Press "Enter" to skip to content

Heydr liyev irsind azrbaycan tarixi msllri

!Reklam – Sol

Heydr liyev irsind azrbaycan tarixi msllri

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Siyasət Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Dekabr 11, 2019 – 09:26

!Reklam – Yazi

Sabah – dekabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin haqq dünyasına qovuşmasının 16 ili tamam olur.

Bu münasibətlə qədirbilən xalqımız xüsusi sevgi və məhəbbətlə öz müdrik liderini yad edir. Bu gün Yeni Azərbaycan Partiyası ilə birlikdə Ulu Öndəri ziyarət etdim və ruhuna dualar oxudum. Uyuduğu Fəxri Xiyaban yolunda əsl insan seli müşahidə olunurdu, hərə öz münasibətini və ürək sözlərini bir cür izhar edir və başqaları ilə bölüşürdülər. Şüurlu həyatımın otuz ilini siyasi kursuna həsr etdiyim və bacardığım qədər xidmət göstərdiyim Ümummilli Liderin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı mühüm və vacib hesab etdiyim doqquz ən əsas qənaətimi hörmətli oxucularımın və bütün ölkə vətəndaşlarının diqqətinə çatdırmaq istəyirəm. 1. Heydər Əlirza oğlu Əliyev 1923- cü il may ayının 10-da dünyaya gəlmiş, 2003-cü ilə qədər mənalı bir həyat yaşayaraq fəaliyyət göstərmiş, öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyəti, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlmiş və adını tarixə əbədi həkk etmiş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur. 2. Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK AZƏRBAYCANLI olmuşdur. 3. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq bir siyasi xadim olaraq onu bütün həyatı boyu fərqləndirmişdir. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektul gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır. 4. 1990-cı ilin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda milli-vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın bir-birinin ardınca işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın günü-gündən dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtmış, doğma Vətənində milli-vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirmişdir. Hə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti- öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin ən parlaq səhifələrini təşkil edir. 5. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, dağılma və məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəsrəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsisi Qurtuluş missiyası həyata küçirərək, milli dövlətçiliyin XİLASKARINA çevrilmişdir. 6. Sonrakı 10 il müddətində – 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılmış – daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin əsaslı inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin QURUCUSUNA çevrilmişdir. 7. Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə, yaratdığı müstəqil Azərbaycan dövlətinə və onun ideoloji sütunu hesab olunan azərbaycançılıq məfkurəsinə bəslənən münasibət “öz doğma xalqına sədaqətli xidmətin və bu yolda hər cür fədakarlığa hazır olmanın” əsl nümunəsi hesab olunur və bu prinsip siyasətlə məşğul olan indiki və gələcək siyasi xadimlər üçün vacib qiymət meyarına və pozulmaz postulata çevrilməlidir. 8. Ulu Öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlində dayanır. Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Respublikası Heydər Əliyevin yadigarı və şah əsəridir. Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir. 9. Heydər Əliyevin xilaskarlıq, quruculuq və vətənə xidmət missiyasının, liderlik keyfiyyətlərinin, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan elitası qarşısında dayanan bugünkü əsas vəzifələrdən biridir. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi-şöbə müdiri Əli Həsənov

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Xankəndi

Hər bir xalq öz tarixinin yeni səhifələrini məhz yetişdirdiyi dahi övladlarının ağlı, zəkası, qətiyyəti, qəhrəmanlığı sayəsində yazmağa nail olur. Azərbaycanın XX əsr tarixinin böyük bir hissəsini heç şübhəsiz tam əsasla ulu öndərimiz Heydər Əliyev tarixi adlandıra bilərik.

Ötən yüz illiyin təxminən 30 ili ərzində ölkəmizdəki inkişaf, qazanılmış nailiyyətlər, yaradılmış dəyərlər və sərvətlər ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük siyasi və dövlət xadimi, xalqın lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmişdir.

Fikrimcə hər bir insan və hər bir millət hər şeydən əvvəl öz xalqının mənəvi sərvətinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli mənəvi dəyərlərini qorumalıdır. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz adət-ənənələrimizlə fəxr edirik. Bilirik ki, hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ulu öndərimiz Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini, milli ideologiyamızın strukturlarına daxil etməklə mədəniyyət və dövlətçiliyin sintezindən çıxış edirdi. Ona görə azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.

Qeyd edim ki, xalqımızın əsrlərdən bəri formalaşmış adət-ənənələri vardır. Onlardan kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə diqqət və qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin öz övladlarına olan qayğı və məhəbbəti bu adət-ənənələrin əsasını təşkil edir. Bu bizim xalqımızın mentalitetidir və biz bununla fəxr edirik. Ulu öndərimizin bizə əmanət qoyduğu həmin siyasi irs demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar konteksində səfərbər edilməsini, cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını kifayət qədər təkmil formada özündə əks etdirir. Bu reallığın göstəricisi olaraq yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü, millət vəkili, YUNESKo və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın, savab əməllərin ünvanına çevirilməklə Heydər Əliyev irsini şərəflə qoruyur.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə həmişə xalqımızın milli mənəvi dəyərlərinin, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşməsinə çalışmışdır. Sovet imperiyasının Azərbaycan xalqı əleyhinə apardığı siyasət nəticəsində Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, milli mənəvi sahədə də böhran hökm sürmüş və 1960-cı illərdə bu böhran özünün kulminasiya nöqtəsinə çatmışdı.

1969-cu ildə hakimiyyət sükanının arxasına keçən ümummilli lider Heydər Əliyev qısa müddət ərzində zəngin milli mənəvi dəyərlərimizin qorunması və inkişafına şərait yaratdı. Azərbaycan xalqı tarixin ən keşməkeşli mərhələsində belə mənəviyyatın təntənəsinə xidmət edən islam dinin zəngin dəyərlərindən dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. Ulu öndərimiz Heydər Əliyev bu haqda demişdir “Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir”.

İnsanların yaddaşında ateizm mərhələsi kimi qalan sovet dönəmində də xalqımız öz milli mənəvi dəyərlərindən uzaqlaşmamış, əksinə, milli və dini əxlaqa söykənərək xeyirxah işlər görmüş, maddi yardıma ehtiyacı olanlara əl tutmuş, savab işlərin yolçusu olmuşdur. Eyni zamanda həmin dövrdə bir çox qadağalara baxmayaraq xalqımız milli bayramımız olan Novruzu və dini bayramımız olan Qurban və Ramazan bayramlarını da qeyd etmişdir. Qeyd edək ki, Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilmişdir.

Ulu öndərin bütün sahələrdə siyasətini uğurla davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərini həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyev bütün adət-ənənələrimizə və dini bayramlarımıza hörmətlə yanaşır, onların qeyd olunması üçün ölkədə hər cür şərait yardır tədbirlərdə şəxsən iştirak edir.

Ümummilli liderimiz Heydər Əliyev həyat və fəaliyyəti onun adət-ənənlərimizə göstərdiyi böyük münasibəti biz gənclər üçün nümunədir. Biz öz milli dəyərlərimizə adət-ənənələrimizə məhz Heydər Əliyevin münasibətləri səviyyəsində yanaşmağı özümüzə borc bilirik, hər birimiz ümummilli liderimizin ruhu qarşısında baş əyirik.

Bir gənc olaraq fikirləşməməliyik ki, dövlət, vətən, el, oba bizimçün neynəyib, fikirləşməliyik ki, biz dövlət, vətən , el, oba üçün hansı işlər görmüşük.
Fikrimi ulu öndərimiz Heydər Əliyevin sözləri ilə bitirmək istərdim. “Hər bir insan üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”.

Nəsimi Teymurov
İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı aparatının baş məsləhətçisi

Haydar Aliyev

Azerbaycan\’ın milli lideri Haydar Alirza oğlu Aliyev 1923 yılı 10 Mayısda Azerbaycan\’ın Nahçıvan şehrinde doğdu. 1939 yılında Nahçıvan Pedagoji Teknik okulunu bitirdikten sonra Azerbaycan Sanayi Enstitüsü\’nde (şimdiki Azerbaycan Devlet Petrol Akademisi) mimarlık eğitimi almıştır. II Dünya savaşının başlaması ile ilgili olarak eğitimini yarım koymuştur. Haydar Aliyev 1941 yılından Nahçıvan Özerk Cumhuriyeti Halk İçişleri Komiserliğinde ve Nahçıvan Özerk Cumhuriyeti Halk Komiserleri Meclisi\’nde Şube Müdürü olarak görev yaptıktan sonra 1944 yılında devlet güvenlik teşkilatına gönderildi. O, Leningrad (şimdiki Sankt- Petersburg) şehrinde yüksek özel egitim gördü, 1957 yılında ise Azerbaycan Devlet Üniversitesinin (BDU) tarih bölümünü bitirdi. H. Aliyev 1964 yılından Azerbaycan SSCB Bakanlar Kurulu yanında Devlet güvenlik komitesinde başkan yardımcısı, 1967 yılından itibaren ise başkan olarak görev yapmıştır. O, bu işte tümgeneralliğe kadar yükseldi. Azerbaycan Komünist Partisi Merkez Komitesinin 1969 Temmuz plenumunda H. Aliyev Azerbaycan Komünist Partisi Merkez Komitesi Birinci Sekreteri seçildi. 1982 yılının Aralık ayında o, Sovyetler Birliği Komünist Partisi Merkez Komitesi Siyasi Bürosu\’nun üyesi seçilmiş ve SSCB Bakanlar Kurulu Başkanı Birinci Yardımcısı görevine atanmıştır. H. Aliyev 1987 Ekiminde Sovyetler Birligi Komünist Partisi Merkezi Komitesi Siyasi Bürosu\’nun ve bizzat Genel Sekreter Mihail Gorbaçov\’un yürüttüğü siyasi çizgiye protesto olarak, tuttuğu görevinden ayrıldı. 1990 yılının ocak ayında o, sovyetlerin Bakü\’de yaptığı kanlı facia ile ilgili olarak ertesi gün Azerbaycanın Moskovadaki temsilciliğinde beyanat vermekle buna karşı çıkarak, Azerbaycan halkına karşı işlenmiş cinayetin organizatörleri ve icraçılarının cezalandırılmasını talep etmiş, Azerbaycan\’da, aynı zamanda Dağlık Karabağ\’da oluşmuş münakaşa ile ilgili SSCB yönetiminin ermeniperestliyine itiraz ederek, 1991 yılının Haziran ayında Sovyetler Birliği Komünist Parti üyeliğinden istifa etti. Azerbaycan\’a dönen Haydar Aliyev (1990 Temmuzunda) aynı yıl Azerbaycan Yüksek Sovyeti milletvekili seçilmiştir. O, 1991-1993 yıllarında Nahçıvan Özerk Cumhuriyeti Ali Meclis Başkanı, Azerbaycan Cumhuriyeti Bakanlar Kurulu Başkan Yardımcısı olmuştur. 1992 yılında Nahcivan\’da düzenlenen parti kurultayında Yeni Azerbaycan Partisi Başkanı seçilmiştir. 1993 15 Haziranda H. Aliyev Azerbaycan Yüksek Sovyeti\’nin Başkanı seçilmiş, 24 Temmuzda ise Milli Meclis\’in kararı ile Azerbaycan Cumhuriyeti Cumhurbaşkanının yetkilerini hayata geçirmeye başlamıştı. 1993 3 Ekimde H. Aliyev olağanüstü başkanlık seçimlerinde Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı seçilmiştir. 1998 11 Ekim de halkın yüksek feallığı ortamında yapılan seçimlerde oyların 76,1 faizini toplayarak, ikinci kez Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı seçilmiştir. 2003 15 Ekim yapılan başkanlık seçimlerinde adaylığının ileri sürülmesine onay vermiş Haydar Aliyev sağlık durumunda oluşmuş sorunlarla ilgili seçimlerde katılmaktan imtina etmiştir. 2003 yılının 12 Aralık Haydar Aliyev Amerika Birleşik Devletleri\’nin Cleveland Hastanesinde vefat etmiş, Bakü\’deki Fahri Hiyabanda defnedilmiştir.

Haydar Aliyev ödülleri ve fahri adları:
• Lenin Nişanı (dört kez);
• Kırmızı Yıldız nişanı;
• Sosyalist Emeyi Kahramanı (iki kez);
• Ukraynanın büyük mükafatı Yaroslav Mudrı nişanı
• Türkiye\’nin en prestijli ödülü – Atatürk Uluslararası Barış Ödülü
• Y. V. Andropov ödülü (Rusya)
• Mukaddes Apostol Andrey Pervozvannı nişanı (Rusya),

• Altın fortuna Uluslararası reyting Teşkilatının yüksek ödülü – Altın Yıldız (Gloriya Populi) yüksek ödülü

• Rusya Federasyonu Güvenlik, Savunma ve Hukuk Problemleri Akademisinin profesörü ve hakiki üyesi
• Moskova Devlet Üniversitesinin Fahri Profesörü fahri adı.
Haydar Aliyev\’in Azerbaycan\’a yönetiminin I dönemindeki (1969-1982) temel hizmetleri:

• Azerbaycan SSC Yüksek Sovyeti\’nin İdari Kurulu tarafından 1969 7 Mayıs\’ta sınır bölgelerden iki bin hektardan fazla Azerbaycan topraklarının Ermenistana verilmesi kararının icrasının durdurulması;

• Bakü Meişet Klimaları, Bakü elektrik Makina üretmimi, Ev soyuducuları Fabrikasının, Radiofabrikasının, Robot, Bilgi İşlem Hesaplayıcı Makineleri Fabrikasının, Sumgayıt kompresör, Gence Büllur, Azon, Alunit Fabrikalarının Kurulması;

• V.İ.Lenin adına Sarayın (günümüzde H. Eiyev adına Saray) inşa edilmesi;

• 8. kilometre, Musabeyov, Bakıhanov, Ehmedli, Güneşli, Merdekan, Hövsan, Hırdalan kasabaların inşa edilmesi;

• Bakü şehrinin 4, 6, 7, 8, 9. Mikrorayonların (iç kasabalarının) inşa edilmesi;

• Hankendinde Azerbaycan Pedagoji Enstitüsü\’nün yerli bölümü bazında bağımsız yerel Pedagoji Enstitünün kurulması;

• Kelbecer ilçesine Murov yolunun çekilmesi (H. Aliyev Murov yolu nu çekmekle Kelbecer\’in ekonomik konumunu pekiştirdi ve o dönemde Ermeni milletçilerinin niyetlerini boşa çıkardı);

• Dağlık Karabağ sorununun yeniden ortaya atılmasının önlenmesi;
• C. Nahçıvanski adına Cumhuriyet orta ihtisas Yatılı Harp Okulunun açılması.
• Bakü\’de Kozmik Araştırmalar Bilimsel üretim Birliği\’nin kurulması;

• Grozni-Bakü petrol boru hattının kullanıma verilmesi (1983 yılında kullanıma verilen bu boru hattı aracılığıyla Azerbaycan SSCB\’nin tek petrol boru hattına katıldı ve Sibirya petrolü Azerbaycan\’a akmaya başladı);

• Şemkir su-elektrik santralinin işinin başlatılması.
Haydar Aliyev\’in Azerbaycan\’a yönetiminin II dönemindeki (1993-2003) temel hizmetleri:
• Fuzuli ilçesinin Horadiz kasabası Ermenilerden geri alınmıştır;

• H. Aliyev\’in gergin çabası sonucunda AGİT Minsk Grubu ve Rusya\’nın aracılığı ile Ermenistan ve Azerbaycan arasında ateşkes elde edilmiştir;

• Dünyanın önde gelen petrol şirketleri ile Azerbaycan arasında Yüzyılın anlaşması imzalandı;
• Azerbaycan cumhuriyetinin ilk Konstitutsiyasının refendum yoluyla kabul edilmiştir;
• Azerbaycan\’da ölüm hükmü iptal edilmiştir;
• Milli para birimi – manat Azerbaycan\’da tek ödeme aracı ilan edilmiştir;
• Tarihi İpek Yolu nun restorasyonu üzere uluslararası Bakü toplantısı yapılmıştır;
• AGİT Lizbon Zirvesi\’nde 54 ülke Azerbaycan devletinin toprak bütünlüğünü desteklemiştir;
• Dede Korkut un 1300 yıllık yubileyinin keşirilmesi hakkında kararname imzalanmıştır;
• Tarihi İpek Yolu Uluslararası İstanbul toplantısı yapılmıştır;
• Bakü\’de Dünya azerbaycanlılarının I kurultayı yapılmıştır;
• Azerbaycan Milli İlimler Akademisi Nahçıvan bölümü yaratılmıştır;
• Bakü\’de ilk Olimpiyat spor kompleksi hizmete sunulmuştur;

• Cumhuriyette ilk özel genel orta egitim okulu olarak Çağdaş Eğitim Kompleksi faaliyete başlamıştır;

• NATO\’nun Prag Zirvesi\’nde Azerbaycan NATO Parlamenterler Meclisi\’nin ortak üyeliğine kabul edilmiştir;

• Yurtdışında yaşayan Azerilerle iş üzere Devlet Komitesi oluşturulmuştur;
• Azerbaycan Cumhuriyeti GUAM örgütünün üyelerinden birine dönüşmüştür;
• AGİT İstanbul Zirvesi Bakü-Ceyhan petrol boru hattının çekilmesi konusunda anlaşma imzalanmıştır;

• Sengeçal terminalinde Bakü-Tiflis-Ceyhan ana ihraç petrol boru hattının Azerbaycan bölümünün temeli konmuştur;

• Kazakistan petrolünün Bakü-Tiflis-Ceyhan hattı ile ihraç edilmesi hakkında razılık elde edilmiştir.

Comments are closed, but trackbacks and pingbacks are open.