İcbari sığorta haqqında qanun imzalandı
!Reklam – Sag
Icbari sığorta haqqında qanun
1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Qanuna əsasən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılacaq.
İcbari Tibbi Sığorta Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Nümunə ilə izah edək:
İşəgötürən tərəfindən – 1. İşəgötürən işçiyə aylıq 500₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 162.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.
İşçi tərəfindən – 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 500₼-dır. Bu halda onun əməkhaqqından 2%, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500₼-dır. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 162.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edildiyini nəzərə alaraq, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Nümunə ilə izah edək:
İşəgötürən tərəfindən – 1. İşəgötürən işçiyə aylıq 700₼ əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 1%-i, aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı ödəyəcək.
2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işəgötürən işçi üçün aylıq 82.5₼ icbari tibbi sığorta haqqı ödəyəcək.
İşçi tərəfindən – 1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700₼-dır. Bu halda onun əməkhaqqından 1%, yəni aylıq 7₼ (700*1%=7) icbari tibbi sığorta haqqı tutulacaq.
2. İşçinin aylıq əməkhaqqı 8500₼-dır. Bu zaman 8000₼-ın 1%-i, yəni 80₼ (8000*1%=80), qalan 500₼-ın isə 0.5%-i, yəni 2.5₼ (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə işçinin əməkhaqqından aylıq 82.5₼ icbari tibbi sığorta haqqı tutulacaq.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
Nümunə ilə izah edək:
1. Şəxs aylıq 500₼ gəlir əldə edir. Bu halda o gəlirinin 2%-i, yəni aylıq 10₼ (500*2%=10) icbari tibbi sığorta haqqı ödəməlidir.
2. Şəxs aylıq 8500₼ gəlir əldə edir. Bu zaman 8000₼-ın 2%-i, yəni 160₼ (8000*2%=160), qalan 500₼-ın isə 1%-i, yəni 5₼ (500*1%=5) icbari tibbi sığorta haqqı hesablanır. Nəticədə şəxs aylıq 165₼ icbari tibbi sığorta haqqı ödəməlidir.
Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.
Nümunə ilə izah edək:
Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250₼-dır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10₼ (250*4%=10) icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.
Digər şəxslərin icbari tibbi sığorta haqqı isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Belə ki, həm yuxarıda qeyd olunan əhali kateqoriyaları, həm də digər şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının 2020 və 2021-ci illərdə mərhələli şəkildə ödənilməsi nəzərdə tutulub.
Sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, 2021-ci ilin yanvar ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, 2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib. Daha ətraflı buradan tanış ola bilərsiniz.
Xatırladaq ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. 1 yanvar 2021-ci il tarixindən etibarən daha 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq. 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.
Beləliklə, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq.
Icbari sığorta haqqında qanun
Kateqoriyalar
Özəl
Layihələr
- Seçki 2020
- Ramazan
- Video Xəbərlər
- Qurban Bayramı
- Beynəlxalq Media Forumu
- DÇ-2018
- Türkiyə Prezident Seçkiləri 2018
- Seçkilər 2018
- #Cümhuriyyətüçünyaz
- Formula 1 / Bakı 2017
- Simpozium 2017
- İslam Həmrəyliyi Oyunları
- Referendum
- 15 Temmuz Milletin İradesi
Struktur
- Haqqında
- Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
- +99412 432 12 22
- +99455 681 11 82
- [email protected]
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
Ana Səhifə Cəmiyyət İcbari sığorta haqqında qanun imzalandı
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Fevral 08, 2015 – 11:58
!Reklam – Yazi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev icbari sığorta ilə bağlı qanun imzalayıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, prezidentin imzaladığı qanun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi allarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Qanunda bildirilir: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1000-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777) aşağıdakı məzmunda 9.3-cü maddə əlavə edilsin:
“9.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu qanunun 4-cü maddəsində nəzərdə tutulmuş subyektlərlə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.”.
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
“İcbari tibbi sığorta haqqında” qanun dəyişdirilir
“İcbari tibbi sığorta haqqında” qanun tamamilə dəyişdiriləcək, yaxud bu yöndə yeni qanun qəbul olunacaq.
Bu haqda Oxu.Az-a parlamentdən bildirilib.
Qeyd olunub ki, adıçəkilən qanunun qəbulundan 19 il keçir və ötən illər ərzində icrası, demək olar ki, mümkün olmayıb.
“Buna səbəb ölkədə icbari tibbi sığortanın tətbiqinin gecikməsi olub. Artıq son illər bu istiqamətdə bir sıra addımlar atılıb, müvafiq dövlət agentliyi yaradılıb, büdcədən vəsait ayrılıb, bir neçə bölgədə pilot layihələr icra olunmaqdadır.
Amma qanunla bağlı yekun qərar Milli Məclisin Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dinləmələrindən sonra veriləcək.
Ya qanuna ciddi dəyişikliklər və əlavələr ediləcək – əvvəl daha çox bu variant üzərində dayanılırdı, amma son zamanlar fikir dəyişikliyi var – ya da ola bilsin ki, yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması yönündə qərar veriləcək.
Bütün hallarda qanunla bağlı ciddi addımların atılması gözlənilir və bu, çox vacibdir. Artıq icbari tibbi sığortaya keçidin zamanıdır”, – deyə parlamentdən bildirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.