Press "Enter" to skip to content

İQTİSADİ TƏLİMLƏR TARİXİ

Seminarı giriş sözü ilə açan institutunun direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

Qədim Asiyada iqtisadi fikirlərin meydana gəlməsi

Dünya mədəniyyət tarixində özünəməxsus istiqaməti ilə fərqlənən Çin elmi bir çox sahələrdə, o cümlədən iqtisadi fikir tarixində olduqca dəyərli nailiyyətlər əldə etmişdir. Xüsusən Konfutsiyanın (552-479 e.ə.) (Kun-Fut-zı) irəli sürdüyü iqtisadi ideyalar Qədim Çin dövlətinin milli ideologiyasının əsası kimi onun iki minillik tarixi dövrünü təşkil etmişdir.
İri ailə icmaları daxilində formalaşmış ənənələrə sadiq qalan Konfutsiya onu böyük – kiçik, ata – oğul, böyük qardaşlar – kiçik qardaşlar prinsipi ilə bütün cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək istəyirdi.
Konfutsiya təkmilləşmiş adam-xeyirxah ər təlimini yaratmışdır. Bu təlimin əsasında böyüklərə hörmət, humanizm, öz borcunu dərk etmək prinsipi dururdu. Humanist adam təvazökarlığı, ədalətliliyi, dözümü, hamıya qarşı eyni olmağı ilə səciyyələnirdi. Konfutsiya göstərirdi ki, xeyirxah ər yalnız öz borcunu bildiyi halda, lakin aşağı adamlar yalnız faydalanmağı bilirlər.
Ali mənəvi prinsipləri hər cür sərvətdən, yüksək mövqe tutmaqdan üstün hesab edən Konfutsiya qeyd edirdi ki, insan yüksək mövqe tuta bilmədiyinə görə deyil, tam möhkəmlənməməsinə görə təəssüflənməlidir.
Konfutsiya ilk dəfə Çində irəli sürülmüş təbii hüquq nəzəriyyəsini sosial, mənəvi və hüquqi fəlsəfə istiqamətində inkişaf etdirmişdir. Təbii hüquq konsepsiyasına əsasən, allah dünyanın ilkin səbəbidir. Lakin cəmiyyət həyatında baş verən hadisələrə qarışmır. Allah töhfəsi kimi verilən təbii hüquqlar vətəndaş qanunları ilə qorunur. Əsrlər boyu “təbii hüquq” nəzəriyyəsi Çində inkişaf etmiş, hakim sinfin mənafeyinə xidmət etsə də, lakin xalqın mənəvi zənginləşməsində olduqca böyük rol oynamışdır. Çünki mənəvi zənginlik, bu gün də Çin xalqının ən böyük bəşəri dəyərləri kimi qiymətləndirilir.
Konfutsiya insanın mənəvi təkmilləşməsini dövlət idarəçiliyinin əsası hesab edirdi. Onun fikrinə görə dövlət böyük bir ailədir, hökmdar isə “xalqın atasıdır”.
İdeal hökmdar obrazında da Konfutsiya təkmilləşmiş şəxsiyyəti görürdü və qeyd edirdi ki, dövlət xərclərində qənaətcil olmalı, insanlar üçün qayğı çəkməlidir.
Konfutsiya hökmdarları əvvəlcə xalqı varlı etməyə, sonra isə tərbiyələndirməyə çağırırdı. Bununla əlaqıdar o qeyd edirdi ki, hökmdarlar adamların azlığı ilə deyil, nemətlərin qeyri-bərabər bölünməsinə görə qayğı çəkməlidirlər. Eyni zamanda o göstərirdi ki, yoxsulluğun əsas səbəbi aşağıdakılarla yuxarılar arasında gedən çəkişmələrdir. Əlbəttə, belə bölgüdə əhalinin sosial təbəqələşməsi nəzərə alınırdı. Çünki Konfutsiya “ali icma ilə” xüsusi mənimsəməni fərqləndirirdi.
Ali icmaya kollektiv mülkiyyət sahibi olan kəndliləri, xüsusi mənimsəməyə isə quldar mülkiyyətini daxil edirdi.
Hökmdarın hər cür narazılıqların aradan qaldırılması və kəndli təsərrüfatının təşkil olunması sahəsindəki vəzifəni qeyd edən Konfutsiya xalqın mövsümi ictimai işlərə cəlb olunmasını zəruri hesab edirdi.
Qədim Çində sosial-iqtisadi sabitləşmənin əsas istiqamətini, nəsil-tayfa prinsipi əsasında formalaşan patriarxalq-ailə münasibətində görən Konfutsiya hesab edirdi ki, dövlətin sərvəti, məhz ailələrin sərvətinə əsaslanmalıdır. Konfutsiya xalqı çox işləməyə və az istehlak etməyə çağırırdı. Bununla belə hakimiyyətin möhkəmləndirilməsi üçün xalqın sosial təbəqələrindən istifadə etməyi, kollektiv əməkdən istifadə edib ictimai işləri görməyi tövsiyə edirdi.
Hökmdarı varlı, xalqı razı görmək istəyən Konfutsiya vergi həddinin qoyulması, etik normalara riayət edilməsi, əkinçilik işlərinin vaxtında görülməsi, sərvətin bərabər bölgüsü prinsiplərinin nəzəri ideyalarını göstərə bilmişdir.
Konfutsiyanın ideyalarını daha sonralar inkişaf etdirən görkəmli mütəfəkkirlərdən biri müəllim Men (e.ə.372 – 281) olmuşdur. Konfutsiyanın yaşadığı dövrdən fərqli olaraq, müəllim Men sinfi mübarizələrin kəskinləşdiyi şəraitdə fəaliyyət göstərirdi. O qeyd edirdi ki, xalq kütləsinə humanist hökmdar güzəştə getməyi bacarmalıdır və xalqı idarə etməlidir.
İdarəetmə Konsepsiyasını irəli sürən Men-tsızı idarə edənlə idarə olunan arasındakı münasibətlərini müəyyən etməklə qeyd edirdi ki, sadə adamlar hakim təbəqəni təmin etməməlidirlər, bu göyün yerdəkilər üçün ən ümumi qanunudur.
İstehsalın icma formasına üstünlük verən Men-tsızı, kəndli torpaqlarının birgə becərilməsinə, qarşılıqlı yardım edilməsinə xüsusi əhəmiyyət verirdi. Eyni zamanda bu istiqamətdə tətbiq ediləcək verimlərin həddinin müəyyən edilməsinə də diqqət verilməsini qeyd edirdi.
Əmtəə mübadiləsinə xüsusi əhəmiyyət verən Men-tsızı qeyd edirdi ki, əkinçilərlə sənətkarlar arasında belə mübadilə olmalıdır. Daxili bazarda qiymət həddinin müəyyənləşdirilməsində istehsalçının əmək məsrəflərini nəzərə almaq lazımdır. “Əgər iri və kiçik başmaqlar eyni qiymətdə olsa, onda iriləri kim hazırlayar?” Lakin qiymətlərin tənzimlənməsində aldatmaların olacağına tərəddüd edən müəllim Men göstərirdi ki, belə olan şəraitdə dövləti kim idarə edəcək.
Bununla müəllim Men qiymətlərin mübadilə şəraitində uyğunlaşmasını və dövlətin onları tənzimləməkdən azad olunmasını tövsiyə edirdi.
Qədim Çin ictimai fikrində “Quan-tsızı” kollektiv iqtisadi traktı xüsusi yer tutur. Bu iqtisadi traktı e.ə. 4-3 əsrlərdə hökmdar tipin yaranmış olduğu “Qərb qankarında elm sarayı” adlı akademiyasında meydana gəlmişdir.
Müxtəlif alimlərin 500-dən yuxarı əsərlərinin məhsulu “Quan-tsızı” traktında birləşmiş 76 fəsilli ensklopedik yadigar bir əsər kimi bugünkü günə gəlib çatmışdır.
İctimai həyatda baş verən dəyişikliklərin məhsuldar və ya qeyri-məhsuldar illərlə əlaqəsi və əməyin dövlətin gücünün əsası olduğu “Quan-tsızı” traktında qeyd olunurdu. Bununla yanaşı əməyin ekvivalent mübadiləsinin aparılmasının meyarı olduğu göstərilirdi. Traktın müəllifləri hesab edirdilər ki, “ustalarla” “əkinçilərin” əmək məhsullarının mübadiləsi şəraitində birinin o birinə nisbətən daha çox fayda götürməsinə heç cür yol vermək olmaz. Çünki bütün xalq bir çalışmalı və hamı bərabər qazanc əldə etməlidir.
“Quan-tsızı” traktında qeyd olunur ki, xalq bilikli adamlar üçün gəlir, tacirlər üçün isə mənfəət yaradır. Bununla belə sadə xalqla bilikli adamlar təbii hüquq konsepsiyası baxımından əsaslandırılırdı. Göstərilirdi ki, əgər hamı bilikli adam olsaydı onda ölkə gəlirsiz qalardı və heç biliksiz adamlar da olmazdı. “Quan-tsızı” traktında iqtisadi fikirlər əsasən “hökmdarı dövlətli” “xalqı razı” görmək istiqamətindədir.
“Quan-tsızı” müəllifləri qeyd edirdilər ki, iqtisadiyyatın stabilləşməsinin əsasını əkinçilik işinin sürətləndirilməsi və dövlətin daim taxıl ehtiyatının yaradılması təşkil edir. Taxılın qiymətinin tənzimlənməsi tövsiyə edilirdi. Lakin nə sənətkarlıq, nə də ticarət faydasız iş hesab olunurdu. Bundan əlavə traktda qeyd olunurdu ki, “dörd qrup xalqın” qulluq adamlarının, əkinçilərin, sənətkarların və tacirlərin əmək və həyatı geniş şəkildə reqlamentləşməlidir. Onlar sənətlərini dəyişməməli və nəsildən-nəslə keçməlidir.
Traktda dövlətin “torpağı idarə” edə bilməsi üçün onun təbii xüsusiyyətlərinin öyrənilməsi və keyfiyyət şkalasının qoyulması tövsiyə edilirdi.
Əkinçilik işinin sürətləndirilməsi üçün “Quan-tsızı” traktında əhaliyə kreditlərin verilməsi tövsiyə edilirdi. Çünki dağlıq ərazilərdə yaşayanların taxıl məhsullarına olan ehtiyacı, məhsuldarlığın aşağı olması nəticəsində daima artır. Belə şəraitdə dövlət kredit əməliyyatlarından daha çox pul resurslarını cəmləyir. Bu da “pulların bahalaşmasına” və “şeylərin ucuzlaşmasına” səbəb olurdu.
“Quan-tsızı” traktının müəllifləri sadə əmtəə təsərrüfatı şəraitində pul təsərrüfatının bir sıra qanunauyğunluqlarını müəyyən edə bilmişdilər. Belə ki, əmtəələrin qiymətinin artımı, pulun və əmtəələrin qiymətlərinin əks hərəkəti pulun ucuzlaşmasına, kreditlərin məhsulların mübadiləsinə verilməsi, onların bahalaşmasına səbəb olacağı qeyd olunmuşdur. Digər tərəfdən təsərrüfatın sabitləməsi üçün pul nişanlarının emissiyasının normalaşdırılmasını göstərirdilər.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, “Quan-tsızı” traktı Qədim Çin iqtisadi fikirlərinin təşəkkülü və inkişafında misilsiz rol oynamışdır.

Qədim Hindistanda eramızdan əvvəl XXIII-XXYIII əsrlərdən başlayaraq, quldarlıq quruluşunun inkişafı, intensiv şəhərsalma, budda ehkamının üstün rola malik olması, xüsusi mülkiyyətlə, əmlakla, vergi ilə, dəyərlə, əməklə bağlı Cənubi Asiyada iqtisadi görüşlərin meydana gəlməsinə səbəb olmuşdur.
Qədim Hindistanda mülkiyyət onun sahibinin bir hissəsi hesab olunurdu. Lakin bununla yanaşı ilkin buddizm təlimində mülkiyyətdən imtina etmək əsas yer tuturdu. Bədənin zahiri ünsürü kimi təsvir olunan əmlakdan imtina etmək şəxsiyyətin budda qarşısında ən ali keyfiyyəti kimi göstərilirdi.
Eramızdan əvvəl I minilliyin ortalarında meydana gələn buddizm dininin və onun təsvirinə həsr olunan ədəbiyyatın braxmanizmin (induzma) meydana gəlməsi cəmiyyətin mədəni həyatının inkişafına müsbət təsir göstərirdi. Qədim Hindistanda insanların istər dini, istərsə gündəlik fəaliyyətləri, istərsə də mənəvi davranışları o dövrdə yazılmış ədəbiyyatlarla tənzimlənirdi. Xüsusi üç kitab vasitəsi ilə insanın həyatındakı fəaliyyətinin əsas məqsədi, onun dini borcu (dxarme), qazancı (artxe), sevgisi (kame) əsaslandırılırdı. Bunlara “Manunun qanunları” – dini borcları , “Artaxaşastra” – qazancı, “Kamasutra” – sevgisini təsvir edən kitablar daxil idi. Dini borcların yerinə yetirilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoyan “Manunun qanunları” hər bir fərdə üç məqsəddən istifadə olunmasına icazə verilirdi.
Sərvətin, maddi nemətlərin əldə olunması xüsusən qurban vermə ehkamı ilə əlaqədar idi.
Həyat fəaliyyətində əldə olunan bütün əmlaklar birmənalı olaraq allahın yolunda (buddaya) qurban vermək üçün nəzərdə tutulurdu.
Qeyd etmək lazımdır ki, Qədim Hindistanda iqtisadi fikirlərin meydana gəlməsində və formalaşmasında eramızın birinci əsrində 15 kitab əsasında tərtib edilmiş “Artaxaşastra” traktı mühüm rol oynamışdır.
Maddi qazancın əldə olunmasına, ətraf ərazilərin yeni vergi verənlərə görə zəbt edilməsi, bu əsasdan da hökmdarın xəzinəsinin doldurulması prinsipi traktda əsas yer tutur. Traktın əsas tərtibatçısı hökmdar I Çandra quntanın məsləhətçisi Kanutilya hesab olunur. Dövlətin möhkəmlənməsinə, vergi yağmanın təkmilləşməsinə, gəlirlərin artırılmasına, xərclərin azalmasına, ticarətin aparılması qaydalarına traktda geniş yer verilmişdir.
“Artaxaşastra” traktında hökmdara dörd elmin öyrənilməsi zəruri hesab edilir. Bunlardan biri dini təlim, ikincisi fəlsəfə, üçüncüsü idarəetmə, dördüncüsü isə iqtisadiyyat. Traktın ikinci kitabı iqtisadiyyata (vartta) həsr edilmişdir.
Müxtəlif təsərrüfat fəaliyyəti ilə bağlı, xüsusən əkinçilik, heyvandarlıq, ticarət sahələri kimi öyrənilən iqtisadiyyat, əslində dövlət təsərrüfatı sferası kimi şərh edilərək xəzinənin doldurulması vasitəsi hesab olunur.
İqtisadiyyat bilavasitə hökmdarın inhisarına daxil olduğuna görə, ayrı-ayrı təsərrüfatlar da onun hissələri hesab olunurdu.
Qul əməyinə üstünlük verilən əkinçilik sahələrindən başqa, emalatxanalarda muzdlu əməkdən istifadə olunması tövsiyə edilirdi. Natural və qul ilə ödənilən muzdlu əməyin ixtisas yönümü əsas götürülürdü. Vergilərin mahiyyəti traktda, onun hökmdara ölkəni müdafiə etdiyi üçün verilən mükafat kimi göstərilirdi. Lakin bununla yanaşı müxtəlif sahələrdən əldə olunan vergilər fərqlənirdi. Belə ki, kənd təsərrüfatından əldə olunan vergi məhsul yığımının 1/6 hissəsinə bərabər tutulurdusa da, lakin sənətkarlar və tacirlər üçün tamamilə başqa hədd müəyyən edilmişdi. Ümumiyyətlə, bütün fəaliyyət sahələrinin vergiyə cəlb olunması zəruri hesab olunurdu.
Vergilərdən yalnız dini təlimin ən aparıcı nümayəndələri azad edilirdi. Traktda ticarətlə məşğul olanlar arasında əyyaşlığın geniş yayıldığını nəzərə alaraq qeyd olunurdu ki, belə adamlar “oğru adını daşımayan oğrulardır”.
Hökmdara tacirlərin çəki və ölçüləri üzrə ciddi dövlət nəzarətinin qoyulması tövsiyə edilirdi. Eləcə də məhsulların idxal, ixracı üzrə müxtəlif rüsumların tətbiq olunması qeyd olunurdu. Məhsulların qaçaqmalçılıq yolu ilə daşınmasına, bazarlarda deyil, məhsulların istehsal olunduğu yerlərdə satıldığına görə çox sərt cəza tədbirlərinin tətbiq olunması məsləhət görülürdü.
“Artaxaşastra” traktında tacirlərin mənfəəti “sair xərclərə” aid edilərək, onun həcmi əvvəlcədən müəyyənləşdirilirdi. Yerli tacirlər üçün mənfəət qoyulmuş əmtəə qiymətlərinin 5%-ini, xaricilər üçün isə 10%-ini təşkil edə bilərdi.
Tacirlərin öz aralarında məhsulların ucuz və ya baha satılmasına görə razılığa gəlmələri, hökmdar tərəfindən ciddi nəzarət altına alınırdı. Bazar nəzarətçiləri ekspertlər vasitəsi ilə əmtəələrə “ədalətli qiymət” müəyyənləşdirmək hüququna malik idilər. Bəzi hallarda hərrac yolu ilə məhsullar satılarkən elan olunmuş qiymətlə bazar qiyməti arasındakı fərq xəzinəyə cəlb olunurdu.
Nəzarətçi məmurların xəzinəyə məxsus vəsaitlərin oğurlanmasının qarşısının alınması üçün də, tarktda müəyyən tədbirlər nəzərdə tutulmuşdu. Qədim Hindistanda əmtəə-pul münasibətlərinin zəif inkişaf etməsinə baxmayaraq, kredit sistemi, icarə haqqı, girov, mənfəətin bölgüsü, əmlak, borc faizi və s. bağlı olduqca əsaslandırılmış iqtisadi fikirlər mövcud idi.
Belə ki, faizlərin həcmi, borcun xarakterindən asılı olaraq müəyyənləşdirilirdi. Əgər adi faizin həcmi ayda 1,25% bərabər idisə, lakin onun həcmi, kreditorun risk etməsindən və yaxud işin mənfəətli olmasından asılı olaraq artırıla bilərdi.
Kreditlərin verilməsi öhdəliklərin qəbul olunması və yaxud girov qoyma yolu ilə həyata keçirilirdi. Belə şəraitdə həm kreditorun təlimatı, həm də mənfəətdən pay almaq hüququ qorunurdu. Bəzi hallarda girovun özündən istifadə, müəyyən edilmiş müddət ərzində götürülmüş krediti ödəməli idi.
Mənfəətin əldə olunmasının ən geniş yayılmış üsullarından biri müvəqqəti istifadə etmək və sərəncam vermək yolu ilə əmlakın icarəyə verməsi idi.
Qədim Hindistanın hüquqi və iqtisadi fikrində mülkiyyətin həqiqi sahibi ilə ona müvəqqəti sərəncam verənin dəqiq həddi müəyyən edilmiş idi.
Lakin “Artxaşastra” traktı, heç də tam iqtisadi prosesləri bütövlüklə əhatə etmirdi. Bəzi hallarda oradakı iqtisadi görüşlər reallıqdan uzaq şəkildə şərh edilirdi. Bütün bunlara baxmayaraq, Qədim Hindistanın bu mədəniyyət abidəsi, təsərrüfatçılığın aparılması, ideal dövlətin idarə olunması, vergi qoyuluşunun təşkili sahəsində əmlakdan istifadə və sərəncam vermək istiqamətində dəyərli iqisadi fikirləri əks etdirə bilmişdir. Məhz buna görə də, bu trakt ümumdünya iqtisadi fikir tarixində özünəməxsus və əbədi yer almışdır.

İQTİSADİ TƏLİMLƏR TARİXİ

Dərslikdə nəzərə çarpacaq xüsusiyyətlərdən biri ondan ibarətdir ki, iqtisadi təlimlərin dövrləşməsi prosesi ön plana çəkilir və müxtəlif iqtisadi sistemlər şəraitində iqtisadi münasibətlərin xarakteri şərh edilir. İqtisadi fikrin formalaşmasında, o cümlədən iqtisadi nəzəriyyənin inkişafında mühüm rol oynayan ümumbəşəri xarakterli nəzəriyyələr həm keçmiş, həm də müasir iqtisadi təfəkkür baxımından şərh edilir. Tarixi inkişafın ayrı-ayrı mərhələlərində iqtisadi təfəkkür sahəsindəki nailiyyətlərin iqtisadi nəzəriyənin bir elmi sistem kimi formalaşmasındakı rolu dərslikdə ardıcıllıqla nəzərə alınmışdır.

Dərslikdə həm Şərqdə, həm də Qərbdə iqtisadi fikirlərin təşəkkülü təcrid olunmuş şəkildə deyil, elmi təfəkkürün gerçəkləşmiş nailiyyətləri baxımdan ilk dəfə olaraq şərh edilir. Bu fikirlərin ümumbəşəri dəyərlərin əldə olunmasındakı rolu milli-mənəvi sərvətlərin artırılmasındakı əhəmiyyəti müəyyənləşdirməklə, müasir sivilizasiyalı iqtisadi həyatdakı yeri göstərilir. Bir cəhəti də nəzərə almaq lazımdır ki, mövzuların şərhi zamanı bəzən K.Marksın əsərlərinə istinad edilir. Bu da təsadüfi xarakter daşımır. Çünki bu əsərlərin Azərbaycan dilində nəşr olunması ilə əlaqədar orada Marksa qədərki, xüsusən qədim dövrün, orta əsr mütəfəkirlərin əsərlərindən birbaşa istifadə olunduğundan oxucunun işi xeyli yüngülləşir. Həm də iqtisadi təlimlər sahəsində mövcud olan əksər ilkin ədəbiyyatlar rus dilindədir və nadir nüsxələr şəklində mövcuddur. İqtisadi təlimlər tarixinin öyrənilməsinin müstəqillik şəraitində xüsusi əhəmiyyəti vardır. Çünki ölkədə yeni iqtisadi sistemə keçid məsələsinin qarşıya qoyulması, bu sistemin üstünlüklərinin və məhdudiyyətlərinin üzə çıxarılması bilavasitə iqtisad elmində artıq özünə həyati vəsiqə qazanmış iqtisadi fikirlərdən, nəzəriyyələrdən və cərəyanlardan irəli gələn əsaslandırılmış müddəalardan asılıdır.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Национальная Академия Наук Азербайджана

XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər

AMEA-nın İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan institutunun direktoru, i.e.d., professor Nazim İmanov tədbirin əsas müzakirə mövzusu və məruzəçi barədə məlumat verib.

Seminarda müəssisənin İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov “XX əsrin birinci yarısında Azərbaycanın ictimai fikrində iqtisadi portretlər” adlı məruzə ilə çıxış edib. Tədqiqatçı bildirib ki, XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və iqtisadi fikir tarixində iki başlıca istiqamət özünü büruzə verirdi. Bunlar milli-maarifçi demokratiya və sosial demokratiya mənsub dünyagörüşlər idi. Hər iki dünyagörüşünün ardıcılları əsrin əvvəllərində – Hümmət təşkilatını yaradaraq burada təmsil olunublar.

S.Səməndərov qeyd edib ki, XX əsrin birinci yarısında Azərbaycanda iqtisadi fikir tarixi üç mühüm tarixi mərhələdən keçib. Birinci mərhələni Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixi də adlandırmaq olar. XX əsrin əvvəllərində Azərbaycan ictimai-iqtisadi fikri inqilabi demokratik hərəkatın, sosial demokratik baxışların, marksist fikrin, həmçinin maarifçilik ideyalarının təsiri altında inkişaf edirdi. Bununla belə, Azərbaycan milli ictimai fikrində əsas istiqamət maarifçilik hesab edilir. Maarifçilik hərəkatının əsas qayəsi millətin savadlanması, vətəndaşlıq şüurunun inkişaf etməsi, cəmiyyətin azad düşüncə və müstəqil həyata hazırlanması idi. Ümumiyyətlə, Azərbaycanda maarifçilik hərəkatı XIX əsrdən başlanır və bu hərəkatın ən parlaq nümayəndələri M.F.Axundov, Həsənbəy Zərdabi və b. hesab olunurlar. XX əsrin əvvəllərində maarfçilik hərəkatı inqilabi demokratik hərəkatın təsiri ilə yeni keyfiyyət və məzmunda inkişaf etməyə başlayıb. Maarifçilər xalqın maddi rifahının yaxşılaşmasını, ölkənin iqtisadi inkişafını, dövlətin qüvvətlənməsi və siyasi tərəqqisini bilavasitə idarə edənlərin maariflənməsi ilə əlaqələndirirdilər.

İkinci tarixi mərhələ Xalq Cümhuriyyət illəridir və bu mərhələdə müstəqil Azərbaycan dövlətinin hərbi-siyasi, iqtisadi, mədəni inkişafı məsələləri ilə bağlı Cümhuriyyət ideyalarının daşıycılarının fikirləri xüsusi əhəmiyyət kəsb edir. Üçüncü mərhələ Azərbaycanın sovetləşməsinin ilk on illikləridir. Özünün ideya məzmununa görə araşdırılan dövrdə Azərbaycan mütəfəkkirlərini səsləndirdiyi fikirlərə görə belə qruplaşdırmaq olar: maarifçi demokratlar; sosial demokratlar; milli demokratlar (milli təsərrüfat və milli demokratiya ideyalarının tərəfdarları). Lakin onları birləşdirən bir ümumi cəhət var idi – Azərbaycanın təşəkkülü və inkişafı uğrunda mübarizə aparırdılar.

Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında maraqlı və geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Поделиться:

Comments are closed, but trackbacks and pingbacks are open.