin təsvirini təqdim etdiyi üçün kitab daha əhəmiyyətlidir.

Harry Potter bəsit bir macəra kitabı olmaqdan çox-çox uzaqdır. Obrazların, hadisələrin əksəriyyəti tarixi və mifoloji faktlara dayanır.

Onu da qeyd edim ki, Fəlsəfə daşını əvvəldən sonadək Harry Potter musiqisini dinləyərək oxudum. Düşünürəm ki, həmin musiqi kitabı daha canlı edir və ona xüsusi abuhava qatır.

Ümid edirəm ki, növbəti seriya haqqında postu hazırlayanda siz də bir PotterHead olacaqsınız 🙂 Xoş mütaliələr!

Harri Potter və fəlsəfə daşı

On bir yaşlı yetim Harri Potter xalasıgildə yaşayır, özünün əsl cadugər olması isə ağlına belə gəlmir. Lakin günlərin bir günü bayquşun onunçün gətirdiyi məktubdan sonra Harri Potterin həyatı büsbütün və həmişəlik dəyişir. O sehrbazlıq və Ovsun məktəbinə qəbul edildiyindən xəbər tutur, valideynlərinin müəmmalı qətli ilə bağlı həqiqəti aydınlaşdırır, nəticədə isə ona fəlsəfi daşın sirrini öyrənmək müyəssər olur.

Oxşar kitablar

Harri Potter və alov qədəhi

Coan Ketlin Roulinq

Cild : Qalın

Harri Potter və sirlər otağı

Coan Ketlin Roulinq

Cild : Qalın

Persi Cekson və Əcinələr dənizi

Rick Riordan

Cild : Yumşaq

Qəbirstanlıq kitabı

Neil Gaiman

Cild : Yumşaq

Momo

Michael Ende

Cild : Yumşaq

Görünməz adam

Herbert Corc Uells

Cild : Yumşaq

Fantastik Vəhşilər – Obrazlar bələdçisi

Michael Kogge

Cild : Qalın

Harri Potter və yarımqan prins

Coan Ketlin Roulinq

Cild : Qalın

Persi Cekson və ildırım oğrusu

Rick Riordan

Cild : Yumşaq

Üzüklərin hökmdarı. Üzük qardaşlığı ( I hissə)

J.R.R.Tolkien

Cild : Yumşaq

Hobbit

J.R.R.Tolkien

Cild : Yumşaq

Fantastik Vəhşilər – Sehrli film-məlumat kitabı

Michael Kogge

Cild : Yumşaq

Üzüklərin hökmdarı. Kralın qayıdışı (III hissə)

J.R.R.Tolkien

Cild : Yumşaq

Dünyaların müharibəsi

Herbert Corc Uells

Cild : Yumşaq

Harri Potter və Simurq ordeni

Coan Ketlin Roulinq

Cild : Qalın

Üzüklərin Hökmdarı. İki qala (II hissə)

J.R.R.Tolkien

Cild : Yumşaq

Harri Potter və Azkaban məhbusu

Coan Ketlin Roulinq

Cild : Qalın

Harri Potter və ölüm yadigarları

Coan Ketlin Roulinq

Cild : Qalın

Harri Potter və fəlsəfə daşı

Coan Ketlin Roulinq

Cild : Qalın

Koralina

Neil Gaiman

Cild : Yumşaq

Rəylər

Məmmədli 22 February 2021

Harry Potter 3 June 2020

Əla kitabdır və filmləri də heyratamizdir!

Harri Potter və Fəlsəfə Daşı (film, 2001)

“Harri Potter və Fəlsəfə Daşı” (ing. Harry Potter and the Philosopher’s Stone ABŞ, Hindistan, Pakistan və Şri-Lankada isə Harry Potter and the Sorcerer’s Stone [6] [7] ) — Kris Kolumbusun rejissorluğu və “Warner Bros. Pictures”in distribyutorluğu ilə 2001-ci ildə istehsal olunmuş ABŞ fentezi filmidir. [4] Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasının ilk filminin ssenari müəllifi Stiv Klovz, prodüsseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda ilk ili, məşhur sehrbaz olmasını öyrənməsi və sehrbazlıq təhsilinə başlaması təsvir edilib. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint Ron Uizli və Emma Uotson Hermiona Qreyncer obrazlarını canlandırmışdır. Filmdəki hadisələr “Harri Potter və Sirlər Otağı” filmindən başlayan yeddi sikvel filmlə davam etdirilmişdir.

Table info: .

Bu məqalə Harri Potter və Fəlsəfə Daşı filmi haqqındadır. Eyniadlı roman haqqında məqalə üçün Harri Potter və Fəlsəfə Daşı (roman) səhifəsinə baxın.

Close
Quick facts: Harri Potter və Fəlsəfə Daşı, Janr, Rejissor.

Harri Potter və Fəlsəfə Daşı
ing. Harry Potter and the Philosopher’s Stone
Filmin Avropa posteri
Janr fentezi
Rejissor Kristofer Kolumbus
Prodüser Devid Heyman
Əsərin müəllifi Coan Roulinq
Ssenari müəllifi Stiven Klovz
Baş rollarda Deniel Redkliff
Rupert Qrint
Emma Uotson
Operator Con Seyl
Bəstəkar Con Vilyams
İstehsalçılar İşçi şirkət:Heyday Films, 1492 Pictures
Distribyutor:Warner Bros.
Distribüter Warner Bros. [1] , Netflix , iTunes [d]
İlk baxış tarixi 4 noyabr 2001
(London premyerası)
16 noyabr 2001
(BK və ABŞ premyerası)
Filmin digər adları Harri Potter və Sehrbaz Daşı ing. Harry Potter and the Sorcerer’s Stone
Müddət 152 dəq. [2]
Büdcə $125 000 000 [3]
Gəlir $974 733 550 [4]
Ölkələr Böyük Britaniya
ABŞ
Dil İngiliscə
İl 2001
Sonrakı film Harri Potter və Sirlər Otağı
Rəng rəngli
Çəkiliş yeri London Zooloji Parkı [5] , Harrou Məktəbi [d] [5]
IMDb ID 0241527
Vikianbarda əlaqəli mediafayllar

Close

Warner Bros. kitabın müəllif hüquqlarını 1999-cü ildə £1 milyona almışdı. Filmin istehsalına 2000-ci ildə Birləşmiş Krallıqda başlanılmış və aralarında Stiven Spilberq və Rob Reynerin də olduğu qısa rejissorlar siyahısından məhz Kolumbus filmin rejissoru kimi seçilmişdi. Coan Roulinq kitabın mədəni bütövlüyünü saxlamaq üçün istisna olaraq yalnız britaniyalı və irlandiyalı aktyorların seçilməsini tələb etmişdi. Filmin çəkilişləri Leavesden Film Studiyasında və BK ərazisindəki tarixi binalarda aparılmışdır.

BK və ABŞ-da film 2001-ci ilin noyabrında çıxarılmışdır. Tənqidçilərdən əsasən müsbət rəylər alan film ümumilikdə $980 milyon gəlir əldə etmiş, Ən Yaxşı Orijinal Film Musiqisi, Ən Yaxşı Sənət Rejissorluğu və Ən Yaxşı Kostyum Dizaynı nominasiyalarında Oskar mükafatı da daxil olmaqla bir çox nüfuzlu mükafatlara namizəd göstərilmişdir. 2014-cü ilin avqustunda “Harri Potter və Fəlsəfə Daşı” filminin XXI əsrin ən çox gəlir gətirən filmləri sırasına daxil olduğu, Harri Potter filmlər seriyasında final filmi olan Harri Potter və Ölüm Hədiyyələri. II hissə filmindən sonra ən çox gəlir gətirən ikinci film olmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.