Hüseyn əsgərov
Çox istərdim ki, kurslar olsun. İngilis dilini təkmilləşdirmək üçün dərsdən əlavə məsələn, ingilis dili kursuna gedirik. Çox istərdik ki, erməni dilində də az da olsa kurslar təşkil edilsin. Çünki auditoriyada dili müəkəmməl öyrənmək olmur. Müəllim bütün diqqətini 20-25 tələbəyə yönəldə bilmir.
Orta tibb işçilərinin sertifikasiya imtahanı keçirilib
NUHÇIXAN xəbər verir ki, muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam edir.
Sertifikasiya imtahanlarının növbəti mərhələsində mama, tibb bacıları, laboratoriya işçiləri, sanitar-feldşer və feldşerlər, əczaçılar, diş texnikləri və ixtisası üzrə işaxtaranlar beş gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən suallar tərtib edilərək kompüterə yerləşdirilib. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub. Eyni zamanda yazılı olmaqla müsahibə mərhələsinin də sualları paylanılıb. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub.
İmtahana cəlb olunan 135 orta tibb işçisindən 127 nəfər iştirak edib. Bir nəfər imtahandan xaric olunub. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 84 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edib. 42 nəfər isə zəruri həddi keçə bilməyib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.
Hüseyn Əsgərov
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Hüseyn əsgərov
Bu gün istedadlı qələm sahibi, yazıçı, Naxçıvan Muxtar respublikasının əməkdar jurnalisti Hüseyn Əsgərovun jurnalistlik fəaliyyətinin 40 ili tamam olur.
Hüseyn Ələkbər oğlu Əsgərov 1955-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. Bir il “Şərq qapısı” qəzetində, iyirmi üç il Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində jurnalist kimi çalışıb. Həmin müddətdə paralel olaraq “Xalq qəzeti”nin Naxçıvan MR üzrə zona müxbiri işləyib.
Hüseyn Əsgərov 2001-ci ildən 2011-ci ilədək Naxçıvan MR Ali Məclisində mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Əməkdar jurnalist, Dövlət qulluğunun baş müşaviridir. Hazırda Naxçıvan MR Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəridir. 2014-cü ildə “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən “Aylı bir gecə” adlı nəsr əsəri nəşr olunub.
Ovqat.com kollektivi olaraq istedadlı yazıçı və jurnalist Hüseyn Əsgərovu jurnalistlik fəaliyyətinin qırx illiyi ilə əlaqədar olaraq təbrik edir, peşəkar fəaliyyətində uğurlar diləyirik.
Ana səhifəyə qayıt Baxış: 2 054 Tarix: 2-07-2017, 13:29
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Ədəbiyyat və mədəniyyət
Ən çox oxunanlar
Ovqat.com xəbər portalı .
Baş redaktor: Heydər Oğuz
Tel: 055 746-40-44
Email: ovqatc[email protected]
Ovqat.com © 2017
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR.
Created: DaRa – Hosting services & Web developer
Erməni dilini öyrədənlərimiz, öyrənənlərimiz
Bu dəfə “Diskussiya klubu”da biz erməni dilinin tədrisi və öyrənilməsi mövzusunu jurnalist, erməni dili bilicisi Allahverdi Niftəliyev, Bakı Dövlət Universiteti Tarix fakültəsi erməni dili müəllimləri Xalid Bayramov və Səbuhi Əhmədov, Azərbaycan Dillər Universiteti Regionşünaslıq kafedrasının erməni dili müəllimi
Hüseyn Əsgərov, Azərbaycan Dillər Universitetinin fransız dili müəllimi və erməni dili bilicisi Əsgər Zeynalov, Bakı Dövlət Universiteti Qafqazşünaslıq ixtisasınin tələbələri Aytac Hüseynova, Nərgiz Ədlərova, həmçinin Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbələri Ümid Vahabov, Rəhman Musalı və 1905.az saytının nümayəndəsi Gündüz Nəsibovla müzakirə etdik.
Fuad Babayev: Xoş gəlmisiniz! Hər birinizi burada görməkdən çox şadıq!
Bu gün biz erməni dilinin Azərbaycanda tədrisi və öyrənilməsi mövzusunu müzakirə edəcəyik.
Necə düşünürsünüz, Azərbaycanda erməni dilinin tədrisi qənaətbəxş sayıla bilərmi? Bu suala tələbələrin sayı, müəllimlərin hazırlıq səviyyəsi, cəmiyyətin erməni dilinin əhəmiyyətini dərk etmə məsələsi bəndləri daxildir. Etiraz etmirsinizsə Xalid müəllim, elə Sizdən başlayaq.
Xalid Bayramov: Dəvət etdiyiniz üçün minnətdaram. Mən keyfiyyət məsələsinə toxunmaq istəyirəm. Əgər dərs dediyim auditoriyada 25 tələbə varsa və əgər 5 nəfər erməni dilini öyrənir, bu dildə danışmağa meyl edirsə bu artıq bizim uğurumuzdur. Erməni dilinin tədrisi digər dillərdən çox fərqlənir. İlk növbədə ona görə ki, “Erməni dilini niyə öyrənirsən?” sualını çox eşidirik. Bəzən valideynlər uşaqlarını erməni dilini öyrənməyə qoymurlar. Deyirlər ki, erməni dilini öyrənirsən, sabah səni kəşfiyyata göndərəcəklər və s. Ona görə maariflənməni ilk növbədə ailədən, valideynlərdən başlamaq lazımdır.
Fuad Babayev: Bəs, ictimaiyyət nümayəndələri necə? Bu işin gərəkliliyini hiss edirlər, sizcə?
Xalid Bayramov: Ümumiyyətlə, erməni dilini öyrənməyi hər adam həzm edə bilmir. Bizim yaralarımız hələ sağalmayıb. Ona görə də heç kimi qınamaq olmaz. Bəzən çox adam dili öyrənməyi düşmənlə ünsiyyət qurmaq, barışmaq kimi başa düşür. Sanki cəmiyyət iki yerə bölünüb: düşmənin dilini öyrənmək istəyənlər və istəməyənlər.
Hüseyn Əsgərov: Biz tələbələrə deyirik ki, dil sizi düşmənlə barışdırmaq üçün yox, gələcəkdə maneə ilə qarşılaşacağınız halda düşmənə layiqli cavab verə bilməniz üçün tədris edilir. Bizim borcumuz tələbələrə dili az da olsa öyrətməkdir. Bu gün erməni dilini bilən tələbə sabah Xarici İşlər Nazirliyi, Armenia.az portalı və s erməni dili gərəkli olan qurumlar üçün yararlı ola biləcək şəxsdir.
Ən əsası, isə bu gün erməni dilini öyrənən tələbə sabah virtual aləmdə düşmənə layiqli cavab verəcək bloggerə çevrilə bilər. Hazırda bütün dünyada informasiya müharibəsi gedir. Təəssüflə qeyd etməliyəm ki, ermənilər virtual müharibədə çox güclüdürlər. Erməni dilini bilən mütəxəssislərimiz yetişdikcə onlar erməniyə öz dilində layiqli cavab verə biləcək.
Fuad Babayev: Dərs dediyiniz tələbələr erməni dilinin vacibliyini siz dediyiniz qədər anlayırlarmı?
Hüseyn Əsgərov: Məncə çoxluq anlayır. Amma anlamayanlar da var. Lakin biz dərs dediyimiz insanlar universitet tələbələridir. Onlar başa düşməyəndə də izah edirik ki, ermənilərin saxtalaşdırdığı tarixdən, həqiqətlərdən xəbərdar olmalısınız. Məsələn, ermənilər alban kilsələrini- alban kilsələrinin üzərindəki xaçı (eni uzun bərabər olan xaçı) öz xaçları kimi təqdim edirlər. Ancaq bilirsiniz ki, erməni xaçı alban xaçından fərqlənir. Onun şaquli xətti aşağı istiqamətdədir. Alban əlifbası erməni əlifbasına çox bənzəyir. Amma eyni deyil. Onlar hətta o əlifbanı da özünüküləşdirirlər. Monqol, tatar, ərəb hücumları zamanı ermənilər bizim kitabları, əlifbaları özləri ilə aparıb, tərcümə edib öz adlarına çıxardıblar.
Allahverdi Niftəliyev: Düşmənin dilində danışa bilməsək də onu başa düşmək mütləqdir. Sizə bir maraqlı fakt deyim. Vaxtilə Ermənistanda Elmlər Akademiyasında Tarix İnstitutuna tərcümə məsələsi ilə bağlı getmişdim. Dedilər Azərbaycan, rus, erməni dilini bilirsən gəl, bir elmi iş verək yaz. Fəridə Məmmədovanın Qafqaz Albaniyasına dair monoqrafiyası o dövrdə artıq nəşr edilmişdi. Məni tanış etdilər kitabla. Dedilər ki, sənin həmyerlin Fəridə Məmmədova adlı tarixçi albanları azərbaycanlılaşdırıb, sən isə ona cavab vermirsən. Təsəvvür edin mən İrəvanda, hamı erməni. İnstitut və mən tək. Mütləq cavablarını verməli idim. Dedim gəlin, təhlil aparaq. Görək, Azərbaycan dilini bilməyən bir kəs cavan və şir sözlərinin mənasını bilirmi? Əlbəttə bilməyəcək. Gedək eyni sualı İrəvan ətrafında yaşayan bir uşağa verək. O mütləq bu sözlərin mənasını biləcək. Çünki azərbaycanlıdır. Əgər 7-ci əsrdə yaşayan Cavanşirin adının mənasını, tərcüməsini başa düşürüksə və erməni başa düşmürsə, siz necə deyə bilərsiniz ki, Cavanşir erməni olub? Akademik dondu qaldı. Nə cavab verəcəyini bilmədi. Yarı-zarafat, yarı-ciddi dedi ki, baxın, əgər bizim millətin başına bir pis hadisə gəlsə Allahverdinin ucbatından gələcək.
Bunu da mütləq deməliyəm ki, ermənilər nə qədər satqın millət olsa da həmişə bir-birlərini dəstəkləyiblər. Ancaq təəssüf ki, bizimkilər həmişə bir birlərinin ayağının altını qazmağa çalışıblar. Bizim tarixdə saxtalaşdırmalar, unudulan məqamlar çoxdur. Bizə intellektual gənclər-ermənini anındaca yerində susduran insanlar lazımdır.
Bir neçə il qabaq bir gənc oğlan müraciət etdi ki, erməni dilini öyrənməkdə kömək edəsiniz. Dili öyrənməyə çox həvəsli idi. Təxminən 1 ay gəldi yanıma. İndi bildiyim qədər dövlətə yararlı bir insandır. Yəni dili öyrənmək heç kimə ziyan vermir. Ermənistan Qafqazın kor bağırsağıdır. Sırf ermənilərə cavab vermək baxımından erməni dilini öyrənmək çox vacibdir.
Nərgiz Ədlərova : Hazırda tarix fakültəsi Qafqazşünaslıq ixtisasında təhsil alıram. Burada bizə gürcü və ya erməni dilini öyrədilməsi seçimi verilmişdi. Mən erməni dilini seçdim. Həvəsim, marağım bu dilə oldu.
Fuad Babayev: Ətrafınızdakıların təəccübü ilə qarşılaşmadınız bu dili öyrəndiyizi deyəndə?
Ədlərova Nərgiz: Hələ də qarşılaşıram. Rayonda qohumlar biləndə ki, erməni dilini öyrənirəm əksəriyyəti birmənalı olaq narazılıq edirlər.
Aytac Hüseynova: Atam hərbiçidir. Erməni dilini öyrənməyə maraq bəlkə də həm də bununla bağlı olub. Məncə, düşmənin dilini bimək mütləqdir. Həm də təhsil aldığım fakültə tarix fakültəsidir. Ermənilər həmişə bizim torpaqlarımıza göz dikiblər, tariximizi özününküləşdiriblər. Biz qədim erməni dilini də mükəmməl bilməliyik ki, onlara öz dillərində cavab verə bilək. Hər millət tarixi özünə uyğun təhrif edir. Ona görə də hər iki dövlətin tarixini öyrənib, nəticəyə gəlmək lazımdır.
Səbuhi Əhmədov: Qafqazşünaslıq ixtisası üzrə təhsil almışam. Əvvəl fakültədə erməni və gürcü dilinin tədris edilməsindən xəbərdar deyildim. Amma bunu biləndə çox sevinmişdim. Və düşünmədən erməni qrupunu seçdim. Bizim vaxtımızda erməni dilini öyrənmək indiki qədər asan, internet indiki qədər sürətli deyildi. Erməni dilini öyrənməyin əsas çətinliklərindən biri ermənidilli mühitin olmamasıdır. Dili öyrənmək olar, amma inkişaf etdirmək üçün mühit tapmırıq. Erməni dilini bilən həmkarlarla da danışanda kənardakılar qınayırlar ki, öz dilində danış. İnternetdə yazışmağa da ehtiyat edirik. Çünki erməni dilini erməni ilə danışmaq olar. Ancaq erməni ilə bizim ortaq mövzumuz olmadığından danışa bilmirik. Dövlət yaşıl işıq yandırıb. Dili inkişaf etdirmək problemi var hazırda bizdə.
Fuad Babayev: Ermənistanda Azərbaycan dilinin tədrisi nə yerdədir görəsən?
Hüseyn Əsgərov: Ermənistanda Azərbaycan dilinin tədrisi çox yüksək səviyyədədir. 1978-ci ildə Ermənistanda məllimlər arasında bir tədbir keçirilirdi. Məni də dəvət etmişilər. Nahar fasiləsi idi. Yemək yeyirdik. Naharda ərəb, türk, Azərbaycan dillərini tədris edən ermənilərlə də tanış olduq. İndi gediş-gəliş olmasa da biz internetdə maraqlanırıq. Onlar universitetlər, və məktəbdə Azərbaycan dilini keçir və bizim dildə kitablar da nəşr edirlər.
Fuad Babayev: Avronest Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin rəhbəri Şamaxının millət vəkili Elxan Süleymanovdur. Və birbaşa onun təşəbbüsü ilə 2012-ci ildə Avronest-in 2-ci sessiyası Bakıda keçirilmişdi. Təbii ki, erməni deputatların iştirakı ilə. Həmin tədbir ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (aliyevheritage.org) 6 dildə (dillərdən biri də erməni dili idi) “Tarixi Azərbaycan dövlətləri” kitabını nəşr etmişdi. Tədbirə erməni nümayəndə heyəti Moskvadan gəlmişdi. Həmin nümayəndə heyətinin hər birinə bu kitabın bir nüsxəsi hədiyyə edilmişdi. Qısası, bu adamlar Moskvadan Bakıya gəlirlər. Və bu çantanın içində bayaq haqqında danışdığım kitabı görürlər. Və həmin kitab ilk dəfə həmin tədbirdə təqdim edilib. Kitabın heç yerdə elektron versiyası belə yox idi. Nikolay Melkumov adlı, Azərbaycan əlehinə yazılar yazmaqla məşhurlaşmış bir nəfərin imzası ilə elə həmin gün erməni saytlarında bu kitabın əleyhinə yazılar dərc edildi. Təsəvvür edirsinizmi?
Azərbaycanda erməni dilini bilən insanlar az deyil. Bu dəyirmi masada bunun bir daha şahidi olduq.
Bəs, erməni dilinin tətbiqi ilə hazırlanmış kitablara, internet saytlara necə qiymət verirsiniz? Bizim erməni dilli resurslarımızın keyfiyyət hansı səviyyədədir?
Xalid Bayramov: Qənaətbəxşdir.
Hüseyn Əsgərov: Mövcüd səviyyədən razıyam. İndi dövlət də buna təşəbbüs göstərir. Universitetlərdə dilin tədrisi, saytların yaradılması buna nümünə ola bilər. O cümlədən bəzi internet televiziyalarda yayımlan erməni dilli xəbərləri də bu sıraya qatmaq olar.
Səbuhi Əhmədov: Mən erməni dilində məlumat paylaşan 3 sayt tanıyıram. 1905.az, Armenia.az və Karabakhinfo.com. Əlavə olaraq CBC kanalında erməni dilində xəbərlərin yayımlandığını görmüşəm. Keyfiyyətdən razıyam, operativlikdən yox. Erməni saytlarını da izləyirəm. Onlar bizdən müqayisəedilməz dərəcədə aktivdirlər. Hətta Azərbaycanla bağlı xəbərləri də bəzən birinci erməni saytlarından oxuyuram.
Ümid Vahabov: Tələbəyəm. Universitetdə erməni dilini öyrənirəm. Amma gələcəkdə bu mənə lazım olacaq ya yox, bilmirəm. İngilis dilini öyrənəndə bilirik ki, perspektiv var və bu dil bizə lazım olacaq. Eyni sözü erməni dili haqqında demək olmaz.
Fuad Babayev: Bəs, niyə seçdiniz bu dili?
Ümid Vahabov: Mən Qafqazşünaslıq ixtisasına qəbul olanda erməni dilini öyrəncəyimi bilmirdim. Sonradan bildim və 2 dildən birini seçməliydim, mən də erməni dilini seçdim.
Əsgər Zeynalov: Mənim namizədlik dissertasiyam erməni qaynaqlarında Azərbaycan bayatıları mövzusuna həsr edilmişdi. Erməni arxivlərinə gedən sonuncu azərbaycanlı olmuşam. Elmi rəhbərlərim Mirəli Seyidov və Teymur Əhmədov olublar. Bu mövzunu araşdırdığım ilk günlərdə qaynaqlarda heç nə tapa bilmirdim. Çox pis olmuşdum ki, bacarmadığım işdirsə bunu başlamağa niyə imaza atdım?! İzinə düşdüm və tapdım. Bir Təbriz ermənisi var idi. O 16-cı əsr bayatılarını oxuya bilirdi. Mənə əvvəl çox çətin gəlsə də ondan 1 il sonra yavaş-yavaş oxumağa başladım. Mən Matenadaranda 750-ə qədər Azərbaycan dilində, ancaq erməni əlifbası ilə yazılmış sənədlərə rast gəlmişəm. Sübut etmişəm ki, ermənilərdə bayatı olmayıb. Onlar Azərbaycan dilində, lakin erməni şrifti ilə yazılmış bayatılardır. Mənə dəstək olan olmadı. Dəstək olsalar indi bunu bütün dünyaya çatdıra bilərdik. Lakin o dissertasiyanın sonradan adını dəyişdik. Qafqaz regionunda Azərbaycan bayatıları adı altında müdafiə elədim.
Fuad Babayev: Bu hadisə hansı ildə olmuşdu?
Əsər Zeynalov: 1990-cı ilin oktyabrnda. 2001-ci ildə İrəvanda beynəlxalq konfransda olmuşam. Konfransın mövzusu Cənubi Qafqaz regionnda təhsil problemi idi. UNESCO tərəfindən təşkil edilmişdi. Tədbirlər Gürcüstan, Azərbaycan və Ermənistanda oldu. O konfransda dedim ki, siz bir nəfər gəlmisinizsə biz 2 gələcəyik. Biz borclu qalmağı sevməyən xalqıq. Sən demə, onlar bütün gecə mənim sözümü müzakirə ediblər. Bu söz onlara təsir etmişdi. Yəni İrəvana kimi torpaqlarımı geri qaytaracağıq. İrəvanı elə 2001-ci ildə gördüyümdü.
Erməni dilinin Azərbaycanda tədrisinə gələndə vəziyyət normaldır. Razıyam tədrisdən. Bilmirəm, bəlkə də eşitmisiniz “İrəvan ziyalıları” adı kitab var. O kitabı mən yazıb, Sankt-Peterburqda nəşr etdirmişəm. Dünyaca məhşur alim kitaba rəy yazıb. Kitabı Harvardda beynəlxalq kitab müsabiqəsinə də göndərmişdim. İngilis, rus dillərinə tərcümə etdirmişəm.
Fuad Babayev: Azərbaycanda erməni dili tədris edilir. Və onun səviyyəsindən demək olar ki, hamınız razısınız. Sizcə, dilin təkmilləşdirilməsi və bayaq Səbuhi müəllimin də dediyi kimi erməni dilli resursların sayını artırmaq üçün nə təklif edərdiniz?
Xalid Bayramov: Mən təklif edərdim ki, ermənidilli mühit yaradaq. Belə dəyirmi masalar, seminarlar tez-tez təşkil edilməlidir. Çünki biz dili öyrədirik, ancaq inkişaf etdirmək üçün mühit tapa bilmirik.
Allahverdi Niftəliyev: Ermənilər genetik cəhətdən xəstə millətdirlər. I Pyotrun dövründə rus kəşfiyyatçıları öyrəniblər ki, ərazidə ən satqın millət ermənilərdir. Düşmənə cavab verməyi bacarmaq lazımdır. Bayaq Əsgər müəllim şifahi xalq ədəbiyyatı məsələsinə toxundu. Bizim çox zəngin və qədim şifahi xalq ədəbiyyatı nümunələrimiz var. Bunlardan istifadə etmək lazımdı. Ermənilər dünyaca məşhur əsərləri öz dillərində nəşr ediblər. Şəxsən mən bir çox əsərləri hələ uşaq ikən ermənicə oxumuşam. Çünki Azərbaycan dilində yox idi. Aktiv olmaq lazımdır.
Mən erməni dilini öyrənən gəncləri alqışlayıram. Onlar çox gərəkli, xeyirxah iş gördüklərini bir neçə il sonra başa düşəcəklər. Erməni dilini bilən şəxs bir dəfə də olsa oradan gələn təhlükəni bizə çatdıra bilsə o Vətən üçün öz borcundan çıxmış sayıla bilər.
Hüseyn Əsgərov: Təklif edərdim ki, bloq yaradaq. Erməni dilində tapdığımız bütün materialları orada paylaşaq. Mövzular qoyaq, müzakirə edək. Bununla həm dilimiz inkişaf edər, həm də tapdığımız materilları bir-birimizlə paylaşmış olarıq. Ayda bir dəfə görüşüb, bloqda müzakirə etdiyimiz məsələləri orada gerçəkləşdirə bilərik. Eyni zamanda universitetlərdə erməni dili otağı yarada, müzakirələrimizi arada apara bilərik.
Səbuhi Əhmədov: Müəllimlərin təklifi öz yerində, ancaq çox istərdim ki, biz həm də universiteti bitirən məzunlarla maraqlanaq. Söhbət əlbəttə ki, erməni dilini yaxşı bilən tələbələrdən gedir. Bu onlara həm stimul verər, həm də biz potensiallı kadrları üzə çıxarmış olarıq. Ermənistanda 20-dən çox strateji araşdırma mərkəzləri fəaliyyət göstərir. Orada Azərbaycan dilini bilən mütəxəssilər çalışır. Çox yaxşı olardı bizdə də belə mərkəzlər yaradılsın.
Rəhman Musalı: Mən Səbuhi müəllimin fikirləri ilə tamamilə razıyam. Biz universiteti əla qiymətlə bitirdik, bəs, sonra nə olacaq? Dili yaxşı bilən məzunlarla maraqlanmaq lazımdır. Ermənidilli mühiti isə biz özümüz formalaşdırmalıyıq. Bu bizdən asılıdır. Yaxşı olardı lüğətləri də təkmilləşdirək.
Fuad Babayev: Yeri gəlmişkən, lüğətlərin səviyyəsi nə yerdədir?
Hüseyn Əsgərov: Lüğətlər var. SSRİ dövründə hazırlanan lüğətlərdir amma.
Aytac Hüseynova: Lüğət böyük problemdir. Bütün tələbələr üçün. Bu 2-3 müəllimim yarada biləcəyi şey deyil. Vəsait ayrılmalıdır dövlət səviyyəsində. Lüğətlər çoxdur. Ancaq rus-erməni, ingilis-erməni və s. Bu dili bizə tam öyrənməyə imkan vermir. Çünki ingilis və rus dillərini mükəmməl bilmirik. Dili öyrənmək üçün isə lüğətdəki sözləri mükəmməl bilmək şərtdir.
Çox istərdim ki, kurslar olsun. İngilis dilini təkmilləşdirmək üçün dərsdən əlavə məsələn, ingilis dili kursuna gedirik. Çox istərdik ki, erməni dilində də az da olsa kurslar təşkil edilsin. Çünki auditoriyada dili müəkəmməl öyrənmək olmur. Müəllim bütün diqqətini 20-25 tələbəyə yönəldə bilmir.
Fuad Babayev: Universitetdə erməni dili həftədə neçə dəfə keçirilir?
Nərgiz Ədlərova: Həftədə 4 dəfə.
Ümid Vahabov: Universitetlərdə erməni dili müəllimi kadrı yetişdirmək lazımdır. Məsələn, Dillər Universiteteində erməni dilini tədris edən yeganə müəllim Hüseyn müəllimdir. Sabah o öz peşəsindən uzaqlaşsa onu əvəz edəcək kimsə olacaqmı?
Gündüz Nəsibov: Mən bir faktı demək istəyirəm. 1930-cu illərdə Almaniya ilə müharibə qaçılmaz olanda SSRİ-nin bütün məktəblərində alman dili tədris edilməyə başladı. 40-ci illərdə dünya imperializmin dili kimi ingilis dilinin tədrisinə üstünlük verildi. 60-cı illərdə Çinlə münasibətlər gərginləşəndə Qazaxıstanda Çin dili öyrədilməyə başladıldı. Mənə elə gəlir ki, diplomunda tarixçi sözü yazılan hər bir kəs erməni dilində orta səviyyədə olsa belə yazıb, oxumağı və danışmağı bacarmalıdır.
Əsgər Zeynalov: Tamamilə razıyam. Çox yaxşı fikirdir. Erməni dilini bilən adamla maraqlanmaq lazımdır. Çünki bu günün məzunu sabahın ailə başçısı olur. Əgər o bu biliyindən heç nə qazanmırsa dili öyrənmək istəyənlərin sayı azalacaq. Erməni dilini bilən insan həm də tarixi, mədəniyyəti yaxşı bilməlidir. Çünki tək dili bilmək indiki informasiya müharibəsində bizə kifayət etmir.
Fuad Babayev: Hər birinizə dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm.
Hazırladı: Aynur Hüseynova, 1905.az
05 noyabr 2014-cü il
Comments are closed, but trackbacks and pingbacks are open.