Press "Enter" to skip to content

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı olmuşdur

Heydər Əliyev

Ekskursiya

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi Ağcabədi rayon İcra Hakimiyyətinin ön tərəfində özünəməxsus xüsusi bir layihə ilə inşa edilmişdir. Mərkəzin önündəki Heydər Əliyev meydanında Azərbaycan xalqının Ümummilli lideri Ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucalır.

Mərkəz 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün sinif otaqları yerləşir ki, bu otaqlarda rəsm, tikiş, xalçaçılıq, toxuculuq, bədii qiraət və nitq mədəniyyəti dərnəkləri fəaliyyət göstərir və həmçinin, kompüter, ingilis və rus dili kursları və Heydər Əliyev siyasi kursu tədris olunur. 2-ci mərtəbədə isə direktor otağı, inzibati otaq, kompüter otağı və konfrans zalı yerləşir. 3-cü mərtəbə isə 2 ekspozisiya zalından ibarətdir. Ekspozisiya zallarında 8 lövhə və 6 vitrin var. Hər lövhədə Ulu öndərə məxsus sözlər və ona aid foto görüntülər yerləşdirilmişdir. Vitrinlərdə isə Heydər Əliyevə həsr olunmuş kitablar yerləşdirilmişdir.

“Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmişdir.”

Birinci lövhədə Heydər Əliyevin uşaqlıq və gənclik illərini əks etdirən fotolar yerləşdirilmişdir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan Muxtar Respublikasında anadan olub. Çoxuşaqlı ailədə doğulan Heydər Əliyev ailədə 8 övladdan dördüncüsü olub. Atası Əlirza Əliyev dəmiryol işçisi, anası İzzət xanım isə evdar qadın idi. O, uşaqlıq və gənclik illərini Naxçıvan şəhəri Puşkin küçəsində keçirib. 1939-cu ildə Naxçıvan Pedoqoji texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstutunun (hal-hazırki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakultəsində təhsil almışdır. Ancaq başlanan müharibə ona təhsilini davam etdirməyə imkan vermir və Heydər Əliyev 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmişdir. Daha sonra, 1944-cü ildə Təhlükəsizlik orqanlarında işə göndərilmiş və leytenant rütbəsi verilmişdir. Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən bir hissəsi Milli Təhlükəsizlik orqanları ilə bağlıdır. Burada həmin dövrə aid foto görüntülər yerləşdirilmişdir. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil almışdır. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (hal-hazırki Bakı Dövlət Universiteti) tarix fakultəsini bitirmişdir.

Ekspozisiya zalının birinci vitrinində Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 3 dildə Azərbaycan, Rus və İngilis dillərində yazılmış kitablar yerləşir. Həmçinin, vitrində Heydər Əliyevin 1938-ci ildə Naxçıvanda orta məktəbi əla qiymətlərlə bitirdiyinə dair atestatın, Leninqradda xüsusi təhsili əla qiymətlərlə bitirdiyinə dair verilmiş şəhadətnamənin və Azərbaycan Dövlət Universitetini bitirdiyinə dair verilmiş diplomun surətləri var.

“Azərbaycanın bu gün müstəqil yaşaması üçün sovet dövrü böyük əsas yaratmışdır.”

Ekspozisiya zalının ikinci lövhəsində Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi dövrdən bəhs edən foto görüntülər yerləşdirilmişdir. 1969-cu il 14 iyul tarixində Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Azərbaycana rəhbərlik etməyə başlayan Ulu öndər iqtisadiyyatın, sənayenin inkişafına xüsusi önəm vermişdir. 14 ilə yaxın bu dövrdə Heydər Əliyev Azərbaycanın iqtisadiyyatında çox böyük irəlləyişlər yaratmışdır. Məsələn, paytaxtda metro stansiyaları açılmış, “Ulduz” metro stansiyasında çəkilmiş foto şəkil, Yaşıllıq zonaları salınmış, yüzlərlə fabrik zavodlar tikilmiş, “Bakı fəhləsi” maşınqayırma zavodunda çəkilmiş foto şəkil. Heydər Əliyev tək paytaxtda deyil, bütün bölgələrdə quruculuq işləri aparmışdır. Məsələn, Gəncə xalça-mahud kombinatı, Mingəçevir Su Elektirik Stansiyası, Naxçıvanda Trikotaj fabriki, Tərtərçay su anbarının açılışı və s.

Ekspozisiya zalının ikinci vitrinində isə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən Azərbaycan, İngilis və Rus dillərində yazılmış kitablar və Baykal-Amur Magistral Dəmiryolunun ilk sərnişini və hərəkət edən qatarların fəxri sərnişi biletlərinin surətləri yerləşdirilmişdir.

“Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər səhifəsinə hörmətlə, ehtiramla yanaşaq.”

Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən bir hissəsi Moskva ilə bağlıdır. Üçüncü lövhədə isə həmin dövrə aid foto görüntülər yerləşdirilmişdir. 1982-ci ildə Heydər Əliyev Sovet Sosialist Respublikalar İttifaqı Nazirlər Sovetinin 1-ci müavini vəzifəsində işləyərkən nəqliyyat, sənaye, mədəniyyət və təhsil sahələrinə rəhbərlik etmişdir. Növbəti foto Baykal-Amur Magistral Dəmiryolunun tikintisindən çəkilmiş fotodur. Baykal-Amur Magistral Dəmiryol xəttinin tikintisi 1975-ci ildə başlanmış və 10 il ərzində tikintisi yekunlaşmalı idi. Lakin dəmiryolunun tikintisi çox ləng gedirdi. Heydər Əliyev Kremldə işləyən zaman başqa sahələrlə yanaşı, bu sahə də Heydər Əliyevə tapşırılmışdır. O, 10 gün orada qalmış, fəhlələrlə dəmiryolunun tikintisində iştirak etmişdir. Buna görə də nəticə uğurlu alınmış və tikinti vaxtından bir il əvvəl, 1984-cü ildə uğurla başa çatmışdır. Buna görə də Heydər Əliyevə Baykal-Amur Magistralının ilk fəxri sərnişin bileti və rəmzi olaraq qızıl açar təqdim olunmuşdur. Növbəti fotoda Ulu öndərin fəaliyyətinin Moskva dövrünə aid Kremldəki kabinetində, Sovet Sosialist Respublikalar İttifaqının Tibb Akademiyasının təntənəli iclasının rəyasət heyətində, Baykal-Amur Magistralının qurucuları ilə, Yaponiya parlamentinin üzvləri ilə, dəmiryol işçiləri ilə, Rusiya zəhmətkeşləri və azərbaycanlı tələbələrlə görüşlərindən fotolar yerləşdirilmişdir.

“Doğma vətən torpağına vətəndaşlıq borcumu yerinə yetirməyə gəlmişəm.”

Ekspozisiya zalının dördüncü lövhəsində isə Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən bəhs edən foto görüntülər vardır. SSRi Nazirlər Sovetinin 1-ci müavini vəzifəsindən istefa verdikdən sonra müxtəlif təzyiqlərə məruz qalan Ulu öndər Bakıya qayıtmış, lakin həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslər onun siyasi nüfuzundan qorxaraq, Bakıya gəlməsinə imkan verməmişlər və buna görə də Heydər Əliyev 1990-cı ildə doğulduğu Naxçıvan Muxtar Respublikasına getmişdir. Bir müddət Naxçıvanda yaşayan Heydər Əliyev 1991-ci il sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilmişdir. Naxçıvan o zaman blokada vəziyyətində idi. Heydər Əliyevin sayəsində Naxçıvan blokada vəziyyətindən çıxarılır, Türkiyə və İranla iqtisadi əlaqələr yaradılır. Bununla da Heydər Əliyev Naxçıvan aeroportunun ilk xəttinin və Naxçıvanla Türkiyə arasında “Ümid körpüsü”nün açılmasına nail oldu. 1991-1993-cü illərdə Azərbaycan təlatüm içindəydi, ölkədə xaos və anarxiya hökm sürürdü. Hakimiyyətdə olanlar ölkəni idarə edə bilmirdilər. Ölkə dağılmaq üzrə idi. Belə bir vaxtda xalqın təkidli tələbi ilə 09 iyun 1993-cü ildə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını aldı. 15 iyun 1993-cü il tarixində Milli Məclisin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş günü kimi daxil oldu. Həmin ilin oktyabr ayında prezident seçkisində Heydər Əliyev xalqın tam dəstəyini qazanaraq, müstəqil Azərbaycan Respublikasının prezidenti seçildi və oktyabrın 10-da andiçmə mərasimi keçirildi. Heydər Əliyev cəbhə bölgəsində atəşkəsə nail oldu, ölkəni xaosdan xilas etdi, iqtisadiyyatda dirçəlmə başlandı.

Ekspozisiya zalının üçüncü vitrinində Ulu öndərin həyat və fəaliyyəti haqqında Nikolay Zenkoviçin “Heydər Əliyev”, Vaqif Abdullayevin “30 il quruculuq yollarında”, Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev siyasəti” və s. Kitablar yerləşdirilmişdir.

“Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq.”

Beşinci lövhədə isə Heydər Əliyevin prezidentlik dövründən bəhs edən foto şəkillər yerləşdirilmişdir. Heydər Əliyev prezident seçildikdən sonra Azərbacanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasına nail oldu və beləliklə, 1994-cü il may ayın 12-də Qırğızıstanın Bişkek şəhərində Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanmışdır. Bundan sonra, Heydər Əliyev Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi sahəsində bir çox addımlar atdı. Məsələn, 1994-cü ilin sentyabrın 20-də Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” Heydər Əliyevin müstəqil neft strategiyası idi. Yeni ELOY AVT-2 qurğusunun açılışında çəkilmiş foto şəkil, Bakı Elektrik Maşınqayırma zavodunda çəkilmiş foto, 1997-ci ildə Madrid sammiti, Hərbi Təyyarəçillər məktəbinin ilk buraxılış mərasimində çəkilmiş foto şəkil. Əsrin müqaviləsi çərçivəsində ilk neftin Çıraq-1 platformasından hasil olunması mərasimi və Şəhidlər Xiyabanında ucaldılmış abidənin açılış mərasimindən çəkilmiş foto şəkil. Onu da qeyd edək ki, bu abidənin müəllifi Heydər Əliyevdir. Çünki, Heydər Əliyevin gözəl memarlıq qabiliyyəti vardı. Uşaqlıqdan onun ən böyük arzusu memar olmaq idi. 1939-cu ildə Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunun memarlıq fakultəsinə daxil olur. Lakin, İkinci Dünya Müharibəsi başlandıqdan sonra Heydər Əliyev təhsilini yarımçıq qoymalı oldu. O, Naxçıvana gedir və gənc olmasına baxmayaraq, məsul vəzifələrdə çalışır. Azərbaycan Milli Komediya Teatrının açılışında çəkilmiş foto şəkil. Heydər Əliyev yalnız iqtisadiyyata deyil, bütün sahələrə diqqətlə, qayğıyla yanaşırdı. Elmə, təhsilə, səhiyyəyə və mədəniyyət sahələrinə xüsusi diqqət ayırırdı.

Ekspozisiya zalının dördüncü vitrinində isə Heydər Əliyevin fəaliyyətindən bəhs edən Azərbaycan və Ris dillərində kitablar; Fikrət Babayevin “Heydər Əliyev və mədəniyyət”, Mirkazım Seyidovun “Гений Гейдара” və Ulu öndərin neft strategiyasından bəhs edən “Bakı-Ceyhan üç dəniz əfsanəsi”, M.Zabelin və V.Tatarenkonun “Гейдар Алиев-лидер, политик, друг” kitabı yerləşdirilmişdir.

“Respublikamızın zəngin istehsal imkanlarından, təbii sərvətlərindən səmərəli istifadə etmək lazımdır.”

Dübəndi Terminalında çəkilmiş foto şəkil. Dübəndi Neft Terminalı neft yataqlarından hasil edilən nefti qəbul edir, onu qablaşdıraraq neft emalı zavodlarına, eləcə də şimal istiqamətində nəql edir. Terminal, həmçinin neft və neft məhsullarının tranzit nəqlini də həyata keçirir. Bakı-Supsa neft kəməri və terminalında çəkilmiş foto şəkil. 1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Edvard Şevardnadze Tiflisdə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılığa gəldilər. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış 3 tərəfli müqavilələrdə “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxan ilkin Azərbaycan neftinin daşınması və Bakı-Supsa neft kəməri vasitəsi ilə nəqli nəzərdə tutulurdu. Yenikənd Su Elektrik Stansiyasında çəkilmiş foto şəkil, Bakı Elektrik Su Stansiyasında çəkilmiş foto şəkil. Biz qeyd etdik ki, Heydər Əliyev respublikada bütün sahələrə diqqət və qayğıyla yanaşırdı. Heydər Əliyev, Azərbaycanın xalq artisti Nəsibə Zeynalova və digər mədəniyyət işçiləri ilə görüşdən çəkilmiş bu foto şəkil də buna bir sübutdur. Bakı Poladtökmə zavodunda çəkilmiş foto şəkil. Zavodun rəsmi açılışı mərasimi Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci il iyun ayının 21-də keçirilmişdir. Azərbaycan Ali Hərbi məktəbinin açılışında çəkilmiş foto şəkil. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışından çəkilmiş foto şəkil. Bu kəmər Azərbaycan neftini Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql edən kəmərdir. Bütün dünya bu layihəyə möcüzə kimi baxırdı və bu səbəbdən kəmərə “Üç dəniz əfsanəsi” adını vermişdilər.

Ekspozisiya zalının beşinci vitrinində isə akademik Ramiz Mehdiyevin çoxcildli “Heydər Əliyev müstəqilliyimiz əbədidir” kitabının 6 cildi yerləşdirilmişdir.

“Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən adamlardır.”

Ekspozisiya zalındakı yeddinci lövhədə Heydər Əliyevin Sovet dövründə Ağcabədiyə səfərlərindən bəhs edən foto şəkillər yerləşdirilmişdir. Heydər Əliyev 6 dəfə müxtəlif illərdə Ağcabədidə səfərdə olmuşdur. 4 dəfə sovetlər dönəmində, 2 dəfə isə Azərbaycan müstəqillik qazandıqdan sonra rayona səfər etmişdir. Səfərləri zamanı Heydər Əliyev Ağcabədinin bir çox kəndlərində olmuş, kolxozçularla görüşlər keçirmişdir. Məsələn, Hüsülü kəndi Lenin ordenli Teyyubə Rəhimovanın tarla düşərgəsində çəklmiş foto şəkil, Boyat kəndində kolxozçularla çəkilmiş foto şəkil, rayon Mədəniyyət evində müşavirə keçirərkən çəkilmiş fotoşəkil, Qaravəlli, Gələbədin, Səməd Vurğun adına kolxozda, Paşa Qasımovun briqadasında və nəhayət, Boyat kəndində zəhmətkeşlərlə çəkilmiş foto şəkil. Heydər Əliyev Ağcabədi camaatının əməyini, zəhmətini bu sözlərlə dəyərləndirmişdir: “Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən adamlardır”. 2008-ci ildə nəşr olunan “Heydər Əliyev və Ağcabədi” kitabından Ulu öndərin rayon zəhmətkeşləri ilə çəkilmiş foto şəkilləri və onunla ünsiyyətdə olan insanların xatirələri öz əksini tapmışdır.

Ekspozisiya zalının sonuncu vitrinində isə Hüseyn Adıgözəlovun “Zirvə. Heydər Əliyevin həyatı”, Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman”, Heydər Əliyevin Ağcabədiyə səfərləri zamanı görüşdüyü zəhmətkeşlərin xatirə və fotoların yer aldığı “Heydər Əliyev və Ağcabədi” və başqa kitablar yerləşdirilmişdir.

“Azərbaycanın hər guşəsi bizim üçün müqəddəsdir.”

Sonuncu lövhədə Heydər Əliyevin 1993-1994-cü illərdə Ağcabədidə səfəri zamanı çəkilmiş foto şəkillər yerləşdirilmişdir. 1993-1994-cü illərdə Heydər Əliyev Ağcabədidə döyüş bölgəsində olub, ön cəbhədə və səgərlərdə döyüşçülərlə görüşlər keçirmiş, onların qayğısına qalmışdır. Lövhədə Heydər Əliyevin 25 iyun 1993-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin binasında müşavirə keçirərkən çəkilmiş foto şəkli də yerləşdirilmişdir.

Ulu Öndər Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend Şəhər Tibb Klinikasında vəfat etmişdir.

Ekspozisiya zalları üzrə mövzu bölgüsü

  • Heydər Əliyev və Ağcabədi
  • Heydər Əliyev və mədəniyyət
  • Heydər Əliyev müstəqil Azərbaycanın neft strategiyasının banisidir.
  • Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti. 1993-2003
  • Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvan dövrü 1990-1993
  • Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri
  • Heydər Əliyevin Azərbaycana rəhbərliyinin l dönümü. 1969-1982
  • SSRİ Nazirlər Soveti sədrinin müavini işlədiyi dövrlər. 1982-1987
  • Heydər Əliyev və ordu quruculuğu

BÜST

Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında memar Ramiz Dadaşovun yaratdığı sənət əsəri – Ümummilli liderimiz Heydər Əliyevin büstü qoyulmuşdur.

BİRİNCİ LÖVHƏ

“Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmişdir.”

Heydər Əliyev

  1. Heydər Əliyev, Naxçıvan. 1930.
  2. Puşkin küçəsi – Heydər Əliyevin uşaqlıq və gənclik illəri Puşkin küçəsində keçmişdir.
  3. Əliyevlər ailəsi. Naxçıvan 1930.
  4. Leytenant Heydər Əliyev. Naxçıvan, 1944.
  5. Heydər Əliyev həmkarları ilə. Naxçıvan, 1949.
  6. DTK-nın Ali məktəbində. Leninqrad, 1950.
  7. Heydər Əliyev tələbə yoldaşları ilə. Bakı, ADU, 1957.
  8. Heydər Əliyev DTK-nın rəhbər heyəti ilə, 1968.

İKİNCİ LÖVHƏ

“Azərbaycanın bu gün müstəqil yaşaması üçün sovet dövrü böyük əsas yaratmışdır.”

Heydər Əliyev

  1. Metronun “Ulduz” stansiyasının açılışında.1970.
  2. İməclikdə. 1972.
  3. “Bakı fəhləsi” Maşınqayırma zavodunda. 1975.
  4. Yeni Bakı Neftayırma zavodunda. 1976.
  5. Tərtərçay su anbarının açılışı günü. 1976.
  6. Gəncə xalça-mahud kombinatında. 1977.
  7. Mingəçevir Su Elektrik stansiyasında. 1981.
  8. Naxçıvan trikotaj fabrikində. 1982.

ÜÇÜNCÜ LÖVHƏ

“Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər səhifəsinə hörmətlə, ehtiramla yanaşaq.”

Heydər Əliyev

  1. Heydər Əliyev Moskvaya yola düşərkən, 1982.
  2. Heydər Əliyev iş otağında. Moskva, Kreml, 1983.
  3. SSRİ Tibb Akademiyasının təntənəli iclasının rəyasət heyətində, 1984.
  4. Heydər Əliyev Baykal-Amur magistralının tikintisində, 1984.
  5. Heydər Əliyev dəmiryol işçiləri ilə, 1984.
  6. Heydər Əliyev Azərbaycanlı tələbələrlə, 1984.
  7. Heydər Əliyev Yaponiya parlamentinin üzvlərini qəbul edir, 1985.
  8. Mərkəzi Rusiyanın zəhmətkeşləri ilə, 1987.

DÖRDÜNCÜ LÖVHƏ

“Doğma vətən torpağına vətəndaşlıq borcumu yerinə yetirməyə gəlmişəm.”

Heydər Əliyev

  1. Naxçıvanda seçkiqabağı görüşlərdə, 1990.
  2. Naxçıvan MR Ali Məclisinin ilk sessiyasında, 1990.
  3. Heydər Əliyev Naxçıvanda, 1991.
  4. Heydər Əliyev Milli Məclisdə, Bakı, 1991.
  5. Naxçıvan aeroportunun ilk xəttinin açılışında, 1992.
  6. Heydər Əliyev “Ümid körpüsü”nün açılışına gələn Süleyman Dəmirəli qarşılayarkən. 1992.
  7. Heydər Əliyev və Xəlil Rza Ulutürk şəhidlərə həsr olunmuş mitinqdə. Bakı, 1992.
  8. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev iş otağında, 1993.

BEŞİNCİ LÖVHƏ

“Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq.”

Heydər Əliyev

  1. “Əsrin müqaviləsi” neft konrtaktının bağlanması münasibətilə keçirilən mərasimdə, 1994.
  2. Yeni ELOY AVT-2 qurğusunun açılışında. 1995.
  3. Bakı Elektrik Maşınqayırma zavodunda. 1997.
  4. Madrid sammitində, 1997.
  5. Hərbi təyyarəçilər məktəbinin ilk buraxlışına həsr edilmiş mərasimdə, 1997.
  6. İlk neftin hasil olunması münasibətilə “Çıraq-1” platformasında, 1997.
  7. Şəhidlər xiyabanında sükut anı, 1997.
  8. Musiqili Komediya Teatrının açılışında, 1998.

ALTINCI LÖVHƏ

“Respublikamızın zəngin istehsal imkanlarından, təbii sərvətlərindən səmərəli istifadə etmək lazımdır.”

Heydər Əliyev

  1. Dübəndi Terminalının açılış mərasimində, 1998.
  2. Bakı-Supsa ixrac boru kəməri və terminalının açlışında. Poti, 1999.
  3. Bakı İstilik Elektrik Mərkəzinin açılışında, 2000.
  4. Yenikənd Su Elektrik stansiyasında, 2000.
  5. Heydər Əliyev və Azərbaycanın xalq artisti Nəsibə Zeynalova, 2000.
  6. Bakı Poladtökmə zavodunda, 2001.
  7. Azərbaycan Ali Hərbi Məktəbinin ilk buraxılış mərasimində, 2001.
  8. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimi, 2002.

YEDDİNCİ LÖVHƏ

“Ağcabədililər torpağa ürəkdən bağlı, zəhməti və əməyi sevən adamlardır.”

Heydər Əliyev

  1. Ə.Bünyadov adına kolxoz, Lenin ordenli Teyyubə Rəhimovanın briqadasında. Sentyabr 1974.
  2. Boyat kəndi, Həsənxan Sultanovun tarla düşərgəsində. Sentyabr 1974.
  3. Ağcabədi rayon Mədəniyyət evində partiya-təsərüffat müşavirəsi. Sentyabr 1974.
  4. Qaravəlli kəndi, Qibləli Ağayevin briqadasında. 29 sentyabr 1978.
  5. Gələbədin kəndi, Aslan Quliyevin briqadasında. 29 sentyabr 1978.
  6. Səməd Vurğun adına kolxoz, Tapdıq Qəmbərovun briqadasında. 12 iyul 1982.
  7. Ə.Bünyadov adına kolxoz, Paşa Qasımovun briqadasında. 12 iyul 1982.
  8. Boyat kəndi, Həsənxan Sultanovun tarla düşərgəsində. 12 iyul 1982.

SƏKKİZİNCİ LÖVHƏ

“Azərbaycanın hər guşəsi bizim üçün müqəddəsdir.”

Heydər Əliyev

  1. Ağcabədi rayon İcra Hakimiyyətində müşavirə keçirərkən. 25 iyul 1993.
  2. Cəbhədə döyüşçülərlə birlikdə. 9 aprel 1994.
  3. Ağcabədidə döyüş bölgəsində. 9 aprel 1994.
  4. Səngərdə hərbi rəhbərliklə. 9 aprel 1994.
  5. Hərbi mövqelərlə tanış olarkən. 9 aprel 1994.
  6. Döyüş bölgəsində. 9 aprel 1994.
  7. Ön cəbhədə döyüşçülərlə görüş. 9 aprel 1994.
  8. Döyüş bölgəsində. Ağcabədi, 9 aprel 1994.

BİRİNCİ VİTRİN

  1. Heydər Əliyevin Naxçıvanda orta məktəbi bitirdiyinə dair attestatın surəti, 1938.
  2. Leninqradda xüsusi təhsili əla qiymətlərlə bitirdiyinə dair şəhadətnamənin surəti
  3. Azərbaycan Dövlət Universitetinin “Tarix” fakultəsini bitirdiyinə dair diplomun surəti
  4. Kitab. “Heydər Əliyev mənim həyatımda” Bakı-2005
  5. Kitab. Виктор Андриянов, Гусейнбала Мираламов. Гейдар Алиев. Гвардия, 2005
  6. Kitab. Viktor Andriyanov, Guseinbala Miralamov. Geidar Aliev. Баку, 2005

İKİNCİ VİTRİN

  1. Baykal-Amur magistral dəmiryolunun ilk sərnişin biletinin surəti
  2. Hərəkət edən qatarların fəxri sərnişini biletinin surəti
  3. Kitab. Hüseynbala Mirələmov. Millətin atası. Bakı, 2004
  4. Kitab. Vaqif Abdullayev. Ömürdən səhifələr. İstanbul, 1998
  5. Kitab. Vaqif Abdullayev. Ömrə bərabər 5 il. İstanbul, 1998

ÜÇÜNCÜ VİTRİN

  1. Kitab. Nikolay Zenkoviç. Heydər Əliyev. Москвa, 2007
  2. Kitab. Heydər Əliyev Müdrik fikirlər. Bakı, 2009
  3. Kitab. Nəriman Qocatürk. Türkün yaddaş kitabı. Bakı, 2005
  4. Kitab. Vaqif Abdullayev. 30 il quruculuq yollarında. İstanbul, 1999
  5. Kitab. Yaqub Mahmudov. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, 2002
  6. Kitab. Tərlan Musayeva, Xanoğlan Şıxəliyev. Heydər Əliyev çörəyi. Bakı, 1998

DÖRDÜNCÜ VİTRİN

  1. Kitab. Ramiz Mehdiyev. Prezident İlham Əliyev. Bakı, 2004
  2. Kitab. Fikrət Babayev. Heydər Əliyev və mədəniyyət. Bakı, 2008
  3. Kitab. Hacı Cahangir Cahangirli. Azərbaycan Türkiyə. Bakı, 2004
  4. Kitab. Mirkazım Seyidov. Гений Гейдара. Новосибирск, 2005
  5. Kitab. М.Забелин, В.Татаренко. Гейдар Алиев – лидер, политик, друг. Ваку, 2005
  6. Kitab. Mirkazım Seyidov .Bakı-Ceyhan üç dəniz əfsanəsi. Bakı-2006

BEŞİNCİ VİTRİN

  1. Kitab. Ramiz Mehdiyev . Heydər Əliyev müstəqilliyimiz əbədidir. VII kitab. İyun 1996 – noyabr 1996. Bakı,1998
  2. Kitab. Ramiz Mehdiyev . Heydər Əliyev müstəqilliyimiz əbədidir. VIII kitab. Noyabr 1996 – mart 1997. Bakı-1998
  3. Kitab. Ramiz Mehdiyev . Heydər Əliyev müstəqilliyimiz əbədidir. X kitab. May 1997 – iyul 1997. Bakı, 2002
  4. Kitab. Ramiz Mehdiyev . Heydər Əliyev müstəqilliyimiz əbədidir. XI kitab. İyul 1997 – avqust 1997. Bakı, 2003
  5. Kitab. Ramiz Mehdiyev . Heydər Əliyev müstəqilliyimiz əbədidir. XII kitab. Avqust 1997 – oktyabr 1997. Bakı, 2004
  6. Kitab. Ramiz Mehdiyev . Heydər Əliyev müstəqilliyimiz əbədidir. XIX kitab. Yanvar 1999 – aprel 1999. Bakı, 2006

ALTINCI VİTRİN

  1. Kitab. Yeni Azərbaycan Partiyası 15 il yüksəliş yolunda
  2. Kitab. Heydər Əliyev və Ağcabədi. Bakı,2008
  3. Kitab. Hüseyn Adıgözəlov. Zirvə. Heydər Əliyevin həyatı. İstanbul,2007
  4. Kitab. Elmira Axundova . Heydər Əliyev Şəxsiyyət və zaman. Bakı, 2007
  5. Kitab. Николай Зенкович. Гейдар Алиев. Зигзаги судьбы. Москва, 2007
  6. Kitab. Nizami Xuduyev. YAP dünənin, bu günün, sabahın partiyasıdır. Bakı, 2007

İstifadə olunan ədəbiyyat siyahısı

  1. Viktor Andriyanov, Hüseynbala Mirələmov. Heydər Əliyev. Nurlan. Bakı, 2008
  2. Hidayət Orucov. Heydər Əliyev və Azərbaycanda milli siyasət. Şərq-Qərb. Bakı, 2011
  3. Heydər Əliyev irsi Azərbaycanın davamlı inkişaf strategiyası. Azərbaycan Nəşriyyatı, 2006
  4. Heydər Əliyev və mədəniyyət. I cild. Nurlar, 2008
  5. Azərbaycanın özü qədər əbədi. Elm və Təhsil. Bakı, 2003
  6. Mirkazım Seyidov Bakı-Ceyhan üç dəniz əfsanəsi. Nurlan. Bakı, 2006
  7. Xalqa bağışlanan ömür. IV kitab. Bakı-Şəms, 2004
  8. Qayıdış 1990-1993. Azərbaycan Nəşriyyatı, 1996
  9. Heydər Əliyev və Ağcabədi. “Şur” nəşriyyatı. Bakı, 2008
  10. Heydər Əliyev mənim həyatımda. “Təhsil” Nəşriyyatı. Bakı, 2005

Bunu paylaş:

  • Facebook-da paylaşmaq üçün tıkla (Yeni pəncərədə açılır)
  • Twitter-də paylaşmaq üçün tıklayın (Yeni pəncərədə açılır)
  • Daha çox

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının təqdimatı olmuşdur

Bakı, 4 mart (AZƏRTAC). Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” adlı monoqrafiyasının I cildi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna daxil olmuşdur.

Fonda daxil olan kitabın MEK-in Heydər Əliyev irsinin təbliği şöbəsində təqdimatı keçirilmişdir.

Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, təqdimat mərasimində şöbə müdiri Gülşən Əliyeva monoqrafiyanın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin çıxış və nitqlərinin araşdırılması bu gün də aktuallığını saxlayır. Ümummilli Liderin dühasını nümayiş etdirmək üçün onun haqqında silsilə kitablar nəşr edilir. Bu baxımdan Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası böyük əhəmiyyət daşıyır. Ümumilikdə 14 fəsildən ibarət olan bu nəşrin hər fəslində ulu öndər Heydər Əliyev nitqinin özünəməxsusluğundan söhbət açılır. Bildirilmişdir ki, hər birimizin stolüstü kitabı olacaq bu nəşrdən natiqlik sahəsində bir çox şeylər əxz edəcəyik.

Sonra şöbənin əməkdaşı Aytən Qəzənfərqızı filologiya elmləri doktoru, professor Məsud Mahmudovun elmi redaktorluğu ilə çap olunmuş monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırıldığını bildirmişdir. Həmçinin kitabda ümummilli lider Heydər Əliyevin nitqində girişlər və sonluqlar, fəlsəfilik, səmimiyyət, qətiyyət, nikbinlik, poetiklik, proqnozlar kimi elementlərin, eləcə də onun fərdi üslubunun dərindən tədqiq edildiyini deyən şöbənin əməkdaşı monoqrafiyanın siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait olduğunu vurğulamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Heydər əliyev və nitq mədəniyyəti

База данных «Электронные книги» Президентской Библиотеки Управления делами Президента Азербайджанской Республики – это Электронная Библиотека, где собраны электронные варианты изданий по истории, экономике, культуре Азербайджана, также по различным областям науки.

Новые поступления

Heydər Əliyev əbədiyyəti və ədəbiyyatı

Sabitlik və rifah naminə siyasət

Müstəqillik yollarında: liderlik missiyası

Elm xəzinəsini zənginləşdirənlər

Prezident İlham Əliyev: yüksək səviyyədə görüşlər: 2003-2008-ci illər: III cild

Heydər Əliyev v ə Çin

Milli lider və müstəqil dövlətçilik

Şəxsiyyətlə üz-üzə

Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti

Dövlətçilik naminə

Heydər Əliyev və Şərq: I kitab

XX əsrin ən böyük terror hadisələri: II kitab

Quotations

Azərbaycan prezidenti

Böyük ömrün anları

Görkəmli strategiyaçı

Heydər Əliyev kursu yeni keyfiyyət halında: “İqtisadiyyat, siyasət, dinamizm, problemlər, perspektivlər”

Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi

İnkişaf və tərəqqinin Heydər Əliyev modeli

Qlobal üfüqlər: Prezident Əliyevin ABŞ səfəri

Gömrük işinin təşkili və idarə edilməsi

Dünyanı heyran qoyan insan

Heydər Əliyev dünyanın gözü ilə

Fikirlərin vəhdəti

Heydər Əliyev və Şərq: III kitab: Türkiyə

Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi

Heydər Əliyev və Şərq: III kitab: Türkiyə Cümhuriyyəti

Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili

Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğu

Yaşıl iqtisadiyyat

İqtisadi artım

Туберкулез органа зрения

Yeniləşən Mədəniyyət məkanları: III kitab: Heydər Əliyev sarayı

Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala

Дорогие авторы!
Если вы желаете разместить электронные варианты ваших книг в Базе данных «E-Книги» Президентской Библиотеки, то подписав соглашение об авторском праве в соответствии со статьями 18 и 19 Закона Азербайджанской Республики «Об авторском праве и смежных правах», можете отправить копию соглашения по следующему e-mail адресу.
info@preslib.az

Подписка

В локальной сети в пользование читателей предоставляется “Законодательная база Российской Федерации”..

В локальной сети в пользование читателей предоставляется Электронно Библиотечная Система IPR Books – электронная библиотека по всем отраслям знаний, содержащая более 5 000 э-книг.

Polpred.com Обзор СМИ. Ежедневно тысяча новостей, полный текст на русском языке, миллион лучших сюжетов информагентств и деловой прессы за 15 лет.

Comments are closed, but trackbacks and pingbacks are open.