Press "Enter" to skip to content

AZƏrbaycan tariXİ

11. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

Şikar qasımov azərbaycan tarixi

Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu

İkinci dünya müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişə olmuşdur. 1933-cü ilin yanvarında Hitlerin Almaniyada hakimiyyətə gəlməsi ilə müharibənin reallaşması həqiqətə çevrildi. Dünya ağalığı iddiasında olan alman faşizmi öz niyyətlərinə çatmaq məqsədilə 1939-cu il sentyabrın 1-də Polşaya hücum etməklə İkinci dünya müharibəsinə başladı. Müharibə xronoloji baxımdan üç dövrə bölünür: birinci dövr 1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyununa qədər, ikinci dövr 1942-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər, üçüncü dövr 1944-cü ilin yanvarından 1945-ci ilin 2 sentyabrınadək davam etmişdir. Müharibənin ilk dövründə SSRİ təhlükəni özündən uzaqlaşdırmaq və ölkənin müdafiəsini gücləndirmək siyasəti yürüdürdü. O, Almaniya ilə diplomatik və iqtisadi əlaqələri davam etdirir, eyni zamanda hərbi-siyasi potensialını gücləndirir və sərhədlərini genişləndirirdi. SSRİ və ABŞ-ın müharibəyə qatılması, sovet qoşunlarının ilk uğursuzluqları, alman ordularının Moskva altında ilk məğlubiyyəti, antihitler koalisiyasının yaradılması və başqa hadisələr birinci mərhələyə düşür.

1941-ci ilin yayında artıq faşistlər, demək olar ki, bütün Avropanı, Polşanı, Avstriyanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Yunanıstanı, bütövlükdə Avropanın bir neçə ölkəsini və Fransanın xeyli hissəsini zəbt etmişdilər. Onlar Avropanın təqribən 290 milyon nəfər əhali yaşayan 2 milyon kvadratkilometr ərarizisini ələ keçirmişdilər. Almaniya hələ 1940-cı ilin ikinci yarısında SSRİ-yə hücüm etmək planı hazırlamağa başlamışdı. O, 1940-cı il dekabrın 18-də Hitler tərəfindən təsdiq olunmuşdu. Ona simvolik olaraq “Barbarossa” adı verilsə də, “ildırım sürətli müharibə” planı adlandırılırdı. Həmin plana görə, 1941-ci ilin payızına qədər SSRİ diz çökdürülməli idi.

Dünya ağalığı iddiasında olan faşist Almaniyası 23 avqust 1939-cu ildə imzalanmış, on il müddətinə hücüm etməmək, dostluq və əməkdaşlıq haqqında müqavilələrini pozaraq, 1941-ci il iyun ayının 22-də bütün sərhəd boyu SSRİ üzərinə hücuma keçdi. Bununla da alman-Sovet müharibəsi başlandı. Bu, Rusiyanın sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. Düşmənin yaxşı silahlandırılmış və hərtərəfli təcrübə, habelə təlim keçmiş 5,5 milyonluq canlı qüvvəsi, yüksək hərbi texnikaya malik 190 diviziyası Barens dənizindən cənuba doğru uzanan 5 min kilometrlik ərazidə: şimal, mərkəz və cənub istiqamətlərində geniş əməliyyata başladı. Müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi və ilk yarımildə xeyli uğur qazandı, ölkənin içərilərinə soxuldu, Leninqradı (Sankt-Peterburq) mühasirəyə aldı. Moskvaya qədər irəliləyə bildi, sovet ordusunun 1,5 milyon canlı qüvvəsini əsir aldı, xeyli hərbi texnikasını sıradan çıxara bildi. Eyni zamanda, faşist Almaniyası İtaliya, Rumıniya, Macarıstan və Finlandiya da daxil olmaqla, işğal etdiyi bütün ölkələrin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirdi. Faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. SSRİ isə hələ müharibəyə tam hazır deyildi. Ölkədə arxayınlıq hökm sürürdü, üstəlik, müharibə ərəfəsində keçirilən kütləvi-siyasi repressiyalar orduya böyük zərbə vurmuşdu. Sovet ordusunun komanda heyətindən 43 min nəfər repressiyaya məruz qalmışdı. Ordunun ali rütbəli heyətindən 1800 adam həbs olunmuşdu. 5 marşaldan 3-ü, 15 ordu komandirindən 13-ü, 57 korpus komandanından 50-si, 186 diviziya komandirindən 154-ü, 406 briqada komandirindən 220-si repressiyaya məruz qalmışdı. Məhz bunlara və digər səbəblərə görə faşistlər ilk vaxtlar böyük qələbələr qazandılar.

Müharibənin ilk mərhələsində antihitler koalisiyası formalaşdı. 1941-ci il iyunun 22-də İngiltərə SSRİ-ni müdafiə edəcəyini, iyunun 23-də isə ABŞ müharibədə ona iqtisadi yardım göstərəcəyini bildirdi. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında çox fəal danışıqlar aparıldı və bir sıra müqavilələr imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. 1942-ci ilin 23 fevralında ABŞ və Böyük Britaniya arasında təcəvüzkara qarşı mübarizəyə qarşılıqlı yardım prinsipləri barədə saziş imzalandı. Antihitler koalisiyasına daxil olan ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində Moskva Kasablanka, Vaşinqton, Qahirə, Tehran, Yalta və Potsdam konfranslarının çox mühüm əhəmiyyəti olmuşdur. Beləliklə, faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı, 50 dövlət birləşdi. Müharibə dövründə nasistlərin işğal etdikləri ərazilərdə yaratdıqları dözülməz “yeni qaydaya” qarşı geniş müqavimət hərəkatı yaranmışdı. Hərəkat 1939-1941-ci illərdə meydana gəlib, sonradan geniş miqyas almışdı. Bu hərəkat Yuqoslaviyada (350 min), Yunanıstanda (70 min), Albaniyada, Fransada (300 min), Polşada, Çexoslovakiyada daha güclü idi.

1942-ci ilin iyunundan 1944-cü ilin yanvarına qədər olan dövr İkinci dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942-1943) və Oryol-Kursk ətrafında alman ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu olmuşdu. Bu dövrdə müttəfiqlərin iqtisadiyyatında köklü dönüş baş vermişdi.

1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt olunmuş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. 1944-cü il iyulun 6-da Fransanın şimalına (Normandiya) qoşun çıxarıldı. Beləliklə, ikinci cəbhə açıldı. Həmin ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. 1945-ci il aprelin 16-da Berlin uğrunda döyüşlər başlandı. Aprelin 25-də Elbada müttəfiq qoşunları görüşdü. Berlinin mühasirəsi başa çatdı. Mayın 2-də Berlin alındı. Mayın 8-də Almaniya danışıqsız təslim aktını imzaladı.

Zəngin sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci dünya müharibəsində də iri dövlətlərin marağında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.

Sovet Azərbaycanı isə SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızında müharibəyə cəlb olunmuşdu. 1941-ci ilin iyunundan isə alman faşizminə qarşı müharibədə iştirak etmişdir. Ümummilli lider Heydər Əliyev demişdir: “İkinci dünya müharibəsi, əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmancı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbiçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbəni təmin edə bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər. O dövrdə Sovet İttifaqında hasil edilən neftin 70 faizindən çoxu respublikamızın payına düşmüşdür”.

Azərbaycan “Böyük Vətən müharibəsi” kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 600 mindən çox oğlan və qız göndərmişdi. Onlardan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycanlılar əlavə beş milli – 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırmışdılar. 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda döyüşmüşdü. 1941-ci ilin payızında Leninqrad səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin 6 təyyarəsindən 2-ni məhv etmiş, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov misilsiz igidlik göstərmiş, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qafur Məmmədov, İdris Süleymanov da Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişlər.

1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşlar. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı böyük igidlik göstərmişdi. H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, ikinci dəfə bu adı Brezina çayını keçərək Presini şəhərini və 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı.

Müxtəlif cəbhələrdə göstərdikləri rəşadətə görə 416-cı diviziya “Taqanroq diviziyası”, döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya “Temryuk diviziyası”, 77-ci diviziya, “Simferopol diviziyası” adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi. Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə görkəmli tarixçi alim, akademik Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Müharibə illərində ordu sıralarına nəinki azərbaycanlı kişilər, hətta qocalar və qadınlar da səfərbər olunmuş, ən çətin döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərmişlər. Təyyarəçi Züleyxa Seyidməmmədova, snayper Ziba Qəniyeva, gəmi kapitanı Şövkət Səlimova və başqa qadınların şücaətləri dillər əzbəri olmuş, tarixə düşmüşdür. Əsir düşən həmyerlilərimiz isə partizan dəstələri tərkibində vuruşaraq faşistlərə qan uddurmuşlar.

Bu barədə ümummilli lider Heydər Əliyev demişdir: “Faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı da öz sanballı töhfəsini vermişdir. Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların, Şərqi Avropa ölkələrinin hitlerçilərdən azad edilməsində, Qərbi Avropada genişlənən müqavimət hərəkatının uğur qazanmasında həmyerlilərimiz mühüm rol oynamışlar”. Azərbaycanlılar partizan və müqavimət hərəkatında fəallıq göstərərək Krımda, Ukraynada, Belorusiyada, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransa antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmiş, 3 mindən çox soydaşımız isə müqavimət hərəkatında iştirak etmişdir. Onlardan Fransanın milli qəhrəmanları olan Əhmədiyyə Cəbrayılovun və Nuru Abdullayevin adları yaddaşlarda qalmışdır. Ə.Cəbrayılov həm də Fransanın 5 ordeninə layiq görülmüşdü. Mehdi Hüseynzadə Yuqoslaviyada əfsanəvi igidlik göstərmişdi. O, 1000 nəfərdən çox zabiti məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Ölümündən sonra – 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Azərbaycandan cəbhəyə səfərbər olunan 600 min adamdan yarıdan çoxu həlak olmuş və itkin düşmüş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Müharibə illərində bütün Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakı “Katyuşa” raketi, “Şpakin pulemyotu” istehsal edir, burada “YAK-3” qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı.

Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Məşhur kimyaçı alimlərimizin, o cümlədən Y.H.Məmmədəliyev, V.S.Qutırya, Ə.M.Quliyev, V.H.İsmayılov, V.S.Əliyev, M.A.Qoreliq və başqalarının birgə səyi və əməkdaşlığı nəticəsində ən yüksək oktanlı benzin və sürtkü yağları növləri alınmışdır. Kimyaçı alimlər müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişlər. SSRİ-nin ən məşhur kimyaçı alimləri içərisində layiqli yer tutan Y.Məmmədəliyev 90-dan çox ixtira və kəşfə nail olmuşdu. Onun qələbədə xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtkü yağları, “Katyuşa” silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər ixtira etmişdi. Həmin ixtiralardan həm müharibədə, həm də dinc quruculuq sahələrində geniş istifadə etmək olurdu. Keçmiş SSRİ-nin sabiq müdafiə naziri, Sovet İttifaqı marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı K.Y.Jukov öz memuarında yazmışdı: “Bakı cəbhəni lazım olduğu qədər yanacaqla fasiləsiz olaraq təmin edirdi”. Rus şairi S.Mixalkov isə bu münasibətlə yazırdı: “Bakı nefti olmasaydı, heç bir tank, heç bir təyyarə yerindən tərpənməzdi, ölkədə istehsal olunan külli miqdarda hərbi texnika dəmir yığnağı olardı və qələbə qazanılmazdı”.

Müharibə dövründə respublikamızın sənaye müəssisələri qələbə naminə cəb-həni lazımi məhsullarla aramsız olaraq təmin edirdilər. Azərbaycanın yüngül sənayesi cəbhənin ehtiyacları üçün təxminən 30, yeyinti sənayesi 50, yerli sənayesi isə 200 növə qədər məhsul istehsal edirdi. Müharibə illərində yüngül sənaye müəssələri cəbhə üçün 1.419 min şinel, 4.227 min komplekt yay paltarı, 3.097 min cüt alt köynəyi, 1.977 min cüt ayaqqabı, 1.417 cüt komplekt pambıq köynək, 1.417 min patron sumkası və s. göndərmişdi. Ümumilikdə, cəbhəyə respublikamızda 125 vaqon isti paltar yollanılmışdı. Eyni zamanda, ordu üçün respublikamızdan dava-dərman, tibb preparatları və lazımi başqa dərmanlar da göndərilmişdi. Azərbaycan vətəndaşları 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər.

Bir sözlə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan xalqı daha çox itkilərə və hədsiz məhrumiyyətlərə məruz qalmış, düşmən üzərində qələbə qazanılması üçün özünün var qüvvəsini əsirgəməmişdir. Bu müharibədə Azərbaycan xalqı öz layiqli sözünü demişdi.

Azərbaycan xalqının misilsiz xidmətləri, qələbə naminə göstərdiyi fədakarlıq ermənipərəst İttifaq rəhbərliyi tərəfindən qiymətləndirilməmiş, hətta Azərbaycana qarşı ayrı-seçkilik, ikili standart tətbiq olunmuşdu. Bakı müharibə illərində cəbhəyə həm yanacaq verirdi, həm də hərbi texnika istehsal edirdi. Lakin bunun müqabilində Bakıya “qəhrəman şəhər” statusu verilmədi, keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra iri şəhər olan Bakıya II və III dərəcəli status verildi, Tiflis və Yerevan isə I dərəcəli şəhər kimi ən yüksək dərəcədə təmin edildi. Əksinə, Azərbaycan xalqının qələbənin əldə edilməsində göstərdiyi misilsiz xidmətin qarşısında, başda qəhrəman neftçilərimiz olmaqla, xalqımızı Orta Asiyaya sürgün etmək haqda türkün düşməni olan və riyakarlığı ilə seçilən Mikoyanın canfəşanlığı ilə söz-söhbət gedirdi.

1418 gün davam edən Böyük Vətən müharibəsi sovet xalqının sıx birliyinin və vətənə məhəbbətinin nümayişinə çevrilmişdi. Böyük qələbə, milliyyətindən asılı olmayaraq, xalqların kütləvi qəhrəmanlığının məntiqi nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra müharibə veteranlarının xidmətləri çox yüksək qiymətləndirilmişdir. Ulu öndər veteranlara dövlət qayğısı göstərmək haqda 1994-cü ildə fərman imzalamışdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər”. Ümummilli lider həm də tövsiyə edirdi ki, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz insanlarımızdır. Onlara qayğı göstərməkE bizim dövlətimizin və hər bir namuslu Azərbaycan vətəndaşının borcudur. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Bunu cənab İlham Əliyevin “1941-1945-ci illər müharibəsində Qələbənin 60 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında 2004-cü ildəki sərəncamı, 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında verilmiş fərmanı, Qələbə günü münasibətilə hər il müharibə veteranlarının təbrik edilməsi və onlara verilən birdəfəlik yardımlar haqqında sərəncamları və “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinin qeyd edilməsi barədə” 22 iyul 2009-cu il tarixli sərəncamı və bu sərancamların icrası ilə baglı respublikada görülən tədbirlər bir daha sübut edir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan xalqı və onun igid övladları müharibənin qələbə ilə başa çatdırılmasında həlledici rol oynamışlar.

tarix elmləri doktoru

Azərbaycan.- 2010.- � 10 aprel.- S. � 6.

AZƏrbaycan tariXİ

4. *Süleyman Məmmədov. Azərbaycan tarixi. Bakı, 2007.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.
Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

6. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

7. Kərim Şükürov. Azərbaycan tarixi, 2-ci hissə, Bakı, 1998.

8. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

11. Tadeuş Svyatoçovski. Rusiya və Azərbaycan . Bakı, Xəzər Universitəsi, 2000.

12. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

13. Oqtay Əsədov. Heydər Əliyev. Bakı, 2008.

14. N. Cəfərov, D. Osmanlı. Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə, Bakı 2004

15.Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası.Bakı, 2013.

Kitabları Universitetin kitabxanasından və “Tarix və Arxeologiya departamenti”ndən əldə etmək olar.

İnternet saytları

  • mühazirələr
  • mövzu ətrafında müzakirələr
  • xəritələr, video və digər əyani materiallardan istifadə
  • müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

və mütəxəssislərin dərslərə dəvət edilməsi

Aralıq imtahan qabağı sınaq işi – 5 b.

Azərbaycan tarixi kursu qədim zamanlardan son günlərədək vətən tarixini əhatə edir. Son illər konseptual dəyişmələr baş verdiyindən, bir sıra məsələlərə baxış əvvəlkindən kəskin şəkildə fərqlənir. Bəzi tarixi hadisələr yeni faktlarla zənginləşib, müəyyən dövrlərdəki boşluqlar doldurulmaqdadır. Tədris proqramının tərtibi zamanı bütün bu amillər nəzərə alınmış, tarixin qaranlıq səhifələrinə diqqət artırılmışdır. İş planı Azərbaycan tarixi barədə bitkin və dolğun təsəvvürün formalaşmasına imkan verir.

  • Azərbaycan tarixi haqqında bitkin, dolğun və obyektiv təsəvvür yaranacaq
  • Azərbaycanın qədim dünya sivilizasiyasının ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olmağı haqda məlumatları daha da genişlənəcək
  • Azərbaycan etnosunun təkraredilməz və avtoxton olduğuna dair geniş təsəvvür yaranacaq
  • Vətən tarixinə, mədəniyyətinə, mənəvi dəyərlərinə sevgi və hörmət hissini daha da artıracaq və vətənpərvərlik ruhunu daha da yüksəldəcəkdir
  • tarixi hadisələrin analizi
  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
  • Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması və Azərbaycanın müasir dövrdə dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.

Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.

Yoxlama işi

Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.

Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.

Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.

[2, fəsil 1-2, s.20-125];

[1, bölüm 4-5, s.77-129];

Azərbaycanlıların etnik tarixi

Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas əhalisi, türk qrupunun oğuz qoluna mənsub olan xalq – özlərini azərbaycanlı adlandırırlar. Azərbaycan türkləri azəri türkləri kimi də tanınırlar və müxtəlif dövrlərdə türklər, qafqaz türkləri, tatarlar, Qafqaz tatarları, adlandırılmışdır. Onlar ağ (Avropa) İrqin xəzər (kaspi) tipinə Aid edilirlər. Müsəlmandırlar. Bir həssəsi sünnü, qalaqları isə şiədirlər. Soyköklərində başlıca olaraq iskit (skit, skif) sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar habelə başqa türk etnosları iştirak etmiş və oğuz türkləri (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynamışlar. Sayları təqribən 50 milyondur. O cümlədən Azərbaycan respublikasında –9 milyondan yuxarıdır, Cənubi Azərbaycanda və digər bölgələrində təqribən 30 milyondur.
Azərbaycan ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə əlaqələndirən çox əlverişli hərbi-strateji mövqedə yerləşməsi, həm də zəngin yeraltı və yerüstü sərvətlərə malik olması azərbaycanlıların tarixi müqəddaratında dərin iz buraxmışdır. Ayrı-ayrı tarixi dövrlərdə Azərbaycanın torpaqlarını işğal etməyə və burada möhkəmlənməyə çalışan böyük dövlətlərin (İran, Bizans İmperiyası, Ərəb xilafəti, Rusiya imperiyası, SSRİ və b.) Qafqazı azərbaycanlılardan «təmizləmək» siyasəti nəticəsində daim təqiblərə, repressiyalara, sürgünlərə, repressiyalara, soyqırımlara məruz qalan azərbaycanlılar dünyanın müxtəlif ölkələrinə səpələnmişlər.
Hazırda azərbaycanlılar doğma vətənləri olan Azərbaycan respublikası (Şimali Azərbaycan) və Cənubi Azərbaycanla yanaşı,toplu halda ən qədim zamanlardan başlayaraq İranın müxtəlif bölgələrində, İraq, Şərqi Anadolu, Gürcüstan (əsasən ölkənin cənub şərqindəki tarixi Borçalı mahalı ərazisində), Dağıstan və başqa yerlərdə yaşayırlar. Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri və müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlılar, Azərbaycanı Türkiyədən ayrı salmaq məqsədi ilə, Türkiyə ilə həmsərhəd olan qərbi Azərbaycan torpaqlarından zorla sürgün olunmuş, həmin ərazidə əvvəlcə «Erməni vilayəti» , sonra isə erməni dövləti yaradılmışdır.
Azərbaycanlıların vahid bir xalq kimi formalaşması prosesi şimaldan Baş qafqaz dağları, cənubdan Sultaniyyə-Zəncan-Həmədan hüdudları, qərbdən Anadolu aə Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi, şərqdən Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir.

Azərbaycan ərazisi, bu diyarın dünyanın Ən qədim insan məskənlərindənbiri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış aşel dövrünə Aid qədim insanın (Azıx Adamı və ya azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi «Avropanın Ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir.
B.e.əvvəl III-II minilliklərdə indiki cənubi Azərbaycan ərazisində Lullubey və Qutilər yaşamışlar. Sonralar bu ərazidə onların varisləri olan Mannalılar məskunlaşmışdır. Onlardan bir qədər cənub-şərq tərəfdə Midiyalılar yerləşirdilər. Lullubeylərin şərq qonşuları kassitlərə qohum olan Kaspilər yaşayırdılar ki, bu ərazi də həmin tayfaların adı ilə Kaspiana adlanırdı. Araz çayının cənub qolu olan Qarasu çayı vadisində kadusi tayfaları yaşayırdılar.
Azərbaycan dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı tənqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk tafa birlikləri, dövlət qürumları hələ e.ə. I minilliyin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit-Skif) şahlığı, albaniya, Atropatena kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanın etnik-siyasi tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərində çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Gəlmə əhali mühüm hərbi strateji əhəmiyyətə malik olan məntəqələrdə və məhsuldar torpaqlarda yerləşdirildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin təqribən 600 il ərzində aramsız olaraq davam etmiş İran və Ərəb zülmü Azərbaycan xalqının təşəkkülü prosesini dayandıra bilmədi. İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş Verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə azadlıq mübarizəsi ölkənin türk və qeyri türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi surətləndi.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. İlk oğuzlar Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin Dərbənd keçidi vasitəsilə, habelə Böyük qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışlar.
YII əsrdə islam dininin qəbul olunması vahid xalqın və Dinin təşəkkülünə təkan verdi və bu prosesin surətlənməsinə həlledici təsir döstərdi.
Xilafət ağıldıqdan sonra IX əsrin ortalarından azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Azərbaycan türk dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq (879-941) Azərbaycan torpaqlarının türk dövlətinin- Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin dahainləşməsinə, etn6ik fərqlərin aradan çıxması və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərmişdir.
XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta asiyadan aralıq sahillərinə və Dərband keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən böyük səlcuq iperatorluğu yarandı. Səlcuq dövü Azərbaycanın tarixi müqəddaratında tarixi bir rol oynadı. Xristian amili ümumiyyətlə Cənubi Qafqazda tənəzzülə uğradı. Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar.Eyni kökdən olan oğuz səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdı. Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi qafqazda, o cümlədən Azərbaycanda başlıca ünsiyyət vasitəsinə çevrildi.
Böyük səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən şirvanşahlar və eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin Ən qüdrətli dövlətinə çevrilən Eldənizlər dövləti Azərbaycan xalqının etnik siyasi tarixində xüsusitlə böyük rol oynadı.
XY-XYIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, azərbaycanlıların hərba siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi tərəqqisinə əlverişli şərait yaradırdı.
XYIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə- xanlıqlara parçalandı. Ölkənin hərbi siyasi tənəzzül dövrü başlandı. Bundan istifadə edən İran və rusiya Azərbaycanı öz aralarında qanlı müharibələr meydanına çevirdilər. Gülüstan (1813), və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü. Şimali Azərbaycan rusiyaya, Cənubi Azərbaycan isə İrana qatıldı. Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı. Rusiya şərqə doğru daha da irəliləmək üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxartmaq siyasəti yeritməyə başladı. Bunun üçün Cənubi Qafqazın xristian əhalisinə – ermənilərə və gürcülərə arxalandı. Burada xristian amili yenidən dirçəldi. Rusiya Cənubi qafqazda özünə dayaq nöqtəsi yaratmaq üçün Azərbaycan porpaqlarına xüsusən Qarabağın Dağlıq rayonlarına, keçmiş irəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisini köçürtdü. Qərba Azərbaycan torpaqlarında «Erməni vilayəti» yaradıldı. Bununla da Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bir çox mubarizələrdən sonra 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk Demokratik respublika- Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin bolşevik Rusiyası Azərbaycan dövlətini qan içində boğdu. Sovet rusiyası tərəfindən işğal olunan Azərbaycan torpaqlarında Azərbaycan Sovet Sosialist Respublikası, Qərbi Azərbaycan torpaqlarında isə Ermənistan SSR yaradıldı. Beləliklə 1948-1953-cü illərdə azərbaycanlılar – öz torpaqları olan Qərbi Azərbaycandan kütləvi surətdə sürgün olunmağa başladılar. Bundan başqa 1988-1989 cu illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan qovuldu. Qərbi Azərbaycan ın «azərbaycanlılardan» təmizlənmə prosesi başa çatmış oldu. 1990-cı ilin 19-20 yanvarında Ən müasir silahlarla silahlanmış sovet qoşunları Bakıya yeridildi. İşğalçılar silahsız xalqa divan tutdular. İhğalçılara qarşı ümumxalq nifrəti daha da alovlandı.Bununla da Şimali Azərbaycanda 1991-ci il oktyabrın 18-də – Müstəqil Azərbaycan Respublikası yarandı. Çox təəssüflər olsun ki, hal hazırda torpaqlarımızın 20% erməni işğalı altındadır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

  • Teqlər:
  • azərbaycanlılar
  • , etnoqrafiya

Comments are closed, but trackbacks and pingbacks are open.