Press "Enter" to skip to content

Category: Ilkhanate

Monqol mənşəli sülalələr
tərəfindən idarə olunurdu

Hülakülər dövləti (1256-1357)

Hülakülər dövlətinin yaranması
Böyük Monqol imperatorluğunun Ön Asiya, Cənubi QafqazKiçik Asiyanı ələ
keçirməsinə baxmayaraq, həmin ərazilərdə bir sıra iri feodal malikanələri öz müstəqilliyini
hələdə saxlayırdı. Böyük Monqol xaqanı Müke xan istilaları davam etdirmək məqsədi ilə
qardaşı Hülakü xanın başçılığı ilə Ön Asiyaya qoşun göndərdi.
Hülakü xan 1256-cı ildə
Azərbaycan və İranı ələ keçirib, 1258-ci ildə Abbasilər xilafətinin varlığına son qoydu.
Beləliklə, Amudərya çayı ilə Aralıq dənizi, Dərbəndlə İran körfəzi arasında yerləşən
ərazidə beşinci monqol ulusuHülakü dövləti (1258-1357) yarandı. Dövlətin başında
elxan titulu daşıyan hökmdar dururdu. Buna görə də Hülakülər dövləti, eyni zamanda
Elxanilər
dövləti

adlanır.
Dövlətin
ərazisi
vilayətlərə, vilayətlər
isə tümənlərə bölünmüşdü.

Hülakülər dövlətində İslam dininin dövlət dininə çevrilməsi
Əsasən, bütpərəstlərdən ibarət olan monqollar ilk vaxtlardan başlayaraq işğal olunmuş vilayətlərdə bütpərəstliyin
yayılması və möhkəmlənməsi üçün tədbirlər görməyə başladılar. İlk elxanların dini siyasətləri yerli əhali ilə gəlmələrin
arasında ziddiyyətin artmasına, son nəticədə, ölkədə vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Məhz bu baxımdan Qazan
xan hakimiyyətə gəldikdən sonra yerli müsəlman zadəganlarıruhaniləri öz tərəfinə çəkmək məqsədi ilə İslam dinini
dövlət dini kimi qəbul etdi və özünü Mahmud adlandırdı. Qazan xanın hakimiyyəti dövründə torpaq, vergi, ticarət, rabitə
məhkəmə sahələrində islahatlar həyata keçirildi. Vergi islahatı monqol feodallarının özbaşınalığına son qoymağa,
dövlətin vergi sistemini yenidən qurmağa kömək etdi. Orduda xidmət edənlərə iqta olaraq torpaq sahələri verildi.
İslahatlardan sonra ölkənin iqtisadi və siyasi inkişafı uzun sürmədi. Qazan xanın vəziri Fəzullah Rəşidəddinin
öldürülməsindən sonra hərbçi əyanlar yenidən əvvəlki siyasət xəttinə döndülər.

Hülakülər dövlətinin süqutu
Hülakülər dövlətinin yarandığı ilk vaxtlarda, Hülakü xanın hakimiyyəti dövründən başlayaraq Hülakülərlə Cuci
nəslindən olan Qızıl Orda xanları arasında Azərbaycan torpaqları uğrunda müharibələr gedirdi. Hülakülərlə Qızıl Ordu
xanları arasında gedən müharibələrin əsas səbəbi Qızıl Ordu xanlarının Monqol dövlətinin yaradıcısı Çingiz xanın
vəsiyyətinə görə, Azərbaycan torpaqlarının Cuci ulusunun payına düşməsini iddia etməsi idi. Odur ki, Hülakülərinin
Azərbaycanda hökmranlığının başlananması ilə Qızıl Ordu xanları tez-tez bu ərazilərə hücumlar edirdilər.
1357-ci ildə Canı bəyin başçılığı ilə Qızıl Ordu qoşunu Azərbaycana yürüş etdi. Yürüş nəticəsində beşinci monqol
ulusu adlanan

Hülakülər dövləti süqut etdi.

Hülakü dövləti ilə Qızıl Ordu dövlətinin tarixi üçün oxşar cəhətlər

Monqol mənşəli sülalələr
tərəfindən idarə olunurdu

Hülakü və
Qızıl Ordu
dövləti

Əhalisinin əksəriyyətini türklər
təşkil edirdi

İslam dini rəsmi dövlət dini
elan edilmişdi

Eyni əsrdə meydana gəlmişdilər

Monqol işğalları nəticəsində
yaranmışdı

Azərbaycana dağıdıcı yürüşlər
etmişdilər

Osmanlı imperatorluğu

Osmanlı dövlətinin yaranması (1299)
Böyük Səlcuq imperiyası süquta uğradıqdan sonra onun ərazisində Kirman,
Konya, Suriya, İraq Səlcuq sultanlıqları, Atabəylər dövləti meydana gəldi. Konya
sultanlığı dağıldıqdan sonra onun ərazisində müstəqil bəyliklər yarandı. Bu
bəyliklərdən birinə Osman bəy başçılıq edirdi. Osman bəy
1299-cu ildə Osmanlı
dövlətinin əsasını qoydu. Osmanlılar oğuz türklərinin qınıq boyundan idi.

Orxan qazinin hakimiyyəti (1326-1359)
Osman bəyin
ölümündən sonra
Osmanlı dövlətində hakimiyyətə Orxan qazi
(1326-1359)

gəldi.
Orxan qazinin hakimiyyəti dövründə:

Dövlətin paytaxtı Bursa şəhərinə köçürüldü.

Maltəpə döyüşündə Bizans ordusu məğlubiyyətə uğradıldı.

Yeni fəthlər davam etdirildi, dövlətin ərazisi genişləndi.

Dövlətin sərhədləri Egey dənizindən Konstantinopoladək genişləndi.

Osmanlı dövləti inzibati cəhətdən paşalıqlara və sancaqlıqlara bölündü.

Hərbi islahatlar nəticəsində
ilk dəfə olaraq muzdlulardan ibarət piyada
(yeniçəri) və süvari qoşun növü yaradıldı.

Sultan I Muradın hakimiyyəti (1359-1389)
Sultan I Murad

Osmanlı dövləti tarixində ilk dəfə olaraq sultan titulunu qəbul
etmişdi.

Sultan I Muradın hakimiyyəti dövründə:

Balkanlarda Osmanlı fəthləri davam etdirildi, Ədirnə şəhəri ələ keçirildi.

1361-ci ildə Osmanlı dövlətinin paytaxtı Ədirnə şəhərinə köçürüldü.

1370-ci ildə BizansBolqarıstan Osmanlılardan asılı vəziyyətə düşdü.

1371-ci ildə Çirmən döyüşündə Osmanlılar Serbiya dövlətini məğlub etdi.
Məğlubiyyət nəticəsində:

Serbiya osmanlılardan asılılığı qəbul etdi.

Serbiya hər il Osmanlıya əsgər və vergi verməyə məcbur oldu.
QEYD:
XIV əsrdə feodal ara müharibələri Balkan dövlətlərini zəiflətmişdi.
Sultan I Murad bu amildən istifadə edərək

Balkanlarda Osmanlı fəthləri
davam etdirirdi.

Osman qazi

Orxan qazi

I Murad

Category : Ilkhanate

Ilkanato; Хулагу мемлекеті; Ilkhanat; حۋلاگۋ مەملەكەتى; د ایلخانانو واکمني; Илханат; ایل خانی سلطنت; ایل خانی سلطنت; Ilkanata; Ílchanát; Ilkhanat; 伊兒汗國; 伊儿汗国; Ilchanat; 일 칸국; Хулагу мемлекеті; Ilĥanlando; Илханат; ইলখানাত; Ilkhanat; Ilhanidsko Carstvo; ایلخانیا; Y Nhi hãn quốc; حۋلاگۋ مەملەكەتى; Xwlagw memleketi; Il-khanaat; Илканат; 伊儿汗国; Ил Хан; Ilkhanatet; Elxanilər dövləti; 伊兒汗國; Ilkhanate; الدولة الإلخانية; 伊兒汗國; Xwlagw memleketi; Ilkhanerri; Ilkanatu; Хулагуиды; Ilchane; Дзяржава Хулагуідаў; ایلخانان; 伊兒汗國; Îlxanî; ჰულაგუიანები; イルハン朝; إيلخانية مغول فارس; השושלת האילח’אנית; Хулагуиләр дәүләте; 伊兒汗國; इलख़ानी साम्राज्य; 伊儿汗国; Il-kaanien valtakunta; 伊儿汗国; Ільхани; Ilkhanatet; இல்கானேடு; Ilkhanato; 伊兒汗國; il-kanat; Ílchanát; Hulagiidid; Илканат; Il-kanaat; จักรวรรดิข่านอิล; Hulokuiylar davlati; Ilhanato; Ilkhanate; Ilkanat; Хулагу мемлекеті; Ilhánok; Հուլավյան Իլխանություն; Ilchanatas; Ilkanat; Ilhanato; İlhanlılar; Ilcanato; Ilkhanat; Ilchanidzi; ഇൽഖാനി സാമ്രാജ്യം; Ilhanidska Monarhija; ਈਲਖਾਨੀ ਸਲਤਨਤ; Ilhanatul; Ilhanati; ائلخانیلر; Ilkanato; Элхониён; Ιλχανάτο; Ilhanāts; estado sucesor del Imperio mongol ubicado en Persia; khanat mongol dirigeant la Perse; khanat mongol establert a Pèrsia al segle XIII; Khanat in Persien; valsts Dienvidrietumāzijā no 1256. līdz 1357. gadam; 蒙古四大汗國之一; Türk-Moğol devleti; دودمان مغولی در ایران; держава, основанной чингизидом Хулагу и управлявшейся его потомками; kánság, történelmi állam; שושלת מונגולית ששלטה באיראן; və ya Hülakülər dövləti – 1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış dövlət; breakaway khanate of the Mongol Empire; Khanato mongolo nato in Persia nel 1256 e cessato di esistere nel 1335; mongolivaltakunnan seuraajavaltio; 몽골 제국의 독립 칸국; Шыңғыс ханның ұрпағы Хулагу хан құрған мемлекет; دولةٌ قامت بدايةً كإحدى خانيَّات إمبراطوريَّة المغول، وحُكمت من قِبل آل هولاكو،; Χανάτο που κυβερνήθηκε από το μογγολικό Οίκο των Ουλαγκού; மத்திய கிழக்கை ஆண்ட ஒரு மங்கோலியக் கானரசு; Ihlkanato; Ilkhanato; Il Khanes; Iljanato; Imperio persa; Persia; Il-kans; Ilkànides; Ilkan; Il-Kan; Ilkànida; Īl-Khān; Ilkhan; Ilkhane; Ilkhanat; Il-Khan; Il-Khanat; Ilchan; Il-Khan-Reich; Ilkhān; Il-Khane; Ilchanat; Ilkhan-Dynastie; دورهٔ مغول‌ها; دورهٔ ایلخانیان; دوره ایلخانی; دوره مغول ها; دورهٔ ایلخانی; دوران مغولان; ایلخانیان; دورهٔ مغول ها; سلسله ایلخانان; حکومت مغولان; ایل‌خانیان; 伊利汗国; 伊兒汗國君主列表; 伊尔汗国; 伊蘭王國; İlhanlı İmparatorluğu; İlhanlı; İlhanlı Hanedanı; İlhanlı Devleti; イルハン国; フレグ・ウルス; イルハーン朝; イル=ハン国; フラグ・ウルス; イル・ハーン朝; イル・ハン国; イル・ハーン国; イル汗国; イル・ハン朝; Il-khanerna; Il-khanatet; Ilkhan; Ilkhanat; Ilkhanerna; Ilhanli; Il-khan; Ilkhaner; Il-khanat; Il-khaner; אילח’אן; Элхониёни муғул; इलखान; इलख़ानत; इल्ख़ानी साम्राज्य; इलख़ान साम्राज्य; 일 한국; Елхандар мемлекеті; Елханат; Ilhxanato; Perský ílchanát; Mongolský ílchanát; Říše ílchánů; Íl-chanát; இல்-கானேடு; Khanato di Persia; Ilkani; Ilkhaniidide dünastia; Ilkhaniidid; Hulagiidide dünastia; Canato do Il-Khan; Ilkhanato; Ilkhan; Huleguīdu valsts; Chulaguidai; Ilchanidai; Il-kaanin valtakunta; دیا باکر; ഇൽ ഖാനിദ് സാമ്രാജ്യം; Ilkhanate; ഇൽഖാനിദ് സാമ്രാജ്യം; ഇൽ ഖാനേറ്റ്; Ilhanidi; Ilkanat; Ил хаадын улс; Hulagidzi; Ilchanowie; Ilkhanate; Il-khanatet; Il-Khanaat; Ilkhanate; Ilkanaat; Ilkhanaat; Il-chan; Ilkhaniden; Il Khanaat; ایل خانی; Ильханиды; Ильханат; Государство Хулагуидов; Государство Ильханов; Улус Хулагу; Hülakülər dövləti; Hülakilər; Elxanlılar dövləti; Hülakülər; Elxanilər; Hülakilər dövləti; إيلخانيه; إيلخانات فارس; إيلخانية فارس; إيلخانية; ايلخانيه; Il-khanate; Ilkhanid Empire; إلخان المغول; السلالة الإيلخانية; خانات المغول; الدولة الإيلخانية; الدولة الايلخانية; الإيلخانيون; الخانات; الإلخانية; الإيلخانية; إلخانات; Илкханат; Илкханата; илхански

breakaway khanate of the Mongol Empire
flag image
locator map image
detail map

  • historical country (1357–)
  • Mongol Empire
  • Kurultai
  • 1335 (statement with Gregorian date earlier than 1584)
  • 3.75 km²

Q178084
VIAF ID: 257263875
Library of Congress authority ID: sh2005007114
NDL Authority ID: 00564229
National Library of Israel J9U ID: 987007288731405171

Subcategories

This category has the following 6 subcategories, out of 6 total.

Hülakülər dövləti

İlk yürüşlərdən sonra monqolların Azərbaycanda yaratdıqları idarəçilik sistemi uzun sürmədi. İstilaçılar zəbt etdikləri torpaqlara hakimlik uğrunda mübarizəni davam etdirdilər. Qafqaza və Ön Asiyaya yeni yürüşlər başlandı.

Yuşmut, Hülakü xan, Cuci, yam, bayrat

Torpaqlara hakimlik istəyi Ali Monqol xaqanlarına hansı imkanlar yarada bildi? Bu yürüşlərin nəticəsi tarixdə hansı izi qoydu?

Monqolların Azərbaycana üçüncü yürüşü. Ön Asiyada, Qafqazda və Kiçik Asiyada hələ də müstəqil fəaliyyət göstərən iri feodal malikanələrinə qarşı Ali monqol xaqanlığı tərəfindən mübarizəyə göndərilmiş monqol şahzadəsi Hülakü xan (1258-1265-ci illər) 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı istila etdi. 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süquta uğradı. Beləliklə, yeni zəbt edilmiş ərazilər hesabına 5-ci monqol ulusu – Hülakülər (Elxanilər) dövləti yarandı. Həmin dövlət Azərbaycanda bir əsrə yaxın – 1357-ci ilə qədər fəaliyyət göstərdi. Azərbaycan Hülakülər dövlətinin siyasi-inzibati mərkəzinə çevrildi. Müxtəlif dövrlərdə ölkənin paytaxtı Marağa, Təbriz və Sultaniyyə şəhərləri olmuşdur. Arran və Muğan vilayətləri Elxanilər dövlətinin qışlağı, Qarabağ isə yaylağı idi.

Ulusun nə olduğunu müəyyənləşdirin.

Hülakü xan geniş əraziyə malik dövlət yaratdıqdan sonra köçəri zadəganlara arxalanaraq dövlətin ali hakimiyyət orqanlarını, hərbi-siyasi idarələri və vilayətləri şahzadələrin və tanınmış əmirlərin arasında böldü. Azərbaycanda köçəri monqol feodalları hakimiyyətə başladılar. Şahzadə Yuşmut Arranın hakimi təyin olundu. Azərbaycanın əksər ərazisində, xüsusilə onun şimal hissəsində monqolların güclü hərbi hissələri məskən saldı. Həmin hərbi qüvvələr Qızıl Ordu xanlarının Hülakülər dövlətinə şimaldan vaxtaşırı hücumlarının qarşısını almağa və sərhədlərin möhkəmlənməsinə xidmət edirdi. Oturaq əhalinin istismarı və yerli feodalların sıxışdırılması nəticəsində Hülakü xan tezliklə iqtisadi cəhətdən güclü və mərkəzləşdirilmiş dövlət təşkil etdi.

Azərbaycanın Hülakülər dövlətinin tərkibinə qatılmasının əhəmiyyəti nədə idi?

Comments are closed, but trackbacks and pingbacks are open.