Tarixin yaddaşı: Lələtəpədə bayrağımız ilk dəfə necə dalğalandırılıb? FOTO
Uşaq 3 saat ərzində tərpənməyibsə, narahat olmayın. Çox güman ki, uşaq yatır. Lakin uşaq 12 saat ərzində heç tərpənməyibsə, dərhal həkimə müraciət edin!
Dölün tərpənməsi
Dölün ilk tərpənməsi hamiləlik zamanı ən həyacanlı, ən unudulmaz hisslərdən biridir.
Dölün ilk tərpənməsi adətən qadın tərəfindən bağırsaqlarda yelin yerdəyişməsi kimi hiss olunur.
Döl hamiləliyin 8-ci həftəsindən başlayaraq hərəkət edir. Lakin o, hələ ki çox kiçikdir və dölyanı sularda üzdükdə uşaqlığın divarlarına toxunmur. İnkişaf etdikcə dölün çəkisi artır, döl daha güclü hərəkətlər etməyə və uşaqlığın divarlarına toxunmağa başlayır. İlk hamiləlikdə bu təxminən hamiləliyin 20-ci həftəsində baş verir, təkrar hamiləliklərdə – 2 həftə tez. Arıq qadınlar dölün tərpənməsini daha tez, kök qadınlar isə dəri altı piyin çox olmasına görə daha gec hiss edə bilər.
Ciftin yerləşməsi də burada müəyyən rol oynayır. Cift uşaqlığın ön divarında yerləşdikdə dölün tərpənməsi daha gec hiss olunur.
Döl ilk dəfə tərpəndikdə bu günü yadınızda saxlayın və təqvimdə qeyd edin. Həkim mütləq bu haqda sual verəcək. Bu çox vacib tarixdir. Bu tarixə əsaslanaraq doğuşun təxmini gününü təyin etmək mümkündür. İlk hamiləlikdə bu tarixə 20 həftə, növbəti hamiləliklərdə 22 həftə əlavə olunur.
Dölün tərpənməsindən onun yerləşməsini başa düşmək olar. Dölün ən fəal hərəkət etdiyi yerdə ətraflar (ayaqlar) yerləşir. Əgər dölün ən aktiv təkanları diafraqmaya (döş boşluğunu qarın boşluğundan ayıran əzələ) yaxın hiss olunursa, bu o deməkdir ki, uşağın başı aşağıdadır. Əgər ən aktiv təkanlar qarının aşağı hissəsində hiss olunursa, deməli, uşağın başı yuxarıdadır. Nəzərinizə çatdıraq ki, hamiləliyin 34-cü-35-ci həftəsinə kimi uşaq doğuş üçün lazım olan vəziyyətini (başı aşağı olmaqla) tuta bilər.
Hamiləliyin 24-cü həftəsindən təxminən 32-ci həftəsinə kimi uşaq çox fəal olur, çox hərəkət edir. Daha sonra isə “ev” böyümüş uşaq üçün dar olur və onun aktivliyi getdikcə azalır. Doğuşa yaxın həftədə uşaq çox az hərəkət edir. Lakin bu hərəkətlər mütləq hiss olunmalıdır!
Adətən qadınlar uşağın tərpənməsini oturaq və ya uzanaq vəziyyətdə daha yaxşı hiss edir. Bəzən qadınlar şikayətlənir ki, ev işləri görəndə uşaq hiss olunmurdu, uzanan kimi isə çox aktiv tərpənməyə başladı. Bu normal haldır. Qadın gəzdikdə, ev işləri gördükdə onun qarnı yellənir və bu uşağın xoşuna gəlir, onu sakitləşdirir və yatızdırır. Hamiləliyin sonuna yaxın ana və uşaq adətən eyni vaxtlarda yatır və ayıq qalır.
Uşağın tərpənməsində olan dəyişikliklərə qadın mütləq fikir verməlidir. Əgər uşaq adi günlərdən fər qli şəkildə tərpənirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər. Çox güclü, qaydasız, narahat hərəkətlərdən sonra hərəkətlərin kəskin azalması və ya heç olmaması hipoksiyadan (oksigenin çatışmazlığı) xəbər verə bilər. Bu hal təhlükəlidir. Buna səbəb cift çatışmazlığıdır. Kəskin cift çatışmazlığı dölün həlak olmasına səbəb ola bilər.
Uşaq 3 saat ərzində tərpənməyibsə, narahat olmayın. Çox güman ki, uşaq yatır. Lakin uşaq 12 saat ərzində heç tərpənməyibsə, dərhal həkimə müraciət edin!
Ana bətnində olan uşağın hərəkətlərini başa düşməyə çalışmalıdır. Belə ki, əgər ana uzun müddət bel üstə uzanırsa, bu uşaqlığın damarlarının sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur və uşaq əziyyət çəkməyə başlayır. Bunu anaya “çatdırmaq” üçün döl daha çox hərəkət etməyə başlayır. Ana körpəni başa düşməli və vəziyyətini dəyişməlidir.
Ana onun bətnində olan uşaqla danışmalıdır. Bu uşağın xoşuna gəlir, onu sakitləşdirir. Uşağa mahnı oxuyun, nağıl danışın.
Hamiləliyin sonunda uşağın hərəkətləri bəzən anada diskomfort və hətta ağrılara səbəb olur. Bu halda bədəninizin vəziyyətini dəyişin, qarnınızı sığallayın, uşaqla bir qədər danışın.
Saglamolun.Az
Tarixin yaddaşı: Lələtəpədə bayrağımız ilk dəfə necə dalğalandırılıb? – FOTO
Azərbaycanın hərb tarixinə “Aprel döyüşləri” kimi yazılan savaşın başlamasından növbəti il ötür.
Həmin döyüşlərdə iştirak edən kəşfiyyat qrupunun komandiri Asim Əliyev Lələtəpə yüksəkliyində ilk bayrağın necə dalğalandırılması haqda Bizim.Media-nın əməkdaşına danışıb.
“Düşmən təxribatı başlayanda biz dərhal cəbhəyə – Lələtəpə istiqamətinə getdik. Kazarmada bayraq götürüb bütün uşaqlarla öpüb gözümüzün üstünə qoyduq. Sonda həmin bayraq məndə qaldı. Əks hücum əməliyyatı əmri gələndə öz mövqelərimizdən düşmənin dayandığı Lələtəpə strateji yüksəkliyinə hərəkətə başladıq. Görünmədən sızaraq yüksəkliyin cənubundan yaxınlaşıb döyüşə başladıq”, – deyə o, qeyd edib.
“Düşmənin səngərinə atılıb yaxın məsafədən döyüşə başladıq. Onların atəş nöqtələrini susdurduqdan sonra yaxın səngər döyüşləri oldu. Demək olar ki, ərazini tam təmizlədik. Həmin döyüş tapşırığını o qədər surətlə icra etdik ki, düşmən nə baş verdiyini anlamırdı. Vahimə və təşviş içindəydilər. Təxminən saat altı radələrində sinəmdə gətirdiyim bayrağı çıxarıb silahdaşlarım Şükürov Rəşad, Babayev İlknur, Paşazadə Vüsalın köməkliyi ilə kiçik beton dirəyə bağladıq”, – Asim Əliyev deyir.
Döyüşçülər silahlarının sünbələri ilə Azərbaycan bayrağını kiçik dirəyə bərkidiblər. Məhz elə düşmənin yenidən hücum cəhdləri də ondan sonra başlayıb. Lakin qəhrəmanımız döyüşün ən yadda qalan anının məhz bayrağın dalğalandırılması olduğunu dilə gətirir:
“Bayraq dalğalanmağa başlayanda onun altında uzanıb öz komanda məntəqəmizə sarı baxdım. Sevinc səslərinin ardınca tanklarımızın səsini eşitdim. Qürurdan axan göz yaşlarım özümdən ixtiyarsız gözlərimi doldurmuşdu. Bayrağımızı görən düşmən durmadan əks hücumlar təşkil edir, koordinatlarımızı şiddətli atəş altında saxlayırdılar. Buna baxmayaraq Azərbaycan ordusu öz gücünü göstərdi. Həmin döyüşdə düşmənin yüzdən çox meyiyi qalmışdı”, – Asim Əliyev xatırlayır.
Bu döyüşə qədər düşmən təxribatlarının ardı-arası kəsilmirdi. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələri mütəmadi olaraq atəşə məruz qalırdı. Düşmən təxribatının qarşısını alan Azərbaycan ordusu iki istiqamətdə əks-hücum əmrini uğurla yerinə yetirib. Əməliyyatlar zamanı düşmənin əlində olan strateji yüksəkliklər azad edilib. Bir neçə istiqamətdə dinc yaşayış məntəqələri atəş altından çıxarılıb.
Uzun illər sonra Azərbaycan ərazilərinin bir qismi işğaldan azad edilib. Cənub cəbhəsində isə strateji Lələtəpə yüksəkliyi azad edilməklə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulub. İnsanlar doğma yurduna köç edib. Bu isə gələcəkdəki növbəti uğurların addım səsləri – zəfər müjdəçisi idi.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
Comments are closed, but trackbacks and pingbacks are open.