N Yaxşı İngilis Dilini Oyrenmek Metodları ✅
Hal-hazirda məktəblərdə 1 ci sinifdən İngilis dili tədris edilir. Təbii ki daha yaxşı dil biliklərinə sahib olmaq üçün öyrəndiklərimizi daha da təkmilləşdirməliyik.
İngilis dili səviyyəniz nədir?
İngilis dili qəribədir. Baxmayaraq ki, bunu ətraflı düşünərək başa düşmək olar.
Sən həqiqətən İngilis dilində mükəmməl danışırsan? 25 suala doğru cavab verə bilərsən? İngilis dilini nə qədər yaxşı bildiyini yoxla !
When will you be ready?
Yesterday, before dinner.
Can you see the city?
My husband will be dining with me.
You look wonderful!
Which restaurant are you going to?
Did you enjoy your meal?
When should we leave for the conference?
We’ll take a cab.
First thing in the morning.
At the Convention Center.
Do you prefer soup or salad?
Is there another option?
Sounds good to me!
I don’t know, are you going too?
It’s best if we talk about it now.
Aren’t you going?
I haven’t decided.
Mary should be included in the conversation.
The sun was _________ brightly when I went to the beach.
Ən Yaxşı İngilis Dilini Oyrenmek Metodları ✅
Bu gün İngilis dilini oyrenmek, İngilis dilini bilmək həm çox insanın istəyi, həmdə məcburiyyətidir. Çünki İngilis dilini bilmədən Azərbaycanda kənara çıxmaq olmur. Elə Azərbaycanın özündə də İngilis dilini bilmədən iş tapmaq çətindir demək olar. Çünki özəl iş yerlərinin deyə bilərik ki hamısı dil biliyi əsasəndə İngilis dilini tələb edir. İngilis dili bizə gündəlik həyatımızda da lazım olur. Məsələn internetdə nese axtaranda və yaxud bəzi əşyalar haqqında məlumat almaq istədikdə bəzi elektrik əşyalarını idarə etmək üçün. İngilis dilini azda olsa bilmək bizə hər sahədə lazımdır.
➡️ İngilis dilini öyrənmək üçün hardan başlamaq lazımdır?
Hal-hazirda məktəblərdə 1 ci sinifdən İngilis dili tədris edilir. Təbii ki daha yaxşı dil biliklərinə sahib olmaq üçün öyrəndiklərimizi daha da təkmilləşdirməliyik.
İngilis dilini öyrənməyin yollarından biri də kurslara getmək və praktik dərslərlə məşğul olmaqdır. Bugün ölkəmizdə İngilis dilini öyrənmək üçün yüksək keyfiyyətli kurslar fəaliyyət göstərir.
Bəzən insanlar sınaqlar və ya iş müsahibəsi üçün 2-3 aya İngilis dilini öyrənmək, səlis danışmağa çalışırlar. Bəs bu mümkündürmü? Bəli hərşey sizdən, sizin intensivliyinizdən aslıdır.
➡️ İngilis dilini kursa getmədən hansı yollarla öyrənmək olar?
Dil öyrənmək üçün kursa getmək şərt deyil. Siz istənilən xarici dili siz özünüzdə fərdi şəkildə öyrənə bilərsiniz.
NECƏ?
Filmlərə baxaraq. İngilis dilində film izləmək sizə dili öyrənməkdə çox kömək edə bilər. Film izləyərək siz sözlərin necə səsləndiyini eşidə və yeni sözlər öyrənə bilərsiniz. İngilis dilini oyrənməyə filmlərə subtitirlərlə baxmaqla başlaya bilərsiniz,amma subtitirləri söndürsəniz daha tez öyrənə bilərsiniz.
İngilis dilində kitablar. İngilis dilini oyrənməyin yollarından biridə bu dildə kitablar oxumaqdır. Kitablar İngilis dilini öyrənmə səviyyələrinə görə qruplara ayrılır. Siz dili bilmə səviyyənizə görə kitab seçə bilərsiniz.
Aşağıda sizə kömək ola biləcək bəzi kitabları qeyd edəcəm.
- Agatha Christie Woman of Mystery – John Escott
- Arthur Conan Doyle- A Case of Identity
- Charles Dickens- A Christmas Carol
- Clement D B Gina – Halloween Horror
- David Levithan-The Mummy
- Ruth Hobart-Cinderella
- Bruno Anthony- Seven
- Charles Dickens – David Copperfield
- Dewey Gram- Gladiator
- Leo Tolstoy – Anna Karenina
Bunlar kitabların bir qismi və biraz daha sadələridir.
İngilis dilini oyrenmek yollarından biri də telefonunuza yükləyəcəyiniz bəzi proqramlardır.
Bəzi proqramlar varki siz onlarla İngilis dilini rahatlıqla öyrənə bilərsiniz. Həm rahat, həm asand. Proqramlar haqqında aşağıdakı məlumat var.
- Duolingo – dünyanın məşhur dil öyrənmə proqramıdır. İkidilli insanlar yetişdirmək üçün nəzərdə tutulan bu proqramda bildiyiniz bir dil vasitəsi yeni bir dil öyrənə bilərsiniz. Proqramdan istifadə pulsuzdur. Dil interaktiv üsulla danışma, dinləmə, oxuma və yazmaq qaydalarına əsasən öyrədilir. İstədiyiniz zaman, istədiyiniz yerdə öyrənə bilərsiniz.
- Memrise – Proqram Google Play Store tərəfindən 2017-nin ən yaxşı tətbiqi seçilmişdir. Proqramda onlarla fərqli dil öyrənə bilərsiniz. Memrise- in İngilis kursu 7 hissədən ibarətdir. 7 bölümündə bitirsəniz B1/B2 arasında bir səviyyəyə sahib ola bilərsiniz.
- Quizlet – Tədbiqlə siz yalnız bir dil deyil həmçinin istədiyiniz hər hansı mövzunu da öyrənə bilərsiniz. Quizlet məzmunu ilə tanış olmaq – test gününə hazır olmağınıza kömək edəcək mütəxəssislər tərəfindən hazırlanıb.
- Hello Talk – Danışaraq dil öyrənə biləcəyiniz proqramda dünyanın hər yerindən dil öyrənmək istəyən insanlarla görüşə bilərsiniz. Tətbiq pulsuzdur. Proqram həm yazılı, həmdə səsli olaraq rabitə qurmanızı təmin edir.
- Voscreen – Proqram sizə alt yazılı videolar göstərir. Videolar istəyinizə görə alt yazılı istəsəniz yalnız səsli, həm ingiliscə, həm azərbaycanca tərcüməsinə baxa bilərsiniz. Tətbiq videoları səsləndirir və sizə düzgün tərcüməni seçmək imkanı verir.
Onlayn yazışma dostları(pen-pallar) – Pen-pallar sizin dilinizi öyrənmək istəyən insanlardır. Siz onlara məktub və ya e-mail yazırsınız, onlarda sizə cavab verirlər. Məktubun yarısını öz dilinizdə yazırsınız ki onlar öyrənə bilsin, yarısını da ingilis dilində yazırsınız ki özünüz İngilis dilini öyrənə biləsiniz.
İngilis dilini oyrenmek üçün fikrinizi qrammatikaya verməyin. Siz vaxtınızı qrammatika öyrənməyə sərf etsəniz vaxt itirəcəksiniz. Çünki çox insan mükəmməl qrammatika ilə danışmır. Hətta az insan normal qrammatikaya uyğun danışır. Səhv danışın eybi yox. yavaş-yavaş düzgün danışmağı öyrənəcəksiniz.
YouTube kanalları vasitəsilə ilə də İngilis dilini oyrenmek daha asandır.
İELTS – hazırlaşmaq, imtahan vermək üçündə İngilis dilini yaxşı öyrənmək lazımdır. İELTS-ə hazırlaşmaq üçün müxtəlif mövzularda hazırlanmış videoları YouTube – da alt yazılı izləyə bilərsiniz.
➡️ Rus dili oyrenmek üçün isə digər yazımıza baxa bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.