Press "Enter" to skip to content

Gündəlik həyatda 7 etik nümunə

“Qızıl qələm” mükafatçısı T.Ə. Quliyev

AİLƏNİN İQTİSADI SOSİOLOGİYASI – Professor Tofiq Quliyevin məqaləsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş professor Tofiq Quliyev ailənin iqti­sa­di sosiologiyası ilə bağlı maraqlı elmi məqalə ilə çıxış edib. “AzPolitika.info” həmin məqaləni oxuculara təqdim edir:

Bazar iqtisadi sisteminə keçid, dünyada postmodernizm meyillərinin güclən­məsi bütün sferalarda, münasibətlərdə olduğu kimi ailə münasibətlərinə də əhə­miyyətli dərəcədə təsir etmişdir, mövcud ənənəvi mentalitetlər, o cümlədən iqtisa­di mentalitetlər bir sıra problemlərlə üzləşmişlər. Belə bir şəraitdə iqtisadi sosiolo­giya iqtisad elmi ilə yanaşı bu sahədə baş verən sosial-iqtisadi proseslərin səbəb­lərini qanunauyğunluqlarını öyrənməli və mövcud olan hər hansı bir anomaliya hallarının (normadan kənarlaşmaların, düzgün olmayan cəhətlərin) aşkara çıxarıl­masına və onların neytrallaşdırılmasına, zərərləşdirilməsinə kömək etməlidir. Burada iqtisadi problemlər zəminində baş verən ailə münaqişələrinin, iqtisadi dav­ranışların sistemli, kompleks təhlili xüsusi əhəmiyyət kəsb edir. Ailənin iqti­sa­di sosiologiyasının öyrənilmə­sində ümumi sosiaologiyanın, əməyin sosiolo­giya­sının, sahibkarlıq (biznes) sosiologiyasının, menecment sosiologiyasının, yoxsul­luq sosiologiyasının, tibbi sosiologiyanın və digər sosioloji istqamətli elmi bilik­lərin mestəsna əhəmiyyəti vardır. Çünkü burada yuxarıda göstərilən ixtisaslaşmış sosioloji istiqa­mətlərin bu problemə yanaşmada hər birinin özünə məxsus deduktiv və induktiv elmi məntiqi vardır. Elmi deduktiv və induktiv məntiqi baxımdan ailənin sosiologiyası problemləri irəli sürülərkən aşağıdakı suallar meydana çıxa bilər:

Ailənin ümumi və iqtisadi sosiologiyası geniş əhatəli problemlərlə impli­kasiya olunur və şərtləşir. Burada demoqrafik və iqtisadi proseslər, sosial-psixoloji mühit (ailə daxili və ailədən kənar), evlənmə-boşanma müna­sibətləri, ümumi həyat tərzi, emosionallıq, sosmədəni səviyyə və s. də özünü göstərir.

Ailə münasibətlərinə təsir edən amillər, şərtlər sistemli halda olur. Onlardan bəziləri sırf sosial, iqtisadi, bəziləri ilə bioloji-təbii, dini və mental səciyyə daşıyır. Lakin elə amillər var ki, onlar (evlənmə və boşanma) həm də sosial-iqtisadi amillərdən də asılı olur. Bu, müasir dövrdə özünü daha aşkar halda göstərir. Burada ailə üzvlərinin, o cümlədən ər-arvadın ailə haqqındakı identifikasiyası, təsəvvürü, sosmədəni səviyyəsi, intim əlaqələri, mənəviyyatı, ailənin cəmiyyətdə tutduğu mövqe və s. də mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə ailə münasibətlərini qoruyub saxlamaq başlıca şərtdir. Sosial və iqtisadi etika prinisplərinə əməletmə, zərərli, anormal vərdişlərdən uzaqlaşmada ailə möhkəmliyi üçün müqəddəs şərtdir. Ailə məişətinin də öz təsərrüfatı, təsərrüfat struktur vardır. Əlbəttə, ailənin təsərrüfat strukturu digər təsərrüfat strukturuna nisbətən sadədir. Lakin burada da müəyyən, müvafiq fəaliyyət növü vardır. Ailə cəmiyyətin ilkin sosial və iqtisadi təbəqəsidir. Bunu mikrokollektiv də adlandırmaq olar. Ailə münasibətlərində bu cəhəti də nəzərə almaq lazımdır.

Adətən ailə problemlərindən danışarkən onu yalnız demoqrafiya çərçivəsində izah edirlər. Belə yanaşma metodoloji baxımdan bir o qədərdə düzgün deyildir. Çünkü demoqrafik proseslər olan doğum, ölüm, təbii artım ailə çərçi­vəsindən də kənarda baş verə bilər. Eyninə də əhalinin cins və yaş strukturu, yaş qrupları (yeniyetmələr, gənclər, ahıllar, kişi və qadın və s.) haqqında demək olar. Lakin bu o demək deyildir ki, ailə problemini demoqrafik prob­lemlərdən əlahiddə halda izah etmək lazımdır. Demoqrafik proseslər, evlənmə-boşanma, əhalinin miqarsiyası, ailədaxili iqtisadi və sosial proseslərə güclü bir amil kimi təsir edir. Burada əks təsir də vardır. Burada başqa bir məntiq və yanaşma ola bilməz.

Ailə birgə yaşayış, birgə sosial-iqtisadi fəaliyyət, birgə büdcə (ailə büdcəsi) ilə bağlıdır. Ailə birgə özünüidarəetmə və özünüinkişaf mikro­struktur tipidir. Bu mikrostrukturda ümumi məişət, qarşılıqlı yardım, kömək­lik, qarşılıqlı mənəvi məsuliyyət və ümumi mədəniyyət vəhdətliyi olmalıdır. Bu, özünu hər sahədə, o cüm­lə­dən ailədaxili iqtisadi münasibətlərdə, ailədaxili sosiallaşmada da özünü göstər­məlidir. Ailədaxili iqtisadi münasibətlərə sırf gedonik konsepsiya baxımından yanaşma düzgün yanaşma deyildir. Düzdür, tələbat mütərəqqi olaraq yüksəlir, bir tələbat forması digərləri ilə əvəz olunur, modifikasiya edilir. Bu meyil iqtisad elmində tələbatın artması qanunu adlanır. Lakin tələbatn necə deyərlər, konstruktiv, önəmli meyarları, əmək gəlirli sosiallığı əsasları olmalıdır.

İşçi həm də ailə üzvü olduğuna görə və yaxud əksinə ailə üzvü həm də işçi oldubuna görə ailənin iqtisadi sosiologiyası əməyin iqtisadi sosiologiyası və problemləri ilə üzvi şəkildə bağlıdır. Ailənin iqtisadi vəziyyəti, ailənin iqtisadi və sosial-tərbiyəvi funksiyası ilə işçinin əmək fəaliyyəti arasındakı əlaqə, daimi funksionallıq əlaqəsi halında olur.

Göründüyü kimi ailənin iqtisadiyyatı geniş miqyaslı problemlərlə qarşılıqlı əlaqədə, təmasda olur. Bu əlaqədə sistemində meydana çıxan münaqişələr, ailədə uşaqların və yeni­yetmələrin tərbiyəsi, bütövlükdə ailənin həyat tərzi mühüm yer tutur. Ailə­nin iqtisadi sosiologiyası ilə əlaqədar olaraq birinci növbədə aşağıdakı növbəti suallar mey­dana çıxır: cəmiyyətin və ailənin qarşılıqlı tələbatı, nisbətləri, istehlak səviy­yəsinə, kəbin-ailə münasibət­lərinə və ailənin həyat tərzinə necə təsir göstərir? Ailə davra­nışı daha çox hansı tələbat standartlarına cavab verir? Ailə norması və də­yər­ləri müxtəlif sosial-iqtisadi şəraitdə özünü necə təzahür etdirir, bu normaların, meyarların dəyi­şilməsinin sosial – iqtisadi mexanizmləri nədən ibarətdir və ailə iqtisadi müna­si­bət­ləri bu istiqamət üzrə doğru, səhih gedirmi? Ailə iqtisadi davranışı ilə ailə müna­si­bətlərinin tənzimlənməsi prosesi arasında hansı əlaqələr vardır, əgər varsa bu nə­dən ibarətdir? Kəbin-ailə münasibətlərinə bazar münasibətləri üçün mənfi təsir göstərir?

Bu suallara bütün hallarda birmənalı cavab vermək, əlbəttə çətindir. Çünki bazar münasibətlərinin norma və dəyərlərinin radikal məzmunu ailənin sosial-iqtisadi funksiyasını xeyli dərəcədə dəyişmişdir. Ona görə də biz deyərdik ki, ailənin iqtisadi, sosial problemi heç də kiçik sosial qrup çərçivəsinə sığan bir problem deyildir. Ailə onun üzvlərinin sayı baxımından kiçik qrup kateqoriyasına aid edilə bilər. Ailə formal olaraq qrup normalar və qrup proseslərlə bağlı olsa da orada baş verən vəziyyət, emosional münasibətlər həm də cəmiyyət səviyyəlidir və bu makroiqtisadi səviyyəli münasibətlərə xeyli təsir göstərir. Eyni zamanda əksinə, radikal bazar münasibətləri istər-istəməz ailədə ev­lənmə və boşanma motivlərinə, ümumi ailə münasibətlərinə, o cümlədən ər-arvad, vali­deynlərlə və uşaqlar arası münasibətlərə mühüm təsir göstərir. Digər sosial qruplarda olduğu kimi, kiçik sosial qrup olmaq etibarilə ailənin də özünəməxsus məqsədləri və vəziyələri, tərkibi və strukturu, o cümlədən sosial-demoqrafik strukturu vardır; Habelə burada başqa kiçik sosial qruplarda olduğu kimi ailə dəyərləri, normaları və davranış nümunələri vardır. Həmçinin ailə daxili şəxsiyyətlər arasında münasibətlər, stabillik və qeyri-stabillik, rol davranışı problemləri də vardır. Yuxarıda göstərilən və göətərilməyən digər müvafiq problemlərin ailə baxımından öz xüsusiyyətləri vardır. Bu və buna bənzər problemlər yalnız iqtisadi sosiologiya deyil, həm də sosial psixologiya tərəfindən bəhdətli, sistemli halda öyrənilməlidir.

Ailə həm də bir sosial sistemdir. Ailənin daxili və xaridi əlaqələri vardır. Ailədə baş verən sosial prosesləri dərindən dərk etmək üçün konkret sistemli sosioloji təhlilin aparılması lazımdır. Sistemli təhlil zamanı ailənin yalnız fərdi funksiyalarını deyil, həm də ictimai funksiyalarını nəzərə almaq lazımdır, çünki ailənin fəaliyyəti həm də cəmiyyətdəki ümumi sosial şəraitlə bağlıdır. Ümumi sosial mühit ailənin maddi həyat şəraitinə mühüm amil kimi təsir göstərir, onun sosial meyllərini müəyyən edir, habelə ailənin sosial tələbatının ödənilməsi xarakterinə də öz təsirini göstərir. Ümumi sosial şərait də ailə üzvlərinin statusuna, onların ailədəki roluna, kommunikasiya əlaqələrinə, ayrı-ayrı üzvlərin liderliyinə, dəyərlər meylinin birliyi səviyyəsinə, ailə ünsiyyətinin stukturuna, evlənmə və boşanmanın səbəblərinə və motivlərinə də təsir göstərir. Bütün bunlar əslinə qalanda ailənin həyat tərzini formalaşdırır. Bu, həm də göstərdiyimiz kimi cəmiyyətin həyat tərzinin xüsusi təzaşür formasıdır.

Ailənin qrup nəzəriyyəsi və metodologiyası baxımından aşağıdakı kateqoriyalar diqqət mərkəzində olmalıdır: həyat şəraiti; ailənin strukturu; ailənin funksiyası; ailənin həyat tərzi; yerliçilik, qohumluq; milli və regionçuluq ideolojiyası; bir sosial qrup kimi ailənin fəaliyyəti; ailə tsiklinin mərhələləri. Kiçik sosial qrup olan ailənin sosial problemlərinin həllində ailə tipologiyasının böyük əhəmiyyəti vardır. Tipologiyanın özü spesifik sosioloji nəzəriyyənin vacib ünsürüdür. Tipolojiya bir elmi metod kimi həm elmi-nəzəri və həm də praktiki əhəmiyyətə malikdir. Ayrı-ayrı müəlliflər tərəfindən ailənin həyat fəaliyyətinin tipologiyası müxtəlif variantda irəli sürülür və beləliklə də aşağıdakı tipologiyanın önəmliliyi təklif edilir:

Bununla belə yuxarıdakı tipologiya təsnifat xeyli dərəcədə mücərrəd səs­lənə bilər, ailənin konkret sosioloji problemlərinin öyrənilməsində ancaq ümumi meyar rolunu oynaya bilər və bu səbəbdən onun nisbətən az praktiki əhəmiyyəti vardır. Amerika mütəxəssisi K.Kirkpatrikan bu problemi ailənin tələbat və mənafelərilə, ailə üzvlərinin statusu ilə əlaqələndirir.

O, Amerika ailələrində dəyərlərin münaqişəsini əks etdirən aşağıdakı on əsas dilemmanın siyahısını irəli sürmüşdür: ailədə azadlıq, qayda və intizam, ər-arvad, valideynlər və uşaqlar arasında münasibət dərinliyi, övlad naminə ailədə şəxsiyyətin özünütəsdiqləməsi və öz hissələrini qurban verməsi, ailənin və cəmiyyətin mövcud ənənələrinə bağlılıq, ailənin xarici və təsadüfi əlaqələri, onun dərinliyi və məhdudluğu, sevgi təcrübəsi və yaxud məhəbbətə sədaqət, azad seksual davranış və yaxud seksual məzmunluluq, vaxtından əvvəl və yaxud gecikmiş kəbin kəsmə, böyük uğurlar qazanmağa cəhdetmə və real imkanları nəzərə almaqla realist gözləmə.

Ailə münasibətlərinin tipologiyası və fenomeni həm də onun formalaşmasına təsir edir. Bu münasibətlər fenomoloji əlamət və amillərdən asılı olaraq dəyişə bilər. E.B.Raşkovski isə ailə fenomeninin ən azı altı ölçülməsi halını göstərir. Bunlar aşa­ğı­dakılardır:[1] 1. Bioloji. 2. Psixoloji. 3. İqtisadi. 4. Sosmədəni. 5. Hüquqi. 6. Dini. Bu fenomenoloji ölçülərin bir-birilə üzvü əlaqəsi vardır. Əvvəllər göstərdiyimiz kimi burada başlıca mövqe iqtisadi fenomenə məxsusdur. Lakin burada digər ölkələrin feno­menoloji əlamətlərini, onun əhəmiyyətini nəzərə almamaq da düzgün olmazdı. Məsələn, ailə üzvlərin fiziki cəhətdən saglam olması, zərərli vərdişlərdən uzaq olması, körpə uşaqlara nəvaziş göstərmək, onlara mədəni qaydada qulluq etmək, qayğısına qalmaq, onlara öz həyatlarının bir hissəsi kimi yanaşmaq, qohumlarla xoş ünsiyyətdə olmaq, valideynlərin təhsil, peşə-ixtisas, ümumi intellektual səviyyəsi, atalıq-analıq borcunu dərketmə, ər-arvad arasında etimad hissi, dostluq, qohumluq əlaqələri – bir sözlə, ümumi insani, ümumi bəşəri duyğuların, ülvü hisslərin olması ayrı-ayrı millət və ölkələrdə bir çox amillərlə şərtləşir. Bütün bunlar onu göstərir ki, ailə münasibətlərini, bu sahədəki dəyişiklikləri tədqiq edərkən onu həm obyektiv və həm də məcmuu çoxamilli halda nəzərdən keçirmək lazımdır. Çünki burada çoxamilli funksional asılılıq tədqiqat üçün vacibdir.

Ailələr əhalinin siyahıyaalma baxımından bir sıra tipə ayrılır: ər-arvad ikiliyi, uşaqlı və uşaqsız, bir ailə başçısı olan uşaqlı və uşaqsız, habelə həmin tək ailə başçısının valideynlərindən birinin yaşadığı ailə: yuxarıda göstərilən tərkibdə olan ailə əlavə olaraq digər qohumlar yaşayan ailə: iki və daha çox ərarvadlı, habelə uşaqlı və uşaqsız olan, ər-arvalın valideynlərindən biri və qohumları yaşayan ailə və s. Bundan başqa, ailələr sosial mobiliyinə görə fəal, qeyri-fəal və orta fəal tiplərinə bölünür. Ailələrə iqtisadi baxımdan yanaşıl­dıqda isə birinci növbədə onların gəlir səviyyəsi əsas götürülür (aşağı, çox aşağı, orta, yüksək). Bundan asılı olaraq ailələr istehlakın səviyyəsi, tərkibi və xarakterinə görə də fərqlənirlər. Elə ailələr var ki, istehlakı, elə ailə var ki, bahalı əşyaları çatışmır; bazar münasibətləri, prinsipləri şəraitində belə diapazon getikcə daha da arta bilər.

Ailəni səciyyələndirən cəhətlərdən biri onun mülkiyyət, bölgü, mübadilə (ilkin və yenidən bölgü) sisteminə münasibəti və bu sistemdə həmin ailənin (ailələr qrupunun) tutduğu mövqedir. Bu həm ailənin təsərrüfatçılıq forma­larından, həm də gəlir əldəetmə imkanlarından asılı olur. Bunu aşağıdakı sxem kimi də vermək olar:

Ailənin təsərrüfatçılıq, məşğulluq formaları baxımından müxtəlifliyi

Ailənin iqtisadi mövcudluğu (iqtisadi əsasları) mənbələri

Mövcud bölgü formaları

İstehsal, məhsuldar sfera­larda (muzdlu və qeyri muzdlu fəaliyyətlərdə)

Əmək və bəzi hallarda qeyri əmək gəlirləri

Gəlirlərdən asılı olan bazar modeli üzrə bölgü forması. Sosial yardım sistemi.

Təsərrüfat-məişət forma­sında, ev təsərrüfatı, özünü məşğulluq

Birgə ailə büdcəsi, gəliri

Ailə və ailə fəaliyyə­tindən kənar gəlirlər

Dövlət müəssisələrində

Hüquqi tənzimləmə üzrə əməyə görə əmək haqqı

Əmək haqqı, mükafatlar

Dövlət idarələrində

Ştat gədvəli üzrə əmək haqqı, müəyyən güzəştlər

Aylıq əmək haqqı

Xüsusi mülkiyyətli səhmdar şirkətlər, firmalar

Mövcud tarif sistemi üzrə gəlirlər, səhmlər, dividentlər

Əmək haqqı, səhmlər, divi­dentlər, gizli, kölgəli gəlirlər

Dövlətin sosial məsələlər üzrə tədbirlər sistemindəki tutduğu mövqe

Sahibkarlıq gəlirləri, pen­si­ya, səhiyyə üzrə sığor­ta­lanma və s.

Milli gəlirin qeyri ilkin bölüşdürmə formaları

Bəzi ailə üzvlərinin kənar ölkələr­dəki iş fəaliyyəti, onun qazancı.

Ailəyə pul və s. formada köməklik

Qazancdan ailəyə yardım

Ailənin iqtisadi fəaliyyəti, təsərrüfatçılıq formaları, onun makro-mikro iqti­sa­di sistemlərlə əlaqəsi daima dəyişə bilər. Bu dəyişəklik demoqrafik strukturu, so­si­al strukturu, mülkiyyət formalarına olan münasibəti və əlaqəsi, sosial bərabər­siz­li­yin azaldılması və ya artması, ev təsərrüfatlarının sayı və ölçüsü, qadın məşğulluğu, ailədə iş­lə­yən­lərin sayı, qadın genderliyi-məşğulluğu və s. sahələrdə baş verən meyillərlə şərt­ləşir. Göründüyü kimi, ailələrin iqtisadi fəaliyyəti və bundan irəli gələn gəlir­lə­rin mütləq həcmi və strukturu çox amilli iqtisadi modellərlə sistemilə izah olan bi­lər. Azərbaycan Respublikası Statistika Komitəsinin 2015-ci il məlu­matına gö­rə ev təsərrüfatlarında gəlirlərin quruluşu (%-lə) aşağıdakı kimi olmuşdur (cədvəl №1).

Cədvəl №1. Ev təsərrüfatı gəlirlərinin quruluşu (faizlə)

2005

2010

2012

2013

2014

2015

Gəliro cümlədən:

əmək gəlirləri (əmək haqqı)

sosial transferlər

kənd təsərrüfatı məhsulları və s. satışından gəlir

digər gəlirlər

Ayrı-ayrı yerlər (şəhər və kənd), habelə iş yerləri üzrə gəlirlərin quruluşu isə aşağıdakı kimi olmuşdur (cədvəl №2).

Cədvəl №2.2016-cı ildə yaşayış yerləri üzrə gəlirlərin quruluşu (faizlə)

Ölkə üzrə cəmi

Şəhər yerləri

Kənd yerləri

Gəlirlər – cəmi

Muzdlu əmək fəaliyyətindən gəlirlər (əmək haqqı)

Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər

Kənd təsərrüfatından gəlirlər

İcarədən gəlirlər

Əmlakdan gəlirlər

Alınmış cari transfertlər

Pensiyalar

Müavinət və sosial yardımlar

Naturada sosial transfertlər

Digər gəlirlər

Digər ailələrdən alınmış gəlirlər

Ölkə xaricindən göndərilən pul

2 saylı cədvəldən göründüyü kimi burada muzdla işləyənlərin əməyinin ödənilməsi üzrə gəlirlər həm ümumilikdə və həm də yaşayış yerləri üzrə daha çox olmuşdur. Ev təsərrüfatlarının tipinə görə gəlirlərin quruluşunu isə aşağıdakı 3-cü cədvəldən görmək olar.

Cədvəl №3. 2015-ci ildə ev təsərrüfatlarının tipinə görə gəlirlərin quruluşu (faizlə)

Ev təsərrüfatının tipi

Uşaqlı evtəsərrüfatları

Uşaqsız evtəsərrüfatları

Gəlirlər – cəmi

Muzdla işlə­yən­lərin əməyinin ödənilməsi (əmək haqqı)

Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər

Kənd təsərrü­fatından gəlirlər

İcarədən gəlirlər

Əmlakdan gəlirlər

Alınmış cari transfertlər

Pensiyalar

Müavinət və sosial yardımlar

Naturada sosial transfertlər

Digər gəlirlər

Digər ailələrdən alınmış gəlirlər

Ölkə xaricindən göndərilən pul

3 saylı cədvəldən göründüyü kimi ev təsərrüfatlarının tipinə görə gəlirlərdə böyük fərqlər nəzərə çarpmır. Lakin hər bir bökgədə və bölgə daxilində uşaqların xəstəliyi və onun müalicəsi üzrə xərclər nəzərə alınsa bu xərclərin ailə gəlirlərinə xeyli dərəcədə təsir etdiyini görə bilərik. Məsələn, respublikada əlil əhalinin 60% uşaqların payına düşür. 2017-ci ilin 10 ayında respublikada 638 uşaq əlil doğulmuşdur. Bu sahədə dövlətin sosial yardımı olsa da hər halda ailə büdcəsinə təsirsiz ötüşmür. Gələcək ailələr üçün sağlamlıq və mənəvi cəhətdən yaranmış problemlərdən biri də nigaha daxil olacaq cütlüklərin həyat tərzidir. 2017-ci ilin noyabrında tibbi müayinədən keçən 10 mindən (nigaha daxil olacaqlardan) artıq adamdan 422-də siflis, 103-də coid və 38 cütlükdə talasemiya xəstəliyi aşkar edilmişdir.

Məktəbli uşaqların isə başqa problemləri vardır. Indi məktəblilərin 25%-i skalyorz xəstədir. Bu onurğa sütununun əyilməsi ilə bağlıdır. Skalyorz ciddi fəsadlar verə bilər.

Burada ən maraqlı cəhət aylıq gəlirlərin ev təsərrüfatlarının ölçüsündən asılı olaraq xeyli fərqli olmasıdır. Bunu 4-cü cədvəldən görmək olar.

Cədvəl №4. 2015-ci ildə ev təsərrüfatlarının ölçüsünə görə gəlirlər(ayda adambaşına, manatla)

Ev təsərrüfatı ibarətdir:

1 nəfərdən

2 nəfərdən

3 nəfərdən

4 nəfərdən

5 nəfərdən

6 və çox

Gəlirlər – cəmi

414,8

343,6

293,5

254,9

235,3

220,3

Muzdlu əmək fəaliyyətindən gəlirlər (əmək haqqı)

123,4

113,1

108,7

Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan gəlirlər

Kənd təsərrüfatından gəlirlər

İcarədən gəlirlər

Əmlakdan gəlirlər

Alınmış cari transfertlər

128,2

pensiyalar

122,1

müavinət və sosial yardımlar

naturada sosial transfertlər

Digər gəlirlər

digər ailələrdən alınmış gəlirlər

ölkə xaricindən göndərilən pul

4 saylı cədvəldən göründüyü kimi burada 220,3 manatdan (6 və ondan çox nəfərdən ibarət olan) 414,8 manata qədər fərq vardır. Ev təsərrüfaitlarının ölçüsünə görə gəlirlərin quruluşunu daha konkret formala ermək olar. Bu ölçü, meyar baxı­mından yanaşılsa məcmuu gəlirləri əmək haqqından əlavə sahibkarlıq gəlirlərinə, özünüməşğulluqdan gələn gəlirlərə, kənd təsərrüfatından olan gəlirlərə, ticarətdən gələn gəlirlərə, əmlakdan gəlirlərə, alınmış cari transfertlərə, pensiyalara, müavinat və sosial yardımlardan, natural sosial transfertlərə və s. gəlir mənbəilərini ev təsərrüfatlarının konkret ölçüləri üzrə təsnifləşdirmək də olar.

Ailə həyatının təşkilində kişilərlə yanaşı qadınlar da mühüm rol oyna­yırlar. Müşahidələr, sosioloji tədqiqatlar göstərir ki, qadınlar ailə işlərinə müxtəlif münasibət baxımından üç əsas qrupa ayrılır: a) istehsal, əmək fəaliyyəti meylini əsas götürənlər; b) əmək fəaliyyəti və ailəyə eyni dərəcədə rəğbət bəsləyən, meyl edən; v) əsasən ailəyə meyletmə, işə ailənin mənafeyi baxımından yanaşma.

Burada gənc ailələrin öz xüsusiyyətləri, həyat meyarları vardır. Bazar münasibətləri şəraitində gənclər, gənc ailələr problemi çox kəskin halda qoyulur. Gənc ailələrdə peşəyə bağlılıq, uşağa bağlılıq (az və çox uzaqlılıq), azad vaxtdan (işdən kənar) istifadəyə münasibət və sair müxtəlif olur, bu münasibət ümumi sosioloji mühitlə bahəm gənclərin, gənc ailələrin sosial keyfiyyəti, sosial dəyərlər meyli ilə də əlaqədardır.

Ailənin iqtisadi sosiologiyası sistemində onun iqtisadi, istehsal funksiyası mühüm roly oynayır. Bu məsələ uzunmüddət iqtisadçılar, sosioloqlar və psixoloqlar arasında elmi mübahisə obyektinə çevrilmişdir. Bəzi mütəxəssislər ailənin (qadınların) istehsaldan, əməkdən kənarlaşması, bəziləri isə istehsalla, əməklə bağlılığı zəruriy­yətini qəbul edirlər. Bir sıra mütəxəssislərin hesablama­larına görə qadınlar ev işlərini təşkil etmək və uşaqların tərbiyəsi ilə əlaqədar olaraq deyək ki, ayda 70-90 dollarlıq iş görürsə, ayda deyək ki, 50-60 manatlıq işə girmək mənasız görsənə bilər. Bu məsələ keçən əsrin 70-80-cı illərində Çexoslavakiya, Polşa, sonralar isə Sovet iqtisadçıları tərəfindən irəli sürülmüşdü. Lakin bununla yanaşı belə bir şəraitində ehtiyac üzündən qadınlar həm də işləməyə məcbur olurlar.

Ailənin iqtisadi funksiyası baxımından ailə özünə məşğulluğun, ailə podratı və ailə kooperativ­lərinin də böyük əhəmiyyəti vardır. Bizcə bu təsərrüfat formalarını sözün geniş mənasında ailə təsərrüfatı adlandırmaq olar, bu həm də qeyri-formal iqtisa­diyyat növüdür. Lakin bu təsərrüfat növündə də nəinki ailədaxili əmək bölgüsü, həm də təsərrüfat­daxili funksional əmək bölgüsü vardır. Lakin bu təsərrüfat növü haqqında hərtərəfli tədqiq edilmiş informasiya materailları, hətta belə sistemli elmi konsepsiya yoxdur. Ailənin iqtisadi problemlərinin bazar iqtisadi prinsipləri əsasında yenidən qurulması ona mənfi təsir göstərmişdir. Bir çox gənclər ailə qurmağa başlayarkən çox mürəkkəb və dözülməz iqtisadi şəraitlə üzləşirlər. Əhalinin hər adam başına düşən gəlirlərin miqdarındakı böyük fərqlər istehlak məhsullarının (ərzaq və sənaye) faktiki miqdarında da böyük fərqlər əmələ gətirmişdir. Hətta elə ailələr var ki, onların aldığı əmək haqqı yaşayış minimumu üçün lazım olan xərc­lərin 40-50%-ni təşkil etmir: Rusiyada minimum əmək haqqı alan işçilərin 70%-dən ço­xu­nun maaşı yaşayış minimumundan aşağıdır, bu maaş aylıq yaşayış mini­mu­munu təmin etmir. Ona görə də əmək haqqını səviyyəsi baxımından yana­şılsa belə ailələrin gəlirinin 90-95%-i ancaq qida məhsullarının alınmasına getməlidir.

Cədvəl №5.Əhalinin istehlak xərcləri (faizlə)

İstehlak xərcləri

2005

2010

2012

2013

2014

2015

Cəmio cümlədən:

ərzaq məhsullarına

qeyri-ərzaq məhsullarına

alkoqollu içkilərə

xidmətlərə

Bizim respublikada bütövlükdə əhalinin 2015-ci ildə istehlak xərcləri 5 saylı cədvəldən göründüyü kimi ərzaq məhsulları üzrə 40,5, qeyri-ərzaq məhsulları üzrə 17,3 faiz olmuşdur.

Müasir dövrdə ailənin sosial problemləri, qayğıları və funksiyaları dəfələrlə artmışdır. Müasir şərait, yalnız ailənin iqtisadi yükünü deyil, psixoloji yükünü də artırmışdır, sosial bərabərsizlik ailə münasibət­lərinin gərginləşməsinə səbəb ola bilər. Bu, demoqrafik proseslərə də mənfi təsir göstərir. Əlbəttə, demoqrafik proseslər yalnız maddi vəziyyətlə ölçülmür. Məsələn, İngiltərədə ölüm doğumu qabaqlayır, Amerika uşaqsız ailələrin miqdarı baxımından dünyada birinci yerlərdən birini tutur. Lakin belə halları bərabər şərait daxilində qəbul etmək lazımdır və Azərbaycan şəraitinə mexaniki qaydada tətbiq etmək olmaz. Çünki uzun illərin təgrübəsi göstərir ki, azərbaycanlı ailəsinin maddi həyat şəraitinin yaxşı olması demoqrafik proseslərə (birinci növbədə təbii artıma) müsbət təsir etmişdir, lakin bazar münasibətlərinə keçidlə əlaqədar olaraq yaranmış çətinliklər, qeyri normal vəziyyət üzündən bu pozitiv meyillər azalmağa başlamış, ailədə doğulan bir çox uşaqların sağlamlığı tibbi standartlardan xeyli aşağı olmuşdur.

Ailənin iqtisadi sosiologiyası bapxımından kişilərlə yanaşı qadınların da məşğulluğu mühüm əhəmiyyət kəsb edir. Bu problem müasir dövrdə kəskin forma almamalıdır. Çünki bu hal işsizliyin artması, evdar qadınların məşğul­luğuna, gələcək əmək fəallığına mənfi təsir göstərə bilər. Ona görə də məcmuu işçi qüvvəsinə ümumi tələbatın (əsas və əlavə) nisbətən azaldığı bir şəraitdə mövcud demoqrafik xüsusiyyətlərin ailənin iqtisadi vəziyyətinə neqativ təsirini nəzərə almaqla qadınların peşə məşğulluğu probleminə xüsusi diqqət yetirmək lazımdır. Həm də burada qadın əməyinin xüsusiyyətləri və strukturu nəzərə alınmalıdır: onları mümkün qədər ağır və zərərli iş sahələrindən kənarlaşdırmaq lazımdır. Lakin işsizlik problemi bəzən bu vacib cəhəti arxa plana çəkir. Sosioloji tədqiqatlar və elmi mülahizələr göstərir ki, kişi əməyi ilə bağlı olan və habelə mexanikləşdirilməmiş işlərdə çalışan qadınlar arasında patoloji hallar, uşaq itirmə halları daha çox olur. Beləliklə, maddi tələbatın ödənilməsi zərurəti və məcburi əmək motivləri qadınların təbiətinə uyğun gəlməyən əmək fəaliyyəti növləri ilə məşğul olmağa məcbur edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, maddi həyat şəraiti ayrı-ayrı yaş qrupları çərçivəsində (xüsusilə gənclər üzrə) ailə qurmanı zaman, illər baxımından uzunmüddətli gələcək dövrə saxlanmasına səbəb olur, ailə xoşbəxtliyinə, əhalinin artmasına mənfi təsir göstərir. Maddi həyat şəraiti həcminin evlənmə-boşanma pro­ses­lərinin möhkəmlilik, dəyanətlik səviyyəsinə mənfi təsir göstərir. Boşanma halları­nın çoxalması isə maddi şəraitlə yanaşı həm də gənc ər ilə arvadın sosial və psi­xoloji yetkinlik səviyyəsində olmadıqları, real şəraiti lazımı dərəcədə qiymətləndirə bilmə­mələri səbəbindən də irəli gəlir.

Gender tipli əmək bölgüsü qadınların gəlirinə, əmək fəaliyyətinə mühüm təsir göstərir. İndiki şəraitdə göstərdiyimiz kimi bir çox qadınların məşğulluq variantları məhdud xarakter daşıyır, əmək bölgüsü, ailə və əmək bazarı bir-birinə zidd istiqamətdə for­ma­laşır. Burada gender tipli əmək bölgüsü, gender mədəniy­yəti və gender sistemi (ev təsərrüfatı, qadın əmək bazarı, dövlət tədbirləri) rasional qaydada əlaqə­lən­dirilməlidir. Burada ailə biznesi, özünü məşğulluq, ev iqtisa­diyyatı çərçivəsində əmək bölgüsü, bir sözlə, ailə iqtisadiyyatı modeli mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar qadınların ailəyə qayıdışı daha aydın hiss olunur. Bunun mühüm səbəblə­rindən biri bazar iqtisadi sisteminin deformasiyası, əmək bazarındakı qaydasızlıq, gender sosial harmoniyasızlıq, bu sahələrdə stabillyin olma­ması, gender, qadın statusunun lazım dərəcədə qiymətləndiril­məməsi ilə bağlı­dır. Bu, özünü bir qayda olaraq aşağıdakı istifqamətlərdə göstərə bilər: Qadınların özünü təsdiqinin reallaşmaması ilə meydana çıxan bəzi prob­lem­lərdə; Qadınların yeni məşğulluq sferalarına ilkin və təkrar uyğunlaş­masındakı prob­lemlərdə; Yeni şəraitdə yüksək peşə-ixtisaslı qadınların ənənəvi əməyindən, iş qüvvəsindən imtina edilməsi; İqtisadi fəal əhali içərisində qadınların xüsusi çəki­si­nin azalmasındada; Əməyi yüksək haqla ödənilən sahələrdə, idarə orqanlarında qa­dınların məşğullu­ğunun xüsusi çəkisinin azalmasında; İqtisadiyyatın inkişaf et­məkdə olan sahə­lərində, sektorunda daha çox kişi əməyinin tələb etməsilə əla­qədar olaraq qadın­ların məşğulluğunun mütləq və nisbi həcmdə azalmasında, on­ların əməyi daha aşağı səviyyədə ödənilən sahələrə keçirilməsində; Uzunmüddətli işsiz­lər içərisində qadınların (xüsusilə çox uşaqlı anaların) xüsusi çəkisinin artmasında, onların işlə təmin olunması gedişində meydana çıxan problemlərdə və s.

Ailə büdcəsinin gəlirinin artmasında və bu sahədə stabilliyin təmin edilməsində inflyasiya ilə gəlirlər arasında optimallığın qoyulması müasir dövrün ən başlıca iqtisadi problemlərindən biridir. Çünkü inflyasiyanın mövcudluğu makroiqtisadi tarazlığı, gəlirlərin qeyri bərabər bölüşdürüləmsinə, ailə istehlakına (xüsusilə çox ölçülü ailələrin) real xərclərin artmasına, onların həyat səviyyəsinə neqativ halda təsir edər. Nəticədə sosial gərginlik baxımında müəyyən təhlükə yarana bilər, əldə edilən gəlirlər, qazanclar inflyasiya hesabına dəyərdən düşə bilər. Qeyd etmək lazımdır ki, keçən ilin 11 ayında respublikada inflyasiya orta hesabla 13,4%, ərzaq məhsulları üzrə daha çox – 17,1% artmışdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, inflyasiya ilə devalvasiya paralel getdikdə bunun nəticələri daha gərgin ola bilər. Bu pensiyaçılar, minimum əmək haqqı alanlar, bir sözlə az təminatlılar üçün daha pis nəticələrə səbəb olar. Ona görə də qiymətlərlə inflyasiya arasındakı normal nisbətin saxlanılması respublika hökumətinin diqqət mərkəzindədir və bu səbəbdən əhalini inflyasiya fəsadlarından qorumağa çalışır. Bu problemi həm də sosial rifah problemləri ilə əlaqələndirir. Bununla əlaqədar olaraq 2018-ci ildə dövlət büdcəsindən sosial təminat və sosial müdafiə üçün dövlət 3 milyard 578 milyon 760 min manat vəsait ayrılmışdır. Bu vəsaitin 98 faizi, yəni 3,5 milyarda bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır. Bundan başqa, «İşsizlikdən sığorta fondu» yaranıb və bu fondun 2018-ci il üçün büdcəsi təsdiq edilibdir. Əmək qabiliyyətli əhalinin iş yerləri ilə təmin edilməsi, məşğulluq xidmətinin fəaliyyətinin yaxşılaşdırılması, sosial evlərin tikilməsi sahəsində xeyli işlərin görülməsi nəzərdə tutulmuşdur. Bundan, başqa minimum əmək haqqının və yaşayış minimumunun artırılması nəzərdə tutulmuşdur. Prezidentin sərəncamı ilə əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2018-ci il üçün aşağıdakı həcmdə müəyyən edilmişdir:

Ölkə üzrə – 173 manat

Əmək qabiliyyətli əhali üçün – 183 manat

Pensiyaçılar üçün – 144 manat

Uşaqlar üçün – 154 manat

Bu il üçün ünvanlı dövlət sosial yardımını təmin etmək üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təyin edilmişdir. Bu qayda əsasən MDB ölkələri çərçivəsində müəyyən edilmişdir. Bir çox xarici ölkələrdə yaşayış minimumu minimum əmək haqqı, minimum istehlak büdcəsi və ya minimum istehlak zəmbili formasında müəyyən edilir. İndi ən başlıca vəzifə, prob­lem minimum əmək haqqını, pensiyanı, davamlı yaşayış meyarına çatdırıl­maqdan ibarətdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri,

iqtisad elmləri doktoru, professor, Əməkdar Elm Xadimi,

keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü,

“Qızıl qələm” mükafatçısı T.Ə. Quliyev

[1] Вопросы философии, 2010/10, səh. 29

Gündəlik həyatda 7 etik nümunə

Etika əxlaqi həqiqəti əks etdirən fəlsəfənin bir hissəsidir, yəni nəyin doğru və ya yanlış olduğu barədə. Beləliklə, gündəlik həyatımızda davranışımızı istiqamətləndirən və ya istiqamətləndirən müəyyən prinsiplərə və ya normalara uyğunlaşırıq. Bu şəkildə nəyin yaxşı ilə nəyin yox, nəyin yaxşı, nəyin pis olduğunu ayırd edə bilərik.

Etika gündəlik həyatımızda özümüzlə apardığımız bütün hərəkətlərdə, qərarlarda və davranışlarda müşahidə edilə bilərİstər işdə, istərsə də məktəbdə, sevdiklərimizlə və ya digər insanlarla, eləcə də ətraf mühitlə münasibətimizdə.

Bütün bu prinsip və qaydalara hörmət sayəsində cəmiyyətdə birlikdə yaşamaq üçün uyğun şərait yaratdıq. Bu səbəbdən aşağıda gündəlik həyatımızın müxtəlif sahələrində yeddi etik nümunəni müzakirə edəcəyik.

1. Şəxsi etik

Etik birinin şəxsi həyatı üçün tətbiq oluna bilər ki, bu da ailə, dostlar və tərəfdaşla münasibətlərini deyil, özləri ilə münasibətlərini və təməl əxlaqi dəyərlərinə əsaslanan davranış və qərar vermələrini də əhatə edir.

Beləliklə, şəxsi həyatda etik davranış, bir insanın hissləri, duyğuları, hissləri, xəyalları, fikirləri və fikirləri ilə keçər ki, bunlar da nəticədə həyatda olma və davranış tərzlərini təyin edənlərdir. İntim həyat.

2. Peşəkar həyatda etik

İş yerində peşə etikası peşə fəaliyyətini tənzimləyən deontoloji kodlarda, yəni bir peşə praktikasında yerinə yetirilməli olan qayda və prinsiplər məcmuəsində yer alır.

Etik davranış həm də mütəxəssislərə nüfuz və nüfuz bəxş edir, onları etibarlı edir və bacarıqlarını yalnız tapşırıqların yerinə yetirilməsində deyil, həm də mənəvi standartlara tabe olduqları şəkildə həyata keçirir.

Peşəkar etikanın 9 praktik nümunəsinə də baxın.

3. Məktəbdə etika

Bir təhsil müəssisəsinə getdiyimiz zaman özümüzü vətəndaş kimi, ictimai dəyərlərə və zəmanəmizin biliyi ilə yetişdirməyə gedirik.

Bu səbəbdən məktəb və ya universitet başqaları ilə əlaqəli olaraq etik davranmağı da öyrəndiyimiz yerlərdir: dürüst, hörmətli və sinif yoldaşlarımıza sadiq olmaq, müəllimin səlahiyyətini tanımaq və məktəb vəzifələrimizi yerinə yetirmək.

4. Sosial etika

Ümumiyyətlə sosial həyata tətbiq olunan etik hörmət, tolerantlıq, dürüstlük, daxilolma və bərabərlik kimi dəyərlərdə nümayiş olunur. Beləliklə, sosial etika, iqtisadi, siyasi, əmək, vətəndaş və hətta şərt ola biləcək fərqli səbəblərdən başqaları ilə qurduğumuz bütün münasibətlərdə ortaya çıxır.

5. Vətəndaş etikası

Hörmət və məsuliyyətlə digərimizlə və yaşadığımız məkanla əlaqəli olaraq, şəhər, məhəllə, küçə, hətta yaşayış yerimiz və ya mənzilimizlə bölüşdüyümüz vətəndaş etikasını tətbiq edirik.

Vətəndaş etikası, yalnız başqasının hüquqlarına hörmət etməklə deyil, həm də başqalarına qarşı xeyirxah və mehriban davranmaqla ictimai yerlərdə düzgün davranış tərzi ilə əlaqəli bir sıra qaydalara riayət edir.

6. Ətraf mühit etikası

Ətraf mühitlə münasibətimiz, təbiətə, heyvanlara, ehtiyatlara və bir yerin ekoloji tarazlığına hörmət və qayğı göstərməyə əsaslanan müəyyən etik standartları nəzərdə tutur.

Ətraf mühit etikası, istehsal etdiyimiz tullantılarla davranış tərzimizdə və təbiətin bizə təqdim etdiyi qaynaqların şüurlu və məsuliyyətli istifadəsindədir.

7. İqtisadi etik

Etik həm də iqtisadi mənbələrimizi idarə etmə, israf etməmək, qənaət etməkdən faydalanmaq və pullarımızı mənəvi bütövlüyün gəlirli müəssisələrinə yatırma tərzimizdə də özünü göstərir.

İqtisadiyyatdakı etik davranış, çirkli pullardan çəkinməyi, narkotik ticarəti və ya silah satışı kimi əxlaqsız fəaliyyətlərdən gəlməyi və ya sələmçilik edənlər kimi başqalarının çətinliklərindən faydalanmağı da nəzərdə tutur.

Sizi maraqlandıra bilər: Etik növləri

AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİl problemləRİ İnstiTUTU azərbaycan döVLƏT İQTİsad universiteti bakalavr hazırlığı üçün

Giriş
Azərbaycanda biznesin səmərəli təşkili və perspektiv inkişafının təmin edilməsində, xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsində, sivil bazar münasibətlərinin formalaşdırılmasında biznesin etikası mühüm əhəmiyyətə malikdir. Perspektiv və uzunmüddətli işgüzar əlaqələrin yaradılması, onların səmərəli formada həyata keçirilməsi, beynəlxalq standartlara uyğun işgüzar görüşlərin, danışıqların təşkili və keçirilməsi, korporativ mədəniyyətin formalaşdırılması, heyətin səmərəli idarə olunmasının təşkili, biznesdə baş verə biləcək münaqişələrin aradan qaldırılması və s. biznes sferasında qəbul olunmuş etik prinsiplərin, normaların və qaydaların gözlənilməsini zəruri şərt kimi meydana çıxartmışdır.

Biznes etikasının inkişafı qədim və zəngin tarixə malikdir. Ticarət əlaqələrinin həyata keçirilməsində davranış qaydalarına ciddi əməl olunmasının zəruriliyinə hələ antik mütəfəkkirlərinin, qədim Şərq və Azərbaycan mütəfəkkirlərinin baxışlarında, eləcə də müxtəlif dinlərdə rast gəlməl mümkündür.

Bununla yanaşı, cəmiyyətin inkişafının bütün mərhələlərində biznes insan fəaliyyətinin sferalarından biri kimi təfsir edilmiş və biznesin ən əsas elementi olan biznesmenə, onun təşkil etdiyi biznesin etik təməllərinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycanda biznesin etikası çoxəsrli inkişaf yolunu keçmişdir. Ölkəmizdə biznesin etikasının formalaşmasının əsasını cəmiyyətimizin milli, mədəni, tarixi və dini dəyərləri və milli mentalitet təşkil edir. Bununla yanaşı biznesin etikasının inkişafına cəmiyyətimizdə baş verən siyasi, ictimai, hüquqi, iqtisadi, mədəni və sosial proseslər də öz təsirini göstərmişdir. Məhz bunların məntiqi nəticəsidir ki, biznesin etikası müstəqil tədris və tədqiqat obyektinə çevrilmişdir.

Biznesin etikası dedikdə biznes sferasında düzlüyə, səmimiyyətə, verilən vədlərə tam dəqiqliyi ilə əməl olunmasına və bazarda mövcud qanunauyğunluğa, qəbul edilmiş qayda və ənənələrə uyğun səmərəli fəaliyyət göstərmək qabiliyyətinə əsaslanan işgüzar etika, davranış prinsipləri, normaları və qaydaların məcmusu başa düşülür.

Biznes fəaliyyətində qəbul edilmiş etik prinsiplərin, normaların və qaydaların gözlənilməsi, biznesin etikasına əməl edilməsi biznesmenlərin sosial məsuliyyətinin gücləndirilməsinə, onların sosial proqramlarda iştirakının təmin olunmasına, etik normativlərin müəyyənləşdirilməsinə, sosial təftişlərin təşkili və keçirilməsinə böyük zəmin yaradır.

Müəlliflər belə hesab edirlər ki, proqramda nəzərdə tutulan müvzuların səmərəli tədrisi bakalavr səviyyəsində iqtisadçı kadrların biznesin etikası haqqında zəruri bilikləri mənimsəmələrinə imkan verəcəkdir.

Mövzu 1. “Biznesin etikası” kursunun predmeti və vəzifələri
İşgüzar həyatın etik problemləri. Biznesin etikası peşəkar etikanın növlərindən biri kimi. Biznesin etikasının elmi fənn kimi formalaşması. Biznesin etikası biznes ilə məşğul olan mənəviyyatlı insanın qarşısında duran problemlərin təhlili və həll edilməsi aləti kimi.

Etik biznesə diqqətin artırılması səbəbləri. Biznesin etikasında daha çox işlənən suallar. Biznesin etikası ilə digər elm sahələri arasındakı qarşılıqlı münasibətlər. İqtisadiyyatın fəaliyyəti prosesində etik infrastrukturun rolu. Mikro və makro etikanın təyin edilməsi.

Mövzu 2. Etikanın təbiəti və mahiyyəti
Mənəviyyat və etika. Mənəviyyat ictimai şüurun və ictimai münasibətlərin növünün xüsusi forması kimi. Mənəviyyat və hüquq. Mənəviyyatın öyrənilməsində müxtəlif yanaşmalar. Etikada əsaslandırma problemi.

Mənəviyyat və mədəniyyət. Mənəviyyatın strukturu və funksiyaları. Fərdi mənəvi şüurun baza komponentləri. Mənəvi şüur – fərziyyələrin və hissiyyatların xüsusi sintezi kimi. Əxlaqi münasibətlərin xüsusiyyətləri.

Mövzu 3. Biznesin etikasının inkişaf mərhələləri və istiqamətləri
Biznesin etikasının inkişaf mərhələləri. Antik dövrün etikası və inkişaf istiqamətləri. Biznesin etikası haqqında antik mütəfəkkirlərin baxışları. Biznesin etikası haqqında qədim Şərq (Misir, Babilistan, Hindistan, Çin) və Azərbaycan mütəfəkkirlərinin baxışları. Zərdüştilik və biznesin etikası.

Orta əsrlər dövrünün etikası və inkişaf istiqamətləri. Teosentrizm, providensializm, kreasionizm, tradisionalizm. Biznesin etikası haqqında orta əsrlər Avropa mütəfəkkirlərinin baxışları. Biznesin etikası haqqında orta əsrlər bizans və ərəb dilli Şərq ölkələri mütəfəkkirlərinin baxışları. Biznesin etikası haqqında orta

əsrlər Azərbaycan mütəfəkkirlərinin baxışları.

Intibah, yeni dövrün etikası və inkişaf istiqamətləri. Antroposentrizm və humanizm. Mexaniki materializm və dualizm. Maarifçilik və metafizik materializm. Biznesin etikası haqqında intibah, yeni dövr Avropa mütəfəkkirlərinin baxışları. Biznesin etikası haqqında klassik alman fəlsəfəsi nümayəndələrinin baxışları. Biznesin etikası haqqında XIX əsrin Azərbaycan fəlsəfi fikrinin nümayəndələrinin (A.A. Bakıxanovun və M.F. Axundovun) baxışları. Müasir şəraitdə biznesin etikasının inkişaf xüsusiyyətləri. Azərbaycanda biznesin inkişafında etik prinsiplərin, normaların və qaydaların rolu. Biznesin etikasının inkişafında xarici ölkələrin təcrübəsi.

Mövzu 4. Biznesin etikasında əsas konsepsiyalar
Din və biznes. Utilitar nəzəriyyənin xüsusiyyətləri. Utilitarizmin əsas prinsipləri. Utilitarizm ideyaların inkişafı. Diontik etika.

Utilitar yanaşma və mənəvi hüquq mövqeyindən yanaşma arasındakı əsas fərq. Ədalət etikası haqqında təsəvvürlərə əsas yanaşmalar. Ənənəvi bərqərar olmuş müxtəlif etik sistemlərin aktuallığı. Ədalət nəzəriyyəsinin əsas qaydaları.

Mövzu 5. Mənəvi davranışın formalaşması
Insan davranışının determinasiyası. Ümumi qəbul edilmiş baxışların, dəyərlə-rin və davranışın qarşılıqlı təsiri. Rəsmi və idarəetmə ideologiyası arasındakı fərq.

Mənəvi inkişafın mərhələlərinin xüsusiyyətləri. Koxlberqin tipologiyasına əsasən mənəvi inkişaf səviyyələri. Şəxsiyyətin mənəvi inkişaf nəzəriyyəsinin biznesin etikasına təsiri. Fərdlərarası münasibətlərin mahiyyəti və onların davranışa təsiri. Mənəvi zəiflik haqqında anlayış.

Mövzu 6. Peşəkar etika
Peşəkar etika haqqında anlayış. Peşəkar etika özünün müxtəlif peşəkar rolla-

rında qərar qəbul edilməsinə rəhbərlik edən davranış kodeksləri və normalarının cəmi kimi. Peşəkar etikanın müxtəlif növləri ilə birləşmiş etik dilemaların əhəmiyyəti.

Universal etikanın prinsipləri: fərdi etika, peşəkar etika, ümumdünya etikası, prinsiplərin mövcudluğu, universallıq, peşəkar etikanın sosial funksiyaları. Peşəkar etikanın konkret nümunələri.
Mövzu 7. Biznesin etikasının mikro və makromühit amilləri
Menecerlərin təşkilatlardakı rolu. Rəhbərlərin və tabe olanların etik vəzifələri. Rəhbərliklə bağlı olan əsas mənəvi problemlər. Xidmət pozuntuları problemi. Əlverişli əlaqələr etikasının mahiyyəti.

Biznesin dövlət tənzimlənməsinin prinsipləri. Biznes və istehlakçılar arasında əlaqələr sistemi. Korporasiyalar və lokal birliklərin mənəvi əlaqələrinin xüsusiyyəti. Insanın onu əhatə edən təbii mühitlə birgə münasibətləri müasir dövrün ən vacib problemlərindən biri kimi. Sosial azlıqların problemi – işgüzar həyatın xüsusi bir problemi kimi.

Mövzu 8. Korporativ mədəniyyət və korporativ etika
Korporativ mədəiyyətin tipologiyası: ticarət mədəniyyəti: əlverişli müqavilə-lər mədəniyyəti (spekulyativ mədəniyyət); inzibati mədəniyyət; investisiya mədəniyyəti. Firma və mənəvi standartlar. Iş yerinə etik standartların prinsipləri.

Təşkilatın etik səviyyəsinin artırılması üsulları. Rəhbərlərin və sıravi əmək-daşların etik davranışını artıran tədbirlərin və metodların vəhdəti. Işçilərin yaradı-cılıq potensialının istifadə olunmasına yönəlmiş korporativ etikanın prinsipləri.

Mövzu 9. İşgüzar münasibətlər etikası
Işgüzar münasibətlərin formalaşdırılıması etikası. Işgüzar görüşlərin və danışıqların təşkili və keçirilməsi etikası. Tərəf müqabillərinin qəbul edilməsi proqramının hazırlanması. Danışıqların iştirakçılar qrupunun formalaşdırılması. Danışıqların vaxtının və yerinin müəyyən edilməsi. Iclasların gündəliyinin hazırlanması və tərəflərlə razılaşdırılması. Danışıqların probleminin mahiyyətinin təhlili. Problemin həll edilməsində danışıqların tərəflərinin maraqlarının nəzərə alınması. Danışıqlar prosesində şəxsi mövqeyin müəyyən edilməsi. Danışıqların nəticələrinin mümkün variantlarının qiymətləndirilməsi. Danışıqların gedişində zəruri əhəmiyyətə malik olan sənədlərin hazırlanması. Müzakirə olunan problemlər üzrə dosyelərin hazırlanması. Problemin hüquqi aspektlərinin öyrənilməsi.

Danışıqlarda taktiki mövqeyin müəyyən edilməsi. Danışıqların gedişinə tətbiq edilən üsullar: “mübarizədən yayınma”; “paketləşdirmə”, “tələblərin artırılması”; “şəxsi mövqeydə alladıcı məqamların yerləşdirilməsi”; “son məqamda tələblərin irəli sürülməsi”. Danışıqların səmərəli keçirilməsində nitq mədəniyyətinin rolu. Danışıqların gedişində tətbiq edilən digər ünsiyyət vasitələri: sifətin ifadəsi; yeriş; əlsıxmaq; pozalar; jestlər. Prinsipial danışıqlar metodu. Danışıqların strukturu. Danışıqların strukturunun əsas elementləri: insanlar; maraqlar; variantlar; amillər. Danışıqların mərhələləti: maraqların dəqiqləşdirilməsi; təkliflərin müzakirəsi, arqumentləşdirilməsi və əsaslandırılması; mövqelərin yaxınlaşdırılması, razılaşdırılması və ümumi razılığın əldə edilməsi. Sövdələşmələrin və müqavilələrin baölanılması və reallaşdırılması etikası.

Mövzu 10. Biznesin etikası və sosial məsuliyyət
Sosial proqramların mahiyyəti və Azərbaycanın iqtisadi inkişafının təmin olunmasında onların rolu. Sosial proqramların fəaliyyət sferaları: yaşayış mühitinin mühafizəsi; səhiyyə və ictimai təhlükəsizlik; insan hüquqları; istehlakçıların hüquqlarının mühafizəsi; əlillərə yardım; milli azlıqların məşğulluğunun təmin edilməsi; mədəniyyətlərin inkişafı. Biznesmenlərdə sosial məsuliyyətin formalaş-masına təsir göstərən amillər. Biznes üçün münasib uzunmüddətli perspektivlər. geniş ictimaiyyətin tələbatının və ümidlərinin dəyişməsi. Sosial problemlərin həllinə yardım etmək üçün sanballı resursların mövcudluğu. Sosial məsuliyyətli davranışın mənəvi öhdəliyi. Sosial proqramların həyata keçirilməsində xarici ölkələrin təcrübəsi. Sosial proqramların həyata keçirilməsində ABŞ-ın, eləcə də Avropa, MDB və Şərq ölkələrinin aparıcı şirkətlərinin təcrübəsi.

Iqtisadi etika anlayışı. Iqtisadi etika xalqın rifah halının və ictimai əmək məhsuldarlığının yüksəldilməsinə istiqamətlənən iqtisadi məqsədləri, istehsalın forma və metodlarını tədqiq edən elmi sahə kimi. H.Ford iqtisadi etikanın yaradıcısı kimi. H.Fordun iqtisadi etika prinsipləri. Işçilər üçün yüksək əmək haqqı və istehsal olunan məhsullara aşağı qiymətlər səviyyəsinin müəyyən edilməsi. Işçilərin iş, məişət şəraitinin yaxşılaşdırılması və səhiyyə xidmətinin təşkili. Pensi-yaçıların pensiyalarla və müəyyən kreditlərlə təmin edilməsi. Şirkətin aksiyalarının işçilərə satılmasının təşkili. Sosial məsuliyyətli davranışın formalaşdırılması. Etik normativlərin mahiyyəti. Sosial təftişlərin təşkili və keçirilməsi.

Mövzu 11. Biznesdə münaqişələr və onların həlli etikası
Münaqişə anlayışı. Münaqişə iki və daha çox tərəflər arasında narazılığın ifadəsi kimi. Münaqişələrin əmələ gəlməsi səbəbləri: məqsədlərin müxtəlifliyi; tərəf müqabillərin psixoloji uyğunsuzluğu; danışıqların təşkilində mövcud olan çatışmamazlıqlar; qeyri-qənaətbəxş kommunikqasiyalar; tərəflərdən birinin səlahiyyətsizliyi; səriştəsizlik.

Münaqişələrin qruplaşdırılması. Funksional və disfunksional münaqişələr. Münaqişəli situasiya. Münaqişəli situasiyanın səviyyələri: mübahisə; rəqabət mübarizəsi; münaqişə. Münaqişələrin tipləri: məqsədlərin münaqişəsi; idrak münaqişəsi; hissiyatlı münaqişə. Münaqişənin növləri: şəxsiyyətdaxili; şəxsiyyətlərarası; qrupdaxili; qruplararası və təşkilatdaxili münaqişələr. Münaqişəli situasiyaların həlli və idarə edilməsi metodlarının mahiyyəti. Münaqişədən yayınma: güc metodları; əməkdaşlıq stili; digər tərəfin vəziyyətini anlamağa can atmaq; kompromisə səy göstərmək. Münaqişəli situasiyaların idarə edilməsi metodları: şəxsiyyətlərarası və struktur metodlar. Münaqişələrin həll olunmasında ümumbəşəri etik normaları və qaydaları. Fikir ayrılığının qarşısının alınması metodikası. Münaqişənin hər bir tərəfinin razı salınması və münaqişənin konstruktiv istiqamətə yönəldilməsi konsepsiyası. Danışıqların əvvəlində dəqiq yanaşmaların tətbiqi. Azmünaqişəli davranış texnologiyası.

Mövzu 12. İnzibati etika
Biznesin etikasının inzibati etika ilə əlaqəsi. Onların əlaqələrinin əsas məqamları. Təşkilatlarda vəzifəli şəxslərin mənəvi davranış prinsipləri. Neytral etikanın mahiyyəti. Neytral etika nöqteyi-nəzərindən ideal idarəçi təşkilatlarda məqsədə çatmağın etibarlı aləti kimi.

Struktur etikasının tərkibi. Inzibati etikanın mövcud olması üçün nəzərdə tutulmuş arqumentlər. İnzibatçıların mənəvi davranış kodeksinin xarakteristikası. Inzibati etikanın mövcudluğu yalnız onun təcrübədə istifadə olunması deyil, həmçinin bu təcrübədə ona vacib rolun verilməsidir.

Mövzu 13. Mənəviyyat biznesin etikasının əsası kimi
Azərbaycan cəmiyyətinin mənəvi dəyərləri və biznesin inkişafının təmin edilməsində onların rolu. Milli, mədəni, tarixi və dini dəyərlər. Milli mentalitet.

Ölkənin qanunvericilik bazası. Biznesmenlərin mövcud qanunlara ciddi əməl edilməsinin zəruriliyi. Qanunların icra olunmasına nəzarət.

Mövzu 14. Biznesdə etiket
Etiket haqqında anlayış. Etiket ictimai yerlərdə və digər insanlarla ünsiyyətdə davranış qaydalarının sistemi kimi. Biznes sferasında etiketin əsas tələbləri: nəzakətlilik; korrektlilik; taktiklilik; delikatlılıq; təvazökarlılıq; davranışın təbiiliyi; dəqiqlilik; mütləqlilik.

Biznesmenlərin işgüzar davranışının mənəvi-etik qaydaları. Söhbətlərin aparılması, danışıq, dinləmək və dinlənilənlərin mənimsənilməsi qaydaları. Biznesmenlərin işgüzar etiket qaydaları. Rəsmi qəbulların mahiyyəti və təşkili qaydaları. Səhər yeməyi (lunch) və nahar (dinner). Qəbullar üçün müddətin ayrılması. Dəvət olunanların siyahısının müəyyən edilməsi. Qonaqların masa arxasında yerləşdirilməsi xüsusiyyətləri. Qəbulların gedişində işgüzar mühitin təmin edilməsi. Qəbullarda geyim və davranış qaydaları.

Mövzu 15. Azərbaycanda işgüzar etika
Biznesdə etik prinsiplərin həyata keçirilməsi mexanizmləri. Təşkilatlarda işgüzar etik standartların istifadə olunması təcrübəsi. Sahibkarların tərəfdaşları ilə münasibəti. Qeyri-formal iqtisadi münasibətlərin rolu və əhəmiyyəti. Müqavilə-lərin yerinə yetirilməsində məsuliyyətsizlik – bugünkü işgüzar münasibətlərin problemlərindən biri kimi.

Rəhbər strukturlar və onların nümayəndələri ilə münasibətlərin xarakteri. Azərbaycan sahibkarlarının “etik səviyyəsinin yüksəldilməsi” problemi. Sahibkar-lar və xeyriyyəçilik. Sahibkarların işgüzar davranışının mühüm etik əhəmiyyəti. Biznes aləmində mənəvi əsasların formalaşması.

Biznesin etikası” fənninin

mövzular üzrə ayrılmış tədris saatları

  1. Biznesin əsasları. Dərslik. Prof. A.B. Abbasovun ümumi elmi redaktəsi ilə. Bakı, 2005
  2. İşgüzar etika. Azərbaycan biznesmenləri üçün vəsait. Bakı, 2004
  3. Бусыгин А.В. Предпринимательство. М., 2002
  4. Власова В.М. и др. Основы предпринимательской деятельности. М., 1999
  5. Глущенко Е.В., Капцов А.И., Тихонравов Ю.В. Основы предпринимательства. М., 2004
  6. Грибов В.Д. Основы бизнеса. М., 2001
  7. Джон Д. Дэниелс, Ли Х.Радеба. Международный бизнес. М., 2003
  8. Круглова Н.Ю. Основы бизнеса. М., 2002
  9. Львов Ю.А. Основы экономики и организации бизнеса. М., 1992
  10. Мескон М.Х., Альберт М., Хедоури Ф. – Основы менеджмента. М., 1998
  11. Райзберг Б.А. Основы бизнеса. М., 1995
  12. Ричмен Д. и др. Современный бизнес. М., 1995. Ч.I, II
  13. Петрунин Ю.Ю., Борисов В.К. – Этика бизнеса. М., 2001
  14. Савченко В.Е. Современное предпринимательство. М., 1997
  15. Самоуткин А.И., Шишов А.Л. Теория и практика бизнеса. М., 1997
  16. Хоскинг А. Курс предпринимательства. М., 1995
  17. Уткин Э.А. Этика бизнеса. М., 2001

Comments are closed, but trackbacks and pingbacks are open.