Press "Enter" to skip to content

Hüseyn əhmədov azərbaycan məktəb və pedaqoji fikir tarixi

məqamları aşkarlanmalı, oxunan materiala, müəllifin fikirlərinə yaradıcı münasibət

Azərbaycan ədəbiyyatı tədrisinin inkişaf mərhələləri

Azərbaycanda ədəbiyyatın öyrənilməsi, gənc nəslin təlim-tər­biyəsində söz sənəti nümunələrindən istifadənin tarixi qədimdir. Ən qədim dövrlərdən xalq müdrikliyinin, çoxəsrlik həyat təcrübəsinin bədii ifadəsi olan folklor nümunələri yeni-yeni nəsillər üçün həyat dərsliyinə çevrilmiş, təlim-tərbiyə işində mühüm rol oynamışdır. Laylalar, oxşamalar, tapmacalar, əmək, mövsüm, mərasim nəğ­mə­ləri, bayatılar, nağıllar, dastanlar gənc nəslin dünyagörüşünə, mə­nə­vi aləminə ciddi təsir etmişdir.

F.Köçərli «Balalara hədiyyə» kitabının «Mühərririn ifadeyi-məramı» başlıqlı müqəddiməsində yazırdı: “Keçmişdə şan və qüv­vət sahibi olan türk milləti öz məişətinə, ayin və adətinə dair yarat­dığı qısım-qısım nağıl və hekayələr, gözəl mənzumə və əbyatlar, hikmətamiz məsəllər, atalar sözləri, nazik mənalı müəmma və tap­macalar, balalar qəlbi açan düzgülər və yanıltmaclar, heyvanat qis­minə məxsus sayaçı sözləri mürur ilə xatirələrdən çıxıbdır və bu halda unudulmaqdadır. O millət ki, öz tarixini, dolanacağını, vətəni­ni və dilini sevir – bu qism əsərləri kəmali şövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk təlim və tər­biyəsi onları öyrətməklə başlayır.“ [1] Göründüyü kimi, ədib şifahi söz sənəti nümunələrinin öyrənilməsini, “məna cəhətcə balaların ruhuna gözəl təsirini“ yüksək qiymətləndirmişdir.

Tədqiqatlar göstərir ki, hələ qədim və orta əsrlərdə bədii ədə­biyyat nümunələrindən tədris prosesində geniş istifadə olunmuş­dur. «X-XV əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda Xaqaninin, Nizaminin, Tusinin, Əvhədinin, Sədinin, Hafizin və başqalarının tərbiyə mövzusuna müraciət edərək yazdıqları əsərlərindən tədris vəsaiti kimi istifadə edilmişdir.» [2]

F.Köçərli yazılı ədəbiyyat nümunələrinin məktəblərdə tədrisi ilə əlaqədar yazır: «… Bu axır vaxtlara kimi onun (M.Füzulinin –B.H.) divani–qəzəliyyatı və «Leyli və Məcnun» hekayəsi məktəb­lərdə təlim kitabı olub uşaqlara ondan dərs verilirdi. İndi də köhnə məktəblərdə təhsil almış adamlardan hər birisini dindirsən «Leyli və Məcnun» hekayəsinin ibtidasını … başlayıb əzbərdən oxuya­caq­dır.» [3]

Təhsil sistemində mühüm yer tutan məktəb və mədrəsələrin özünəməxsus tədris proqramları və təlim üsulları var idi. Orada əvvəlcə ərəb əlifbası öyrədilir, sonra 3-4 il ərzində «Quran» tədris edilirdi. Sonra farsca yazılmış «Gülüstan» keçilirdi. Axırda isə məzmununu atanın oğluna nəsihətləri təşkil edən «Nanü halva» («Çörək və halva») öyrədilir, «Leyli və Məcnun» tədris olunurdu. [4]

Məktəb və mədrəsələrdə təlim ərəb dilində aparılsa da, IX əsr­dən etibarən tədris fars dilində də aparılmağa başlamışdır. Həmin dövrdən etibarən bu məktəblərdə Azərbaycan dilindən də köməkçi tədris vasitəsi kimi istifadə olunmuş, Azərbaycan ədəbiyyatı, Niza­mi və Füzuli kimi görkəmli sənətkarların əsərləri mütaliə edilmiş, öyrənilmişdir.

Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə dair tədqiqatlar göstərir ki, mədrəsələrdə dilçilik, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ritorika kimi humanitar elmlər də öyrənilirdi. Mədrəsələrdə dərs kitabı kimi “Quran”dan başqa, ən çox istifadə edilən Sədi Şirazinin əsərləri, C.Ruminin “Məsnəvi”si, M.Füzulinin “Divan”ı, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi əx­laqi –mənəvi dəyərləri əks etdirən əsərlər olmuşdur. [5]

Bununla yanaşı, Azərbaycan ərazisində – Gəncə, Təbriz, Şa­maxı və digər şəhərlərdə mükəmməl təhsil görmüş ziyalıların açdığı fərdi məktəblər də fəaliyyət göstərmişdir. Şamaxının Məlhəm kən­dində Afiəddin Ömər ibn Osman qardaşı oğlu Xaqaniyə fərdi yolla dərs demiş, onun təlim-tərbiyəsində, sənətkar kimi yetişməsində mühüm rol oynamışdır. O, Xaqaniyə fiqh, sərf-nəhv, hikmət, tibb və s. elmlərlə yanaşı, poetika qanunlarını, folkloru öyrətmiş, Fir­dovsinin «Şahnamə»sindən dərs demişdir.

Əldə olan məlumatlardan təxmin etmək olar ki, Nizami də Gən­cədə mükəmməl mədrəsə təhsili almış, bir çox elmləri ədəbiyyat, məntiq, tibb, astronomiya, coğrafiya, fəlsəfə və s. mükəmməl mə­nimsəmişdir. «O, fiqh elmini mühazirələrdə öyrənir, tarix kitabları ilə maraqlanır, ərəb səyyahlarının əsərlərini oxuyur, ərəb, fars və Azərbaycan şairlərinin şeirlərini əzbərləyirdi.» [6]

XIX əsrin ortalarına qədər Azərbaycanda mollaxana və məd­rəsə təhsili əsas yer tuturdu. Məktəb və mədrəsələrdə qabaqcıl müəllimlər klassik Şərq ədəbiyyatının, o cümlədən Azərbaycan ədə­biyyatının öyrənilməsinə müəyyən yer verirdi. Ədəbiyyatdan xüsusi dərslik olmadığı bir vəziyyətdə məktəb və mədrəsələrdə Nizaminin «Xəmsə»si, M.Füzulinin «Leyli və Məcnun» poeması, M.F.Axund­zadənin «Təmsilat»ı, M.Ə.Sabirin «Hophopnamə»sindən dərslik ki­mi istifadə olunması bir metodik ənənə kimi qeyd olunmalıdır.

Artıq XIX əsrin ortalarında yeni tipli, dünyəvi təhsil verən mək­təblərə, pedaqoji təhsil görmüş ədəbiyyat müəllimlərinə, ədə­biy­yat dərsliklərinə böyük ehtiyac duyulmaqda idi. “Hər yerdə qəza məktəbləri açıldığı zaman hökumət başqa fənlərlə bərabər, həmin məktəblərdə tatar (Azərbaycan – B.H.) dilinin öyrədilməsini də la­zım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çə­tin­liklər meydana çıxdı.” [7]

Azərbaycan ədəbiyyatında maarifçi realizmin ilk nümayəndələ­rindən olan A. Bakıxanov diqqəti uşaqlar üçün mütaliə material­larının, dərsliklərin olmamasına cəlb edirdi: “Hərçənd uşaqlara tə­lim verməkdən ötrü axtardım, aralıqda bir nüsxə görmədim ki, ləfz­də və mənada asan olub, onların xülqlərinin göyçəkliyinə dəlalət etsin. Danışılmış və yazılmış nüsxələrin bəzisi ibarətdə və bəzisi mə­nada bir növ qarışıqdır ki, çox təlim edənlər özləri onları an­lamırlar və bir parasında dəxi mətləblər elə uzun və pərişandır ki, onu zəbt eləmək və anlamaq müşkül və pərişan görünür.»

«Kitabi – Nəsihət»ində ədib mütaliənin gənc nəsil üçün əhə­miyyətini yüksək qiymətləndirərək yazırdı: «Elm və kamal əldə et­məyi hər şeydən əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edir­lər.» [8]

M.Ş.Vazeh 1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəl­limi İ.Qriqoryevlə birlikdə «Kitabi – türki» dərsliyini yazmışdır. Üç fəsildən ibarət bu dərsliyə gənc oxucuların maraq və tələbatına uy­ğun məzhəkə və hekayələr, Şərq hikmətləri, nəsihətlər, “Qa­rabağnamə” və “Dərbəndnamə”dən parçalar, M.Füzulinin «Leyli və Məcnun» poemasından nümunələr, qəzəllər daxil edilmişdi. Dərslik üçün mətnlər seçilərkən dilin sadəliyi, şagirdlərin yaş və bilik səviyyəsi, zövqü, tərbiyəvi tələblər nəzərə alınmışdı.

M.Ş.Vazeh istər fərdi yolla dediyi dərslərdə, istərsə də Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi işlərkən şagirdləri ədə­biyyatımızla tanış etmiş, söz sənətinə maraq oyatmışdır. Təsadüfi deyildir ki, onun təsiri və təhriki ilə şagirdi M.F.Axundzadə ruhani ol­maq niyyətindən birdəfəlik əl çəkmiş, bədii, elmi yaradıcılıq sa­həsində səmərəli fəaliyyətə başlamışdır.

M.F.Axundzadənin pedaqoji fəaliyyəti dövründə dərslik ya­rat­maq təşəbbüsü, savad təlimini asanlaşdırmaq məqsədilə «Əlifba» dərsliyi tərtib etməyə başlaması, qəza məktəblərində Azərbaycan dili tədrisini təşkil etmək səyləri xüsusi qeyd edilməlidir.

Maarifpərvər ədib «Əkinçi» qəzetində çap etdirdiyi məqalədə həmin qəzetin redaktoru H.Zərdabinin elm, bilik əldə etməyə çağırı­şını təqdir edir və diqqəti bu məsələnin həllinə maneçilik törədən problemlərə yönəldirdi: « …Elmi harada öyrənməliyik, kimdən öy­rənməliyik və hansı dildə öyrənməliyik?»

Yaranmış vəziyyətdən çıxış yolu axtaran mütərəqqi maarifçilər, məktəbdarlar «üsuli – cədid» məktəbləri açmağa, yeni təlim-tədris üsullarından istifadə etməyə təşəbbüs göstərirdilər.

S.Ə.Şirvani Şamaxıda 1869-cu ildən etibarən pedaqoji fəaliyyə­tə başlamış, dərsliklər tərtib etmiş, eyni zamanda bədii yaradıcılıqla, elmi fəaliyyətlə ciddi məşğul olmuşdur. O, şagirdlərin bədii ədəbiy­yatı mütaliə etməsi ilə kifayətlənməyərək dərs zamanı həmin nümunələrin müzakirəsini təşkil edir, uşaqların mütaliə material­la­rına olan ehtiyacını ödəmək üçün əsərlər yazırdı. “Təlimü tədris üçün və ətfalın təhzibü- əxlaqına səbəb olan kitablar türk lisanında bil­mərrə yox idi. Bu qüsuru rəf etmək üçün mərhum Seyid nəzmən və nəsrən türkcə xoşməzmun və ibrətamiz nəqlü hekayələr ana dilində tərtib edib öz şagirdlərinə oxudardı.» [9] .

S.Ə.Şirvani öz dərslərində Şərq ədəbiyyatından nümunələrin, Sədinin “Gülüstan,” “Bustan” əsərlərinin oxusunu təkil etmişdir. Bu dərslər şagirdlərin ədəbiyyata həvəsinin artmasına, bədii zövqünün inkişafına ciddi təsir göstərmişdir. О, севимли şagirdi M.Ə.Sabirin mütaliəyə, bədii yaradıcılığa həvəsini təqdir edərək ona kitabxana­sındakı ən dəyərli əsəri – Nizaminin “Xəmsə”sini bağışlamışdır. Sabir müəlliminin təsiri və təşviqi ilə məktəbli ikən şeirlər yazmış, “Gülüstan” əsərindən bir parçanı Azərbaycan dilinə tərcümə etmişdir.

S.M.Qənizadənin xatirələrindən aydın olur ki, Seyid Əzim M.Ə.Sabirin ilk qələm təcrübələrini də sinifdə oxuyub müzakirə edər, ifadəli oxu nümunələri göstərərdi. Sabirin aşağıdakı misrala­rını oxuyan müəllim onun özünü firəng kimi qələmə verməsinin səbəbini soruşur:

Babam sünni, nənəm şiə. dürəngəm.
Nə farsam mən, nə hindəm mən. firəngəm?

Sabirin həmin misrada sual verərək dinləyicidən türk olması cavabını almaq istədiyini söyləyir. Yoldaşları bu cavabla razılaşma­yanda Seyid Əzim onların diqqətini misradakı sual intonasiyasına cəlb edərək deyir: hər bir sualın cavabı həmin sualın ləhcəsinə (into­nasiyasına – B.H.) baxaraq, müsbət və ya mənfi ola bilər.

Bu sözün isbatına möhtərəm müəllim Baba Tahirdən, Camidən və sair şairlərdən bir neçə beyt oxuyub Tahirovu (M.Ə.Sabiri- B.H.) doğrultdu, bununla belə misranın məntiq cəhətdən künd olduğunu nəzərə alıb islahı üçün rübaini sahibinə qaytardı.

. Möhtərəm Seyyid ürəfadan bir neçəsinin şeirlərindən bizim üçün beytlər oxuyub, axırda Ömər Xəyyamın bir rübaisini dördüncü qrup şagirdlərinə yazdırıb əzbərlənməsini tapşırdı. [10]

S.M.Qənizadənin də ədəbiyyata gəlişi Seyid Əzimin ədəbiyyat dərslərindən başlamışdır. “Sultan Məcid “Məclis” məktəbində oxu­duğu illər ərzində. Seyid Əzim Şirvaninin hədsiz zəhməti sayə­sində klassik Şərq şeirinin qanunlarına bələd oldu. Şair-müəllim onda ədəbiyyata elə maraq oyatmışdı ki, məktəbi bitirəndə Sə­dinin “Bustan”, “Gülüstan”ını, Hafizin, Füzulinin, Xəyyamın, Baba Tahirin və sevimli müəllimi Seyid Əzimin şeirlərinin böyük ək­səriyyətini əzbər bilirdi.” [11]

S.Ə.Şirvani dərs dediyi məktəbdə tədris etmək üçün bir mün­təxəbat da tərtib etmişdi. “Məcmueyi asari – Hacı Seyid Əzim Şir­vani” adlanan bu əsər müəllifin sağlığında çap edilməsə də, müəl­limlər, ziyalılar arasında əlyazması şəklində geniş yayılmış, təlim pro­sesində istifadə edilmişdir. Həmin müntəxəbat şairin oğlu Seyid Cəfər tərəfindən nəşr etdirilmişdir. Bu əsər sonradan “Rəbiül-ətfal” (Uşaqların baharı) adı ilə ədibin “Seçilmiş əsərləri”nin II cildində çap olunmuşdur. Dərslikdə şairin öz əsərləri ilə yanaşı, Sədinin “Gülüstan” və “Bustan” əsərlərindən tərcümələr verilmişdir.

Maarif tariximizdə hadisəyə çevrilmiş “Rəbiül-ətfal” A. Bakı­xanovun “Nəsihətnamə”sindən, M.Ş.Vazeh və İ.Qriqoryevin “Ki­tabi-türki”sindən, Mirzə Nəsrullah Didənin “Kitabül-nəsayeh”in­dən sonra məktəblilərin mütaliəsinin təşkili və ümumiyyətlə, milli uşaq ədəbiyyatı yaratmaq sahəsində uğurlu təşəbbüs idi.

“Rəbiül-ətfal”ın müqəddiməsində müəllif yazırdı ki, yazıçılar fikirlərini elə qəliz ifadələrlə bəyan edirlər ki, məktəbli uşaqlar on­ların dərkində çətinlik çəkir. Bu problemi həll etmək üçün o, kitabı müstəqil hissələrə ayırmışdır. Klassik ədəbi ənənələrdən bəhrələnən S.Ə.Şirvani hər bölməni oğluna müraciətlə, etik məsələlərə dair ba­xışlarını ifadə edən öyüd və nəsihətlərlə başlayır. Öyüd və nəsihət­lər münasib hekayə və təmsillərlə müşayiət olunur, biri digərini ta­mamlayır. Bu mənzum hekayə və təmsillər öyüd və nəsihətlərdə irəli sürülmüş fikirlərin əyaniləşməsinə xidmət etsə də, əslində on­ların hər birinin müstəqil mövzusu və konkret məzmunu var.

S.Ə.Şirvaninin didaktik əsərləri arasında özündə əlli miniatür hekayəni birləşdirən “Tacül-kütub” adlı məcmuəsi də var. Məc­muənin qarşısında duran başlıca vəzifə uşaqların şüuruna və əxlaqı­na təsir etməklə həyatda zəruri olan keyfiyyətləri aşılamaq və onları ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək olmuşdur. Kitabdakı hər bir hekayənin məzmunundan qüvvətli əxlaqi təsirə malik ideya doğur.

1879-cu ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminari­yasının Azərbaycan şöbəsinin fəaliyyətə başlaması mühüm hadisə­yə çevrildi. Seminariyanın qabaqcıl müəllimləri tələbələrin bədii ədəbiyyatı mütaliəsini canalandırmağa, bu sahədə çatışmazlıqları aradan qaldırmağa çalışırdılar. Şöbənin müfəttişi, görkəmli pedaqoq A.O.Çernyayevski tələbələrin kitabxanadan aldıqları kitabları sis­temsiz oxuduqlarını, sistemsiz qiraətin isə lazımi fayda vermədiyini göstərirdi.

Seminariyanın məzunlarından F.Ə.Köçərli, S.M.Qənizadə, F.Ağazadə, C.Məmmədquluzadə, S.S.Axundov, R.Əfəndiyev, N.Nərimanov öz müəllimlik fəaliyyətləri dövründə bədii ədəbiyya­tın tədrisinə xüsusi diqqət yetirmişlər.

1887-ci ildə Bakıda azərbaycanlılara məxsus ilk müasir tipli təhsil ocağı – “Rus-müsəlman” məktəbi yarandı, bununla da Azər­baycan xalq maarifi tarixində yeni dövr başlandı. Bu, özünün quru­luşu, təşkilinin orijinallığı baxımından bütün Rusiyada müsəlman­lara məxsus yeganə təhsil ocağı idi.

Həmin dövrdə dərslik, dərs vəsaitləri ilə yaranan vəziyyəti təhlil edən X.Məmmədov yazır ki, “İlk Rus-müsəlman” məktəbinin qarşılaşdığı ciddi çətinliklərin bir qismi dərslik və oxu kitabları ilə əlaqədar idi. Uzun əsrlər azərbaycanlılara məxsus məktəblərdə “Bustan”, “Gülüstan”, “Tarixi-Nadir”, “Tarixi-möcəm”, “Divani-Hafiz”, “Tərəssül”, “Hicab” və s. kimi müxtəlif səciyyəli fars ədə­biyyatı nümunələrinin oxunması və öyrənilməsi ana dilində və milli ruhda mütaliə vasitələrinin yaranması yolunda bir əngəl olmuşdu. Fars assimilyatorları bu kitabları uşaq mütaliəsinin ayrı-ayrı sahələ­rinə elə ustalıqla şamil eləmişdilər ki, azərbaycanlı qələm sahibləri və müdərrislər bunların müqabilində körpə həmvətənlərinin oxusun­dan ötrü kitab yaratmağa ehtiyac hiss etməmişdilər. Beləliklə, Azər­baycanda uşaq mütaliəsi sahəsində ciddi boşluq əmələ gəlmişdi. [12]

XIX əsrdə Azərbaycanda qiraət dərsliklərinin yaradılması yo­lunda ilk addımlar atıldı. A.O.Çernyayevskinin “Vətən dili” (1883), R. Əfəndiyevin “Uşaq bağçası” (1889) dərslikləri əlifbanın, ana dilinin öyrənilməsi üçün nəzərdə tutulsa da, onlara daxil edilmiş folklor materialları, klassik və müasir ədəbiyyatımızdan nümunələr, tərcümələr məktəblilərin dünyagörüşünü, mühakimə yürütmək qabi­liyyətini, zehnini inkişaf etdirməyə imkan yaradırdı.

R.Əfəndiyevin Şimali Qafqaz və Orta Asiya məktəblərində istifadə olunan “Uşaq bağçası” (1898) dərsliyinə maraqlı folklor nümunələri, şeir, hekayə və təmsillər, tərcümələr daxil edilmişdi.

R.Əfəndiyevin “Bəsirətül-ətfal” dərsliyi 1901-cu ildə Bakıda çap etdirilərək məktəblərdə yayılmış, müəllif özü də Qori Müəl­limlər Seminariyasında bu kitabla dərslər keçmişdir. Kitab bir il təcrübədən keçirildikdən sonra, 1903-cü ildə Qafqaz Maarif Dairəsi tərəfindən dərs vəsaiti kimi təsdiq edilərək Qafqazdakı müsəlman məktəblərində istifadəsinə icazə verilmişdir. “Uşaq bağçası” kimi bu dərsliyə də məktəblilərin yaş xüsusiyyətlərinə və marağına uy­ğun təmsil, hekayə, nağıl, rəvayət, şeirlər, rus və Şərq klassiklərinin əsərlərindən nümunələr daxil edilmişdir. Dərsliyin “Azərbaycan türklərinə məxsus ədəbiyyat” sərlövhəli fəslində müəllif Azərbay­can ədəbiyyatı tarixi, ədəbi dil və janrlar, ədəbiyyatın vəzifələri haqqında danışır, şeirin bədii xüsusiyyətlərini izah edir. Kitabda “Azərbaycan türklərinin ədəbiyyatı – məxsusəsi axırıncı əsrlərə kimi olmayıb”, “türk dili ümumi islam arasında işlənən dillərdən ən fəqiridir” kimi yanlış fikirlər də vardı. [13] Kitabın son hissəsində Şərq klassikləri haqqında məlumatlar, ədəbi terminlərin izahı verilmişdir.

R.Əfəndiyevin “Təbii üsuli-təlim” metodik məqaləsi, “Müəl­limlər üçün üsuli-cədid üzrə ən əvvəl dərsə şüru etmənin qəvaididir” kitabçasında ədəbiyyat təliminin təşkili ilə bağlı metodik tövsiyələr verilirdi.

XX əsrin əvvəllərində Azərbaycanda mədəni-maarif və məktəb işi canlanmağa başlamışdı. Bakı, Gəncə, Şuşa, Şəki, Şamaxı, Salyan və başqa şəhərlərdə ibtidai məktəblərin sayı artır, dərslik nəşrində irəliləyiş yaranmağa başlayırdı. Bu dövrdə maarifpərvər ədiblər, mütərəqqi pedaqoqlar şagirdlərin ədəbi təhsilini təşkil etmək məq­sədilə klassik və müasir ədiblərin əsərlərinin nəşri ilə yanaşı, Şərq, rus, Avropa ədəbiyyatından tərcümələr, təbdil və iqtibaslar edir­dilər.

F.Ağazadənin “Ədəbiyyat məcmuəsi”, M.Mahmudbəyov və A.Səhhətin “Yeni məktəb”, A.Şaiqin «Uşaq gözlüyü», «İkinci il», «Gülşəni – ədəbiyyat», «Gülzar», «Milli qiraət», «Qiraət kitabı», «Dördüncü il», «Türk çələngi», «Müntəxəbat», H.Cavidlə şərikli yazdığı «Ədəbiyyat dərsləri» dərslikləri gənc nəslin təlim – tərbiyə­sində böyük rol oynamışdır.

Müasirləri əsrin əvvəllərində nəşr olunmuş həmin dərslikləri yüksək qiymətləndirməklə bərabər, diqqəti onların məzmununda, metodik quruluşunda, nəzəri məsələlərin izahında yol verilən nöq­sanlara, ərəb-fars sözlərinin çoxluğuna cəlb edirdilər.

Bu dövrdə maarif xadimləri sırasında F.Köçərlinin səmərəli elmi-pedaqoji fəaliyyəti xüsusi qeyd olunmalıdır. F.Köçərlininin pedaqoji fəaliyyətini və görüşlərini tədqiq edən B.Nəbiyev yazır ki, o, təlim-tərbiyə işində böyük əhəmiyyəti olan dərslik və proq­ramların tərtibinə ciddi əhəmiyyət verirdi. Xüsusilə dərsliklərə, xal­qın gələcəyi olan minlərlə balaların istifadə edəcəyi qiraət kitab­larına qarşı o, daha tələbkar idi. [14]

Ədibin «Balalara hədiyyə» (1912) kitabı məzmun, metodik sis­tem baxımından diqqəti cəlb edir. Кitaba gənc nəslin təlim-tərbiyəsi baxımından dəyərli bədii nümunələr – nağıllar, uşaq oyun nəğmələri, məsəllər, tapmacalar, sayaçı sözləri, yanıltmaclar və s. bədii nümunələr daxil edilmişdi.

Ədəbiyyat tədrisi məsələlərinə daim diqqət yetirən F.Köçərli A.Şaiqin «Gülzar», R.Əfəndiyevin «Bəsirətül- ətfal”, F.Ağazadənin «Ədəbiyyat məcmuəsi» dərsliklərinin elmi-metodik məziyyətlərini təhlil etmişdir.

Qısa müddət ərzində gənc oxucuların rəğbətini qazanmış «Də­bistan» (1906-1908), «Rəhbər» (1906-1907), «Məktəb» (1911-1920) jurnallarının nəşri ilə şagirdlərin ədəbiyyatdan sinifdənxaric oxu materiallarına olan tələbatının ödənilməsi yolunda ciddi addım atıldı. «Dəbistan» jurnalında çap edilmiş «İfadeyi-məram” adlı mə­qalədə qeyd edilirdi: «… Öz halımıza dair gülməli və ibrətamiz he­kayələr və mənzumələr qeyrəti ilə uşaqlarımız zəif və bivüsət əql və dərrakələrini gücləndirib gözəl hislər və təcrübələr əxz edirlər. Belə bir mühüm və əhəmiyyətli mətləbə yetişməkdə ancaq məktəb­lərimizə ümidvar olmayırıq, çünki uşaqlarımızın məktəblərdə keçir­dikləri üç, ya dörd saat vaxt yazıb oxumaq və dərs kitablarını öyrən­məyə ancaq kifayət edir.» [15]

S.M.Qənizadə gənc nəslin ədəbi təhsili ilə bağlı problemlərin aradan qaldırılması üçün səylə çalışmış, bu sahədə səmərəli təşəb­büslər göstərmişdir. O, Bakı –Dağıstan milli məktəbinin inspektoru işlərkən «ana dilində həm təlim üçün və həm də dərsdənqıraq vaxt­larda oxumaq üçün kitablar» nəşri ilə əlaqədar məktəb komitəsi qarşısında məsələ qaldırmışdı. [16]

1911-ci il fevral ayının 14-dən 17-dək Bakı şəhərində «İbtidai məktəblərdə Azərbaycan dili tədrisi, sinifdənxaric oxu və Azərbay­can dilində ilk qiraət kitabları haqqında pedaqoji kurs» keçirildi. Pe­daqoji kursun işində S.M.Qənizadə, S.S.Axundov, A.Şaiq, M.Mah­mudbəyov kimi görkəmli pedaqoqlar iştirak edirdi. Müzakirələrdə ədəbi təhsilin vəziyyəti, bədii ədəbiyyatın sinifdənxaric oxusu və s. mə­sələlər müzakirə edilmişdi.

F.Ağazadənin 1912-ci ildə nəşr edilmiş “Ədəbiyyat məcmuəsi” dər­slik-müntəxəbatı “məktəb və mədrəsələrdə təlim üçün, dör­dün­cü, beşinci, altıncı illərə məxsus, həmçinin axşam kursları və ailə­lər­də oxunmağa yarar bir qiraət kitabı” kimi nəzərdə tutulmuşdu. Müəl­lif kitabın girişində yazırdı ki, nazik hisləri qaba sözlərlə oyan­dır­maq mümkün deyil. Biləks, rəqiq və zərif kəlamın nazik və lətif də təsiri olur.

“Məcmuəni tərtib edərkən müəllif pedaqoji-didaktik qaydaları göz­ləmiş, sistematikliyə, ardıcıllığa xüsusi diqqət yetirmişdir. Məc­muə tədris üçün nəzərdə tutulduğundan mətnlər arasında rabitə göz­lənilmiş, əvvəlcə məktəbə, təlimə, elmə, anaya, ataya, vətənə mə­həbbət ruhlu kiçik şeir və hekayələr, daha sonra isə irihəcmli, daha dərin məzmunlu materiallar verilmişdir. Kitaba toplanmış bədii əsərlərdə bir çox ərəb və fars kəlmələri olduğuna görə hər mətnin sonunda lüğət vardır.” [17]

Maarifpərvər ədib Seyid Hüseyn 1914-1915-ci illərdə “Dirilik” jurnalında tədris kitabları ilə bağlı açdığı müzakirədə “Ədəbiyyat məcmuəsi”ni “cocuqlarımıza türk dili və ədəbiyyatını öyrədən ki­tab” kimi dəyərləndirir, sonrakı nəşrlərdə bədii mətnlərin məzmunu, dili ilə bağlı bir sıra nöqsanları aradan qaldırmağın zəruriliyini qeyd edirdi. [18]

Ədəbiyyat müəllimi və dərslik müəllifi kimi uğurlu fəaliyyəti ilə seçilən böyük sənətkarımız A.Şaiq yazırdı ki, hər işdə istedad tə­ləb olunduğu kimi, müəllimlikdə də istedad olmalıdır. O, müəllim iş­lədiyi dövrdə köhnə təlim üsullarına qarşı mübarizə aparır, öz dərs­lərində Sabirin, Səhhətin şeirlərini, tərcümə etdiyi əsərləri müx­təlif metodik üsullardan istifadə etməklə öyrədirdi. Otuz ilə qədər orta və ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olan A.Şaiq on bir dərsliyin müəllifi idi.

Mirzə İbrahimov ədibin pedaqoji fəaliyyətini yüksək qiymət­ləndirərək yazırdı ki, Abdulla Şaiqi müəllimliyə sövq edən yalnız təbiətindəki böyük pedaqoqluq qabiliyyəti, uşağa, uşaq tərbiyəsinə meyil, deyil, hər şeydən əvvəl dərin vətənpərvərlik duyğuları, böyük ictimai ideal olmuşdur. Demək lazımdır ki, onu ədəbiyyata, ədəbi yaradıcılığa, sövq edən də fitri istedadla yanaşı, bu ideal idi – xal­qın, vətənin cəhalətdən, qaranlıqdan qurtarmasına, azadlıq yoluna, geniş inkişaf yoluna çıxmasına kömək etmək.” [19]

A.Şaiqin “Gülzar” dərsliyi məzmunu, elmi-metodik strukturu ba­xımından ən yaxşı dərsliklərdən biri kimi dəyərləndirilməlidir. Dörd bölmədən ibarət dərslikdə təbiət, məişət, ictimai həyat, ya­şa­yış­la bağlı mövzular, tarixi xülasələr, tərcümeyi-hal materialları öz ək­sini tapmışdı.

N.Nərimanov dilin öyrənilməsinə dair əsərlər yazmaqla yanaşı, ədəbiyyat tədrisi problemləri ilə də ciddi məşğul olmuşdur. O, özü­nün «Müxtəsər sərf-nəhv» kitabına şagirdlərin mənəvi-estetik tər­bi­yə­sinə xidmət edən bədii nümunələr («Bahadır və Sona» romanından təbiət təsviri və s.) daxil etmiş­di.

Ədib qrammatik qaydaların öyrədilməsinin məktəblilərin mə­n­ə­vi-estetik tərbiyəsi ilə üzvi vəhdətdə aparılmasını qarşıya məqsəd qoy­­muşdu. Bu məqsədlə dərslikdə şifahi xalq ədəbiyyatı material­la­rı, bədii ədəbiyyatdan nümunələr, klassiklərin tərcümeyi-halı haq­qın­­da məlumatlar verilmişdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ədəbiyyat tədrisi məsələlərinə ifrat ideoloji mövqedən yanaşılmağa başladı. Artıq sovet hakimiyyətinin ilk illərindən ədəbiyyata ümumproletar işinin bir hissəsi kimi yanaşılır, ona siyasi mübarizənin, yeni insan tərbiyəsinin mühüm amili kimi xüsusi diqqət yetirilirdi. Təlim pro­sesində bədii ədəbiyyatın mahiy­yə­tindən doğan ilkin vəzifələr, insa­ni duyğuların formalaşması arxa planda qalır, gənc nəslin kom­mu­nist ideologiyası ruhunda tərbiyəsi ön plana çəkilir, şüarçılıq, ideo­loji qəliblər, eh­kam­lar ədəbiyyat tədrisinda aparıcı mövqe tuturdu.

Bir çox gənc sənətkarlar sovet hakimiyyətinin həyata keçirdiyi mədəni-maarif tədbirlərinə ümidlə baxır, ölkədə savadsızlığın ləğvi, qadın azadlığı, mövhumatın, fanatizmin tənqidi, məktəblərin, mədə­niyyət ocaqlarının açılması, yeni mətbu orqanların nəşrə başlaması kimi dövrün tələbinə uyğun atılan addımlar onların qəlbində yeni quruluşun gələcəyinə inam oyadırdı.Onların bolşevik rejiminin xalqa zidd olan əsl mahiyyətini dərk etməsi üçün zaman lazım idi.

Keçən əsrin 20-ci illərindən etibarən bir sıra gənc yazarlar kom­munist rejiminin ədəbiyyat sahə ­ sində siyasətini həyata keçirmək üçün yaradılmış ədəbi dərnək ­ lərdə birləşir , onların rejimin tələb­lərinə uyğun yazılmış , « formaca milli , məzmunca sosialist olan » sovet ədəbiyyatının ilk nümunələri sayılan əsərləri « Maarif və mədəniyyət » jurnalında , « Kommu ­ nist », « Gənc işçi » qəzetlərində , ədəbi almanaxlarda , məcmuələrdə çap olunurdu . Həmin əsərlərdə proletar beynəl ­ miləlçiliyi , sosialist inqilabı , « böyük qardaş » rus xalqı , « dahi rəhbər » Lenin tərənnüm olunurdu .

Məktəblilərə kommunizmə inam aşılamaq, “sovet adamı” tərbiyə etmək məqsədilə ideoloji qəlibləri əks etdirən şüar səciyyəli əsərlərin təbliğinə geniş yer verilirdi:

Artıq Əli yoxdu, onu qırmızı qan basmışdı,
Ancaq vardı onun candan sevdiyi bir doğru yol.
Uzandığı yaş torpağın üzərində yazmışdı
Barmağını öz qanına batıraraq: komsomol.

Həmin dövrdə ədəbiyyatın mahiyyətinə, məram və ideallarına zidd olan “Tutaq Lenin ətəyindən, ona pənah aparaq, Zəmanəmizin həllali-müşkülatı odur,” “İşıqlıdır lampaları kolxozun”tipli şeirlər məhz ideoloji ehkamların nəticəsi kimi meydana çıxırdı.

Ümumtəhsil məktəbləri üçün proqramlara şagirdlərə ateist baxışlar aşılayan əsərlər daxil edilir, “Ədəbiyyat” dərsliklərinə salınan bədii mətnlərə də bu istiqamətdə əl gəzdirilirdi. A.Səhhətin məşhur “Vətən” şeirində bu məqsədlə ixtisarlar aparılmış, əsər gənc oxuculara təhrif olunmuş şəkildə təqdim olunmuşdu. Senzura şairin “Vətən” şeirindəki aşağıdakı misraları dini məzmun daşıdığına görə dərsliyə daxil etməyə icazə verməmişdi:

Məni xəlq eyləmiş əvvəlcə xuda,
Sonra vermiş vətənim nəşvi-nüma.

Dinə qarşı deyil, bütün həyatı boyu dini fanatizmə, mövhumata, avamlıq və cəhalətə qarşı çıxan, öz xalqının tərəqqisinə çalışan M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi qüd­rətli sənətkarlar oxuculara ateist kimi təqdim olunur, dini-mənəvi dəyərlər tənqid obyektinə çevrilirdi. Bu məqsədlə M.Füzulinin “Könül, səccadəyə basma ayaq” qəzəli, S.Ə.Şirvaninin “Allaha rüşvət” satirası, C.Məmmdquluzadənin “Ölülər” tragikomediyası məktəblərdə geniş tədris olunurdu.

Bu axına qoşulmayan H . Cavid , Y . V . Çəmənzəminli , Ö . F . Neman­zadə , S . Mümtaz , S . Hüseyn , Ə . Müznib , Qantəmir , S . Qəni ­ zadə , T . Şahbazi ( Simurq ), M . Müşfiq kimi sənətkarlar aman ­ sız rejimin repressiyasının qurbanlarına çev ­ rildilər .

1923-cü ildə birinci və ikinci dərəcəli məsai (əmək) məktəbləri üçün proqramlar nəşr edildi. Həmin proqramlarda şagirdlərin sinif­dən­xaric oxusu üçün tövsiyə olunan əsərlərin siyahısının verilməsi ilk təşəbbüs kimi təqdir olunmalıdır. Lakin bu siyahıları tam qə­naət­­bəxş hesab etmək çətindir. Proqramlarda Azərbaycan ədə­biy­ya­tına az yer verilir, materialların əksəriyyəti qeyri- bədii, məzmun, tə­lim-tərbiyə baxımından maraqsız olub şagirdlərin yaş xü­su­siy­yət­lə­rinə uyğun gəlmirdi.

Proqramlarda ədəbiyyatın dövrləşməsində tarixilik prinsipi po­zul­muş, metodoloji qüsurlara yol verilmişdi. “İkinci dərəcəli mək­­təb­lərin üçüncü və dördüncü qruplarında (VIII-IX siniflər) proq­ram ma­terialları dövrlər üzrə ümumiləşdirilir. Dövrlər belə ad­landırılır: pa­dərşahlıq dövrü (IX əsrə qədər), dərəbəyi cəmiyyət döv­rü (IX əsr­dən XI əsrə qədər), kapitalist cəmiyyəti dövrü-ticarət kapitalizmi (XIX əsr), kapitalist cəmiyyəti dövrü-sənaye kapitalizmi (1905-1917-ci illər). [20]

Proqramın 1926-cı il nəşrində bədii əsərlərin sosioloji təhlili metodik tələb kimi irəli sürülür, əsərə müəyyən tarixi dövrün məh­sulu kimi yanaşmağın, şagirdləri dövrün iqtisadi, siyasi faktları ilə tanış etməyin zəruriliyi göstərilirdi.

B.Çobanzadənin «Türk dili və ədəbiyyatının tədris üsulu» ki­tabında bədii əsərlərin tədrisinə verilən metodik tələblər müəyyən­ləş­dirilir, ədəbiyyat müəllimlərinə tövsiyələr verilirdi: “Ədəbi-bədii hadisələr də elmə mövzu olan başqa hadisələr kibi təhlil edilmək lazımdır. Təhlil süzgəcindən keçirilmədikcə ədəbi və bədii əsərləri tamamilə anlamaq, bilxassə onun doğuşunda rol oynayan amilləri qavramaq qabil olamaz. Biz ədəbi əsəri, eyni sürətlə bir dövrü, yaxud cərəyan və məktəbi başlıca ideoloji, sinif, üslub, şəkil, mün­dəricə, təşkil (kompozision), dil cəhətindən təhlil etmək müm­kün­dür”. [21]

Müəl­lif yazırdı ki, müəllim öz dərsini necə qurursa-qursun ye­nə də bir çox məsələlər, yeni nəşr olunan xeyli əsər dərsdən kə­narda qalır. Şa­gird­lərin oxuması zəruri olan belə əsərləri «müəllim kə­mali-cə­sa­rət­lə sin­fin xaricinə çıxara bilər.» Bu zaman şagirdlərin yaş xü­su­siy­yət­ləri və bilik səviyyələri nəzərə alınmalıdır.

F.Qasımzadə «Kommunist tərbiyəsi uğrunda» jurnalında nəşr olunmuş «Məktəbdənxaric bədii qiraət haqqında” məqaləsində qeyd edirdi ki, ədəbiyyatdan sinifdənxaric oxu vasitəsilə şagirdlərin si­nifdə qazandığı biliklər dərinləşdirilir, onların müstəqil mütaliə mə­dəniyyəti inkişaf etdirilir. Məqalədə şagirdlərin sinifdənxaric oxu­sunun təşkili sahəsində müsbət işlərlə yanaşı, nöqsanların da olduğu göstərilirdi.

Bu illərdə məktəblərdə, əsasən, “Qiraət kitabı”, “Milli qiraət kitabı”, “Uşaq çeşməyi”, “Qiraət dərsləri” dərsliklərindən istifadə olunmuşdur. Hə­min dərsliklərdə verilən materialların hamısını təlim baxımından müvəf­fəqiyyətli hesab etmək mümkün olmasa da, Q.Za­kir, S.Ə.Şir­vani, İ.A.Krılov, M.Ə.Sabir, A.Səhhət, A.Şaiq kimi sənətkarların əsər­lərindən nümunələr verilməsi bu dərs kitablarının uğuru sayıl­malıdır. [22]

Həmin dövrün dərslikləri içərisində R.Axundov, H.Əminbəyli, V.Xuluflunun redaktorluğu ilə nəşr olunan “Ədəbiyyat dərsləri” müəl­limlər tərəfindən daha rəğbətlə qarşılanmışdı.

1933-1934-cü illərdə ədəbiyyatdan yeni proqram və dərsliklərin tərtib olunması qərara alınmış, hazırlanan proqramlarda «Məktəb­dən­xaric oxunacaq əsərlər» başlığı altında şagirdlərə tövsiyə olunan əsər­lərin siyahısı genişləndirilmişdi.

Keçən əsrin 40-cı illərində nəşr olunmuş yeni dərslik və proq­ram­larla müəllimlərin səmərəli işləməsini təmin etmək üçün me­to­dik vəsaitlərə ehtiyac duyulurdu. Bu baxımdan 1940-cı ildə F.Qa­sım­zadənin redaktorluğu ilə nəşr olunan «Ədəbiyyat metodikası» me­todik vəsaiti həmin sahədə boşluğu doldurmağa xidmət edirdi. Vəsait V.V.Qolubkovun “Ədəbiyyatın tədrisi metodikası” ki­tabı əsasında işlənilsə də, burada metodik tövsiyələr Azərbaycan ədə­biyyatı materialları əsasında verilmiş, məktəb təcrübəsi nəzərə alın­mışdı.

Bu kitab, eləcə də M.Quluzadənin “Natamam orta məktəblərdə lirik əsərlərin öyrədilməsi” (1940), M.Ələkbərovun “Orta məktəbdə ədəbi oxu haqqında” (1940) kitabları o dövrdə ədəbiyyat tədrisi me­todikasında irəliyə doğru atılmış addım kimi qiymətləndirilməlidir.

İkinci dünya müharibəsi illərində ədəbiyyat tədrisi sahəsində qarşıya qoyulan vəzifələr o dövrün ab-havası ilə şərtlənir, təlim prosesində vətənə məhəbbət, düşmənə nifrət hissinin aşılanması ön plana çəkilirdi.

Müharibədən sonrakı illərdə «Azərbaycan məktəbi» jurnalında, «Azərbaycan dili və ədəbiyyat tədrisi» metodik məqalələr məc­muəsin­də ədəbiyyat tədrisi ilə bağlı məqalələr dərc olunur, qabaqcıl iş təcrübəsi işıqlandırılırdı.

Bu dövrdə görkəmli metodist alim Ə.Qarabağlının məhsuldar elmi fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun S.Əfəndiyev, M.Qu­lu­zadə ilə birlikdə yazdığı “Ədəbiyyat metodikası” (1952) ki­ta­bın­da ədəbiyyat dərslərinin təşkilinin bir sıra nəzəri və praktik mə­sə­lə­lə­ri şərh edilmiş, müəllimlərə konkret metodik tövsiyələr verilmişdi. Ə.Qarabağlının “Məktəbdə bədii mətnlərin təhlili” kitabında ədə­biy­yat tədrisinin məzmunu, predmeti, məqsəd və və­zi­fə­ləri, bədii əsərlərin təhlili metodikası məktəb təcrübəsinə əsas­lan­maq­la şərh olunmuşdur.

Ə.Qarabağlının ədəbiyyat tədrisi sahəsində ardıcıl təd­qi­qat­larının nəticəsi olaraq meydana gəlmiş “Azərbaycan ədəbiyyatının təd­risi metodikası” dərs vəsaiti ali və orta məktəblərdə ədəbiyyat təd­risinin səviyyəsinin yüksəlməsi üçün zəmin yaratdı.

Keçən əsrin 70-ci illərindən etibarən ədəbiyyat tədrisi sahəsində təd­qiqatların miqyası genişlənməyə, yeni metodik vəsaitlər, dərslik­lər nəşr olunmağa başladı. Bu illərdə Şəmistan Mikayılov, Ağadadaş Babayev, Aydın Hacıyev, Camal Əhmədov, Dursun Məmmədov, Bilal Muradov, Soltan Hüseynoğlu, Abbas Səmədov kimi tanınmış metodist alimlərin apardığı sanballı tədqiqatlarla ədəbiyyat tədrisi metodikası yeni inkişaf mərhələsinə da­xil oldu.

Hazırda ədəbiyyatın tədrisi metodikası sahəsində Piralı Əliyev, Fəxrəddin Yusifov, Asya Bəkirova, Yusif Aslanov, Bibixanım İbadova kimi orta nəsli təmsil edən tədqiqatçılar səmərəli fəaliyyət göstərirlər.

Azərbaycan ədəbiyyatının orta məktəbdə səmərəli öyrədilməsi üçün pedaqoji-metodik işin elmi təşkili, tədris vəsaitləri və proq­ramlarının hazırlanması sahəsində pedaqoji elmlər doktoru, profes­sor Ş.Mikayılov səmərəli fəaliyyəti qeyd edilməlidir. Alimin ədə­biy­yat nəzəriyyəsinin şagirdlərə öyrədilməsi yolları probleminə həsr olunmuş tədqiqatlarının nəticələri “Ədəbiyyat nəzəriyyəsi” dərs vəsaitində ümumiləşdirilmişdir.

Bu dərs vəsaitini əvvəlki “Ədəbiyyat nəzəriyyəsi”ndən fərqlən­dirən məziyyətlərdən biri də bədii dil, xüsusilə bədii təsvir və ifadə vasitələri haqqqında biliklərin müəyyən sistemə salınması idi. Sələflərindən fərqli olaraq, müəllif bədii təsvir vasitələri ilə bədii ifadə vasitələrini bir-birindən ayırır, beləliklə, həmin anlayışların təkcə şagirdlər tərəfindən deyil, bu anlayışları öyrədən müəllimlər tərəfindən də asan qavranılmasına şərait yaradırdı. Bədii süjet və kompozisiya, ədəbi məktəb və cərəyanlar, yaradıcılıq metodları və üslub haqqında deyilənlər də konkretliyi və aydınlığlı diqqəti cəlb edirdi.

Hazırda məktəb təcrübəsi əhəmiyyətli şəkildə dəyişmiş, me­to­di­­ka­nın nəzəriyyə və təcrübəsində ədəbiyyat təlimi prosesinə təsir göstərən yeniliklər yaranmışdır. Nəticədə metodika elminin müasir tələblərinə cavab verən yeni dərs vəsaitlərinə ciddi ehtiyac ya­ran­mış­dır. Bu baxımdan pedaqoji elmlər doktoru, professor Ş.Mi­ka­yı­lo­vun pedaqoji elmlər namizədi, dosent A. Bəkirova ilə birlikdə apar­dığı tədqiqatların nəticəsi olan “Ümumtəhsil məktəblərinin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası” dərs vəsaitinin nəşri çox əhəmiyyətlidir.

Yeni dərs vəsaitini müəlliflər əvvəlki metodik təcrübədən bəh­rələnməklə, ədəbiyyatın tədrisi metodikasındakı müsbət ənənələri qo­ruyub saxlamaqla və həyatın tələbi ilə məktəb təcrübəsinə, me­todik fikrə gəlmiş yenilikləri nəzərə almaqla yazmışlar. Beləliklə, gər­gin tədqiqatçı əməyinin nəticəsində müsbət metodik ənənələri və yeni metodik təfəkkürü üzvi şəkildə birləşdirən orijinal dərs vəsait-yaranmışdır.

Ş.Mikayılovun elmi-metodik fəaliyyətinin mühüm bir istiqamə­ti­ni orta ümumtəhsil məktəblərinin IV-X sinifləri üçün ədəbiyyat proq­ramlarının tərtibi təşkil etmişdir. Keçən əsrin 70-80-ci illərində ədə­biyyat müəllimlərinin təlim prosesində böyük həvəslə istifadə et­diyi həmin proqramlarda tərtibçinin metodik səriştəsi, gənc nəslə soy­kökünə bağlılıq, xalqa, xalq işinə sədaqət, fəal mənəvi mövqe aşı­layan əsərlərə geniş yer verməsi, şagirdlərin yaş və bilik sə­viy­yə­sini, maraq dairəsini nəzərə alması xüsusi qeyd edilməlidir.

Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna qədəm qoy­ması digər fənlərdə olduğu kimi, ədəbiyyat tədrisi sahəsində də cid­di dönüş yaratdı. Ədəbiyyat tədrisi sovet sisteminin ideoloji ehkam və qəliblərindən azad oldu. Respublikada həyata keçirilən təhsil is­la­hatının tələblərinə uyğun olaraq, orta ümumtəhsil məktəblərində mütərəqqi ənənələrimizi dünya təhsil sistemində faydalı olanlarla əlaqələndirən, milli zəminə əsaslanan və bəşəri dəyərləri özündə əks etdirən yeni proqramların və dərsliklərin hazırlanması vəzifəsi qar­şıya qoyuldu.

Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən elmi-metodik şura­nın işləyib hazırladığı ədəbiyyat proqramları nəşr olundu, ədəbiyyat dərs­likləri tərtib edildi. Müstəqillik dövrünün ilk proqram və dər­sik­ləri bir sıra qüsurlarına baxmayaraq, əvvəlkilərdən mahiyyət eti­ba­rilə, bir çox parametrlərinə görə köklü surətdə fərqlənirdi.

2003-cü ildə ədəbiyyatdan yeni proqram və dərsliklər hazır­la­nar­kən belə bir əsas götürüldü ki, ədəbiyyat tədrisinin ali məqsədi yük­sək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şa­gird­lərin dünyagörüşünü genişləndirmək, milli və ümumbəşəri mə­nəvi dəyərləri mənitmsətmək, nəticə etibarilə gənc nəslin və­tən­pər­vərlik ruhunda tərbiyə olunmasına kömək etməkdir.

2012/13-cü tədris ilindən etibarən Azərbaycan məktəblərində ədəbiyyat fənni üzrə kurikulumun tətbiqinə başlanıldı. Bu məqsədlə V-VII siniflər üçün yeni tipli “Ədəbiyyat” dərslikləri və müəllim üçün metodik vəsaitlər nəşr olundu.

Ədəbiyyat
1. Abdullayev A.S. Azərbaycan dilinin tədrisi tarixindən. Bakı: Ma­arif, 1966.

2. Ağayev Ə.Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azər­bay­can pedaqoji fikrinin başlıca problemlərinə dair. Azər­bay­can məktəbi, 1975 N1.

3. Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu. Bakı, 2006.
4. Çobanzadə B. Türk dili və ədəbiyyatının tədris üsulu. Bakı, 1927.
5. Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı: Bakı Uni­­versiteti, 1991.
6. Əhmədov C.M. Azərbaycan ədəbiyyatının tədrisi ta­ri­xin­dən. Bakı: Maarif, 1971.
7. Əhmədov H.M. XIX əsr Azərbaycan məktəbi. Bakı: Maarif, 1985.

8. Həsənli B., Hüseynoğlu S., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Müəllim üçün metodik vəsait.Bakı: Bakı nəşriyyatı, 2012.

9. Hüseynoğlu S. Ədəbiyyat dərslərində yeni texnologiyalar: Fəal/ interaktiv təlim.Bakı, 2009.

10. Hüseynoğlu S., Həsənli B., Səfərova Ə., Quliyev Ə. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 5-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2012.

11. Hüseynoğlu S., Həsənli B., Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün dərslik. Bakı: Bakınəşr, 2014.

12. Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir. Bakı: MBM, 2005.

13. Köçərli F.Ə. Azərbaycan ədəbiyyatı. II cild. Bakı: Elm, 1981.
14. Qarabağlı Ə.M. Azərbaycan ədəbiyyatının tədrisi metodi­ka­sı. Bakı: Maarif, 1968.

15. Mikayılov Ş.A., Bəkirova A.M. Ümumtəhsil məktəb­lə­ri­nin V-XI siniflərində ədəbiyyatın tədrisi metodikası. Bakı: Nak­suana, 2008.

16. Mollayev İ. Orta əsrlərdə Azərbaycanda məktəb və təlim mə­sələlərinə dair. “Azərbaycan məktəbi», 1977 N 1.

17. Orta məktəbdə ədəbiyyat tədrisi. I hissə. A.M.Babayevin re­dak­təsi ilə. Bakı: Maarif,1976.
18. Seyidov F.Ə. Qori seminariyası və onun məzunları. Bakı: Maarif, 1988.

19. Seyidov Y. Azərbaycan Demokratik Cümhuriyyəti döv­rün­də dil, məktəb, tədris problemləri. Azərbaycan dili və ədəbiyyat təd­risi, 2000 N 1, s.3-9.

20. Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat təd­ri­si­nin inkişaf problemləri. Gəncə: Gəncə poliqrafiya, 2006.

21. Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün ədəbiyyat proq­­­ramı. Bakı, 2003.
Şagird bədii ədəbiyyatın oxucusu kimi
[1] Köçərli F.Ə. Balalara hədiyyə. Bakı, 1987, səh.3.

[2] Mollayev İ. Orta əsrlərdə Azərbaycanda məktəb və təlim məsələrinə dair. Azərbaycan məktəbi, 1977 N 1, səh.68.

[3] Köçərli F. Ə. Azərbaycan ədəbiyyatı. I cild. Bakı, 1978, səh.90.
[4] Əhmədov C.M. Ədəbiyyatın tədrisi metodikası. Bakı, 1991, s.62.

[5] Hüseynzadə R.L. Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir. Bakı: MBM, 2005, s. 58.

[6] Araslı H. Şairin həyatı. Bakı, 1967, səh.28.
[7] Axundov M.F. Əsərləri. II cild. Bakı, 1962. s.70.
[8] Bakıxanov A.M. Bədii əsərləri. Bakı, 1973, s. 353.
[9] Кöçərli F. Azərbaycan ədəbiyyatı. II cild. Bakı, 1981, s.33.

[10] Qənizadə S.M. Sabir haqqında kiçik bir xatirə. “Sabir xatirələrdə” ki­ta­bın­da. Bakı, Gənclik, 1982. s. 26-38.

[11] Məmmədov X. Sultan Məcid Qənizadə. Bakı: Yazıçı, 1983. s.18.
[12] Məmmədov X. Sultan Məcid Qənizadə. Bakı: Yazıçı, 1983. s.49.
[13] Bax: Talıbzadə K.A. XX əsr Azərbaycan tənqidi. I hissə. Bakı: EA-nın nəşri, 1966, s.50.
[14] Nəbiyev B. F.Köçərli. Bakı: Gənclik, 1984. c. 67. üm səh. 228.
[15] «Dəbistan» 1906 N 1.

[16] Ağayev Ə.Ə. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrinin başlıca problemlərinə dair. «Azərbaycan məktəbi» jurnalı, 1975 N 1, s. 55.

[17] Ağayev Ə.Ə.Fərhad Ağasadənin pedaqoji görüşləri. Bakı: Maarif, 1987. s.74.

[18] Hüseynzadə A. Seyid Hüseynin pedaqoji fəaliyyəti və maarifçilik gö­rüş­ləri. Bakı: Maarif, 1971, s.50-61.

[19] İbrahimov M. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı, 1985, s.365.

[20] Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin inkişaf problemləri. Gəncə: Gəncə poliqrafiya, 2006, s. 60.

[21] Çobanzadə B. Türk dili və ədəbiyyatının tədris üsulu. Seçilmiş əsərləri. III cild. Bakı: Şərq-Qərb, 2007, s.300

[22] Səmədov A.A. Azərbaycan məktəblərində ədəbiyyat tədrisinin in­ki­şaf problemlər i. Gəncə: Gəncə poliqrafiya, 2006, s. 64.

Hüseyn əhmədov azərbaycan məktəb və pedaqoji fikir tarixi

2020-05-15 14:28:00

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Aprel ayının 4-də Azərbaycan pedaqogikasının canlı əfsanəsi, son mogikanı, Əməkdar ali məktəb işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının əcnəbi üzvü Hüseyn Mustafa oğlu Əhmədovun 94 il döyünən ürəyi dayandı. Ustadımız haqq dünyasına qovuşdu. Gəlimli, gedimli, son ucu ölümlü dünyada şərəfli və mənalı bir ömür yaşayan, ibtidai məktəb müəllimliyindən akademikliyədək yüksələn, qəlbinin odunu və hərarətini, ömrünün qaynar və coşğun illərini millətin gələcəyi olan gəncliyin təhsil-tərbiyəsinə həsr edən, orijinal proqram və dərsliklər hazırlayan, Azərbaycanda və xarici ölkələrdə nəşr edilən fundamental əsərlər yazan, pedaqoji və elm-pedaqoji kadr hazırlığında peşəkarlığı və fədakarlığı ilə seçilən, geniş elmi erudisiyası, sadəliyi, xeyirxahlığı və insanpərvərliyi ilə Hüseyn müəllim onu tanıyan insanların ürəyinə köçdü, xatirələrə çevrildi. Göyçə gölü sahillərindən başlanan ömür yolu Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun Toxluca kəndində anadan olmuşdur. Kənd Dədə Qorqud qəhrəmanlarının sahillərində at çapdığı, qılınc oynatdığı Göyçə gölünün sahilində yerləşirdi. Göyçənin lacivərd ətəkli səmaları, əsrarəngiz təbiəti, büllür bulaqları Hüseyn müəllimdən səxavətini əsirgəməmişdi. Kəndi üç tərəfdən əhatəyə alan uca dağların vüqarı, barlı-bəhrəli təbiətin səxavəti, insanların dəyanəti və saflığı Hüseyn müəllimin ruhuna hopmuşdu. Mayası halallıqla yoğrulan bir ailədə boy atan balaca Hüseyn bir müddət ailəsi ilə birlikdə İrəvan yaxınlığındakı Kənəkir rayonunun Göykilsə kəndində yaşayır (1936-1940), orada 7-ci sinfi, Kənkan kəndində 8-ci sinfi bitirir. Atası bəşəriyyətə fəlakət gətirən sovet-alman müharibəsinin ilk aylarında düşmən gülləsinə tuş gəldiyindən ailənin bütün çətinlikləri onun üzərinə düşür. Doğma kəndlərində ibtidai sinif müəllimi işləyir. Təhsilini davam etdirmək məqsədilə Gəncə şəhərinə gəlir və buradakı K.Setkin adına Pedaqoji Texnikumun III kursuna qəbul olunur. 1947-ci ildə oranı “əla” qiymətlərlə bitirir. H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda tarix müəllimliyi ixtisası üzrə təhsil alır (1947-1951). Təhsil uğurlarına görə Lenin komsomolu təqaüdünə layiq görülür. 1951-1952-ci illərdə Kirovabad Pedaqoji İnstitutunda baş laborant və Gəncədəki Toxuculuq Texnikumunda tarix müəllimi işləyir. Elmdən keçən şöhrət yolu Hüseyn müəllim V.İ.Lenin adına ADPİ-nin (indiki ADPU) əyani aspiranturasında oxumuş, bir müddət institutun azad komsomol komitəsinin birinci katibi olmuşdur. Azərbaycan ETPEİ-də (indiki Təhsil İnstitutu) kiçik elmi işçi vəzifəsində işləyən H.Əhmədov 1958-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1958-1959-cu illərdə V.İ.Lenin adına ADPİ-nin Pedaqogika kafedrasında assistent, 1964-1977-ci illərdə dosent, 1977-2014-cü illərdə professor vəzifələrində çalışmışdır. 1974-1977-ci illərdə V.İ.Lenin adına ADPİ-də Orta məktəb direktorlarının ixtisasartırma fakültəsinin dekanı, 1974-2014-cü illərdə ADPU-nun Elmi şurasının, riyaziyyat və tarix fakültələrinin Elmi Şuralarının üzvü olmuşdur. SSRİ Nazirlər Soveti yanında AAK tərəfindən 1977-ci ildə ona Pedaqogika kafedrası üzrə professor elmi adı verilmişdir. 1977-ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına ADPİ-nin Ümumi pedaqogika kafedrasına müdir vəzifəsinə seçilmiş, 2014-cü ilə kimi həmin vəzifədə çalışmışdır. Pedaqogika nəzəriyyəsi üzrə namizədlik dissertasiyası müdafiə etsə də, 60-cı illərdən başlayaraq Azərbaycanda məktəb təhsilinin tarixini öyrənməyə başlayır. 1968-1970-ci illərdə elmi yaradıcılıq ezamiyyətinə gedən H.Əhmədov Moskva, Leninqrad, Tbilisi, Bakı, Həştərxan, İrəvan dövlət arxivlərində çalışır, üstünü toz basmış xeyli sənədləri aşkara çıxarır, külli miqdarda material toplayır, sistemə salır və “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Həmin dissertasiyanın materialları əsasında nəşr etdirdiyi “XIX əsr Azərbaycan məktəbi” monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. Azərbaycan məktəb və pedaqoji fikir tarixi sahəsində apardığı ardıcıl və sistemli tədqiqatları onun çoxşaxəli elmi yaradıcılığının mərkəzində dayanır. O, Azərbaycan pedaqoji fikir klassiklərinin, maarifçilərinin, məktəbdarlarının, ilk növbədə N.Tusi, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, S.M.Qənizadə, A.O.Çernyayevski, M.Ə.Elxanov, F.B.Köçərli, M.H.Ruşdiyyə, S.B.Vəlibəyov, C.Məmmədquluzadə, M.T.Sidqi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev, R.Əfəndizadə, Ə.Y.Seyidov və digərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini aşkarlamış, pedaqoji fikrin qaynaqlarını üzə çıxarmış, gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini əsaslandırmış, bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür. Bu tədqiqatlar əsasında o, “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kurs yaratmış, onun proqramının və dərsliyinin nəşrinə nail olmuşdur. O, Moskvada nəşr edilən 40 çap vərəqindən artıq olan “Azərbaycan pedaqoji fikir antologiyası” adlı iri həcmli monumental əsərin, SSRİ PEA tərəfindən çap olunan “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” adlı çox cildliyin I və IV cildlərinin (Moskva, 1989, 1991), 2 cildlik “Rus Pedaqoji Ensiklopediyası”nın, həmçinin 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının IV-X cildlərinin əsas müəlliflərindən biridir. O, Moskva, Leninqrad, Kiyev, Daşkənd, Poltava, Penza, Səmərqənd, Ulyanovsk və digər şəhərlərdə keçirilən elmi konfrans və sessiyalarda fəal iştirak etmiş, nüfuzlu, kəsərli, orijinal fikirləri ilə həmkarlarının rəğbətini qazanmışdır. Onun təhsil və pedaqoji fikir tarixi ilə bağlı əsərləri Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil edilmişdir. Nüfuzlu təhsil tarixçilərindən biri Hüseyn Əhmədov təkcə Azərbaycanda deyil, həm də keçmiş İttifaqda yaxşı tanınan nüfuzlu təhsil tarixçilərindən biri olub. Məhz bunun nəticəsidir ki, o, 1990-cı il dekabrın 20-də SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi. Xatırlatmaq yerinə düşər ki, varlığı ərzində həmin akademiyaya (1943-cü ildə yaradılıb) cəmi 4 nəfər azərbaycanlı üzv seçilmişdir. Mərhum akademik M.Mehdizadə onun həqiqi üzvü, A.Abbaszadə, S.İmanov və H.Əhmədov isə müxbir üzvləri olmuşlar. Hüseyn Əhmədov 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, 1993-cü ildə Moskvadakı Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, 1995-ci ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 1998-ci ildə elmi-pedaqoji sahədəki yaradıcılıq uğurlarına, elmi-pedaqoji kadr hazırlığındakı xidmətlərinə görə Beynəlxalq Pedaqoji Akademiyanın Y.Komenski adına Böyük Qızıl Medalı ilə təltif olunmuş, 1999-cu ildə Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü seçilmiş, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası tərəfindən “Türk Dünyasına Hizmet” qızıl medalı ilə təltif olunmuş, 2006-cı ildə “El gücü” Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına “Əsrin Akademiyası”na həqiqi üzv qəbul olunmuşdur. 2006-cı ildə Amerikanın Beynəlxalq Ekspertiza və Bioqrafik Tədqiqatlar İnstitutu Hüseyn Əhmədova pedaqogika elmindəki yüksək xidmətlərinə görə xüsusi sertifikat təqdim etmiş, onu pedaqogika elminin bilicisi hesab etmişdir. 2007-ci ildə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin “K.Uşinski” medalı, həmçinin Rusiyanın “Dolq i çest” ordeni ilə təltif olunmuş, Rusiya Təhsil Akademiyasının qızıl medalına və fəxri fərmanına layiq görülmüşdür. Professor Hüseyn Əhmədov “Azərbaycan SSR qabaqcıl maarif xadimi” (1973), “SSRİ maarif əlaçısı” (1977), Ümumittifaq “Bilik” cəmiyyəti idarə heyətinin “Fəaliyyətinə görə” (1985) döş nişanları ilə təltif edilmiş, “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” (1981) fəxri adına layiq görülmüşdür. 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Hüseyn Əhmədov müharibə və əmək veteranı idi. Məhsuldar alim, yorulmaz tədqiqatçı Professor Hüseyn Əhmədovu həmkarlarından fərqləndirən əsas cəhət onun geniş elmi erudisiyası, məhsuldarlığı və zəhmətkeşliyi olub. Onun “İbtidai məktəb şagirdlərinin kommunist əxlaqi tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları” (1958), “Uşaqların tərbiyəsində valideynin şəxsi nümunəsi” (1962), “Pedaqogikaya giriş” (1973), “100 yaşlı Yuxarı Salahlı kənd məktəbi” (1978), “N.Nərimanovun pedaqoji fikirləri” (1979), “100 yaşlı Qarğabazar məktəbi” (1983), “XIX əsr Azərbaycan məktəbi” (1985, 2000), “N.Tusi” (1992, 2001), “N.Nərimanovun pedaqoji fikirləri” (2000), “İdarəetmənin pedaqogika və psixologiyası” (2001, 2004), “Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər” (2012), “Azərbaycan pedaqoji fikir antologiyası” (1990), “Maarif fədailəri: Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev-150” (2013), “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (2014) adlı monoqrafiya, dərslik və dərs vəsaitləri, “Seçilmiş əsərləri”nin 29 cildi, Azərbaycanın və xarici ölkələrin nüfuzlu mətbuat orqanlarında 600-dən artıq elmi və publisistik məqaləsi nəşr olunub. Müxtəlif vaxtlarda – İrəvanda, Tiflisdə, Səmərqənddə, Daşkənddə və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərib. Elmi rəhbərliyi ilə 60-a yaxın fəlsəfə və elmlər doktoru yetişib. Milli dərsliklərə yeni nəfəs və ya ana dilli dərsliklərimiz milli sərvətimizdir Ana dilli dərsliklərimizi milli sərvətimiz hesab edən akademik H.Əhmədovun ən vacib xidmətlərindən biri də XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Tiflisdə, Təbrizdə və Bakıda ərəb əlifbası ilə nəşr olunmuş dərsliklərimizi transliterasiya və faksimiliya yolu ilə yenidən nəşr etdirməsidir. N.Dementyevin “Təmsillər və hekayələr” (Tiflis, 1839), İ.Qriqoryevlə M.Ş.Vazehin “Kitabitürki” (Təbriz, 1855), A.O.Çernyayevskinin “Vətən dili” (I hissə, Tiflis, 1882), Rəşid bəy Əfəndiyevin “Uşaq bağçası” (Tiflis, 1912), “Bəsirət-ül-ətfal” (Bakı, 1901), A.Çernyayevski və S.Vəlibəyovun “Vətən dili” (II hissə, Tiflis, 1888), S.Vəlibəyovun “Qüdrəti-Xuda” (Tiflis, 1888), Üzeyir Hacıbəyovun “Hesab məsələləri”ni (Bakı, 1907) yenidən nəşr etdirməklə o, həmin dərsliklərə yeni həyat, yeni nəfəs bəxş etmişdir. Nərimanovşünas alim Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətində Nəriman Nərimanovun pedaqoji irsinin tədqiqi və təbliği ayrıca bir mərhələ təşkil edir. 1957-ci ildən ömrünün sonunadək ardıcıl olaraq bu mövzu üzrə tədqiqatını davam etdirən Hüseyn Əhmədov təhsil və pedaqoji fikir tarixinə N.Nərimanovun görkəmli tədqiqatçısı kimi daxil olmuşdur. Onun böyük maarifçi, siyasət və dövlət adamı Nəriman Nərimanovla bağlı Azərbaycan, rus, erməni və gürcü dillərində Bakıda, İrəvanda, Tbilisidə, Moskvada, Həştərxanda, Saratovda çap olunan məqalələri, “N.Nərimanovun pedaqoji fikirləri” adlı sanballı monoqrafiyası nərimanovşünaslığa dəyərli töhfədir. Maraqlıdır ki, professor Hüseyn Əhmədovun pedaqoji fikir tarixi ilə bağlı ilk məqaləsi Nəriman Nərimanovun yaradıcılığına həsr olunub. Ölümündən bir neçə gün sonra Moskvanın nüfuzlu elmi nəşrlərdən olan “Munisipalnoye obrazovaniye: innovasii i eksperiment” (№2 (71) 2020) jurnalında dərc edilən sonuncu məqaləsi də Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuşdu. Cənnəti sağlığında qazanan insan Professor Hüseyn Əhmədov Allahın ona lütv etdiyi ömrü şərəflə, ləyaqətlə və zəhmətlə yaşadı, adını millətin təhsil tarixinə, mədəniyyət tarixinə yazmağı bacardı. Belə insanlar ölmür, sadəcə dünyalarını dəyişirlər. Ürəyinin odundan, gözlərinin nurundan, qələminin gücündən mənim kimi ömrünə pay düşən yetirmələrinin, səsini, sifətini, xeyirxah əməllərini xatırlayanların xatirələrinə köçür, fikirlərdə və xəyallarda, nəvələrinin adında və soyadında, yazdıqları kitabların səhifələrində yaşayırlar. Hüseyn müəllim ömrünün 94-cü baharında əbədi dünyaya köç etdi. Fərrux RÜSTƏMOV, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi

Bu bölməyə aid digər xəbərlər

Elm Fondu 300 min manatlıq qrant müsabiqəsi ELAN ETDİ

2023-03-07 11:23:20

Bu bölgələrdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

2023-03-02 16:25:12

İmtahana hazırlaşan müəllimlərə TÖVSİYƏ

2023-02-28 14:33:50

Surqut şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

2023-02-26 13:29:00

Akademikin Vikipediya səhifəsi yenilənib

2023-02-24 17:10:00

“İlin Gənc Müəllimi-2022″də ilk “10-luq”da yer alan Ülviyyə Abdulova AzEdu.az-da – FOTO

2023-02-16 13:50:00

Təhsil İnstitutundan MİQ imtahanları və sertifikasiyaya hazırlaşanlara dəstək

2023-02-15 16:23:00

BDU dosentinin həmmüəllifi olduğu dərslik ABŞ və Böyük Britaniyada nəşr olunub

2023-02-15 10:55:00

Müəllimlər din xadimlərinin müdafiəsinə qalxıblar

2023-02-13 12:16:00

Kimya fənni üzrə kurikulum müzakirəsi təşkil edilib-ARTİ

VII. AZƏRBAYCANDA PEDAQOJİ FİKRİN YARANMASI VƏ İNKİŞAFI

İslama qədərki dövrdə tərbiyə və təhsilin əsas məzmunu və məqsədi.

Zərdüşt məktəblərinin yaranması, “Avesta”da tərbiyə məsələləri. “Kitabi-Dədə

Qorqud” dastanlarında pedaqoji fikirlər.

Azərbaycan xalq pedaqogikası elmi pedaqogikanın inkişafında ilkin mənbə kimi.

Azərbaycan xalq pedaqogikasında tərbiyə məsələləri və şəxsiyyətin mənəvi

XI-XII ƏSRLƏRDƏ AZƏRBAYCANDA TƏRBİYƏ, TƏHSİL, VƏ

PEDAQOJİ FİKİR.

XI-XII əsrlərdə Azərbaycanda məktəb və mədrəsələr, onların quruluşu və

Qətran Təbrizi (1012-1088) və Xətib Təbrizinin (1030-1109) əsərlərində

pedaqoji ideyalar və onların müəllimlik fəaliyyətləri.

Xaqani Şirvani (1120-1199) tərbiyə və təhsil haqqında.

__________Milli Kitabxana__________

Nizami Gəncəvinin (1141-1209) “Xəmsə”sində pedaqoji fikirlər. Nizami

insan şəxsiyyətinin təşəkkülü, elm və təlim haqqında. Nizaminin oğlu Məhəmmədə

nəsihətləri. Nizami yaş dövrlərinin bölgüsü haqqında. Nizami əxlaq tərbiyəsi,

fiziki kamillik və sağlamlıq, mənəvi zənginliklər haqqında. Nizami elm, alim və

Əbülhəsən Bəhmənyarın (vəfatı 1065 ) didaktik fikirləri. Bəhmənyarın

sələfləri və xələfləri. Bəhmənyarın “Ət-təhsil” əsərinin pedaqoji əhəmiyyəti.

Bəhmənyar fəlsəfi-pedaqoji ideyalarının dvamçıları.

XIII-XVIII ƏSRLƏRDƏ AZƏRBAYCANDA PEDAQOJİ FİKİR.

Nəsirəddin Tusinin (1201-1274) pedaqoji ideyaları. N.Tusi və onun “Əxlaqi-

Nasiri” əsərinin pedaqoji əhəmiyəti. “Əxlaqi-Nasiri”də tərbiyə məsələlərinin

İmadəddin Nəsimi (1369-1417) azad şəxsiyyət tərbiyəsi haqqında.Nəsimi

“Divan”ında humanizm tərbitəsi məsəslələri. “Hürufilik”, onun mahiyyəti və

Şah İsmayıl Xətai (1487-1524).əxsiyyətin zənginlikləri və mənəvi kamillik

Məhəmməd Füzuli (1497-1556) “Divan”ında tərbiyə və təhsil məsələləri.

Füzulinin oğlu Fəzliyə nəsihətləri.

Qövsi Təbrizinin (XII əsr) və Saib Təbrizinin (1601-1676) əsərlərində elmin

fəziləti, tərbiyə və təhsil haqqında. Molla Vəli Vidadi (1709-1809), Molla Pənah

Vaqif (1717-1797) və Qasım bəy Zakir (1784-1857) tərbiyə haqqında.

XIX-XX ƏSRLƏRDƏ AZƏRBAYCANDA PEDAQOJİ FİKRİN İNKİŞAFI.

A.A.Bakıxanovun (1794-1817), Mirzə Kazım bəyin (1802-1870), M.F.

Axundovun (1812-1878) pedaqoji görüşləri və pedaqoji fəaliyyətləri.

__________Milli Kitabxana__________

Mirzə İsmayıl Qasirin (1806- 1900), S. Ə. Şirvaninin (1835-1888),

M.Ş.Vazehin (1792-1852), M.T.Sidqinin(1854-1904), M.M.Nəvvabın (1833-

1918) pedaqojio görüşləri və məktəbdarlıq fəaliyyəti. H.Zərdabinin (1837-1907)

Azərbaycan maarif və mədəniyyətinin inkişafında xidmətləri.

Mirzə Həsən Rüşdiyyənin (1850-1943)pedaqoji fəaliyyəti və təlim –

tərbiyə haqqında fikirləri

S.M.Qənizаdənin (1866-1937), H.Mаhmudbəyоvun (1864-1928)

mааrifçilik fəаliyyəti və yеni məktəb uğrundа mübаrizəsi.

R.Əfəndiyеvin (1863-1942), Firudin bəy Köçərlinin (1863-1920) həyаtı

elmi-pedaqoji fəaliyyəti. F.B.Köçərlinin Qori Müəllimlər Seminariyasında və

Qazax Müəllimlər Seminariyasında fəaliyyəti.

Cəlil Мəmmədquluzаdə (1866-1932),Hüseyn Cavid (1882-1941), Mirzə

Ələкbər Sаbir (1862-1911),Аbbас Səhhət (1874-1908), Məhəmmədаğа

Şаhtахtlı (1848-1930), Fərhаd Аğаzаdə (1880-1931) ,Üzеyir Hаcıbəyоv (1885-

1948), Nərimаn Nərimаnоv (1870-1925) və başqalarının Azərbaycan xalq maarif

və mədəniyyətinin inkişafında xidmətləri.

AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI DÖVRÜNDƏ MƏKTƏB

VƏ PEDAQOJİ FİKİR.

Azərbaycan parlamentinin məktəblərdə ana dilinin (dövlət dilinin ) tədrisi

haqqında qərarı. Xalq Maarif Nazirliyinin təşkili. Zaqafqaziya Müəllimlər

Seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi. Bakı Dövlət

Universitetinin təşkili. Milli dərsliklərin yaradılması və yeni müəllim kadrlarının

ADR-in maarif sahəsindəki islahatları. Məmməd Əmin Rəsulzadənin

(1884-1955), Əhməd Cavadın (1892-1939) milli vətəndaşlıq və maarifçilik

__________Milli Kitabxana__________

SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ VƏ SONRAKI MÜSTƏQİLLİK

DÖVRÜNDƏ AZƏRBAYCANDA MƏKTƏB VƏ PEDAQOJİ FİKRİN

Azərbaycanda Sovet məktəbinin təşkili və pedaqoji elmin təşəkkülü (1920-

1930-cu illər). Azərbaycanda 1940-1950-ci illərdə məktəb və pedaqogika elminin

inkişafına dair. 1960-1970-ci illərdə Sovet hakimiyyətinin süqutuna qədər olan

dövrdə Azərbaycanda məktəb və pedaqoji fikrin inkişafı. Sovet hakimiyyəti

illərində tanınmış pedaqoq və mütəfəkkirlərin Azərbaycanda məktəb və pedaqoji

fikrin inkişafına təsiri.

Sovet hakimiyyəti dağıldıqdan sonra Müstəqil Azərbaycan

Respublikasında təhsilin və pedaqoji elmin inkişafı.

AZƏRBAYCAN MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİNDƏ

HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ.

Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin həyat

və fəaliyyəti (1923-2003) gənc nəslə örnəkdir. Azərbaycanda Heydər Əliyevlə

başlayan təhsil islahatları. Heydər Əliyevin təhsilə, elmə, ana dilinə, mədəni irsə

münasibəti. Azərbaycan təhsilinin, maarif və mədəniyyətinin inkişafında Heydər

Əliyevin xidmətləri. Heydər Əliyev gənc nəslin mənəvi tərbiyəsi haqqında. Heydər

Əliyevin Respublika Gənclərinin Birinci Ümumrespublika Forumunda nitqi və

gənclərin qarşısında duran vəzifələr. Heydər Əliyev müəllimlik peşəsi haqqında.

__________Milli Kitabxana__________

“PEDAQOGİKA TARİXİ” FƏNNİNƏ DAİR TƏLƏBƏLƏRİN “SƏRBƏST

İŞ” MÖVZULARININ YAZILMASINA DAİR METODİK MƏSLƏHƏT

Tələbələrin “Sərbəst iş” mövzuları üzərində işləməsi fənnin daha dərindən

mənimsənilməsinə kömək etdiyi kimi, onların tədqiqatçılıq bacarığını da inkişaf

etdirir, elmə həvəsini artırır, müstəqil çalışmaq vərdişlərini möhkəmləndirir.

Ali məktəblərimizdə Bolonya prosesinin tətbiqi, təhsilin kredit sisteminə

keçidi tələbələrin daha çox müstəqil çalışmasını tələb edir. Müstəqil çalışan, əməli

fəaliyyət göstərən tələbə daha çox bilik qazanır və öyrənir.

Psixologiyadan məlumdur ki, insan bilik üzərində nə qədər hərtərəfli işləsə,

ona müxtəlif cəhətlərdən yanaşsa, o hafizədə daha möhkəm yer tutur. Çünki, tələbə

material üzərində müstəqil işləyərkən onu hərtərəfli təhlil edir, şüurunda eyni bir

məsələyə bir neçə dəfə qayıtmalı olur. Bütün bunlar həmin materialın hafizədə

uzun müddət qalmasına, praktik əhəmiyyət kəsb etməsinə səbəb olur.

Müasir gənc mütəxəssis yüksək bilik və dünyagörüşə malik olmaqla

bərabər, həm də tədqiqatçılıq qabiliyyətlərinə malik olmalı, müstəqil düşünməyi,

müstəqil qərarlar çıxarmağı bacarmalıdır. Bunun üçün də indiki şəraitdə – təhsilin

qlobal xarakter aldığı bir dövrdə tələbənin proqram materialına sahib olması

minimum tələb hesab edilə bilər, geniş nəzəri bilik və dünyagörüşə sahib olmaq

üçün isə daha çox oxumalı, əlavə və ilk mənbələrdən istifadə etməli və bilikləri

genişləndirmək və tətbiq etmək lazımdır.

Bu baxımdan fənni tədris edən müəllim tələbələrə müstəqil çalışmağı, daha

çox düşünməyi məsləhət görməli, onların tənqidi və yaradıcı təfəkkürünü inkişaf

Təcrübələrdən məlum olur ki, tədris işi yüksək təşkil edilən ali məktəblərdə

tələbələr elmi-tədqiqat işlərinə də böyük həvəs göstərir, “Sərbəst iş” üzərində də

“Sərbəst iş” mövzuları tələbələr tərəfindən sərbəst şəkildə seçilir. Fənn

müəlliminin təklifi ilə də tələbə mövzu götürüb üzərində işləyə bilər. “Sərbəst iş”

tələbənin kiçik elmi tədqiqat işi hesab edilə bilər. Tələbə mühazirədən eşitdiklərini,

__________Milli Kitabxana__________

seminar məşğələlərindən öyrəndiklərini, əlavə materiallardan mənimsədiklərindən

istifadə edərək, sərbəst iş üzərində müstəqil olaraq yaradıcı, elmi fəaliyyət göstərir.

Tələbənin sərbəst, müstəqil şəkildə çalışması bir tərəfdən proqram materialının nə

dərəcədə mənimsədiyinin, o biri tərəfdən isə öz biliyini təcrübədə tətbiq etmək

bacarığına malik olub-olmadığının bariz göstəricisidir.

Ali məktəblərdə fənlərin tədrisi prosesində, tələbələr müstəqil işləməyi, ilk

mənbələrdən baş açmağı bacarmalıdırlar. Aparılan elmi-pedaqoji tədqiqatlardan

məlum olur ki, ali məktəb tələbələri hər gün 5-6 saat müstəqil zehni işlə məşğul

olmalı, mütaliə etməli, elmlə məşğul olmalıdır.

Tələbə kitab və ya başqa material üzərində sərbəst çalışan vaxt oradakı

faktlar, həqiqətlər artıq onun malı olur; o əldə etdiyi biliklərə möhkəm inanır.

Belə bilik isə tədricən əqidə və inama çevrilir. Buradan belə nəticə çıxarmaq olar

ki, biz ali məktəb tələbələrini biliklər üzərində dərindən, sərbəst, müstəqil

işləməyə sövq etməklə, eyni zamanda onlarda elmi dünyagörüş də formalaşdırmış

oluruq. Yalnız məsələdən müstəqil surətdə baş çıxararkən adam öz qüvvəsinə

inanır və bunu başqalarının qarşısında müvəffəqiyyətlə müdafiə edir. Tələbə kitab

üzərində bu və ya digər material üzərində sərbəst çalışan vaxt oradakı həqiqətlər

onun bilik və əqidəsinə çevrilir və onda biliyə möhkəm inam yaranır. Tələbələrin

öz üzərində müntəzəm və müstəqil işləmələri onlarda geniş dünyagörüş

formalaşdırmaqla bərabər, həm də faydalı vərdişlər yaradır.

Tələbələrə bir deyil, bir neçə mənbədən istifadə etməyi öyrətmək lazımdır.

Çünki təcrübə göstərir ki, orta məktəbi qurtaran şagirdlərin heç də hamısı sərbəst

şəkildə elmi mənbələr üzərində, müxtəlif kitablar üzərində işləməyi bilmirlər.

Ona görə də birinci kurs tələbələrinə fənn müəllimi tələbələrə müstəqil çalışmaq

üçün, elmi mənbələrdən istifadə etmək üçün lazımi məsləhətlər verməli, tədris

etdiyi mövzularla bağlı ədəbiyyat siyahısı verməli və onlardan istifadə yollarını

Təcrübələrdən aydın olur ki, birinci kurs tələbələrinin ilk mənbələr üzərində

işləmələri və onların çıxardıqları nəticələr zəif olur, bəzən səthi və bəzən də

kitabın, jurnalın üzü köçürülür. Lakin, doğru, düzgün məsləhətlər, tövsiyələr

__________Milli Kitabxana__________

nəticəsində və tələbələrin də müstəqil işləməsi sayəsində tədricən bu proses inkişaf

edir və tələbələr müstəqil və sərbəst şəkildə mənbələr üzərində işləməyə alışırlar

ki, bu da gələcəkdə onların elmi işlər yazmasına, buraxılış işləri üzərində daha

yaxşı işləmələrinə xeyli köməklik etmiş olur.

Tələbə mövzunu seçdikdən sonra fənn müəllimi ilə birlikdə plan və

ədəbiyyat siyahısını müəyyənləşdirməlidir. Mövzu ilə bağlı ədəbiyyat oxunur,

təhlil edilir, qeydlər götürülür, çıxarışlar edilir, məntiqi nəticələr çıxarılır,

ümumiləşdirmələr aparılaraq yazıya alınır.

Sərbəst iş yaradıcı şəkildə yerinə yetirilməlidir. Kitabların, qəzet və jurnal

məqalələrinin üzü köçürülməməli, müəlliflərin fikirləri olduğu kimi

götürülməməlidir. Bütün mətnin başlıca məzmununu səciyyələndirən fikrin əsas

məqamları aşkarlanmalı, oxunan materiala, müəllifin fikirlərinə yaradıcı münasibət

göstərilməli, ümumiləşmiş fikirlər, lakonik ifadələr yazılmalıdır.

Əlbəttə, hər hansı bir “Sərbəst iş” mövzusu girişlə başlayır, sonra

mövzunun əsas hissəsi işlənilir, sonda isə mövzuya nəticə vurulur, istifadə

olunmuş ədəbiyyat siyahısı göstərilir.

Tamamlanmış “Sərbəst iş” fənn müəlliminə təhvil verilir. Müəllim onu

oxuyur və qiymətləndirir.

Bunu da xüsusi olaraq qeyd edək ki, təklif olunan “Sərbəst iş”

mövzularından tələbələr elmi iş, kurs işi, referat, yaxud hər hansı bir

pedaqoji konfransda, Tələbə Elmi Cəmiyyətində məruzə mövzusu kimi də

götürüb işləyə bilər.

__________Milli Kitabxana__________

“SƏRBƏST İŞ” MÖVZULARI

Tərbiyənin meydana gəlməsi və mənşəyi ilə bağlı konsepsiyalar

(təkamül, bioloji, psixoloji).

İnsanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı müxtəlif nəzəriyyələr.

İbtidai icma quruluşunda tərbiyə və onun səciyyəvi cəhətləri.

Quldarlıq dövründə təlim-tərbiyə ocaqları, tərbiyə sistemi, pedaqoji

Antik filosoflar şəxsiyyətin inkişafı və tərbiyəsi haqqında.

Feodalizm dövründə məktəblər, pedaqoji fikir və nəzəriyyələr.

Qədim Şərqdə tərbiyə.

Qədim Şumerdə məktəb və tərbiyə.

Qədim türklərdə – Hunlarda, Göytürklərdə tərbiyə.

Orxon – Yenisey abidələri üzərində yazılar və onların pedaqoji

Qədim türk dastanlarında tərbiyənin məqsəd və məzmunu.

Qədim Yunanıstanda tərbiyə və məktəb. Sparta və Afinada tərbiyə

Sокrаt (b.е.ə. 469-399) şəxsiyyətin inkişafı və tərbiyəsi hаqqındа.

Təlimdə Sокrаt mеtоdu.

Plаtоn (b.е.ə. 427-347) təlim və tərbiyə hаqqındа.

Аristоtеl (b.е.ə. 384-322) tarixdə “İlk müəllim” kimi.

Аristоtеlin müəllimliк fəаliyyəti.

Аristоtеlin yaş dövrləri (0-7- bitкi dövrü; 7-14- hеyvаni dövr, 14-21-

Qədim Rоmаdа məкtəb və pеdаqоji idеyаlаr.

Erkən orta əsrlərdə şərqdə tərbiyə, təhsil və pedaqoji fikir.

İslam müqəddəslərinin tərbiyə haqqında fikirləri.

__________Milli Kitabxana__________

Məhəmməd Peyğəmbərin (s) tərbiyə, təhsil, bilik və elm haqqında

İslamıyyətdə ilk məktəblər. Suffə, kuttab və məktəblər.

«Nizаmiyyə» mədrəsəsinin yaranması.(ХI əsr).

Nizаmiyyə mədrəsələrinin Şərqdə yаyılmаsı.

Mədrəsələrdə təhsilin məzmunu.

Xətib Təbrizinin, Şihabəddin Suhrəverdinin “Nizamiyyə” mədrəsəsində

İslamda elmin inkişafı və əsas istiqamətləri.

Dünya elm və mədəniyyətinin inkişafına müsəlman alimlərinin töhfələri.

Erkən orta əsr şərq, türk mütəfəkkirlərinin pedaqoji ideyaları.

Ümumislam və ümumşərq maarif və mədəniyyətinin inkişafında erkən

orta əsr şərq mütəfəkkirlərinin tərbiyə, təhsil və şəxsiyyətin mənəvi, əxlaqi

keyfiyyətləri haqqında fikir və ideyaları.

Mahmud Kaşqarlının (XI əsr) “Divanü-Lüğət-it-türk” əsərində tərbiyəvi,

Balasaqunlu Yusif xas Hacibin “Qutadqu – bilik”(“Xoşbəxtliyə aparan

bilik”)əsərində tərbiyəvi, əxlaqi fikirlər.

Əhməd Yüknəkinin “Atabətül-Həqayiq” (“Həqiqətlərin

astanasında”; “Həqiqətlər heybəsi”) əsərində tərbiyəvi, əxlaqi fikirlər, şəxsiyyətin

mənəvi aləmi məsələləri və bu əsərlərin pedaqoji fikrin inkişafında əhəmiyyəti.

Əbu Əli İbn Sinanın (980-1037) “Qanun-e–Tibb” və “Şəfa” əsərlərində

tərbiyə məsələləri və didaktik fikirlər.

Biruninin, Qəzzalinin və başqa Şərq mütəfəkkirlərinin pedaqoji ideyaları.

Farabinin pedaqoji fikir tarixində yeri.

Cəlaləddin Ruminin “Məsnəvi”sində şəxyyətin inkişafı və mənəvi

Y.A.Komenskinin pedaqoji görüşləri.

Y.A.Komenski (1592-1670) elmi pedaqogikanın banisidir.

Y.A.Komenskinin “Böyük didaktika” əsərinin pedaqoji əhəmiyyəti.

__________Milli Kitabxana__________

Y.A.Komenskinin didaktik fikirləri.

Y.A.Komenski sinif-dərs sistemi haqqında.

Y.A.Komenskinin didaktik fikirlərində təbiətə müvafiqlik prinsipi.

Y.A.Komenski uşaqların yaş dövrləri haqqında.

Y.A.Komenski təlimin prinsipləri haqqında.

Y.A.Komenskinin “Qızıl qayda”sı – əyanilik prinsipi.

Y.A.Komenski təhsilin məzmunu haqqında.

Y.A.Komenski müəllimin pedaqoji fəaliyyətinə verilən tələblər

Con Lokkun pedaqoji görüşləri.

C.Lokkun “Ağ lövhə” nəzəriyyəsi.

Jan Jak Russonun pedaqoji görüşləri.

Jan Jak Russonun (1712-1773) həyatı və pedaqoji fəaliyyəti.

J.J.Russonun “Təbii tərbiyə”, “Azad tərbiyə” nəzəriyyəsi.

Russonun “Emil və ya tərbiyə haqqında” əsərində tərbiyə məsələləri.

J.J.Russо uşаqlаrın yаş dövrləri və inкişаf mərhələləri hаqqındа.

XVIII əsr fransız maarifçilərinin pedaqoji ideyalari.

Кlоd Аdriаn Hеlvеtsinin (1715-1771) «Аğıl hаqqındа», “İnsan haqqında,

onun zehni qabiliyyətləri və onun tərbiyəsi haqqında” əsərləri haqqında.

K.A.Helvetsi təhsilin dünyəviliyi haqqında.

K.A. Helvetsinin qadın və kişilərin bərabər təhsil alması haqqında

Dеni Didrоnun (1713-1784) еlm, incəsənət və sənət еnsiкlоpеdiyаsının

D.Didrо tərbiyə və rеаl təhsil hаqqındа.

Didronun tərbiyə haqqında materialist ideyaları.

İ.H.Pestalotsinin (1746-1827) həyatı və pedaqoji fəaliyyəti.

Pestalotsinin Neyqofda yaratdığı uşaq müəssisəsində pedaqoji fəaliyəti.

__________Milli Kitabxana__________

Pestalotsinin Burqdorfda uşaq müəssisəsində pedaqoji fəaliyyəti və

İ.H.Pestalotsinin “Həyatda atılmışların axşam saatları”, “Linqard və

Gertruda” əsərlərində əsas pedaqoji ideyalar.

İ.F.Herbartın (1776-1841) həyatı və pedaqoji fəaliyyəti.

Herbart pedaqogikasının fəlsəfi və psixoloji əsasları.

Herbartın təlim və tərbiyə haqqında fikirləri.

Fridriх Frеbеlin (1782-1852) pеdаqоji idеyаlаrı və fəаliyyəti.

Аdоlf Distеrvеqin (1790-1866) pеdаqоji idеyаlаrı və fəаliyyəti.

А.Distеrvеqin didакtiк fiкirləri.

R.Ouenin pedaqoji fikirləri və pedaqoji fəaliyyəti.

ХIХ əsrin I yаrısındа Rusiyаdа təhsil siyаsəti.

ХIХ əsrin I yаrısındа Rusiyаdа pеdаqоji fiкrin inкişаfı.

V.Q.Bеlinsкinin (1811-1848) və А.İ.Gеrtsеnin (1812-1870) təhsil-

tərbiyə hаqqındа fiкirləri.

Niкоlаy İvаnоviç Pirоqоvun (1810-1881) pеdаqоji idеyаlаrı və fəаliyyəti.

Niкоlаy Аlекsаndrоviç Dоbrоlyubоv (1836-1861) təlim və tərbiyə

Коnstаntin Dmitriyeviç Uşinsкi (1824-1870) rus еlmi pеdаqоgiкаsının

K.D.Uşinskinin anа dili təlimi idеyаsı və «Аnа dili» məqаləsi.

K.D.Uşinskinin xəlqilik ideyası.

Comments are closed, but trackbacks and pingbacks are open.