Press "Enter" to skip to content

İqtisadi Sistem Nədir

Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca «Methodos» sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis filosofu F. Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir fanardır. İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin araşdırılmasında özünəməxsus metodlardan istifadə edir. Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çulğaşan hadisələr kimi fəaliyyət göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya 6 metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdirir. İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil (analiz) edilir, onun mühüm cəhətləri və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni vahid iqtisadi sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə həyata keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında ümumi bilik əldə edə bilirik. İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də tarixi və məntiqi metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, kateqoriyaları, onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu üsulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini nəzərə almaqla, onları məntiqi metodun vasitəsilə araşdırır. Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də induksiya və deduksiyadır. İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ «iqtisadi qanun», «prinsip» və «modellər» çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir. Deduksiya – latın dilindən alınan və «hasiletmə» mənasını daşıyan bir sözdür. Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir. İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə olunur. İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü iqtisadi fəaliyyətinə və davranışlarına fəal təsir göstərir.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə­lə­ba­­tı­nın ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün mü­na­si­­bət­lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir . O, hər şey­dən əv­vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi­si­dir. Iq­tisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana­­to­mi­yasını təşkil edir. Iqti­sadi münasibətlərin spesifikası nəinki məh­­sul­la­rın yaradıl­masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə­sər­rüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimul­ların müx­tə­lif for­malarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste­min səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy­yət­lə­ri­ni əks etdirir. Iqtisa­diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq­­liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə­­sərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, is­teh­­salatların iqtisadiyyatlarını da fərq­lən­dirmək lazımdır. Buna kənd tə­sər­­rüfatında bitkiçilik və heyvandar-lı­ğın iqtisadiyyatlarını misal gös­tər­mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir­­liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir­ma­­ların, birliklərin, müəssisələrin, səhm­dar cəmiyyət­lərinin də iq­ti­sa­diy­­yatları vardır. Ev təsərrüfa­tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrə­nən iq­tisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun ob­yek­tiv q­anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sa­hə­lə­rində baş verən prosesləri, hadi­sələri nəzəri cəhətdən təhlil edir, müx­tə­lif tə­yi­nat­lı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr iş­lə­yib ha­zır­layır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bö­lü­nür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanun­la­rın dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsas­lan­­dır­maqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi ta­­ri­x, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.

Cəmiyyətin inkişafında iqtisadiyyatın rolu. İqtisadi nəzəriyyənin predmeti

Bəşəriyyət meydana gəldiyi gündən insanlar həm təbiə­tin, həm də cəmiyyətin sirlərini öyrənməyə çalışmışlar. Indi ha­mı­ya məlumdur ki, elmlə, incəsənətlə, siyasətlə məş­ğul olmazdan əvvəl, yemək şeylərinə, paltara, ayaqqabıya, yanacağa, mən­zilə və başqa nemətlərə malik olmaq la­zım­­dır. Buradan ay­dın olur ki, yaşamaq üçün ən zə­ru­ri nemətlər istehsalı insan cəmiyyəti həyatının əsasını təşkil edir. La­kin bu nemətlər insanlara hazır halda verilmir. On­la­rı in-sanların özləri, həm də bir-birilərindən ayrılıqda, təkbə­tək deyil, qruplar, kollektivlər şəklində, yəni birlikdə istehsal edirlər. Bu məqsədlə, onlar möv­cud təbii və maddi ehtiyatlardan–mineral xam­mal eh­tiyatları, işçi qüvvə­si, idarəet­mə bacarığı, maşın və ava­dan­lıq­lar, torpaq və s.isti­fa­də edirlər. Lakin iqtisadi ehtiyatların məhdud miqdarda olması is-tənilən qədər nemətlər istehsal etməyə və ideal cəmiyyət ya-ratmağa imkan vermir. Çünki cəmiyyətin tələbatı sonsuzdur və o, is­tehsal imkanlarına nisbətən daha sürətlə artır. Bu isə mütləq mə­na­da nemətlər bolluğunun yaradılmasını qeyri-mümkün edir.
Bütün bunlara əsasən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyət hər cür tələbatı deyil, normal, şüurlu tələbatı ödəməyi qarşısına məqsəd qoy­­malıdır.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə­lə­ba­­tı­nın ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün mü­na­si­­bət­lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir. O, hər şey­dən əv­vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi­si­dir. Iq­tisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana­­to­mi­yasını təşkil edir. Iqti­sadi münasibətlərin spesifikası nəinki məh­­sul­la­rın yaradıl­masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə­sər­rüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimul­ların müx­tə­lif for­malarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste­min səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy­yət­lə­ri­ni əks etdirir. Iqtisa­diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq­­liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə­­sərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, is­teh­­salatların iqtisadiyyatlarını da fərq­lən­dirmək lazımdır. Buna kənd tə­sər­­rüfatında bitkiçilik və heyvandar-lı­ğın iqtisadiyyatlarını misal gös­tər­mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir­­liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir­ma­­ların, birliklərin, müəssisələrin, səhm­dar cəmiyyət­lərinin də iq­ti­sa­diy­­yatları vardır. Ev təsərrüfa­tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrə­nən iq­tisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun ob­yek­tiv q­anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sa­hə­lə­rində baş verən prosesləri, hadi­sələri nəzəri cəhətdən təhlil edir, müx­tə­lif tə­yi­nat­lı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr iş­lə­yib ha­zır­layır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bö­lü­nür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanun­la­rın dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsas­lan­­dır­maqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi ta­­ri­x, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.

Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrin­dən xüsusi və kon­kret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funk­sio­­nal (maliyyə və kredit, pul təda­vülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkə­lərin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsər­rüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamət­lərinə gö­rə təs­nif­ləşdirilir.
Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. La­­kin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunma­sın­da iqtisadçılar arasında yekdil fikir yoxdur.
Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanun­la­rı, fi­zio­kratlara görə həm mübadilə, həm də isteh­sa­lın idarə edilməsi ilə əla­q­ədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və is­teh­­sal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif si­­niflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm ol­du­­ğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi mə­sə­lə­lə­­rə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, böl­­gü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haq­qın­­da fikir formalaşmışdır.
Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sa­­də­cə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisa­d­çı­­sı, Nobel mükafatı laureatı Pol Samuelso­nun dərsliyi məhz bu ad al­tın­­da 20 dəfəyə qədər nəşr olun­muş­dur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində on­­dan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı al­tın­­da xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəy­­yən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bil­­məz və buna ehtiyac da yoxdur». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən tə­rif­lər­dən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uza­da bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul söv­də­ləş­­mələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elm­dir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşa­maq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öy­rən­­mələri haqqın­da elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sa­hə­­sində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bil­məsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə is­teh­­lak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bö­­­lüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyat­lar­dan məhsuldar is­ti­fa­də olun­ması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və əra­zi­lə­­rin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olma­yaraq, təsərrüfat­çı­lı­ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərc­lərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi prob­­lemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yox­­sulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hö­ku­mət tərəfindən tənzimlənməsi və xalqın həyat sə­viy­yə­si­­nin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan sə­­mərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məh­dud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, ya­xud da onların idarə edilməsi problemlərini öyrənir.

Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirərək demək olar ki, iqtisadi nəzəriyyə cəmiyyətin tələbatını maksimum dərəcədə ödəmək məqsədilə məhdud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması və onların idarə edilməsi prosesində insanlar arasında meydana çıxan qarşılıqlı münasibətləri öyrənir. İqtisadiyyatı öyrənmə, dərketmə baxımdan yanaşdıqda onu mikroiqtisadiyyat, makroiqtisadiyyat, mezoiqtisadiyyat və meqoiqtisadiyyat sahələrinə bölmək olar. İdarəetmə baxımdan da iqtisadiyyat bu hissələrə bölünür:

M İ K R O İ Q T İ S A D İ Y Y A T – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarə edilməsi deməkdir. Burada istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb- təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
M A K R O İ Q T İ S A D İ Y Y A T – həir ölkənin və regionun iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyənin, ölkənin, milli iqtisadiyyatı ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai istehsalın məcmusu, milli gəlir, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunması və s. kimi problemlər öyrənilir.
M E Z O İ Q T İ S A D İ Y Y A T – makroiqtisadiyyatın yarım sistemidir, bir- biri ilə üzvü bağlı sahələr kompleksidir. Bura ASK, aqrar- biznes, hərbi sənaye kompleksi və s. daxildir. Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. Hərbi sənaye kompleksi hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
M E Q A İ Q T İ S A D İ Y Y A T – dünya təsərrüfatını, yəni beynəlxalq miqyasda iqtisadiyyatı öyrənir.

  • Teqlər:
  • iqtisadi nəzəriyyə
  • , ekonomiks

İqtisadi Sistem Nədir

Cəmiyyətdə qarşılıqlı faydalı əməkdaşlıq elmini öyrənən iqtisadçılar hələ iqtisadi sistemin nə olduğu sualına cavab verə bilmirlər. Ümumiyyətlə, cəmiyyətin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönələn tədbirlər kompleksi kimi başa düşülür. İqtisadi sistem nədir “İqtisadi sistem” ifadəsinin hələ də dəqiq bir tərifi yoxdur. Birincisi texnoloji olan bu konsepsiyanın tərifinə müxtəlif yanaşmalar var. Bu vəziyyətdə iqtisadi sistem bir-biri ilə təmasda olan və öz aralarında iş vəzifələrini bölüşən bir fəaliyyət sahəsidir. Buradakı əsas çətinlik təşkilati və texniki əlaqələrin mövcud olması lazım olan ideal istehsal bölgüsünün axtarışıdır. İqtisadi sistem burada mövcud mülkiyyətə uyğun olaraq müəyyən malların alınmasına kömək edən bir sıra metodlar kimi başa düşülür. Eyni zamanda, belə bir kompleksin dominant mülk növlərindən asılılığını da nəzərə almaq lazımdır. Aşağıdakı yanaşma sistemi mövcud baza əsasında bir növ mal (daha çox maddi) yaratma yolu kimi başa düşür. istehsalçılar arasındakı əməkdaşlıq və onlar üçün xarakterik olan münasibətlər. İstehsalçıların mallarla müxtəlif növ əməliyyatlar aparmaq üçün uyğun münasibətlər qurmasına kömək edə biləcək köməkçi vasitələri ilə işbirliyi metodu vacib bir amildir. Bu məsələnin öyrənilməsinə həsr edilmiş Qərb ədəbiyyatında başqa bir yanaşma ortaya çıxdı. “İqtisadi sistem” ifadəsi burada “iqtisadi sifariş” ifadəsinə bərabərdir. Bu konsepsiya iqtisadiyyatın dominant komponentlərinin (sənaye müəssisələri, kiçik və böyük müəssisələr və s.) Əməkdaşlıq normalarını müəyyənləşdirən normativ sənədlər toplusu kimi deşifrə olunur. Bundan əlavə bu terminin tərifinə inteqrasiya olunmuş yanaşma fərqlənir. Bu vəziyyətdə iqtisadi sistem öz mənbələri və iş qaydaları sayəsində cəmiyyəti lazımi mal və xidmətlər ilə təmin edə bilən bir qrup qrupdur. Bu sistemin əsas funksiyaları mal istehsalını inkişaf etdirmək, koordinasiya etməkdir. iqtisadiyyatın komponentləri, əhalinin maddi təminatını yaxşılaşdırmaq, əlavə iş yerləri yaratmaq və cəmiyyətin inkişafı üçün müsbət amillər yaratmaqdır.

İqtisadi nəzəriyyənin predmeti və metodu İqtisadiyyatın cəmiyyət həyatında rolu

İqtisadi nəzəriyyənin öyrəndiyi obyekt iqtisadiyyatdır. Lakin iqtisadi həyat elə bir məürəkkəb canlı orqanizmdir ki, burada insanların iqtisadi fəaliyyəti başqa fəaliyyət növlərilə – ideoloji, siyasi, mədəni, inzibati və s. fəaliyyətlərlə çulğaşır və təsir göstərirlər. Başqa sözlə, cəmiyyətdə iqtisadi münasibətlər «xalis» şəkildə deyil, başqa münasibətlərlə qarışıq bir sistemdə özünü göstərir. İqtisadi nəzəriyyənin də vəzifəsi bu sistemdən insanın iqtisadi fəaliyyət formalarını, iqtisadi münasibətlərini seçib götürmək və araşdırmaqdır. Bununla da iqtisadi nəzəriyyə elmi üsullarla öz predmetini və funksiyalarını müəyyənləşdirir. Bu elmin klassiklərinin nəzəri prinsiplərindən çıxan ümumi nəticəyə görə iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onların inkişaf qanunauyğunluqlarını öyrənən elmdir. İqtisadi münasibətlər insanların şüurlu, məqsədli fəaliyyət sahələrini əhatə edən münasibətlərdir. Bu münasibətlər insanların yaşaması və həyat sürməsi üçün bir zərurətdir. İqtisadi nəzəriyyə bir humanitar elm kimi insanı, onun iqtisadi fəaliyyətini, həyat tərzini, davranışını öyrənməlidir və öz predmetinə daxil etməlidir. Bu baxımdan iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə müxtəlif mövqelərdən yanaşılır. Klassiklərdən başlamış bu günə qədər iqtisadi nəzəriyyənin predmetinə və öyrəndiyi obyektə dair müxtəlif nəzəri fikirlər irəli sürülmüşdür. Böyük Azərbaycan alimi N.Tusi (XIII əsr) və ərəb sosioloqu İbn Xəldun (XIV əsr) insanın iqtisadi fəaliyyətini cəmiyyətin inkişafının təməli hesab etmişlər. N.Tusi iqtisadiyyatın öyrənilməsini «İctimaiyyat» adlandırdığı elmin obyekti hesab edir və yazır ki, «Bu elmin obyekti (mövzusu) ictimai əməklə birləşən və beləliklə, istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. Hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, – rəftar və davranışında səhvlərə yol verməsin» (Əxlaqi-Nasiri, səh. 210). Tusinin iqtisad elminə verdiyi bu tərifdə «İqtisadi münasibətlər sistemi», «İnsanın iqtisadi fəaliyyəti və idarəetməsi», «İnsanın rəftar və davranışı» kimi anlayışlar mühüm yer tutur. Bütün bunlar isə çox müasir və iqtisad elminə verilən təriflərə xeyli uyğun gələn fikirlərdir. Bunu da xatırlatmaq istərdik ki, iqtisad elmi tarixində həmişə sərvət, onun mənşəyi, bölgüsü və istifadə olunması Şərq və Qərb klassiklərinin araşdırma obyekti olmuşdur. İlk dəfə iqtisadiyyatı bütöv şəkildə götürüb araşdıran A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) sərvəti iqtisadi nəzəriyyənin predmeti hesab etmişlər. Onlar sərvətin istehsalı, artırılması, bölgüsü, mübadiləsi və istehlakı proseslərini bir sistem şəklində araşdırmış və onun inkişaf qanunlarını aşkara çıxarmışlar. Sərvət dedikdə, onlar maddi nemətlərin istehsalı, bölgüsü və istehlakını nəzərdə tuturdular. Lakin, sərvət geniş anlayışlı bir məfhumdur. O, maddi nemətləri, bütün faydalı şeyləri, hava, su, torpaq kimi təbii resursları da əhatə edir. Lakin, sərvətin 4 ən başlıca növü insanın özüdür, onun bacarığı, mənəvi və mədəni səviyyəsidir. Məşhur alman iqtisadçısı F.List (XIX əsr) haqlı olaraq yazır ki, «Sərvət adlandırılan bütün şeylərin mənəvi əsaslarını ləğv etsək, onda biz ölü bir varidat əldə edərik». Klassiklər sərvəti «ölü bir varidat» kimi iqtisad elminin predmetinə daxil etməyiblər. Onlar insanı, onun iqtisadi və mənəvi maraqlarını, həyat tərzini, davranış qaydalarını da araşdırıb qiymətli fikirlər yürütmüşlər. Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf etdirib onun predmetini daha konkret şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş, əhatəli araşdıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qüvvələr və onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist siyasi iqtisad elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlərdir. K.Marks «Kapital» əsərində yazır: «Bu əsərdə mənim tədqiqat predmetim kapitalist istehsal üsulu və ona müvafiq olan istehsal və mübadilə münasibətləridir. Mənim əsərimin son məqsədi isə müasir cəmiyyətin hərəkətinin iqtisadi qanununu kəşf etməkdir». Burada «kəşf» olunan izafi dəyər qanunudur. F.Engels «AntiDürinq» əsərində iqtisadi nəzəriyyənin predmetini «. ən geniş mənada, bəşər cəmiyyətinin maddi həyat nemətlərinin istehsal və mübadiləsini idarə edən qanunlar haqqında elmdir» şəklində müəyyənləşdirmişdir. Müasir iqtisadi ədəbiyyatda, dərsliklərdə klassiklərin iqtisad elminə verdiyi təriflər inkar edilmir. Maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı yeni iqtisadi şərait baxımından araşdırılır, insan və onun tələbatının ödənilməsi ön plana çəkilir. Bir sözlə, müasir iqtisad elmi ən çox sərbəst bazar iqtisadiyyatını, onun fəaliyyət mexanizmini, modellərini, qanunlarını və prinsiplərini tədqiqat obyektinə çevirmişdir. Lakin, unudulmamalıdır ki, iqtisadi nəzəriyyə həyatın cari məsələlərini, keçici, təsadüfi hadisələri, ayrı-ayrı fərdlərin davranışını, tək-tək müəssisələr və firmaların iqtisadi fəaliyyətini öyrənmir. Bu elm necə deyərlər, təktək ağacları deyil, bütün meşəni öyrənir. Başqa sözlə o, bütövlükdə iqtisadiyyatın inkişafının başlıca qanunauyğunluqlarını və prinsiplərini müəyyənləşdirir. Müəssisə, firma, şirkət, ayrı-ayrı fərdlər və idarəetmə orqanları bu nəzəriyyənin verdiyi nəticələrdən faydalana bilərlər. İqtisadiyyat ona xas olan anlayışlar, kateqoriyalar və qanunlar vasitəsi ilə təhlil edilir və öyrənilir. İqtisadi nəzəriyyənin də başlıca funksiyası bu kateqoriya və qanunları üzə çıxarmaq və şərh etməkdir. İqtisadi anlayışlar, kateqoriyalar və qanunlar – iqtisadi nəzəriyyənin bünövrəsidir. İqtisadi nəzəriyyə bir elm kimi həyatın üzündə görünən hadisələrin təsvirindən ibarət deyildir. Çünki, iqtisadi həyatın üzdə görünən, gözlə seyr edilən hadisələri heç də onların daxili mahiyyətlərilə üst-üstə düşmür. Elmin vəzifəsi isə hadisələrin görünməyən tərəflərini, mahiyyətlərini aşkar etməkdir. Bu mahiyyətlər isə iqtisadi anlayışlar, kateqoriyalar və qanunlar vasitəsilə açılır və təhlil edilir. İqtisadi anlayış müəyyən iqtisadi hadisəni, prosesi ümumiləşdirmək və müəyyən terminlə ifadə etməkdir. Məs., mülkiyyət, istehsal, bölgü, əmtəə, pul, bazar, qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. «İqtisadi kateqoriya», «iqtisadi qanun», «iqtisadi prinsip» və sairə kimi işlədilən terminlər, 5 adlar da iqtisadi anlayışlardır. Bədii ədəbiyyatın obrazları insanlardır, iqtisad elminin «obrazları» isə iqtisadi anlayış və kateqoriyalardır. İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı-ayrı cəhətlərinin, tərəflərinin ümumiləşdirilmiş nəzəri ifadələridir. İqtisadi qanunlar iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiətdə olduğu kimi cəmiyyətdə də ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin, təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir göstərən qanunlardır. Bunlar insanların şüurlu, məqsədli fəaliyyətlərində özünü göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektiv qanunlar kimi fəaliyyət göstərirlər. Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir. Bütün hadisələr isə bir-biri ilə qarşılıqlı əlaqə və asılılıq şəraitində, daim inkişaf və hərəkətdə fəaliyyət göstərirlər. Bunların arasında təsadüfi, keçici, bir an fəaliyyətdə olan hadisə və əlaqələr də mövcuddur. Qanun isə baş verən hadisələr arasındakı hər cür əlaqəni deyil, onlarda sabit qalan, təkrar olunan ən mühüm səbəb-nəticə əlaqələrini ifadə edir. Deməli, qanun hadisələrin bütün cəhətlərini və tərəflərini yox, onların ən mühüm mahiyyətini əks etdirir. Məsələn, əmtəənin alqı-satqısına, qiymətinə çoxlu təsadüfi hadisələr təsir göstərə bilər. Lakin burada əsas cəhət onun istehsalına sərf edilən xərclər və faydalılığıdır.

Hər bir elm öz predmetini müəyyən metodların vasitəsilə öyrənir. Metod yunanca «Methodos» sözündən olub tədqiqat yolu deməkdir. Məşhur ingilis filosofu F. Bekon (XVII əsr) demişdir ki, metod yolçunun yolunu işıqlandıran bir fanardır. İqtisadi nəzəriyyə bir elm kimi iqtisadi hadisələrin və proseslərin araşdırılmasında özünəməxsus metodlardan istifadə edir. Cəmiyyətin iqtisadi həyatı milyonlarla hadisələr və proseslərlə doludur. Həm də bu üzdə görünən hadisələr çox qarışıq, bir-birilə çulğaşan hadisələr kimi fəaliyyət göstərirlər. Bu hadisələri müşahidə etmək, onların görünən və görünməyən tərəflərini fərqləndirmək, mühüm hadisələri təsadüfi keçici hadisələrdən ayıra bilmək elmi təfəkkürün vəzifəsidir. Bunun üçün birinci növbədə elmi abstraksiya 6 metodundan istifadə etmək tələb olunur. Elm tarixində sınaqdan çıxmış abstraksiya metodu vasitəsilə müşahidə edilən hadisələrdə mühüm olan tərəflər aşkara çıxarılır və nəzəri ümumiləşdirmələr aparılır. Elmi abstraksiya iqtisadi həyat hadisələrinin təfəkkürdə ümumiləşdirilməsi və onların anlayışlar, kateqoriyalar şəklində ifadə edilməsi metodudur. Bu metodla hadisələr öz konkret, keçici və təsadüfi tərəflərindən təcrid olunur, onlara xas olan ümumi mühüm cəhət aşkara çıxarılır. Abstrakt (mücərrəd) anlayışlar heç də məzmunsuz, mahiyyətsiz anlayışlar deyil. Bu anlayışlar iqtisadi gerçəkliyin müəyyən tərəflərini, mahiyyətini əks etdirir. İqtisadi nəzəriyyənin tətbiq etdiyi digər bir metod da analiz və sintez metodudur. Analiz metodunda iqtisadi münasibətlər vahid bir sistem halında götürülür və o, elmi təfəkkür yolu ilə müəyyən hissələrə, tərəflərə ayrılır. Bu halda iqtisadi sistemin hər bir tərəfi ayrılıqda təhlil (analiz) edilir, onun mühüm cəhətləri və mahiyyəti konkret olaraq araşdırılır. Sonra sintez etmək yolu ilə həmin cəhətlər və tərəflər yenə də iqtisadi sistemdə birləşdirilir. Bu proses yəni vahid iqtisadi sistemin bölünməsi və birləşdirilməsi təfəkkürümüz, fikrimiz vasitəsilə həyata keçirilir. Bu üsullarla biz bütöv bir iqtisadi sistem və forma haqqında ümumi bilik əldə edə bilirik. İqtisadi nəzəriyyənin istifadə etdiyi üsullardan biri də tarixi və məntiqi metoddur. Bu metod vasitəsilə iqtisadi nəzəriyyə müəyyən etdiyi anlayışları, kateqoriyaları, onların yarandığı tarixi ardıcıllıqla şərh edir. İqtisadi nəzəriyyə bu üsulla iqtisadi hadisələrin törəməsi, inkişafı və dəyişməsi prosesinin tarixi şəraitini nəzərə almaqla, onları məntiqi metodun vasitəsilə araşdırır. Müasir iqtisadi nəzəriyyədə araşdırma vasitələrindən biri də induksiya və deduksiyadır. İnduksiya-latınca «yönəltmə» mənasını ifadə edən bir anlayışdır. Bu metod vasitəsilə əvvəlcə iqtisadi problemlərə dair faktlar toplanır, seçilib sistemləşdirilir. Bu iş hələ «iqtisadi qanun», «prinsip» və «modellər» çıxarmaq üçün kifayət deyildir. Bundan sonra iqtisadi nəzəriyyənin vəzifəsi toplanmış faktları ümumiləşdirmək və izahını verməkdir. Deduksiya – latın dilindən alınan və «hasiletmə» mənasını daşıyan bir sözdür. Bu metod vasitəsilə toplanan faktlar əsasında nəzəri nəticələr, ümumiqtisadi prinsiplər və əməli fəaliyyət üçün tövsiyələr hazırlanır. Beləliklə, bu üsulla nəzəriyyədən həyatın faktlarına, bu faktlardan isə nəzəri ümumiləşdirmə və nəticələrə gəlmək mümkün olur. Bu həm deduksiya, həm də induksiya metodlarının birlikdə tətbiq edilməsi deməkdir. İqtisadi hadisə və proseslərin keyfiyyət və kəmiyyət tərəfləri mövcuddur. Bu hadisələrin keyfiyyət tərəfləri, mahiyyətləri yuxarıda göstərilən üsullarla dərk olunursa, kəmiyyət tərəfləri statistikanın, riyazi üsulların, modelləşdirmə və s. üsulların vasitəsilə dərk olunub aşkar edilir. Bu üsullar müasir iqtisadi nəzəriyyələrdə, makro və mikroiqtisadiyyat problemlərinin öyrənilməsində geniş istifadə olunur. İqtisadi nəzəriyyə fundamental, metodoloji bir elm sahəsidir. Onun əsas funksiyası iqtisadiyyatı bütövlükdə tədqiq etmək və nəzəri təhlilini verməkdir. Bu baxımdan o, insanların iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsədyönlü iqtisadi fəaliyyətinə və davranışlarına fəal təsir göstərir.
Cəmiyyətin ən zəruri və müxtəlif təyinatlı nemətlərə olan tə­lə­ba­­tı­nın ödənilməsinin əsasını isə iqtisadiyyat1 təşkil edir və bütün mü­na­si­­bət­lər sistemində iqtisadi münasibətlər həlledici yer tutur.
İqtisadiyyat ictimai həyatın xüsusi sahəsi kimi olduq-ca mürəkkəb quruluşa malikdir . O, hər şey­dən əv­vəl iqtisadi münasibətlərin toplusu, cəmiyyətin iqtisadi bazi­si­dir. Iq­tisa-diyyat özünün xüsusi qanunları əsasında fəaliyyət göstərir, cəmiyyətin inkişafında həlledici rol oynayır və onun ana­­to­mi­yasını təşkil edir. Iqti­sadi münasibətlərin spesifikası nəinki məh­­sul­la­rın yaradıl­masını, onun bölüşdürülməsi və istifadə olunmasını, həm də tə­sər­rüfatçılığın, istehsalın təş-kili, iqtisadi vasitə və stimul­ların müx­tə­lif for­malarının xüsusiyyətlərini şərtləndirir.
Iqtisadiyyat həm bütövlükdə iqtisadi siste­min səciy-yəvi cəhətlərini, həm də ayrıca götürülmüş bir ölkənin fərqləndirici xüsusiy­yət­lə­ri­ni əks etdirir. Iqtisa­diyyat istehsal (sənaye, kənd təsərrüfatı, tikinti, yük nəq­­liyyatı və s.) və qeyri-istehsal (təhsil, səhiyyə, mənzil – kommunal tə­­sərrü-fatı və s.) sahələrini əhatə edir. Ayrı-ayrı fəaliyyət növləri-nin, is­teh­­salatların iqtisadiyyatlarını da fərq­lən­dirmək lazımdır. Buna kənd tə­sər­­rüfatında bitkiçilik və heyvandar-lı­ğın iqtisadiyyatlarını misal gös­tər­mək olar. Iqtisadiyyat əsas istehsal pillələrindən-firma, müəssisə və bir­­liklərdən, səhmdar cəmiyyətlərindən ibarət olduğu üçün ayrı-ayrı fir­ma­­ların, birliklərin, müəssisələrin, səhm­dar cəmiyyət­lərinin də iq­ti­sa­diy­­yatları vardır. Ev təsərrüfa­tının iqtisadiyyatı da xüsusi qrupa ayrılır.
Iqtisadiyyat, nəhayət cəmiyyətdə iqtisadi münasibət-ləri öyrə­nən iq­tisad elmləri sistemidir. O, cəmiyyətin iqtisadi quruluşunu, onun ob­yek­tiv q­anunauyğunluqlarını öyrənir, iqtisadiyyatın müxtəlif sa­hə­lə­rində baş verən prosesləri, hadi­sələri nəzəri cəhətdən təhlil edir, müx­tə­lif tə­yi­nat­lı nemət-lərin istehsalı və bölgüsünə dair əməli tövsiyələr iş­lə­yib ha­zır­layır. Iqtisadiyyat elmi fundamental və tətbiqi tədqiqat-lara bö­lü­nür.
Fundamental tədqiqatların vəzifəsi obyektiv iqtisadi qanun­la­rın dərk edilməsi və onlardan səmərəli istifadə olunması yollarını əsas­lan­­dır­maqdan ibarətdir. Bu elmlərə iqtisadi nəzəriyyə, iqtisadi ta­­ri­x, iqtisadi təlimlər tarixi, statistika, mühasibat uçotu və s. aiddir.

Tətbiqi elmlər fundamental tədqiqatların nəticələrin­dən xüsusi və kon­kret əməli problemlərin həllində istifadə edirlər. Bu elmlər funk­sio­­nal (maliyyə və kredit, pul təda­vülü, demoqrafiya, əmək iqtisadiyyatı, marketinq, menec-ment, iqtisadi gibernetika və s.) ayrı-ayrı ölkə­lərin iqtisadiy-yatı (məhəlli, ölkə) və sahə (sənaye, kənd təsər­rüfatı, nəqliyyat, rabitə və s. iqtisadiyyatları) əlamət­lərinə gö­rə təs­nif­ləşdirilir. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəy­­yən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bil­­məz və buna ehtiyac da yoxdur» . Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən tə­rif­lər­dən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uza­da bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul söv­də­ləş­­mələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elm­dir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşa­maq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öy­rən­­mələri haqqın­da elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sa­hə­­sində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bil­məsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə is­teh­­lak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bö­­­lüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyat­lar­dan məhsuldar is­ti­fa­də olun­ması haqqında elmdir.
Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və əra­zi­lə­­rin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olma­yaraq, təsərrüfat­çı­lı­ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərc­lərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi prob­­lemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yox­­sulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hö­ku­mət tərəfindən tənzimlənməsi və xalqın həyat sə­viy­yə­si­­nin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan sə­­mərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məh­dud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, ya­xud da onların idarə edilməsi problemlərini öyrənir.

Ədəbiyyat

1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P. Babayev, M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.

2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической академии, 2000, –592 с.

3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского университета, 2000,– 757с.

4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.: Эксмо, 2006, –736 с.

Comments are closed, but trackbacks and pingbacks are open.